Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1672/2025 24.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X11 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,347 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 21 iyun 2025-ci il tarixdə saat 00:10-da ünvan 3 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 2,347 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmədə şahid qismində dindirilən Nəsimi RP-nin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Rövşən adlı şəxsin narkotik vasitələrin istifadəsi, dövriyyəsi və üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Bunda sonra Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşı X9 ilə ikisi təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirdikdən sonra Rövşən adlı şəxs Nəsimi rayonu, Asif Məhərəmməv küçəsində saxlanılmışdır. Şahid1 ona verilən suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək qeyd etmişdir ki, Rövşən adlı şəxsə qarşı heç bir psixi və ya fiziki təsir göstərilməmiş, şəxs özü əməlini etiraf etmişdir. O, şəxsin üzərinə baxış keçirilməsində iştirak etmişdir. Cari ilin 20 iyun tarixində ünvan 4 ünvanında küçədə şəxsin üzərinə baxış keçirmişlər. Şəxs üzərində olan şəffaf rəngli bir bükümü çıxarmış, nə oluduğunu soruşduqda “patı” olduğunu demişdir. Şəxsin üzərindən çıxan maddənin protokollaşdırılması üçün çöldə şərait olmadığından polis şöbəsində müvafiq sənədləşmə olmuşdur. Şəxsin təqdim etdiyi narkotik vasitənin çəkisini xatırlamır, onun üzərindən çıxan narkotik vasitə zərfə qoyulmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman bu ilin iyun ayının 20-si axşam saatları olmuş, şəxsdən üzərində qanunla qadağan olunmuş əşya olub-olmadığını soruşduqda Rövşən bir bükümü çıxararaq onun “patı” olduğunu demiş və həmin gün də sənədləşdirilmışdir. Şəxsin üzərindən nə çıxıbsa həmin vasitə də rəsmiləşdirilmişdir.
4. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş şahid Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 20 iyun 2025-ci il tarixdə saat 23:40 radələrində iş yoldaşı Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat tədbiri keçirmək məqsədi ilə ünvan 5 ünvanın qarşısına gedərək orada 25-30 dəqıqə müddətində gözləmişlər. Həmin gün 21 iyun 2025-ci il tarixdə saat 00:10 dəqiqədə zahiri əlamətlərindən X8 bənzər şəxsin tək şəkildə onlara tərəf gəlməsini müşahidə etmişlər. Bundan sonra X2 bildikləri şəxsə yaxınlaşaraq və əməliyyat məlumatı üzrə axtarılan şəxsi müəyyən etdiklərinə görə tərəflərindən “İphone” markalı mobil telefonla küçədə aparılan videoçəkilişlə sonuncuya özlərini Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər, daha sonra X8 Nəsimi rayonu ərazisində psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, onları əldə edib üzərində saxlamasına və istifadəsinə dair əvvəlcədən məlumatlı olduqlarını bildirərək və şəxsiyyətini dəqiqləşdirmək üçün ona kim olması sualını vermişlər. Həmin şəxs özünü X2 təqdim etmiş və sonuncudan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmamasını soruşmuşlar. X10 əynində olan şalvarının sağ yan cibində saxladığı şəffaf sellofan kəsiyində olan 01 ədəd bükümü, bir ədəd mobil telefonu, 5 manat pul əskinası və qapı açarını onlara təqdim etmişdir. Bundan sonra X8 məxsus bir ədəd mobil telefonu, 5 manat pul əskinası və qapı açarını qaytarılmışdır. Bundan sonra tərəflərindən X7 paltarında başqa əşya və predmet olub-olmaması məqsədilə üzəri yoxlanmış, həmin zaman qanunsuz əşya və pul əskinası aşkar olunmamışdır. Daha sonra X7 təqdim etdiyi büküm tərəflərindən zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri proses iştirakçıları tərəfindən imzalanaraq götürülmüşdür. Verilən suallara cavab olaraq maddənin “patı” kimi bildiyi psixotrop maddə olan metafetamin olmasım, həmin maddəni 20 iyun 2025-ci il tarixdə şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Küçədə əlverişli şəriat olmadığından aparılan prosesə dair protokol tərtib edilməsi üçün videoçəkiliş dayandırılmış və X1 Rayon Polis İdarəsinə getməsi üçün dəvət edilmişdir. Etiraz olmadığından birlikdə Nəsimi RPİ- nin inzibati binasına gəlmiş və xidməti otaqda “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol tərtib edildi, həmin protokol X10 və həmkarların imzaları ilə təsdiq edilmişdir. Verilən suallara cavab olaraq X10 üzərindən aşkar olunan maddənin ona məxsus olmasım və psixotrop maddə olan metafetamin olmasım etiraf etmişdir. Eyni zamanda ünvan 6 ünvanın qarşısında küçədə aparılan videoçəkiliş tərəfimizdən 01 ədəd DVD diskə köçürülmüşdür. Daha sonra tərtib edilmiş raport əsasında X6 götürülmüş və içərisində narkotik maddəyə bənzər kütlə olan 01 ədəd büküm olan qablaşdırılmış zərf və küçədə videoçəkiliş aparılaraq köçürülmüş 01 ədəd DVD disk baxış keçirilməsi və sonrakı prosesual sənədləşmənin aparılması üçün Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin baş təhqiqatçısı polis mayoru Elxan Qasımova təqdim edilmişdir. Xidmət otaqda aparılan digər videoçəkilişlə tərəflərindən təqdim edilən 01 ədəd qablaşdırılaraq zərf təhqiqatçı tərəfindən açıldı və X6 aşkar edilmiş içərisində ağ psixotrop maddə oian metamfetaminə bənzər kütlə olan 01 ədəd büküm aşkar edilmişdir. Bundan sonra baş təhqiqatçı tərəfindən həmin bükümə və DVD diskə baxış keçirildi, daha sonra həmin büküm yenidən baş təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılaraq götürülmüş və üzəri imzalarla təsdiq edilmişdir. Daha sonra baş təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığım qeyd etmişdir. Təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası ilə X6 aşkar edilərək götürülmüş bükümün içərisindəki maddənin təmiz çəkisi 2,347 qram psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 73-75).
6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir .Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində xx.xx.2025-ci il tarixdə dindirilərkən özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, hazırda fərdi əməklə məşğul olur, Nəsimi rayon məhkəməsinin 04 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəs ilə təqsirli bilinərək cinayət məsuliyyətindən azad edilmişdir. O, təxminən 2015-ci ilin əvəllərindən narkotik vasitə istifadə etdiyini, sonuncu dəfə 20 iyun 2025-ci il tarixdə saat 23 radələrində o, prsixatrop maddə olan metemfetamini almaq məqsədi ilə Bakı şəhəri, Nəsimi rayon ərzisində yerləşən «Papanin» adlanan yerin yaxınlığına getdikdə tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmışdır. Ondan bir büküm psixotrop maddə olan metamfetamin istəmiş, həmin şəxs ona 20 manat qarşılığında 01 ədəd ağ rəngli sellofan bükümünü vermişdir. Bundan sonra o, aldığı bükümü açıb içərisinə baxmış və psixotrop maddə olan metamfetamin aldığına əmin olduqdan sonra həmin bükümü əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır. 21 iyun 2025-ci il tarixdə saat 00:10 radələrində o, ünvan 7 ünvanla tək piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan 02 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini Nəsimi Rayon Polis idarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra videoçəkilişdən istifadə etməklə onun üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmamasım soruşmuşlar. Bundan sonra o, şalvarının sağ yan cibində saxladığı içərisində psixotrop maddə olan metamfetamin 01 ədəd bükümü,özünə məxsus bir ədəd mobil telefonunu, 5 manat pul əskinası və qapı açarını saxlanıldığı yerdə, yəni küçədə polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkldaşları tərəfindən üzərində başqa əşya və predmet olub-olmaması yoxlanılmış, üzərində başqa əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qabıaşdırılmaqla götürülmüşdür. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq o, bildirmişdir ki, üzərindən yoxlama zamanı aşkar edilmiş bükümdəki psixotrop maddə- metamfetamindir və həmin psixotrop maddəmetamfetami 20 iyun 2025-ci il tarixdə şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına dəvət etmiş və orada tərtib edilmiş müvafiq protokola imza etmişdir. Daha sonra polis əməkdaşları onu həmin inzibati binada xidmət aparan təhqiqatçıya təqdim etmişlər. Xidməti otaqda olarkən saxlandığı yerdə təqdim etdiyi bükümə videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Daha sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Müvafiq sənədləşmədən sonra ona dövlət hesabına müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələrim izah olunaraq və üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə görə izahatı alınmışdır. Bundan sonra o, bir daha təsdiq edərək, üzərindən aşkar olunan psixotrop maddə - metamfetamin özünə məxsus olduğunu, həmin psixotrop maddə - metamfetamini şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata əldə etdyini bildirmişdir. Daha sonradan həmin bükümün içərisindəki maddənin 2,347 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin olduğu məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən ona elan olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığı, psixotrop maddə - metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini və həmin maddəni satan şəxsi tanımadığını, anket məlumatları və mobil telefon nömrəsini, eləcə də harada yaşaması bilmədiyini, həmin şəxsin arıq bədən quruluşlu, təxminən 25-30 yaşlarında, 165-170 sm boyu olan bir şəxs olduğunu, ruhi-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkmədiyini və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda olmadığını, saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilmədiyini, polis əməkdaşları onu küçədə saxladıqdan sonra üzərinə sadəcə bir dəfə yoxlama apardıqlarını, əvvəllər üzərində hər hansı bir yoxlama aparılmadığmı bildirmişdir (cild 1, i/v 86-88).
7. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 01);
8. "Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair" 21 iyun 2025-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütləni, əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefon, 5 manatlıq pul əskinası və qapı açarını çıxarıb təqdim etmişdir. Aşkar olunan psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılaraq götürülmüş, həmçinin Rövşən Mirzəyevdən aşkarlanan pul və qapı açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərində aşkar olunmuş psixotrop maddənin metamfetamin olmasını və istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir (cild 1, i/v 9-10);
9. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 21 iyun 2025-cü il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində olan zərfdən 01 bükümdə, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olundu. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürləndi. Daha sonra bir ədəd DVD-yə LG markalı komputerdə baxış keçirildi, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması barədə bildirməsi əksini tapmışdır (cild 1, i/v 15-16);
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2025-ci il tarixli 6/2277 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksi olan, “Mirzəyev Rövşən (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,347 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmçinin rəyin tədqiqat prosesinin təsviri hissəsində psixotrop maddə-metamfetamin 0,05 qramının tədqiqata sərf edilməsi, qalıq çəkinin 2,297 qram kimi olması göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manatdır (cild 1, i/v 38-42);
11. “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 21 iyun 2025-ci il saat 00:10 dəqiqədə ünvan 8 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə-metamfetaminə bənzər kütlənin qablaşdırılaraq təqdim edilmiş 01 ədəd zərfə və videoçəkiliş aparılmış 01 ədəd DVD diskə baxış keçirmişdir. Təhqiqatçı tərəfindən zərf açıldıqda içərisində ağ rəngli kristalik maddəyə bənzər psixotrop maddə olan 01 ədəd sellofan bükülü aşkar olunmuş, həmin ağ rəngli kristalik maddəyə bənzər psixotrop maddə yenidən qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda diskə baxış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən ağ rəngli kristalik maddəyə bənzər psixotrop maddəni aşkar edilməsi və sonucunun həmin psixotrop madənin özünə aid olmasını bildirməsi müəyyən edilmişdir (cild 1, iş/v 69);
12. “Maddi sübut kimi tanıma haqqında” 22 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş külli miqdarda təmiz çəkisi təmiz çəkisi 2,347 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindən, tədqiqatdan sonra sərf edilmiş 0,5 qram, qalıq çəkinin 2,297 qram qram psixotrop maddəmetamfetamin və 02 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (cild 1, i/v 93-94);
13. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 22 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş/v 101-102)
14. “Redmi Note 10” markalı mobil telefona baxış keçirilməsi haqqında” 30 iyun 2025-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefon smart funksiyalı “Redmi Note 10” markalı mobil telefona baxış keçirilən zaman , həmin mobil telefonda hər hansı bir səs danışıqlar və SMS-lər qeydə alınmamışdır (cild 01; i.v.114-115); Azərbaycan Respubikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya birliyi” Publik Hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının 03 iyul 2025-ci il tarixli 874 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində 20-21 iyun 2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir (cild 1, i/v 125- 127);
15. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Ambulator Məcburi-narkoloji ekspertizasının xx.xx.2025-ci ii tarixli, 3718 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkofoji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c.1, i/v 129- 131);
16. Kompleks ambulator məhkəmə-psixiarik və məhkəmə psixoloji ekspertizasının 30 iyun 2025-ci il tarixli 2081 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmalığıllıq və ya sair psixi xəstəlik müşahidə olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmalığıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini zaman fizioloji affekt vəziyyətdə olmamışdır (c.1i/v 150-153);
17. “Sübutların qiymətləndirilməsi haqqında” 26 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,347 qram psixotrop maddə metamfetaminin və 02 ədəd CD disklərin maddi sübur kimi tanınmasının nəzərə alınması və ekspertiza tədqiqatından sonrakı 2,297 qram psixotrop maddə metamfetaminin qalığının saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır (iş vərəqə: səh.155-166).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
18. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, - polis əməkdaşları onu yaşadığı binada, blokun qarşısında saxlamışlar. Üzərini yoxladıqda üstündən narkotik vasitə çıxmış, həmin 2 “çet” olmaqla 0,4 qramda olan bir büküm narkotiki 20 manata almışdır. Hazırda onun bir işi də AR CM-nin 234.1-ci maddəsi ilə Nəsimi RPİ-də gedir, həmin iş üzrə zaminə buraxılmış, ikinci dəfə bir də tutulmuşdur. İlk dəfə onu MSY-dən buraxmış və hər həftə gəlib imza etməsini bildirmişlər. Sonra o, yenidən AR CM-nin 234.1-ci maddəsi ilə tutularaq Kürdəxanıya etap olunmuşdur. Kürdəxanıya cari ilin sentyabr ayının 17-si getmiş, ayın 29-da da Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni xoşluqla vermiş, üzərində 2.37 qramlıq narkotik vasitə olmamış, 20 manatlıq narkotik almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini eynəyi yanında olmadığından oxumamış, ona narkotik vasitənin çəkisinin o qədər olduğu ona deyilməmişdir. Onun aldığı narkotikin çəkisi 0,3 ya da 0,4 qram olmuş, Nəsimi RPİ-də isə üzərindən 0,8 qram narkotik vasitə aşkar edilmişdir. 20 manata 0,3 qramlıq narkotik vasitə düşdüyünü bilir, narkotik vasitəni öz şəxsi istifadəsi üçün almışdır. 2007-ci ildən narkotik vasitədən istifadə etdiyini, 2007-ci ildə də AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olduğunu bildirmişdir. Ona qarşı heç bir psixi və fizioloji şiddət olmamış, eynəyi yanında olmadığına görə ifadəsini oxumadan imzalamışdır. Tutulanadək fərdi əmək fəaliyyəti ilə yəni, usta fəaliyyəti ilə məşğul olmuş, gündəlik qazancı 30-40 manat olmuş, narkotik vasitəni isə 3-4 gündən bir 15-20 manatlıq almışdır. İttiham aktında qeyd olunan çəkidə narkotik vasitə almaq üçün 200 manat lazımdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, ona narkotik vasitənin ittiham aktında yazıldığı qədər olduğu deyilməmişdir. Saxlanılarkən o, cibində nə varsa, çıxarıb vermiş, sonradan narkotik vasitənin çəkisini öyrənmiş və işinə Ağır Cinayətlər Məhkəməsində baxılacağını bilmişdir. Cibindən çıxan büküm ona məxsus olmuş, heç kim onun cibinə nəsə qoymamış, həmin narkotiki özü cibindən çıxarıb təqdim etmişdir. Video çəkilişdə 1 nəfər video çəkən, 2 əməliyyatçı, 1 nəfər də təhqiqatçı olmuş, çəkiliş küçədə aparılmışdır. Sonradan təhqiqatçının otağına gəlmişlər. Çəkilişdə üstü möhürlənərək imzalanan narkotik onun olmamış, oxumağı bacarmadığına görə oxumadan sənədi imzalamışdır. O, elə bilmişdir ki, möhürlənən büküm onun cibindən çıxan bükümdür, o indi bilmişdir ki, həmin narkotikin çəkisi çox olmuşdur, həmin vaxt bunu bilməmişdir. Ekspertin rəyi ilə tanış olmamış, cinayət işinin materialları ilə tanış olma barədə imza ona məxsusdur.
19. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
20. Maddə 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
21. Maddə 234.1-1 Cinayət Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
23. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
24. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
25. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
26. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
27. Maddə 62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
28. Maddə 62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
29. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
30. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
33. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
34. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 31. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
35. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
36. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
38. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
39. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.
40. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
41. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
42. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
43. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
44. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qramdan yuxarı hissəsi cinayət məsuliyyəti yaratmaqla, 2 qramdan artıq olduqda külli miqdar hesab edilir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
45. Maddə 1.0.2. Psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.
46. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
47. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
48. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı:
49. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
50. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:
51. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
52. Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ:
53. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019- cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
54. Məhkəmə araşdırması zamanı müdafiə tərəfinin dəlilləri araşdırılmışdır.
55. Məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı heç bir psixi və fizioloji şiddət olmamış, üzərindən aşkarlanan bir bükümü polis əməkdaşlarına təqdim etmiş, ibtidai istintaq zamanı ifadəsini xoşluqla vermiş, üzərində 2.37 qramlıq narkotik vasitə olmamış, 20 manatlıq narkotik almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini eynəyi yanında olmadığından oxumadan imzalamışdır. Saxlanılarkən o, cibində nə varsa, çıxarıb vermiş, sonradan narkotik vasitənin çəkisini öyrənmişdir. Cibindən çıxan büküm ona məxsus olmuş, heç kim onun cibinə nəsə qoymamış, həmin narkotiki özü cibindən çıxarıb təqdim etmişdir. O, elə bilmişdir ki, möhürlənən büküm onun cibindən çıxan bükümdür, o indi bilmişdir ki, həmin narkotikin çəkisi çox olmuşdur, həmin vaxt bunu bilməmişdir. Ekspertin rəyi ilə tanış olmamış, cinayət işinin materialları ilə tanış olma barədə imza ona məxsusdur.
56. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyi ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs üzərindən aşkarlanan psixotrop maddənin çəkisini mübahisələndirir və iddia edir ki, həmin vasitənin çəkisi çəkisi 2,347 qram olmamışdır. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı tutulduqdan sonra ona psixoloji və fiziki təsir göstərilməməsini, habelə saxlanılarkən cibində nə varsa onu özünün çıxarıb polis əməkdaşlarına verməsini, cibindən çıxan bükümün ona məxsus olmasını, heç kimin onun cibinə nəsə qoymadığını, həmin narkotiki özünün cibindən çıxarıb təqdim etdiyini özü bildirmişdir. Bu, məhkəmə araşdırması və cinayət işinin materialları ilə də öz təsdiqini tapmamışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs həmin dəlili əsassızdır və hər hansı mötəbər sübuta söykənmir.
57. Belə ki, məhkəmə baxışında şəxsi axtarış və götürmə istintaqı hərəkəti zamanı videoçəkilişə baxdıqda videoyazının fasiləsiz aparıldığı, hər hansı kəsintiyə yol verilmədiyi, təqsirləndirilən şəxsin könüllü şəkildə təqdim etdiyi 01 ədəd bükümdə narkotik tərkibli maddəyə bənzər kütlə aşkarlanmışdır. Həmin büküm təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmet ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyini həqiqətəuyğun olmayan hesab edir.
58. Beləliklə, məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxsin üzərində ittihamda qeyd olunan çəkidə psixotrop maddə metamfetaminin olmaması barədə dedikləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Müdafiə tərəfinin irəli sürdüyü həmin dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
59. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman üzərindən aşkarlanmış psixotrop maddə metamfetamini şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmiş, bunun əksini təsdiq edən hər hansı sübut məhkəmə araşdırması zamanı aşkarlanmamışdır.
60. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
61. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və psixotrop maddə metamfetaminin miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
62. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır.
63. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsini, psixotrop maddənin satışına dair hər hansı məlumatın işdə mövcud olmamasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə təmiz çəkisi 2,347 qram olan psixotrop maddəni qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş, üzərində saxlamaqla daşımışdır.
64. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və heroini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
65. “Şübhəli şəxsin tutulması haqqında” 21 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2025-ci il tarixdə, saat 00:10-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.27);
66. 22 iyun 2025-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.101-102);
67. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinə əlavə edilmiş hökümdən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 18 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Odur ki, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir (cild 01; i.v 116-117);
68. Məhkəmə istintaqı zamanı əldə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-517/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qərimkan tədbiri seçilmişdir. (cild 02; i.v 20-24);
69. Bakı şəhəri Nəsimi rayon polis idarəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-xx-xx/10847/2025 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon polis şöbəsində AR CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
70. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1672/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir.
71. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır.
72. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilmədi.
74. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi.
75. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır.
76. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
77. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
78. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 18 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qüvvədə olan cinayət qanunvericiliyinə görə, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxs hesab edilməlidir.
79. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 69.3cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı 2(iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli məhkəmə icraatı dövründə barəsində “həbs” qətimkan tədbiri seçildiyi gündən yəni 05 sentyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
80. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
81. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
82. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
83. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
84. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir.
85. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir.
86. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı 05 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlancına verilmiş təmiz çəkisi - təmiz çəkisi 2,297 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Kamil Əliyev Hakimlər: Nigar İmanova Vüqar Seyidov