Məhkəmə qərarları › İş №1(101)-1672/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1672/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1672/2022 11.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev- 159a-da qeydiyyatda olmaqla yaşaymış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgə əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə «STAR» RENT A CAR şirkətini işlətdiyini bildirərək «əgər hər hansı avtomobil alıb onun şirkətinə icarəyə verərsə, aylıq ona əlavə gəlir verəcəyini» deyib işbirliyi quracaqlarına vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin oktyabr ayının sonlarında «Niva» markalı avtomobil alıb şirkətinə icarəyə götürəcəyi və ayda 400 manat gəlir verəcəyinə vəd verib Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun bağının yaxınlığında X10 10 000 manat pulunu, hər ay 700 manat gəlir verəcəyini vəd verib 2018-ci ilin noyabr ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində olan Bakı Metropoliteninin «Gənclik» stansiyası yaxınlığında 19 000 manata aldığı «Hyundai Elantra» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilini, əvvəl aldığı «Niva» markalı avtomobilə əlavə qurğular alacağı adı ilə aldadaraq 5000 manat pulunu, 2018-ci ilin dekabr ayının axırlarında Bakı şəhəri Yasamal rayonu, A.Abbasov küçəsi-1C ünvanında, sahibi tərəfindən təcili olaraq satıldığını dediyi «Ford Mustang» markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobili almaq və həmin avtomobilə görə ayda 1000 manat gəlir verəcəyini vəd verib aldadaraq 20 400 manat məzənnəsində 12 000 ABŞ dolları pulunu, həmin avtomobilin cəriməsini ödəmək, sonra gəlirdən qaytaracağını vəd verib aldadaraq 700 manat pulunu, övladının anadan olmasına görə borc adı ilə aldadaraq 600 manat pulunu, hər gündə 40 manat gəlir verəcəyini vəd verib aldadaraq 2019-cu ilin yanvar ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində olan Bakı Metropoliteninin «Gənclik» stansiyası yaxınlığında 20 000 manata aldığı «Hyundai Elantra» markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilini, "xxxx" turizm şirkətinin Azərbaycan ərazisində müqavilə bağladığı otellərə qonaqların yerləşdirilməsi işinə qoşulmaq və hər ay 5000 manat gəlir götürməyi vəd verib aldadaraq 60 000 manat pul verməsini təklif edib 26 fevral 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən 3 saylı Asan Xidmət mərkəzində 30 000 manat pulunu, 27 fevral 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 1 saylı Asan Xidmət Mərkəzinin natariusunda borc müqavilələri bağlamaqla 30 000 manat pulunu, azyaşlı övladının ürəyində olan problemlə bağlı Moskva şəhərində əməliyyat olunması adı ilə aldadaraq 2020-ci ilin oktyabr ayında Bakı şəhəri Yasamal rayonu, A.Abbasov küçəsi-1C ünvanında 10 000 manat pulunu, göstərilən müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə «Rent A Car» işlətmək və gəlirdən qaytaracağını vəd verib etibarından sui-istifadə edərək və aldadaraq hissə-hissə 13 300 manat nəqd pulunu, baha qiymətə satılan «Mersedes Qalenvagen», «Hyundai Elantra» markalı avtomaşınları göstərərək yeni «RENT A CAR» açıb işlədəcəyi və həmin avtomaşınları baha qiymətə icarəyə verib pulunu qaytaracağını vəd verib aldadaraq və etibarından sui-istifadə edib vahib niyyətlə həyata keçirilən qəsdlə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayının 15-nə qədər olan dövrdə Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi-1 ünvanında nəqd şəkildə, «E Manat» ödəmə terminalı və kartdan-karta ödəməklə 7230 manat və 6800 manat məzənnəsində 4000 ABŞ dolları pulunu alıb ələ keçirmiş, vəd verdiyi gəlir məbləğlərini bir müddət ödəyib etibarını qazanıb həmin etibarından sui-istifadə edərək ondan aldığı avtomobilləri başqalarına sataraq, nəqd pulları isə şəxsi ehtiyacları üçün xərcləyib zərərçəkmiş M.Z.Xıdırova ümumilikdə 173 030 ( yüz yetmiş üç min otuz) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə X9 birgə oxumuş, aralarında dostluq münasibətləri olmuşdur. Onun «Star» Rent A Car şirkəti olmuş, avtomaşınları icarəyə verməklə özünü dolandırırdı. 2018-ci ilin oktyabr ayında Yasamal rayonunda ATS binasının yanında Zərərçəkmiş şəxsla təsadüfən görüşmüş və ondan nə işlə məşğul olmasını soruşmuş, Mehdiyə təklif etmişdir ki, pul qoysun, bir yerdə avtomaşınlar alıb icarəyə versinlər və pul qazansınlar. Mehdi onun bu təklifi ilə razılaşmış və ilk olaraq təxminən 2018-ci ilin noyabr ayında 18 500 ya da 19 000 manata «Hyundai Elantra» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomaşını Mehdi öz puluna alaraq həmin maşını icarəyə verərək qazanc əldə etmək üçün ona təqdim etmişdir. Bundan sonra həmin maşını şirkətə icarə kimi sənədləşdirib icarəyə verərək ayda Mehdiyə 700 manat gəlir vermiş, gəliri təxminən 6-7 ay müddətində vermişdir. Bundan başqa 2019cu ilin yanvar ayında Mehdi ilə birlikdə qiyməti 19.000 manat təşkil edən gümüşü rəngli «Hyundai Elantra» markalı avtomaşını Mehdi alaraq ona vermişdir ki, həmin qayda ilə maşını icarəyə verərək gəlir əldə etsinlər. O, həmin avtomobili də icarəyə verib Mehdiyə ayda 700 manat gəlir vermişdir. Bu maşina görə də pulu təxminən 6-7 ayı Mehdiyə ödəmişdir. Həmin maşınların pulunu Mehdi vermişdir. Bundan başqa həmin aralarda Mehdidən 10 000 manat və 5000 manat pul almış və həmin pula Niva markalı maşın almaq və buna görə də Mehdiyə 400 manat aylıq gəlir verəcəyinə söz vermişdir. Maşınlara və pullara görə Mehdi ilə danışdıqları məbləğləri hər ay ona ödəmişdir. 2019-cu ilin yanvar ayında o Zərərçəkmiş şəxs 12 000 ABŞ dolları pul almış, lakin həmin pula «Ford Mustang» markalı avtomaşını almasının Mehdiyə aidiyyəti olmayıb, həmin pula görə də Mehdiyə ayda 1000 manat haqq vermişdir. "xxxx" turizm şirkətinin Bakı şəhərində olan otellərinə qonaqların yerləşdirilməsi ilə məşğul olmağı və yaxşı gəlir götürməyi o Mehdiyə təklif etmiş və Mehdi onunla razılaşdıqdan sonra ilk olaraq ona 30 000 manat pul verib, ikinci dəfə isə əvvəl verdiyi 12 000 ABŞ dollarını çıxmaqla ümumi 30 000 manat hesablayaraq fərqi ona verib və həmin borc müqaviləsi də 30 000 manat məbləğlə hesablanıb, həmin aldığı pulun da aylıq 5000 manatını Mehdiyə ödəmişdir, sonra icarəyə verdiyi avtomaşınlar qəzaya düşmüş, «Covid-19» pandemiyası başlamış və biznesi tam çökmüşdür, gəliri olmadığından Mehdinin pullarını verə bilməmiş, Mehdi isə biznes uğursuzluğuna baxmayaraq aylıq hesabını istəmişdir. O isə hər dəfə biznesin dirçələcəyinə güman edərək onu aldatmışdır. 2020-ci ilin okyabr ayında a övladının ürəyində problem yaranmış və onun Moskvada əməliyyat olunmasını ona bildirmişlər. Bu səbəbdən Mehdidən 10 000 manat borca pul almış, lakin həmin pulu da qaytarmamışdır. O aldığı puldan Mehdiyə az miqdarda qaytarmışdır, onun ümumilikdə Mehdiyə 120 000 manat borcu qalmışdır, evini satıb Mehdinin pulunu qaytaracaq, lakin yaşadığı ev hazırda sökülmək ərəfəsində olduğundan banka girov qoya bilməmiş və Mehdinin borcunu qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla tələbə yoldaşı olmuşlar, münasibətləri yaxşı olmuş, heç bir ədavət və düşmənçilikləri olmamışdır. O Mətinin «Star» Rent A Car şirkətini işlətdiyini bilirdi. 2018-ci ilin oktyabr ayında Mətin ona müraciət edərək, əgər o hər hansı bir avtomobil alıb ona verərsə, həmin avtomobili o öz şirkətində icarəyə verməklə aylıq ona əlavə gəlir verə biləcəyini və beləliklə birlikdə iş birliyi qura biləcəklərini təklif etmişdir. O da Mətinin bu təklifi ilə razılaşmışdır. 2018-ci ilin oktyabr ayının sonralarında Mətin ondan 10 000 manat pul istəyərək, həmin pula «Niva» markalı avtomobil alacağını, həmin avtomobilin icarəsinə təlabat olduğunu və həmin avtomobilin icarəsi ilə bağlı ona hər ay 400 manat verəcəyini bildirmişdir. O da Mətinlə razılaşaraq ona Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Səməd Vurğun» bağının yaxınlığında görüşərək, 10.000 manat pul vermişdir. Bundan bir müddət sonra Mətin ona həmin «Niva» markalı avtomobilə əlavə olaraq qurğular qoyduracağını və yaxşı görünüş yaradacağını bildirib, əlavə olaraq 5000 manat da istəmişdir. O, 2018-ci ilin təxminən noyabr ayının ortalarında yaşadığı evin yaxınlığında həmin pulu da Mətinə vermişdir. Həmçinin Mətinin onunla birlikdə avtomobil icarəsi işini görməsinə görə aralarındakı razılaşmaya əsasən, o artıq ona inandağından Mətinlə birlikdə bir ədəd 19 000 manata «Hyundai Elantra» markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil alaraq öz adına sənədləşdirib «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən otariat kontorunda etibarnamə verərək Mətinə təhvil vermişdir. Həmin vaxt Mətin həmin avtomobili ondan götürməsi ilə bağlı hər ay ona avtomobilə görə 700 manat pul verəcəyinə razılaşmışlar. Bundan sonra, avtomobil Mətində olmuş və Mətin aralarındakı razılaşmaya əsasən ona hər ay 700 manat pul verməyə başlamışdır. 2019-cu ilin yanvar ayında 20 000 manata özü istifadəsi üçün «Hyundai Elantra» markalı avtomobil almışdır. Mətin həmin avtomobili onda görmüş, müştəri olduqda avtomobili ona verməyi və həmin avtomobilin icarəsinə görə də ona əlavə pul verə biləcəyini demişdir. O, Mətinlə razılaşaraq 2019-cu ilin fevral ayından həmin avtomobili də ona vermiş, Mətin həmin avtomobilə görə ona bir müddət gündəlik pul versə də, sonradan avtomobili bir nəfər qız tərəfindən icarəyə götürüldüyünü və həmin qızın icarə pulunu ümumi olaraq hesablanmaqla verəcəyini bildirmişdir. Sonradan həmin avtomobilə görə Mətin ona pulu vermədikdə, o avtomobili həmin qızdan geri götürüb özünə verməsini bildirdikdə, Mətin ona qızın ona pulu verdiyini, lakin onun həmin pulu başqa bir turizm şirkətinə verdiyini və həmin şirkətdən ona gəlir gəldikcə ona da pul verəcəyinə inandırmışdır. Mətin birinci avtomobilə görə ona hər ay 700 manat ödəniş etmiş, həmçinin «Niva» markalı avtomobilə görə də ayda 400 manat ödəniş etdiyindən onun Mətinə qarşı inamı daha da artmışdır. 2019-cu ilin yanvar ayının sonlarında Mətin, yaşadığı məhəlləyə bir ədəd «Ford Mustang» markalı avtomobillə gəlmiş və həmin avtomobilin təcili olaraq sahibi tərəfindən satıldığını, həmin avtomobilin icarəsinin gündəlik 200-300 manat olduğunu, lakin avtomobili almaq üçün 12 000 ABŞ dolları lazım olduğunu, əgər həmin pulu ona verərsə, həmin avtomobili alıb, həmin avtomobilin icarəsi ilə bağlı ona hər ay 1000 manat verəcəyini bildirmişdir. O da ona inanmış və həmin vaxt ona 12 000 ABŞ dolları məbləğində pulu vermişdir. Bundan sonra 3-4 ay ərzində Mətin onun aldığı avtomobillərə və «Ford Mustang» markalı avtomobilə görə aralarındakı razılaşmaya əsasən aylıq olaraq icarə pullarını verməkdə davam etmişdir. 2019-cu ilin fevral ayının ortalarında Mətin ona təklif etmiş ki, "xxxx" adlı turizm şirkəti vardır, həmin şirkətin Azərbaycanda bir çox otellərlə müqavilələri vardır, qonaqların məhz həmin şirkət vasitəsi ilə yerləşdirildiyini, gəlirli iş olduğunu, həmin işə qoşula biləcəklərini və bunun üçün 60 000 manat pul lazım olduğunu, əgər həmin pulu verərsə ona hər ay 5000 manata qədər aylıq qazanc və 3-4 ay ərzindədə 60 000 manat pulu tam olaraq geri verməklə, həmin şirkətlə iş birliyinin davam etdiriləcəyini təklif edib inandırmışdır. O da onunla razılaşmış və buna görə ona 26 fevral 2019-cu il tarixdə 30 000 manat pulu 3 saylı ASAN xidmət mərkəzində, 27 fevral 2019-cu il tarixdə isə 1 saylı ASAN xidmət mərkəzində notariat kontorunda borc müqavilələri bağlamaqla Mətinə vermişdir. Mətin ondan həmin pulları iş qurmaq üçün istəmişdir, lakin onun ona inamı tam olmadığından, aralarındakı münasibətlərdən istifadə edəcəyindən çəkindiyi üçün onunla öz aralarında həmin pulları ona verməyinə görə borc müqaviləsi bağlamağı təklif edərək həmin borc müqavilələrini bağlamışdır. Əslində isə Mətin həmin pulları ondan borc yox, məhz iş qurmaq adı ilə almışdır. Bundan sonra, artıq 2019-cu ilin mart-aprel aylarından başlayaraq, Mətin ona həm avtomobillərin icarəsi ilə bağlı, həm «MediaBalans» şirkəti ilə görəcəkləri işə görə aylıq gəlir verməməyə, hər dəfə müxtəlif bəhanələr gətirməklə vaxt uzatmağa başlamışdır. O bir neçə ay sonra, Mətinin artıq ondan qaçdığını, aylıq qazancları vermədiyini görüb, ondan şübhə etməyə başlamış və buna görə ondan həm verdiyi 60 000 manat pulu, həm də ona alıb verdiyi avtomobilləri geri tələb etməyə başlamışdır. Lakin, Mətin hər dəfə ona "xxxx" şirkəti ilə işlərin qaydasında olduğunu, həmin şirkət tərəfindən bütün pulların birlikdə alınaraq ona veriləcəyini, hətta avtomobillərin icarəsindən gələn pulları da, həmin şirkətə yatırdığını və həmin şirkətlə olan iş birliyi nəticəsində bütünlüklə ödəcəyini bildirirmiş. Beləliklə, Mətin təxminən 2019-cu ilin oktyabr-dekabr ayına kimi onu bu kimi yalanlarla vaxt alaraq pulları ödəməmişdir, avtomobilləri isə geri götürməməyini, yoxsa "xxxx" şirkəti ilə işlərinin yarıda qalacağını bildirərək, onu inandırmağa çalışırmış. 2020-ci ilin oktyabr ayında, dəqiq tarixi xatırlamır, Mətin ona gecə vaxtı zəng vuraraq ona azyaşlı uşağının ürəyində olan problemlə bağlı Moskva şəhərində əməliyyata göndərəcəyini və hətta aldıqları «Ford Mustang» markalı avtomobili də, buna görə satacağını bildirib, əlavə olaraq ona təcili 10.000 manat pul lazım olduğunu bildirib, həmin pulu ondan xəhiş edib istəmişdir və avtomobilin alınması zamanı aldığı 12 000 ABŞ dollarını və hazırda verəcəyi 10.000 manat pulu "xxxx" şirkətindən pul aldığı zaman ona tam verəcəyini bildirib, onu inandırmışdır, o da ona həmin vaxt 10.000 manat pulu da vermişdir. Bundan sonrakı müddətdə isə Mətindən pulları tələb etdikdə, Mətin "xxxx" şirkətində hansısa audit yoxlamaların aparıldığını, buna görə, pulların verilməsinin gecikdiyini bildirirək bir neçə ayda onu aldadaraq heç bir məbləğdə ona pul verməmişdir, nə də ümumi ondan aldığı pulları və avtomobilləri ona qaytarmamışdır. Bundan sonra, artıq 2020-ci ilin mart ayından başlayaraq, Mətin onun zənglərinə cavab vermədiyindən o, Mətinin işlədiyi «Star» Rent A Car şirkətinin ofisinə gedib avtomobillərini geri götürmək istədikdə, Mətini orada tapmamış və onunla birlikdə işləyən Babəklə görüşüb, avtomobillərini geri istəmişdir. Babək bildirmiş ki, Mətin onun ona verdiyi «Hyundai Elantra» markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili ona olan borcun əvəzinə vermişdir, digər «Hyundai Elantra» markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili Samir adlı şəxsə satmışdır. Həmin vaxt ona məlum olmuş ki, Mətin ondan həmin avtomobillərə görə bir müddət əvvəl guya avtomobillər icarəyə verilərkən, qəzalar baş verdiyində və ya müştərilərlə problemlər olduğunda onu narahat etməmək adı ilə ondan avtomobillərə görə baş etibarnaməni onu aldadaraq alıb, avtomobilləri sonradan satmışdır. Artıq o Mətinin onu aldatdığına və pullarını, həmçinin ona iş üçün alıb verdiyi avtomobilləri sataraq onlarında pullarını ələ keçirdiyini başa düşüb əmin olmuşdur. Bundan sonra o, Mətini axtarmağa başlamış və onun yaşadığı ünvana gedərək atası ilə görüşüb ona Mətinin ona qarşı etdikləri barədə bildirib, pullarını tələb etmişdir. Mətinin atası Məhhərrəm ona, narahat olmamağını, Mətinin işlərinin bir qədər yaxşı olmadığını, lakin alacaqları olduğunu, onun pullarını da tam olaraq ödəyəcəyinə əmin etmişdir. O da onun atasına inanmış və Mətinin pullarını ödəməsini gözləmişdir. Hətta Mətinin atası Məhərrəm ona Mətinin uşağının hər hansı bir əməliyyat keçirmədiyini Mətinin ondan həmin adla aldığı pulları uşağı bəhanə edərək aldığını bildirmişdir. O, Mətin barəsində 2021-ci ilin avqust ayında Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət ərizəsi yazmışdır və həmin ərizəsi daha sonra Yasamal RPİ-nə göndərilmişdir və Yasamal RPİ-nin İstintaq şöbəsində ərizəsi əsasında araşdırma aparılsa da, lakin heç bir nəticə olmamışdır. Həmin vaxt Mətinin atası Məhərrəm onun bu şikayəti ilə bağlı bildikdə, ondan şikayətini geri götürməsini, özlərinə məxsus evi satıb Mətinin ondan aldığı bütün pulları qaytaracaqlarına əmin etdi. O da onlara inanmış və artıq həmin müraciəti ilə bağlı maraqlanmamışdır. Sonradan 2021-ci ilin oktyabr ayında Mətin onunla əlaqə saxlayaraq hansısa turizm şirkəti ilə işlədiyini, həmin şirkətdən pul almalı olduğunu, həmin şirkətin sahibi ilə ondan aldığı pullarla bağlı danışdığını, şirkətin sahibi tərəfindən ona onun pullarını qaytara bilməsi üçün yaxşı şərait yaradıldığını, hazırda isə müəyyən işləri görmək və bununla da, əldə edəcəyi gəlirlə onun pullarını tam şəkildə ödəyəcəyinə onu inandırıb, ondan hissə-hissə olmaqla cəmi 12 000 manat pulu da almışdır. O, həmin pulların ödənişlərinə görə bəzi qəbzlərin surətlərini istintaqa təqdim edə bilər. Buna görə də, onun barəsində şikayət etməmişdir. Lakin, Mətin hazıra kimi onun ona məxsus avtomobillərin dəyəri ilə birlikə ümümilikdə 156.400 manat məbləğində maddi ziyan vurmuş, həmin ziyanı Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Mehdi Xıdırovu tanıyır, Mətinlə dostluq münasibətləri olmuş, Mehdini isə ilk dəfə pandemiya dövründə görmüşdür. 2018-ci ildən Nərimanov rayonu Təbriz küçəsi-55 ünvanında yer icarəyə götürüb orada "xxxx" MMC kimi «Rent A Car» kimi fəaliyyətə başlamışdır. O Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır, belə ki, Mətin onun üçün müştəri gətirirmiş, yəni ondan maşını Rent A Car kimi müəyyən qiymətə götürür və üzərinə əlavə qiymət qoyub müştərilərə verirmiş, «Pandemiya»dan sonra Mətinlə əlaqələri kəsilmişdir. Dəqiq tarixini unutmuşdur, onun öz adına olan «Ford Mustang» markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomaşını var idi. Təxminən 2019-cu ildə Mətin həmin maşını ondan almaq istəmişdir. O , Mətinə demişdir ki, maşını kreditlə 35 000 ABŞ dollarına satır. Mətin təklif etmişdir ki, ilk olaraq 12 000 ABŞ dolları ödəsin, qalan məbləği isə ayba-ay ödəyəcəyini demişdir. O da onunla razılaşıb 12 000 ABŞ dolları alıb maşını Mətinə vermişdir. Maşını Mətin özü idarə edirmiş, sonra bildirmiş ki, işi alınmır və o ondan maşın üçün aldığı 12 000 ABŞ dollarını ona qaytarıb maşınını ondan almışdır, həmin maşın bir müddət onda qalmış və sonra onu başqasına satmışdır. Mətinin onun tanışlarına və şəxsən özünə təxminən 20 000 manata qədər borcu yaranmış və o həmin pulu ondan təkidlə tələb edirdi. Borcun əvəzinə Mətin ona öz maşını kimi qara rəngli «Hyundai Elantra» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomaşını vermişdir, həmin maşını notarial qaydada alqı-satqı etmiş, həmin maşın təxminən 1 ay onda qalmış və sonra onu 15 000 manata satmış, həmin pulu onu zamin çəkdiyi şəxslərə olan borcunu ödəmişdir. Bununla əlaqədar Mətindən şikayəti, iddiası yoxdur. Bu hadisələrdən sonra onun Mətinlə əlaqələri kəsilmişdir. Mətinlə əlaqələri kəsiləndən sonra, təxminən 2020-ci ildə onun iş yerinə hal-hazırda məhkəmə zalında gördüyü zərərçəkmiş şəxs Mehdi Xıdırov gəlmiş və o Mehdinin gəlişinin səbəbini soruşanda Mehdi bildirmişdir ki, «mənim burada «Hyundai Elantra» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı və «Ford Mustanq» markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomaşınlarım vardır». O, Mehdiyə başa salmışdır ki, «Ford Mustanq» markalı avtomaşın onun olub, «Hyundai Elantra» markalı avtomaşını isə Mətin ona olan borcu əvəzinə vermişdir. O da həmin maşını satıb borclarını ödəmişdir. Bundan sonra Mehdi Xıdırov çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndiriləçn şəxs Təqsirləndirilən şəxs onun oğludur. Ümumiyyətlə onun 3 övladı vardır. Mətin ailəlidir, 2 azyaşlı övladı var, ali təhsillidir. Mətin pandemiyadan əvvəl «Rent A Car» şirkəti yaradaraq maşınların icarəyə verilməsi ilə məşğul olmuşdur. Bildiyi qədər o, bu işlə tanışı Mehdi ilə şərikli məşğul olmuşdur. Oğlunun işlərinə müdaxilə etməmişdir. Lakin oğlunun barəsində cinayət işi başlandıqda bilmişdir ki, oğlunun Mehdiyə 110.000 manat borcu yaranmışdır. Həmin borcu Mehdiyə evini sataraq ödəməsini şəxsən təklif etmiş, lakin Mehdi razı olmamışdır. O, Mətindən borcları barədə, həmin pulları kimə verməsi barədə soruşsa da Mətin konkret ad çəkməyərək, özünün də aldadıldığını, pullarını ala bilmədiyini demişdir. Lakin kimin onu aldatmasını, pulunun kimdə olmasını bildirməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdən etibarən tanışı Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək avtomobil kirayəsi işi qurmaq məqsədi ilə onun 130000 manat pulunu ələ keçirərək dələduzluq edib, gizlənmişdir, xahiş edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilsin.Ərizəsi ilə əlaqədar verdiyi izahatından Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin oktyabr ayının sonlarında ondan “Niva” markalı avtomobili almaq üçün 10000 manat almış, bundan sonra həmin “Niva” markalı avtomobilə əlavə qurğular qoydurmaq adı ilə ondan həmin ilin noyabr ayında daha 5000 manat almış, bundan savayı Mətinə icarəyə öz adına 19000 aldığı “Hyundai Elantra” **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili notariat qaydasında etibarnamə ilə icarəyə vermiş, bundan savayı 2019-cu ilin yanva ayında 20000 manat aldığı “Hyundai Elantra” **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili Mətinə icarəyə vermiş, bundan savayı 2019-cu ilin yanvar aylarının sonlarında “Ford Mustang” markalı avtomobili alıb icarəyə vermək üçün ondan 12000 ABŞ dolları almış, bundan savayı 2019-cu ilin fevral ayının ortalarında "xxxx" adlı turizm şirkəti ilə əməkdaşlıq etmək adı ilə hissə-hissə 60000 manat pulu notarial qaydasında almışdır.Həmin nəqiliyyat vasitələrini icarəyə verərək əldə etdiyi gəlirdən Mətin ona 3-4 ay müəyyən məbləğlərdə pul vermiş, sonra isə həmin avtomobilləri sataraq pullarını mənimsəmişdir.Mətin ona 156400 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış yeri ünvan 4 ünvanında olan “Star Rent A Car” ofisinin qarşısıdır.Baxışda iştirak edən Zərərçəkmiş şəxs göstərmişdir ki, məhz bu ofisdə Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 130000 manat pul vermişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və sənəd aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış yeri Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 1c-dir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin yerdə Təqsirləndirilən şəxs övladının müalicəsi üçün 10 000 manat pul vermişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2019-cu il tarixli “kredit müqaviləsindən” müəyyən olunur ki, Zərərçəkmiş şəxs (borc verən) Təqsirləndirilən şəxs (borc alana) 30000 manat pul vermişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2019-cu il tarixli “kredit müqaviləsindən” müəyyən olunur ki, Zərərçəkmiş şəxs (borc verən) Təqsirləndirilən şəxs (borc alana) 30000 manat pul vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üzrə növbətçi X15 xx.xx.2021-ci il tarixli təqririndən müyyən olunur ki, idarənin “Qaynar xətt” əlaqə mərkəzinə Zərərçəkmiş şəxs müraciət edərək, tanışı Təqsirləndirilən şəxs avtomobil icarəsi xidmətinin işlədilməsi üçün 90000 manat pul və əlavə olaraq 02 ədəd avtomobil vermişdir.Lakin, Təqsirləndirilən şəxs həmin avtomobilləri satmış, həmçinin 90000 manat pulu mənimsəmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “diskdə olan görüntülərə baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mobil telefonları vasitəsi ilə aparılmış «WhatsApp» yazışmalarından müəyyən olunur ki, yazışmalar 13 səhifədən ibarət olmaqla, yazışmalarda zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi «iki maşın və 120 000 manat pulun qaytarılması» ilə bağlı olmuş, Mehdinin ondan pulunu istəməsi, Mətinin isə hər dəfə söz versə də vədinə əməl etməməsi əks edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “diskdə olan danışıqların dinlənməsi haqqında” protokoldan müəyyən olunur ki, diskdə olan səs yazıları iki nəfər kişi cinsindən olan şəxslər arasında dialoqdan ibarətdir. Həmin şəxslər arasındakı danışıq 58 dəqiqə davam edir, danışıq vaxtı bir tərəfin adı Mehdi kimi, digər tərəfin adı isə Mətin kimi çəkilir, Mehdi bütün danışıq vaxtı qarşı tərəf olan Mətindən verdiyi pulları istəyir, arada aqressivləşir və səs tonunu qaldıraraq əsəbləşir, digər tərəf Mətin isə hər dəfə pullarını verəcəyini deyir, ümumilikdə isə Mehdinin Mətindən pullarını geri istəməsi mövzusunda danışıqdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “sənədlərin götürülməsi haqqında” protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına 2021-ci ilin oktyabr ayından başlayaraq 2022-ci ilin yanvar ayının 15-nə qədər olan müddətdə Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsi-1 ünvanında nağd şəkildə, həmin ünvanda yerləşən «eManat» ödəmə terminalı vasitəsilə və öz kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan hesaba köçürdüyü ümumilikdə 7230 manat və 4000 ABŞ dolları məbləğində çekləri təqdim etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi çeklər 09 vərəqədən ibarət olmaqla çeklərin biri xx.xx.2021-ci ildə Nərimanov rayonu Ə.Rəcəbli-19 ünvanında olan terminaldan Təqsirləndirilən şəxs ünvanına 300 AZN, ikincisi xx.xx.2021-ci ildə Şərifzadə küçəsindən Təqsirləndirilən şəxs ünvanına 320 AZN, üçüncüsü Yasamal rayonu Kamal Rəhimov küçəsindən Təqsirləndirilən şəxs adına 900 manat, dördüncüsü xx.xx.2021-ci ildə Nərimanov rayonu Ə.Rəcəbli küçəsindəki «E Manat» ödəmə terminaından Təqsirləndirilən şəxs adına 150 AZN, beşincisi xx.xx.2021-ci ildə Şərifzadə küçəsində olan E Manat ödəmə terminalından Təqsirləndirilən şəxs ünvanına 500 AZN, altıncı Nərimanov rayonu Ə.Rəcəbli küçəsində olan E Manat ödəmə terminalından 615 manat, sonuncu isə Təqsirləndirilən şəxs adınaolan 4169 7385 3617 6070 hesab nömrəsinə 555 manat pulun göndərilməsi barədədir, bir fotoşəkil 05 ədəd 100-lük əskinaslarla dollarların göndərilməsi, digəri isə Təqsirləndirilən şəxs hesab nömrəsi ilə olan kartının şəkili və «Ceyran sabah Raulun Sevanın ölmüşü aldığım pulları qaytaracam. 4000 manatda Elvir deyib ki, 100 % verəcəyəm, belə də əlavə aldığım 600 manat pulu üstü qazancnan balalarımın canı sabah verəcəyim» sözləridir. Həmin çeklər cinayət işinin materiallarına əlavə edilir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin barəsində axtarış elan edilməsi və tutulması barədə” qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, qərarın surəti Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci PŞ-nə göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi ev 159A evin yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş və Nərimanov RPİ-nin İŞ-nə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin dindirilməsi barədə” xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin noyabr ayında şərikli fəaliyyətlə məşğul olamq Zərərçəkmiş şəxs ilə birlikdə «Hyundai Elantra» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomaşını 18 500, ya da 19 000 manata almışlar və o onu şirkətə icarə kimi sənədləşdirib icarəyə verərək ayda Mehdiyə 700 manat gəlir verirmiş, həmin maşının pulunu Mehdi veribmiş, 2019-cu ilin yanvar ayında, ya 18, ya 19 min manata «Hyundai Elantra» markalı avtomaşın almışlar, həmin maşının da pulunu Mehdi verib və o avtomobili icarəyə verib Mehdiyə ayda 700 manat gəlir verirmiş. Bunlardan əlavə həmin aralarda Mehdidən 10 000 manat və 5000 manat pul götürübmüş ki, əlavə maşınlar alıb iş görsün və həmin pula Niva markalı maşın almaq və ya maşına əlavə qurğular qurmaq danışığı olmayıb, lakin həmin pula görə də Mehdiyə 400 manat aylıq gəlir verəcəyinə söz veribmiş. Dediyi maşınlara və pullara görə Mehdi ilə danışdıqları məbləğləri hər ay ona ödəmişdir. Bundan əlavə təxminən 2019-cu ilin yanvar ayında o Zərərçəkmiş şəxs 12 000 ABŞ dolları pul alıbmış, lakin həmin pula «Ford Mustang» markalı avtomaşını almasının Mehdiyə aidiyyəti olmayıb, həmin pula görə də Mehdiyə ayda 1000 manat haqq verirmiş. "xxxx" turizm şirkətinin Bakı şəhərində olan otellərinə qonaqların yerləşdirilməsi ilə məşqul olmağı və yaxşı gəlir götürməyi o Mehdiyə təklif etmiş və Mehdi onunla razılaşıb, ilk olaraq ona 30 000 manat pul verib, ikinci dəfə isə əvvəl verdiyi 12 000 ABŞ dollarını çıxmaqla ümumi 30 000 manat hesablayaraq fərqi ona verib və həmin borc müqaviləsi də 30 000 manat məbləğlə hesablanıb, həmin aldığı pulun da aylıq 5000 manatını Mehdiyə ödəmişdir.2020ci ilin oktyabr ayında doğrudan da övladının ürəyində problem yaranıbmış və onun Moskvada əməliyyat olunması təklifi demişlər, o ona görə də Mehdidən 10 000 manat borca pul almışdır, həmin pulu da qaytarmamışdır. Onun ümumilikdə Mehdiyə 120 000 manat borcu qalmışdır. Protokol şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X21 tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir ki, ilk olaraq 2018-ci ilin oktyabr ayında Bakı şəhəri S.Vurğun bağının yanında “Niva” markalı avtomobili almaq üçün Təqsirləndirilən şəxs ondan 10000 manat almış və icarədən ona 400 manat aylıq gəlir vəd etmiş, Bağırov.M yenidən təklifindən sonra 2018-ci ilin noyabr ayında **-NE-*** dövlət qeydiyyat nışanlı “Hyundai Elantra” markalı avtomobili 19000 manata almış və həmin avtomobildən Təqsirləndirilən şəxs ona aylıq 700 manat götürmək vədi vermiş, həmin vaxtda Bağırov.M ondan “Niva” markalı avtomobilə əlavə qurğular quraşdırmaq üçün 5000 manat pul almış ona əlavə gəlirlərini verməklə onu inandırmış və etibarından sui-istifadə etmişdir. Əlavə olaraq 2018-ci ilin dekabr ayında “Ford Mustang” markalı avtomobili almaq üçün Bağırov.M ondan 12000 ABŞ dolları almış və həmin avtomobildən aylıq 1000 manat gəlir əldə edəcəyini vəd etmişdir, ancaq ona yalnız 2 ay pul verilmişdir. 2019-cu ilin yanvar ayında o özünə **-KX-*** dövlət qeydiyyat nışanlı “Hyundai Elantra” markalı avtomobil almış və Bağırov.M avtomobili gördükdən sonra maşını icarəyə vermək təklifini irəli sürərək gündəlik 40 manat pul qazancı əldə edəcəyi barədə ona vəd vermiş və həmin avtomobili 2 saylı notarius orqanında etibarnamə ilə ona verdikdən sonra 1 aydan sonra gəliri verməmiş və müştərinin gəliri ümumi verəcəyini demişdir. 2019-cu ilin fevral ayında "xxxx" adlı turizm şirkətinə Bağırov.M 60000 manat sərmaye qoymaqla ayda 5000 manat gəlir əldə edəcəyini barədə vəd vermişdir. O Təqsirləndirilən şəxs tam inandığından ilk olaraq 3 saylı “Asan Xidmət” Mərkəzində borc müqaviləsi əsasında 30000 manat, 1 saylı “Asan Xidmət” Mərkəzində borc müqaviləsi əsasında 30000 manat umumi olaraq 60000 manat nağd pul vermişdir. Təqsirləndirilən şəxs ona vəd etdiyi puldan heç bir şey verməmişdir. Təqsirləndirilən şəxs şəriki Babəklə danışdıqdan sonra ona məlum olmuşdur ki, **-NE-*** dövlət qeydiyyat nışanlı “Hyudani Elanta” markalı avtomobili ona borc əvəzinə vermiş, **-KX-*** dövlət qeydiyyat nışanlı “Hyudani Elanta” markalı avtomobili isə Samir adlı şəxsə satmışdır.Əlavə olaraq Təqsirləndirilən şəxs ona övladının xəstə olmasını demiş və ondan övladının müalicəsi üçün 10000 manat nəğd pul almışdır. Əlavə olaraq onu bildirir ki, övladının dünyaya gəlməsi ilə bağlı 700 manat, “Ford Mustang” markalı avtomobildə cərimə olması ilə bağlı 600 manat almışdır, Bağırov.M 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayının 15-nə qədər olan dövr ərzində “ Rent A Car” şirkətini açdığını demiş və onu aldadaraq müxtəlif vaxtlarda 4000 ABŞ dolları və 7230 manat pul Bakı şəhər Ə.Rəcəbli küçəsi-1 ünvanında ya nəğd ya da “E-manat” ödəmə terminalı vasitəsi ilə almışdır. Ümumilikdə Təqsirləndirilən şəxs ona 173030 manat pul ziyan vurmuşdur və bu ziyana Təqsirləndirilən şəxs vəd etdiyi gəlirlər daxil deyildir.Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs üzünə qarşı onları söyləmişdir ki, 2018-ci ilin noyabr ayında **-NE-*** dövlət qeydiyyat nışanlı “Hyundai Elantra” markalı avtomobili Zərərçəkmiş şəxs pulu ilə 18500 ya da 19000 manata almış icarə kimi sənədləşdirərək Zərərçəkmiş şəxs aylıq 700 gəlir vermişdir. 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxs 18000 manata ya da 19000 manata **-KX-*** dövlət qeydiyyat nışanlı Hyundai Elantra” markalı avtomobil almış və bu avtomobildən əldən edilən gəlirdəndə aylıq ona 700 manat pul vermişdir.Bundan əlavə Mehdidən 10000 manat və 5000 manat pulu “Niva” markalı avtomobil və əlavə qurğu üçün almamışdır, ancaq o pula görə Zərərçəkmiş şəxs aylıq 400 manat pul ödəmişdir. Ümumiyyətlə Zərərçəkmiş şəxs əldə edilən gəlirləri tam vermişdir. 2019-cu ilin yanvar ayında 12000 ABŞ dollarına “Ford Mustang” almağının Zərərçəkmiş şəxs adiyyatı olmamış və həmin pul görə ona aylıq 1000 manat pul vermişdir.2019-cu ilin 26-27 fevral tarixlərində Zərərçəkmiş şəxs "xxxx" adlı turizm şirkətinə sərmaye qoymaq üçün və aylıq 5000 manat gəlir əldə etmək üçün ondan ilk olaraq 30000 manat, ikinci dəfə isə ona əvvəl verdiyi 12000 ABŞ dollarını çıxmaqla ümumi 30000 manat fərqi ona vermişdir. O vəd etdiyi həmin 5000 manatlıq aylıq gəliri Zərərçəkmiş şəxs vermişdir. Biznesi sonradan çökdüyündən Mehdinin gəlirini verə bilməmiş və onu aldadırmış. O Zərərçəkmiş şəxs həqiqətən övladının xəstələnməsi ilə bağlı 10000 manat pul almış ancaq o pulu ödəməmişdir. O övladının dünyaya gəlməsi məqsədi ilə Zərərçəkmiş şəxs 700, “Ford Mustang” markalı avtomobilin cəriməsini ödəmək üçün isə 600 manat pul almışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Məhhərəm oğlunun barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1981 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarnda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli, **********694700 nömrəli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs (VÖEN **********) fiziki şəxs (fərdi sahibkar) qismində xx.xx.2021-ci il tarixdən vergi orqanında uçota alınmış, lakin onun hər hansı müəssisənin rəhbəri olması barədə məlumat yoxdur. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BDYP idarəsindən alınmış xx.xx.2022-ci il tarixli, 105618-1222 saylı arayışından müəyyən olunur ki, «Hyundai Elantra» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 10 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü X11 adına olmuş, sonra ayrı-ayrı şəxslərə etibarnamə əsasında verilmiş, xx.xx.2018-ci ildə alqı-satqı müqaviləsi ilə Təqsirləndirilən şəxs, xx.xx.2019-cu ildə isə Şahid1 verilmişdir, ən sonda isə avtomaşın X1. «Hyundai Elantra» markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşın X4 adına olmuş, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi ilə Təqsirləndirilən şəxs Mahir oğluna verilmiş və sonra müxtəlif şəxslərə etibarnamə ilə verilmiş, sonuncu olaraq xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi ilə İmişli rayonu Bəcrəvan kənd sakini X12 istifadəsindədir; «Ford Mustanq» markalı avtomobil X8 adına olmuş, alqı-satqı müqaviləsi ilə Şahid1 adına keçmiş, sonuncu tərəfindən Təqsirləndirilən şəxs etibarnamə ilə verilmiş, sonuc olaraq hazırda etibarnamə ilə X5r. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-nin arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında heç bir əmək müqaviləsi, mülki müqavilə və hansısa növ əqd bağlanmamış və heç bir əmək, mülki və başqa münasibətlər mövcud olmamışdır. Həmin şəxslər tərəfindən "xxxx" MMC-nin balansına və "xxxx" MMC tərəfindən də həmin şəxslərin hesabına hər hansı məbləğdə vəsait köçürülməsi olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il və xx.xx.2014-cü il təvəllüdlü iki az yaxşlı övladı vardır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tələbəçilik dövründən tanımış, onunla 2018-ci ildə görüşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə birgə iş qurmaq, avtomobillərin icarəyə verib əldə olunacaq gəliri aralarında bölüşdürməyi vəd edərək sonuncunu öz vəsaiti hesabına avtomobillər aldırmağa sövq etmiş, həmin avtomobilləri icarəyə vermək adı ilə ondan götürmüş, bir neçə ay ərzində görüntü üçün guya gəlirdən əldə etdiyi vəsaitdən az miqdarda pulu zərərçəkmiş şəxsə ödəmiş, sonda isə avtomobillərin hamısını sonuncudan xəbərsiz olaraq sataraq əldə olunan pulları, həmçinin guya xəstə övladının müalicəsi üçün zərərçəkmiş şəxsdən aldığı vəsaiti, həmçinin "xxxx" şirkətinə sərmaye qoymaq və pul qazanmaq adı ilə zərərçəkmiş şəxsdən aldığı 60000 manat, “Niva” markalı avtomobilə qurğular quraşdırmaq üçün 5000 manat, əlavə olaraq aldığı 7230 manat və 4000 ABŞ dollar nağd pulunu mənimsəmiş, bununlada Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə 173030 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs bu əməlləri Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən, “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan, “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan, xx.xx.2019-cu il tarixli “kredit müqaviləsindən”, xx.xx.2019-cu il tarixli “kredit müqaviləsindən”, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üzrə növbətçi X15 xx.xx.2021-ci il tarixli təqririndən, xx.xx.2022-ci il tarixli “diskdə olan görüntülərə baxış keçirilməsi haqqında” protokoldan, xx.xx.2022-ci il tarixli “diskdə olan danışıqların dinklənməsi haqqında” protokoldan, xx.xx.2022-ci il tarixli “sənədlərin götürülməsi haqqında” protokoldan, təqsirləndirilən və zərərçəkmiş şəxslərin arasında keçirilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokoldan, Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli, **********694700 nömrəli arayışından, DİN-nin BDYP idarəsindən alınmış xx.xx.2022-ci il tarixli, 105618- 1222 saylı arayışından və məhkəmədə tədqiq edilmiş cinayət işinin digər sənədlərdən tam müəyyən olunur və sübuta yetirilir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 05 iyul 2022-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə olunmalı əmlak, alət və vasitə yoxdur. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri “VERDİKTUM” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 180 (yüz səksən manat) pul Bakı şəhər “VERDİKTUM” Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs dəymiş ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 180 (yüz səksən) manat pul Bakı şəhər “VERDİKTUM” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar