Məhkəmə qərarları › İş №1(101)-1671/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1671/2021

29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1671/2021 29.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı, X2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olmunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub,həmin ünvanda da yaşamış, hazırda Azərbaycan Respublikassı Ədliyyə Nazirliyiynin PX-nin 3 saylı İT-də saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə saat 01:20 radələrində Bakı şəhərində başqa şəxsdən satış məqsədilə külli miqdarda təmiz çəkisi 7,258 qram olan narkotik vasitəheroini əldə edərək, üzərində saxlayıb daşımış, 17 may 2021-ci il tarixdə saat 01:35 radələrində o, Nizami rayonu, Babək prospekti 35 ünvanında Nizami RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, onun əynindəki üst geyiminin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,258 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, o, narkotik vasitə heroindən istifadə edir. Sosial şəbəkədə tanış olduğu adını Əli kimi tanıdığı İran vətəndaşı Bakı şəhərində müxtəlif ünvanlarda heroini qoyub şəkillərini ona atmışdır. O da heroini qoyulduğu yerlərdən götürüb istifadə etmişdir. O, narkotiklərin satqısı ilə məşqul olmamışdır. Bu barədə istintaq zamanı verdiyi etirafedici ifadələrini təsdiq etmir. O, onun üzərindən ittihamda göstərilən miqdarda heroin çıxmasını təsdiq edir, lakin həmin heroini o, satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etmişdir. Törətdiyi əməldən peşmandır. İfadələrinə başqa əlavəsi yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, narkotik vasitə heroindən istifadə edir. Sosial şəbəkədə tanış olduğu adını Əli kimi təqdim edən İran vətəndaşı Bakı şəhərində müxtəlif ünvanlarda şəkillər ataraq narkotik vasitənin yerini ona göstərmiş, o da həmin yerdən narkotik vasitəni götürdükdən sonra özünə məxsus bank hesabından Əlinin verdiyi kart hesabına narkotik vasitənin pulunu ödəmişdir. 16 may 2021-ci il tarixdə o, Əli ilə sosial şəbəkədə danışaraq sonuncudan narkotik maddə istəmişdir. Danışıqdan təxminən bir neçə dəqiqədən sonra Əli telefonla ona şəkil gönədərərək sifariş verdiyi narkotik vasitə heroini Bakı şəhəri, Babək prospekində yerləşən “Azpetrol” YDM-nin yanında olan daşın altında olduğnu dedi. O da həmin gün saat 01:20 radələrində Əli adlı şəxsin dediyi ünvana gedib şəkilə baxaraq orada daşın altında gizlədilmiş narkotik vasitəni götürmüşdür. O, heroini götürüb həmin yerdən aralandıqdan təxminən 10 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşlar. O da pul qabından şəxsiyyət vəsiqəsini çıxardan zaman həyacanlı olduğundan pul qabının içərisində olan 6 ədəd bank kartı yerə töküldü. Polis əmədkaşları həmin kartları nə üçün istifadə etdiyini soruşduqda heç bir cavab verə bilməmiş və polis işçiləri onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Polis Bölməsində də o, əynindəki idaman gödəkçəsinin cibində olan narkotik vasitə heroini polis əmkdaşlarına təqdim etmişdir. Bundan sonra protokol tətrib olunmuşdur. Törətdiyi əməldən peşmandır. Şahid2 ifadələrində göstərdi ki, o, Nizami RPİ-nin 23-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismndə təqdim olunmuş Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla nə yaxınlığı, nə də ədavəti olmayıb. 17 may 2021-ci il tarixdə Nizami RPİ-nin PPXB- nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi PB-nə gətirilmiş Təqsirləndirilən şəxs onun hüquqları izah edildikdən sonra videoçəkilişdən istifadə etməklə Fuadın üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə qanunsuz və qadağan olunmuş əşya olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən bir ədəd ”Samsunq J2”, bir ədəd “LG” markalı mobil telefon, bir qutu siqaret, 2 ədəd alışqan, bir ədəd üzərində bizon yazılmış mobil telefon üçün enerji daşıyıcısı(poverbank), açarlar, içərisində 12 manat 30 qəpik nağd pul, 5 ədəd Kapital banka məxsus bank kartı, bir ədəd «World» karta məxsus bank kartı olan pul qabını və idman dəstinin üst geyiminin sol yan cibindən şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddəni masanın üzərinə qoydu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan maddənin narkotik vasitə “kokos”, yəni heroin olduğunu bildirib dedi ki, təqdim etdiyi həmin narkotik vasitəni iki ay qabaq sosial şəbəkədə tanış olduğu adını Əli kimi tanıdığı İran vətəndaşından 17 may 2021-ci il tarixdə telefon vasitəsilə onun qeyd etdiyi Nizami rayonu, Babək prospekti 35 ünvanda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında daşın altından götürmüş və pulunu sonradan Əli adlı şəxsin kart hesabına ödəyəcəkdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq qablaşdırıldı və bu barədə protokol tərtib edilmişdir. Şahidələr Şahid4 və Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun ifadələrində göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 şahid Şahid2 eyni məzmunlu ifadələr verərək onun ifadələrində göstərdiyi halları təsdiq etmişdir. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs onun qonşusudur. O, Fuadın narkotik vasitənin satışı ilə məşqul olmasını bilir. Təqsirləndirilən şəxs təxminən 3-4 dəfə qramını 30 manatdan olmaqla narkotik vasitə almış, 2021-ci ilin mart ayında sonuncu dəfə narkotik vasitə istifadə etdikdən sonra müalicə olunmuş və narkotik vasitələrdən imtina etmişdir. O, Fuaddan aldığı narkotik vasitələri nə vaxt almasının dəqiq tarixlərini xatırlamır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzələşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Şahid5 Təqsirləndirilən şəxs barəsində ifadələrində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş «Telefon danışıqları cədvəlinə baxış keçirilməsi haqqında» 07 iyul 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən BKC/LGL-11281/21 nömrəli 30 iyun 2021-ci il tarixli müşaiyət edici məktubla daxil olmuş 1 ədəd CD diskdə olan telefon danışıqları cədvəlinə baxış keçirilən zaman cədvəlin ***-***-**-** mobil telefon nömrəsinə aid olması müəyyən edilmişdir. Cədvələ əsasən ***-***-**-** nömrə ilə ***-***-**-** nömrə arasında 17 mart 2021-ci il tarixdə saat 13.37.20-də «Rufa menem nece edek mene 1 dene k yanda p lazımdı 50 m pul var», ***-***-**-** nömrə arasında 17.03.2021-ci il tarixdə saat 18.48.50-də «Rufa sen bu nom yığma evin telefonudu ozumnen elaqe saxla imkan olduqca ozum vpda yazacam sene mende 50 manatdı 30 nu atıram kartıva 20 sinde saxlıyım ozuve vererem olar ele? Oda mendediye isdiyirsen hamsın atım prosta diyirem birden gec almar ya sabah qalar men ağrıda qalmıyım ona gore», ***-***-**-** mobil nomre arasında 23.03.2021-ci il tarixdə saat 17.13.43-də «rufa xala oğlunun qonagi var sen allah bidene imkan varsa qonağa laıq bir ley verki bulan isdiyirem ki beyensinlerki tez tez goturuler prosta teriflemivem venin temanı» mətnli SMS yazışmaları mətni müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin msateriallarına əlavə olunmuş «Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 may 2021-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki ağ rəngli idman dəstinin gödəkcəsinin cibindən bir ədəd ”Samsunq J2”, bir ədəd “LG” markalı mobil telefon, bir qutu “Winçester” markalı siqaret, 2 ədəd alışqan, bir ədəd üzərində bizon yazılmış mobil telefon üçün enerji daşıyıcısı(poverbank), 3 ədəd açar, içərisində 12 manat 30 qəpik nağd pul, 5 ədəd Kapital banka məxsus bank kartı, bir ədəd «World» karta məxsus bank kartı olan pul qabını və idman dəstinin üst geyiminin sol yan cibindən şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan maddənin narkotik vasitə “kokos” olduğunu bildirir və təqdim etdiyi həmin narkotik vasitəni iki ay bundan qabaq sosial şəbəkə vasitəsilə tanış olduğu adını Əli kimi tanıdığı İran İslam Respublikası vətəndaşından 17 may 2021-ci il tarixdə telefon vasitəsilə onun qeyd etdiyi Nizami rayonu, Babək prospekti 35 ünvanda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında daşın altından götürmüş və pulunu sonradan Əli adlı şəxsin kart hesabına ödəyəcəyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin msateriallarına əlavə olunmuş «Videogörüntüyə baxış keçirilməsi haqqında» 30 may 2021-ci il tarixdli protokoldan görünür ki, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı Surac Əhmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq ağ rəngli idman dəstinin gödəkcəsinin cibindən bir ədəd ”Samsunq J2”, bir ədəd “LG” markalı mobil telefon, bir qutu “Winçester” markalı siqaret, 2 ədəd alışqan, bir ədəd üzərində bizon yazılmış mobil telefon üçün enerji daşıyıcısı(poverbank), 3 ədəd açar, içərisində 12 manat 30 qəpik nağd pul, 5 ədəd Kapital banka məxsus bank kartı, bir ədəd «World» karta məxsus bank kartı olan pul qabını və idman dəstinin üst geyiminin sol yan cibindən şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddəni təqdim edərək masanın üzərinə qoyur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan maddənin narkotik vasitə “kokos” olduğunu bildirir və təqdim etdiyi həmin narkotik vasitəni 2 ay bundan qabaq sosial şəbəkə vasitəsilə tanış olduğu adını Əli kimi tanıdığı İran İslam Respublikası vətəndaşından 17 may 2021-ci il tarixdə telefon vasitəsilə onun qeyd etdiyi Nizami rayonu, Babək prospekti 35 ünvanda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında daşın altından götürmüş və pulunu sonradan Əli adlı şəxsin kart hesabına ödəyəcəyini bildirir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 17 may 2021-ci il tarixli 6/1939 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 7,258 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 07 sentyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7,258 qram narkotik vasitə heroin, 17 may 2021-ci il tarixli «şəxsi axtarış və götürmə»ninin videogörüntüsünü özündə əks etdirən 1 ədəd CD disk, Bakcell» MMC-dən BKC/LGL- 11281/21 nömrəli 30 iyun 2021-ci il tarixli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD disk, SMS yazışmaları mətni əks edilmiş 06 vərəqə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi barəsindəki ifadələrinin şahid ifadələri, üzləşdirmə protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi və işin digər halları ilə təkzib edildiyi qənəaətinə gəlib onun həmin ifadələrini özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətələndirir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasının əlamətələrinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə təqsrli bilib, onun qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə -kimyəvi ekspertizasının keçirilməsinə 114 (yüz on dörd manat xərcələnmişdir. Təqsirləndirilən şəxs ibtidai istsisntaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 65 (altmış beş) saat, məhkəmədə ona 14 saylı vəkil bürosunun vəkili X6 tərəfindən 8 (səkkiz) saat hüqüq yardıim göstərilmişdir. Bu səbəbdən də Müdafiəçi 390 (üç yüz doxsan) manat, X5 48 (qırx səkkiz) manat ödənilməlidir. Məhkəmə, həmin xərcələri dövlət büdcsi hesabına ödənilməsini təmin edib, Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunmasını əsəaslı sayır, çünkü məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsi üçün sərbəst gəlir mənbəyiynin olması və ya həmin məbələğlərin ödənilməsi üçün əmlakı olması müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin ekspertiza tədqiqatından sonra qalan 7,158 qram heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayt əmlinin törədilməsi halları barəsində qismən etirafedici ifadələr verib cinayətin açılmasında iştirak edib törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qənaətinə gəldiyini, onun qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 17 may 2021-ci il tarixdə şübhəli şəxs qimində tutulub 18 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib həmn tarixdə barəsində əvvəli 17 may 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən həmin halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 1929 saylı 17 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəcəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 17 may 2021-ci il tarixdən müəyyən edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş 114 (yüz on dörd) manat Məhkəmə Ekspertiza Mərəkəzinin hesabına, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istisntaq zamanı hüqüqu yardım göstərdiyi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi məqsədi ilə 390 (üç yüz doxsan) manat, 14 saylı vəkil bürosunun vəkili X5 48 (qırx səkkiz) manat ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmələdədən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşakr olunmuş heroinin kspertiza tədqiqatından sonra qalan 7,158 qram heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin, cinayət işinin materiallarına əlavə olunmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar