Məhkəmə qərarları › İş №1(101)-1673/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1673/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1673/2025 28.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 kq 118,59 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxil olan külli miqdarda - 77,917 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında saxlamaqla narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsini isə özündə saxlayaraq bir hissəsini yaşadığı ünvanın yaxınlığında yerləşən dəmiryolunun kənarında yerləşdirib qalan hissəsini üzərində gəzdirməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, “Uğur 2” yaşayış kompleksinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə saat 15:52-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq həmin tarixdə saat 16:00-dan üzərində baxış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 54,27 qram olan narkotik vasitə qurudulmuş marixuana və həmin ərazidə olan dəmiryolunun kənarından 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 24,32 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 30 aprel 2025-ci il tarixdə saat 16:26-dan Təqsirləndirilən şəxs özünün könüllü razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman həmin mənzilin girişinin sol tərəfində olan ayaqqabı şkafının içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd torbada külli miqdarda təmiz çəkisi 1040 qram olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 77,917 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. 30 aprel 2025-ci il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokol və həmin protokola əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 02 ədəd CD diskdən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq həmin yerdə üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 qara sellofan büküm, 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan, əynində olan şalvarın sol yan cibindən 01 ədəd başqa siqaret qutusu, 01 ədəd "İphone” markalı mobil telefon, 02 manat pul, həmin şalvarın sağ yan cibindən 02 ədəd açar aşkar edilmiş, 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlə və 01 ədəd mobil telefon götürülmüş, digər əşyalar ona geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanıldığı yerdən 10-15 metr aralıda yerləşən dəmiryolunun kənarına baxış keçirilən zaman o, həmin yerdən 01 ədəd qara rəngli sellofan bükümü götürüb təqdim etmiş, qara rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanına və həmin ünvanda yaşayan Şahid2 üzərinə baxış keçirilmiş, baxış zamanı həmin mənzilin girişdən sol tərəfdə yerləşən ayaqqabı şkafının içərisindən 01 ədəd qara rəngli sellofan torba, 01 ədəd sellofan büküm və 01 ədəd elektron tərəzi aşkar edilmiş, qara rəngli sellofan torbaya baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd sellofan bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Aşkar edilmiş 01 ədəd qara rəngli sellofan torba, 01 ədəd sellofan büküm və 01 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Şahid2 üzərinə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. (cild 1, iş vərəqə 13-17).

4. 01 may 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 78-81).

5. 01 may 2025-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 77,917 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümdəki metamafetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 77,817 qram təşkil etmişdir. Ekspertizanın keçirilməsinə 114( yüz on dörd) manat pul vəsaiti sərf edilmişdir. (cild 1, iş vərəqə 48-51).

6. 01 may 2025-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində "aşkar olunmuş..." sözləri yazılmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 1040,0 qram, üzərində “Baxışovun təqdim etdiyi kütlə..." sözləri yazılmış kağız paketdə bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 24,32 qram, üzərində “Baxışovun üstündən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 54,27 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 1118,59 qramdır. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq çəkisi 1118,29 qram təşkil etmişdir. Ekspertizanın keçirilməsinə 72( yetmiş iki) manat pul vəsaiti sərf edilmişdir. (cild 1, iş vərəqə 53-56).

7. 14 iyul 2025- ci il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. İş üzrə Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlama zamanı təxminin 14-15 yaşlarından arabir düşəndə narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir. (cild 1, iş vərəqə 168-169).

8. 02 may 2025-ci il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 01 kq 118,29 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 77,817 qram qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmalarından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 118-119).

9. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Ziya Paşabəyli tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 30 aprel 2025-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 133-134).

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının 1/2461 saylı, 15 may 2025-ci il tarixli məktubundan görünür ki,Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməmişdir (cild 1, iş vərəqə 135).

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 3-28-29/2-4840/2025 saylı, 16 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqə 136).

12. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə verilmiş əməliyyat tapşırığının 3-13-6/2- 4475/25 saylı, 11 iyun 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 142).

13. 23 iyun 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş foroşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone X” markalı mobil telefona baxış keçirilən zaman “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində ***-***-**-** mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin alqı-satqısına dair yazışmalara rast gəlinmişdir. Belə ki, 22 aprel 2025-ci il tarixdə ***-***-**-** mobil telefon nömrəsindən “ Qaqaş keçən dəfəki uşaq var idi, gəldi bir götürdü. O, yazıb, deyir, bir bax, gör, yarı, bir nə alınar? Neçəyə alınar? Nə vaxta alınar? Dedim, maraqlanıb xəbər edərəm. Nə deyək buna? Düzüb-qoşmaq olar?; ???.göndərilmiş sms-ə Təqsirləndirilən şəxs “ Var; Brat” məzmunda, “Deyim onda bir alınır da? Yarı alınmır, həə?” sms-ə Təqsirləndirilən şəxs “Yarı alınır otuza. Götürüm verim də ondan. Niyə alınmır ki? Alınır; Ne xeber cixdi; Brat”məzmunda, cavablar verilmiş, 27 aprel 2025-ci il tarixdə “salam brat imkan olan da yigarsan; o gun dediyin var idiye onan qaiib?.məzmunda smsdən sonra saat 14:58-də Təqsirləndirilən şəxs və ***-***-**-** mobil nömrəsinin istifadəçisi arasında 18 saniyə müddətində səsli danışıq baş vermişdir. ***-***- **-** (15:00)nömrəsindən “Brat", deyəsən internet zəifdir ona görə. O gün dediyin var idi, ondan qalıb? Xalaoğlu, rayondakı, gəlib Bakıya. Yığmışdı, dedim, maraqlanıb xəbər edərəm” məzmunda göndərilən sms-ə “ Otu deyirsən “brat”?.məzmunda , “ Hə, həri “brat”. O birisindən də, elə bil, kənddəki uşaqlar gəlmişdi. “Prosta” mən maşınsızam. Dedim bax, gör, özün gedə bilirsənsə, danışaram, hardansa gedib götürərsən”məzmundan göndərilən sms-ə “Ay “brat”, mən başa düşmədim, sən nə deyirsən. Nə qədər istəyir, nə istəyir. Mən çıxıram burdan ona görə deyirəm.” məzmunda, “ brat xala oglu ot isdiyir; kentdem kecen defe gelen oğlan var idiye oda yari daw amma bu deqiq deyildi” məzmunda göndərilən sms-ə “Bax da, “brat”. Necə ürəyin istəyir, o cür də edək də. Hansıdı, nədi, nə deyil onu de mənə, o cür də edək.”məzmunda cavablar verilmişdir. Bundan başqa mobil telefona baxış zamanı həmçinin Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərlə narkotik vasitələri və psixotrop maddələri satması ilə bağlı danışıqlar aparması müəyyən edilmişdir.Mobil telefonun qalareya bölməsində həmin mobil telefonla 28 aprel 2025-ci il tarixdə 23:05-də çəkilmiş üstündə 1081 rəqəmləri yazılmış elektron tərəzi üzərində olan içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu şəffaf bağlamanın fotoşəkli(fotoşəkil 4),həmin mobil telefonla 29 aprel 2025-ci il tarixdə,saat 12:39-da çəkilmiş üzərində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu üstündə 301 rəqəmləri yazılmış elektron tərəzinin fotoşəkli(fotoşəkil 5),həmin mobil telefonla 29 aprel 2025-ci il tarixdə saat 12:40-da çəkilmiş üzərində qara rəngli sellofan bağlamanın olduğu üstündə 305 rəqəmləri yazılmış elektron tərəzinin fotoşəkli (fotoşəkil 6),həmin mobil telefonla 29 aprel 2025-ci il tarixdə saat 13:37-də çəkilmiş üzərində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu üstündə 52 rəqəmləri yazılmış tərəzinin fotoşəkli (fotoşəkil 7), həmin mobil telefonla 29 aprel 2025-ci il tarixdə saat 13:40-da çəkilmiş üzərində qara rəngli sellofan bağlamanın olduğu üstündə 54 rəqəmləri yazılmış elektron tərəzinin fotoşəkli (fotoşəkil 8), həmin mobil telefonla 29 aprel 2025-ci il tarixdə saat 20:13də çəkilmiş üzərində ağ rəngli 100 rəqəmləri yazılan sellofan bağlamanın olduğu üstündə 106 rəqəmləri yazılmış elektron tərəzinin fotoşəklinin (fotoşəkil 9) olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 143-154).

14. 23 iyun 2025-ci il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, baxış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd "İphone X” markalı mobil telefonun maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 155-156). 15.Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında 30 may 2025-ci il tarixli protokol və ona əlavə edilmiş “Bakcell" MMC-dən daxil olmuş 01 ədəd CD diskdən görünür ki, ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş və həmin mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən 17 yanvar 2025-ci il tarixdə saat 20:25:13-də kristal galib sende?. məzmunda SMS göndərilmişdir. (cild 1, iş vərəqə 138-139).

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 02 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1 , iş vərəqə 131-132).

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barəsində Baş İdarəyə əməliyyat məlumatı daxil olmuşdur.Əməliyyat məlumatı Baş İdarə rəhbərinə məruzə olunduqdan sonra təqsirləndirilən şəxsə yaşadığı “Uğur-2” yaşayış kompleksinin yaxınlığında 30 aprel 2025-ci il tarixində yaxınlaşıb özlərini təqdim etmişdirlər.Onun üzərində qurudulmuş marixuana, evinə yaxın yerləşən dəmiryolunun yanında sellofan torbada marixuana aşkar olunmuşdur və təhqiqatçı tərəfindən narkotik vasitə qablaşdırılmışdır.Yaşadığı evdə Şahid2 adlı dostu olduğunu bildirmiş və evinə baxış keçirilən zaman evində psixotrop maddələr, narkotik vasitələr və tərəzi aşkar olunmuşdur.Aşkar olunan maddələr ekspertizaya təqdim edilməsi üçün sənədləşdirilmiş və təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Şahid qismində dindirilmiş Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, əməliyyat qrupunda qrup rəhbəri Ziya Paşabəyli,Emin Novruzov və o, iştirak etmişdir. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman sonuncu qorxmuş vəziyyətdə olmuş, onlara qarşı hər hansı bir müqavimət göstərməmişdir.Onlar tərəfindən də təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və psixoloji təsir göstərilməmişdir.İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etmişdir.Evdə ancaq təqsirləndirilən şəxsin dostu İntizam olmuşdur.Evin giriş hissəsinin sol tərəfində narkotik vasitə aşkar etmişdirlər.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu yıxıldığı üçün gecə saatlarında o da onun evinə getmişdir. Günorta saatlarında qapı döyüldüyü üçün o, qapını açdıqda polis əməkdaşları Rəvanla birlikdə evə daxil olmuşdurlar. Rəvan dəhlizdə olan ayaqqabı dolabından narkotik vasitəni çıxardıb polis əməkdaşlarına təhvil vermişdir. O, Rəvanın narkotik vasitələrlə əlaqəsinin olmasını bilməmişdir. Onun barəsində hansısa cinayət işi mövcud deyil. Şahid qismində dindirilmiş Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, narkotik vasitənin yanında tərəzi də aşkar edilmişdir.Narkotik vasitə polis əməkdaşları tərəfindən evə qoyulmamış, Rəvan narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitələrin aşkar edilməsinə dair video çəkiliş bir dəfə həyata keçirilmişdir.Nə ona, nə də Rəvana hansısa təzyiq olunmamışdır.Evdə ondan başqa Rəvanın anası və atası da olmuşdur.Rəvanın atası və anasının nə üçün video çəkilişdə iştirak etmədiyini bilməmişdir. Təqsirləndirilən şəxs keçmiş arvadı ilə boşandığı üçün onun oğlu Təqsirləndirilən şəxsla bir yerdə qalmışdır.Təqsirləndirilən şəxs oğlu yıxılaraq xəsarət aldığı üçün Rəvanın atası və anası da onun evinə gəlmişdir.Rəvanın valideynləri o, gəldiyi günün ertəsi günü Təqsirləndirilən şəxs yanına gəlmişdir.Polis əməkdaşları evə gələn zaman Təqsirləndirilən şəxsla bir yerdə qalan xanım işdə olmuşdur.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

19. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, evinin yaxınlığında olan marketə iti ilə birlikdə gedərkən yanında maşın saxlamış və itini əlindən alıb onu maşına əyləşdirmişdirlər.Maşında əyləşəndə “sənə şəkil göstərəcəm gör tanıyacaqsan”,“sən bərbərin qardaşısan” demişdirlər. Bərbərin yanına saçını düzəltdimək üçün getmişdir, lakin həmin bərbər şəklini ona göstərtdikləri şəxs olmamışdır.Maşında olan şəxslər “sən bərbərdən narkotik götürürsən” demişdirlər.Daha sonra ondan telefonunu istəmiş və evinə baxış keçirtmişdirlər. Evinə baxış keçirilərkən uşağını, atasını, anasını da ifadəsinin alınması üçün aparacaqlarını və 3 yaşlı uşağının ayağında olan gipsini də açacaqlarını bildirmişdirlər.Onu mətbəxdə, anası, atası və uşağını isə yataq otağında saxlamışdırlar.Bir nəfər aşağı düşüb qayıtmış, ayaqqabı olan şkafda qara sellofan olduğunu və həmin sellofanın ona məxsus olduğunu bildirmişdir. Qara sellofanın içərisindən nəşə çıxmışdır.O, əvvəllər nəşə istifadə etmişdir. ***-***-**-** nömrəsini ona məxsus olduğunu bildirmişdir.Sonu 80-80-lə bitən nömrəni isə tanımır.Sonu 78-73 ilə bitən nömrə Yeni Suraxanıdan tanıdığı kənd sakinidir. Onun üzərində tutularkən 2 ədəd mobil telefon olmuşdur. İş telefonu “İphone X” markalı, digər telefonunun markası isə “İphone 8” olmuşdur. Neftçilər ərazisində yerləşən “Tanqo” restoranında adminstrator işləmişdir.Digər telefon işçilərdə də olmuşdur. Ona görə də həmin telefondan göndərilən məktublardan məlumatı yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Sabunçu rayonu ərazisində kirayədə qalmış və evindən iki həftə idi ki, köçmüşdür.Müstəntiq tərəfindən dindirilməmişdir.Ona bir dəfə yumruq vurmuş və onu hədələmişdirlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, elan edilmiş ittihamla qismən razı olaraq ifadəsində bildirmişdir ki, tanışı Şahid2 ilə birlikdə kirayə yaşayır. Heç bir xəstəliyi, eləcə də psixi xəstəliyi yoxdur. İşsizdir. Təxminən 2-3 il olar ki, "nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadan istifadə edir. Təxminən dörd ay bundan əvvəl sosial şəbəkədə iranlı “Babək” adlı şəxslə tanış olmuşdur. Sonradan "Whatsapp” vasitəsilə əlaqə saxlamağa başlamışdır. Bir gün “Babək” ona bildirmişdir ki, Azərbaycan ərazisinə narkotik vasitə və psixotrop maddələr göndərəcəkdir və göndərdiyi maddələri deyəcəyi ünvanlara qoymaq lazımdır. Bunun qarşılığında isə ona yüksək qazanc verəcəkdir. O da son dövrlərdə işləmədiyindən və pula ehtiyacı olduğu üçün "Babək”in təklifi ilə razılaşmışdır. Təxminən bir həftə əvvəl “Babək” ona bildirmişdir ki, narkotik vasitələri yerləşdirib və həmin yerin konumunu ona göndərmişdir. Konum Sumqayıt ərazisini göstərmişdir. O, “Babək”in göndərdiyi konum üzrə hərəkət edib həmin maddələri götürmüş və yaşadığı evdə gizlətmişdir. Bundan sonra “Babək” ona bildirmişdir ki, “marixuanadan 50 qram götürüb “konum elə” və mənə göndər”. O, tərəzisi olmadığı üçün bir ədəd elektron tərəzi almış və “Babək”in göndərdiyi marixuanadan 50 qram ayırıb yaşadığı evin yaxınlığında dəmiryolu relslərinin altında gizlətmişdir. 30 aprel 2025-ci il tarixdə yaşadığı evin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “nəşə” adı ilə tanıdığı narkotik vasitə vardır. Sonra videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmişdir, ilkin olaraq üzərində olan əşyaları təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan şalvarının sol yan cibindən 01 ədəd digər siqaret qutusunu, 01 ədəd “İphone” markalı mobil telefonunu, iki manat pulu, həmin şalvarının sol yan cibindən 02 ədəd açarı təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı təxminən 5 gün əvvəl iranlı “Babək” adlı şəxsin göndərdiyi konumdan əldə etdiyini və "Babək”in deyəcəyi ünvanlara qoymalı olduğunu, həmçinin durduqları yerdən 10-15 metr aralıda və yaşadığı evdə də narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilsə də, heç bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Aşkar edilmiş digər əşyalar ona geri qaytarılmışdır. Bundan sonra saxlanıldığı yerdən təxminən 15 metr aralıda gizlətdiyi 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı həmin maddəni də “Babək”dən əldə etdiyini və göstərişi ilə həmin yerdə gizlətdiyini bildirmişdir. Həmin 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra videçəkiliş dayandırılmış və yaşadığı evə getmişlər. Yaşadığı evin qarşısında yenidən videoçəkiliş başlanmış və o, tanışı Şahid2la birlikdə kirayə yaşadığını bildirib qapını döymüşdür. Bir qədər sonra İntizam qapını açmış və polis əməkdaşları özlərini təqdim edib evə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. İntizam buna heç bir etirazı olmadığını bildirib onları evə dəvət etmişdir. Evə daxil olmuş və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra evə baxış keçirilməsinə başlanılmış və ona təklif edilmişdir ki, yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddələr varsa, təqdim etsin. O, girişdən sol tərəfdə yerləşən ayaqqabı şkafında narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu bildirib 01 ədəd bükümü və 01 ədəd qara rəngli torbanı, eləcə də 01 ədəd elektron tərəzini təqdim etmişdir. 01 ədəd qara rəngli torbaya baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş və aşkar edildiyi torbada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa 01 ədəd bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş və elektron tərəzi ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı həmin maddələri də iranlı “Babək” adlı şəxsin göndərdiyi konumdan, yəni Sumqayıt şəhəri ərazisindən əldə etdiyini və deyəcəyi ünvanlara qoyacağını, bunun qarşılığında “Babək”in ona 1000 manat pul verəcəyini bildirmişdir. Daha sonra evə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Şahid2 üzərinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Şahid2 əynində olan şalvarın sağ arxa cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sağ yan cibindən 01 ədəd alışqanı, 01 ədəd saqqız qutusunu, 1 manat 20 qəpik pulu, şalvarının sol arxa cibindən 01 ədəd qəbzi, yenidən şalvarının sağ arxa cibindən 01 ədəd alışqanı və sağ əlindəki üzüyü çıxarıb təqdim etmişdir. Baxış zamanı Şahid2 üzərindən başqa əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş əşyalar özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid2 onun tanışı olduğunu, narkotik vasitələrdən istifadə etmədiyini və aşkar edilmiş maddələrdən heç bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşmənin aparılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmiş və orada aparılmış videoçəkilişlə bağlı protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddəni iranlı “Babək” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb pul qazanmaq üçün əldə etmişdir. “Babək”lə sosial şəbəkədə tanış olmuş və “Whatsapp” vasitəsilə əlaqə saxlamışdır, heç vaxt görməmişdir, buna görə də, anket məlumatları barədə heç nə deyə bilmir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əvvəllər istifadə etdiyi narkotik vasitələri Bakı şəhərində tanımadığı şəxslərdən almışdır. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Tanışı Şahid2 bu cinayətdən məlumatı olmamış və bildiyinə görə narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. "Bakcell” MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə edir. Üzərinə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, başqa heç kim onun üzərinə baxış keçirməmişdir. Nə saxlanılan zaman, nə üzərinə, nə də yaşadığı evə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr ilə ibtidai istintaq dövründə verdiyi ifadələr arasında ziddiyyəti izah edərkən bildirmişdir ki, telefonunun ekran kilidi olmuşdur və ona kilidi açmağını dediklərində o, ekran kilidini açmışdır. Videogörüntüdə əlindəki narkotik vasitəni polis əməkdaşları özləri ona vermişdirlər. Onun cibindən pul və açar çıxmışdır. Polis əməkdaşları çəkilişi düzgün etmədikləri üçün onun evində 4 dəfə videoçəkiliş aparmışdırlar. Polis əməkdaşları onu ailəsi ilə təhdid etdikləri üçün o, narkotik vasitələrin ona məxsus olduğunu demişdir. ***-***-**-** nömrəsi onun nömrəsidir.O, restoranda administrator işlədiyi üçün həmin telefon nömrəsi restoranın işlərinin görülməsi üçün istifadə olunmuşdur .Mesajlar həmin mobil telefondadır. Onun üzərindən iki ədəd telefon çıxmışdır.Mobil telefonların hər ikisinin markası “İphone” olmuşdur.***-***-**-** nömrəsi olan mobil telefonunu ona qaytarmışdırlar. Onun üzərindən 2 mobil telefon çıxmışdır.800-02-05 mobil nömrəsi iş nömrəsi olmuşdur.Onun barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə onu danışdırmamışdırlar. Nərimanov rayon Məhkəməsində hakimin onun uşağının xəstə olması barədə məlumatı haradan almasını bilməmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

20. CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməli beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

21. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

22. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

23. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

24. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

25. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

26. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

27. Maddə 93.1.2. Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

28. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

29. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

30. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

31. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

32. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

33. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

34. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

35. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

36. Maddə 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.

37. Maddə 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;

38. Maddə 139. Cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar,Cinayət Məcəlləsi ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilməlidir.

39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

40. Maddə 318. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

41. Maddə 42.1.4. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

42. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən - 500 qram və daha artıq çəkidə (50000 qrama qədər) narkotik vasitə qurudulmuş marixuana, 2-ci Siyahısının 118-ci bəndinə əsasən - 2 qram və daha artıq çəkidə (400 qrama qədər) psixotrop maddə metamfetamin külli miqdar təşkil edir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

43. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

44. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

45. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

46. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı

47. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

48. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.

49. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

50. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Avropa Məhkəməsinin president hüququ:

51. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

52. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. 53.“Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

54. Məhkəmə təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, psixi zorakılığa məruz qalması səbəbindən ibtidai istintaq dövründə etirafedici ifadələr verməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, o işin faktiki hallarını mübahisələndirərək üzərindən, yaşadığı evdən, dəmir yolu ətrafından aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını bildirmişdir. İbtidai istintaq dövründə etiraf edici ifadələr verməsini ailəsinin da onunla bir qrup şəxs halında cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair hədəyə, yəni psixoloji təzyiqə məruz qalması ilə izah etmişdir(qərarın 19-cu bəndi). İş materiallarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə 02 may 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılarkən o özünü təqsirli bilərək, övladı xəstə olduğundan pula ehtiyacı olması səbəbindən bu işə əl atdığını, təsadüfi tanış olduğu Babək adlı şəxs tərəfindən narkotik vasitəni ünvana qoyması müqabilində ona min manat pul təklif edildiyini, polis əməkdaşları tərəfindən heç bir şiddət və təzyiqə məruz qalmadığını qeyd etmişdir. (cild 1, iş vərəqə 112-117). Bundan başqa iş üzrə şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən günü qapını özü açdığını bildirərək, təqsirləndirilən şəxsdən əvvəl həmin yaşayış evinə başqa şəxslərin, o cümlədən polis əməkdaşlarının gəlməsini inkar etmiş, gözü qarşısında ayaqqabı rəfində narkotik vasitə aşkar edildiyini qeyd etmişdir (qərarın 18-ci bəndi). Göründüyü kimi məhkəmə qeyd edilən halları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə, barəsində həyata keçirilən baxış və götürmə istintaq hərəkəti protokollarının mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilmədiyindən 77,917 qram çəkidə psixotrop maddə metamfetamin və 01 kq 118,59 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ona aid olması işin mübahisəsiz halını təşkil edir (qərarın 29-31, 51-53). Lakin Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün şəxs tərəfindən həmin maddənin dispozisiyasında göstərilən hərəkətlərin edilməsində satış məqsədinin olması sübuta yetirilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş “İphone X” markalı mobil telefona, eləcə də istifadəsində olan ***-***-**-** telefon nömrəsinə dair danışıqların məzmununu özündə əks etdirən CD diskə baxış keçirilərkən sonuncunun narkotik vasitələri satması məzmununda məktublar, tərəzi vasitəsilə ölçüsü müyyən edilən narkotik vasitə şəkilləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin telefonun özünə məxsus olmadığını, baxış həyata keçirilərkən üzərində iki telefon aşkar edildiyini qeyd etsə də məhkəmə iclasında müvafiq istintaq hərəkətinin videogörüntülərlə təqsirləndirilən şəxsin üzərindən yalnız bir telefon aşkar edildiyi müəyyən edilmiş, istintaqın sonrakı mərhələsində məhz həmin telefona baxış həyata keçirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin mütəmadi narkotik vasitələrin satışı ilə məşğul olmasına dair halları, üzərindən, evindən və onun göstərdiyi yerdən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növdə olmasını, miqdarını, həmin maddələri hissə-hissə bölərək həm üzərində, həm evində, həm də dəmiryolunun kənarında saxlamasını nəzərə alaraq hesab edir ki, həmin maddələri təqsirləndirilən şəxs satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır.

55. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Elan edilmiş ittiham isə Təqsirləndirilən şəxs baxış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı narkotik vasitələri və psixotrop maddələri Babək adlı şəxsin göstərişi ilə min manat pul müqabilində müvafiq ünvana qoymaq məqsədilə əldə etməsi barədə ifadələri ilə əsaslandırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini təsdiq edən başqa sübutların olmamasını, başqa sözlə iş materiallarında olan sübutlarla- Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında müvafiq cinayət əməlini törətməsinin təsdiq edilməməsini( məsələn təqsirləndirilən şəxsin telefonuna, istifadəsində olan nömrə vasitəsilə aparılan danışıqlara baxış zamanı hər hansı şəxslə əlbirliliyinin müəyyyən edilməməsini), eləcə də həmin dəlillərin yoxlanması istiqamətində zəruri tədbirlərin görülməməsini, istintaq orqanının yalnız “Babək” adlı şəxs haqqında cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul etməklə kifayətlənməsini nəzərə alaraq hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddələri ilə elan edilmiş ittiham Təqsirləndirilən şəxs elan edilmiş ümumi ittihamdan xaric edilməlidir (qərarın 41-ci bəndi). 56.Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

57. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 29-31, 51-53-cü bəndləri) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

58. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin və narkotik vasitənin qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 42) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

59. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 28-ci bəndi). 60.Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (qərarın 20-ci bəndi).

61. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 21-24-cü bəndləri).

62. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir.

63. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

64. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

65. Təqsirləndirilən şəxs ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 16-cı, 25-ci bəndi).

66. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 27), Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 112-117).

67. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir(qərarın 26-cı bəndi).

68. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

69. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 01 kq 118,29 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 77,817 qram qalmış psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd “İphone X” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində keçirilmiş baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd CD disk,”Bakcell” MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 8-ci, 14-cü, 35-37-ci bəndləri).

70. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyə əsasən təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsi zərurəti olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir (qərarın 7, 27-ci bəndi).

71. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 186 (yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 5-6, 39-cu bəndləri).

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham Təqsirləndirilən şəxs elan edilmiş ümumi ittihamdan xaric edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01 kq 118,29 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 77,817 qram qalmış psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilsin; 01 ədəd “İphone X” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd CD disk,”Bakcell” MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova

Fəxri Məmmədov

Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar