Məhkəmə qərarları › İş №1(101)-1673/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1673/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1673/2022 27.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar razılaşmaya girmiş, həmin razılaşmaya uyğun olaraq qeyrisinin naməlum şəraitdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşdirdiyi yerdən 11 iyun 2022-ci il tarixdə külli miqdarda - 2,504 qram çəkidə psixotrop maddə olan metamfetamini, külli miqdarda - 6,062 qram çəkidə narkotik vasitə olan heroini, habelə 0,121 qram çəkidə narkotik vasitə olan tiryəki qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşımaqla üzərində saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 22:05-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə gətirilmiş, orada həmin gün saat 23:35-dən etibarən üzərində şəxsi axtarış aparılarkən sol çiyinindən asdığı qara rəngli dəri çantanın içərisindəki 01 ədəd qara rəngli dəri qutudan 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,603 qr, 0,440 qr və 1,461 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 2,504 qram təşkil edən eyni tərkibli psixotrop maddə olan metamfetamin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdar - 6,062 qram təşkil edən narkotik vasitə olan heroin, 01 ədəd kağız bükümdə 0,121 qram çəkidə narkotik vasitə olan tiryək və üzərində heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək göstərdi ki, narkomaniya xəstəliyindən əziyyət çəkir, mütəmadi olaraq müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. 11 iyun 2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində bir nəfər şəxs ona yazaraq adının Seyid olduğunu, İranda yaşadığını, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, müxtəlif çoxsaylı şəxslərə belə «mal»lardan satdığını, lazım olsa istənilən növdə və miqdarda narkotik vasitə və psixotrop maddəni ona da göndərə biləcəyini bildirmişdir. O da narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün iranlının mobil nömrəsini götürmüş, sonuncunun İran operatoruna aid mobil nömrəsi ilə “WhatsApp” proqramı vasitəsilə narkotiklərlə bağlı yazışmağa başlamışdır. O, Seyid adlı şəxsdən 260 manatlıq heroin, tiryək və metamfetamin istəmiş, sifarişini verib iranlının dediyi kart hesabına 260 manat pulu köçürdükdən sonra sonuncu ona narkotik vasitənin və psixotrop maddənin qoyulduğu ünvanın şəklini atacağını bildirmişdir. 11 iyun 2022-ci il tarixdə axşam tərəfi, yəni pulu köçürdükdən təxminən bir saat sonra Seyid adlı şəxs “WhatsApp” vasitəsilə onun üçün qoyulmuş narkotik vasitənin və psixotrop maddənin olduğu yerin şəklini ona atmış, elektron qaydada göndərilən «yerləşmə yeri»ni də göndərmişdir. «Yerləşmə yeri» üzrə hərəkət edib Bakı şəhəri, Nizami rayonu ərazisində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin yaxınlığına gedib çatmış və oraya çatanda şəkil əsasında narkotik vasitə və psixotrop maddənin qoyulduğu yerə dəqiq çatıb iranlının göndərdiklərini götürmüş, onları qara rəngli çantasının içərisindəki qutuya qoyub dərhal oradan uzaqlaşmışdır. 14 iyun 2022-ci il tarixdə saat 22:05-də Səbail rayonu, İstiqlaliyyət küçəsi 32 ünvanının yaxınlığındakı “Sabir bağı”nda tanışı Şahid3la birlikdə olduğu zaman üç nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis olduqlarını bildirmişlər və onlardan özlərini təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla onu tanış etmiş, yalan danışmağın mənasızlığını başa düşüb səmimi olaraq üzərində heroin, tiryək və “patı” kimi deyilən metamfetamin olduğunu etiraf etmişdir. Bundan sonra polislər onu idarəyə aparmış, orada onun üçün vəkil çağırılmış və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Axtarış başlanarkən ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, üzərində heroin, tiryək və “patı” adlandırılan metamfetamin olduğunu bildirmiş, sonra sol çiyinindən asdığı qara rəngli dəri çantanı açıb çantanın içərisindən bir ədəd qara rəngli dəri qutunu, iki ədəd elektron tərəzini, bir ədəd şəxsiyyət vəsiqəsini, şalvarının sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, 30 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş maddələr və iki ədəd elektron tərəzi polislər tərəfindən qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış, 30 manat pul ona geri qaytarılmış, “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsi də götürülmüşdür. Daha sonra Şahid3 üzəri yoxlanılmış ona üstündə narkotik vasitələr və psixotrop maddələr varsa könüllü təqdim etməsi təklif edilmişdir. Azad də üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynindəki şalvarının cibindən mobil telefonunu və 4 manat pulu çıxardıb təqdim etmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni özünün şəxsi istifadəsi məqsədilə almış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələr barədə dostu Azadın heç bir məlumatı olmamışdır. Əməlindən səmimi peşmandır. Ona görə də məhkəmədən istifadəçi kimi məhkum olunmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 göstərdi ki, 14 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri əldə edərək saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün rəhbərliyə raportla məruzə edilmiş, əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri, İdarənin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 isə qrupunun üzvləri qismində təyin edilmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olduğunu öyrəndikləri üçün 14 iyun 2022-ci il tarixdə saat 22:05-də həmin ünvana getmişlər. Həmin ünvana çatanda orada iki nəfər şəxsin piyada hərəkət etdiyini görmüşlər. Həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və onlardan özlərini təqdim etmələrini xahiş etmişdir. Onlardan biri özünü Təqsirləndirilən şəxs və digəri isə Şahid3 kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid3 onlarla birlikdə İdarəyə getməyin lazım olduğunu bildirmişlər, həmin şəxslər də etiraz etməmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuş, sonra isə şübhəli şəxs qismində tutulmuşdur. Şahid3 isə şübhəli şəxs qismində tutulmamış, ancaq şəxsi axtarış və götürmədə iştirak edəcəyi, onun da üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetamin olduğunu bildirib, sol çiyinindən asdığı qara rəngli dəri çantanı açıb çantanın içərisindən bir ədəd qara rəngli dəri qutunu, iki ədəd elektron tərəzini, bir ədəd şəxsiyyət vəsiqəsini, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sağ arxa cibindən 30 manat pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs qara rəngli qutunun içərisində heroin, “patı” kimi bildiyi metamfetamin və tiryək olduğunu bildirmişdir. Qara rəngli qutu açılarkən həmin qutunun içərisində 04 ədəd sellofan büküm və 01 ədəd kağız büküm aşkar edilmişdir. Həmin sellofan bükümlər açılarkən 03 ədəd sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddələr, 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroinə oxşar maddə, 01 ədəd kağız bükümün içərisində isə narkotik vasitə olan tiryəkə oxşar maddə aşkar edilmişdir. Aşkar olunmuş maddələr və iki ədəd elektron tərəzi bir ədəd kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 30 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra Şahid3 üstü yoxlanılmış, amma ondan qanunsuz heç nə aşkar olunmamışdır. Şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini 3 gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxsdən online formada pulunu əvvəlcədən ödəmək şərti ilə 260 manata aldığını, Seyid adlı şəxsin narkotik vasitənin olduğu yerin şəklini “WhatsApp” vasitəsi ilə ona atdığını, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitələri Bakı şəhəri, Nizami rayonu ərazisində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin yaxınlığında yerdən götürərək şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs Şahid3 onun dostu olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitələrdən və psixotrop maddədən məlumatının olmadığını bildirmişdir. Şahid3 da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir şikayət və vəsatət daxil olmadığından həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daxil olmuş məlumatlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin məhz satışı ilə məşğul olması ilə bağlı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, 14 iyun 2022-ci il tarixdə saat 22:05-də ünvan 2 ünvanının yaxınlığında “Sabir bağı”nda tanışı Təqsirləndirilən şəxs ilə birlikdə söhbət etdiyi zaman onlara üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları onlardan özlərini təqdim etməklərini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla tanış etmiş, Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin, tiryək və metamfetamin vardır. Bundan sonra polis əməkdaşları Mirəzağa Kamilovu və onu Baş idarəyə dəvət etmiş, onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş idarəyə getmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, o cümlədən ona hüquq və vəzifələri izah olunmuş, lakin şübhəli şəxs qismində tutulmamışdır. Sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, onun üzərinə isə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heroin, tiryək və metamfetamin olduğunu bildirib, sol çiynindən asdığı qara rəngli çantanı açıb içərisindən şəxsiyyət vəsiqəsini, 01 ədəd qara rəngli dəri qutunu və 02 ədəd elektron tərəzini, şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefonu və həmin şalvarının sağ arxa cibindən 30 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Qara rəngli dəri qutu açılarkən qutunun içərisindən 03 ədəd sellofan bükümdə metamfetamin, 01 ədəd sellofan bükümdə heroin və 01 ədəd sellofan bükümdə tiryək aşkar edilmişdir. Daha sonra aşkar edilmiş maddələr və 02 ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs aşkar edilmiş “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüş və 30 manat pul onun özünə geri qaytarılmışdır. Daha sonra onun özünün barəsində baxış keçirilməsi barədə məlumat verilmiş və üzərində qanunsuz narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. O da üzərində narkotik vasitələr olmadığını bildirib əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən “BQ” markalı mobil telefonu və 4 manat pulu təqdim etmişdir. Daha sonra həmin əşyalar onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri 3 gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxsdən online formada 260 manat pulunu əvvəlcədən ödəmək şərti ilə aldığını, Seyid adlı şəxsin narkotik vasitənin olduğu yer barədə ona “WhatsApp” vasitəsi ilə şəklini atdığını, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitələri Bakı şəhəri, Nizami rayonu ərazisində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin yaxınlığında yerdən götürərək şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə dost olduğunu, onun üzərindən aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış və baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, onun tərəfindən də imzalanmışdır (cild 1, iş vərəqə 72-74). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs ilə bağlı daxil olmuş əməliyyat məlumatına dair 14 iyun 2022-ci il tarixli raportdan görünür ki, məlumatlar Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin məhz satışı ilə məşğul olması, məhz satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması ilə bağlı olmuşdur (cild 1, iş vərəqə 3). Təqsirləndirilən şəxs ilə bağlı keçirilən əməliyyat tədbirləri ilə bağlı toplanmış digər sənədlərdə, habelə ilkin təhqiqat materiallarında da həmin şəxsin külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin məhz satışı ilə məşğul olması, məhz satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması ilə bağlı məqamlar əks olunmuşdur (cild 1, iş vərəqə 4-9, 18). Şəxsi axtarış və götürmə aparılması barədə haqqında 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarışın başlanğıcında Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs sol çiyinindən asdığı qara rəngli dəri çantanın içərisindən 01 ədəd qara rəngli qutunu, 02 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qara rəngli qutunun içərisində narkotik vasitə olan heroin, “patı” adlandırılan psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan tiryək olduğunu və 3 gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxsdən online formada pulunu əvvəlcədən ödəmək şərti ilə 260 manata aldığını, Seyid adlı şəxsin narkotik vasitənin olduğu yer barədə ona “WhatsApp” vasitəsi ilə şəklini atdığını, həmin narkotik vasitələri Bakı şəhəri Nizami rayonu ərazisində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin yaxınlığında yerdən götürərək üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 28-31). Məhkəmə-kimyəvi ekspertizasının 15 iyun 2022-ci il tarixli 6/3359 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,062 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,603 qram, 0,440 qram, 1,461 qram olmaqla ümumi təmiz çəkisi 2,504 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,121 qram olan tündqəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, iki ədəd elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’in Siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin Siyahısına (Siyahı İİ) daxildir. Ekspert tədqiqatından sonra tiryəkin qalıq çəkisi 0,021 qram, metamfetaminin qalıq çəkisi 2,404 qram və heroinin qalıq çəkisi 5,962 qram təşkil etmişdir (cild 1, iş vərəqə 46-53). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 iyul 2022-ci il tarixli 4176 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 149-150). Cinayət işinin materiallarına əlavə edilmiş arayışın surətindən görünür ki, VMAS portalı üzrə yoxlama zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasına gediş-gəlişi müəyyən edilməmişdir (cild 1, iş vərəqə 138). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 29 iyul 2022-ci il tarixli 6869 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 144). 67 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 147). Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 12 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 162- 163). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 125). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə bərabər həm də həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülərək göstərilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Seyid adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Seyid adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda - 2,504 qram çəkidə psixotrop maddə olan metamfetamini, külli miqdarda - 6,062 qram çəkidə narkotik vasitə olan heroini və 0,121 qram çəkidə narkotik vasitə olan tiryəki istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin və psixotrop maddələrin qoyulduğu ünvandan Seyid adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə üzərində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 22:05-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 23:35-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman sol çiyinindən asdığı qara rəngli dəri çantanın içərisindəki 01 ədəd qara rəngli dəri qutudan 03 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,603 qram, 0,440 qram və 1,461 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 2,504 qram təşkil edən eyni tərkibli psixotrop maddə olan metamfetamin, 01 ədəd sellofan bükümdə külli miqdarda - 6,062 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd kağız bükümdə, 0,121 qram çəkidə narkotik vasitə olan tiryək və üzərində heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Amma məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, “Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Seyid adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda - 2,504 qram çəkidə psixotrop maddə olan metamfetamini, külli miqdarda - 6,062 qram çəkidə narkotik vasitə olan heroini və 0,121 qram çəkidə narkotik vasitə olan tiryəki istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin və psixotrop maddələrin qoyulduğu ünvandan qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə üzərində saxlamışdır”. Göründüyü kimi, narkotik vasitələri və psixotrop maddəni Bakı şəhərinin Nizami rayonu ərazisinə bilavasitə gətirib konkret yerə yerləşdirən şəxslərin kim olacağı barədə hər hansı məlumatı olmayan Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə hərəkəti yalnız qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız «iranlı Seyid» kimi bildirilən qeyrisi ilə telefonla əlaqə saxlayıb razılıq əldə etməsi qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra həmin şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində cinayət işini təhqiqat orqanı tərəfindən toplanmış ilkin materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlamışdır (cild 1, iş vərəqə 1-2). Təhqiqat orqanın topladığı ilkin materiallarda olan bütün dəlillər də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat ətrafında cəmlənmişdir (cild 1, iş vərəqə 3-8). Yəni, qaçaqmalçılıq cinayəti ilə bağlı hər hansı məlumat olmamışdır və külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Bakı şəhərinin Nizami rayonu ərazisində əldə olunması, onların həmin yerə qabaqcadan iranlı olması ehtimal edilən Seyid adlı şəxs tərəfindən yerləşdirilib gizlədilməsi barədə bütövlükdə cinayət işində olan məlumatlar yalnız Təqsirləndirilən şəxs özünün ifadəsinə əsaslanır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş (cild 1, iş vərəqə 18) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 75). İbtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığında digər məqamlarla yanaşı, Təqsirləndirilən şəxs qaçaqmalçılıqla məşğul olub-olmadığının yoxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi də həvalə olunmuşdur (cild 1, iş vərəqə 140-141). Həmin əməliyyat tapşırığına verilmiş 11 avqust 2022-ci il tarixli cavabda bildirilmişdir ki, keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs qaçaqmalçılıqla məşğul olub-olmaması, həmçinin İran İslam Respublikası vətəndaşı Seyid adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 148). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş yuxarıda qeyd olunan ittiham üzrə nəticəyə gələrkən məhkəmə xüsusi vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında əsaslandırılmış qərar çıxarılmalı, həmin qərarda həm də cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi göstərilməklə ittihamın mahiyyəti, cinayət bir qrup şəxs tərəfindən törədildikdə iştirakçılığın növü göstərilməlidir. Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında 13 avqust 2022-ci il tarixli qərarda isə ona ittiham elan olunarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32,5, 206.3.2-ci maddəsinə münasibətdə bu zəruri əlamətlərin heç biri əksini tapmamış, ümumi fikir şəklində Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan Seyid adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və onların Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməsi və bu məqsədlə Seyid adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə naməlum vaxtda və şəraitdə keçirdikləri həmin narkotik vasitələri və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması göstərilmişdir (cild 1, iş vərəqə 176-178). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında bu qərarın bilavasitə özündən də göründüyü kimi, təqsirləndirilən şəxsin törədilməsində iştirak etdiyi israr edilən qaçaqmalçılıq cinayətinin kim tərəfindən və nə vaxt törədilməsi, cinayətin törədildiyi yer, onun törədilmə üsulu ümumiyyətlə müəyyən edilməmişdir. Şəxsə qarşı ittiham irəli sürülərkən qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən məhz hansının törədildiyi müəyyənləşdirilməmiş, hətta təqsirlindirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarın özündə belə qeyri-müəyyənlik birbaşa əks etdirilərək narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən yalnız ehtimal edilə bilinəcək üsulla - «gömrük nəzarətindən kənar və ya ondan gizli» keçirildiyi göstərilmişdir. Yəni, cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hansının törədilməsi müəyyən olunmamış, alternativ hərəkətlər məcmusu halında qeyri-müəyyən ittiham formalaşdırılmışdır. Qaçaqmalçılıq cinayətinin nə vaxt, harada və kim (kimlər) tərəfindən törədilməsi ilə bağlı isə ümumiyyətlə heç bir məlumat yoxdur. Şərh olunan hallar “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının izah və tövsiyələrində əks olunmuş hüquqi mövqe ilə də birbaşa ziddiyyət təşkil edir. Digər tərəfdən, həmin qərarda göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. İbtidai istintaq orqanının iştirakçılıqla bağlı mücərrəd mövqeyi də hər hansı sübuta əsaslanmır və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən “gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etməsi”nin hansı hərəkət və ya hərəkətsizliklə edilməsi barədə hər hansı dəlil mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən və naməlum vaxtda törədilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayətinin törədilməsində iştirak edərək sadalanan hərəkətlərdən hansı birini etməsi müəyyənləşdirilməmiş, ona Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham elan olunarkən bu əməli törətməsinə dair Cinayət-Prosessual Məcəllənin 223-cü maddəsində nəzərdə tutulmuş zəruri elementlərin heç biri göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında ifadə edilmiş qəti hüquqi mövqeyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayəti ilə bağlı obyektiv cəhəti təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etməməsi işin mübahisəsiz halıdır. Bununla belə, təqsirləndirilən şəxsin əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcudluğu ilə bağlı hər hansı sübut olmadığı bir halda ona ibtidai istintaq orqanı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətini törətməsi ittihamı irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Amma bu halda da Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində “qabaqcadan vəd etməklə köməklik göstərməsi”nin hansı hərəkətlərlə ifadə olunması barədə hər hansı sübut mövcud deyildir. Məhkəmə iş üzrə diqqət çəkən bir məqamı da vurğulayır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yenidən elan edilmiş ittiham üzrə özünü təqsirli biməyərək ifadə verməkdən imtina etmiş, ifadəsini məhkəmədə verəcəyini bildirmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs göstərdiyi bu xüsusatlar vəsatət kimi qəbul edilmiş və həmin vəsatətin rədd edilməsi barədə qərar qəbul edilmişdir (cild 1, iş vərəqə 189-190). Bununla belə, ittiham aktında sübutları şərh edərkən müstəntiq tərəfindən təqsirləndirilən şəxsin özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tam təqsirli bildiyi vurğulanmış, ümumiyyətlə ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 206.3.2-ci və 234.4.1-ci maddələri ilə olan digər hissələrinə hər hansı münasibət bildirilmədən, təqsirləndirilən şəxsə yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunubmuş kimi yalnız həmin ilkin etiraf ifadəsi şərh olunmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.3-cü maddəsinin tələbi baxımından təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayəti ilə bağlı mövqeyinə heç bir münasibət bildirilməmişdir. Digər tərəfdən, bütövlükdə iş üzrə ittiham aktında istinad edilən bütün sübutlar məcmusu – təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlər isə Təqsirləndirilən şəxs tərəfindən qaçaqmalçılıq cinayəti törədildiyinə dəlalət edən hər hansı məlumat yükü daşımır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir”. Sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 145-ci maddəsində təsbit olunan qaydalara görə: “145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Məhkəmə, iş üzrə mövcud çoxsaylı dəlillərlə yanaşı həm də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan, 11 iyun 2022-ci il tarixdə əldə etdiyi külli miqdarda psixotrop maddə olan metamfetamini və külli miqdarda narkotik vasitə olan heroini, çəkisi külli miqdar təşkil etməyən narkotik vasitə olan tiryəki bundan 3 gün sonra - 14 iyun 2022ci il tarixdə gecə saatlarında 2 ədəd elektron tərəzi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində üstündə gəzdirməsinin səbəbləri ilə bağlı məntiqi suallara yalnız «özüm istifadə edəcəkdim» deyə cavablandırmaqla kifayətlənən Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə bəraət verilməli, o, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X3 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 14 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 18, 107-111). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 iyun 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,021 qram təşkil edən tiryək, 2,404 qram təşkil edən metamfetamin, 5,962 qram təşkil edən heroin və 02 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46, 344). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı hissədə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,021 qram təşkil edən tiryək, 2,404 qram təşkil edən metamfetamin, 5,962 qram təşkil edən heroin və 02 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar