Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1674/2023 19.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, yataqxana, ev 15-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, ev 35, mənzil 191-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Seyfur Rza» adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında özünə məxsus ***-***-**-** nömrəli «Redmi Not-8» markalı mobil telefonu ilə qeydiyyatdan keçirtdiyi «Whatsapp» ani mesajlaşma tədbiqi üzərindən istintaqa məlum olmayan bank kart nömrəsinə 300 manat göndərmiş və «Seyfur Rza» adlı şəxsin 27 fevral 2023-cü il tarixdə, saat 17 radələrində əvvəlcədən aralarındakı razılığa əsasən istintaqa məlum olmayan şəxs tərəfindən Xətai rayonu, Xəzər küçəsi, 4 ünvanında qoyulmuş 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 15105 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin və İdarənin 37ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 27 fevral 2023-cü il tarixdə, saat 17:45-də ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2İnin 37-ci PŞ-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində 01 ədəd qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 15105 qram, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində ***-***-**-** nömrəsi olan «Redmi Not-8» markalı mobil telefonu aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, saxlanıldığı gündən 10-15 gün qabaq internet vasitələrində qabağına çıxan narkotik vasitə satıcısı “Seyfur Rza” adlı şəxsin nömrəsini götürmüşdür. “Whatsapp” proqramı vasitəsilə onunla əlaqə saxlayaraq öz şəxsi istifadəsi üçün 40 qram çəkidə narkotik vasitə marixuana istəmişdir. Bir müddət keçəndən sonra “Seyfur Rza” adlı şəxsə kart vasitəsilə 300 manat pul köçürmüşdür. 300 manat pulun müqabilində sonuncu ona 40 qram marixuana verməli idi. Seyfur Rza 1 həftə sifarişi gecikdirmişdir. xx.xx.2023cü il tarixdə Seyfur Rza özü ünvan 5 ünvanından narkotik maddəni götürə biləcəyini ona yazmışdır. O, həmin vaxt Sabunçu rayonu, Ramana qəsəbəsində olmuşdur. Seyfur Rza özü ona “Whatsapp” proqramı vasitəsilə narkotik maddəni deyilən ünvana qoyduğunu və həmin ünvana çatmamışdan 10 dəqiqə qabaq ona xəbər etməyi bildirmişdir. O, öz avtomaşını ilə ünvan 5 ünvanına çatana kimi Seyfur Rza dəfələrlə onunla əlaqə saxlamışdır. O, deyilən ünvana gəlib çatanda çəpərin qutaracağında məişət tullantıları olan məkan var idi. Həmin yerdə avtomaşını saxlayıb 40 qram narkotik maddəni götürmək istəmiş, amma tapa bilməmişdir. Bu zaman Seyfur Rzaya görüntülü zəng edərək sifarişi tapa bilmədiyini bildirmişdir. O, biraz qabağa gedəndən sonra irəlidə tullanmış kamaz təkəri görmüş, həmin təkərin içində qara sellofana qoyulmuş əşya olmuşdur. O, həmin qara sellofanda olan əşyanı götürməmiş və ilk əvvəl məişət tullantısı olduğunu zənn etmişdir. Onun sifariş verdiyi narkotik vasitənin çəkisi 40 qram olmalı idi. Seyfur Rza dəfələrlə ona qara sellofanı götürməyini təkid etsə də, həmin qara sellofanı götürməmiş və açıb içinə baxmamışdır. O, avtomaşınına çatıb əyləşib getmək istəyəndə tanımadığı adamlar onu avtomaşından çıxardıb sürüyə-sürüyə kamaz təkərin yanına apamışlar. Həmin tanımadığı şəxslər 7 nəfər olmuşdular. Ondan soruşanda ki, sən bunun üçün gəlmisən, o, “bunun üçün gəlmədiyini, onun olmadığını, əgər bunun üçün gəlsəydi götürüb gedə bilərdi” deyə cavab vermişdir. Ona qara sellofanı açmağa məcbur etsələr də o açmamışdır. Onlar 2 avtomaşın ilə gəlmişdilər, onun avtomaşınına əməliyyatçılardan biri oturdu, onu digər avtomaşına mindirdilər və 3 avtomaşınla Xətai RPİ-nin 37-ci PŞ-ə getmişlər. Bu həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə, saat 17:21 radələrində onun ən axırıncı yazışmağından 1 dəqiqə sonra onu polis əməkdaşları saxlamışlar. Həmin tarixdə, saat 17:37-də onun adından telefonunda, onun avtomaşınını sürən əməliyyatçı Seyfur Rzaya “Ok götürdüm” deyə yazmışdır. Onlar bölməyə çatandan sonra polis əməkdaşları narkotik vasitəni onun üstünə qoymaq istəmişlər. Ona orada evinə baxış keçirilərək 2 kq kakos adlı narkotik vasitə çıxaracaqları ilə hədələmişlər. Onun evinə baxış keçirilməmiş, çünki o, ittihamda elan olunan cinayət əməlini boynuna almışdır. Həmin tarixdə, saat 19:58-də əməliyyatçılarla oturduqları otaqda telefona sms gəlmiş, əməliyyatçılardan biri çıxıb içəri girərərək rəisə müraciət etmişdir:”Rəis, bəlkə telefonu açasız, bəlkə yenə də nəsə gəlib?” Onun telefonunu uçuş rejimindən çıxartmışlar, dərhal telefonuna sms gəldi və sms-in mövzusu belə olmuşdur: ”Mən sənə deyirəm, sənə atılan malın 100 qramını götür, qalan hissəsini mən sənə deyərəm hara atarsan”. Onun zənnincə, bu qurmadır, çünki o, kuryer deyil və birinci dəfə idi ki, Seyfur Rzadan 40 qram narkotik vasitə istəmiş və bu günə kimi heç bir İran vətəndaşından narkotik vasitə istəməmişdir. O, nə bunun satışı ilə məşğuldur, nə də üzünə duran şəxs var, nə də onun əlbir olduğu şəxs var. O, suallara cavab olaraq bildirmişdir ki, Seyfur Rza ilə 15 kq marixuana ilə bağlı heç bir danışığı olmamış, yalnız 40 qram marixuana ilə bağlı danışıq olmuşdur. O, kamaz təkərinin içində olan üzəri A4 vərəqlər və yapışqan lentlə bağlanmış qara sellofanı görmüşdür. Seyfur Rzaya 300 manat pulu tutulmamışdan 1 həftə qabaq göndərmişdir. O, ancaq marixuana istifadə edir. 2010-cu ildən narkotik maddə istifadəçisidir. O vaxtlar narkotik maddələrin satış dövriyyəsi bu qədər böyüməmişdir. Onun zənnincə, narkotik vasitənin məhz marixuana növünün seçilməsi uyğun gəlməsi üçündür. O, 40 qramlıq narkotik maddəni götürməyə getmiş, qramını bildiyi üçün 15 kq olan sellofanı götürməmişdir. Seyfur Rzaya qara bağlamanın ona aid olmadığını bildirmişdir. 40 qram narkotik maddəni şəxsi istifadəsi üçün sifariş vermişdir. Heç bir dostuna, tanışına narkotik maddə nə hədiyyə, nə də təklif etməmişdir. Seyfur Rzadan başqa heç kimdən narkotik maddə almamışdır. O, ünvan 5 ünvanında saat 17:15 radələrində olmuşdur.“Toyota Prius” markalı, qırmızı rəngli, **-GK- *** dövlət qeydiyyat nömrəli avtomaşınla həmin ünvana getmişdir. Avtomaşını günlük icarəyə götürüb etibarnamə ilə idarə etmişdir. Onu polis əməkdaşları “Ford Konnekt” markalı, tranzit nömrəli avtomobilə əyləşdirmişlər, həmin avtomaşında sürücüdən başqa 1 nəfər qabaqda, 3 nəfər arxada əyləşmiş, arxada “Xəzər” markalı avtomaşın olmuş, orada əməliyyatçıların rəisi əyləşmiş, onun avtomaşınını isə bir əməliyyatçı sürüb 37-ci polis şöbəsinə gətirmişlər. Bölməyə gəldikdən sonra avtomaşınına baxış keçirmişlər, heç nə tapmamışlar. Onun yolun kənarında 15 kq narkotik vasitə ilə durmağı mümkünsüzdür. Həmin yer yol kənarından 250 metr içəridədir. Onu saxlayarkən orada olan 7 nəfərin hamısını üzdən tanıyır, bir nəfər çəkiliş etmişdir. Qara sellofanı həmin şəxslər avtomaşın açarı ilə biraz aralayıb baxaraq “nəşə” olduğunu bildirmişlər. 15 kq marixuana göndəməklə Seyfur Rzanın məqsədi onu tutdurmaq olmuşdur. Onun fikrincə, Seyfur Rza əməliyyatçılarla əlbir olmuşdur. Onun telefonunda 15 kq marixuna ilə bağlı heç bir danışıq olmamışdır. Onun qazancı 1500-1600 manat təşkil etmişdir. Onun günahsız olmağını sübut etmək məhkəmə üçün cox asandır. Əgər o, cinayət törətmişdirsə, hadisə polis əməkdaşlarının dedikləri kimi olubsa CM-nın 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmış ən ağır cəzayə belə razıdır, əks halda məhkəmədən ədalətli qərar çıxarılmasını, ona bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Xətai rayonu, Gəncə prospekti, Əbilov küçəsi, ev 35-də anası ilə birlikdə yaşayır. Rəsmi iş yeri yoxdur və o, Toyota Prius markalı, ** GK *** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin ortalarından narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. O, əvvəllər narkotik vasitə aldığı şəxsləri tanımamışdır. Lakin 2023-cü ilin yanvar ayından başlayaraq sosial şəbəkələrdən tanış olduğu özünü Seyfur Rza kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və sonuncu ona +98-914- 531-3001 saylı nömrəsini vermiş və həmin nömrə ilə öz ***-***-**-** saylı nömrəsilə Whatsapp vasitəsilə ilə bir-birilə əlaqə saxlamışlar. Belə ki, Seyfur Rza ona narkotik vasitə olan qurudulmuş marixuana sata biləcəyini demişdir. Yəni göndərdiyi hazırda nömrəsi yadında qalmayan bank kartı vasitəsi ilə pul göndərirmiş və S.Rza da ona əvəzində hər qramı 10 manat olmaqla Bakı şəhərinin müxtəlif ünvanlarında narkotikin yerini deyirmiş gedib götürmüşdür. Onun göndərdiyi kartın nömrəsi 24 saatdan sonra pozulduğu üçün nömrəsini verə bilmir. Sonuncu dəfə 2023-cü ilin fevral ayının 22-də S.Rza ilə “Whatsapp” vasitəsilə əlaqə saxlamışdır. Sonuncu ona hazırda fikrində qalmayan kart nömrəsi göndərmiş və o, həmin karta 300 manat Milliön vasitəsi ilə göndərmişdir ki, ona 30 qram marixuana göndərsin. Lakin S.Rza bir neçə gün onun telefonuna cavab verməmişdir. 27 fevral 2023-cü il tarixdə, günorta vaxtları S.Rza onun telefonuna zəng edərək narkotik vasitəni göndərəcəyini demişdir. Həmin günü saat təxminən 16-17 radələrində ona zəng edərək bildirmişdir ki, Xətai rayonu, ünvan 8 ünvana narotik vasitə marixuana qoyulmuşdur gedib götürsün. Həmçinin demişdir ki, orada marixuana 1 kisədədir. Oradan 100 qramını götürüb və qalan hissəsini isə onun dediyi ünvana çatdırar. O nəyə görə verdiyi pulun əvəzindən çox göndərməsinin səbəbini soruşduqda, bildirmişdir ki, əlavə marixuananı kisəni başqa ünvana çatdırmağı üçündür. Həmin günü saat təxminən 17.30 radələrində həmin yerə getmiş və həqiqətən boş torpaq sahəsində qara kisəni görmüşdür. Onu qaldırdıqda çəkisinin çox olmasını hiss etmişdir. Həmin kisəni qaldırıb oradan getmək istədikdə özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər ona yaxınlaşıb özünü təqdim etməyi və əlindəki kisədə nəyin olmasını soruşmuşlar. O, özünü təqdim edikdən sonra çıxılmaz vəziyyətdə qalaraq hər şeyi etiraf edib, həmin kisədə olan maddənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra əlindəki kisə ilə birlikdə onu Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Şöbədə xidməti otaqlardan birində üzərində və əlində şöbəyə gətirdiyi kisəyə şəxsi axtarış və götürmə aparılmışdır. O, üzərindən olan yuxarıda göstərdiyi nömrə ilə birlikdə Redmi markalı mobil telefonunu stolun üzərinə qoymuşdur. Lakin üzərindən heç qanuna zidd əşya, maddə və ya predmet aşkar olunmamışdır. Həmçinin ona məxsus olan bir ədəd kisədə olan maddənin nə olması soruşulduqda bildirmişdir ki, narkotik vasitə olan marixuanadır, onu iranlı vətəndaş Seyfur Rzanın sifarişi ilə götürmüşdür ki, onun dediyi ünvana çatdırsın. Həmçinin onun bir hisəsini də Rzadan özü üçün istifadə etmək məqsədi ilə 300 manata aldığını demişdir. Sonra həmin narkotik vasitə və telefon möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitələrdən özü üçün istifadə edir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin sonuncu dəfə Seyfur Rza nə üçün çox marixuana göndərməsini başa düşməmişdir. Sonradan demişdir ki, çox hissəsini kiməsə çatdırmalıdır. Lakin tutulduğu üçün bilməmişdir, o malı kimə çatdırmalıdır. Həmin narkotik vasitə tərəzidə çəkildikdə 15,64 kiloqram olması müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməklə istifadə etməsi, satması və daşıması barədə ona məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanunauyğun formada yoxlanılmasına icazə verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır, Xətai RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 qrupun üzvü təyin olunmuşdur. Həmin gündə ünvan 5 ünvanı müşahidə altına almışlar və Nadim adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, Xəzər küçəsində əlində qara rəngli sellofan torba ilə piyada hərəkət etdiyini görüb əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər, ondan sonra onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik maddəni Seyfur Rza adlı şəxsdən aldığını etiraf etmiş, Seyfur Rzadan 300 manat müqabilində 40 qram narkotik maddəni özü üçün sifariş verdiyini, qalanını tanımadığı adama satmaq məqsədilə götürmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, 8 noyabr prospektində Luna Park əyləncə mərkəzinin yaxınlığında yolun sağ istiqamətində, xx.xx.2023-cü il tarixdə, saat 17:45 radələrində Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan torba uzaqdan gözlə görünən ölçüdə olmuşdur. Onlara Təqsirləndirilən şəxs narkotik maddələrin istifadə etməsi, satması və daşıması barədə məlumat daxil olmuşdur. İlk öncə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onlarla şöbəyə getməyə dəvət etdikdə heç bir etiraz bildirməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 məxsus xidməti avtomobil ilə getmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı yerdən 37-ci PŞ-nə 15-20 dəqiqə müddət ərzində çatmışlar. Təqsirləndirilən şəxs şəxsi axtarış aparılarkən çəkiliş zamanı tədbirdə iştirak edən polis əməkdaşlarından başqa heç kim olmamıdır. Həmin çəkiliş zamanı Təqsirləndirilən şəxs heç bir etirazı olmamışdır. Təqsirləndirilən şəxs 300 manata aldığı 40 qram narkotik maddəni öz istifadəsi, qalan narkotik maddəni Seyfur Rza adlı şəxsdən satmaq məqsədilə əldə etdiyini etiraf etmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən özünə məxsus telefon aşkar olunmuşdur. Ona ünvan 5 ünvanında uzun boylu, seyrək saçlı bir şəxsin narkotik vasitələrin əldə etməsi barədə məlumat daxil olmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı sənədləşmə işlərini apardıqdan sonra rəis tərəfindən həmin məlumatın qanuni şəkildə yoxlanılmasına icazə verilmişdir. Məlumat ona xx.xx.2023-cü il tarixdə, səhər saatarında daxil olmuşdur. Tədbirin həyata keçirilməsi ilə bağlı bütün qanuni sənədləşmə işlərini hazırlamağa başlamışlar. Təqsirləndirilən şəxs yol kənarından içəridə saxlanılması barədə verdiyi ifadə həqiqəti əks etdirmir. Əməliyyat qrupu ondan və Şahid2 ibarət olmuşdur. Tədbirə Şahid2 məxsus xidməti avtomobillə getmişlər. Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi kamaz təkərini görməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 19:58 radələrində Təqsirləndirilən şəxs harda olması ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs evinə baxış onun səlahiyyətlərinə aid olmadığına görə keçirtməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və şöbədə olan zaman heç bir etiraz, narazılıq bildirməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə əməliyyat müvəkkili Şahid1 narkotik vasitələrin əldə olunması ilə məlumat daxil olmuşdur. Şahid1 əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanunauyğun formada yoxlanılmasına icazə verilmişdir. Onlar da bu tədbirin həyata keçirilməsi ilə bağlı bütün lazımi sənədləşmə işlərini aparmışlar. Sonra onlar ünvan 1 ünvanını müşahidə altına almışlar və verilən məlumata uyğun olan bir nəfər şəxsin əlində qara sellofan torba ilə hərəkət etdiyini görmüşlər və qrup rəhbəri Şahid1la ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs heç bir narazılıq bildirməmiş, müqavimət göstərməmişdir. Qrup rəhbəri ilə birlikdə saxlanılan şəxsi xidməti avtomobilinə əyləşdirib Xətai rayonu, 37ci PŞ-yə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs narkotik vasitəni Seyfur Rza adlı şəxsdən aldığını söyləmişdir. Həmin narkotik vasitənin 300 manat dəyərində olan hissəsinin özünə aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs özünə məxsus telefonda “Whatapp” proqramında Seyfur Rzaya həmin narkotik vasitənin götürülməsi ilə bağlı “OK götürdüm” cavab vermişdir. Şəxsi axtarışla bağlı çəkiliş zamanı Təqsirləndirilən şəxs olanları etiraf etmişdir. Təqsirləndirilən şəxs götürülən qara sellofan torba möhürlənib yapışqan lentlə bağlanıb ekspertizaya göndərilmişdir. O suallara cavab olaraq bildirmişdir ki, məlumat qrup rəhbəri Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs xidmət apardıqları Bakı şəhəri, Xətai rayonunun sakini deyildir. Seyfur Rza adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilsə də şəxsin İran İslam Respublikasının vətəndaşı olduğuna görə nəticələr əldə edə bilməmişlər. Təqsirləndirilən şəxs özü də şöbədə 300 manat müqabilində 40 qram narkotik vasitəni öz istifadəsi üçün sifariş verdiyini etiraf etmiş, qalan narkotik vasitənin də sonra Seyfur Rzanın deyəcəyi yerə aparıb qoymalı idi. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məlumat qrup rəhbəri Şahid1 daxil olduğundan məlumatın saat neçədə daxil olduğunu bilmir. Daxil olan məlumata əsasən xx.xx.2023-cü il tarixdə, saat 17:45 radələrində ünvan 1 ünvanında bir nəfər şəxsin qara rəngli sellofan torbanı götürərək hərəkət etməsini müşahidə etmişlər və yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs dərə tərəfdən yola tərəf hərəkət edən zaman yol qırağına çatanda ona yaxınlaşıb saxlamışlar. ünvan 1 ünvanına ona məxsus “Ford Doblo” markalı xidməti avtomobili ilə getmişlər. M.İmanverdiyevin ünvan 1 ünvanına avtomobil ilə gəldiyini görməmişdir. Şöbədə sənədləşmə işləri aparılandan sonra öz marağı üçün Təqsirləndirilən şəxs saxlanıldığı yerə yenidən gedib ətrafa göz gəzdirmişdir. Saxlanılan şəxsin evinə baxış keçirtmək həm əməliyyat-axtarış tədbirlərinə aid olmadığına görə, həm də şəxs özü hər şeyi etiraf etdiyinə görə evinə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman Seyfu Rza adlı şəxsin kart hesabına 300 manat atıb, müqabilində 40 qram narkotik vasitəni öz istifadəsi üçün alıb qalan hissəni isə Seyfur Rza adlı şəxsin deyəcəyi yerə aparıb qoyacağını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsindədir, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 27 fevral 2023-cü il tarixdə ünvan 10 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməklə istifadə etməsi, satması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Polis Şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanunauyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, o özü həmin qrupun rəhbəri, Xətai RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 isə qrupun üzvü təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Keçirilmiş ilkin əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün ünvan 5 ünvanı müşahidə altına alınmışdır. 27 fevral 2023-cü il tarixdə saat 17:45 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Xəzər küçəsində əlində qara rəngli selofan torba ilə birlikdə piyada hərəkət etdiyini görüb əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, ondan özünü təqdim etməsini xahiş etmişlər. O da adının Nadim, soyadının isə İmanverdiyev olmasını bildirdikdə sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər, o da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra onun şəxsiyyəti dəqiqləşdirilmiş, bu barədə raport yazıb şöbə rəsinə məruzə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. 37-ci Polis Şöbəsində hüquq və vəzifələri izah edilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış olmuş, paltarında, əşyalarında və ya bədənində olan qeyri-qanuni əşyaları təqdim etməsi ona təklif olunmuş, əks təqdirdə üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki paltarında qanunla qadağan edilmiş heç bir əşyanın olmadığını bildirmiş, eyni zamanda o, saxlanıldığı vaxt əlində olan qara rəngli sellofan torbanı və «Redmi Not-8» markalı mobil telefonu təqdim etmişdir. Həmin selofan torbaya baxış keçirilmiş və torbada spesifik iyə malik olan yaşıl ot halında maddə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş və həmin yaşıl rəngli ot halında olan maddənin çəkisi 15,64 kiloqram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəninin nə olması, nə vaxt və haradan alması soruşulduqda, bildirdi ki, 2-3 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Torbada olan həmin maddəni xx.xx.2023cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Seyfur Rza adlı şəxsin ona göndərdiyi Xətai rayonu, Xəzər küçəsi, 4 ünvanından götürmüş, onun 300 manat olan hissəsinin ona məxsus olması və qalan hissəsini isə İran vətəndaşı Seyfur Rzanın deyəcəyi ünvana çatdırmaq üçün əldə etdiyini bildirmişdir. Daha sonra təqdim olunmuş mobil telefon və narkotik vasitə marixuanaya oxşar maddə zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə onun və baş əməliyyat müvəkkili Şahid2 tərəfindən yaxalandığı zaman həmin 15,64 kiloqram çəkidə olan qara sellofan torba onun əlində olmuş, bu şəkildə də o, Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilmiş və orada videoçəkilişdən istifadə etməklə, müdafiəçinin iştirakı ilə axtarış və götürmə keçirilərkən həmin narkotik vasitə ondan götürülmüşdür. Şöbədə sorğu-suallara cavab verərək Təqsirləndirilən şəxs bildirmişdir ki, torbada olan həmin maddəni xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Seyfur Rza adlı şəxsin ona məkan göndərdiyi, Xətai rayonu, Xəzər küçəsi, 4 ünvanından özünə qəbul etmək üçün 300 manata və qalan hissəsini isə İran vətəndaşı Seyfur Rzanın deyəcəyi ünvana çatdırmaq üçün əldə etmişdir. Onun yaxalanması zamanı 6-7 nəfər deyil, yalnız o özü və Şahid2 iştirak etmişlər, Təqsirləndirilən şəxs heç bir psixoloji təsir olmamış, ona «nə deyirlərsə onu et»sin sözünü deyən olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v. 1) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai RPİnin 37-ci PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun cinayət əməlinin ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (i.v. 5) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18.45-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 17.45-dən tutulmuş hesab edilmişdir. (i.v. 19) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində, paltarında qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi xahiş edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxsYadulla oğlu əlində olan qara rəngli bir ədəd sellofan torba və üstündə olan «Redmi Not-8» markalı mobil telefonu təqdim etmiş, həmin sellofan torbaya baxış keçirilmiş, torbada spesifik iyə malik olan yaşıl ot halında maddə aşkar olunmuş, tərəzidə çəkilmiş, maddənin çəkisi 15.64 kq olmuşdur. Sorğu zamanı kisədə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu bir hissəsini özü istifadə etmək məqsədi ilə 300 manata və qalan hissəsini isə İran vətəndaşı Seyfur Rzanın deyəcəyi ünvana çatdırmaq üçün əldə etdiyini və əlində saxladığını bildirmişdir. (i.v. 38-39, 64) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/302 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ”Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş...» yazıları və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 15105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v. 37-39) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alımış videogörüntülərin köçürüldüyü 01 ədəd “DVD- R” formatlı disk, üstündə ***-***-**-** saylı nömrə olan Təqsirləndirilən şəxs istifadə etdiyi “Redmi Not-8” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 15105 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 15104,8 qram saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. (i.v. 48, 169-177) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 51-52) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mənzilində axtarış aparılmış, qanunla qadağan olunmuş əşya tapılmamışdır. (i.v. 69-70) Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(011)-155/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 81-84) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 93) «Mobil telefona baxiş keçirilməsi barədə» 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus istifadəsində olan qara rəngli İMEİ 1 **********59568, İMEİ 2 **********59576 kodlu “Redmi Note 8” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, mobil telefonda ***-***-**-** saylı nömrə və “WhatsApp” sosial şəbəkəsinin olması aşkar edildi. “WhatsApp” tətbiqində yaddaşda Təqsirləndirilən şəxs tərəfindən «Seyfur Rza» adı ilə qeydə aldığı +98 914 531 3001 saylı nömrəsi ilə danışıqlara baxış zamanı aşağıdakı tarixdə, müddətdə və növdə danışıqların olması, fotoşəkillərin göndərilməsi məlum oldu. «Seyfur Rza» adı ilə qeydə alnmış kontaktın “WhatsApp” profilində şəhadət barmağın açıq vəztyyətdə olan insan əli, «Bizdə büyük ya da güclü olan kazanmaz oğlul, Allah kimin yanındaysa o kazanır» yazıları vardır. Həmin danışıqlara baxış zamanı müəyyən edilmişdir ki, “WhatsApp” tətbiqində yaddaşda Təqsirləndirilən şəxs tərəfindən «Seyfur Rza» adı ilə qeydə aldığı +98 914 531 3001 saylı nömrədən Təqsirləndirilən şəxs Seyfur Rzaya xx.xx.2023-cü il tarixdə, saat 15.26-da “Nə deyirəm sənə, sən mənə səs at, mən elə yerdəyəm ki, şey eləyə bilmirəm, danışa bilmirəm, səs ata bilmirəm. Yaz mənə, səs at mənə görüm qramını neçəyə verirsən mənə, qramını neçəyə hesablıyıb verirsən mənə? Gülün qramını de mənə.”mesajına Seyfur Rza saat 15.27-də “Qaqa sənə doqquzdan verəcəs sənin başına dolanım, doqquz manatdan” deyə cavab vermişdir. Seyfur Rzadan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15.28-də tərəzi üzərində plastik qabın içərisində yaşıl-qəhvəyi rəngdə ot mənşəli maddə qoyulub. Tərəzidə çəkisi 94 göstərilib. Saat 15.28-də Seyfur Rzadan Təqsirləndirilən şəxs “Qaqa canıvı alım, grürsən, mən sənə bu nəşəni verəcəm bax bomba”, saat 15.28-də “Qaqa vallah hamıya ondan vermişəm, sənə doqquzdan dedim. Neynək səkkizdən verərəm, bundan aşağı eləyəmmirəm qardaş canı” mesajlarına Təqsirləndirilən şəxs saat 15.28-də “Ona görə yeddidən elə at gəlsin də tez elə bir az” cavabı vermişdir. Seyfur Rzadan Təqsirləndirilən şəxs saat 15.33-də “İndi səbirli ol sənin canıvı yeyim, sənə deyəndə çıx 35 sənə nəişə bağladıram” mesajına Təqsirləndirilən şəxs” Mənə de görüm indii o dedin 300 manat atmısan 350 manat atacam 350 manatlıq neçə qram mənə atırsan bir dənə onu de görüm” cavabi verilmişdir. Seyfur Rzadan Təqsirləndirilən şəxs saat 15.44-də “Qaqa qardaşa la qardaşa deyirəm mən sənə səng vuracağdım elə deyirəm qırx dənə bağlasın da sənin başına dolanım deyirəm qırx dənə bağlasın” mesajına Təqsirləndirilən şəxs “Ok” cavabını vermişdir. N.X5 saat 16.08-də “30 dəq”, “konumu at”, “baxım”mesajlar yazılmışdır. Seyfur Rzadan Təqsirləndirilən şəxs saat 16.22-də “(Öz yazılı mesajına yönəldir Nobel prospekti kohna luna parkın arxası) Qaqa sənin canıvı yeyim, buy azı var e buy azı atım e sənə, ora çatdın mənə de” mesajına Təqsirləndirilən şəxs “hə yaxşı” cavabını vermişdir. Seyfur Rzadan Təqsirləndirilən şəxs saat 16.46-da Xəritə tətbiqi ilə açlın «Google» lokasiyası atıldı, saat 16.49-da Yaşıl rəngli oxla yerdə olan selofan torbanı göstərən binasız və ağacsız bir yerin fotoşəkili göndərilir. Seyfur Rzadan Təqsirləndirilən şəxs saat 16.50-də “Qaqa o ….verdiyi yerdə taya var o tayanın içindədir sənin canıvı yeyim” mesajına Təqsirləndirilən şəxs “Narahat olma qoy bir dənə amanatı götürüm, gör nə deirəm sənə amanatı götürüm. mn dediyim kimi çıxsa el bir ki sənin o bütün güllərivi hr gün sənə attıracam” deyə cavab vermişdir. N.X5 saat 16-50-də “Nəyin içinə qoyub kağızdı, paketdi onu bir dənə mənə denən” mesajına Seyfur Rza saat 16.51də “Sellofanını içində” deyə cavab vermişdir. N.X5 saat 16.54-də “Sənə qurban olum tələdirmə, şəhər probkadır, bu dəqiqə birinci gündür, bə probkadır da probkanı nəzərə al da sən niyə narahatsan mən götürən kimi sənə deyəcəm. mən ora çatan kimi sənə deyəcəm” mesajına Seyfur Rza “Qaqa sənin banıva dönüm mən ona pul vermişəm onun üçün narahat oluram da sənin qadan alım göttün mənə de nə qədərə götürərsən onu mənə de” cavabını vermişdir. N.X5 saat 17.37-də “Ok götürdüm” mesajı yazılmışdır. Seyfur Rzadan Təqsirləndirilən şəxs saat 19.01-də “Gör nə deyiərm qadan alım, görə nə deyirəm. O 100 qram sənin özünündür, 15 kilo tema qalır onu mən dediyim ünvana atarsan canıvı yeyim bildin da” mesajı gəmişdir. “WhatsApp” tətbiqində, «Qalereyada» və ümumiyyətlə həmin mobil telefonun başqa tədbiqlərində iş üçün əhəmiyyətli fotoşəkillər və ya digər məlumatlar aşkar edilməmişdir. Telefonun qalareya bölməsində “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş yuxarıda göstəriən fotoşəkilərin dublikatları vardır. (i.v. 106-109) xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Bakı şəhəri Xətai RPİ-nin və 37-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirlərinin qanunsuz, onun nəticələrini etibarsız sayılması, Təqsirləndirilən şəxs pozulmuş hüquqlarının bərpa edilməsi barədə şikayəti təmin edilməmişdir. (i.v. 111-114) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, n, Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. (i.v. 125-129) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X11 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1652 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 137-138) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (i.v. 159-163) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (i.v. 164-168) Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(001)-401/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (i.v. 205-208) AZEMİS elektron informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-ci il təvəllüdlü X3 adında, xx.xx.2014-cü il təvəllüdlü X4 adında 2 yetkinlik yaşına çatmayan uşaqları vardır. (İİ cild, i.v. 3-5) Xətai rayon Prokurorluğundan məhkəməyə xx.xx.2023-cü il tarixdə sorğuya cavab olaraq daxil olmuş cavabdan görünür ki, Təqsirləndirilən şəxs tutulduğu zaman, tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixoloji təsir və təzyiqlər göstərilməsi barədə rayon prokurorluğuna müraciət daxil olmamış və bu barədə araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə iclasında Dövlət ittihamçısı Möhubbət oğlu çıxış edərək, Təqsirləndirilən şəxs CM-in 234.4.4-cü maddəsi üzrə verilmiş ittihamdan imtina edərək, həmin maddə ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, dövlət ittihamçısının çıxışını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə verdiyi verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, narkotik vasitə satmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, mobil telefona baxış keçirilməsi haqqında protokollar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbi kimi ona qarşı hədələrin olmasını qeyd etsə də, şahid ifadələrindən görünür ki, sonuncuya qarşı heç bir psixoloji təzyiq edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadələrində “mənə evimə baxış keçirilərək 2 kq kakos adlı narkotik vasitə çıxaracaqları ilə hədələmişlər. mənim evinə baxış keçirilməmiş, çünki mən ittihamda elan olunan cinayət əməlini boynuma almışam” deyə ifadə vermiş, lakin iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mənzilində axtarış aparılmış, qanunla qadağan olunmuş əşya tapılmamışdır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrinə də tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “qurudulmuş marixuana”nın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X10 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, aşkar olunmuş narkotik vasitənin çəkisinin qurudulmuş marixuana üçün qanunla nəzərdə tutulmuş çəkidən dəfələrlə çox olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18.45-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 17.45-dən tutulmuş hesab edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(011)-155/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(001)-401/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün, yəni xx.xx.2023cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 78 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 15104,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD-R” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır., üstündə ***-***-**-** saylı nömrə olan Təqsirləndirilən şəxs istifadə etdiyi “Redmi Not-8” markalı mobil telefon özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15104,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “DVD-R” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış üstündə ***-***-**-** saylı nömrə olan Təqsirləndirilən şəxs istifadə etdiyi “Redmi Not-8” markalı mobil telefon özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1674/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1674/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver