Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-167/2024 16.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ РBakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1978-cı il tarixdə Xankəndi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, ümumi təmiz çəkisi 5,081 qram külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 0,072 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 19 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 215 saylı orta məktəbin yaxınlığında inzibati ərazidə xidmət aparan Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,827 qram, 0,415 qram, 10 ədəd qırmızı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,123 qram, 0,070 qram, 0,065 qram, 0,074 qram, 0,071 qram, 0,069 qram, 0,077 qram, 0,068 qram, 0,069 qram, 0,074 qram, 15 ədəd gümüşü rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,071 qram, 0,070 qram, 0,089 qram, 0,068 qram, 0,077 qram, 0,079 qram, 0,067 qram, 0,071 qram, 0,042 qram, 0,089 qram, 0,075 qram, 0,073 qram, 0,079 qram, 0,087 qram, 0,042 qram cəmi 27 ədəd bükümdə ümumi təmiz çəkisi 5,081 qram külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan qəhvəyi rəngli, toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,072 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin şalvarın sol yan cibindən üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sübutların tədqiqi: 2.Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, o, ünvan 2 ünvanında yaşamış, sentyabrın 19-u evə gəlmiş və polis əməkdaşlarının evdə oturduqlarını görmüşdür. 12-ci polis bölməsinin əməkdaşları Bəxtiyar, Əli, Habil və Oqtay onu evdən aparmış, onu evin içində döyərək maşına əyləşdirib aparmışlar. Sonra onu bölmədə də döymüşlər. Qabırğasında, qolunda, ayaqlarında və dişində xəsarətləri olmuşdur. Həmin gün evdə ondan başqa bacısı oğlu da olmuş, bacısı oğlunun onun barəsində məlumat vermə ehtimalı var, çünki polisə dəstəkdə işləmişdir. Onunla aralarında mübahisə olmamışdır. Polislər uşağı da vurmuşlar. Onun üzərində narkotik vasitə olmuş, amma onlar qoyduğu qədər olmamış və tərəzi olmamışdır. Bir ildir ki, metamfetamin və heroindən istifadə etmiş, üzərində yarım qram heroin və yarım qram metamfetamin olmuşdur. Kimdən aldığı yadında deyil. O, narkotik vasitə satmamışdır. Çəkiliş aparılmış və təzyiq altında olub danışmışdır. Sanksiyada olarkən hər şeyi bildirmiş, döyülməyi ilə bağlı şikayət etməmiş, lakin prokurorluqdan gəlmişlər. O, fəhlə bazarında harada gəldi işləmişdir. Tutulanda mobil telefonu olmuş, telefon nömrəsi yadından çıxmışdır. 3.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, maddi vəziyyəti pis olduğuna görə özünə narkotik vasitə almaqda çətinlik çəkir, ona görə adını, soyadını və ünvanını dəqiq bilmədiyi İran İslam Respublikası vətəndaşından heroin və metamfetamin ucuz və nəğd qiymətə alaraq, bükümlərə bükərək sataraq, həm də özünə narkotik vasitə əldə edir. Qeyd etmişdir ki, saxlanıldığı vaxtdan bir gün əvvəl Abşeron rayonu, Xırdalan şəhərində olan zaman adını və anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə görüşərək ondan şəxsi istifadəsi üçün kakos və patı istəmişdir. İstəyindən sonra həmin iranlıdan 100 manat pulun müqabilində təxminən 5 qram kakos yəni heroin və təxminən yarım qram patı almışdır. Bundan sonra aldığı kakos və patını üzərində gəzdirdiyi elektron tərəzi ilə çəkərək bükümlərə bölmüşdür ki, satsın və eyni zamanda özü də istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat 17.00 radələrində yaşadığı evdən çıxararaq narkotik maddələri satmaq üçün gedərkən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 215 saylı orta məktəbin yaxınlığında iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib və xidməti vəsiqələrini göstərərək ondan şəxsiyyətini təsdiq edən sənədi istəmiş, üzərində heç bir sənədi olmadığını bildirib ifşa olunmağından qorxaraq onlardan yayınmağa çalışmış, lakin bu hərəkəti ilə polis əməkdaşlarının diqqətini çəkdiyi üçün ondan şübhələndikləri üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmiş, etiraz etməyərək polis əməkdaşldarı ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə getmiş, inzibati binanın xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə baxış keçirilmiş, bu zaman üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda könüllü olaraq çıxarıb təqdim etməyi təklif olunduqda o əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 27 ədəd bükümdə olan narkotik vasitə hesab olunan heroini və bir ədəd bükümdə olan metamfetamini, 01 ədəd elektron tərəzini çıxararaq masanın üzərinə qoyduqdan sonra həmin şalvarın sol yan cibindən özünə məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefonunu çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra o, göstərmişdir ki, sorğu zamanı heroini və metamfetamini tanımadığı İran vətəndaşından satış məqsədilə ümumilikdə 100 manata aldığını, üzərindən aşkar edilmiş elektron tərzi ilə satdığı narkotikləri satan zaman dəqiq çəkərək vermək üçün üzərində gəzdirdiyini bildirmiş, bundan sonra şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülümş narkotik və psixotrop maddə, tərəzi və içərisində simkartı olmayan satmaq üçün üzərində gəzdirdiyi özünə məxsus «Samsung» markalı mobil telefon qablaşdırılmış və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur (İ cild, səh. 62-64). 4.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi sentyabr ayının 19-u Sabunçu rayonunda, 215 nömrəli məktəbin yanında saxlayaraq 12-ci polis bölməsinə gətirmişlər, təhqiqatçının otağında baxış keçirilmiş, üzərindən 27 büküm narkotik vasitə, “Samsung” markalı mobil telefon və tərəzi aşkar olunmuşdur. Narkotik vasitəni Abşerondan aldığını və aldığı adamı tanımadığını demişdir. Şəxsdən şübhələnib saxlamışlar, tək olmuş, həmin vaxt vəsiqəsi olmadığını bildirmişdir. Baxış keçirilərkən video çəkiliş aparılmış, həmin vaxt vəkil gəlmiş, lakin vəkildən imtina etmiş, təhqiqatçının yanında vəkildən imtina barədə ərizə vermişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı zor və təzyiq göstərilməmişdir. Həmin vaxt üzərində mobil telefon olmuş, telefonun üzərində ***-***-**-** saylı nömrə olmuşdur. 5.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2020-ci ildən DİO-da, 2021-ci ildən isə tutduğu vəzifədə xidmət göstərir, hazırda polis leytenantı rütbəsindədir. Bundan başqa o, göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 215 saylı məktəbin yaxınlığında xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirərək onlardan yayınmağa çalışmış və verilən suallara dağınıq cavablar verdiyi və tez bir zamanda aralanmaq istədiyi üçün həmin şəxsin bu kimi narahatlığı və üzərində qanunla əldə edilməsi, saxlanması və daşıması qadağan edilmiş əşya, maddə və ya olması onlarda şübhə yaratdığından onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin xx.xx.1978-ci il təvəllüdlü Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbə rəisinə raportla müraciət edərək Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil vermişlər. Daha sonra şöbənin təhqiqatçısı, polis baş leytenantı Fərid Sofıyev tərəfindən şübhəli şəxs kimi gətirilmiş Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək müdafiəçi dəvət edilmiş, sonra o şübhəli şəxs qismində tutulmuş, daha sonra isə onun üzərinə özünün və iş yoldaşı Şahid2 iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilməsində vəkilinin iştirak etməsini istəməmişdir. Sonra şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində saxlayıb daşıdığı qanunla qadağan edilmiş əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif olunduqda o, könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində bir ədəd sellafana bükülmüş tünd qəhvəyi rəngli maddə, on ədəd siqaretin qırmızı kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə, on beş ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə, bir ədəd siqaretin qara kağızına bükülmüş içərisində ağ rəngli kristal formalı maddə, bir ədəd elektron tərəzi və həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sonra sorğu zamanı o, təqdim etdiyi maddələrin kakos və patı olmasını, hamin maddələri tutulduğu gündən bir gün əvvəl Abşeron rayonunda tanımadığı şəxsdən 100 manata aldığını və aşkar edilmiş elektron tərəzi ilə aldığı narkotik və psixotrop maddələri satışında istifadə etdiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 27 ədəd bükümdə olan narkotik və psixotrop maddələr, elektron tərəzi və 01 ədəd “Samsung” markalı mobil telefon təhqiqatçı Fərid Sofıyev tərəfindən qablaşdırılaraq möhürləndiyini, bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunduğunu və videoçəkilişin qeydə alındığı disk protokola əlavə edildiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və şöbəyə gətirilərkən nəzarət altında saxlanıldığına görə üzərində olan narkotik vasitələri tullaya bilməmişdir, Təqsirləndirilən şəxs tutularkən və şöbəyə gətirilərkən ona tərəflərindən heç bir təzyiq göstərilməmişdir (İ cild, səh. 88-90). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, şəxsi sentyabrın 19-u 215 nömrəli məktəbin yanında özünü hərəkətlərində və davranışlarında şübhəli apardığından şübhəli şəxs qismində saxlayaraq ağ rəngli, “Hyundai” markalı maşınla bölməyə gətirmişlər. Təhqiqatçının otağında videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş və özü könüllü olaraq, təqdim etmişdir. 27 büküm narkotik vasitə, “Samsung” markalı telefon və tərəzi aşkar olunmuşdur. Bir gün əvvəl Abşeron rayonunda tanımadığı şəxsdən aldığını bildirmişdir. Özü ərizə ilə müdafiəçiyə ehtiyacının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı zor və təzyiq göstərilməmişdir. 7.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 91- 93). 8.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2022-ci il tarixli, 6/5341 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №159» dairəvi möhür əksi və «...vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr və tərəzi; saxlanılan şəxs Təqsirləndirilən şəxs -imza; imzalar, tərtib etdi: F.Sofuyev- imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 27 (iyirmi yeddi) ədəd bükümlərdə təmiz çəkisi - 5,081 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,072 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir (İ cild, səh. 38-43). 9.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 10 yanvar 2023 il tarixli, 87 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, səh. 101-102). 10.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 19 sentyabr 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində bir ədəd sellofana bükülmüş tünd qəhvəyi rəngli maddə, on ədəd siqaretin qırmızı kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə, on beş ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə, bir ədəd siqaretin qara kağızına bükülmüş içərisində ağ rəngli kristal formalı maddə, bir ədəd elektron tərəzi və həmin şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxararaq təqdim edir və verilən suallara həmin narkotik və psixotrop maddələri şəxsi istifadəsi və satış məqsədi ilə tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd sellofana bükülmüş tünd qəhvəyi rəngli maddə, on ədəd siqaretin qırmızı kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə, on beş ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə, bir ədəd siqaretin qara kağızına bükülmüş içərisində ağ rəngli kristal formalı maddə, bir ədəd elektron tərəzi və həmin şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq olunmuşdur (İ cild, səh. 31-32). 11.«Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi barədə» 07 noyabr 2022ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD diskə 19 sentyabr 2022-ci il tarixdə saat 18:15-də qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, şöbənin təhqiqatçısı, polis baş leytenantı Fərid Sofuyev şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini sonuncuya təklif edilir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində bir ədəd sellafana bükülmüş tünd qəhvəyi rəngli maddə, on ədəd siqaretin qırmızı kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə, on beş ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə, bir ədəd siqaretin qara kağızına bükülmüş içərisində ağ rəngli kristal formalı maddə, bir ədəd elektron tərəzi və həmin şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etdi. Sonra sorğu zamanı o, təqdim etdiyi maddələrin kakos və patı olmasını, həmin maddələri tutulduğu gündən bir gün əvvəl Abşeron rayonunda tanımadığı şəxsdən 100 manata aldığını və aşkar edilmiş elektron tərəzi ilə aldığı narkotik və psixotrop maddələri satışında istifadə etdiyini bildirdi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 27 ədəd bükümdə olan narkotik və psixotrop maddələr, elektron tərəzi və 01 ədəd Samsung markalı mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 95). 12.«Toplanmış sübutların qiymətləndirilməsi haqqında» 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edən ümumi təmiz çəkisi 5,081 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 0,072 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, qalıq qalımış 4,811 qram narkotik vasitə heroin, 0,062 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 103-109). 13.Azərbaycan Respublikası Daxili işlər Nazirliyininin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 27 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin MSYnə gətirilən vaxt onun üzərinə tam baxış keçirilmiş, baxış zamanı onun sol qolunun bilək nahiyyəsində üzəri bintlə sarğılı yara aşkar olunmuşdur. Özünün deməsinə görə həmin yara bir neçə gün olarki səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq əmələ gəlmişdir. Bu barədə vət. Təqsirləndirilən şəxs iştirakı ilə akt tərtib olunmuşdur. 14.«Xəsarətin aşkar olması barədə» 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sol qolunun bilək nahiyyəsində üzəri bintlə sarğılı yara aşkar olunmuşdur (İ cild, səh. 35). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol bazunun daxili səthinin yuxarı 1/3də tünd bənövşəyi, sağ ön qoltuqaltı xətt üzrə X-Xİ qabırğa səviyyəsində sarımtıl qançırlar, sol bazunun arxa səthinin yuxarı 1/3-də və sağ saidin aşağı 1/3-də qərtməkli yaralar, sağ və sol saiddə, qarının ön divarında köhnə çapıq toxumaları aşkar edilmişdir. Həbs olunan zaman xəsarət aldığını bildirmişdir. 16.Məhkəmə-tibbi ekspertizasının 16 mart 2024-cü il tarixli, 170/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasının tibbi sanitar hissəsində baxış keçirilərkən aşkar edilmiş “sol bazunun daxili səthinin yuxarı 1/3də tünd-bənövşəyi rəngli və döş qəfəsinin sağ yarısının ön qoltuqaltı xətt üzrə X-Xİ qabırğa səviyyəsində sarımtıl rəngli qançırlar; sol bazunun arxa səthinin yuxarı 1/3-də və sağ saidin aşağı 1/3-də qartmaqlı yaralar” bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətlərinə görə, xəsarətlərin xarakterini, lokalizasiyasını və rəng göstəricilərini nəzərə alaraq demək olar ki, tünd-bənövşəyi rəngli qançır xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasmda müayinəsindən 2-3 gün əvvələ, sarımtıl rəngli qançır və qartmaqlı yaralar 5-7 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə yarana bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin hansı şəraitdə yaranmasının dəqiqləşdirilməsi hüquq müstəvisində həll edilə bilər. 17.«Cinayət işinin başlanmasının rədd edilməsinə dair» 28 mart 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş məlumat əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 313-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. 18.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 26). 19.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 4(008)- 800/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 sentyabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 71-73). 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli, 1(101)-1074/12 nömrəli hökmündən görünür ki, əvvəllər: 1.Bakı Qarnizonu Hərbi Məhkəməsinin 07 avqust 1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci maddəsinin “A” bəndi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 fevral 1999-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1998-ci il tarixli Amnistiya qərarına əsasən azad edilmişdir. 2.Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 iyul 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 fevral 2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 3.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 dekabr 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 4.Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, səh. 80-87). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 24.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 25.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 26.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 27.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 28.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 32.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X3rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 33.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 34.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyüldüyündən üzərinə baxış keçirilən zaman aşkar olunan narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını bildirməsinə dair ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlərin sonuncunun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilməsi faktı ilə bağlılığı öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində baxış və götürmə prosessual hərəkəti 19 sentyabr 2022-ci il tarixdə keçirilmişdir. Təqsirləndirilən şəxsin bədən səthində həmin tarixə, yəni 19 sentyabr 2022-ci il tarixə uyğun xəsarət izləri aşkar edilməmişdir. Belə ki, 16 mart 2024-cü il tarixli, 170/MEŞ nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, «....törənmə müddətlərinə görə, xəsarətlərin xarakterini, lokalizasiyasını və rəng göstəricilərini nəzərə alaraq demək olar ki, tündbənövşəyi rəngli qançır xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasmda müayinəsindən 2-3 gün əvvələ, sarımtıl rəngli qançır və qartmaqlı yaralar 5-7 gün əvvələ uyğun gəlir.... ». 35.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. 36.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 37.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 38.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 40.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 43.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. 46.Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 19 sentyabr 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin təhlükəli residivi müəyyən olunmuşdur. Əməlində cinayətlərin təhlükəli residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 48.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 51.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Bakı Qarnizonu Hərbi Məhkəməsinin 07 avqust 1998-ci il tarixli, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 iyul 2003-cü il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2010-cu il tarixli hökmləri ilə məhkum edildiyi cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilmişdir. 52.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 53.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 55.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 56.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 57.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 58.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 59.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu-19 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. 60.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 61.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 63.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,811 qram çəkidə narkotik vasitə heroinin, 0,062 qram çəkidə psixotrop maddə metamfetaminin və bir ədəd elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 64.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 65.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 66.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 67.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 68.Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 69.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 70.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 4,811 qram çəkidə narkotik vasitə heroin, 0,062 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev