Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1674/2021 19.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X6 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı şəhəri, S.Vurğun küçəsi, ev 34 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi - 356,698 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən yaşadığı fərdi evdə gizlətməklə saxlamış, daha sonra həmin psixotrop maddənin üzərindən təmiz çəkisi 9,688 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürərək bir ədəd bükümə yığıb satış məqsədilə üzərində saxlamaqla daşımış, 09 iyun 2021-ci il tarixdə, saat 17:30 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi, Mərdəkan şossesi 63 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 3 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 19:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,688 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 09 iyun 2021-ci il tarixdə saat 20:30 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə aparılan baxış zamanı Təqsirləndirilən şəxs evinin qonaq otağındakı uşaq çarpayısının yanında qara rəngli kompüter çantasının içərisində gizlətdiyi və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdəki ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən bir ədəd bükümdə təmiz çəkisi 347,010 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və səthində metamfetaminin izlərinin olduğu bir ədəd 20x15 sm ölçüdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə ona Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 iyun 2021-ci il tarixdə axşam saat 17:30 radələrində Bakı şəhəri, Xəzər rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, o da heç bir etiraz etməyərək onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə və narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra üzəriə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Poco” markalı mobil telefon, 25 iyirmi beş manat pul, bir ədəd açar aşkar olunmuşdur. Sonra bir bükümdə metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 12 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Poco” markalı mobil telefon götürülmüş, 25 manat pul, bir ədəd açar ona geri qaytarılmışdır. Sorğu zamanı həmin psixotrop maddənin özünə məxsus olduğunu, həmçinin yaşadığı evdə psixotrop maddə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evə getmişdir. Həmin evin girişindən sağ tərəfdə olan qonaq otağındakı uşaq çarpayısının yanında saxladığı bir ədəd qara rəngli kompüter çantasını təqdim etmişdir. Həmin çantanın içindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 344 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Əlavə olaraq bildirmişdir ki, əvvəllər heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, təxminən 1 ildir psixotrop maddə olan metamfetamindən istifadə edir, üzərindən və yaşadığı evdən aşkar olunmuş psixotrop maddəni tutulmamışdan təxminən 10 gün əvvəl şəxsi istifadəsi üçün əldə etmişdir. Ondan aşkar edilmiş narkotik vasitələri satmaq niyyəti olmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən özündə olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 iyun 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, «Seymur» adlı şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxs xx xxxx 1985-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra o digər polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 09 iyun 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi, Mərdəkan şossesi 63 ünvanının yaxınlığına yollanmışdır. Orada müşahidələr aparmağa başlamışlar və Təqsirləndirilən şəxs qeyd olunan yerdə saat 17:30 radələrində müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları olduqlarını bildirib onu Azərbaycan Respublikası DlN-nin BNMİ-nə dəvət etmişlər. Seymur Abdlullayev də heç bir etiraz etməyib onlarla birlikdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nə getmişdir. Azərbaycan Respublikası DİN-nin BNMİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla İdarə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşuya həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X7 09 iyun 2021-ci il tarixdə, saat 19:00-da Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi X4 və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim edərək psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Şəxsi axtanş zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd «Poco» markalı mobil telefon, 25 manat pul və 01 ədəd açar aşkar olunmuşdur. Daha sonra 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 12 qram olması müəyyən edilmişdir. Həmin kütlə içi boş ağ rəngli zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd «Poco» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 25 manat pul və 01 ədəd açar isə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı kimi tanıdığı «Şahin» adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu ərazisində gizlədilən yerdən götürdüyünü, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən yaşadığı nömrəsiz fərdi evdə psixotrop maddə saxladığını, həmin maddəni təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən yaşadığı nömrəsiz fərdi evə polis əmkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizəsi alındıqdan sonra onun öz iştirakı ilə yaşadığı qeyd olunan ünvana yollanmışlar. X7 09 iyun 2021-ci il tarixdə, saat 20;30-da Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi X4 və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə həmin ünvana baxış keçirməyə başlamışdır. Baxış keçirilməzdən əvvəl X7 şübhəli şəxs Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, eləcə də saxlanması qanunla qadağan edilmiş əşyaları və sənədləri təqdim etməyi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin girişindən sağ tərəfdə olan qonaq otağındakı uşaq çarpayısının yanında saxladığı 01 ədəd qara rəngli kompyuter çantasını təqdim etmişdir. Həmin çantanın içərisindən 01 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 344 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər həmin kütlə və 01 ədəd elektron tərəzi içi boş ağ rəngli zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Evin digər otaqlarına baxış keçirilsə də əhəmiyyət kəsb edən hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Qeyd olunanlarla bağlı X7 tərəfindən müvafiq protokollar tərtib edilərək tərəflərindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 10 iyun 2021-ci il tarixli, 6/2346 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 9,688 qram ağ rəngli, kristalşəkilli kütlə (№1M) kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs oğlkunun yaşadığı evdən ...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bağlamada təmiz çəkisi 347,010 qram ağ rəngli, kristalşəkilli kütlə (№1M) kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd 20x15 sm ölçüdə elektron tərəzinin səthində metamfetamin izləri müəyyən edildi. Tərəzinin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək və eyniləşdirmə üzrə tədqiqat aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2021-ci il tarixli, 2810 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksiyasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 09 iyun 2021-ci il tarixli protokoldan görünür ki, 09 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd «Poco» markalı mobil telefon, 25 manat pul, 01 ədəd açar aşkar olunmuşdur. Sonra həmin bir bükümdə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 12 qram olmuşdur. Sonra həmin kütlə içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd «Poco» markalı mobil telefon götürülmüş, 25 manat pul və 01 ədəd açar isə sonuncuya geri qaytarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “evə baxış keçirilməsi və götürülmə aparılması haqqında” 09 iyun 2021-ci il tarixli protokoldan protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə 09 iyun 2021-ci il tarixdə videoçəkilişdən stifadə etməklə baxış keçirilmiş və baxış zamanı həmin evin girişindən sağ tərəfdə olan qonaq otağındakı uşaq çarpayısının yanında saxladığı 01 ədəd qara rəngli kompyuter çantasını təqdim etmişdir. Həmin çantanın içərisindən 01 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 344 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər həmin kütlə və 01 ədəd elektron tərəzi içi boş ağ rəngli zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi onun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 11 iyun 2021-ci il tarixdə vermiş olduğu ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, həmçinin 10 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, 09 iyun 2021-ci il tarixdə axşam saat 17:30 radələrində Bakı şəhəri, Xəzər rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, o da heç bir etiraz etməyərək onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra üzəriə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Poco” markalı mobil telefon, 25 iyirmi beş manat pul, bir ədəd açar aşkar olunmuşdur. Sonra bir bükümdə metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 12 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Poco” markalı mobil telefon götürülmüş, 25 manat pul, bir ədəd açar ona geri qaytarılmışdır. Sorğu zamanı həmin psixotrop maddənin özünə məxsus olduğunu, həmçinin yaşadığı evdə psixotrop maddə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evə getmişdir. Həmin evin girişindən sağ tərəfdə olan qonaq otağındakı uşaq çarpayısının yanında saxladığı bir ədəd qara rəngli kompüter çantasını təqdim etmişdir. Həmin çantanın içindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 344 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Əlavə olaraq bildirmişdir ki, o heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, təxminən 1 il olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edirmiş, üzərindən və yaşadığı evdən aşkar olunmuş psixotrop maddəni təxminən tutulmamışdan 10 gün əvvəl Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 400 manata həm şəxsi istifadəsi, həm də satış məqsədilə əldə etmişdir. İlk dəfə olaraq belə bir iş görərək pul qazanmaq istəmiş, lakin tutulduğundan istəyinə nail ola bilməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Xəzər rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barəsində təqdimata məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs izahatında 5-6 ay olar ki, narkotik vasitə olan metamfetamindən istifadə etdiyini, İran vətəndaşı olan Şahin adlı şəxslə internet vasitəsilə tanış olduğunu, onlayn qaydada ondan narkotik vasitə əldə edərək bildirdiyi ünvanlara çatdırdığını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən və yaşadığı evdən narkotik vasitə olan metamfetamin aşkar olunduğunu və əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəni onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də cinayət təqibi üzrə toplanmış digər mötəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi obyektiv həqiqəti əks etdirir və məhkəmə həmin ifadələri sübüt növü kimi qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin külli miqdarda, yəni 356,698 qram çəkidə olması, habelə ondan səthində metamfetaminin izləri olan elektron tərəzinin də aşkar edilməsi Təqsirləndirilən şəxs həmin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etdiyini təsdiq edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları – 04 mart 2016-cı il təvəllüdlü X3 və 2012-ci il təvəllüdlü X1 vardır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut kimi tanınmış Xəzər RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra çəkisi 356,618 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin, həmçinin evə baxış və götürmənin keçirilməsini özündə əks etdirən 02 ədəd disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. İş üzrə maddi sübut kimi tanınmış Xəzər RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra çəkisi 356,618 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin, həmçinin evə baxış və götürmənin keçirilməsini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1674/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1674/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver