Məhkəmə qərarları › İş №1(101)-1671/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1671/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1671/2022 05.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Quliyev küçəsi, ev 29-da qeydiyyatda olmaqla, ünvan 7-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla, daşımış və yaşadığı evində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməklə saxlamışdır. Belə ki, o, 28 aprel 2022-ci il tarixdə günorta saatlarında, Bakı şəhəri, Səbail rayonu ərazisində şəxsiyyəti naməlum şəxsdən satış məqsədilə qanunsuz olaraq bir ədəd şəffaf sellofan paketi bükümündə, təmiz çəkisi 3,546 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 28 aprel 2022-ci il tarixdə saat 22:20 dəqiqədə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilindiyi üçün DİN-min Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanın həyətində saxlanılmış, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməklə saxladığı həmin evə baxış keçirilən zamanı evində bu məqsədlər üçün, yəni narkotik vasitə və psixotrop maddə qəbul etmələrinə icazə verdiyi həmin mənzilin mətbəxində toplaşmış tanışları Şahid1 və Şahid2 müəyyən edilmiş, eləcə də masanın üzərindən narkotik və psixotrop maddələrin istehlak edilməsi üçün nəzərdə tutulmuş ona məxsus bir ədəd falqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 03 ədəd mobil telefon, 04 ədəd alışqan, bir ədəd “Bank of Baku“ bankına aid «Bolkart» plastik kartı, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml şpris və bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı falqa kəsikləri aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs sonuncularla birlikdə Yasamal RPİnin 29-cu PŞ-nin inzibati binasına gətirilib xx.xx.2022-ci il tarixdə saat 00:30 dəqiqədən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan paketi bükümündə, təmiz çəkisi 3.546 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 1-2 il olar ki, narkotik vasitənin heroin növündən həm damara vurur, həm də çəkir. Narkotik vasitələri bədənində olan ağrılarla bağlı qəbul etmişdir. O, narkotik vasitələri müxtəlif ünvanlarda tanımadığı şəxslərdən almışdır. Həmin şəxslərin adlarını, anket məlumatları və telefon nömrələrini xatırlamır. Bir gün əvvəl İçərişəhərdə tanımadığı bir nəfərdən 50 manata az miqdarda narkotik vasitə almışdır. Bakı şəhər sakinləri Şahid1 2021-ci ilin sentyabr ayından, Şahid2 isə 10-15 gündür ki, tanıyırmış. Şahid7 isə Şahid1 görə tanımışdır. xx.xx.2022-ci il tarixdə o yaşadığı evin həyətində olarkən qapı döyülmüş, o, qapını açanda polis əməkdaşları və onların yanında mülki şəxslər, hardasa 15-20 nəfər həyətə girmişlər. Evə baxmışlar. Həmin vaxt evlərində narkotik vasitə aşkar olunmamışdır. Evdə yalnız stolun üstündə şpris, ampula olmuşdur. Sonra onları polis əməkdaşları Yasamal RPİ-nin 29-cu polis şöbəsinə aparmışlar. Orada xidməti otaqların birində videoçəkilişlə hər üçünün üzərinə ayrı-ayrı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ona bir büküm verib bildirmişlər ki, bu bükümü cibinə qoy və videoçəkiliş zamanı ona məxsus olmasını deməlidir, ya da 1 kq boynuna qoyacaqlar. Həmçinin bildirmişlər ki, əgər o bu narkotiki boynuna alsa, onu yalnız Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə verəcəklər. O da məcbur olub videoçəkiliş zamanı həmin bükümün ona məxsus olmasını bildirmişdir. Əslində onun üzərində narkotik vasitə olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid2 evini satmış, ev əşyalarını onların həyətinə yığmışdır. Həmin vaxt gəlmişdir ki, ev əşyalarını həyətdən aparsın. Həmin gün Şahid1 və Şahid2la birlikdə narkotik vasitədən istifadə etməmişlər. Aytəni həmin gün Cavid çağırmış, Aytən Cavidin tanışıdır. O, heroin istifadəçisidir. Lakin həmin gün onda narkotik vasitə aşkar olunmamışdır. O, həmin evdə yaşayır, anası da onunla həmin evdə yaşayır. Elan olunmuş cinayət işinin 1-ci cild 14-16-cı vərəqələrində olan baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Onun evindən narkotik vasitə aşkar olunmamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 82-85-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Həmin bükümü ona verib bildirmişlər ki, ona məxsus olmasını deməsə, üzərinə 1 kq heroin qoyacaqlar. O da həmin bükümün ona məxsus olmasını demişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmu, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 115-116-cı vərəqələrində olan izahatında, 1-ci cild 146- 148, 199-202 və 224-227-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... xx.xx.2022-ci il tarixdə günorta saatlarında onun bədəni ağrımış, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də o, Bakı şəhəri Səbail rayonu ərazisinə getmiş, orada İçərişəhər adlanan ərazidə tanımadığı bir şəxslə rastlaşmış, ona bədəninin ağrıdığını və təcili narkotik vasitə heroin lazım olmasını bildirmişdir. Həmin şəxs də ona bildirmişdir ki, narkotik vasitə heroin var, nə qədər lazımdır. O, həmin şəxsə demişdir ki, ona bir bükümdə, təxminən 3-4 qram narkotik vasitə heroin lazımdır. Həmin şəxsdə ona bildirmişdir ki, istədiyi çəkidə narkotik vasitəni təşkil edə bilər, bunun üçün 20 manat ödəməlidir. O da həmin şəxsə razılıq vermiş, ona 20 manat pul verməklə, ondan bir ədəd sellofan paket bükümündə narkotik vasitə heroin almış, əldə etdiyi narkotik vasitəni əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamaqla, daşımışdır. Sonra isə yaşadığı evinə gəlmişdir. Həmin tarixdə axşam saatlarında yaşadığı evinə Şahid1 və Şahid2 gəlmiş, onlar ondan soruşmuşlar ki, üzərində narkotik vasitə var, o da onlara demişdir ki, var, bu gün almışdır. Cavid və Alış da ona demişlər ki, onların da üzərində narkotik vasitə var, imkan olar Elçinin evində bu narkotik vasitəni birlikdə qəbul etsinlər, bunun üçün şərait var. O da onlara demişdir ki, narahatçılıq yoxdur, şərait yaradar, mətbəx hissəsində olan masanın üzərində təzə şpris var, həmçinin alluminium falqada var. Cavid və Alış da ona razılıq vermişlər və bildirmişlər ki, bir azdan qəbul edərlər, hələlik yataq otağında oturmuşlar. Cavid sonra ona Aytən adlı tanışının birazdan bura gələcəyini demişdir. O da Cavidə razılıq vermiş, bir az sonra Aytən gəlmiş, evinə daxil olmuş və qonaq otağına gedərək Cavidlə oturub söhbət etməyə başlamışdır. ...Həmin tarixdə saat 22:20 dəqiqədə o, yaşadığı evində olduğu vaxt, qapı döyülmüş, o, qapını açdıqda, gələn şəxslərin polis əməkdaşı olmasını görmüşdür, polis əməkdaşının yanında mülki geyimdə olan şəxslər olmuşdur. Həmin şəxslər özlərini ona təqdim edəndə, bilmişdir ki, həmin şəxslər polis əməkdaşlarıdır. Sonra isə polis əməkdaşı ona qanunsuz olaraq narkotik vasitə əldə etməyi və qanunsuz dövriyyəsi ilə məşğul olmağı, evində tiryəkxana təşkil etməyi barədə onlara məlumat daxil olduğunu, bununla əlaqədar evinə baxış keçirməyin zəruri olduğunu bildirərək, evinə baxış keçirilməsinə etirazının olub olmamasını soruşmuşdur. O da buna etiraz etməmiş və bununla əlaqədar ərizə yazmışdır. Bundan sonra onun və polis əməkdaşlarının iştirakı ilə video müşahidə altında yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı evinin mətbəx hissəsində olan masanın üzərində bir ədəd falqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 03 ədəd mobil telefon, 04 ədəd alışqan, bir ədəd “BankofBaku" bankına məxsus Bolkart kartı, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı falqa kəsikləri, bir ədəd üzərində "Nivea antiperspirant" sözləri yazılmış şüşə qab aşkar edilmişdir. Baxış zamanı polis əməkdaşı ondan həmin əşyaları nə məqsədlə əldə etməyini soruşmuş, o da polis əməkdaşına bildirmişdir ki, bir ədəd falqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 04 ədəd alışqan, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı falqa kəsiklərini tanışları ilə birlikdə narkotik vasitə qəbul edərkən istifadə edir. ...video müşahidə altında, o polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan göy rəngli cins şalvarının sol yan cibində bir ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin vardır, o, həmin kütləni onlara təqdim edə bilər. Sonra o, əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd şəffaf selofan bükümündə narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. ...o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Səbail rayonu İçərişəhər adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün almışdır ki, həmin əldə etdiyi bükümü yaşadığı evində tanışları ilə birlikdə qəbul etsin, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından, üzərində saxladığı kütləni tanışları ilə birlikdə qəbul edə bilməmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır. İfadələrini və izahatı təsdiq etmir. İfadələrini və izahatı oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili işləyir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində ünvan 7-da yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olması barəda əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupuna əməliyyat müvəkkili Şahid5 rəhbərlik edirmiş, əmaliyyat qrupuna o, əmaliyyat müvəkkili Amir Omarov va AR DİN-nin BNMİ XMİÜ baş əməliyyat müvəkkili Şahid3 daxil edilmişdir. Sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına getmişlər. Qapını döydükdə qapını Elçin açmışdır. Onlar Elçinə özlərini təqdim etmişlər və Elçinin Yasamal rayonu ərazisində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməyə və ya saxlamaqda şübhəli olması barədə məlumatın daxil olmasını bildirdikdən sonra həmin məlumatın yoxlanılmasından ötrü evinə baxış keçirilməsinin zəruri olmasını va evinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. Elçin evinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə video müşahidə altında Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı muəyyən edilmişdir ki, fərdi yaşayış evi iki otaq, mətbəx va sanitar qovşaqdan ibarətdir. Baxış zamanı mətbəxdə olan masanın üzərində narkotik vasitələrin qəbulu zamanı istifadə edilən predmetlar, yəni bir ədǝd falqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 04 ədǝd alışqan, bir ədǝd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rangli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı falqa kəsikləri, eləcə də 03 ədəd mobil telefon, bir ədəd "BankofBaku" bankına məxsus Bolkart kartı, bir ədəd şüşə qab aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş predmetlar zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar təfindən imzalanmışdır. Sonra isə evin yataq otağında üç nəfər səxsin olması müəyyən edilmiş, həmin şəxslərdən özlərini təqdim etmələri təklif edilmişdir. Həmin şəxslər Şahid1, Şahid2 və Şahid7 olmuşlar. Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid7 üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya olması ilə əlaqədar şübhələr yarandığından, zərurət olması səbəbindən və üzərlərinə şəxsi axtarış keçirilməsindən ötrü onları Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs, Şahid1, Əjdərov Alİş Novruz oğlu və Şahid7 Agası qızı etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 üzərlərinə ayrıayrı şəxsi axtarış va götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçilər dəvət edilmişdir. Müdafiəçilər Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 təqdim edilmişdir. Sonra isə əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdan sonra üzərinə video müşahidə altında səxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd sellofan paket bükümünü təqdim etmişdir. Həmin şəffaf sellofan paketin içərisinə baxış keçiriləndə içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd narkotik vasitəyə bənzər kütlə tərəflərindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilsə də, başqa hər hansı bir cinayat xarakterli əşya va ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs, üstündən aşkar edilmiş bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin bir ədəd bükümü 28 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabail rayonu ərazisində üzdən tanıdığı, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını, həmçinin həmin bükümü yaşadığı evində özünün və tanışları ilə birlikdə qəbul etmək məqsədilə əldə etməsini bildirmişdir. Bundan sonra Şahid1 və Şahid2 üzərində axtarış aparılmış və onların üzərində də narkotik vasitələr aşkar olunaraq protokollaşdırılmışdır. Şəxsi axtarış zamanı Şahid7 üzərindən narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və video çəkiliş diskə yazılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid7 polis bölməsinə gətirilərkən onlara qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni haradan aldığını bildirmiş və özü də könüllü narkotik vasitəni təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları Şahid5, Şahid6 və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, saxlanılandan təxminən bir həftə olardı ki, narkotik vasitə heroindən tüstüsünü çəkməklə qəbul etməyə başlamışdır. Heroini qəbul etməkdə məqsədi bədənində olan ağrılar olmuşdur. Narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda tanımadığı şəxslərdən alırmış. Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayından, Şahid2 isə 10-15 gün imiş ki, tanıyırmış, Şahid7 isə çoxdandır ki, tanımışdır. Onunla, yəni Elçin Zərbəyliyevlə birlikdə narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2022ci il tarixdə axşam satlarında o, Şahid2 və tanışı Şahid7 Təqsirləndirilən şəxs evində olarkən qapı döyülmüşdür. Elçin qapını açdıqdan sonra çölə çıxmış, bir az sonra Elçin polis əməkdaşları ilə evə daxil olmuşlar. Sonra polislər Elçinin yaşadığı evə baxış keçirməyə başlamışlar. Baxış zamanı masanın üzərində bir ədəd falqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 03 ədəd mobil telefon, 04 ədəd alışqan, bank kartı, şüşə dərman ampulu və s. nələrsə aşkar olunmuşdur. Bundan sonra onların dördünü də polis idarəsinə aparmışlar. Orada onların üzərinə baxış keçirilmişdir. Kimin üzərindən nə aşkar olunmasını hazırda xatırlamır. Onun tanışı Aytən narkotik vasitədən istifadə etmir. O, istintaqda nə ifadə verməyini hazırda xatırlamır. Elan olunmuş cinayət işinin 1-ciild 247-250-ci vərəqələrində olan ifadəsinə əsasən Şahid1 bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq edir. Belə ki, cinayət işinin 1-ci cild 247-250-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: …”…Elçin və Alışla əvvəllərdə yaşadığı evində birlikdə narkotik vasitə qəbul etmişdim. ...Mən 15 manat pul verməklə, bir ədəd sellofan paket bükümündə narkotik vasitə heroin aldım. Sonra isə axşam saatlarında Elçinin evinə gəldim. Həmin tarixdə axşam saatlarında Şahid2 da ora gəldi, biz Elçindən soruşduq ki, üzərində narkotik vasitə var, Elçin bizə dedi ki, bəli var bugün almışam. Mən və Alış da Elçinə dedik ki, bizim üzərimizdə də narkotik vasitə vardır, imkan olar sənin evində bu narkotik vasitəni birlikdə qəbul edək, bunun üçün şəraitin var. Elçin də bizə dedi ki, narahatçılqı yoxdur, şərait yaradaram, mətbəx hissəsində olan masanın üzərində təzə şpris vardır, həmçinin aliminium falqada vardır. Mən və Alış da Elçinə razılıq verdik və bildirdik ki, birazdan qəbul edərik... “ Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi ev 13-də qeydiyyatda olsada, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ev 1-də yaşamışdır. O, təxminən iki həftə olarmış ki, narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda tanımadığı şəxslərdən alıb qəbul etmişdir. Elçinlə birlikdə narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs 10-15 gün imiş ki, tanıyır, Şahid1 də qısa müddət idi tanıyırmış. Şahid7 isə Cavidə görə tanımışdır. O, kirayədə qaldığı evdən çıxıb başqa bir ev axtarmaq üçün ev əşyalarını gətirib Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə yığmışdır. xx.xx.2022-ci il tarixdə o Elçingilə gəlib Elçinə bildirmişdir ki, hələlik ev tapa bilməmiş, ev əşyaları həmin gün də onların həyətində qalsın. Həmin vaxt Şahid1 və tanışı Şahid7 da Elçingildə olmuşlar. Onlar orada olarkən Elçingilin həyət qapıları döyülmüşdür Elçin qapını açdıqdan sonra çölə çıxmış və bir az keçmiş Elçin polis əməkdaşları ilə evə daxil olmuş və evə baxış keçirməyə başlamışlar. Baxış zamanı masanın üzərində falqa materialdan olan borucuq, kağız materialdan olan borucuq, 03 ədəd mobil telefon, 04 ədəd alışqan, bir ədəd bank kartları, baş hissəsi qırıq şüşə dərman ampulu, şpris və s. aşkar olunmuşdur. Evə baxış keçiriləndən sonra onların dördünü də Polis İdarəsinə aparmışlar. Orada üzərlərinə baxış keçirmişlər. Kimin üzərindən nə aşkar olunduğunu bilmir. İsintaqda ifadəsinə imza etmiş, lakin xatırlamır. Elan olunmuş cinayət işinin 1-ciild 270-273-cü vərəqələrində olan ifadəsinə əsasən Şahid2 bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq edir. Belə ki, cinayət işinin 1-ci cild 270-273-cü vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: …”…Elçin və Cavidlə əvvəllərdə yaşadığı evində birlikdə narkotik vasitə qəbul etmişdim. ...Mən həmin şəxsə 15 manat pul verməklə ondan bir ədəd sellofan paket bükümündə narkotik vasitə heroin aldım, əldə etdiyim narkotik vasitəni əynimdə olan qara rəngli cins şalvarımın sol yan cibində saxlamaqla daşıdım. Sonra isə axşam saatlarında Elçinin evinə gəldim. Cavid də həmin vaxt orada idi, mən və Cavid Elçindən soruşduq ki, üzərində narkotik vasitə var, Elçin bizə dedi ki, bəli var bugün almışam. Mən və Cavid də Elçinə dedik ki, bizim üzərimizdə də narkotik vasitə vardır, imkan olar sənin evində bu narkotik vasitəni birlikdə qəbul edək, bunun üçün şəraitin var. Elçin də bizə dedi ki, narahatçılqı yoxdur, şərait yaradaram, mətbəx hissəsində olan masanın üzərində təzə şpris vardır, həmçinin aliminium falqada vardır. Mən və Cavid də Elçinə razılıq verdik və bildirdik ki, birazdan qəbul edərik… “ Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid7 ifadəsindən görünür ki, o, Şabran şəhəri, Q.Qasımov küçəsi ev 4, mənzil 4-də qeydiyyatda olsa da, Abşeron rayonu, Masazır qəsəbəsi Duz gölü Yeni Yaşayış massivində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamış, bir azyaşlı uşağı vardır. Lənkəran şəhər sakini Şahid1 çoxdandır ki, tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid2 əvvəllər tanımamış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 28 aprel 2022-ci il tarixdə saat 17:30 dəqiqədə Cavid ona zəng vurmuş və demişdir ki, o, ünvan 6 ünvanında yerləşən dostu Təqsirləndirilən şəxs evindədir, istəyirsə ora gəlsin çay içsinlər. O da Cavidin sözündən çıxmayaraq, həmin tarixdə saat 20 radələrində Cavidin dediyi ünvana getmiş, həmin vaxt Cavid onu qarşılamış, həmin evdə Elçin və Alış adlı şəxslər də olmuşdur. Cavid onu Elçin və Alışla tanış etmişdir. Sonra Cavid ona demişdir ki, "sən yataq otağında otur, mən bir azdan gəlirəm". O, həmin vaxt həmin otaqda oturmuş, Cavid çıxıb getmişdir. Həmin vaxt onun yuxusu gəldiyindən, həmin otaqda yatmış, bir neçə saat sonra polis əməkdaşları evə gələndə, oyanmışdır. Görmüşdür ki, polis əməkdaşları video müşahidə altında ev sahibi Təqsirləndirilən şəxs iştirakı ilə evə baxış keçirmişlər, o, Cavid və Alış həmin vaxt yataq otağında olmuşlar. Polis əməkdaşları tərəfindən evə baxış keçirilərkən, evin mətbəx hissəsində olan stolun üzərindən şpris, ampula və digər əşyalar aşkar edilmişdir. Həmin əşyalar zərfə qoyularaq qablaşdırılmış, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları yataq otağına daxil olmuşlar. Yataq otağında polis əməkdaşları onlardan özlərini təqdim etmələrini istəmişlər. Hər biri özlərini polis əməkdaşlarına təqdim etmişlər. Sonra polis əməkdaşları ev sahibi Elçini, eləcə də onu, Cavidi və Alışı Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər, o və digər şəxslər polis əməkdaşları ilə 29-cu PŞ-nə getməyə etiraz etməmişlər və polis əməkdaşları ilə birlikdə 29-cu PŞ-nə getmişlər. Xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin. O da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya yoxdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol tərəfindən və iştirakçılar tərəfindən imzalanmışdır. O, sonradan bilmişdir ki, ondan əvvəl Cavidin, Elçinin və Alışın üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onların üzərindən narkotik vasitə aşkar edilmişdir. X7 evinə yığışmışlar ki, narkotik vasitəni birlikdə qəbul etsinlər, o, ona qədər bilməmişdir ki, Cavid narkotik vasitə qəbul edir, bilsəymiş o, Cavidin xahişi ilə həmin evə getməzmiş. Onun onların üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. O, əvvəllər Cavidin dəvət etdiyi evdə olmamış, birinci dəfə olmuşdur ki, Cavid onu həmin evə dəvət etmişdir, o, Cavidin, Elçinin və Alışın birlikdə narkotik vasitə əldə etmələrini və ya qəbul etmələrini görməmiş və bu barədə heç bir məlumatı olmamışdır, onlarla narkotik vasitə qəbul etməmiş, özü də narkotik vasitə qəbul etmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamı RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Niyaz Süleyanovun 28 aprel 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaq barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamı RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Niyaz Süleyanovun 28 aprel 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaq barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 282-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal Rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli, 5(004)-438/2022 saylı qərarından görünür ki, Yasamı RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Niyaz Süleyanovun 28 aprel 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamı RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik leytenantı Ramin Məmmədovun 28 aprel 2022-ci il tarixli, Ə37-095-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaq barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 13-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı evə polis əməkdaşlarının baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 14-17-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və saxlaması barədə əməliyyat məlumatının daxil olması bildirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin mətbəx hissəsində olan stolun üzərində olan bir ədəd falqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 03 ədəd mobil telefon, 04 ədəd alışqan, bir ədəd “BankofBaku” bankına məxsus Bolkart kartı, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı falqa kəsikləri, bir ədəd üzərində “Nivea antiperspirant' sözləri yazılmış şüşə qab aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş əşyalar ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılıb, götürülmüşdür. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin yataq otağında üç nəfər şəxsin, yəni, Şahid1, Şahid2 və Şahid7 da orada olması aşkar edilmişdir. Baxış zamanı iş mənzildən üzrə əhəmiyyət kəsb edəcək digər əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı. Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid7 üzərlərində narkotik vasitə və ya psixotrop maddə olmasında əsaslı şübhələr yarandığından, onlar üzərlərinə şəxsi axtarış və götürmə keçirilməsindən ötrü zəruri şərait oldmadığından Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət edilmişlər. Baxış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 49-cu vərəqəsində olan 28 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun kserosurətindən görünür ki, Şahid2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 69-cu vərəqəsində olan 28 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun kserosurətindən görünür ki, Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 82-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf selofanda olan bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olan 'Heroin' olduğunu və həmin narkotik vasitəyə oxşar kütləni 28 aprel 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Səbail rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükülünü açdıqda içərisində spesifik qoxuya malik narkotik vasitə heroin olan narkotik vasitəyə oxşar maddə kütləsi aşkar edilmişdir. Aşkar olunmuş heroinə oxşar maddə zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. Həmçinin, şəxsi axtarış zamanı Şahid1 üzərindən 01 ədəd şəffaf sellofanda narkotik vasitəyə bənzər maddə, Şahid2 üzərindən də 01 ədəd şəffaf sellofanda narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır Cinayət işinin 1-ci cild 96-cı vərəqəsində olan 29 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun kserosurətindən görünür ki, Şahid7 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 108-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Şahid7 üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 209-211-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polsi mayoru X2 29 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulmadan azad edilməsi haqqında protokoldan görünür ki, Şahid7 saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmiş, onun şübhəli şəxs statusuna xitam verilmişdir. Cinayət işinin 1-ci cild 166-167-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2022-ci il tarixli, 6/2472 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 169" möhür əksi, “...X1 evindən... " və s. sözlər, imzalar olan kağız paketdəki 03 ədəd mobil telefonun, 04 ədəd alışqanın, 01 ədəd “Bolkart" kartının səthlərində, 01 ədəd falqa materialdan və 01 ədəd kağız materialdan borucuq formalı predmetlərdə psixotrop madda-metamfetaminin izbri müəyyən edilmişdir. 01 ədəd baş hissəsi qırıq şüşə dərman ampulunun, 01 ədəd 2 ml-lik şprisin daxilində narkotik vasitə-heroinin izləri müəyyən edilmişdir; 01 ədəd plastik qutudakı 21 ədəd uzunsov formada falqa kəsiklərində, üzərində “Nivea...antiperspirant" etiketi ;olan 01 ədəd şüşə qabdakı mayenin tərkibində nəzarətdə olan maddələr müəyyən edilməmişdir. Qeyd edilən predmetlərdə metamfetamin və heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 175-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəziniİstintaq zamanı, məhkəmə - kimyəvi ekspertizası təyin edilərək rəyi alınmışdır. Ekspertizanın 29 aprel 2022-ci il tarixli, 6/2474 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №169" möhür əksi, “...Şübhəli şəxs ...Elçin Zərbəlivev..." və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,546 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr'in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 2-ci cild 133-135-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 iyun 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təklif olunur ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri versin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf selofanda olan bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olan 'Heroin' olduğunu və həmin narkotik vasitəyə oxşar kütləni 28 aprel 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Səbail rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf selofan bükülünü açdıqda içərisində narkotik vasitə heroinə oxşar maddə kütləsi aşkar edilmişdir. Aşkar olunmuş heroinə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı iş üçün əhəmiyyət kəsb edən predmet aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 151-152-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 iyun 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 28 aprel 2022-ci ildə Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və saxalaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs özünün könüllü olaraq yaşadığı Yasamal rayonu 1-ci Alatava küçəsi ev 69 ünvanına baxış keçirilməsi ilə əlaqədar yazmış olduğu ərizəsi əsasında, yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin mətbəx hissəsində olan stolun üzərində olan bir ədəd falqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 03 ədəd mobil telefon, 04 ədəd alışqan, bir ədəd “BankofBaku” bankına məxsus Bolkart kartı, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı falqa kəsikləri, bir ədəd üzərində “Nivea antiperspirant' sözləri yazılmış şüşə qab aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş əşyalar zərfə qoyularaq qablaşdırılıb, götürülmüşdür. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin yataq otağında üç nəfər şəxsin, yəni Şahid1, Şahid2 və Şahid7 da orada olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirildikdə, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya və predmet aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 173-174-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 iyul 2022-ci il tarixli təqdim edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əsk etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 175-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 iyul 2022-ci il tarixli təqdim edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əsk etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 229-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olmuş 18 iyul 2022-ci il tarixli, 092-21284-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 230-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman götürülmüş iki ədəd “İphone 7” və bir ədəd “Samsung Duos” markalı mobil telefonlar işlək vəziyyətdə olmadığından, həmin mobil telefonlara baxış keçirmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 231-260-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 20 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən Şahid1 və Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Cinayət işinin 2-ci cild 286-288-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 23 iyul 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işindən, sonuncunun narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, o saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, evdə olan şəxslərlə birlikdə narkotik vasitədən istifadə etmədiyini, evində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmədiyini, evdən ancaq ampula və şpris aşkar edildiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 179-180-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 199-202-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X6 şəxsinin 04 iyul 2022-ci il tarixli, 1752 nömrəli kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq, epilepsiya nəticəsində yaranan ağıl zəifliyi qıcolma tutmaları və ya sair psixi xəstəlik keçirməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və intellektual imkanları (diqqət, təfəkkür, hafizə, təsəvvür, qavrama, dərk etmə və s.) normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor- perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Cinayət işinin 2-ci cild 209-210-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 25 iyun 2022-ci il tarixli 3490 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı xx.xx.2020-ci il təvəllüdlü uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 28 aprel 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 31-ci vərəqəsində olan 28 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 33-37-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli 4(004)-362/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin Nöhbətçi Hissəsinə təhvil verilmiş Zərbəİiyev Elçin Aslan oğlunun üzərindən aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 3,446 qram çəkidə maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd alışqan, bir ədəd falqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, bir ədəd baş hissəsi qırıq şüşə dərman amputu və bir ədəd 2 ml-lik şpris məhv edilməli, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı falqa kəsiklərinin səthində və bir ədəd üzərində ’'Nivea antiperspirant' sözləri yazılmış şüşə qabda olan mayenin tərkibində nəzarətdə olan maddələr müəyyən edilmədiyindən, həmin əşyaların Təqsirləndirilən şəxs yaxınlarına qaytarılması və iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalı, iki ədəd “İphone 7” və bir ədəd “Samsung Duos” markalı mobil telefonların və bir ədəd “BankofBaku” bankına məxsus Bolkart kartın Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 220 (iki yüz iyirmi) manat Zərbəİiyev Elçin Aslan oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş )il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsun cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin Nöhbətçi Hissəsinə təhvil verilmiş Zərbəİiyev Elçin Aslan oğlunun üzərindən aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 3,446 qram çəkidə maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd alışqan, bir ədəd falqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, bir ədəd baş hissəsi qırıq şüşə dərman amputu və bir ədəd 2 ml-lik şpris məhv edilsin. Bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı falqa kəsiklərinin səthində və bir ədəd üzərində ’'Nivea antiperspirant' sözləri yazılmış şüşə qabda olan mayenin tərkibində nəzarətdə olan maddələr müəyyən edilmədiyindən, həmin əşyaların Təqsirləndirilən şəxs yaxınlarına qaytarılması və iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İki ədəd “İphone 7” və bir ədəd “Samsung Duos” markalı mobil telefonların və bir ədəd “BankofBaku” bankına məxsus Bolkart kartın Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 220 (iki yüz iyirmi) manat Zərbəİiyev Elçin Aslan oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar