Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-167/2025 25.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı, X4, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçilər- Bakı şəhəri 14 saylı Vəkil bürosunun Vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx.xx.1992-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə anbardar və satış meneceri işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-95-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs MMC-də 2021-ci ilin əvvəlindən 2022ci ilin avqust ayınadək olan müddət ərzində öz səlahiyyətlərinə aid olmadığı halda satış menecerlərinin satdığı məhsulların satışından əldə edilmiş pulların özünə məxsus debet kart hesabına köçürülməsinə nail olmaqla, Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahid1 həmin pul vəsaitlərinin kart hesabından çıxarıb şirkətin hesabına ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin əvvəlindən 2022-ci ilin avqust ayınadək olan müddət ərzində şirkətin satış menecerləri və özü tərəfindən edilmiş məhsulların satışından əldə edilmiş pulların bir hissəsini müştərilərdən nağd şəkildə götürməklə, bir hissəsini isə “Unibank” bank debet kart hesabına köçürtdürməklə, ümumilikdə 13.420 (on üç min dörd yüz iyirmi) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 13.420 (on üç min dörd yüz iyirmi) manat olmaqla, külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ifadələrində ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, 2019-cu ildən 2022-ci ilin fevral ayınadək Zərərçəkmiş şəxs topdan kafel-metlax satışı şirkətində anbardar işləmişdir. 2022-ci ilin fevral ayından 2022-ci ilin sentyabr ayınadək isə həmin şirkətdə satış meneceri işləmişdir. Qeyd olunan ittiham üzrə ümumi borcu 70000 manat məbləğində olub. Borcun əsas hissəsini də ödəmişdir. Qalan məbələq on üç min manatdan bir az çoxdur. 2022-ci ildə Gəncə şəhərində Cəlil adlı dostunun məsləhəti ilə şərikli olaraq kafel-metlax mağazası açmışdır. Həmin pulları da həmin mağaza üçün sərf etmişdir. Həmin mağazaya sərmayə qoyduğuna görə bu qədər borcu yaranıb. Onun borcuyla əlaqədar Zərərçəkmiş şəxs MMC-də işləyən hər kəsin məlumatı olub. O dəymiş ziyanı ödəyəcəkdir. O malları mağazalara satıb, lakin bəziləri malların pulunu qaytarmayıblar. O, bütün bunları Zahidin özünün göstərişi ilə etmişdir. Mağaza açmağından satış müdiri Fuadın xəbəri var idi. Onun aldığı və xərclədiyi bütün pullardan Fuadın xəbəri var idi. O, sənədlərin əslini müdriyyətə verib, sürətləri isə özündə qalıb. Satdığı malların adı qaimə fakturada yazılmayıb. O, şirkətə 13420 manat zərər vurmuşdur və vurduğu zərəri tam ödəmişdir. Ailəlidir, 2 övladı var. İbtidai istintaq zamanı ekspertiza keçirilməyib, ona şahid ifadələri əsasında ittiham verilib. Şirkətə sənədlər təqdim etmişdir. Rəsmi sənədlər olmadığına görə məhkəməyə təqdim etməmişdir. İbtidai istintaq zamanı ona aid edilən məbləq barəsində verdiyi ifadələrini təsdiq etmir. Həmin ifadəri həqiqətə uyğun deyil. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı göstərmişdir ki, 2019-cu ildən 2022-ci ilin fevral ayınadək Zərərçəkmiş şəxs topdan kafel-metlax satışı şirkətində anbardar işləmişdir. 2022-ci ilin fevral ayından 2022-ci ilin sentyabr ayınadək isə həmin şirkətdə satış meneceri işləmişdir. Qeyd olunan şirkətdə anbardar işlədiyi müddət ərzində hər ay 700 manat əmək haqqı almış, həmçinin əlavə olaraq anbardan satış çoxluğuna görə bonuslar almışdır. Şirkətdən aldığı əmək haqqı şirkət tərəfindən onun adına açılmış “Paşabank” bankda olan kart hesabına köçürülmüş, əlavə bonuslar isə bank hesabına deyil, əlbə-əl verilmişdir. Həmçinin anbardar işlədiyi müddət ərzində iş vəzifəsi anbardan çıxan mallara giriş çıxışa nəzarət olmuşdur. Müştərilərə şirkət tərəfindən kafel-metlax satışı işi bu cür qurulmuşdur ki, müştəriyə mal verildikdə nağd pul ödənilir və ya nisyə şəkildə alıb daha sonra razılaşmış vaxtda pul ödənilirdi. Şirkətdən malı müştəri götürərkən şirkətdə qaimə tərtib edilməklə mal təhvil verilirdi. Müştərilərin bəziləri uzaq məsafələrdə yaşadıqları üçün ödənişlərin şirkətin 4 nəfər işçisinin adma olan plastik kart hesablarına yüklənməsi prosesi də həyata keçirilirdi. Belə ki, özünün vəzifəsi anbardar olsa da, şirkətin rəhbərliyi tərəfindən ona etibar edilərək bildirilmişdir ki, maaliyyə məsələlərinə baxmasa da, etibar qazandığı üçün uzaq məsafədə olan müştərilərin aldıqları məhsulların ödənişləri onun debet kartına köçürülsün və özü də həmin pullan çıxarıb şirkətə ödəsin. Maaş kartından əlavə “Unibank” bankda debet kart hesabı olmuş və müştərilərə həmin kart hesabını vermişdir. Bundan başqa Sədərəkdə fəaliyyət göstərən xəzinədar Raminin, satış meneceri Şahid7 və İsmayılın adma bank kartlarına satış olunmuş malların pulları köçürülürdü. 2020-ci ildən etibarən şirkətin satış meneceri işləyən əməkdaşlar Elçin və Fəridin adına satılan malların ödənişləri də ona şirkət rəhbərliyi tərəfindən etibar edildiyi üçün özünün “Unibank” bankda olan debet kart hesabına köçürülürdü. Həmin mallar Elçin və Fəridin adma satılsa da, satışları özü aparmış və müştərilərlə özü əlaqə saxlamışdır. Həmin ödənişlərin müəyyən hissələrini özü müştərilərlə əlaqə saxlayıb nağd şəkildə qəbul etmiş, müəyyən hissələrini isə qeyd etdiyi kart hesabına göndərmələrini bildirmişdir. Həmçinin pulları qəbul etdikdə Elçin və Fəridə məlumat vermişdir. Öz hesablamalarına görə Elçinin adma satılan kafel-metlax verilən şəxslərdən təxminən 13.000 manat, Fəridin adma kafel-metlax satışlarından təxminən 19.000 manat pulu müştərilərdən həm nağd şəkildə, həm də debet kart hesabına köçürmə yolu ilə qəbul etmişdir. 2021-ci il tarixdə qeyd etdiyi kimi qəbul etdiyi pulların bir hissəsini şirkətin kassasına ödəmiş, bir hissəsini isə öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. Qeyd etdiyi kimi şirkətdə olan vəzifəsi maliyyə məsələləri ilə bağlı olmasa da, şirkət rəhbərliyi tərəfindən ona etibar edildiyi üçün qeyd etdiyi şəxslərin və özünün satışlarından alman pulları qəbul etməyi bildirilmişdir. Ona etibar edildiyi üçün şirkət rəhbərliyi tərəfindən qəbul etdiyi pullara nəzarət edilmirdi. Bundan başqa öz adma satdığı malların əvəzi olan təxminən 29.000 manat pulu da qəbul edib şirkətin kassasına mədaxil etməyib öz şəxsi maraqları üçün istifadə etmişdir. Həmin pulları Bakı şəhəri ərazisində müxtəlif yerlərdə çıxarmaqla, daha çox əksər hallarda Nərimanov rayon ərazisində “Şəkinin dairəsi” adlanan yerə yaxın “Unibank’hn bankomatından çıxarmışdır. Bundan başqa şirkətin işçiləri olan Şahid2 və Şahid3 adına olan satışları da həyata keçirib Raminin adma olan 5300 manat, Kənanın adma olan 4400 manat pulu əldə edib şirkətin kassasına mədaxil etməmişdir. 2022-ci ildə Gəncə şəhərində Cəlil adlı dostunun məsləhəti ilə şərikli olaraq kafel-metlax mağazası açmışdır. Həmin pulları da həmin mağaza üçün sərf etmişdir. Belə ki, Gəncə şəhərində Azərbaycan küçəsində 3 mərtəbəli, hər mərtəbəsi 140 kv olan binanı ayı 2000 manata icarəyə götürmüşdür. İlkin olaraq 15.000 manat sərmayəni özü qoymuş, dostu Cəlil isə işlərə nəzarət etmək, yeri danışmaq və s. işləri görüb ona şərik olmuşdur. Cəlil həmin iş üçün hər hansı bir məbləğdə sərmayə qoymamışdır. Bundan başqa işlədiyi şirkətdən təxminən 29.000 manat məbləğində öz adma kafel-metlax alıb Gəncədəki qeyd etdiyi mağazaya Cəlil adına və özünün mağazası olan “Egroup” şirkətinin adma göndərmişdir. 2022-ci ilin avqust ayında adına olan şirkətə ödənməli olan pulların məbləği çox olduğu üçün şirkətin rəhbəri Zahid müəllim ondan ödənişləri etməyini tələb etdikdə 2022-ci ilin avqust ayında şirkətə təxminən 10.000 manat pul ödəmişdir. Lakin, Gəncə şəhərində açdığı mağazada satış olmadığı üçün 6-7 ay həmin mağaza üçün yalnız icarə haqqı və işçilərin maaşlarını vermiş, buna görə də ziyana düşmüşdür. Bundan əlavə şirkətin müştəriləri olan Natiq və Rüfət adlı şəxslərdən öz adından müvafiq olaraq 1350 manat və 1250 manat dəyərində material alıb işləri qaydasında getmədiyi üçün pulunu ödəyə bilməmişdir. Həmin şəxslər isə pulu şirkətdən istədiyi üçün Şahid1 yanında həmin şəxslərə zəng vurub malın şirkətə aid olmadığını, öz adından götürdüyünü demişdir. 2021-ci ilin əvvəllərindən 2022-ci ilin avqust ayınadək olan müddət ərzində qeyd etdiyi işlədiyi şirkətə məxsus ümumilikdə təxminən 73.700 manat məbləğində pulu öz şəxsi maraqları üçün istifadə etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, ittiham aktında göstərilən məbləğlər təqsirləndirilən şəxsin və şahid ifadələrinin əsasında formalaşıb, Telman sonradan ödənişlə bağlı onlara müəyyən sənədlər təqdim edib. Həmin sənədlər bəzi tələblərə cavab vermir, lakin onlar şirkət rəhbəri ilə bu məsələni danışıb, şirkət rəhbəri bu ödənişləri təsdiq edib. Onlar da bu səbəbdən məbləği azaltmışdır. Telman onlara sənədlərin sürətlərini təqdim etmişdir. Onlar həmin sənədlərin əslini tapa bilməyib. Audit rəyinə əsasən, Telman tərəfindən Zərərçəkmiş şəxs MMC-yə 13420 (on üç min dörd yüz iyirmi) manat zərər vurulub və həmin zərər ödənilib. Telman sonradan bəzi qəbzləri aşkar edib onlara təqdim etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni xatırlamır. Şahid1 hazırda Rusiyadadır. Şirkətin direktoru hazırda X5r. Əvvəldən firmada audit yoxlaması keçirilməyib. İbtidai istintaq zamanı verdiyi ifadədə bildirdiyi məlumatları təqsirləndirilən şəxs Telmanın özündən almışdır. Xəzinədarın vəzifəsi pulu almaq və anbardara aparıb təhvil verməkdən ibarət idi. Telman pul vəsaitlərini Zərərçəkmiş şəxs MMC-nin təsisçisi və direktoru Şahid1 əlbəəl verib, Şahid1 isə həmin pul vəsaitlərini kassaya mədaxil etməyib. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-95-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs MMC-də hüquqşünas işləyir. Zərərçəkmiş şəxs MMC-ni Şahid1 2018-ci ildə təsis etmiş və həmin vaxtdan sonuncu qeyd olunan MMC-nin direktorudur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində iştirak etməyi ona həvalə edilmiş və bunun üçün ona etibarnamə verilmişdir. Zərərçəkmiş şəxs MMC kafel-metlax, alçipan və digər tikinti materiallarının alqı-satqısı fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs 2019-cu il tarixdən Zərərçəkmiş şəxs MMC-də anbarda işləmiş, 2022-ci ilin fevral ayından isə satış meneceri işləmişdir. Təqsirləndirilən şəxs anbardar işlədiyi müddət ərzində stabil əmək haqqı ilə yanaşı satışın həcmindən asılı olaraq ona əlavə bonuslar verilmişdir. Eyni zamanda satış meneceri işlədiyi vaxtda da aylıq əmək haqqıdan əlavə satışın həcminən asılı olaraq əlavə bonuslar verilirdi. Belə ki, Təqsirləndirilən şəxs “Paşabank” bankda olan debet kart hesabına şirkət tərəfindən ayda 700 manat əmək haqqı köçürülmüşdür. Müştərilərə kafel-metlax satışı bu cür qurulmuşdur ki, müştəriyə məhsul verildikdə müştəri tərəfindən nağd pul ödənilir və ya nisdə şəkildə alıb daha sonra razılaşdırılmış şəkildə pul şirkətə ödənilirdi. Həmçinin mağazadan müştəri məhsulu götürərkən şirkətdə daxili elektron qaimə tərtib edilməklə, müştəriyə məhsul təhvil verilir. Müştərilərin bəziləri uzaq məsafələrdə yaşadıqları üçün ödənişlər şirkətin 4 nəfər işçisinin yəni, Təqsirləndirilən şəxs, Sədərəkdə fəaliyyət göstərən xəzinədar Raminin, satış meneceri Şahid7 və İsmayılın adma olan plastik debet kartlara yüklənməsi prosesi həyata keçirilirdi. Belə ki, həmin şəxslərdən Təqsirləndirilən şəxs şirkətin direktoru Şahid1 anbardar və satış meneceri olduğu müddətlər ərzində öz səlahiyyətlərinə aid olmadığı halda xəzinədar kimi özünün və digər satış menecerlərinin satışlarından əldə olunan gəlirləri öz adına “Unibank” bankda olan debet kart hesabına köçürtdürməklə, sonradan kart hesabından çıxarıb şirkətin kassasına ödəməyi vəd vermiş, direktor Zahid müəllim də ona etibar etdiyi üçün inanıb razılaşmış və Telman anbardar və satış meneceri işlədiyi müddət ərzində onun səlahiyyətlərinə aid olmasa da, qeyri-rəsmi olaraq xəzinədar kimi ödənişlərin bir qisminin sonuncunun debet kart hesabına köçürülməsi barədə direktor Şahid1 tərəfindən müvafiq göstəriş verilmişdir. 2020-ci il tarixdən etibarən şirkətin satış menecerləri Elçin və Fərid adlı şəxslərin etdikləri satışlara görə müştərilər ödənişləri Telmanın adma olan kart hesabına köçürməyə başlamışdır. Həmin ödənişlərin bir qismi Telman tərəfindən nağd şəkildə, bir qismi isə kart hesabına köçürmə yolu ilə qəbul edilmişdir. Şirkətdən satılan məhsullara görə ödənişlər gecikdiyi üçün 2022-ci ilin avqust ayından aparılan daxili yoxlama zamanı müəyyən əksikliklər olduğu müəyyən edilmiş, eyni zamanda müəyyən edilmişdir ki, Telman müştərilərdən qəbul etdiyi ödənişlərin bir hissəsini ələ keçirmişdir. Belə ki, şirkətin əməkdaşı Elçinin adından kafel- metlax satışlarından əldə edilmiş gəlirdən 13.176 manat, Fəridin adından kafel-metlax satışlarından əldə edilmiş gəlirdən 19.749 manat, Raminin adından məhsul satışlarından əldə edilmiş gəlirdən 5.300 manat, Kənanın adından məhsul satışlarından əldə edilmiş gəlirdən isə 4.400 manat pulları nağd və kart hesabına köçürmə yolu ilə qəbul etmiş, lakin şirkətin hesabına mədaxil etməyərək, həmin pulları öz şəxsi maraqlan üçün ələ keçirmişdir. Bundan başqa Telman guya öz adına satdığı məhsulların əvəzi olan 29.000 manat pulu da ələ keçirmişdir. Bu barədə Telmanla söhbət etdikdə sonuncu etdiyi əməli etiraf edərək, həmin pulları Bakı şəhər ərazisində müxtəlif yerlərdə kart hesabından çıxarıb öz şəxsi maraqları üçün xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nə məxsus ümumilikdə 71.625 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Natiq və Rüfət adlı şəxslərin şirkətin daimi müştəriləridir. Sonradan həmin şəxslər bildirmişlər ki, Telman onların mağazalarından nisyə tikinti materialları götürmüş və pulunu geri qaytarmamışdır. Həmin şəxslər də pulunu şirkətdən istədikləri üçün Zahir Nəsir ifadəsində həmin məbləğləri də hesablamaqla, Təqsirləndirilən şəxs şirkətə məxsus ümumilikdə 76.276 manat 40 qəpik pulu ələ keçirdiyini təxmini olaraq qeyd etmişdir. Sonradan dəqiq hesablamalar apardıqda müəyyən olundu ki, Telman şirkətə məxsus ümumilikdə 71.625 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirlən şəxs qisminə təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, onunla iş yoldaşı olub. O, Zərərçəkmiş şəxs MMC-də satış meneceri işləmişdir. Zərərçəkmiş şəxs MMC-də 40-a yaxın işçi var idi, onlar kafel-metlax satırdılar. Satışdan əldə olunan pullar ya nağd formada ödənilirdi, ya da karta köçürülürdü. Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahid1 tapşırmışdı ki, yalnız Telman, Məcid və Raminin kartlarına pul köçürülsün. Kartlara köçürülən pul vəsaitləri ya kassaya ödənilirdi, yada Zahidə verilirdi. X9 arasında karta pul köçürülməsi ilə bağlı məsələ yarandı, Zahid Telmanın kartına köçürülən pul vəsaitlərini ona vermədiyini bildirdi, Telman da müəyyən hissəsi ilə razılaşdı. Sonra Zahid ona bəzi müştəriləri dedi, həmin müştəriləri o da tanıyırdı. O, həmin müştərilərə zəng etdi, onlar Telmanın kartına pul köçürdüklərini bildirdilər. Aydın oldu ki, həmin müştərilər pulları Telmanın kartına ödəyiblər, lakin həmin pul vəsaitləri nə kassaya ödənilməyib, nə də Zahidə verilməyib. Zahid ona Telmanın ödəməli olduğu ümumi məbləği demədi. Onun danışdığı müştərilər Telmana ümumilikdə təxminən 15-20 min manat pul vermişdilər. Həmin müştərilərin neçə nəfər olmasını xatırlamır. Zahid ona dedi ki, “həmin müştərilərə zəng et öyrən ki, onlar Telmanın kartına pul köçürdüblər?”. O da öyrəndi ki, onlar karta pulları köçürdüblər. Həmin vaxtlarda Telman anası xəstə olduğuna görə işə çox gəlmirdi. O, bir ay əvvəl öyrənmişdir ki, Zahidlə Telman öz aralarında pul vəsaitlərini tapıblar. O, iki ildir ki, Zərərçəkmiş şəxs MMC-dən işdən çıxmışdır. Zahidin ona dediyi müştərilərdə olan məbləğ 15-20 min manat idi. Satış zamanı qaimə faktura var idi. Qaimədə metlaxın növü yazılırdı. Satış olanda müştərilər ödənişi ya kassaya edirdilər, ya da həmin kartlara. Həmin kartlara gələn pullarla bağlı mağazalar çekləri göndərirdilər. Telman satış menecerlərinin kimə nə qədər mal verdiyini bilə bilməzdi. Zahidin ona tapşırdığı müştərilər onun və Telmanın müştəriləri idi, lakin pul vəsaitləri Telmana verilirdi. Zərərçəkmiş şəxs MMC-nin hazırki rəhbərini tanımır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, 2018-ci ildən etibarən Zərərçəkmiş şəxs şirkətində satış meneceri işləmişdir. 2022ci ilin oktyabr ayından işdən çıxma barədə ərizə yazmışdır. Lakin hələ rəsmi olaraq işdən çıxmamışdır. Təxminən 2020-ci ildə Təqsirləndirilən şəxs da şirkətə işə qəbul olunmuşdur. Əvvəlcə anbardar kimi, daha sonra isə satış meneceri kimi işləmişdir. Şirkətin işi bu cür qurulmuşdur ki, stabil əmək haqqı ilə yanaşı satışın həcmi çox olduqda bonus məbləğlər də olurdu. Müştərilərə kafel-metlax satışını bu cür qurulmuşdur ki, müştəriyə mal verdikdə nağd pulu ödənilir və ya nisyə şəkildə alıb daha sonra razılaşılmış vaxtda pulu ödənilirdi. Şirkətdən malı müştəri götürərkən şirkətdə daxili qaimə tərtib edilib mal təhvil verilir. Müştərilərin bəziləri uzaq məsafələrdə yaşadıqları üçün ödənişlər şirkətin 3 nəfərinin adma olan plastik kartlara yüklənməsi prosesi də həyata keçirilirdi. Belə ki, Təqsirləndirilən şəxs, Sədərəkdə fəaliyyət göstərən xəzinədar Şahid3, satış meneceri Şahid7 adma “Kapital Bank’m kartlarına pul köçürülürdü. Özünün adına “Kapital Bank”dan aldığı Bir kart kartı olsa da şirkətin direktoru Şahid1 köçürmələrin yalnız göstərdiyi 3 karta edilməsi ilə bağlı göstəriş verdiyi üçün öz kartına ödəniş qəbul etməmişdir. 2022-ci ilin yanvar ayından etibarən şirkətin əməkdaşı olan Təqsirləndirilən şəxs tərəfindən özünün etdiyi satışlarla bağlı ödənişlər qəbul edilmişdir. Həmin ödənişlərin bir qismi Telman tərəfindən nağd şəkildə, bir qismi isə onun adəna olan karta köçürmə yolu ilə edilmişdir. Belə ki, özünün hesablamalarına görə Telman tərəfindən kafel-metlax verdiyi Dərnəgül bazarında fəaliyyət göstərən Aqildən 662 manat, Gəncədə fəaliyyət göstərən Elçindən 1998 manat, Sumqayıtda fəaliyyət göstərən Elçindən 421 manat, Dərnəgül bazarında fəaliyyət göstərən “İmperial” Ticarət Mərkəzindəki Elsevərdən 1997 manat, Şəmkirdə fəaliyyət göstərən Fuaddan 2575 manat, Zaqatalada fəaliyyət göstərən Kamrandan 5098 manat olmaqla pullar öz adma olan plastik kartlara köçürülməsi yolu ilə, həmçinin Fərhad adlı dostundan 300 manat, Dərnəgüldə fəaliyyət göstərən Raufdan 471 manat, dostları Şamil həkimdən 497 manat, Ülvi həkimdən 2768 manat, Sumqayıtda fəaliyyət göstərən Sakitdən 2210 manat, tanışı Oqtaydan ona məlum olmayan yerlərdə 258 manat nağd şəkildə pul alaraq ələ keçirmişdir. Adını çəkdiyi şəxslərlə şəxsən danışmış və həmin şəxslər pulları nağd şəkildə verdiklərini və ya Telmanın kart hesabına köçürdüklərini demişlər. Ümumilikdə 19749 manat pulu özünün adından alaraq öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Şəmkirdən Fuad və Zaqataladan Kamranın pulu Telmanın kartına köçürdüyünü demək olar ki, pulun köçürüldüyü ərəfədə bilsə də, digərlərini daha gec bilmişdir. Telmandan Kamran və Fuadın göndərdiyi pulları şirkətin kassasına mədaxil edib-etməməsini dəfələrlə soruşsa da hər dəfə müxtəlif bəhanələr edir, kartına çox pul köçdüyü üçün kartın donduğunu, kart açılan kimi pulu ödəyəcəyini demişdir. Telmanın digər pulları da ələ keçirdiyini adı çəkilən müştərilərə zəng edib ödəniş etmələrini istəyəndə bilmişdir. Belə ki, həmin şəxslər ödənişləri Telmana nağd şəkildə və ya karta köçürmə yolu ilə etdiklərini demişlər. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qisminə təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, onun iş yoldaşı olub. Zərərçəkmiş şəxs MMC-nin işçiləri ilə ədavəti yoxdur. Hal-hazırda “Bank of baku” da işləyir. İş prosesindən sonra ona belə hallar məlum olmuşdu. Telman Zərərçəkmiş şəxs MMC-nin anbardarı vəzifəsində işləyib. Telmanın materiallar satdığını, lakin borclu olduğunu bilirdi. O, Zərərçəkmiş şəxs MMC-də xəzinədar vəzifəsində işləyib. Satış menecerindən onlara məlumat gəlirdi, onlar da buna uyğun olaraq qaimə yazırdı. O, Telmananın hərəkətələrinə görə çatışmazlığın miqdarının nə qədər olduğunu bilmir. Onlar mağazaların nə qədər borcu olduğunu görürmüşlər. O, təqsirləndirilən şəxsin nə qədər borcu olduğunu görə bilməmişdir. Telman onlara deyirdi ki, müştərilərdən pulu aldıqdan sonra borcunu geri ödəyəcəkdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından etibarən Zərərçəkmiş şəxs şirkətində xəzinədar işləyir. İşə girəndə Təqsirləndirilən şəxs şirkətdə satış meneceri işləyirdi. Şirkətin işi bu cür qurulmuşdu ki, stabil əmək haqqı ilə yanaşı satışın həcmi çox olduqda bonus məbləğlər də olurdu. Müştərilərə kafel-metlax satışı işi şirkətdə bu cür qurulmuşdu ki, müştəriyə mal verdikdə nağd pulu ödənilir və ya nisyə şəkildə alıb daha sonra razılaşılmış vaxtda pulu ödənilirdi. Şirkətdən mah müştəri götürərkən şirkətdə qaimə tərtib edilib mal təhvil verilirdi. Müştərilərin bəziləri uzaq məsafələrdə yaşadıqları üçün ödənişlərin şirkətin bir neçə işçisinin adına olan plastik kartlara yüklənməsi prosesi də həyata keçirilirdi. Belə ki, Təqsirləndirilən şəxs və satış meneceri Şahid7 adma olan bank kartlarına pullar köçürülür, həmin şəxslər isə pulları çıxarıb gətirərək xəzinəyə mədaxil edirdilər. Belə ki, 2022-ci ilin təxminən may ayından etibarən şirkətin əməkdaşı olan Təqsirləndirilən şəxs tərəfindən müştərilərə material satışı aparılmış və pul nağd şəkildə onun tərəfindən qəbul edilmişdir. Telman bəzi hallarda pulu müştəridən şirkətdə, bəzi hallarda isə şirkətdən kənarda müştərilərdən almışdır. Təqsirləndirilən şəxs etibardan sui-istifadə edib Zərərçəkmiş şəxs MMC-nə 4400 manat borcu yaranmışdır ki, direktor da həmin məbləği hazırda ondan tələb edir. Nəticədə direktor pulların Telman tərəfİndən alınaraq ələ keçirildiyini, lakin materialların göndərilmədiyini görüb direktor materialların göndərilməsi barədə göstəriş vermişdir. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qisminə təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, Təqsirləndirilən şəxsla “Kafel Metlax” ticarəti ilə məşğul olan, “Dərnəgül” ərazisində yerləşən firmada işləmişdir. Təqsirləndirilən şəxs kartına müştərilər tərəfindən ödənilən ödənişlər var idi, daha sonra ödənişlər edilmədi, hansı ki “Kafel Metlax”-ın ödənişləri idi. Təqsirləndirilən şəxs firmanın pulunu mənimsəmişdi, lakin hansı məbləğdə pulu mənsimsədiyini o, bilmir. Təqsirləndirilən şəxsı təxminən 2010-cu ildən bəri tanıyır. Təqsirləndirilən şəxs müştərilər tərəfindən onun kartına edilən ödənişləri kassada firmanın hesabına köçürməli idi, lakin ödəniş etmədi. Təqsirləndirilən şəxs tərəfindən edilən mənimsəməni müdiriyyət aşkar etmişdi. O, firmada satış meneceri vəzifəsində çalışmışdır. O, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, 2018-ci ildən etibarən Zərərçəkmiş şəxs şirkətində satış meneceri işləmişdir. 2022-ci ilin sentyabr ayında işdən çıxmağa dair ərizə yazsa da hələ işdən çıxarılmamışdır. Təxminən 2020-ci ildə Təqsirləndirilən şəxs da şirkətə işə qəbul olunmuşdur. Telman əvvəlcə anbardar kimi, daha sonra isə satış meneceri kimi işləmişdir. Şirkətin işi bu cür qurulmuşdu ki, stabil əmək haqqı ilə yanaşı satışın həcmi çox olduqda bonus məbləğlər də olurdu. Müştərilərə kafel-metlax satışı isə bu cür qurulmuşdu ki, müştəriyə mal verdikdə nağd pulu ödənilir və ya nisyə şəkildə ahb daha sonra razılaşılmış vaxtda pulu ödənilirdi. Şirkətdən malı müştəri götürərkən şirkətdə daxili qaimə tərtib edilib mal təhvil verilir. Müştərilərin bəziləri uzaq məsafələrdə yaşadıqlar üçün ödənişlər Təqsirləndirilən şəxs adma “bank kartlarına köçürülürdü. Özünün adına “Paşabank”a aid maaş kartı olmaqla yanaşı, "Xalq Bank”dan aldığı debet kartı olsa da, şirkətin direktoru Şahid1 köçürmələrin həmin karta edilməsi ilə bağlı göstəriş verdiyi üçün öz kartına ödəniş qəbul etməmişdir. 2022-ci ilin təxminən mart ayından etibarən şirkətin əməkdaşı olan Təqsirləndirilən şəxs tərəfindən onun etdiyi satışlarla bağlı ödənişlər qəbul edilmişdir. Həmin ödənişlərin bir qismi Telman tərəfindən nağd şəkildə, bir qismi isə onun adına olan karta köçürmə yolu ilə edilmişdir. Belə ki, öz hesablamalarına görə Telman tərəfindən kafel-metlax verdiyi, Şirvanda fəaliyyət göstərən Raufdan 2500 manat pulu öz adma olan plastik karta köçürülməsi yolu ilə, həmçinin Sədərəkdə fəaliyyət göstərən Fərruxdan 2066 manat, Oğuzda fəaliyyət göstərən Ramindən 1834 manat, “Şərq Bazarf’nda fəaliyyət göstərən Sübhandan təxminən 2971 manat, Şərq Bazarında fəaliyyət göstərən Eynulladan 660 manat, Ağdaşda fəaliyyət göstərən Asimandan 430 manat, “Eurohome” da fəaliyyət göstərən Cəlildən 218 manat, “Eurohome” da fəaliyyət göstərən Rəhimdən 808 manat, İmişlidə fəaliyyət göstərən Turaldan 112 manat və digər dəqiq xatırlamadığı müştərilərdən az-az məbləğlərdə pulu nağd şəkildə alaraq ələ keçirmişdir. Bu pulları alıb əldə etdiyini Telman özü etiraf etmişdir. Telman ümumilikdə 13176 manat pulu firmanın adından alaraq öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Şirvandan Raufun pulu Telmanın kartına köçürdüyünü demək olar ki, pulun köçürüldüyü ərəfədə bilsə də digərlərini daha gec bilmişdir. Telmandan Raufun göndərdiyi pulları şirkətin kassasına mədaxil edib-etməməsini dəfələrlə soruşsa da, hər dəfə müxtəlif bəhanələr edir, kartına çox pul köçdüyü üçün kartın donduğunu, kart açılan kimi pulu ödəyəcəyini demişdir. Telmanın digər pulları da ələ keçirdiyini, adı çəkilən müştərilərin bəzilərinə zəng edib ödəniş etmələrini istəyəndə bilmişdir. Belə ki, həmin şəxslər ödənişləri Telmana nağd şəkildə və ya karta köçürmə yolu ilə etdiklərini ona demişlər. Telmanın müştərilərdən nağd şəkildə pullan almalarını şirkətin müdiriyyəti də bilmişdir. Şahid7 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qisminə təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla iş yoldaşı olmuşdur, hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs kartı var idi, lakin hansı kart olduğunu bilmir. Təqsirləndirilən şəxs kartına müştərilər tərəfindən ödəniş edilirdi. O, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid7 ibtidai istintaq zamanı göstərmişdir ki, 2018-ci ildən etibarən Zərərçəkmiş şəxs şirkətində satış meneceri işləyir.İşlədiyi vaxt marketinq üzrə mütəxəssis olsa da müştəri cəlb edir və satış aparmışdır. Satışın həcmindən asılı olaraq bonus almışdır. Ayda 700 manat özünün adma olan “Paşabank” debet maaş kartına şirkət tərəfindən pul köçürülürdü. Müştərilərə kafel-metlax satışı işini bu cür qurulmuşdur ki, müştəriyə mal verdikdə nağd pul ödənilir və ya nisyə şəkildə alıb daha sonra razılaşılmış vaxtda pul ödənilirdi. Şirkətdən mal müştəri götürərkən şirkətdə daxili qaimə tərtib edilib mal təhvil verilmişdir. Müştərilərin bəziləri uzaq məsafələrdə yaşadıqları üçün ödənişlərin şirkətin 4 nəfər işçisinin adma olan plastik kartlara yüklənməsi prosesi də həyata keçirilirdi. Belə ki, özünün, Sədərəkdə fəaliyyət göstərən xəzinədar Raminin, mütəxəssis Mirismayılın və satış meneceri Telmanın adma bank kartlarına pul köçürülürdü. Özünün adma “Beynəlxalq” banka aid "xxxx" var idi. Şirkətin direktoru Şahid1 pul köçürmələrinin onun da kartına edilməsi ilə bağlı göstəriş verdiyi üçün öz kartına ödəniş qəbul edib nağdlaşdırıb kassaya vermişdir. Şahid3 ifadələrində göstərdi ki, işlədiyi firmada mal satışı nağd və ya nisyə formada həyata keçirilirdi. Müştərilərə malı nisyə verdikdə müəyyən müddət ərzində ödənişi edirdilər, bəzi hallarda həmin pulu Telmanın kartına köçürürdülər. O, digər anbarda olduğuna görə bir müddət borc siyahısına gec baxmış, daha sonra müəyyən borcların olduğunu görmüşdür. Bununla bağlı Telmandan məlumat soruşduqda tanıdığı insanlar olduğunu, hər ay ödəniş etdiklərini bildirdi. Məsələn kiminsə on min manat borcu olduqda hər ay iki-üç min manat ödəniş edirdi. Borcların tez yığılmalı olduğu deyildikdə Təqsirləndirilən şəxs bununla bağlı məlumat vermiş və o da ona edilən ödənişlərin bir hissəsini geri qaytarmışdır. O, müdiriyyətə borc siyahısında olan insanların Təqsirləndirilən şəxs tanıdığı insanlar olduğunu bildirmiş və həmin vaxt da Telmanın adında ödənişləri almalı olduğu borclar qalmışdı. Hal-hazırda onun adıyla müştəriyə verilən malın dəyərinin qalıq hissəsi 5300 manatdır. Təxmini məbləğ isə on-on iki min manat idi. Hadisə təxminən 2022-ci ildə baş verib. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, 2019-cu ilin sentyabr ayından Zərərçəkmiş şəxs şirkətində satış meneceri işləmiş, 2021-ci ilin sentyabr ayında isə şirkətin “Sədərək Ticarət Mərkəzi”ndə yerləşən məntəqəsində xəzinədar işləyir. Təxminən 2020-ci ildə Təqsirləndirilən şəxs da şirkətə işə qəbul olunmuş, əvvəlcə anbardar kimi, daha sonra isə satış meneceri kimi işləmişdir. Şirkətin işi bu cür qurulmuşdur ki, stabil əmək haqqı ilə yanaşı satışın həcmi çox olduqda bonus məbləğlər də olur. Müştərilərə kafel-metlax satışım bu cür qurulmuşdur ki, müştəriyə mal verdikdə nağd pulu ödənilir və ya nisyə şəkildə alıb daha sonra razılaşılmış vaxtda pulu ödənilirdi. Şirkətdən malı müştəri götürərkən şirkətdə qaimə tərtib edilib mal təhvil verilirdi. Müştərilərin bəziləri uzaq məsafələrdə yaşadıqları üçün ödənişlərin şirkətin 3 nəfər işçisinin adına olan plastik kartlara yüklənməsi prosesi də həyata keçirilirdi. Belə ki, Təqsirləndirilən şəxs, özünün, satış meneceri Şahid7 adma kartlara pul köçürülürdü. Özünün adına “Unibank”a aid kart var idi. 2022-ci ilin təxminən mart ayından etibarən şirkətin əməkdaşı olan Təqsirləndirilən şəxs tərəfindən özünün etdiyi satışlarla bağlı ödənişlər qəbul edilmişdir. Həmin ödənişlərin bir qismi Telman tərəfindən nağd şəkildə, bir qismi isə onun adma olan karta köçürmə yolu ilə edilmişdir. Belə ki, Telman Zərərçəkmiş şəxs MMC-də anbardar işlədiyi dövrdə onun adma satış həyata keçirilmirdi. Buna görə o, özünə yaxınlaşıb dəfələrlə müxtəlif müştərilərin kafel-metlax istədiyini demiş və özünün adma sifariş yazdırıb mal götürmüşdür. İlk vaxtlarda buna razı olmaq istəsməsə də, daha sonra razı olmuş və özünün tanımadığı, Telmanın tanıdığı müştərilərin adma mal-material yazılıb anbardan çıxarılmışdır. İlk vaxtlarda Telman malın pulunu vaxtında ödəmişdir. Sonrakı vaxtlarda isə malın pulunu ödəməmişdir. Müdiriyyət nisyələrin pulunun ödənmədiyini deyəndə özü də Telmana pulun ödənmədiyini demişdir. Telman bir neçə dəfə bu cür situasiyalarda pulu Ödəsə də sonuncu dəfə 2022-ci ilirf təxminən iyul ayında Telmana özünün adma olan ödənişləri alıb ödəməsini demişdir. Telman isə hər dəfə müxtəlif bəhanələr gətirdiyi üçün məcbur olub bu barədə satış direktoru Fuada məlumat vermiş və bundan sonra bəlli olmuşdur ki, Telman başqa şəxslərin də adma mal götürüb pulunu ödəməmişdir. Adma yazılan müştərilərlə əlaqə saxlaya bilməmişdir. Çünki həmin şəxslərin əlaqə vasitələrini Telman özü bilirdi. Bu günkü günə kimi həmin şəxslərin həqiqətən mövcud olub-olmamasını və ya xəyali şəxslər olmasını da dəqiq bilmir. Lakin, Telmanın onun adma 5300 manat nisyə mal çıxartdırıb pulunu ödəməməklə onu da pis vəziyyətdə qoymuşdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş audit Şahid8 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qisminə təqdim olunan Təqsirləndirilən şəxs ilə hər hansı şəxsi tanışlığı yoxdur. O, Zərərçəkmiş şəxs MMC-nin işi ilə bağlı 2024-cü ilin noyabr ayında audit yoxlaması aparmışdır. Həmin audit yoxlanışı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə qarşı olan dələduzluq məsələsi ilə bağlı idi. Audit yoxlamasını Bakı şəhəri, Babək prospektində yerləşən ofisdə aparmışdır. Audit yoxlanışının məqsədi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə qarşı olan dələduzluq məsələsi üzrə Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyanın yekun məbləğinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Audit yoxlanışının aparılması üçün ona hazırkı cinayət işi üzrə ittiham aktı, Nərimanov rayon Prokurorluğu tərəfindən tərtib olunmuş bəzi sənədlər, cinayət işi üzrə şahidlərin dindirmə protokolları, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə qaytardığı pul məbləğləri ilə bağlı sənədlər, Kərimov Oruc adlı şəxsin Zərərçəkmiş şəxs MMC-dən malları götürüb ödəniş etməməsi ilə bağlı olan sənədlər təqdim olunmuşdur. Ona təqdim olunan sənədlər arasında təhvil verilən və yerdə qalan mallar barədə hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir. Ona təqdim edilən sənədlərdə satılan mallara olan ödənişlərin Təqsirləndirilən şəxs verilməsi və onun da həmin ödəmələrlə bağlı Zərərçəkmiş şəxs MMC-yə təqdim etdiyi və etmədiyi ödənişlərə baxmışdır. Ödənişi qaytarmayan şəxslərdən izahat almamışdır. Ona təqdim olunan sənədlər əsasında o, audit rəyi vermişdir, lakin, həmin rəyin mötəbərliyi onun məsuliyyəti deyil. Həmin rəy istintaq orqanı tərəfindən qəbul edildiyi halda mötəbərdir. Audit yoxlamasının aparılması üçün sifariş verən Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi İsa və Zahid adlı şəxslər idi. Zərərçəkmiş şəxs MMC tərəfindən malların satıldığı şəxslərdən izahat almamışdır. O, Zərərçəkmiş şəxs MMC kafel və metlax məhsullarının satışı ilə məşğul olur. Ona nə qədər və hansı növ kafel və metlax mallarının satışının həyata keçirilməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. O, sadəcə ona təqdim olunan sənədlər əsasında audit rəyi vermişdir. Ona təqdim olunan ödəniş sənədlərinin surəti olub və o, onların əsillərin tələb etməmişdir. Ödəniş sənədlərinin doğruluğunu təsdiq edən digər hər hansı bir sənəd olmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş məhkəmə-mühasibat eksperti X8 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qisminə təqdim olunan Təqsirləndirilən şəxs tanımır. Məhkəmə-mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Cinayət işinin materialları ilə tanış olan zaman, orada kompyuter vasitəsi ilə hazırlanmış, təhrif oluna bilən məlumatlar öz əksini tapmış sənədələr aşkar olundu. Həmçinin cinayət işinin materiallarında sadə qaimələr mövcud idi və həmin qaimələr əsasında tədqiqat aparıb, rəy verə bilmirlər.Bu səbəbədən də iş üzrə məşkəmə tərəfindən təyin olunmuş məhkəməmühasibatıq ekspertizasını apara bilməyib cinayət işinin materiallarını məhkəməyə qaytarmışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı göstərmişdir ki, 2020-ci ildən etibarən Zərərçəkmiş şəxs şirkətində Marketinq üzrə mütəxəssis işləyir. Şirkətin işi bu cür qurulmuşdur ki, işlədiyi vaxtda stabil əmək haqqı ilə yanaşı satışın həcmi çox olduqda bonus məbləğlər də olurdu. İşlədiyi vaxt marketinq üzrə mütəxəssis olsa da müştəri cəlb edir və satış aparmışdır. Satışın həcmindən asılı olaraq bonus almışdır. Ayda 500 manat özünün adma olan “Paşabank” debet maaş kartına şirkət tərəfindən pul köçürülürdü. Müştərilərə kafel-metlax satışı işini bu cür qurulmuşdur ki, müştəriyə mal verdikdə nağd pul Ödənilir və ya nisyə şəkildə alıb daha sonra razılaşılmış vaxtda pul ödənilirdi. Şirkətdən mah müştəri götürərkən şirkətdə daxili qaimə tərtib edilib mal təhvil verilir. Müştərilərin bəziləri uzaq məsafələrdə yaşadıqları üçün ödənişlərin şirkətin 4 nəfər işçisinin adma olan plastik kartlara yüklənməsi prosesi də həyata keçirilirdi. Belə ki, özünün, Sədərəkdə fəaliyyət göstərən xəzinədar Raminin, satış meneceri Şahid7 və satış meneceri Telmanın adma bank kartlarına pul köçürülürdü. Özünün adma “Paşabank”a aid maaş kartı olmaqla yanaşı, digər banklardan aldığı debet kartları da var idi. Şirkətin direktoru Şahid1 pul köçürmələrinin onun da kartıma edilməsi ilə bağlı göstəriş verdiyi üçün öz kartına ödəniş qəbul etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, 2018-ci ilin may ayında Zərərçəkmiş şəxs MMC-ni təsis edib təxminən 15 ildir ki, məşğul olduğu kafel-metlax, alçipan alqı-satqısı və digər tikinti materiallarının alqı- satqısı ilə məşğul olmağa davam etmişdir.Təqsirləndirilən şəxs 2019-cu ildən etibarən Zərərçəkmiş şəxs şirkətində böyük anbardar işinə qəbul olunmuş, 2022-ci ilin fevral ayından isə satış meneceri işləməyə başlamışdır. Şirkətin işi bu cür qurulmuşdu ki, anbardar işlədiyi vaxt Təqsirləndirilən şəxs stabil əmək haqqı ilə yanaşı satışın həcmi çox olduqda bons məbləğlər də verilirdi. Telman satış meneceri işlədiyi vaxt isə satışın həcmindən asılı olara bonus alırdı. Ayda 700 manat Telmanın adma olan “Paşabank” debet maaş kartına şirkət tərəfindən pul köçürülürdü. Müştərilərə kafelmetlax satışı işini bu cür qurulmuşdur ki, müştəriyə mal verdikdə nağd pul ödənilir və ya nisyə şəkildə alıb daha sonra razılaşılmış vaxtda pul ödənilirdi. Satış mağazası ünvan 3 ünvanında fəaliyyət göstərir. Şirkətin ofisi də göstərilən ünvanda yerləşir. Mağazadan müştəri malı götürərkən şirkətdə daxili elektron satış qaiməsi tərtib edilib mal təhvil verilir. Müştərilərin bəziləri uzaq məsafələrdə yaşadıqları üçün ödənişlər şirkətin 4 nəfər işçisinin adma olan plastik kartlara yüklənməsi prosesi həyatı keçirilirdi. Belə ki, Təqsirləndirilən şəxs, Sədərəkdə fəaliyyət göstərən xəzinədar Raminin, satış meneceri Şahid7 və satış meneceri İsmayılın adına bank kartlarına pul köçürülürdü. Təqsirləndirilən şəxs adına səhv etmirsə “Paşabank”a aid maaş kartı olmaqla yanaşı, digər banklardan aldığı debet kartı da var idi. Köçürmələrin Telmanın da kartına edilməsi ilə bağlı göstəriş verdiyi üçün Telman öz kartına ödəniş qəbul edirdi. 2020-ci ildən etibarən şirkətin işçiləri Elçin və Fərid adlı şəxslərin adma satılan məhsullara görə müştərilər ödənişləri Telmanın adına olan karta köçürməyə başlamışdır. Həmin mallar Elçin və Fəridin adma satılsa da, satışları Telman özü aparır, müştərilərlə Telman əlaqə saxlayırdı. Həmin ödənişlərin bir qismi Telman tərəfindən nağd şəkildə, bir qismi isə adma olan karta köçürmə yolu ilə edilirdi. Şirkətdə satılan mallara görə ödənişlər gecikdiyi üçün 2022-ci ilin avqust ayında daxili yoxlama apararaq əksikliklər olduğu müəyyən edilmişdir. Həmçinin ödənişlərin edilmədiyi kimi qeyd edilən müştərilərin bəziləri ilə əlaqə saxlayıb onların ödəniş etmələrini, lakin Telmanın həmin pulları ələ keçirdiyini öyrənmişlər. Belə ki, ilkin hesablamalara görə şirkətin işçisi Elçinin adma kafel-metlax verilən şəxslərdən təxminən 13.000 manat, Fəridin adma kafel-metlax verilən şəxslərdən təxminən 19.000 manat pulu göstərilən formalarda Telman alıb ələ keçirmişdir. Həmin müştərilərlə şirkət adından əlaqə saxlayıb dəqiqləşdirmələr də aparılmışdır. Bundan başqa, Telmanın öz adma satdığı məhsulların əvəzi olan təxminən 29.000 manat pulu da qəbul edib şirkətin kassasına mədaxil etməyərək öz şəxsi məqsədlərinə istifadə etdiyi müəyyən edilmişdir. Telmanın özü ilə söhbət etdikkdə sonuncu həmin pulları kartdan Bakı şəhərinin müxtəlif ərazilərində çıxarıb öz məqsədləri üçün istifadə etdiyini demiş və bununla bağlı öz xətti ilə izahat da yazmışdır. Həmçinin Telman şirkətin işçiləri olan Şahid2 və Şahid3 adma da satışlar həyata keçirib Raminin adına olan 5300 manat, Kənanın adma olan 4400 manat pulu əldə edib şirkətin xəzinəsinə mədaxil etməmişdir. Bundan əlavə, Telman şirkətin müştəriləri olan Natiq və Rüfət adl şəxslərdən öz adından müvafiq olaraq 1350 manat və 1250 manat dəyərində material alsa da pulunu ödəməmişdir. Həmin şəxslər isə pulu ondan istəyir. Məhkəməyə zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş 04 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən iş üzrə Zərərçəkmiş şəxs MMC-yə 13.420 (on üç min dörd yüz iyirmi) manat zərər vurulmuşdur, həmin zərər təqsirləndirilən şəxs tərəfiəndən tam ödənilmişdir, ondan tələb və şikayətləri yoxdur. Məhkəmənin hüquqi qiymətləndirməsi: İstintaq orqanı Təqsirləndirilən şəxs əməllərini zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 71.625 manat olmaqla, külli miqdarda ziyan vurmaqla dələduzluq kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmədə, ittihamın bu hissəsi təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutların məcmusu ilə müqayisəli təqdiq edildikdə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə ittihamda göstərilən miqdarda ziyan vurmasını təsdiq edən sübut müəyyən olunmadı. Həmçinin Təqsirləndirilən şəxs özü də ittihamın bu hissəsini inkar etdi. Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək zərərçəkmiş şəxsə 13.420 (on üç min dörd yüz iyirmi) manat ziyan vurduğunu etiraf etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi də məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs tərəfindən ittihamda nəzərdə tutulan dövr ərzində Zərərçəkmiş şəxs MMC-yə 13.420 (on üç min dörd yüz iyirmi) manat ziyan vurduğunu, həmin məbləği də məhkəmə istintaqı zamanı ödədiyini, onunla barışdıqlarını, ona qarşı tələb və şikayətlərinin olmadığını göstərdilər. Məhkəmə, göstərilənlərə əsasən qeyd edir ki, zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərəri dəqiqləşdirməyə səlahiyyətlidir. Bu səbəbdən də məhkəmə, həmin məbləği Təqsirləndirilən şəxs tərəfindən ittihamda nəzərdə tutulan dövr ərzində Zərərçəkmiş şəxs MMC-yə vurduğu zərər kimi qəbul edir və Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan, «71.625 manat» ədəd və sözlərinin xaric olunmasını və dəymiş zərərin 13.420 (on üç min dörd yüz iyirmi) manat kimi oxunmasını, onun tərəfindən vurulmuş zərərin məbləğinin cinayət qanununun tələblərinə əsasən, külli miqdar deyil, xeyli miqdar kimi qiymətləndirilməsini əsaslı sayır. Məhkəmənin gəldiyi bu qənaət, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə on üç min manatdan bir qədər artıq zərər vurduğunu təsdiq edən özünün, onun ifadələrini təsdiq edən şəhid ifadələri, audit rəyininin mühasibat sənədlərinə deyil, ittiham aktına, şahid ifadələrinə və sair subyektiv mülahizələrə əsaslanıb verildiyini təsdiq edən ibtidai istintaq zamanı iş üzrə audit aparmış şəxsin ifadələri, iş üzrə mühasibat sənədləri olmadığı üçün məhkəmə mühasibatlıq ekspertizanının aparılmasının mümkün olmadığını təsdiq edən ekspertin ifadəsi və işin faktiki halları baxımından da əsaslıdır. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X10rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin dispozitiv əlamətləri ilə əhatə olunduğu qənaətinə gəlib onun əməllərinin həmin maddə ilə tövsif edilməsini və ona elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 178 3.2-ci maddəsinin xaric olunmasını əsaslı sayır. Məhkəməyə müdafiə tərəfindən təqdim olunmuş 24 iyun 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən iş üzrə zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzi olan 13.420 (on üç min dörd yüz iyirmi) manatın Azərbaycan Respublikası CM-in 73- 1.2-ci maddəsində göstərilən tələblər baxımından iyirmi beş faizi olaraq 3,355 (üç min üç yüz əlli beş) manat dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 178.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və dəymiş zərəri tam ödədikdə, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad olunur. Məhkəmə bu iş üzrə qərar qəbul edərkən cinayət qanunun həmin imperativ tələblərini nəzərə alır. Məhkəmə həmin halı nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2ci maddəsində göstərilən əsaslarla, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinə münasibətdə cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət işinə xitam verilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 dekabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması qənaətinə gəldiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv olunmasını əsaslı sayır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 43.1.2, 344-347, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil bürosunun Vəkili Müdafiəçi1 ödənilməsi üçün 352 (üç yüz əlli iki) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasını Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-167/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-167/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver