Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-167/2023 07.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 sayli Vəkil Bürosunun vəkili X4 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1967-cİ il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, aimləli, əvvəllər mhkum olunmamış, orta təhsilli, işləməyən, Astara şəhəri, Nizami küçəsi, ev 50-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəsi, Adil İskəndərov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin haqqında icraat ayrılmış başqa şəxsl birlikdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən külli miqdarda – 330,051 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda – 7790,4 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda – 9080,573 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən külli miqdarda – 1105,3 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Adil İskəndərov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində basdırıb gizlətməklə orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 fevral 2022-ci il tarixdə saat 18:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq ünvan 1erləşən DİN-in BNMİ-nə dəvət edilmiş və orada həmin gün üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bağlamanın içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda – 330,051 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 fevral 2022-ci il tarixdə saat 21:20-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Adil İskəndərov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə sonuncunun könüllü razılığı və iştirakı ilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq evin həyətyanı sahəsində basdırmaqla saxladığı külli miqdarda – 7790,4 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək 1002,6 qram, 998,0 qram, 991,6 qram, 977,7 qram, 1001,1 qram, 1000,7 qram, 996,6 qram və 802,1 qram olmaqla 08 ədəd bağlamada, külli miqdarda – 9080,573 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 1461 qram, 1045 qram, 1710 qram, 510 qram, 3760 qram, 470 qram və 124,573 qram olmaqla 07 ədəd polietilen bağlamada, külli miqdarda, 1105,3 qram çəkidə psixotrop maddə metamfetamin 01 ədəd bağlamada olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əslən Astaralıdır, evlidir, 1995 və 1997-ci il təvəlludlu iki uşaqları vardır. 2005-2006-cı illərdə meyvə satışı ilə məşğul olmuş, meyvəni İran İslam Respublikasından gətirib Astara şəhərində satmışdır. Ağ ciyər xəstəsidir, bununla əlaqədar müalicə olunmuş, bununla və pandemiya ilə əlaqədar ticarət fəaliyyətinə fasilə vermiş, həmin vaxtdan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Adil İskəndərov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Bu səbəbdən maddi çətinliklər çəkmişdir. 2021-ci il oktyabr ayının əvvəllərində Behbud adlı Astara şəhər sakini ona zəng edərək demişdir ki, iran məhsulları vardır, həmin məhsulları sata bilərmi. O da Behbuddan məhsulların nədən ibarət olduğunu soruşmuş, Behbud isə məhsulları baxmaq üçün ona göndərəcəkdir. Sonra Behbud axşam saat 21 radələrində zəng edərək iran məhsulunun Kürdəxanı kənd poçtun arxasındakı yerə göndərəcəyini demişdir. 2 saat keçməmiş Behbuddan məlumat almışdır ki, artıq iran malı həmin yerdədir, gedib götürsün. O da poçtun yanına gedən zaman görmüşdür ki, qara rəngli Sedan tipli maşından bir nəfər iki ədəd kisəni yolun kənarına qoymuş və maşını sürüb getmişdir. O, yaxınlaşaraq kisələri götürmüş, kisələrdən hər birinin çəkisi 8-8,5 kq olardı. Həmin kisələri yaşadığı evin həyətinə gətirmiş, kisələrin ağzını açdıqda görmüşdür ki, həmin kisələrin içində ittiham aktında göstərilən narkotik vasitələr vardır. Həmin kisələri həyətdə basdırmış, və Behbuda zəng edərək etirazını bildirmişdir. Behbud isə demişdir ki, bu mal ona lazım deyilsə qaytarsın. O isə Behbuda demişdir ki, bu malları polisə təhvil verəcək və telefon əlaqəsini kəsmişdir. Lakin bu hadisədən sonra xəstələnərək xəstəxanaya düşmüş, xx.xx.2022-ci il tarixdə xəstəxanadan çıxmışdır. Bir məqam axtarırdı ki, qanunsuz bu əşyaları etibar etdiyi polis əməkdaşına təqdim etsin. xx.xx.2022-ci il tarixdə yaşadığı evin yanından keçən yoldan bir ağ rəngli maşının keçdiyini, maşının içində isə Baş Narkotiklərlə Mübarizə İdarəsinin tanıdığı əməkdaşı olan Şahid1 görmüşdür. Maşını saxlatdırıb Seymur müəllimlə salamlaşmış, ondan qanunsuz narkotik vasitəni könüllü verən şəxsin məsuliyyətə cəlb olunub-olunmamasını soruşmuşdur. Seymur müəllim həmin dəqiqə onun fikrini anlayıb onda belə bir şeyin olub-olmamasını soruşmuş və o, təsdiq etmişdir ki, onda külli miqdarda qanunsuz əşyalar var və onları təqdim etmək istəyir. Həmin əşyaların harada olmasını Seymur müəllim soruşduqda isə ona bildirmişdir ki, 4 aydır həmin əşyalar onun həyətində qalmış, vedrələrə yığaraq həyətində basdırmışdır. Bundan sonra Seymur müəllim zəng edib əlavə əməkdaşlar dəvət edərək onunla birlikdə həyətinə getmiş, orada həyətində torpağa basdırdığı vedrə və kisələri polis əməkdaşlarına təqdim etmişdir. Həmin vedrə və kisələrdə kilolarla tiryək, qurudulmuş marixuana və metamfetamin olmuşdur. Bundan sonra Seymur müəllimlə evdə oturub çay içmişlər. Bundan sonra onu maşina qoyub aparmışlar. İran İslam Respublikası vətəndaşı İbrahim adlı şəxsi tanımır, tanıdığı yalnız həmyerlisi, Astara rayon sakini Behbud olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma atasıdır. Lakin soyadını babası Abdullanın adından götürmüşdür. Babası feldşer işləmişdir. Anası Tamilla və bacısı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəsi, Adil İskəndərov küçəsində fərdi həyət evində yaşayırlar .Atası Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından heç vaxt xəbəri olmamışdır. Həmçinin atası narkotik vasitə qəbul etmir, heç spirtli içki qəbul etmir. xx.xx.2022-ci il tarixdə axşam saat 18 radələrində o, anası Tamilla və bacısı evlərində idilər. Bu zaman bayırdan səslər gəlmiş, düşünmüşdür ki, atası dostları ilə həyətə gəliblər. Evin qapısı döyülmüş və qapını açdıqda bir neçə nəfər mülki geyimli şəxsləri görmüşdür. Həmin şəxslər polis olduqlarını bildirməklə atası Təqsirləndirilən şəxs özləri ilə aparcaqlarını, narahat olmamalarını bildirmişlər. Bir müddət sonra həmin şəxslər atası olmadan qayıtmış, anası onlardan Təqsirləndirilən şəxs harada olmasını soruşmuş, onlar bir daha demişlər ki, narahat olmasınlar, indi gələcək və onlara tapşırmışlar ki, evdən bayıra çıxmasınlar. bir azdan həyətdə qazıntı aparılması səsləri gəlmiş, saat təxminən 20 radələrində atası bir nəfər polis əməkdaşı ilə həyətə gəlmiş, həmin əməkdaş onlara bildirmişdir ki, narahat olmasınlar, atalıq bir şey yoxdur, həyətlərindən ayrı-ayrı qablarda 10 kq-a yaxın mal çıxıb, onu təhvil almalıdırlar. Həyətdə gül dibçəkləri var idi. Həmin dibçəklərə çəkilişlə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları atasına demişlər ki, bunların içərisindəkiləri çıxarıb təqdim etsin. Şəxsən özü görmüşdür ki, həmin dibçəklərin içində sellofan torbalar çıxarılmışdır. Atası həmin dibçəklərin yanında duraraq həmin dibçəkləri göstərirdi. Bundan sonra polis əməkdaşları aşkar etdikləri əşyalarla atalarını da götürərək çıxıb getmişlər. Polislər atalarının 1-2 saata qayıdacağını desələr də, onlar bir daha atalarını görməmişlər. Sonra atasının DİN-in BNMİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanıldığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin şöbə rəisi polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndiriıən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 09 fevral 2022-ci il tarixdə həmkarı Şahid1 daxil olmuş əməliyyat məlumatından müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrinin satış məqsədilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğuldur. Həmin məlumat rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid1 və Şahid3 daxil olmuşlar. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən onlar həmin tarixdə qeyd olunan ünvana getmişlər.Təqsirləndirilən şəxs yaşadığı fərdi evin qarşısında görərək ona yaxınlaşaraq özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu deyərək onlarla birlikdə BNMİ-nə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə BNMİ-nin inzibati binasına gəlmiş, Baş İdarədə Elçin X5 təhqiqatçısı Nizami Omarovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs müdafiəçi təqdim edərək hüquq və vəzifələrini izah etmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üstünə şəxsi axtarış aparılacağı və şəxsi axtarış video çəkilişlə aparılacağını izah olunmuş, sonuncu etiraz etmədikdən sonra təhqiqatçı ona üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmiş, sonuncu masaya yaxınlaşaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim edərək onun içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, onu İİR vətəndaşı “Behbud” adlı şəxsdən əldə etdiyini, özünün narkotik vasitə istifadəçisi olduğu qeyd edərək, yaşadığı ünvanda da həmin maddələrdən olduğunu, həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülsə də, pul və açarlar özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş dayandırılmış və protokol tərtib edilmiş, protokol imzlandıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyinə dair ərizə yazmış və birlikdə onun yaşadığı ünvana getmişlər. Orada şəxsi axtarışda iştirak edən şəxslərin hər biri iştirak etmiş, Təqsirləndirilən şəxs göstərdiyi evin qapısı döyülmüş və qapını sonuncunun övladı kimi təqdim edən Şahid5 və həyat yoldaşı Şahid4 açmış, həmin şəxslərə özlərini təqdim edərək evə baxış keçirilməli olduğunu izah etmişlər. Bu zaman Təqsirləndirilən şəxs övladı və həyat yoldaşı buna etiraz etmədiklərinə dair ərizə yazmış və bundan sonra videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, sonuncu yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olduğunu bildirib evin həyətində olan torpaq örtüyü qazmağa başlamış və həmin maddələri orada basdırıb gizlətdiyini bildirmişdir. Bundan sonra onun göstərdiyi yer qazıldı və oradan ümumilikdə 04 ədəd plastik qabı və 01 ədəd kisə bağlamanı təqdim etmişdir. Xatırladığı qədər həmin əşyaları baxış keçirilən zaman oradan narkotik vasitə olan qurudulmuş 9 kiloqrama yaxın marixuana, 7 kiloqramdan artıq tiryək, 1 kiloqramdan artıq psixotrop maddə olan metamfetamin aşkar olunmuş, həmin maddələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs eyni məzmunlu izahat verərək həmin maddələri “Behbud” adlı İİR vətəndaşından aldığını bildirmişdir. Daha sonra birlikdə DİN-in BNMİ-nin inzibati binasına gəlmişlər, orada baxışın keçirilməsinə dair protokol tərtib edilmiş və həmin protokolu Təqsirləndirilən şəxs və baxışın digər iştirakçıları imzalamışdır.Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində guya Şahid1 olduğu maşını küçədə saxlatdıraraq onda olan narkotik vasitə və psixotrop maddələri könüllü təhvil verməsi istəməsi barədə dedikləri həqiqətə uyğun deyildir. Belə hal olmamışdır.Hətta həyətinə baxış zamanı Təqsirləndirilən şəxs arvadı və oğlu olmuş, onlarda aşkar edilmiş 04 ədəd plastik qabı və 01 ədəd kisə bağlamanı görmüşlər. Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə qarşı heç bir təzyiq və zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Təxminən 8 il olar ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında fərdi evdə yaşayırlar. xx.xx.2022-ci il tarixdə evdə idi. Bu zaman çöl qapısı döyüldü, qapını əri açdıqda polis əməkdaşlarının olduqlarını görmüşlər. Polislər ərinə onlarla birlikdə idarəyə getməyini təklif etmişlər, əri onlarla getmiş, sonra polis əməkdaşları ilə birlikdə qayıtmışdır.Ona polis əməkdaşları evdəm çıxmamağını demişlər. Bu səbəbdən həyətlərində nə baş verdiyini görməmiş, lakin sonra bilmişdir ki, həyətləri qazılmış hansısa qablar aşkar edilmişdir. Ərinin narkotik istifadəçisi olmasını bilmir, o yalnız siqaret çəkir. Həyət yoldaşı İrana gedib gəlməmiş, narkotik vasitələrin və digər qanunsuz əşyaların qanunsuz əldə etməsindən və satmasından xəbəri olmamışdır. Lakin özü həyətlərində polislərin yoldaşına qanunsuz əşyaları təqdim etməsini təklif etdiklərini eşitmiş yoldaşı isə polislərə həmimn əşyaları özü təhvil verəcəyini demişdir. Yoldaşının tanış polis əməkdaşlarının olması barədə, konkret olaraq Seymur adlı polis əməkdaşı ilə tanış olması barədə məlumatı yoxdur. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində onun adından göstərilmişdir ki, onun iştirakı ilə yaşadıqları evə videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmiş, baxış zamanı həyat yoldaşı evin həyətində olan torpaq sahəsində narkotik vasitələr saxladığını demiş və polis əməkdaşları tərəfindən göstərdiyi yer qazılmışdır. Bundan sonra oradan vedrələrin və bağlamanın içərisindən narkotik vasitələr aşkar olunmuş, həmin bağlamalar qablaşdırılaraq götürülmüş, həyat yoldaşı həmin bağlamaların içərisində narkotik vasitələr olduğunu və İİR vətəndaşından aldığını bildirmişdir. Həmin vaxta qədər evlərində narkotik vasitə olmasını bilməmişdir. Həmin ifadəni imzalasada oxumamış, bu səbəbdən bu gün məhkəmədə verdiyi ifadəsinə inanmağı xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 09 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı ona daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Şahid2 və Şahid3 daxil olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massivdə yerləşən nömrəsiz fərdi yaşayış evi müşahidəyə götürmüş və saat 18:00-da həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfərin piyada hərəkət etdiyini görərək ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını deyərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Bildirmək istəyir ki, bu taricxədək o, Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir görüşü və əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu deyərək onlarla birlikdə BNMİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə BNMİ-nin inzibati binasına gəlmiş, Baş İdarədə Elçin X5 təhqiqatçısı Nizami Omarova təqdim etmişlər. Təhqiqatçı xidməti iş otağında Təqsirləndirilən şəxs müdafiəçi dəvət edərək hüquq və vəzifələrini izah etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış aparılacağı izah olunmuş, sonuncu etiraz etmədikdən sonra təhqiqatçı ona üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən masanın üzərinə əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümü qoyaraq onun içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, onu İİR vətəndaşı “Behbud” adlı şəxsdən əldə etdiyini, özünün narkotik vasitə istifadəçisi olduğunu etiraf etmiş və yaşadığı ünvanda da həmin maddələrdən olduğunu, həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyinə dair ərizə yazmış və təhqiqatçı, müdafiəçi, o və digər əməliyyatçılar birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada şəxsi axtarışda iştirak edən şəxslərin hər biri iştirak etmiş, Təqsirləndirilən şəxs göstərdiyi evin qapısı döyülmüş və qapını sonuncunun oğlu Şahid5 və həyat yoldaşı Şahid4 açmışlar. Təqsirləndirilən şəxs ailə üzvlərinə özlərini təqdim edərək evə baxış keçirilməli olduğunu izah etmişlər. Bu zaman Təqsirləndirilən şəxs övladı və həyat yoldaşı buna etiraz etmədiklərinə dair ərizə yazmış və bundan sonra videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, sonuncu evin həyətində olan torpaq örtüyünü göstərərək onun altında 04 ədəd plastik qabı və 01 ədəd kisə bağlamanın olduğunu bildirmiş, həmin yer qazılmaqla qeyd edilən qab və kisə çıxarılmış, onlara baxış keçirilmişdir. Bu baxış da videoçəkilişlə aparılmışdır. Həmin qablara və kisəyə baxış keçirilən zaman oradan narkotik vasitə olan qurudulmuş marixuana, tiryək, psixotrop maddə olan metamfetamin aşkar olunmuş, həmin maddələr çəkildikdə ümumi çəkisinin 18 kq-a yaxın olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri “Behbud” adlı İİR vətəndaşından əldə etdiyini və həyətində basdırdığını bildirmişdir. Baxışın nəticəsinə dair protokol tərtib olunmuş həmin protokol baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Keçirilmiş baxışlarla əlaqədar Təqsirləndirilən şəxs tərəfindən heç bir etiraz və şikayət daxil olmamışdır. Bildirir ki, Təqsirləndirilən şəxs onun idarə etdiyi maşını hadisə günü yolda saxlamamış, ona həyətində qanunsuz əşyaların olması barədə məlumat verməmiş və əşyaları polisə təqdim etmək istəməsini bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 09 fevral 2022-ci il tarixdə həmkarı Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla əlaqədar yaradılmış əməliyyat qrupunun tərkibinə Şahid1la yanaşı o və Şahid2 daxil olmuşlar. Həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığına gedərək həmin ünvanı müşahidəyə almışlar. Təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs oxşar şəxsin həmin küçə ilə hərəkət etdiyini görərək ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis olduqlarını bildirmiş və Şahid1 Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etdikdən sonra barəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu deyərək onlarla birlikdə BNMİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə BNMİ-nin inzibati binasına gəlmiş,onu orada təhqiqatçı Nizami Omarova təqdim etmişlər. Bundan sonra təhqiqatçı müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxsə aid hüquq və vəzifələrini izah etmiş və üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməsini bildirmişidr. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və bundan sonra müdafiəçi və əməliyyatçıların iştirakı ilə onun üzərinə baxış keçirilmiş, sonra təhqiqatçı ona üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən masanın üzərinə əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümü qoyaraq onun içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, onu İİR vətəndaşı “Behbud” adlı şəxsdən əldə etdiyini, özünün narkotik vasitə istifadəçisi olduğunu etiraf etmiş və yaşadığı ünvanda da həmin maddələrdən olduğunu, həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyinə dair ərizə yazmış və təhqiqatçı, müdafiəçi, o və digər əməliyyatçılar birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada şəxsi axtarışda iştirak edən şəxslərin hər biri iştirak etmiş, Təqsirləndirilən şəxs göstərdiyi evin qapısı döyülmüş və qapını sonuncunun oğlu Şahid5 və həyat yoldaşı Şahid4 açmışlar. Təqsirləndirilən şəxs ailə üzvlərinə özlərini təqdim edərək evə baxış keçirilməli olduğunu izah etmişlər. Bu zaman Təqsirləndirilən şəxs övladı və həyat yoldaşı buna etiraz etmədiklərinə dair ərizə yazmış və bundan sonra videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, sonuncu evin həyətində olan torpaq örtüyünü göstərərək onun altında 04 ədəd plastik qabı və 01 ədəd kisə bağlamanın olduğunu bildirmiş, həmin yer qazılmaqla qeyd edilən qab və kisə çıxarılmış, onlara baxış keçirilmişdir. Bu baxış da videoçəkilişlə aparılmışdır. Həmin qablara və kisəyə baxış keçirilən zaman oradan narkotik vasitə olan qurudulmuş marixuana, tiryək, psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri “Behbud” adlı İİR vətəndaşından əldə etdiyini və həyətində basdırdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş qanunsuz əşyalar idarəyə aparılmaqla orada protokol tərtib edilərək bütün iştirakçıları tərəfindən imzalanmışdır. Keçirilmiş baxışlarla əlaqədar Təqsirləndirilən şəxs tərəfindən heç bir etiraz və şikayət daxil olmamışdır. O, Təqsirləndirilən şəxs guya yolda onların maşınını saxlayaraq Şahid1 həyətində qanunsuz əşyaların olması barədə məlumat verməsinin şahidi olmamışdır. Belə bir hal ümumiyyətlə olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməllərdə təqsirliliyi qismən özünün, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq olunmuş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir Belə ki, məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni massivdə ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «əməliyyat-axtarış tədbirlərintin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarla əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış 09 fevral 2022-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əmliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 09 fevral2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Krdəxanı qəsəbəsi, Yeni massivdə yerləşən evinin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Krdəxanı qəsəbəsi, Yeni massivdə saxlanılaraq Baş İdarəyə gətirilmiş, vedoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** mobil nömrəsi olan "Samsung" markalı mobil telefon, əynində olan şalvarın sol yan cibindən 01 (bir) ədə açar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 265 (iki yüz altmış beş ) manat pul aşkar olunaraq götürlümüşdür.Daha sonra Təqsirləndirilən şəxs aşkarlanaraq götürülmüş heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş qablaşdırma ilə birlikdə çəkisi 333 (üç yüz otuz üç) qram olduğu müəyyən olunmuş və həmin kütlə zərfə qoyularaq DİN-nin 7 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs mənsub "Samsun" markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 01 (bir) ədəd açar və 265 (iki yüz altmış beş ) manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı "Behbud" adlı şəxsin vasitəsi ilə 2021-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən poçtun yaxınlığında deyiləcək ünvanlara qoyulması məqsədi ilə əldə etdiyini, lakin narkotik vasitləri götürdükdən sonra "Behbud" adlı şəxsi aldadaraq həmin narkotik maddələri ələ keçirdiyini və mobil nömrəsini sındıraraq atdığını bildirmişdir. Hazırda təqdim etdiyi narkotik vasitəni tanışına təqdim etmək üçün üzərində gəzdirdiyini, həmçinin özünündə 01 (bir) ildir narkotik maddə olan tiryəkdən istifadə etdiyini, bundan başqa Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yaşadığı evin həyətində torpağın altında narkotik maddə saxladığını və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs, həyat yoldaşı Şahid4 və oğlu X6 birgə yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Yeni massivdə evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “evə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, vedeoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs öz ailə üzvləri ilə birgə yaşadığı evə baxış zaman ona edilən təklifdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni massivdə yerləşən nömrəsiz fərdi evdə evin həyətyanı sahəsində olan gül diçəklərinin alt hissəsini qazaraq oradan 04 (dörd) ədəd plastik qabı və 01 (bir) ədəd kisə bağlamanıtəqdim etmişdir. Birinci plastik qaba baxış zamanı içərisindən 04 (dörd) ədəd bağlamda açıq yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, ikinci plastik qabın içərisindən 02 (iki) ədəd bağlamada tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütlə və 01 (bir) ədəd bağlamda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə , üçüncü plastik qabın içərisindən 01(bir) ədəd bağlamda tünd qəhvəyi rənfli, spesifik iyə malik, narkotik vasitə tiryəkə bənzər kütlə və 01 (bir) ədəd bağlamda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, dördüncü pastik qabın içərisindən 05 (beş) bağlamada tünd rəngli qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütlə və 01 (bir) bağlamda ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, kisə bağlamanın içərisindən 01 (bir) bağlamda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq olunmuşdur. Aşkar olunmuş kütlələr electron tərəzi vasitə ilə çəkildikdən sonar birinci plastik qabdan aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələrin çəkisi qablaşdırma ilə birlikdə 02 (iki) kq 185 (yüz səksən beş) qram, ikinci plastik qabdan aşkar edilmiş tiryəkə bənzər kütlələrin çəkisi qablaşdırma ilə birlikdə 02 (iki) kq 30 (otuz) qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 01(bir) kq 735 (yeddi yüz otuz beş) qram, üçüncü qabdan aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 01 (bir) kq 425 (dörd yüz iyirmi beş) qram, tiryəkə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 965 (doqquz yüz altmış beç) qram, dördüncü plastik qabdan aşkar edilmiş tiryəkə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 04 (dörd) kq 795 (yeddi yüz doxsan beş) qram, metamfetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 01 (bir) kq 105 (yüz beş) qram, kisə bağlamadan aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 03 (üç) kq 758 (yeddi yüz səksən beş) qram olduğu müəyyən oldu.Daha sonar həmin kütlələr 01 (bir) plastik qabda və 01 (bir) ədəd kisə bağlamda qablaşdırılaraq, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və baxış iştirakçıları tərəfində imzalanmışdır. Baxışda iştirak etmiş Şahid5 və Şahid4 yaşadıqları evin həyətində narkotik vasitələrin olması ilə bağlı məlumatlarının olmamasını bildirmişlər. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2022-ci il tarixli 6/809 nömrəli rəyindən müəyyə olunur ki: tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 330.051 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Plastik qabdakı 08 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri ayrı-ayrılıqda 1002.6 qram, 998.0 qram, 991.6 qram, 977.7 qram, 1001.1 qram, 1000.7 qram, 996.6 qram, 802.1 qram, ümumi təmiz çəkiləri 7790.4 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütlələri xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. 08 ədəd bağlamalardakı tiryək kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bağlamadakı təmiz çəkisi 1105.3 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin, tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2022-ci il tarixli 7/124 nömrəli rəyindən müəyyə olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı ... marixuanaya bənzər...” və s. yazısı və imzalar olan bir ədəd ağ rəngli sintetik torbadakı 07 (yeddi) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1461 qram, 1045 qram, 1710 qram, 510 qram, 3760 qram, 470 qram, 124.573 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 9080.573 qramdır (9 kq 573 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış komisyon ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 823 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixpatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respubublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1739 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmədə elan edilib araşdırılmış «cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkarlanmış “Samsung” markalı mobil telefonda olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan zənglərə və danışıqlara baxış zamanı İran İslam Respublikasının operatoru ilə danışqların aparılması və ya mesaj mətnləri, narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumat müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglərdən və sms mətnlərindən İran İslam Respublikasının operatoru ilə danışıqların aparılması və ya mesaj mətnləri, narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış BMCM-nin rəisinə ünvanlanmış 008-5134-1222 saylı xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, “Behbud” adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini və olduğu yeri, eləcə də cinayətin digər iştirakçılarını müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən, həmçinin yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra 9079.873 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 329.951 qram qalmış narkotik vasitə heroin, 7790.16 qram qalmış narkotik vasitə tiryək, 1105.2 qram qalmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİdən alınmış tələbnamədən müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tululmuş əməlləri qismən öz ifadəsi, həmçinin şahid ifadələri, cinayət işində olan baxış protokolları, məhkəmə ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmiş, təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, onun CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması ibtidai istintaq zamanı narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasının vətəndaşı “Behbud” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən poçtun yaxınlığından əldə etdiyini, həmin narkotik vasitələri “Behbud”-un göstərişi ilə müəyyən edilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, narkotik vasitəni əldə etdikdən sonra həmn şəxsi aldadaraq narkotik vasitəni ələ keçirdiyi və mobil nömrəsin sındırmasına diar ifadələri ilə, 09 fevral 2022-ci il tarixdə şəxsi axtarış və evinə baxış keçirilməsinin nəticəsini əks etdirən protokollar və protokoldakı izahı ilə, 09 fevral 2022-ci il tarixdə axtarış keçirən polis əməkdaşlarının ifadələri ilə, axtarışın gedişini əks etdirən CD diski ilə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1və 234.4.3-cü maddələri ilə yanaşı ona ibtidai istintaq orqanı tərəfindən CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ki, o qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmişdir. Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən Dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyini qeyd edərək, həmin hissədə ittihamdan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 09 fevral 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda cinayət işi üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq çəkiləri 9079.873 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 329.951 qram narkotik vasitə heroin, 7790.16 qram narkotik vasitə tiryək, 1105.2 qram psixotrop maddə metamfetamin məhv edilməli, 02 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 188 (yüz səksən səkkiz manat) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq çəkiləri 9079.873 qram narkotik vasitə qurudulmuş marixuana, 329.951 qram qalmış narkotik vasitə heroin, 7790.16 qram qalmış narkotik vasitə tiryək, 1105.2 qram psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd disklər cinyət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrin və psixotrop maddələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 188 (yüz səksən səkkiz manat) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h **********9328518204 ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-167/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-167/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver