Məhkəmə qərarları › İş №1(101)-1670/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1670/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1670/2021 18.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, 05 avqust 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum edilməmiş, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 37, mənzil 25-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları, 26-cı məhəllə ev 281-də yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 6,405 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə saat 02:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd sellofan bükümdə eyni tərkibdə ayrı-ayrılıqda təmiz çəkisi 2,295 qram, 2,028 qram və 2,082 qram olmaqla ümumi təmiz çəkisi 6,405 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 12 aprel 2021ci il tarixdə gecə saat 02 radələrində idarə etdiyi ağ rəngli, nömrə nişanını dəqiq xatırlamadığı “Lada Priora” markalı avtomobillə Sumqayıt şəhəri, H.Əliyev prospektindəki N.Nərimanov adına mədəniyyət mərkəzinin yaxınlığında köşkdən siqaret almaq üçün saxlamışdır. Həmin vaxtı ona 3-4 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Onu maşını ilə birlikdə Sumqayıt Hərbi Prokurorluğunun inzibati binasının arxasındakı məhləyə aparmışlar. Orada onun üzərinə və maşınını axtarıb heç nə tapmamışlar, ona bildirmişlər ki, guya o, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğuldur, buna görə ondan narkotik vasitəni hara qoyduğunu soruşmuşlar. O isə üzərində və ya maşında narkotik vasitə olmadığını, narkotik vasitə satışı ilə məşğul olmadığını bildirsə də, onu polis əməkdaşları Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsəninə gətirmişlər. Onu ora öz maşınında arxa oturacaqda əyləşdirərək gətirmişlər və həmin vaxtı yanında, yəni sağ və sol tərəfində mülki geyimdə olan polis əməkdaşları oturmuşdur. Onu inzibati binanın 5-ci mərtəbəsinə qaldırmışlar və onu orada həmin idarənin əməliyyat müvəkkili kimi özünü təqdim edən Anar adlı polis əməkdaşı və yanındakı tanımadığı şəxslər döyərək ona bildirmişlər ki, yalandan boynuna alsın ki, üzərində narkotik vasitə aşkar edilmişdir. Ona bildirmişlər ki, cibinə narkotik vasitə qoyacaqlar və video çəkiliş zaman guya həmin narkotik vasitəni könüllü şəkildə təqdim edib Sumqayıt şəhərində yerləşən Corat qəsəbəsində tanımadığı şəxsdən aldığını söyləsin. Əgər boynuna almayacağı təqdirdə isə onu üzərindən kilo ilə narkotik vasitə aşkar etmələri faktı ilə bağlı sənədləşdirəcəklərini demişlər. Dediklərini edəcəyi təqdirdə isə onu CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini, onun tutulmayacağı və məhkəmədə 1 il müddətinə qandal vurub evə buraxılacağını söyləmişlər. O da onların onu döyməsini və razı olmayacağı təqdirdə onu yalandan ağır çəki olan narkotik vasitə ilə sənədləşdirəcəklərini başa düşüb qorxduğundan dedikləri ilə razılaşmışdır. Buna görə də onun üzərində həmin polis əməkdaşı Anar adlı şəxsin, digər tanımadığı polis əməkdaşının və dəvət edilmiş vəkilin iştirakı ilə idarənin əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmişdir. O da onlarla əvvəlcədən razılaşdığı kimi çəkiliş zamanı qabaqcadan rəis dedikləri, adını bilmədiyi, ağ saçlı polis əməkdaşının şalvarının sağ yan cibinə qoyduğu 03 ədəd büküm olan narkotik vasitə “kakosu” cibindən çıxardıb guya əvvəlcədən onun cibində olmuş kimi təqdim etmiş və həmin narkotik vasitələri Corat qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Hətta o, axtarış zamanı həqiqətən özünə məxsus olan 10 manat pulu və 01 ədəd içərisində ***-***-**-**, ***-***-**-** mobil nömrələri istifadə etdiyi tünd göy rəngli “Samsung A30S” markalı mobil telefonu da təqdim etmişdir. Axtarışın və götürmənin nəticəsində 10 manat pulu ona qaytarmışlar, lakin telefonu sübut kimi özlərində saxlamışlar, cibinə qoyduqları 3 ədəd bükümü isə zərfdə qablaşdıraraq orada iştirak etmiş şəxslərə zərfin üzərini imzalatdırmışlar. Sonradan Nərimanov rayon Məhkəməsində işinə baxan hakim məhkəmədə ona satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroinlə tutulduğumu bildirən zaman, o, məhkəmədə üzərindən heç bir şey çıxmadığını, onun məhkəmədə buraxılacağını vəd etdikləri üçün polis əməkdaşlarının üzərinə narkotik vasitə qoymaları ilə razılaşdığını, onu döydüklərini bildirmişdir. Lakin, məhkəmə ona 4 ay müddətinə həbs qətimkan tədbiri seçib onu Bakı İstintaq Təcridxanasına göndərmişdir. İş materiallarına əlavə edilmiş üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd alınmış videogörüntü əvvəlcədən planlaşdırılmış şəkildə çəkilmiş və o, görüntüdə polis əməkdaşlarının ona əvvəlcədən dediklərini bildirmişdir. Buna görə də çəkiliş zamanı əvvəlcədən cibinə qoyduqları 03 ədəd bükümdə olan narkotik vasitəni çıxartmış və onun döyülüb döyülməməyilə bağlı isə sual verən zaman yalandan döyülmədiyini bildirmişdir. Onu döyən polis əməkdaşlarından biri elə videoçəkilişdə iştirak etmiş əməliyyat müvəkkili Anar adlı polis əməkdaşı olmuş, digər onu döyən əməkdaş isə rəis dedikləri şəxs olmuşdur. Lakin, həmin rəis dedikləri şəxsin adını bilməsə də, videoçəkiliş həmin rəis dedikləri şəxsin kabinetində olmuşdur. Bakı İstintaq Təcridaxanasına getdikdən sonra anlayışı olmadığı üçün hara müraciət edəcəyini bilməmiş, ona müqavilə ilə vəkil tutulduqdan sonra bu barədə vəkilinə bildirmişdir. Bakı İstintaq Təcridxanasına keçirilən zaman bədənində xəsarət olub olmaması barədə həmin təcridxananın əməkdaşlarına məlumat verməmiş, orada isə heç bir xəsarətinin olmadığını bildirmişdir. Qorxduğu üçün bu barədə bildirməmişdir. O, narkotik vasitə satışı ilə heç vaxt məşğul olmamış, lakin arabir narkotik vasitələrdən istifadə etmişdir. "xxxx" MMC-dən əldə edilmiş telefon məlumatlarına baxış keçirilən zaman istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 11.04.2021-ci il tarixdə saat 19:06:23-də ***-***-**-** mobil nömrəsindən “1 dənə 20, 1 dənə 10”; habelə 12.04.2021-ci il tarixdə saat 04:27:08-də ***-***-**-** mobil nömrəsindən “Yetm kola patı lazmdi heresinnen 2 dene, Sencani yatmamısansa cavab yaz gelim” məzmununda göndərilmiş sms mətinləri ilə bağlı bildirmişdir ki, ona göndərilmiş mesajda “1 dənə 20, 1 dənə 10” məzmununda yazılan mesajın mənasını başa düşməmiş, digər göndərilən mesajda isə “Yetm kola patı lazmdi heresinnen 2 dene, Sencani yatmamısansa cavab yaz gelim” mesajını zarafat məqsədi ilə ola bilsinki ona kimsə göndərmişdir. Həmin nömrə sahiblərini tanımır. O, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. "xxxx" MMC-dən əldə edilmiş telefon məlumatlarına baxış keçirilən zaman istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 11.04.2021-ci il tarixdə saat 19:58:36-da ***-***-**-** mobil nömrəsindən “bağışla narahat elədim qurban sene işim düşüb sene 50m varımdı 2 dene kola alınar başva dönüm he yox de. Pul üstümdedi.” məzmununda göndərilmiş sms mətini ilə bağlı bildirmişdir ki, həmin mesajı yazan şəxsi şəxsi tanımır və nəyə görə belə bir mesaj yazıldığını başa düşməmişdir. Ola bilər ki, kimsə onun dost tanışından telefonundan istifadə edib və yazışdığı adamla zarafatlaşmışdır. Həmin nömrə sahiblərini tanımır. "xxxx" MMCdən əldə edilmiş telefon məlumatlarına baxış keçirilən zaman istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 11.04.2021-ci il tarixdə saat 19:56:29-da ***-***-**-** mobil nömrəsinə “Evdeyem danişa bilmirem 15 yığacam seni telesme”; 11.04.2021-ci il tarixdə saat 20:00:30-da ***-***-**-** mobil nömrəsinə “Yox canim kanalım yoxdu heleki ordan burdan gücnen tapıram canım olsa gurbandi sene özümün hele elemeye bele yoxumdu heç” məzmununda göndərilmiş mesajlarla bağlı bildirmişdir ki, ola bilər kimsə onun telefonu ilə mesajlaşıb, o, belə bir mesaj göndərməmişdir. Kimin mesajlaşdığını isə bilmir, adətən ondan kimsə, yəni tanışlarından telefon istəyəndə o, istifadə etmək üçün vermişdir. Saxlanılarkən üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Onun vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan, baş vermiş cinayətlərin açılmasını təmin etməkdən, istintaq və məhkəmə orqanları tərəfindən axtarışa elan edilmiş şəxslərin tutulması istiqamətində müvafiq əməliyyat tədbirləri keçirməkdən ibarətdir. 11 aprel 2021-ci il tarixdə “Rasim” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Rasim” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1981-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağları, 26-cı məhəllə, ev 281 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 2 nəfərdən yəni, ondan və əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət qrup yaradılmışdır. Həmin qrupa o, rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında olması müəyyən edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş 11 aprel 2021-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs 12.04.2021-ci il tarixdə saat 02:00-da ünvan 4 ünvanının yaxınlığında saxlanıraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 12 aprel 2021-ci il tarixdə saat 04:34-də şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs oğluna şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd sellofan bükümü, əynində olan şalvarının cibindən “Samsung” markalı mobil telefonu və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişldir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini bir gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişldir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, tomən və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Onun vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan, baş vermiş cinayətlərin açılmasını təmin etməkdən, istintaq və məhkəmə orqanları tərəfindən axtarışa elan edilmiş şəxslərin tutulması istiqamətində müvafiq əməliyyat tədbirləri keçirməkdən ibarətdir. 11 aprel 2021-ci il tarixdə “Rasim” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Rasim” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1981-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağları, 26-cı məhəllə, ev 281 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Şahid1 Baş İdarənin rəisinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 2 nəfərdən yəni, ondan və əməliyyat müvəkkili polis kapitanı Şahid1 ibarət qrup yaradılmışdır. Həmin qrupa Şahid1 rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında olması müəyyən edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş 11 aprel 2021-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs 12.04.2021-ci il tarixdə saat 02:00-da ünvan 4 ünvanının yaxınlığında saxlanıraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 12 aprel 2021-ci il tarixdə saat 04:34-də şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs oğluna şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd sellofan bükümü, əynində olan şalvarının cibindən “Samsung” markalı mobil telefonu və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişldir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini bir gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişldir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, tomən və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 aprel 2021-ci il tarixli 6/1431 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,295 qram, 2,028 qram, 2,082 qram ümumi təmiz çəkisi 6,405 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi- 6,405 qram, tədqiqata sərf edildi- 0,15 qram, qalıq- 6,255 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14.06.2021-ci il tarixli, 1894 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vərəqə 133-134) İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 22.06.2021-ci il tarixli, 1342 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmayıb, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olnmur. Təqsirləndirilən şəxs öz hazırki hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür və onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vərəqə 222-224) İş materiallarında olan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən video kamera vasitəsi ilə qeydə alınan video görüntülərin əks edildiyi 1 ədəd ağ rəngli CD diskə baxış keçirilməsi haqqında 20.07.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı fayldakı görüntülərin 18 dəqiqə 29 saniyə davam etdiyi, görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün 07-ci dəqiqəsi 08-ci saniyəsində əynində olan cins şalvarının sağ yan cibindən 3 ədəd sellofan bükümü, 07-ci dəqiqə 37-ci saniyəsində isə 01 ədəd “Samsung” markalı mobil telefonu, 07-ci dəqiqə 50-ci saniyəsində isə 2 ədəd 5 manatlıq pul əskinaslarını təqdim etdiyi, Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddənin narkotik vasitə “kakos”, yəni heroin olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirdiyi, üzərində aşkar edilmiş “Samsung” markalı mobil telefonda isə 2 ədəd nömrə, yəni ***-***-**-**, ***-***-**-** mobil nömrələrini istifadə etdiyini bildirdiyi, aşkar edilmiş 3 ədəd kütlə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalandığı, 01 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürüldüyü, lakin 2 ədəd 5 manatlıq əskinas isə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarıldığı, bundan sonra Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən digər əşya və ya maddə aşkar edilmədiyi müəyyən edilmişdir. (cild 01, iş vərəqə 180) İş üzrə "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə AZF/LGL-178/21 nömrəli məktubla daxil olmuş ***-***-**-** saylı nömrədə 01.04.2021-ci il tarixdən 13.04.2021-ci il tarixədək olan müddət ərzində qeydə alınmış zənglərin siyahısı, sms mətinləri və zənglərin anten məlumatlarını əks olunduğu CD diskə 01.09.2021-ci ildə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11.04.2021-ci il tarixdə saat 19:06:23-də ***-***-**-** mobil nömrəsindən “1 dənə 20, 1 dənə 10”; 12.04.2021-ci il tarixdə saat 04:27:08-də ***-***-**-** mobil nömrəsindən “Yetm kola patı lazmdi heresinnen 2 dene, Sencani yatmamısansa cavab yaz gelim” məzmununda iş üçün sübut əhəmiyyəti kəsb edən sms mətinləri göndərildiyi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinin anten dairəsi 01.04.2021-ci il saat 02 radələrindən 12.04.2021-ci il saat 02:48-dək müddət ərzində Sumaqayıt şəhəri ərazisindəki müxtəlif ünvanlarda, 12.04.2021-ci il saat 03:16-dan 10:44-dək müddət ərzində isə ünvan 5 ünvanında qeyd alındığı, müxtəlif nömrələr ilə danışıqları əks edildiyi, ***-***-**-** mobil nömrəsinin X2, ***-***-**-** mobil nömrəsinin isə X3 və istifadəsində olan ***-***-**-** mobil nömrəsinin isə öz adına, yəni Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir. İş üzrə "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə BKC/LGL-9381/21 nömrəli məktubla daxil olmuş ***-***-**-** saylı nömrədə 01.04.2021-ci il tarixdən 13.04.2021-ci il tarixədək olan müddət ərzində qeydə alınmış zənglərin siyahısı, sms mətinləri və zənglərin anten məlumatlarının əks olunduğu CD diskə 01.09.2021-ci ildə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11.04.2021-ci il tarixdə saat 19:58:36-da ***-***-**-** mobil nömrəsindən “bağışla narahat elədim qurban sene işim düşüb sene 50m varimdi 2 dene kola alinar başva dönüm he yox de. Pul üstümdedi.” məzmununda sms göndərildiyi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 11.04.2021-ci il tarixdə saat 19:56:29-da ***-***-**-** mobil nömrəsinə “Evdeyem danişa bilmirem 15 yığacam seni telesme”; 11.04.2021-ci il tarixdə saat 20:00:30-da ***-***-**-** mobil nömrəsinə “Yox canim kanalım yoxdu heleki ordan burdan gücnen tapıram canım olsa gurbandi sene özümün hele elemeye bele yoxumdu heç” məzmununda sms göndərildiyi, ***-***-**-** mobil nömrəsinin anten dairəsi 01.04.2021-ci il saat 04 radələrindən 12.04.2021-ci il saat 01:09-dək müddət ərzində Sumqayıt şəhəri ərazisindəki müxtəlif ünvanlarda qeyd alındığı, müxtəlif nömrələr ilə danışıqları əks edildiyi, ***-***-**-** mobil nömrəsinin isə öz adına, yəni Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir. (cild 01, iş vərəqə 211-219) İş üzrə şahid AR DİN BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və üzləşmə zamanı Şahid1 istintaqa verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı təsdiqləmişdir. (cild 01, iş vərəqə 165-173) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmağa yönəlməklə, iş üzrə şahidlərin ifadələri, özünün ibtidai istintaq zamanı 12.04.2021-ci il tarixli şübhəli şəxs və 13.04.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində qismində ifadələri, ekspert rəyləri, şəxsi-axtarış, götürmə və baxış protokolları və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13.04.2021-ci il tarixli ifadəsində göstərmişdir ki, o, təxminən 6 ay olar ki, narkotik vasitənin kakos (heroin) növündən istifadə edir. Sumqayıt şəhəri, Corat qəsəbəsində narkotik vasitənin satışı ilə məşğul olan bir nəfər şəxsin olmasını bilirmiş. Çünki bu barədə o, eşitmiş və həmin şəxsin harada hansı üsulla narkotik vasitə satması və həmin şəxsdən necə narkotik vasitə əldə etməyi barədə onda məlumat olmuşdur. 11 aprel 2021-ci il tarixdə saat təxminən 17-18 radələrində o, Sumqayıt şəhəri, Corat qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroin almışdır. Həmin şəxs narkotik vasitə heroinin qramını 20 manata satmış və o da həmin şəxsdən aldığı narkotik vasitəni həmin qiymətə almışdır. Narkotik vasitəni həmin şəxsdən aldıqdan sonra onu üzərində saxlamış, lakin istifadə etmək üçün imkanı olmamışdır. Həmçinin özü üzərində saxlamışdır ki, lazım olduğu vaxt istifadə edər. O, bu gün yəni 12 aprel 2021-ci il tarixdə saat 02:00 radələrində ünvan 4 ünvanında yerləşən N.Nərimanov adına Mədəniyyət Mərkəzinin yaxınlığında olduğu zaman ona 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarımın müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarının cibindən “Samsung” markalı mobil telefonu, əynində olan şalvarının cibindən 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroini bir gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən onun iştirakı ilə imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul onun özünə qaytarılmışdır. Üzərindən aşkarlanmış “Samsung” markalı mobil telefonu polis əməkdaşı tərəfindən götürülmüşdür. O, üzərindən narkotik vasitə heroin aşkar edilməsini səmimi olaraq etiraf edir və törətdiyi cinayət əməlindən çox peşmandır. O, bundan başqa heç bir cinayət əməlini törətməmişdir. O, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir. O, BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılarkən və ya saxlandıqdan sonra hər hansısa formada fiziki və ya psixi təsirə məruz qalmamış, ona heç bir formada təzyiq olunmamışdır. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və qeydiyyatı yoxdur. O, əvvəllər istifadə etdiyi narkotik vasitələri Sumqayıt və Bakı şəhərindən tanımadığı şəxslərdən əldə edərək istifadə edirmiş. Lakin, həmin şəxsləri o, tanımır və onların anket məlmatları barədə heç nə deyə bilmir. Onun narkotik vasitə istifadəçisi olmağından, narkotik vasitə əldə edərək üzərində saxlamağından nə ailə üzvləri nə də digər şəxslərdən heç kimin bu barədə məlumatı olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni aldığı şəxsi tanımır və həmin şəsin anket məlumatları barədə məlumatı yodur. Ümumiyyətlə həmin şəxslə o, telefon vasitəsi ilə əlaqə saxlamamış, həmin şəxsin mobil nömrəsini bilmir. Sadəcə olaraq deyə bilər ki, həmin şəxs orta bədən quruluşlu, təxminən 165-170 boyunda bir nəfər şəxs olmuşdur. Bundan başqa həmin şəxs barəsində heç bir məlumatı yoxdur. Qeyd etdiyi kimi o, üzərindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. O, heç vaxt narkotik vasitə satmamış və üzərindən aşkar olunmuş narkotik vasitəni də satış məqsədi ilə əldə etməmişdir. Həmçinin, iş materiallarında olan Nərimanov rayon prokurorluğunun müstəntiqi Emil Mehdiyev tərəfindən qəbul edilmiş 27.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12.04.2021-ci ildə BMCMİ-nin əməkdaşları tərəfindən döyülərək qanunsuz hərəkətlərə məruz qalması faktı öz əksini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. (cild 01, iş vərəqə, 181-185) Eləcə də iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 5(005)-436/2021 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 11.04.2021-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. (cild 01, iş vərəqə 87-88) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs götürülmüş 3 bükümdə, ümumilikdə təmiz çəkisi 6,405 qram olan narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından (heroin 2 qramdan) artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, xırda bağlamalara bükülməsi də təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 22.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 139-140) İş materiallarında olan, Sumqayıt şəhər “Xəzər” bağçılıq cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin sədri tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 129) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Nərimanov RPİ-nin saxlanc kamerasında saxlanılan 6,255 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videolentə alınmış görüntülərin əks edildiyi 01 ədəd CD disk, "xxxx" və "xxxx" MMC-dən əldə edilmiş telefon məlumatlarınının əks edildiyi 02 ədəd CD disk, ümumilikdə 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 65 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsin məhkəmənarkoloji ekspertizasının 14.06.2021-ci il tarixli, 1894 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarında olan 12 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.04.2021-ci tarixli, 4(005)- 363/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 12 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 12 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Nərimanov RPİ-nin saxlanc kamerasında saxlanılan 6,255 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videolentə alınmış görüntülərin əks edildiyi 01 ədəd CD disk, "xxxx" və "xxxx" MMC-dən əldə edilmiş telefon məlumatlarınının əks edildiyi 02 ədəd CD disk, ümumilikdə 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar