Məhkəmə qərarları › İş №1(101)-1672/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1672/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1672/2024 01.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 17.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsli şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,063 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 13:30 dəqiqədə isə Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 evin qarşısında piyada hərəkət edən zaman saxlanılıb Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümün içərisində külli miqdarda təmiz çəkisi 4,063 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, onun danışığında qüsuru var, əlilliyi yoxdur. Onu tanışı Şahinlə birgə Polis Bölməsinə aparmışlar. Onları ayrı-ayrılıqda saxlamışlar. Saxlanılan zaman üzərində narkotik vasitə olmamış, üzərinə baxış videoçəkiliş aparılmaqla keçirilmiş və baxış keçirilən zaman müdafiəçi olmuşdur. Videoçəkilişdə onun cibindən çıxdığını bildirmişdir. Polisdə ifadə verməmiş, özləri yazmışlar, istintaq dövründə verdiyi ifadəsini oxumamışdır. İbtidai istintaq dövründə verdiyi ifadəsində qeyd edilən imza onun imzasıdır. Əvəllər iki-üç dəfə məhkum olunduğundan tutulma proseslərini bilir. Orada ona “bunu al boynuna, səni səhər buraxacaqlar” demişlər. Bu səbəbdən çəkilişdə narkoik vasitənin ona aid olduğunu bildirmişdir. Sonradan narkotik vasitənin külli miqdar təşkil etdiyini bilmişdir. O, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. 4.Məhkəmə iclas zalında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 04 sentyabr 2023-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir və uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Bu onda artıq asıllıq yaratdığı üçün həmin maddədən istifadə etməyəndə dözülməz ağrıları olur. Son vaxtlar ağrıları olduğu zaman o, yalnız narkotik vasitə olan heroin tapıb qəbul etmişdir. Belə ki, o, 08 dekabr 2023-cü il tarixdə səhər saatlarında narkotik vasitə almaq üçün Bakı şəhəri, Nəsimi rayonundakı “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün şəffaf rəngli selofana bükülmüş və içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik maddə olan heroin kimi bildiyi bir ədəd bükümü alıb əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. O, həmin narkotik vasitə olan heroini cibində gizlədib piyada hərəkət etməyə başlamışdır. Həmin gün saat 13:15 dəqiqədə o, yaşadığı ünvan 2 evin qarşısında dayandığı zaman keçmiş tanışı X8 ona yaxınlaşmışdır. O, tanışı ilə bir az söhbət etdikdən sonra həmin şəxs onda narkotik maddənin olub-olmaması ilə maraqlanmışdır. Onlar söhbət edən zaman gözlənilmədən üç nəfər mülki geyimdə olan şəxs hər ikisinə yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən onları hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları onunla Şahin Əsgərovun qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduqlarını bildirib hər ikisini birbaşa Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Şahinlə o, həmin vaxt polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Yasamal Rayon Polis İdarəsinin inzibati binasına getmişlər. İnzibati binaya daxil olduqdan sonra Şahin Əsgərov digər otağa aparılmışdır. O, isə xidməti iş otaqlarının birinə aparılmış və hüquqlarının müdafiə edilməsi üçün həmin yerə vəkil kimi Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan X9 dəvət edilmişdir. Bundan sonra həmin xidməti otaqda müdafiəçisinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O, həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində gizlətdiyi içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxardıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəffaf selofanda olan büküm onun iştirakı ilə açılan zaman içərisində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan bükümdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o, bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitə heroindir. Həmin narkotik maddəni o, 08 dekabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə üzdən tanıdığı lakin adı, soyadı, atasının adını bilmədiyi kişi cinsli şəxsdən cəmi 20 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd büküm özünün gözü qarşısında polis əməkdaşı tərəfindən içərisi boş olan zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzərinə özü ilə bərabər, müdafiəçisi və iştirakçılar imza atmışlar. Bu barədə protokol tərtib edilmiş və o, iştirakçılarla birlikdə imzaları ilə həmin protokolu təsdiq etmişlər (İ cild, səh. 58-59). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Baş Əməliyyat Müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. 2023-cü ilin dekabr ayının əvvəllərində Emini və Şamil Şahin adlı şəxsi Əzizbəyov küçəsində saxlamışlar. Həmin vaxt özlərini təqdim edərək Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Eminin üzərinə baxış keçirilmiş və üzərində narkotik vasitə olması məlum olmuş, özü narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş, videoçəkilişdən sonra istintaq bölməsinə təhvil verilmişdir. Şahinin üzərinə digər otaqda baxış keçirilmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 6.Məhkəmə baxışında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, hal- hazırda Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş serjantı rütbəsini daşıyır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmçinin onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunun ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarisə Bölməsinin baş əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 ilə polis baş leytenantı Şahid2 və onun iştirakı ilə 08 dekabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 08 dekabr 2023-cü il tarixdə saat 13:30 dəqiqədə o və əməliyyat qrupunun digər iştirakçıları Şahid2 ilə Şahid1 ünvan 2 ünvanın qarşısında olan zaman orada iki nəfər şəxsin piyada hərəkət etdiyini görmüşdülər. Bundan sonra o və digər iki nəfər polis əməkdaşı həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar saxladıqları vətəndaşların ayrı-ayrılıqda şəxsiyyətini dəqiqləşdirdikdən sonra müəyyən etmişlər ki, onlardan biri Təqsirləndirilən şəxs, digəri isə X5r. Bundan sonra onlar hər iki şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanmasında, daşınmasında və satışı ilə məşğul olmasında şübhəli olduqlarını bildirib həmin şəxsləri Yasamal Rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxslə Şahin Əsgərov etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinin inzibati binasına getmişlər. X8 inzibati binaya daxil olduqdan sonra digər otağa aparılmışdır. Təhqiqatçı, polis baş leytenantı X4 xidməti iş otağında saxlanılan Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və hüquqlarının qorunması üçün polis idarəsinə vəkil kimi Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X9 dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümün içərisinə baxış keçirən zaman içərisində heroin olduğunu aşkar etmişdir. Daha sona Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi davam etsə də, sonuncunun üzərindən başqa hərhansı qeyri-qanuni əşya və yaxud maddə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm onların iştirakı ilə, sonuncunun gözü qarşısında açılmış və həmin bükümdə qəhvəyi rəngli, toz şəkilli maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitənin heroin olduğunu bildirməklə yanaşı, həmin narkotik maddəni tutulduğu gün, yəni 08 dekabr 2023cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə üzdən tanıdığı lakin adı, soyadı, atasının adını bilmədiyi kişi cinsli şəxsdən aldığını və üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli büküm iştirakçıların gözü qarşısında təhqiqatçı Ariz Qədiməliyev tərəfindən qablaşdırılaraq içərisi boş zərfə qoyulmuş və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi Nofəl Əhmədov və onlar tərəfindən imzalanmışdır. O, əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir fiziki, yaxud psixi zor tətbiq edilməmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs artıq xeyli müddətdir ki, yaşadığı ərazidə narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olsa da, qeyd olunan şəxsi konkret olaraq narkotik maddələrin satışı ilə məşğul olduğu zaman saxlaya bilməmişdir (İ cild, səh. 90-92). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 08 dekabr 2023-cü il tarixdə, saat 13:30 radələrində əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Məlumat Emin adlı şəxsin narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə olmuş, məlumatı təsdiqləmək üçün Şamil Əzizbəyov küçəsi 34 ünvanına getmişlər, Emini və yanında olan Şamil adlı şəxsi idarəyə dəvət etmişlər. Videoçəkilişlə baxış keçirilən zaman üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Şahinin üzərinə baxış keçirilməsində iştirak etmiş və Şahinin Emindən nəsə alıb-satması barədə məlumat verməsini xatırlamır, fikrincə deməmişdir. Təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması və polis əməkdaşlarının onu aldatması barədə dedikləri yalandır. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 84- 86). 9.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, narkotik maddənin, saxlama, istifadə və daşınması barədə ona məlumat daxil olmuş, 08 dekabr 2023-cü il tarixdə, saat 13:30-da Şamil Əzizbəyov 34 ünvanında təqsirləndirilən şəxsə yaxınlaşaraq yanında olan Şahin adlı şəxslə birgə Polis İdarəsinə dəvət etmişlər. İnzibati otaqlardan birində təhqiqatçı və vəkil iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, aşkar olunmuş narkotik maddə zərfə qoyulmuş və iş istintaqa göndərilmişdir. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa zor və təzyiq olmamışdır. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2023-cü il tarixli 6/6321 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 42» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 4,063 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 39-43). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 18 mart 2024-cü il tarixli 1828 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və həmin şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 116-117). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 14 fevral 2024-cü il tarixli, 389 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində psixoaktiv maddələrdən suiistifadə müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqılı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 113-115.). 13.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 dekabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və gödəkçənin sol yan cibindən Honor 8 markalı qara rəngli telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nədən ibarət olduğunu soruşduqda o, bildirmişdir ki, həmin kütlə heroin adlanan narkotik maddədir. Həmin narkotik maddəni kimdən əldən olunduğu soruşduqda o bildirmişdir ki, Kubinka adlanan ərazidən üzdən tanıdığı, lakin, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş nəməlum maddə ekspertizaya təqdim etmək üçün 01 ədəd ağ rəngli zərflə qablaşdıraraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi Honor 8 markalı qara rəngli telefonu götürülmüş, içərisində ***-***-**-** mobil nömrənin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman üzərindən qanunla qadağan olunan heç bir əşya və ya predmet aşkar olunmamışdır (İ cild, səh. 30-31). 14.«Maddi sübut kimi tanınması haqqında» 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd zərfdə təmiz çəkisi 4,063 qram narkotik maddə olan heroindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 4,013 qram narkotik maddə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin məsul saxlanc yerinə təhvil verilmişdir (İ cild, səh. 81). 15.«Sübutların qiymətləndirilməsi haqqında» 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün istintaq sənədi kimi sübut qismində tanınmışdır (İ cild, səh. 136-144). 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol döş nahiyyəsində tək, yuxarı və aşağı ətraflarda çoxsaylı postinyeksion çapıq toxumaları aşkar edilmiş, təzə zədə və xəsarət izləri aşkar olunmamışdır. 17.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 19). 18.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2023-cü il tarixli, 4(004)- 961/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 dekabr 2023cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. (İ cild, səh. 65-67). 19.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli, 1(004)-97/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (İ cild, səh. 79-80, 105- 110). 20.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il və xx.xx.2016-ci il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 22.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

25. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımaya tövsif edilməlidir.

26. Belə ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin məhz "satış məqsədi ilə" əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 27.İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxsin məqsədinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaəti yaratmışdır. 28.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. 29.Bundan başqa, hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Təqsirləndirilən şəxs tərəfindən ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsi ilkin yoxlama materialları, özünün qismən etirafedici ifadələri, şahid ifadələri, məhkəməkimyəvi, məhkəmə-narkoloji və ambulator məhkəmə-psixiatrik ekspertizaların rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında, videoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokollar, maddi sübutlar, eləcə də tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktublar, arayışlar və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sübutlarla tam təsdiq olunmuşdur». İstintaq orqanının gəldiyi göstərilən nəticə mənbəyi olmayan ümumi sözlərdən ibarət formal cümlə olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması faktına rast gəlinməmişdir. Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin özünün qismən etirafedici ifadələri ilə sübuta yetirildiyini qeyd etmiş, lakin həmin ifadələrin nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan sənədlərin heç birində istintaq orqanın qeyd etdiyi kimi təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlinin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən qismən etirafedici ifadə müəyyən edilməmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən bir söz işlətməmişlər. İstintaq orqanının istinad etdiyi ekspert rəylərinə aid hissədə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növləri kimi göstərilən ekspert rəylərinə istinad edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2023-cü il tarixli 6/6321 nömrəli nömrəli ekspert rəyi tədqiqata təqdim edilmiş aşkar olunan maddənin narkotik vasitə heroin olmasını təsdiq etsə də həmin narkotik vasitənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib üzərində saxlanılaraq daşınmasını müəyyən etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsin Ambulator X3 barədə 18 mart 2024-cü il tarixli 1828 nömrəli rəyi isə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olmasını və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğunu müəyyən edir ki, bu fakt da Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu təsdiq edir. 30.İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növləri kimi «şəxsi axtarış və götürmə aparılması haqqında, videoyazı məlumatlarına baxış keçirilməsi haqqında» protokolları qeyd etmişdir. İş materiallarında olan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən hər hansı bir ifadə işlədilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, istintaq orqanının istinad etdiyi qeyd olunan sübut növləri Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq etmir. 31.İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növü kimi maddi sübutları göstərmişdir. «Maddi sübut kimi tanınması haqqında» 30 dekabr 2023-cü il tarixli və «Sübutların qiymətləndirilməsi haqqında» 27 mart 2024-cü il tarixli qərarlardan göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfdə təmiz çəkisi 4,063 qram narkotik vasitə olan heroindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 4,013 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Göstərilən maddi sübutlar Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitənin mövcudluğunu, eləcə də həmin narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsini, Təqsirləndirilən şəxs dövriyyəsi qanunla qadağan edilən narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növü olsa da satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması qənaətinə gəlməyə əsas vermir. 32.Bundan başqa, istintaq orqanı tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin «tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktublar, arayışlar və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sübutlarla» tam sübuta yetirildiyini qeyd etmiş, lakin yenə də digər sənədlər, məktublar, arayışlar və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sübutların nədən ibarət olmasına aydınlıq gətirilməmiş, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında isə təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən istintaq orqanın qeyd etdiyi kimi hər hansı «tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktublar, arayışlar və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sübutlar» müəyyən edilməmişdir. 33.Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış istintaq sənədlərinin hər hansı birində Təqsirləndirilən şəxs narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut növü və ya sübutların məcmusu müəyyən olunmamışdır. 34.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə narkotik vasitənin və psixotrop maddəninin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 35."Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". 36.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 37.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş narkotik vasitəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 38.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. 39.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. 40.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin bir bükümdə külli miqdarda - 4,063 qram çəkidə narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Bu baxımdan təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut olmadan, yalnız aşkar edilmiş narkotik vasitə heroinin miqdarının külli miqdar təşkil etməsi həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edildiyi barədə nəticəyə gəlməyə əsas vermir. 41.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsin Ambulator X3 barədə 18 mart 2024-cü il tarixli 1828 nömrəli rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxsin narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlamasını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxsin narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 42.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 43.Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 45.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 46.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 47.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 48.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. 49.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,063 qram çəkidə narkotik vasitə heroin əldə etməsi, üzərində saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. 50.Məhkəmə təqsirləndirilən şəxsin polislər tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 51.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 52.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 53.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 54.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 55.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 57.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 60.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 62.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 64.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli, 1(004)-97/2018 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmişdir. 65.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 66.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 67.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 68.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 69.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 70.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 08 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. 71.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 72.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. 73.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 74.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,013 qram çəkidə narkotik vasitə heroinin məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 75.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 76.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 77.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 78.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 79.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 80.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssişlərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 81.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 08 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 4,013 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər:

1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar