Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1670/2022 13.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 13 dekabr 2022-ci il(saat 14:40) Bakı şəhərində Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları ilə xx xxxxx 1973-cü ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.3, 221.3, 228.4, 315 və 317-1.1-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən 1 saylı Cəzaçəkmə müəssisəsində Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq saxlanılan oğlu Teyyub Yolçuyev ilə 23 aprel 2022-ci il tarixdə saat 14:10 radələrində qısamüddətli görüşə gedərək “Cəzaçəkmə müəssisəsinin X6” ilə qadağan olunmuş əşyanı, yəni narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 0,156 qram narkotik vasitə olan qurudulmuş “marixuananı” əynindəki şalvarın arxa sol cibində saxlayıb yoxlamadan gizlətməklə cəzaçəkmə müəssisəsinə keçirərək həmin müəssisədə saxlanılan, cinayətdən xəbərsiz oğlu Teyyub Yolçuyevə verməyə cəhd etmiş, həmin vaxt müəssisənin nəzarət-buraxılış məntəqəsinin əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilərkən narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq olmayan miqdarda təmiz çəkisi 0,156 qram həmin narkotik vasitə olan qurudulmuş marixuana onun üzərindən aşkar edilərək götürüldüyü üçün cinayət əməlini başa çatdıra bilməmişdir. Bundan başqa o, 29 aprel 2022-ci il tarixdə gecə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat şossesində yolun kənarında ünvansız ərazidə yerləşən “131” adlandırılan kafedə yemək yedikdən və spirtli içki qəbul edib sərxoş halda, kafenin ofisiantı Zərərçəkmiş şəxs2 hesabı ödəmək barədə ona haqlı tələbindən sonra qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən xəncəri şalvarının bel hissəsindən çıxarıb özünü kafedə olan şəxslərin fövqündə qoyaraq onları vuracağı ilə hədələyib nalayiq ifadələr işlədərək kafenin icarədarı Zərərçəkmiş şəxs1 onu və kafenin ofisiantı Zərərçəkmiş şəxs2 həmin xəncərlə vuracağını bildirərək ondan 1000 (bir min) manat pul verməsini istəmiş, Zərərçəkmiş şəxs1 ona pul verməkdən imtina etməsindən sonra Zərərçəkmiş şəxs2 əlindəki soyuq silah hesab edilən xəncərlə qəsdən bir zərbə vuraraq sonuncuya dərəcəsi təyin edilməyən sağ bud nahiyəsinin səthi kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirmiş, bu zaman onu sakitləşdirməyə çalışaraq ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 da əlindəki eyni xəncərlə qəsdən bir zərbə vuraraq ona sağ said və sağ mil-bilək oynağı nahiyələrinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normalarına, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgə yaşayış qaydalarına zidd olaraq ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı və silahdan istifadə edilməklə müşayiət olunan qərəzəli hərəkətlər edərək xuliqanlıq etmiş və zərərçəkmiş şəxlərə zor tətbiq etməklə sonuncudan hədə qorxu ilə 1000 (bir min) manat pul tələb etmiş, həmçinin kafedən çıxdıqdan sonra hadisə yerindən uzaqlaşmaq üçün Maştağa- Zabrat şossesində yolun kənarı ilə üzü Maştağa qəsəbəsi istiqamətinə əlindəki soyuq silah hesab edilən xəncərlə piyada gedərkən həmin vaxt xidməti vəzifələrini yerinə yetirən, Daxili İşlər Nazirliyinin Əlahiddə çevik polis alayının 8-ci Patrul bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ona yaxınlaşıb cinayət törətməkdə şübhəli olduğu üçün onu polis bölməsinə dəvət etmələri və əlindəki xəncəri onlara təhvil verməsi barədə qanuni və əsaslı tələblərinə məhəl qoymadan onların üzərinə hücum edib əlindəki xəncərlə onlara tərəf zərbələr ataraq həmin polis əməkdaşlarının xidməti istifadəsində olan **-PC-*** dövlət nömrə nişanlı, Fiat Dobla markalı avtopatrul avtomobilinin arxa sağ qanad hissəsinə xəncərlə bir zərbə vurmaqla zədələyib 340 manat dəyərində maddi ziyan yetirərək hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlarda qismən təqsirli bilərək göstərmişdir ki, 2004-cü ilədək Qazax rayonunda yaşamış, 2004-cü ildən isə ailəsi ilə birlikdə Bakı şəhərinin, Sabunçu rayonunda, Maştağa qəsəbəsində yaşamışdır. Arvadı ilə 2016-cı ildən ayrılmışdır və o, Maştağa qəsəbəsində bacısına məxsus evdə tək yaşayır. Bir övladı vardır. Oğlu Teyyub 2021-ci ilin may ayında CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. 23 aprel 2022-ci il tarixdə təxminən saat 15:00 radələrində oğlu Teyyub Yolçuyev ilə qısamüddətli görüşə getməkdən ötrü Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin qarşısına getmiş və müəssisənin nəzarət buraxılış məntəqəsində oranın əməkdaşları tərəfindən ondan üzərində məhkumlar üçün istifadəsi və saxlanması qadağan olunmuş əşyanın və maddənin olub-olmaması soruşulmuşdur. O, müəssisənin əməkdaşlarına üzərində məhkumlar üçün heç bir qadağan olunmuş əşyanın və maddənin olmamasını bildirmiş və bundan sonra o, xəbərdarlıq olunduğu üçün müvafiq sənədə imza ataraq təsdiq etmişdir. Bundan sonra müəssisənin əməkdaşları nəzarət-buraxılış məntəqəsində hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı əyində olan şalvarının sol arxa cibindən kağıza bükülmüş bir ədəd bükülünün içərisindən narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Həmin marixuananı o, özü istifadə etmək üçün hadisədən təxminən 10 gün əvvəl əldə etmiş və əynindəki şalvarın cibində gizlətmişdir. Lakin, cəzaçəkmə müəssisəsinə içəri keçərkən həmin narkotik vasitəni şalvarının cibindən çıxarmaq yadından çıxmışdır. Onun cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirmək fikri olmamışdır. Bundan başqa, ifadəsində göstərmişdir ki, o, təxminən 5 ildir Sabunçu rayonu, Maştağa qəsəbəsində, Zabrat-Maştağa şossesində yerləşən “131” adlanan kafeyə gedib gəlir, orada arabir yemək yeyir. 28 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində yaşadığı evin yaxınlığında yerləşən Araz marketdən ərzaq alıb həmin ərzaqı bişirtdirib yemək üçün “131” adlı kafeyə getmişdir. Kafenin yaxınlığında tanımadığı bir oğlanla biraz söhbət edib onu da kafeyə yeməyə dəvət etmişdir. Tanımadığı həmin oğlanla kafeyə daxil olub biraz oturmuş və onunla birlikdə yemək yemiş, spirtli içki qəbul etmiş və söhbət etmişlər. O, onlara öz aldığı kolbasa və sair ərzaq məhsullarını hazırlayıb gətirmələrini xahiş etmişdir. Kafeni işlədən Lalə onun yeməyini hazırlayıb gətirmək üçün 10 manat pul istəmişdir. Lakin, o, Laləyə cəmi 5 manat hesab ödəyə biləcəyini demişdir. Bundan sonra Lalə ona narazı olduğunu demişdir. O isə məcburiyyət qarşısında Laləyə 10 manat pul vermişdir. Bundan sonra onlar onun aldığı yeməyi hazırlayıb gətirmişlər və yanındakı kafeyə birlikdə gəldiyi tanımadığı və hazırda adını xatırlamadığı oğlanla birlikdə yemək yeməyə davam etmişdir. 29 aprel 2022-ci il tarixdə gecə saat 02:20 radələrində Lalə gəlib ona “dur çıx kafeni bağlayırıq” demişdir. O isə kafedə hələ ondan başqa müştərilər olduğunu gördüyü üçün və Lalə onu onlardan öncə kafedən çıxarmaq istədiyi üçün acığı gəlmişdir. Buna görə Laləyə öz iradını bildirmişdir. Lalə isə onu bayıra çıxmağa məcbur etdikdə o, şalvarının yuxarı hissəsində özü ilə gəzdirdiyi bıçağı çıxarıb əli ilə Laləyə tərəf yelləyib qorxutmaq istəyəndə Lalə onu itələmişdir. O, yerə yıxılmış və bıçaq əlindən yerə düşmüşdür. Bu zaman artıq onunla birlikdə yemək yeyən cavan oğlan kafeni tərk etmişdir. Bundan sonra həmin vaxt Lalənin yanında ofisiant işləyən Çinarə bıçağı götürüb qışqıraraq onun üstünə gəlmiş və o, cibində olan ikinci bıçağı çıxararkən Çinarə onun bıçaq çıxardıtını görüb az əvvəl yerdən götürdüyü ona məxsus əlində olan bıçağı yerə atmış və Lalə ilə birlikdə geriyə doğru qaçmışlar. Bundan sonra o, Çinarənin yerə atdığı özünə məxsus bıçağı götürüb kafedən çıxmış və Zabrat-Maştağa şossesi ilə yolun kənarı ilə piyada evinə tərəf getməyə başlamışdır. O, piyada gedərkən təxminən 3-4 dəqiqə sonra yolun kənarında olarkən polisin patrul xidməti avtomobili onun yanında saxlamış və o, həmin avtomobilin içərisində iki nəfər polis əməkdaşı olduğunu görmüşdür. Polis əməkdaşları ona heç nə deməmişlər. O, həmin vaxt əsəbi olduğu üçün əlində olan bıçaqla polisin patrul avtomobilinin ona tərəf olan arxa qanadına bir zərbə vurmuşdur. Həmin polis əməkdaşları isə avtomobildən düşməmişlər və ona yenə də heç bir söz deməyib onun yanı ilə avtomobili hərəkət etdirməyə davam etmişlər. Təxminən 10 metr getdikdən sonra patrul avtomobilinin içərisində olan xidməti geyimdə olan polis əməkdaşlarından biri avtomobildən düşüb ondan əlində olan bıçağı ona verməsini tələb etmişdir. O isə bıçağı polis əməkdaşına tərəf yellədərək “özünə problem yaratma, məndən əl çəkin və çıxın gedin” demişdir. Lakin, həmin polis əməkdaşı yenə də onun ardınca gəlməyə və ondan bıçağı verməsini tələb etməyə davam etmişdir. Təxminən 300 metr məsafə həmin polis əməkdaşı onun ardınca gəlib ondan dayanmasını və bıçağı verməsini tələb etmişdir. Lakin, o, polis əməkdaşına bıçağı verməyəcəyini bildirmişdir. Belə ki, təxminən 300 metr getdikdən sonra Zabrat- Maştağa şossesindən yaşadığı evin dalanına dönərkən qarşısına bir neçə nəfər polis əməkdaşı çıxmış və onların içərisində mülki geyimdə olan bir nəfər tanımadığı polis əməkdaşı ona əlindəki tapança ilə sol ayağından bir güllə vurmuş və o xəsarət alıb yerə yıxılmışdır. Bundan sonra həmin polis əməkdaşları onu hadisə yerindən götürüb X8 aparmışlar. O, təxminən 7 gün xəstəxanada stasionar müalicə almış və daha sonra isə məhkəmə tərəfindən barəsində həbs qərarı seçilmişdir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirmiş, lakin həmin an əsəbi olduğu üçün xəsarət yetirdiyini anlamamışdır. Bundan başqa Çinarə ilə bir neçə il əvvəl onun oğlunun arasında davadalaş olmuşdur və o, oğlundan şikayət etməməsi üçün Çinarəyə pul verib onu razı salmışdır. Çinarə qərəzli olaraq onun barəsində yalan ifadə vermişdir. O, həmin vaxt orada olan polis əməkdaşlarının heç birini üzdən tanımır, eləcə də adlarını və ya soyadaları bilmir. Lakin, hadisə o, ifadəsində qeyd etdiyi kimi olmuşdur, yəni onu vuran polis əməkdaşı mülki geyimdə olmuşdur. O, isə bıçaqla polis əməkdaşlarına tərəf ona görə zərbə atmışdır ki, onları qorxutsun və ondan əl çəksinlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 5 ildir Sabunçu rayonu, Zabrat-Maştağa yolunun kənarında yerləşən “131” adlı kafeni icarə əsasında işlədir. Hər gün saat 11:00-da işə gəlib təxminən gecə saat 02-03 radələrində işdən çıxır. 29 aprel 2022-ci il tarixdə gecə saat 00:30 radələrində Teymur adlı şəxs yanında iki nəfər tanımadığı cavan oğlanlarla birlikdə kafeyə gəlmişdir. Teymurgilin masasına Çinarə adlı ofisiant qulluq etmiş, Teymur gələndə özü ilə ərzaq alıb gətirmiş və həmin ərzaqı Çinarəyə vermişdir ki, kafedə bişirib ona versinlər. Teymur özü ərzaq almasına baxmayaraq kafedən əlavə yemək və araq da sifariş etmişdir. Teymurun sifariş etdiklərini Çinarə aparıb vermişdir. Teymur kafedə yeyib içdikdən sonra gecə saat 02:00 radələrində kafeni artıq bağlamaq istədikləri üçün o və ofisiantlar masalardan artıq hesabları istəmişlər. Belə ki, Çinarə Teymurgilin masasına yaxınlaşıb hesablarının 41 manat olduğunu demiş, bundan sonra Teymur bayıra çıxmış və 5-10 dəqiqə sonra geri qayıtmışdır. O və Çinarə Teymura yaxınlaşıb hesabı verməsini istədikdə Teymur ona söyüş söyərək “kafe işlədirsən, pul qazanırsan, mənimsə oğlum türmədədi, mənə 1000 manat pul verməlisən” deyərək pul tələb etmişdir. O isə Teymura pulunun olmadığını və hesabı verib kafedən çıxmasını tələb etdikdə Teymur cibindən xəncər çıxarıb onu və ofisiantları vuracağı ilə hədələməyə başlamış və təcili ona 1000 (bir min) manat pul verməli olduğunu bildirmişdir. Həmin vaxt kafedə təxminən 8-10 nəfər tanımadığı müştəri də olmuş və Teymurun bu hərəkətlərini görmüşlər. Həmin tanımadığı müştərilərdən bir-ikisi yaxınlaşıb Teymuru sakitləşdirməyə çalışdıqda Teymur həmin şəxslərə də əgər ona mane olsalar onları da xəncərlə vuracağını bildirmişdir. Bundan sonra Teymur əlindəki xəncəri sağa sola onun və ofisiantların üzərinə tərəf yellədib pulu verməsini ondan tələb etmişdir. X5 omba nahiyəsindən xəncərlə vurub xəsarət yetirmiş və Çinarə onu itələyib özündən uzaqlaşdırmaq istəyən zaman Teymur Çinarənin kürək-bel nahiyəsindən xəncərin iti olmayan hissəsi ilə daha bir zərbə vurmuşdur. Bu zaman o, Teymura mane olmağa çalışan zaman Teymur əlindəki xəncərlə onun da qol nahiyəsinə bir zərbə vurub ona xəsarət yetirmiş və bu hərəkətləri edən zaman Teymur onları uca səslə söyüşlərlə söyüb təhqir etmişdir. Teymurun bu hərəkətlərini görən müştərilər qaçıb kafeni tərk etmişlər. Teymur yenidən Çinarənin üzərinə hücum edib onu yenidən əlindəki xəncərlə vurmaq istəyərkən tanımadığı müştərilər Teymuru bayıra çıxartmış, Teymur sərxoş vəziyyətdə olduğu üçün yenidən kafenin pəncərəsindən tullanıb içəri keçmiş və əlindəki xəncərlə onların üzərinə hücum etmək istəyən zaman o, Çinarə və Sevil qaçıb kafenin içərisindəki tualetə girmişlər. O, polisə zəng edib hadisə barədə məlumat vermişdir. Həmin vaxt Teymur qışqırıb uca səslə söyüşlər söymüş və onlar Teymurun səsini tualetdə olarakən eşitmişlər. Təxminən 3-5 dəqiqə orada qaldıqdan sonra Teymurun səsinin gəlmədiyini görüb, tualetin qapısını açıb bayıra çıxdıqdan sonra tanımadığı müştərilərin Teymuru artıq kafedən bayıra çıxardıqlarını görmüşlər. Bir neçə dəqiqə sonra isə kafeyə Çevik polis alayının əməkdaşları gəlmiş və o, polis əməkdaşlarına Teymurun kafedə əlindəki xəncərlə onu hədələyərək pul tələb etdiyini və xəncərlə ona və Çinarəyə xəsarət yetirdiyini, kafedən bir neçə dəqiqə əvvəl çıxdığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları Teymuru tapmaq üçün kafedən çıxıb getmişlər. Həmin günün səhəri günü Teymurun polis əməkdaşlarının üzərinə hücum edib həmin xəncərlə onları da vurmaq istəməsini, bu zaman polis əməkdaşlarından birinin Teymura xidməti silahla atəş açıb onu zərərsizləşdirdiyini eşitmişlər. Teymuru əvvəllər də kafeyə bir neçə dəfə gələn müştəri kimi tanımış, lakin, Teymur nə vaxt kafeyə gəlsə hər dəfə kimləsə söz-söhbət yaratmışdır. Buna görə də o, həm özü, həm də, kafedə işləyən ofisiant qızlar kafedə davadalaş çıxmasın deyə, Teymuru hər dəfə xoş danışmaqla yola salmışlar. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Teymur hadisə zamanı yalnız ona və Çinarəyə əlindəki xəncərlə xəsarət yetirmişdir. Başqa hər hansı bir şəxsə xəsarət yetirməmişdir. Teymurun bu hərəkətləri nəticəsində kafedə olan tanımadığı bəzi müştərilər kafeni tərk edib getmişlər. Teymura kafedə baş verən hadisə zamanı heç kəs xəsarət yetirməmişdir. Teymur xəncərlə onu, Çinarəni və həmçinin kafedəki digər şəxsləri vuracağı ilə hədələyib ondan 1000 manat pul verməsini tələb etmişdir. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2013-cü ildən DİN-nin ƏÇPA-da işləməyə başlamış, 2019-cu ildən isə ÇPA-nın 8-ci Patrul Bölüyündə polis nəfəri vəzifəsində xidmət aparır, polis serjantı rütbəsindədir. O, dislokasiya üzrə 3-cü patrul sahəsində, yəni Sabunçu rayonu, Maştağa və Ramana qəsəbələri ərazisində **-PC-*** dövlət nömrə nişanlı, 9682 çağırışlı, Fiat Dobla markalı avtopatrul maşını ilə xidmət aparır. O, hər gün saat 20:00- dan növbəti gün saat 08-ə qədər ekipaj üzvü polis kiçik serjantı Zərərçəkmiş şəxs4 ilə birlikdə xidmətdə olur. Onların işi qeyd olunan saatlarda marşurut üzrə daim hərəkətdə olub ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etməkdən ibarətdir. xx.xx.2022-ci il tarixdə həmişə olduğu kimi saat 20:00-da xidmətə başlamışlar. xx.xx.2022-ci il tarixdə gecə saat 02:20 radələrində 14cü PB-nin növbətçi hissəsindən efir vasitəsi ilə Maştağa qəsəbəsində yerləşən “131” saylı kafedə bir nəfər şəxsin sərxoş vəziyyətdə kafedə asayişi pozub, kafenin işçilərinə bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur. Onlar dərhal çağırış daxil olunan ünvana getmiş, maşını kafenin qarşısında saxladığı an, kafenin icarədarı Zərərçəkmiş şəxs1 həyacanlı şəkildə avtopatrula yaxınlaşıb kafedə ofisianta xəsarət yetirən şəxsin üzü Maştağa istiqamətində piyada hərəkət etdiyini bildirmişdir. O, bunu eşidən kimi dərhal avtopatrulu həmin istiqamətdə hərəkət etdirmiş və kafedən təxminən 150 metr aralıda yolun kənarı ilə bir nəfər şəxsin əlində böyük ölçüdə olan xəncərlə üzü Maştağa istiqamətində Zabrat-Maştağa şossesi ilə hərəkət etdiyini görüb avtopatrulu onun yanında saxlamışdır. Dərhal ekipaj üzvü Zərərçəkmiş şəxs4 maşından düşüb həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, bu zaman o özü də maşından düşüb qarşı tərəfdən keçib onlara yaxınlaşmışdır. Hər ikisi xidməti geyim formasında olmuşlar. Həmin şəxs onları görən kimi sərxoş vəziyyətdə, onların ünvanına nalayiq ifadələr işlədib, ona yaxınlaşmamalarını, əks halda onları əlində olan xəncərlə vuracağı ilə hədələmişdir. O, fənd işlədib həmin şəxsi zərərsizləşdirmək istəyərkən, sonradan adını öyrəndikləri Təqsirləndirilən şəxs qəflətən sağ əlində olan xəncərlə iş yoldaşı Zərərçəkmiş şəxs4 tərəf zərbə atmışdır. Vüqar onun zərbəsindən yayınsa da, həmin xəncər zərbəsi patrul maşının arxa sağ qanadına dəyib zədələmişdir. O, Təqsirləndirilən şəxs maşına yenidən zədə yetirə biləcəyini düşünüb dərhal sükan arxasına keçib patrul maşınını bir qədər irəliyə sürüb saxlamış və efir vasitəsi ilə kömək çağırmışdır. Teymur adlı şəxs onların maşını qarşıya verdiklərini görüb dərhal yolun sağ kənarında olan fərdi yaşayış evlərinin arasına tərəf qaçmışdır. Onlar da, öz növbələrində onu saxlamaq üçün arxasınca qaçıb onu təqib etmişlər. Teymur adlı şəxs təxminən 300 metr getmiş, həmin məsafədə o və iş yoldaşı Vüqar onun arxasınca gedib dəfələrlə ona əlindəki xəncəri təhvil verməsi və tabe olması barədə şifahi xəbərdarlıq etmələrinə baxmayaraq Təqsirləndirilən şəxs onlarm xəbərdarlıqlarına məhəl qoymamış, hətta həmin məsafədə ardınca piyada gedərkən bir neçə dəfə əlindəki xəncərlə onlara tərəf zərbə atıb xəsarət yetirmək istəmişdir. Lakin, Teymurun zərbələrindən yayındıqları üçün xəsarət almamışlar. Təqsirləndirilən şəxs bir qədər yeridikdən sonra qaçmağa başlamış və orada həyət evlərinin arasındakı dalana girmişdir. Onlar da, onun arxasınca dalana girdikdən sonra Teymurun dalanda getməyə yeri olmadığından məcbur olub dayanmışdır. Onlar onun qarşısına keçib bir daha qanuni tələblərinə tabe olub, xəncəri yerə atmasını, müqavimət göstəməməsini tələb etmişlər. Lakin Teymur onların qanuni tələblərinə məhəl qoymamış, yenidən ünvanlarına nalayiq ifadələr işlətməyə, ona yaxınlaşacaqları təqdirdə xəncərlə vuracağı ilə hədələməyə başlamışdır. Teymur əlində olan təxminən 30-40 sm-lik xəncəri sağa sola yellərərək onları hədələmişdir. O, Teymurun tabe olmadığını, əlində olan xəncərlə onlara xəsarət yetirə biləcəyini nəzərə alıb özünə təhkim edilmiş “Zəfər K” markalı 5931 seriya nömrəli tabel silahını çıxardıb əvvəlcə iki dəfə növbəli şəkildə havaya atəş açmışdır. Onun xəbərdarlıq atəşlərinə baxmayaraq sonuncu atəşdən sonra Teymur adlı şəxs əlində olan xəncəri ona tərəf tuşlayıb üzərinə tərəf gəldiyi üçün onu zərərsizləşdirmək məqsədi ilə sol ayağının pəncə nahiyəsindən bir dəfə atəş açmış və Teymur atəş nəticəsində xəsarət alıb yerə yıxılmışdır. O, Teymurun yıxıldığını görüb dərhal Teymurun əlində olan xəncəri təpiklə vurub kənara atmış, sonra isə Vüqarla birlikdə həmin şəxsin qanaxmasının qarşısını almaqdan ötrü yarasını kəməri ilə bud nahiyəsindən bərkidib, ilkin tibbi yardım göstərdikdən sonra köməyə gəlmiş 14-cü PB-nin əməkdaşları ilə birlikdə onu X8 aparmışlar. Sonra isə 14-cü PB-nə gedib baş vermiş hadisə ilə bağlı növbətçi hissəyə və öz rəhbərliklərinə məlumat vermişlər. Onun həmin şəxsə atəş açmaqda məqsədi həmin şəxsin hüquqa zidd hərəkətinin qarşısını almaq, onu zərərsizləşdirmək olmuşdur. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş ÇPA-nın 8-ci Patrul Bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs4 da Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 5 ildir Sabunçu rayonu, Zabrat-Maştağa yolunun kənarında yerləşən “131” adlı kafedə ofisiant işləyir. Həmin kafeni Zərərçəkmiş şəxs1 işlədir. Orada hər gün saat ll:00-da işə gəlib təxminən gecə saat 02-03 radələrində işdən çıxır. 29 aprel 2022-ci il tarixdə gecə saat 00:30 radələrində Teymur adlı şəxs yanında iki nəfər tanımadıqları cavan oğlanlarla birlikdə kafeyə gəlmişdir. Teymurgilin masasına ofisiant olaraq o, qulluq etmişdir. Teymur gələndə özü ilə ərzaq alıb gətirmiş və həmin ərzaqı kafedə bişirib ona verməsinqi istədiyindən, o, həmin ərzaqları Ləmana vermiş və kafedə həmin ərzaqları bişirib, ofisiant olaraq Teymurun masasına aparıb vermişdir. Teymur daha sonra əlavə yemək və araq da sifariş etmiş və o, sifarişləri də aparıb vermişdir. Teymur kafedə yeyib içdikdən sonra gecə saat 02 radələrində kafeni artıq bağlamaq istədikləri üçün Ləman bu barədə ona bildirdikdə, o da, Teymurgilin masasına xidmət göstərdiyi üçün yaxınlaşıb hesablarının 41 manat olduğunu bildirmişdir. Bu zaman Teymur hesabı ödəmədən bayıra çıxmış və 5-10 dəqiqə sonra geri qayıtmışdır. O və Ləman bir daha yaxınlaşıb hesabı verməsini istədikdə Teymur Ləmana “q....ləri yığmısan başına, kafe işlədirsən, pul qazanırsan, mənimsə oğlum türmədədi, mənə 1000 manat pul verməlisən» deyərək heç bir hesab verməyəcəyini və dərhal ona 1000 manat pulu verməsini Ləmandan tələb etməyə başlamışdır. Ləman Teymura pulunun olmadığını və hesabı verib kafedən çıxmasını tələb etdikdə Teymur cibindən xəncər çıxarıb Ləmanı və onu eləcə də, kafedəki digər ofisiantları vuracağı ilə hədələməyə başlamış və təcili ona 1000 (bir min) manat pul verilməli olduğunu bildirmişdir. Həmin vaxt kafedə təxminən 8- 10 nəfər tanımadıqları müştəri də olmuş və Teymurun bu hərəkətlərini görmüşlər. Həmin tanımadıqları müştərilərdən bir-ikisi Teymura yaxınlaşıb onu sakitləşdirməyə çalışdıqda Teymur həmin şəxslərə də əgər ona mane olsalar onları da xəncərlə vuracağını bildirmişdir. Bundan sonra Teymur əlindəki xəncəri sağa sola Ləmanın və onların üzərinə tərəf yellədib pulu vermələrini tələb etməyə davam etmişdir. Bu zaman gözlənilmədən Teymur onun omba nahiyəsindən xəncərlə vurub xəsarət yetirmiş, o, sağ ayağının yan tərəfində güclü ağrı hiss etdiyindən, özündən asılı olmayaraq Teymuru itələyib özündən uzaqlaşdırmaq istəmiş, bu zaman Teymur əlindəki xəncərin arxa tərəfi ilə onu kürək nahiyəsindən ikinci zərbəni vurmuşdur. Həmin vaxt Ləman Teymurun onu vurub xəsarət yetirməkdə davam etdiyini görüb, Teymura mane olmağa çalışan zaman Teymur əlindəki xəncərlə Ləmanın da qol nahiyəsinə bir zərbə vurub xəsarət yetirmiş və bu hərəkətləri edən zaman Teymur onları uca səslə söyüşlərlə söyüb təhqir etmişdir. Teymurun bu hərəkətlərini görən müştərilər qaçıb kafeni tərk etmişlər. Teymur yenidən onun üzərinə hücum edib yenidən əlindəki xəncərlə vurmaq istəyərkən tanımadıqları müştərilər Teymuru birtəhər bayıra çıxartsalar da Teymur sərxoş vəziyyətdə olduğu üçün yenidən kafenin pəncərəsindən tullanıb içəri keçmiş və əlindəki xəncərlə onların üzərinə hücum etmək istəyən zaman o, Ləman və digər ofisiant olan Sevil qaçıb kafenin içərisindəki tualetə girib, qapını bağlamışlar. Ləman isə həmin vaxt artıq polisə zəng edib hadisə barədə məlumat vermişdir. Həmin vaxt Teymur qışqırıb uca səslə söyüşlər söymüşdür. Təxminən 3-5 dəqiqə orada qaldıqdan sonra Teymurun səsinin gəlmədiyini görmüşlər və tualetin qapısını açıb bayıra çıxdıqdan sonra tanımadıqları müştərilərin Teymuru artıq kafedən bayıra çıxardıqlarını görmüşlər. Bir neçə dəqiqə sonra isə kafeyə Çevik polis alayının əməkdaşları gəlmiş və onlar polis əməkdaşlarına Teymurun kafedə Ləmandan əlindəki xəncərlə hədələyərək pul tələb etdiyini və xəncərlə ona və Ləmana xəsarət yetirdiyini, kafedən bir neçə dəqiqə əvvəl çıxdığını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları Teymuru tapmaq üçün kafedən çıxıb getmişlər. Həmin günün səhəri günü polis əməkdaşlarının Teymuru Zabrat-Maştağa şosesinin kənarında əlində xəncərlə getdiyini görüb ona yaxınlaşıb xəncəri təhvil verməsini və onlarla polis bölməsinə getməsini tələb etmələrini, Teymurun isə polis əməkdaşlarının üzərinə hücum edib həmin xəncərlə onları da vurmaq istəməsini, bu zaman polis əməkdaşlarından birinin Teymura xidməti silahla atəş açıb onu zərərsizləşdirdiyini eşitmişlər. Teymuru əvvəllər də kafeyə bir neçə dəfə gələn müştəri kimi tanımış, lakin, Teymur nə vaxt kafeyə gəlsə hər dəfə kimləsə söz-söhbər yaratdığından, onlar kafedə dava-dalaş çıxmasın deyə, Teymuru hər dəfə xoş danışmaqla yola salmışlar. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Teymur hadisə zamanı yalnız ona və Ləmana əlindəki xəncərlə xəsarət yetirmişdir. Başqa hər hansı bir şəxsə xəsarət yetirməmişdir. Teymur xəncərlə onu, Ləmanı və həmçinin kafedəki digər şəxsləri vuracağı ilə hədələyib Ləmandan ona 1000 manat pul verməsini tələb etmişdir. Ləman isə ona pul verməkdən imtina etdiyi üçün Teymur onu və Ləmanı vurub xəsarətlər yetirmişdir. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 5 ildir Sabunçu rayonu, Zabrat-Maştağa yolunun kənarında yerləşən “131” adlı kafedə ofisiant işləyir. Həmin kafeni Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlədir. 29 aprel 2022-ci il tarixdə gecə saat 00:30 radələrində Teymur adlı şəxs iki nəfər tanımadıqları cavan oğlanlarla birlikdə kafeyə gəlmişdir. Teymurgilin masasına Çinarə adlı ofisiant qulluq etmiş, o isə onların yanında olan masalara qulluq etmişdir. Teymur gələndə özü ilə ərzaq alıb gətirmiş və həmin ərzaqı Çinarəyə kafedə bişirib ona verməsi üçün vermişdir. Teymur özü ərzaq almasına baxmayaraq kafedən əlavə yemək və araq da sifariş etmişdir. Teymurun sifariş etdiklərini Ləman və Çinarə aparıb vermişlər. Teymur kafedə yeyib içdikdən sonra gecə saat 02 radələrində kafeni artıq bağlamaq istədikləri üçün Ləman və onlar, yəni ofisiantlar masalardan hesabları istəmişlər. Belə ki, Çinarə Teymurgilin masasına yaxınlaşıb hesablarının 41 manat olduğunu demiş, bundan sonra Teymur bayıra çıxmış və 5-10 dəqiqə sonra geri qayıtmışdır. Ləman Teymura yaxınlaşıb hesabı verməsini istədikdə Teymur Ləmana “q....ləri yığmısan başına, kafe işlədirsən, pul qazanırsan, mənimsə oğlum türmədədi, mənə 1000 manat pul verməlisən» deyərək pul tələb etmiş, Ləman isə pulu olmadığını və hesabı verib kafedən çıxmasını tələb etdikdə Teymur cibindən xəncər çıxarıb Ləmanı və ofisiantları vuracağı ilə hədələməyə başlamış və təcili ona 1000 (bir min) manat pul verməli olduğunu Ləmana bildirmişdir. Həmin vaxt kafedə təxminən 8-10 nəfər tanımadıqları müştərilər də olmuş və Teymurun bu hərəkətlərini görmüşlər. Həmin tanımadıqları müştərilərdən bir-ikisi Teymura yaxınlaşıb sakitləşdirməyə çalışdıqda Teymur həmin şəxslərə də əgər ona mane olsalar onları da xəncərlə vuracağını bildirmişdir. Bundan sonra Teymur əlindəki xəncəri sağa sola Ləmanm və onların üzərinə tərəf yellədib pulu verməsini Ləmandan tələb etmişdir. Bu zaman Teymur Çinarənin omba nahiyəsindən xəncərlə vurub xəsarət yetirmiş, Çinarə Teymuru itələyib özündən uzaqlaşdırmaq istəyən zaman Teymur Çinarənin kürək nahiyəsindən daha bir zərbə vurmuşdur. Bu zaman Ləman Teymura mane olmağa çalışan zaman Teymur əlindəki xəncərlə Ləmanın da qol nahiyəsinə bir zərbə vurub ona xəsarət yetirmişdir. Teymurun bu hərəkətlərini görən müştərilər qaçıb kafeni tərk etmiş, Teymur yenidən Çinarənin üzərinə hücum edib onu yenidən əlindəki xəncərlə vurmuş və tanımadıqları müştərilər bir təhər Teymuru bayıra çıxartmışlar. Teymur sərxoş vəziyyətdə olduğu üçün yenidən kafenin pəncərəsindən tullanıb içəri keçmiş və əlindəki xəncərlə onların üzərinə hücum etmək istəyən zaman o, Çinarə və Ləman qaçıb kafenin içrisindəki tualetə girib qapını bağlamışlar. Ləman artıq polisə zəng edib hadisə barədə məlumat vermiş və polisin köməyə gəlməsini xahiş etmişdir. Həmin vaxt Teymur qışqırıb uca səslə söyüşlər söymüş və onlar Teymurun səsini tualetdə olarkən eşitmişlər. 3-5 dəqiqə orada qaldıqdan sonra Teymurun səsinin gəlmədiyini eşitmiş və tualetin qapısını açıb bayıra çıxdıqdan sorna tanımadıqları müştərilərin Teymuru artıq kafedən bayıra çıxartdıqlarını görmüşlər. Bir neçə dəqiqə sonra isə kafeyə Çevik polis alayının əməkdaşları gəlmiş, Ləman onlara Teymurun kafedə ondan pul tələb etdiyini və xəncərlə xəsarət yetirdiyini, kafedən bir neçə dəqiqə əvvəl çıxdığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları Teymuru tapmaq üçün kafedən çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, təxminən 1 ildir Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “131” saylı kafedə sintezatorda ifa edir. Hər gün saat 18 radələrində işə gedib təxminən gecə saat 02 radələrində işdən çıxır. 28 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixə keçən gecə həmin kafedə işdə olmuş, həmin vaxt kafedə müştərilər də olmuşdur. 29 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində o, kafedə olarkən həmin kafeyə əvvəllər də bir neçə dəfə gəlmiş Teymur adlı müştəri hesabı ödəməmiş və kafeni işlədən Ləmanla və ofisiantlarla mübahisə etməyə başlamışdır. O, Teymurun kafedə dava-dalaş yaratmasından və sentizatoruna və digər musiqi alətlərinə ziyan dəyə biləcəyindən ehtiyat etdiyi üçün musiqi alətlərini götürüb kafeni tərk etmişdir. O, kafeni tərk edəndə Teymur Ləman və Çinarə ilə mübahisə etmişdir. Həmin günün səhəri günü o işə gələndə Ləmandan və kafedə işləyən digər osifısiantlardan eşitmişdir ki, Teymur yemək yeyib hesabı verməmiş, sonra Ləmandan ona 1000 manat pul verməsini tələb etmiş, Ləman ona pul vermədiyi üçün Ləmanı xəncərlə vurub ona xəsarət yetirmişdir. Hadisədən sonra isə polis əməkdaşlarına da müqavimət göstərdiyi üçün polis əməkdaşı ona atəş açaraq xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin Əməliyyat Şöbəsinin böyük isnpektoru vəzifəsində çalışır. Bakı şəhər Sabunçu rayon məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, müəssisənin 8 saylı dəstəsində qeydiyyatda olan məhkum X2 işlədiyi 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum kimi tanıyır. 23 aprel 2022-ci il tarixdə təxminən saat 14:10 radələrində məhkum X3 ilə qısamüddətli görüşə gəlmiş atası Təqsirləndirilən şəxs üzərinə nəzarət-buraxılış məntəqəsində axtarış-baxış tədbiri keçirilmişdir. Orada müəssisənin digər əməkdaşları və iki nəfər hal şahidi iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun əynindəki şalvarının sol arxa cibindən bir ədəd bükülünün içərisindən bitki mənşəli, qurudulmuş yaşıl rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Faktla bağlı müvafiq protokol tərtib edilmiş və iştirakçılar protokolla tanış olaraq düzgünlüyünü imzaları ilə təsdiqləmişlər. Aşkar olunaraq götürülmüş maddə qablaşdırılıb möhürlənərək protokola əlavə olunmuşdur. Bundan sonra aşkar edilərək götürülmüş maddənin narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədi ilə tədqiqat keçirilməsindən ötrü Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və ekspertizanın 23 aprel 2022- ci il tarixli, 7/397 saylı rəyinə əsasən məlum olmuşdur ki, aşkar olunaraq götürülmüş bükülüdə olan maddə ümumi çəkisi 0,257 qram tütünlə qarışıq kütlədə, təmiz çəkisi 0,156 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannibas) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş “marixuanadır”. Görüşə gələn bütün vətəndaşlar cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi barədə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqları haqqında xəbərdarlıq olunurlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, törətdiyi cinayət əməlinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. 23 aprel 2022-ci il tarixdə təxminən saat 14 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən keçirilən axtarış-baxış tədbirində hal-şahidi kimi iştirak etmək üçün dəvət olunmuşdur. Axtarış-baxış tədbiri müəssisənin nəzarət buraxılış məntəqəsində keçirilmiş və orada ona, habelə iştirak edən digər hal şahidinə hüquq və vəzifələri ətraflı izah olunmuşdur. Bundan sonra müəssisədə cəza çəkən məhkum X3 ilə qısamüddətli görüşə gəlmiş adını və soyadını orada bildiyi atası Təqsirləndirilən şəxs üzərinə müəssisənin əməkdaşları tərəfindən baxış keçirilərkən əynindəki şalvarının arxa cibindən narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Bundan sonra müəssisənin əməkdaşları tərəfindən protokol tərtib edilmiş və aşkar edilmiş maddəni götürərək zərfə qoyub möhürləmişlər. O da, hal şahidi kimi protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiqləmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 04 may 2022-ci il tarixli, 800 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ bud nahiyəsinin səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarət iti kənara malik əşya (alət) təsirindən törənmişdir, müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunanın özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin materiallarına əlavə edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 28 iyun 2022-ci il tarixli, 1329 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ said və sağ milbilək oynağı nahiyələrinin kəsilmiş yaralarından sonra yaranmış çapıq toxumaları müəyyən edildi. Xəsarətlər kəsici kənara malik əşya (alət) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş xəncərin tərsirindən törənə bilər, törənmə müddəti xx.xx.2022ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 xəsarətləri alarkən hücum edən şəxslə müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Xarakter və lokalizasiyasına görə xəsarətin müayinə olunanın özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-trasoloji ekspertizasının 13 may 2022-ci il tarixli, 3/598 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2022-ci il tarixli, 4339 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15 avqust 2022-ci il tarixli, 2192 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 21.3-cü maddələrinin təsiri altma düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması onun fərdi-psixi xüsusiyyətləri (tez özündən çıxmaq, özünü müdafiə etməyə meyllilik, hövsələsizlik, qıcığa qarşı həssaslıq, söz götürməmək, inadkarlıq və s.) fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 avqust 2022-ci il tarixli, 9/4616 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2021-ci il buraxılışlı, «Fiat Doblo» markalı, **- PC-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 340,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 100,0 manat; təmir-bərpa işlərinin qiyməti - 240,0 manat. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 24 may 2022-ci il tarixli, 7/511 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş tütünlə qarışıqda təmiz çəkisi 0,136 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İlkin tədqiqat zamanı marixuananın təmiz çəkisi 0,156 qram təşkil edirdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3, 221.3, 228.4, 315 və 317-1.1-ci maddələri ilə tövsif edilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsi ilə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs cəza çəkən oğlu Teyyub Yolçuyev ilə 23 aprel 2022-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində qısamüddətli görüş zamanı “Cəzaçəkmə müəssisəsinin X6” ilə qadağan olunmuş əşyanı, yəni 0,156 qram narkotik vasitə olan qurudulmuş “marixuananı” əynindəki şalvarın arxa sol cibində saxlayıb yoxlamadan gizlətməklə cəzaçəkmə müəssisəsinə keçirərək həmin müəssisədə saxlanılan, cinayətdən xəbərsiz oğlu Teyyub Yolçuyevə verməyə cəhd etmiş, həmin vaxt müəssisənin nəzarət-buraxılış məntəqəsinin əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilərkən üzərində olan narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürüldüyü üçün o, cinayət əməlini başa çatdıra bilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Verilmiş ittihamın məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən həmin cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir, yəni cinayət etməyə cəhd etmişdir. Lakin, ibtidai istintaq orqanı səhvən onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad etmədən həmin Məcəllənin 317-1.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə hesab edir ki, həmin epizod üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsindən həmin Məcəllənin 29,317-1.1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3, 221.3, 228.4, 315 və 29,317- 1.1-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ-dən alınmış təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3, 221.3, 228.4, 315 və 29,317-1.1-cü maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3, 221.3, 228.4, 315 və 29,317-1.1-cü maddələrinin hər biri üzrə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 06 may 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2022-ci il tarixli, 4339 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı Qərarının 3.2-ci maddəsinə əsasən, məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə şəxslərə tətbiq oluna bilməz. Cinayət işinə əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza Komissiyasından verilmiş xx.xx.2013-cü il tarixli, 061663 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məcburi müalicə tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tütünlə qarışıqda ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,136 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, cinayət işi üzrə maddi sübut kimi Sabunçu rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi və soyuq silah hesab edilmiş bir ədəd xəncər məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 122 (yüz iyirmi iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızı tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 68 (altmış səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi qızına 408 (dörd yüz səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3, 221.3, 228.4, 315 və 29,317-1.1-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Sabunçu rayon polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tütünlə qarışıqda ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,136 qram təşki edən narkotik vasitə olan qurudulmuş marixuana, cinayət işi üzrə maddi sübut kimi Sabunçu rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi və soyuq silah hesab edilmiş bir ədəd xəncər məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 122 (yüz iyirmi iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi qızına 408 (dörd yüz səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1670/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1670/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver