Məhkəmə qərarları › İş №1(101)-1675/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1675/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1675/2021 01.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X31, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" Sığorta şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2, müdafiəçi - Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, əvvəllər "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Zərərlərin tənzinlənməsi idarəsində mütəxəssis vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Gənclər şəhərciyində yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 271.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talayaraq oğurluq etmiş və təkrarən ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən daxil olmuşdur. Belə ki, o, 03 iyun 2019-cu il tarixdən 18 oktyabr 2019-cu il tarixədək ünvan 3 ünvanda yerləşən "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Zərərlərin tənzinlənməsi idarəsində mütəxəssis vəzifəsində işlədiyi dövr ərzində informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talama məqsədilə ictimai əhəmiyyətli infrastruktur obyekti hesab olunan "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla idarənin mütəxəssisi Şahid10 tərəfindən istifadə olunan kompyuter sisteminə sonuncunun sistemə daxil olma ad və şifrəsini gizli yolla əldə etməklə yerləşdirib qəsdən daxil olaraq, burada saxlanılan kompyuter məlumatlarını ələ keçirib, həmin sistem vasitəsilə əvvəllər baş vermiş yol-nəqliyyat hadisələri üzrə toplanmış sənədləri ölümlə nəticələnən yol-nəqliyyat hadisələri kimi dəyişdirərək qeyd olunan sənədləri əvvəlcə yoxlanılması üçün idarənin aparıcı-mütəxəssisi Şahid11 sisteminə yönləndirdikdən sonra gizli yolla Şahid11 sistemə daxil olma ad və şifrəsini əldə edib, təkrarən həmin sistemə qəsdən daxil olaraq burada saxlanılan kompyuter məlumatlarını ələ keçirib, məlumatlarını dəyişdirdiyi sənədlər üzrə yol-nəqliyyat hadisələri nəticəsində ölmüş şəxslərin adına veriləcək məbləği təsdiq edərək, həmin sənədləri sistem vasitəsilə idarənin hüquqi ekspertlərinin sisteminə yönləndirmiş, daha sonra isə hüquqi ekspertlər şöbəsinin müdiri vəzifəsində işləyən Şahid12 sistemə daxil olma ad və şifrəsini gizli yolla əldə edib, təkrarən həmin sistemə qəsdən daxil olmaqla burada saxlanılan kompyuter məlumatlarını ələ keçirib toplanmış sənədlərin əsaslılığını və qanunamüvafiq toplanıldığını təsdiqləyərək, idarə rəisinin sisteminə yönləndirməklə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən vətəndaşlara təqdim olunması üçün ona verilmiş bir istifadəlik plastik bank kartlarının hesabına köçürülməsinə nail olub vahid niyyətlə əhatə olunan qəsdlə 14 avqust 2019-cu il tarixli 7977 saylı ödəniş tapşırığına əsasən X32 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X33 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən 5000 manat, 20 avqust 2019-cu il tarixli 8150 saylı ödəniş tapşırığına əsasən X5 törətdiyi yolnəqliyyat hadisəsi zamanı X7 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən 5000 manat, 23 sentyabr 2019-cu il tarixli 9362 saylı ödəniş tapşırığına əsasən X43 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X44 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən 5000 manat, 25 sentyabr 2019-cu il tarixli 9454 saylı ödəniş tapşırığına əsasən Şahid8 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X11 vəfat etməsi ilə bağlı, Şahid5 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X49 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən hər hadisə üzrə 5000 manat olmaqla, ümumilikdə 10000 manat, 01 oktyabr 2019-cu il tarixli 9620 saylı ödəniş tapşırığına əsasən Şahid4 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X25 vəfat etməsi ilə bağlı, Şahid8 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X12 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən hər hadisə üzrə 5000 manat olmaqla, ümumilikdə 10000 manat, 03 oktyabr 2019-cu il tarixli 9682 saylı ödəniş tapşırığına əsasən Şahid2 törətdiyi yolnəqliyyat hadisəsi zamanı X13 vəfat etməsi ilə bağlı, X3 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X26 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən hər hadisə üzrə 5000 manat olmaqla, ümumilikdə 10000 manat, 07 oktyabr 2019-cu il tarixli 9786 saylı ödəniş tapşırığına əsasən X1 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X2 vəfat etməsi ilə bağlı, Şahid6 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X27 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən hər hadisə üzrə 5000 manat olmaqla, ümumilikdə 10000 manat, 09 oktyabr 2019-cu il tarixli 9919 saylı ödəniş tapşırığına əsasən Şahid1 və Şahid7 törətdikləri yol-nəqliyyat hadisəsi zamanı X18 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən hər şəxsə 5000 manat olmaqla, ümumilikdə 10000 manat, 17 oktyabr 2019-cu il tarixli 10178 saylı ödəniş tapşırığına əsasən X28 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X19 vəfat etməsi ilə bağlı, X14 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X20 vəfat etməsi ilə bağlı məlumatlarını dəyişdiyi sənədlərə əsasən hər hadisə üzrə 5000 manat olmaqla, ümumilikdə 10000 manat pulu Bakı şəhəri ərazisində yerləşən müxtəlif ATM-lərdə nəğdləşdirməklə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 75000 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü yalnız CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilir, Azərbaycan Respublikası CMnin 271.3-cü maddəsi ilə özünü təqsirli bilmir. 23 may 2018-ci il tarixdən Zərərçəkmiş şəxs Sığorta Şirkətinin Həyatın qarışıq sığortası şöbəsinə adminstrator vəzifəsində işə başlamışdır. Həmin tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. Həmçinin, 23 may 2018-ci il tarixdə onunla X68 haqqında müqavilə bağlanılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs Sığorta şirkətinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən baş ofisində işləmişdir. 13 fevral 2019-cu il tarixdə onun vəzifəsi dəyişmiş və o, Zərərlərin tənzimlənməsi şöbəsinə adminstrator vəzifəsinə keçirilmişdir. Onların ofisi ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs sığortanın Zərərlərin Tənzimlənməsi İdarəsində yerləşmişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs sığortanın Zərərlərin Tənzimlənməsi İdarəsinin Müştəri Xidmətləri şöbəsinin adminstratoru vəzifəsindən mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Zərərçəkmiş şəxs sığorta Şirkətinin Zərərlərin Tənzimləmə İdarəsinin Müştəri Xidmətləri şöbəsinin mütəxəssisi kimi onun əsas vəzifəsi hadisələr üzrə müraciət etmiş şəxsləri qəbul edərək zəruri sənədləri həmin şəxslərdən götürərək tamlığını və düzgünlüyünü yoxlamaq, çatışmayan sənədlər olduqda vətəndaşı xəbərdar etməklə həmin sənədləri tələb emək, sistemdə müraciət üzrə sığorta işi olmadıqda, həmin müraciət üzrə yeni sığorta işinin açılmasını həyata keçirmək, toplanılan sənədləri sistemə skan etməklə daxil edərək, kompüter vasitəsilə şirkətin onlayn qaydada idarəetmə sistemi ilə növbəti mərhələyə, yəni qiymətləndirilmə mərhələsinə daxil etməkdən ibarət olmuşdur. Qiymətləndirmə mərhələsində şirkətin onlayn idaretmə sisteminə daxil edilmiş məlumatlar əmlak zərəri ilə bağlı olduqda Texniki Ekspertiza şöbəsi həyata keçirir. Lakin, yol-nəqliyyat hadisəsi xəsarət və ya ölümlə nəticələnən hadisə olduqda həmin qiymətləndirməni Zərərlərin Tənzimləmə İdarəsinin Müştəri Xidmətləri şöbəsinin aparıcı mütəxəssisi Şahid11 həyata keçirmişdir. Onun tərəfindən toplanmış sənədlərin doğruluğu Ülviyyə xanım tərəfindən yoxlanıldıqdan sonra, icbari sığortalar haqqında qanuna əsasən, sığorta ödənişini dəqiq olaraq sistemə daxil edir və onlayn şəkildə qiymətləndirməni təsdiq edir. Sonradan həmin toplanmış sənədlər kompüterdən çıxarılaraq akt tərtib edilir. Həmin akt toplanmış sənədlərlə birlikdə imzalanması üçün şöbə müdiri Turanə xanıma göndərilir. Akt Turanə xanım tərəfindən imzalandıqdan sonra toplanmış sənədlər möhürlənməsi üçün idarə rəisinə yönləndirilir. Bundan sonra toplanmış sənədlər hüquq şöbəsinə yönləndirilir. Hüquq Şöbəsi də sənədlərin düzgünlüyünü yoxladıqdan sonra ödənişə yönləndirilir. Tərtib edilmiş akt sistemə köçürülür və həmin akt maliyyə şöbəsinə yönləndirilir ki, banka pul köçürülməsi üçün tapşırıq verilsin. Onun tərəfindən saxtalaşdırılmış 15 ədəd ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı onu deyə bilər ki, hər hansı bir akt tərtib edilməmiş, yalnız o, iş yoldaşı Şahid10 adından sistemdə uydurulmuş sığorta işi açaraq, həmin işə aidiyyəti olmayan başqa yol nəqliyyat hadisələri ilə bağlı sənədləri yükləmişdir. Şahid10 sistemdə loqin və parolunu bildiyi üçün Nigarın adından sistemdə saxta sığorta iş nömrəsi açmışdır. Həmin açdığı sığorta işi nəticəsində isə əvvəlcədən şirkətin əməkdaşlarına verilmiş “Azərtürk” banka məxsus plastik kartların hər birinə 5000 manat yüklənmişdir. Belə ki, 2019-cu ilin iyul ayında pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, işlədiyi sığorta şirkətində saxta yol-nəqliyyat hadisələri uydurmaqla həmin hadisələrdə hər hansı bir şəxsin ölməsini göstərib bununla bağlı ödənilmiş sığorta pulunu ələ keçirsin. Bu səbəbdən də 2019-cu ilin avqust ayında əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sənədləri saxtalaşdırıb onları sistemə skayner vasitəsilə daxil etmiş, həmin sənədlərdə güya yol-nəqliyyat hadisəsi zamanı bir nəfər şəxsin ölməsini qeyd etmiş, halbuki, həmin hadisədə ölən olmamışdır. Daha sonra o, mütəxəssis Şahid10 ad və şifrəsi vasitəsilə "xxxx"a məxsus sistemdən adsız kart yönləndirməklə həmin sənədləri növbəti etapa, yəni aparıcı mütəxəssisin sisteminə göndərmişdir. Aparıcı mütəxəssis Şahid11 sistemə daxil olma ad və şifrəsini əvvəlcədən bildiyi üçün Ülviyyənin sisteminə daxil olub saxtalaşdırdığı sənədlər üzrə ödənilməli olan 5000 manat pulu təsdiqləyib növbəti etapa, yəni hüquqi şöbənin sisteminə yönləndirmişdir. Daha sonra hüquq şöbəsinin müdiri Şahid12 sistemə daxil olma ad və şifrəsini bildiyi üçün Turanənin sisteminə daxil olaraq sənədlərin düzgün və hüquqiliyini təsdiq etməklə növbəti etapa yönləndirmiş və növbəti etap artıq idarə rəisinin sistemi olmuşdur ki, həmin sistemdə idarə rəisinə ümumilikdə baş vermiş yol-nəqliyyat hadisələri üzrə sığorta işləri siyahı üzrə göndərilir və həmin siyahıda çoxlu ödəmələr olduğu üçün arxayın olmuşdur ki, idarə rəisi onun saxtalaşdırdığı sənədlərə diqqət edən deyil, çünki idarə rəisinə sığorta işləri siyahı üzrə göndəriləndə artıq bir neçə etapdan yoxlanılmış vəziyyətdə gedir və idarə rəisi həmin siyahını çıxarıb öz imzası və möhürü ilə təsdiq edir və inanmışdır ki, ondan əvvəl sənədlərin düzgün olması artıq yoxlanılmışdır. Sonda pulun alınmasına Şahid14 və Elmir Əliyev imza edirmişlər. Sonra isə tərtib olunmuş siyahı maliyyə idarəsinə göndərilmiş və oradan ödənişlər adsız kartlara otuzdurulmuşdur. Adsız kartlar isə onun özündə olmuşdur. Bu yolla o, 2019-cu ilin avqust ayında saxtalaşdırdığı 2 yol-nəqliyyat hadisəsi üzrə 10000 manat, 2019-cu ilin sentyabr ayında saxtalaşdırdığı 3 yol-nəqliyyat hadisəsi üzrə 15000 manat, 2019-cu ilin oktyabr ayında isə saxtalaşdırdığı 10 yol-nəqliyyat hadisəsi üzrə 50000 manat pulu ələ keçirmiş və həmin pulları “Topaz” canlı oyun mərcində uduzmuşdur. Adsız kartlara köçürülən pulları yaxın dostu Şahid13 vasitəsilə nağdlaşdırmışdır. Belə ki, Muradla münasibətləri yaxın olduğundan ondan hər dəfə xahiş etmişdir ki, adsız kartlara yerləşdirilən pulları çıxartsın. Murad da etiraz etməmişdir. Çünki Murad pulların qanunsuz yolla əldə olunmasını bilməmişdir. Çıxarılan pullardan isə Murada heç nə verməmişdir. Pullar müxtəlif banklardan çıxarılmışdır. Audit yoxlaması zamanı onun saxtalaşdırdığı işlərin üstü açılmışdır. İttiham aktından istifadə edərək Təqsirləndirilən şəxs göstərmişdir ki, adına saxta iş nömrəsi açdığı X50, X34, Şahid1, Şahid7, Şahid6, X8, Şahid2, X15, Şahid8, Şahid4, Şahid5, Şahid3, X21 və X45 tanımamış, onların bu işlə əlaqələri olmamışdır. Sadəcə həmin şəxslərin əvvəllər "xxxx" şirkətinə etdikləri müraciətlər əsasında yığılmış sənədlərinin surətlərini saxta iş nömrələrinə məlumatları olmadan əlavə etmişdir. Cinayətləri özü tək törətmiş, həmin cinayətlərin törədilməsində heç kimdən göstəriş almamış və əldə etdiyi pulların hamısını özü xərcləmişdir. Şahid10, Şahid11 və Şahid12 şifrələrini, parol və loqinlərini onların yanında olarkən və ya onlar kompüterlərinin arxasında olmadığı zaman baxmaqla əldə etmişdir. Həm də orada hər kəsin işlərinə kömək etdiyi üçün onların şifrələrini bilmişdir. Hamının kodları əsasən 1-dən 8-dək imiş. O, öz kompüteri vasitəsi ilə sənədlərlə işləmişdir 2019-cu ilin oktyabr ayında 10 ədəd saxta iş nömrəsi açmağının səbəbi həmin ay Şahid12 məzuniyyətdə olması ilə bağlı olmuşdur. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, müxtəlif arxiv sənədlərindən istifadə etmişdir. Həmin sənədlər ümumi sənədlərin bazasında olmuşdur. Arxiv işlərinə dair sənədlərin siyahısını kim tuturdu bilmir. Adları özündən yazırmış, guya adam ölmüşdür. Yekunda özü də təsdiqləmişdir. Əslində ödəmə hüquqi varisə verilir. Lakin, o, sənədləri saxtalaşdırandan sonra pulu bankdan özü götürmüşdür. Zərərçəkmiş şəxs Sığorta Şirkətinin rəhbərliyi və yuxarıda qeyd etdiyi işçiləri tərəfindən nəzarət demək ki olmamışdır. Qadınlar saat 18-də işdən qaçırmışlar, onu isə axşam saat 20-dək işlədirmişlər. O da nəzarətin zəifliyindən və axşamlar iş vaxtı qurtardıqdan sonra işdə olaraq digər işçilərin loqin və parollarından istifadə edərək, həmin pulları oğurlamışdır. O, cəmi 1 il 06 ay işləmişdir. 15 ədəd ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi saxtalaşdırdığı işlərin hər birinə ayrıca qovluq olmalı imiş, lakin, o, yol-nəqliyyat hadisəsi ilə bağlı sənədləri saxtalaşdırmış, həmin sənədlərdə guya yol-nəqliyyat hadisəsi zamanı şəxsin ölməsini qeyd etmişdir. Avtoqəzalarda ölüm hadisəsi olmadıqda təxminən 150-200 manat verilmişdir. Mühasib Xuraman xanım olmuşdur. Bütün hallarda sığorta sənədləri arasında zərərçəkmiş şəxsin ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamə və məhkəmənin hökmü olmalıdır. Lakin yuxarıda qeyd etdiyi saxta sığorta işləri təsdiq edən qovluqlarda, ölüm haqqında şəhadətnamə və məhkəmənin hökmü mövcud olmamışdır. Bunu Şahid11 ,Şahid12, Şahid10, Şahid14 və Elmir Əliyev mütləq görməli imişlər, lakin onlar nədən ötrü görməmişlər, bunu o, izah edə bilmir. O, cəmi 3 ay ərzində həmin 15 nəfərin adına sənədləri saxtalaşdırmışdır. Onun istifadəsində ***-***-**-** və ***- ***-**-** nömrəli telefon olmuşdur. Başqa telefon nömrələri də olmuş, hazırda xatırlamır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, cinayət işinin 4-cü cild 200-204-cü vərəqələrində olan şübhəli şəxsin dindirilməsi barədə protokolda olan ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... 2019-cu ilin iyul ayında Atəşgah Sığorta” şirkətinin idarə heyətinin sədr müavini Nümayəndə1 məni xidməti otağına dəvət edib vergi problemi ilə əlaqədar uydurulmuş ölümlə nəticələnən sığorta hadisələrini sistemdə açmağımı, açdığım sığorta işlərinə aidiyyatı olmayan məlumatları yükləməyimi və ödənişə yönləndirməyimi, ümumilikdə 15 ədəd ölümlə nəticələnən yol nəqliyyat hadisəsi üzrə 75.000 manat pulu sığorta ödənişi adı ilə sənədləşdirib çıxarmağımı, pulları kartlara yüklədikdən sonra bankomatlardan özüm çıxarmamağımı, gətirib ona verməyimi, əvəzində mənə hörmət edəcəyini, ən əsası isə gələcəkdə məni işlədiyim şöbəyə şöbə müdiri vəzifəsinə təyin edəcəyini bildirmişdir. Mən də Nümayəndə1 təklifi ilə razılaşdım və Nümayəndə1 tapşırığı ilə 2019-cu ilin avqust ayında sistemdə ölümlə nəticələnən yol nəaqliyyat hadisəsi ilə bağlı 2 ədəd, 2019-cu ilin sentyabr ayında 3 ədəd, həmin ilin oktyabr ayında isə 10 ədəd saxta iş nömrələri açaraq həmin iş nömrələrinə əvvəllər baş vermiş yol nəqliyyat hadisələri ilə bağlı qəbul edilmiş qərarların və müraciətlərin surətini əlavə etdim. ...Qeyd edim ki, mən saxta iş nömrələrini açıb zəruri sənədləri topladıqdan sonra ödənişin verilməsi üçün növbəti mərhələləri, yəni toplanmış sənədlərin təsdiq edilməsi, imzalanması, ödəniş tapşırığının verilməsi və maliyyə şöbəsində ödənişin təsdiq edilməsini Nümayəndə1 həyata keçirmişdir. Qeyd etdiyim işləri Fuad İsmayhılovun necə etməsindən məlumatsızam. ...Sonradan isə Nümayəndə1 iş saatından kənar gecə saatlarında mənə istifadə məqsədilə verdiyi nömrəyə yığaraq görüşüb pulu alırdı. Nümayəndə1 ümumilikdə verdiyim 73.500 manat pulun müqabilində mənə sonda 5.000 manat pul vermişdir. ...Mən audit yoxlaması barədə Nümayəndə1 məlumat verən zaman narahat olmamağımı, hər şeyi öz üzərimə götürüb ərizə yazaraq işdən çıxmağımı və bu işləri yoluna qoyacağını bildirdi. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadəni təsdiq etmir. Onun bu ifadəsində Nümayəndə1 barəsində yazdıqları düz deyil. O, bunları özündən uydurub, özünü vəziyyətdən qurtarmaq üçün Nümayəndə1 adını demişdir. Lakin istintaq zamanı Nümayəndə1 haqqında dedikləri sübut olunmadığından, o, düzgün ifadə vermişdir ki, Fuad müəllimin bu işdən məlumatı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" Sığorta ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, o, 2021-ci ilin mart ayından Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-də Biznesə dəstək şöbəsində hüquqşünas işləyir. 2019-cu ildə o, işləməmişdir. Təqsirləndirilən şəxs 23 may 2018-ci il tarixdən Zərərçəkmiş şəxs Sığorta Şirkətində işləmişdir. Həyata keçirilmiş yoxlama nəticələri üzrə müəyyən edilmişdir ki, Zərərlərin Tənzimləmə İdarəsinin Müştəri Xidmətləri şöbəsinin mütəxəssisi işləmiş Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılmış 15 ədəd ölümlə nəticələlən yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta hadisələri saxtalaşdırılmaqla şirkətə məxsus 75000 manat məbləğində pul vəsaiti mənimsənilmişdir. Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nə dəymiş 75.000 manat maddi ziyan hal-hazıradək ödənilməmişdir. Dəyimiş maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, tanımamışdır. 2019-cu ilin yay aylarında ona məxsus **-RP-*** nömrə nişanlı, “Hyundai Verna” markalı avtomobillə “Tofaş” markalı avtomobil toqquşmuş, nəticədə onun avtomobili əzildiyi üçün ona maddi ziyan dəymişdir .Günahkar tərəfin avtomobili Zərərçəkmiş şəxs Sığortada sığortalandığı üçün ona dəymiş ziyanın ödənilməsi üçün özünə və avtomobilinə məxsus sənədlərin surətlərini Nəsimi rayonunda yerləşən Azərbaycan Tibb Universitetinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs Sığorta şirkətinə adını xatırlamadığı bir xanıma təqdim etmişdir. Sənədləri verəndən sonra ona hesab nömrəsi vermişlər və təxminən 10-15 gün sonra həmin hesab nömrəsinə 140 manat pul yüklənmişdir. O, hazırda xatırlamadığı bankdan həmin pulu götürmüşdür. Onun bundan başqa Zərərçəkmiş şəxs sığortaya heç bir müraciəti olmamış və ya hansısa məbləğdə pul almamışdır. Onun heç bir tanışı və ya qohumu avtonəqliyyat hadisəsi zamanı ölməmişdir. X22 tanımır, belə adda hansısa yaxın qohumu və ya tanışı olmamışdır. Onun hansısa qohumu və tanışının ölümü ilə bağlı Zərərçəkmiş şəxs Sığortada işi olmamış və buna görə o, heç bir kartdan 5000 manat çıxararaq əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2019-cu ilin yay aylarında dəqiq tarixi xatırlamadığı gündə ona məxsus **-MB-*** nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobili Şamaxinka adlanan ərazidə “Opel” markalı avtomobil vurmuşdur. Nəticədə ona maddi ziyan dəymişdir. Günahkar sürücünün avtomobili Zərərçəkmiş şəxs sığortada sığortalandığı üçün onun maşınına dəymiş təxminən 300 manat civarında maddi ziyanı həmin sığorta şirkəti ödəmişdir. Həmin pulu qarşı tərəf sığortadan alıb ona vermişdir. Lakin, özünə məxsus sənədlərin surətini həmin sığorta şirkətinə adını hazırda xatrlamadığı bir nəfər şəxsə vermişdir. Onun bundan başqa Zərərçəkmiş şəxs sığortaya heç bir müraciəti olmamış və ya başqa məbləğdə pul çıxarmamışdır. X35 tanımır, belə adda hansısa yaxın və ya uzaq qohumu olmamışdır. Onun hansısa qohumu və tanışının ölümü ilə bağlı Zərərçəkmiş şəxs Sığortada işi olmamış və buna görə o, heç bir kartdan 5000 manat çıxararaq əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. 2019-cu ilin təxminən yay aylarında özünə məxsus **- BO-*** nömrə nişanlı, “KHAZAR” markalı avtomobillə 4-cü mikrorayon dairəsi yaxınlığında hazırda xatırlamadığı avtomobil toqquşmuşdur. Həmin vaxt avtomobili əzildiyi üçün ona maddi ziyan dəymişdir. Digər tərəfin avtomobili Zərərçəkmiş şəxs Sığortada sığortalandığı üçün o, Nəsimi rayonunda Azərbaycan Tibb Universitetinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs Sığorta şirkətinə ona dəymiş ziyanın ödənilməsi üçün özünə və avtomobilinə məxsus sənədlərin surətlərini təqdim etmişdir. Zərərçəkmiş şəxs sığorta şirkətində avtomobilə dair səndləri kimə verməyini hazırda xatırlamır. Sənədləri verəndən sonra ona "xxxx"a məxsus adsız kart vermişlər. Təxminən 10-15 gün sonra həmin karta təxminən 130 manat pul yüklənmişdir. O, həmin kartdan pulu çıxarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs sığortaya heç bir müraciəti olmamış və hansısa məbləğdə pul almamışdır. X29 tanımır, belə adda hansısa yaxın qohumu və ya tanışı olmamışdır. Onun hansısa qohumu və tanışının ölümü ilə bağlı Zərərçəkmiş şəxs Sığortada işi olmamış, heç bir kartdan 5000 manat çıxararaq əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamışdır. 2019-cu ilin təxminən yay aylarında özünə məxsus **- UE-*** nömrə nişanlı, “VAZ-2107” markalı avtomobillə “Mercedes Benz” markalı avtomobil “Koroğlu” metrostansiyasının yaxınlığında toqquşmuş, nəticədə onun avtomobili əzildiyi üçün ona maddi ziyan dəymişdir. Günahkar tərəfin avtomobili Zərərçəkmiş şəxs Sığortada sığortalandığı üçün o, həmin sığorta şirkətinə dəymiş ziyanın ödənilməsi üçün sənədlərin surətlərini təqdim etmişdir. Həmin şirkətdə sənədi ondan alan əməkdaşın adını xatırlamır. Sənədləri verəndən sonra ona "xxxx"a məxsus adsız kart verilmişdir. Təxminən 10-15 gün sonra həmin karta təxminən 100 manat pul yüklənmişdir. O da həmin kartdan pulu çıxarmışdır. Onun bundan başqa Zərərçəkmiş şəxs sığortaya heç bir müraciəti olmamış və ya hansısa məbləğdə pul almamışdır. X51 adlı şəxsi də tanımamış və belə adda yaxın qohumu və ya tanışı olmamışdır. Hansısa qohumu və tanışının ölümü ilə bağlı Zərərçəkmiş şəxs Sığortada işi olmamışdır. Buna görə o, heç bir kartdan 5000 manat çıxararaq əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sığorta Şirkətində Zərərlərin Tənzimlənməsi İdarəsinin Müştəri Xidmətləri şöbəsinin mütəxəssisi vəzifəsində işləmişdir. O, 2019-cu ilin fevral ayından Zərərçəkmiş şəxs Sığorta Zərərlərin Tənzimlənməsi İdarəsinin Müştəri Xidmətləri şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs sığorta Şirkətinin Zərərlərin Tənzimləmə İdarəsinin Müştəri Xidmətləri şöbəsinin aparıcı mütəxəssisi kimi əsas vəzifəsi hadisələr üzrə müraciət etmiş şəxsləri qəbul edərək zəruri sənədləri həmin şəxslərdən götürərək tamlığını və düzgünlüyünü yoxlayıb, çatışmayan sənədlər olduqda vətəndaşı xəbərdar etməklə həmin sənədləri tələb eməkdən ibarət olmuşdur. Sistemdə müraciət üzrə sığorta işi mərhələsində şirkətin onlayn idarəetmə sistemi daxil edilmiş məlumatları baş vermiş qəza əmlak zərəri ilə bağlı olduqda Texniki Ekspertiza şöbəsi həyata keçirir. Xəsarət və ya ölümlə nəticələnən hadisə olduqda isə şirkətin onlayn idarə etmə sistemi daxil edilmiş məlumatları Şahid11 şəxsi kabinetinə yönəldir və sənədlər əsasında, hadisənin xəsarətin dərəcəsindən və ya ölümlə nəticələnməsindən asılı olaraq qiymətləndirməni Ülviyyə xanım həyata keçirir. Ödəniş həyata keçirilməsi ilə bağlı ilkin mərhələdə müştərilərin sənədlərini sistemə daxil edən əməkdaş tərəfindən həmin müştəriyə "xxxx"a məxsus adsız bank kartları verilir. Həmin kartlar, o, əvvəlcə vətəndaşların sənədlərini sistemə daxil edir, eləcə də Təqsirləndirilən şəxs və digər işçilər tərəfindən "xxxx"ın onlara verilən internet ünvanına ayrılıqda hər birlərinə təqdim edilmiş loqin və şifrədən istifadə edərək, girməklə vətəndaşların məlumatları daxil edilməklə açılır. Həmin internet ünvanına vətəndaşın ad, soyad, və ata adı, pin kodu, mobil nömrəsi, sığorta işinin nömrəsi, vətəndaşın şəxsiyyət vəsiqəsinin skan variantı və vətəndaşa veriləcək kartın nömrəsi daxil edilir. Bundan sonra işlədikləri SQL proqramına vətəndaşın iş nömrəsi açılaraq ona veriləcək kartın nömrəsi daxil edilir. Hal-hazırda isə həmin adsız kartların verilməsi şöbənin bir nəfər mütəxəssisinə həvalə edilmişdir. Həmin vaxtlar onun "xxxx"ın onlara verilən internet ünvanına giriş istifadəçi adı “nigar.pashazade”, şifrəsi isə “12345678” rəqəmləri olmuşdur. 2019-cu ilin dekabr ayında ona məlum olmuşdur ki, həyata keçirilmiş audit yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən sığorta hadisələri saxtalaşdırılmaqla şirkətə məxsus 75000 manat məbləğində pul vəsaiti mənimsənilmişdir. Həmin vaxtlar Təqsirləndirilən şəxs artıq işdən çıxmışdır. Səhv etmirsə, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında işdən azad edilmişdir. Təqsirləndirilən şəxs hansı formada dəqiqlikdə pulu mənimsədiyini bilməmişdir. Sonradan ona məlum olmuhdur ki, Təqsirləndirilən şəxs sistemə saxta sənədlər daxil etməklə adsız kartlara pul köçürtməklə həmin kartları özündə saxlayaraq, pulları çıxartmışdır. Həmin vaxtlar şirkətin idarə etmə sisteminə sığorta müraciətlərinin daxil edilməsindən ötrü ümumi istifadəçi adı və şifrədən istifadə olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona məxsus hər hansı şifrə və istifadəçi adını oğurlamağa ehtiyacı olmamışdır. Müştərinin adına bank kartı açılması üçün özlərinə aid loqin və şifrələri olmuşdur. Onun istifadəsində olan şirkətin idarəetmə sisteminə istifadəçi adını və daxil olma şifrəsini Təqsirləndirilən şəxs necə əldə etməsini bilmir. Təxmin edir ki, Təqsirləndirilən şəxsla müştəri xidmətlərində yanaşı oturaraq vətəndaşları qəbul etdiklərindən, Təqsirləndirilən şəxs çox güman ki, o, həmin şifrəni yığarkən, rəqəmlər ardıcıl olduğundan və asanlıqla yazmaq mümkün olduğundan həmin rəqəmləri yadda saxlamışdır. X50, X34, Şahid1, Şahid7, Şahid6, X8, Şahid2, X15, Şahid8, Şahid4, Şahid5, Şahid8, Şahid3, X21 və X32 adına onun tərəfindən hər hansı ödənişin, eləcə də ölümlə nəticələnən hadisə kimi hər hansı birinə 5000 manat ödənişin həyata keçirilməsi ilə bağlı "xxxx"ın sisteminə daxil edilmiş zəruri məlumatlar əsasında bank kartları açılmamışdır. Şirkətin onlayn idarəetmə sistemində adından açılmış 15 şəxsi iş barədə məlumatları görə bilmir, ona görə ki, açılmış şəxsi işləri sonradan yoxlamırlar. Həmin vaxt yığılmış sənədlərin hüquqiliyini Aysel Abdullayevə yoxlayıb şöbə rəisinə göndərmişdir. Həmin dövrdə onunla birlikdə xidməti otaqda Təqsirləndirilən şəxs əyləşmişdir. Aparıcı mütəxəssis Ülviyyə xanım, şöbə rəisi Turanə xanım, idarə rəisi Elman Mirsalayev, sənədlərin hüquqiliyini yoxlayan Aysel xanım isə hər biri ayrı otaqlarda əyləşmişlər. Proses iştirakçılrının suallarını cavablandıraraq Şahid10 bildirmişdir ki, o, sənədləri skayn edib texniki ekspertiza şöbəsinə göndərir, ölüm halları ilə bağlı sənədlərə Ülviyyə baxıb 5000 manat yazır. Təqsirləndirilən şəxslə onun vəzifəsi eyni olmuşdur. Ölüm hallarında hüquqi varisə 5000 manat verilir. Bankın təqdim etdiyi parol olmuş, sonradan da dəyişməmişdir. Hər bir kəsin özünün loqin və şifrəsi olmuşdur. O, təqsirləndirilən şəxsə loqin və şifrələrini verməmişdir. Kartlar veriləndən sonra həmin kartlara təkrar baxılmır. Ölüm hadisəsi ilə bağlı sənədlərin toplanıb banka məbləğin müəyən olunması 1 həftədən 1 ilə qədər həyata keçirilir. Bütün etapları təqsirləndiriln şəxs özü həyata keçirdiyi üçün tez həll etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 03.02.2006-cı il tarixdən Zərərçəkmiş şəxs Sığorta Şirkətində fəaliyyətə başlamış və müxtəlif şöbələrdə müxtəlif vəzifələrdə işləmişdir. Zərərlərin Tənzimlənməsi İdarəsinin Müştəri Xidmətləri şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində isə 2011-ci ildən işləyir. Zərərçəkmiş şəxs sığorta Şirkətinin Zərərlərin Tənzimlənmə İdarəsinin Müştəri Xidmətləri şöbəsinin aparıcı mütəxəssisi kimi əsas vəzifəsi ondan ibarətdir ki, hadisələr üzrə müraciət etmiş şəxsləri qəbul edərək zəruri sənədləri həmin şəxslərdən götürərək tamlığını və düzgünlüyünü yoxlayır, çatışmayan sənədlər olduqda vətəndaşı xəbərdar etməklə həmin sənədləri tələb edir, sistemdə müraciət üzrə sığorta işi olmadıqda, həmin müraciət üzrə yeni sığorta işinin açılmasını həyata keçirir, toplanılan sənədləri sistemə skan etməklə daxil edərək, kompüter vasitəsilə şirkətin onlayn qaydada idarəetmə sistemi ilə növbəti mərhələyə, yəni qiymətləndirilmə mərhələsinə daxil edir. Qiymətləndirmə mərhələsində şirkətin onlayn idaretmə sistemi daxil edilmiş məlumatları baş vermiş qəza əmlak zərəri ilə bağlı olduqda Texniki Ekspertiza şöbəsi həyata keçirir. O, isə xəsarət və ya ölümlə nəticələnən hadisə olduqda, sistemdə onun şəxsi kabinetə yönəlmiş sənədlər əsasında, hadisənin xəsarətin dərəcəsindən və ya ölümlə nəticələnməsindən asılı olaraq qiymətləndirməni həyata keçirir. Tərəfindən sənədlərin doğruluğu yoxlanıldıqdan sonra sığorta ödənişini dəqiq olaraq sistemə daxil edir. Sonra onlayn şəkildə qiymətləndirməni təsdiq edərək, hüquqi qiymət verilməsi üçün elektron qaydada toplanmış sənədləri növbəti mərhələyə yönəldir. Təqsirləndirilən şəxs da əsas vəzifəsi onun kimi hadisələr üzrə müraciət etmiş şəxslərin qəbul edilərək zəruri sənədlərin həmin şəxslərdən götürülərək tamlığının və düzgünlüyünün yoxlanılması, çatışmayan sənədlər olduqda vətəndaşı xəbərdar etməklə həmin sənədləri tələb etməsi, sığorta işinin açılması, toplanılan sənədləri sistemə skan etməklə daxil edərək, kompüter vasitəsilə şirkətin onlayn qaydada idarəetmə sistemi ilə növbəti mərhələyə, yəni qiymətləndirilmə mərhələsinə daxil edilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs işlədiyi müddətdə müştərilərin sənədlərinin sistemin idarəetmə sisteminə daxil edilməsi ümumi istifadədə olan loqin və parol əsasında həyata keçirilmişdir. Qiymətləndirməni həyata keçirmək üçün isə onda ayrıca loqin və parol olmuşdur. Eyni zamanda, hüquqşünas və şöbə rəislərində də ayrıca loqin və parol olmuşdur. Ödəniş həyata keçirilməsi ilə bağlı ilkin mərhələdə müştərilərin sənədlərini sistemə daxil edən əməkdaş tərəfindən həmin müştəriyə "xxxx"a məxsus adsız bank kartları verilir. Həmin kartların məlumatları isə həmin əməkdaş tərəfindən də sistemə daxil edilir. 2019-cu ilin dekabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş ölümlə nəticələnən imtina olunmuş iş üzrə şikayət araşdırılarkən, sistemdə həmin şikayətçiyə ölümlə nəticələnən hadisəyə görə 5000 manat sığorta ödənişinin köçürüldüyünü aşkar etmişdir. Həmin məsələ ilə bağlı dərhal şöbə rəisinə məruzə etmiş və nəticədə bu barədə rəhbərliyə məlumat verilmişdir. Bundan sonra audit yoxlaması keçirilmiş və keçirilmiş audit yoxlamaları nəticəsində müəyyən olunmuşdur ki, Zərərlərin Tənzimlənməsi İdarəsinin Müştəri Xidmətləri şöbəsinin mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən sığorta hadisələri saxtalaşdırılmaqla şirkətə məxsus 75.000 manat məbləğində pul vəsaiti mənimsənilmişdir. Audit rəyindən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 14 avqust 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində pul vəsaitlərini mənimsəməkdən ötrü uydurduğu sığorta hadisələrini ölümlə nəticələn sığorta hadisəsi kimi sənədləşdirmişdir. Təqsirləndirilən şəxs saxtalaşdırmanı məhz ölümlə nəticələnən sığorta hadisəsi kimi etməkdə məqsədi isə ölümlə nəticələnən sığorta hadisələrinin qiymətləndirilməsinin məhz işlədiyi şöbə daxilində həyata keçirilməsini bilməsi olmuşdur. Faktiki müraciət olmadığı halda 15 nəfər uydurduğu şəxslərin adından idarəetmə sisteminə sığorta ödənişlərinin həyata keçirilməsi barədə müraciətlər daxil etmişdir. Təqsirləndirilən şəxs əvvəlcə hər uydurulmuş müraciət üzrə sistemdə yeni nömrə ilə sığorta işi açmış və ümumilikdə 15 nəfər uydurma şəxsin adından olunan müraciətlərə əlavə olaraq, həmin şəxslərə aid olmayan və digər işlərdən surəti çıxarılmış saxta sənədləri əlavə etmişdir. Bundan sonra, hər uydurma müraciət üzrə sənədlərin tamlığını təsdiq edərək toplanmış sənədlərin qiymətləndirilməsi üçün sistem üzərindən onun şəxsi kabinetinə ötürmüşdür. Ehtimal edir ki, Paşa onun kompüterinə o, otaqda olmayanda daxil olaraq qiymətləndirmə mərhələsini tamamlayaraq və digər mərhələləri də onun bilmədiyi qaydada həyata keçirərək sistemə daxil etdiyi ödəniş kartlarına pul vəsaitlərinin köçürülməsinə nail olmuşdur. Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad edildikdən sonra onunla heç bir telefon danışığı və əlaqəsi olmamışdır. Onun istifadəsində olan şirkətin idarəetmə sisteminə daxil olma şifrəsini Təqsirləndirilən şəxs necə əldə etməsini bilmir. Təxmin edir ki, Paşa o, otaqdan çıxdığı vaxtlarda onun kompüterindən istifadə edərək, əməliyyatların qiymətləndirməsini təsdiq etmişdir. X50, X34, Şahid1, Şahid7, Şahid6, X8, Şahid2, X15, Şahid8, Şahid4, Şahid5, Şahid8, Şahid3, X21 və X32 adına tərəfindən hər hansı ödənişin, eləcə də ölümlə nəticələnən hadisə kimi hər hansı birinə 5000 manat ödənişin həyata keçirilməsinə qiymətləndirmə mərhələsi həyata keçirilməmiş və ödənişə razılıq verilməmişdir. Onlayn idarə etmə sistemi vahid sistem olduğundan şöbənin mütəxəssisləri həmin sistemdə müraciətlər barədə şəxsi işlər açır və yol-nəqliyyat hadisələri çox olduğundan hər bir açılmış hadisə ilə bağlı şəxsi işə nəzarət etmək mümkün deyil. Hər bir əməkdaş öz işini nəzarətdə saxlayır. Həmin vaxtı yığılmış sənədlərin hüquqiliyini hüquqşünas Aysel Abdullayevə yoxlayıb şöbə rəisinə göndərmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Ülviyyə Mehdizadə bildirmişdir ki, Zərərçəkmiş şəxs Sığorta Şirkətinin prezidenti Ruslan Əliyevdir. Paşa onun oturduğu yerə gəlib getmişdir. Onun loqin və şifrəsi olmuş və onu heç kəs bilməmiş, heç kəs onun kompüterinə girə bilməzmiş. Proqramdan başqa komüterin öz parolu da olur. Şirkətdə təhlükəsizlik qaydaları yüksək səviyyədədir. Təhlükəsizlik idrəsinin rəisi həmin vaxt Nümayəndə1 olmuşdur. Onunla birlikdə xidməti otaqda Aysel Abdullayeva əyləşir. Qarşı otaqda isə Təqsirləndirilən şəxs və Şahid10 əyləşmişdir. Şöbə rəisi Turanə xanım, idarə rəisi Elman Mirsalayev isə hər biri ayrı otaqlarda əyləşirlər. Onun yanında printer var imiş, həmin printerdən işçilər istifadə edirmişlər. Ola bilsin həmin vaxt necəsə ola bilər parolu bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, 15.05.2019-cu il tarixdən Zərərçəkmiş şəxs Sığorta Şirkətində Zərərlərin Tənzimlənməsi İdarəsinin Müştəri Xidmətləri şöbəsinin rəisi kimi fəaliyyətə başlamış və 2021-ci ilin aprel ayında işdən çıxmışdır. 2019-cu ilin dekabr ayında Müştəri Xidmətləri şöbəsinin aparıcı mütəxəssisi Şahid11 ona müraciət edərək ölümlə nəticələnən imtina olunmuş iş üzrə 5.000 manat ödəniş həyata keçirilməsini bildirmişdir. Belə ki, Şahid11 tərəfindən vətəndaşın ona sığorta ödənilməsi barədə şikayəti araşdırılarkən, şirkət tərəfindən həmin vətəndaşa 5000 manat ödənişin həyata keçirilməsini aşkar etmişdir. O, dərhal ölümlə nəticələnən imtina olunmuş iş üzrə 5.000 manat ödənişin köçürülməsi barədə idarə rəisi Şahid14 və İdarə Heyətinin sədr müavini Nümayəndə1 məlumat vermişdir. Bundan sonra həyata keçirilmiş audit yoxlamaları nəticəsində müəyyən olunmuşdur ki, rəhbəri olduğu şöbənin mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən sığorta hadisələri saxtalaşdırılmaqla şirkətə məxsus 75.000 manat məbləğində pul vəsaiti mənimsənilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sığorta Şirkətinin Zərərlərin Tənzimləmə İdarəsinin Müştəri Xidmətləri şöbəsinin mütəxəssisi kimi əsas vəzifəsi hadisələr üzrə müraciət etmiş şəxslərin qəbul edilərək zəruri sənədlərin həmin şəxslərdən götürülərək tamlığının və düzgünlüyünün yoxlanılması, çatışmayan sənədlər olduqda vətəndaşı xəbərdar etməklə həmin sənədləri tələb etməsi, sığorta işinin açılması, toplanılan sənədləri sistemə skan etməklə daxil edərək, kompüter vasitəsilə şirkətin onlayn qaydada idarəetmə sistemi ilə növbəti mərhələyə, yəni qiymətləndirilmə mərhələsinə daxil edilməsindən ibarət olmuşdur. Qiymətləndirmə mərhələsində şirkətin onlayn idarəetmə sistemi daxil edilmiş məlumatları baş vermiş qəza əmlak zərəri ilə bağlı olduqda Texniki Ekspertiza şöbəsinə, xəsarət və ya ölümlə nəticələnən hadisə olduqda isə şöbə daxili mütəxəssisə, yəni Şahid11 yönəldilir. Hadisənin xəsarətin dərəcəsindən və ya ölümlə nəticələnməsindən asılı olaraq qiymətləndirmənin həyata keçirilməsi sistemə daxil edilməklə şöbənin aparıcı mütəxəssisi Şahid11 tərəfindən həyata keçirilir. Şahid11 tərəfindən sənədlərin doğruluğu onlayn şəkildə təsdiq edildikdən sonrakı mərhələdə isə hüquqi qiymət verilməsi üçün elektron qaydada toplanmış sənədlər şöbədaxili hüquqşünas olan digər əməkdaşa göndərilir. Qiymətləndirməni həyata keçirən Şahid11, eyni zamanda şöbənin hüquqşünası işləmiş Aysel Abdullayevada və şöbə rəisi kimi ayrıca loqin və parol olmuşdur. Sığorta işləri üzrə ödəniş həyata keçirilib-keçirilməməsi ilə bağlı hüquqi qiymət verilməsinə idarəetmə sistemindən onun şöbə rəisi kimi icazəsi var. Yəni hüquqşünas olmadığı təqdirdə o, özü də sənədlərin hüquqiliyini onlayn sistemdə təsdiq edə bilir. Həmin seçimi ilkin sənədləri sığorta işinə sistemin hovuzundan əlavə edən müştərilərlə işləyən mütəxəssislər edirlər. Eyni zamanda, daxil edilmiş sənədlərin texniki ekspertiza şöbəsinə yönəldilməsini və ya şöbədaxili qiymətləndirilməsini də ilkin sənədləri sistemin hovuzundan sığorta işinə əlavə edən müştərilərlə işləyən mütəxəssislər həyata keçirirlər. Yekun hüquqi qiymət verildikdən sonra sığorta işi üzrə toplanmış sənədlər sistem vasitəsilə ödənişin həyata keçirilməsi üçün idarə rəisinə Zərərlərin Tənzimləmə İdarəsinin rəisinə yönəldilir. Ödəniş həyata keçirilməsi ilə bağlı ilkin mərhələdə müştərilərin sənədlərin sistemə daxil edən əməkdaş tərəfindən həmin müştəriyə Azərtürkbanka məxsus adsız bank kartları verilir. Həmin kartların məlumatları isə həmin əməkdaş tərəfindən də sistemə daxil edilir. Audit rəyindən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 14 avqust 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində pul vəsaitlərini mənimsəməkdən ötrü uydurduğu sığorta hadisələrini ölümlə nəticələn sığorta hadisəsi kimi sənədləşdirmişdir. Təqsirləndirilən şəxs saxtalaşdırmanı məhz ölümlə nəticələnən sığorta hadisəsi kimi etməkdə məqsədi isə ölümlə nəticələnən sığorta hadisələrinin qiymətləndirilməsinin məhz işlədiyi şöbə daxilində həyata keçirilməsini bilməsi olmuşdur. Bundan ötrü Paşa işlədiyi şöbənin digər məsul əməkdaşlarının sistemə daxil olma parollarını ələ keçirmiş və faktiki müraciət olmadığı halda, 15 nəfər uydurduğu şəxslərin adından idarəetmə sisteminə sığorta ödənişlərinin həyata keçirilməsi barədə müraciətlər daxil etmişdir. Təqsirləndirilən şəxs əvvəlcə hər uydurulmuş müraciət üzrə sistemdə yeni nömrə ilə sığorta işi açmış və ümumilikdə 15 nəfər uydurma şəxsin adından olunan müraciətlərə əlavə olaraq, həmin şəxslərə aid olmayan və digər işlərdən surəti çıxarılmış saxta sənədləri əlavə etmişdir. Bundan sonra, hər uydurma müraciət üzrə sənədlərin tamlığını təsdiq edərək toplanmış sənədləri qiymətləndirilməsi üçün sistem üzərindən işlədiyi şöbənin digər əməkdaşına ötürmüşdür. Paşa hansısa yolla əldə etdiyi Şahid11 parolundan istifadə etməklə, qiymətləndirmə mərhələsini və onun parolundan istifadə etməklə hüquqi qiymət vermə mərhələsini tamamlayaraq sistemə daxil etdiyi ödəniş kartlarına pul vəsaitlərinin köçürülməsinə nail olmuşdur. Loqin, yəni istifadəçi adında bütün işçilərdə ad və soyad məlumatları olduğuna görə, Təqsirləndirilən şəxs istifadəçi məlumatlarını müəyyən etməkdə heç bir çətinliyi ola bilməzmiş. Lakin onun və Şahid11 istifadəsində olan şirkətin idarəetmə sisteminə daxil olma şifrəsini Təqsirləndirilən şəxs necə əldə etməsini dəqiqliklə bilmir. O, belə təxmin edir ki, Təqsirləndirilən şəxs onun otaqda olmamağından istifadə edərək kompüterin yaddaşında olan parolu və loqini götürə bilmişdir. X52, X34, Şahid1, Şahid7, Şahid6, X8, Şahid2, X16, Şahid8, Şahid4, Şahid5 , Şahid8, Şahid3, X21 və X32 adına tərəfindən hər hansı ödənişin, eləcə də ölümlə nəticələnən hadisə kimi hər hansı birinə 5000 manat ödənişin həyata keçirilməsinə hüquqi qiymət verilməklə razılıq verilməmişdir. Həmin vaxt sığorta işləri ümumi istifadədə olan loqin və parol əsasında toplanılsa da, “Azərtürk” banka məxsus adsız kartların əldə edilməsi üçün hər bir əməkdaş öz şəxsi parolundan və loqinindən istifadə etməklə sifariş verir. Təqsirləndirilən şəxs çox güman ki, “Azərtürk” Bankın sisteminə adsız kartların məlumatlarını daxil etmək üçün saxtalaşdırdığı hər bir müştəriyə görə şöbənin əməkdaşı Şahid10 ad və soyadından istifadə etməklə daxil olmuşdur. Buna görə də hər bir sığorta işində müəllif olaraq Şahid10 məlumatları yazılmışdır. Həmin şəxsi işlər onun kompüterində yalnız vəsatət kimi görünür. Lakin həmin vəsatətin içinə daxil olduqda isə həmin işlə bağlı toplanmış sənədləri görmək mümkün olur. Həmin vaxt işi açmış əməkdaşın adı görünməmişdir. Həmin ərəfədə o, təzə işə düzəldiyindən və gün ərzində sığorta hadisələri ilə bağlı işlər çox açıldığından hər bir sənədə baxmaq həmin vaxt mümkün olmamışdır. Təqsirləndirilən şəxs açdığı saxta sığorta işlərini 1 gün ərzində ödənişə yönəltdiyi üçün sistemdə həmin işləri görmək mümkün olmamışdır. Həmin vaxt yığılmış sənədləri hüquqşünas Aysel Abdullayevə yoxlayıb ona göndərmiş, yaxud da o, özü hüquqşünas olmadığı halda təsdiq edə bilirmiş. O, bildiyi qədəri həmin saxta 15 sığorta işinin hamısı onun adından Təqsirləndirilən şəxs tərəfindən hüquqiqiliyi təsdiq edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid12 bildirmişdir ki, təqsirləndirilən şəxs onun tabeçiliyində olmuşdur. Ölüm hadisəsi ilə baglı ölüm haqqında şəhadətnamə, məhkəmnin hökmü, hadisə yerinin sxemi, ekspertiza rəyi, DYP-nin tərtib etdiyi izahatlar, şahidlərin ifadələri, sürücülük vəsiqəsi və s. sənədlər qovluğa yığılır. Hadisə onun işlədiyi dövrdə olmuşdur. İdarə rəisi Elman Mirsalayevdir, o, 4 şöbəni idarə edir. Sənədlər skayn olunur, portalda saxlanılır, sistemə vurulur. Qovluqlar təqsirləndirilən şəxsin oturduğu otaqda rəflərə yerləşdirilmişdir. Həmin otaq ümumi otaq olmuş, əməkdaşların hər biri həmin qovluğu götürüb baxa bilərlər. Onlarda loqin hər kəsin adının və familyasının baş hərfi olmuşdur. Verilən 5000 manatla bağlı Ülviyyə təsdiqləyir və sonra ötürür hüquqi ekspertiza mərhələsinə, orada da Aysel Abdullayeva olmuş, ya da ona ötürmüşlər. Sənədlər ödənişə tam hazır olanda loqinlə təsdiq olunur. O, bütün sənədləri yoxlayıb sonda ödənişə icazə verirmiş, o, OK düyməsini basandan sonra idarə rəisinə gedirmiş. O da OK düyməsini basandan sonra onların mərhələsi başa çatmışdır. Lakin təqsirləndirilən şəxsin 15 nəfərlə bağlı saxtaşaldırdığı sənədləri onlar təsdiqləməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi tanımamışdır. 2019-cu ilin yay aylarında tarixi xatırlamadığı bir gündə özünə məxsus **-EG-*** nömrə nişanlı, “Mercedes-Benz C180” markalı avtomobil Yasamal rayonu ərazisində “Daevoo” markalı avtomobillə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi zamanı onun avtomobili əzildiyi üçün ona maddi ziyan dəymişdir. Buna görə müəyyən sənədlər toplayaraq Zərərçəkmiş şəxs Sığortaya təqdim etmişdir. Sənədləri verəndən təxminən 20 gün sonra onu Zərərçəkmiş şəxs Sığortanın Nəsimi rayonu, Cəlil Məmədquluzadə küçəsində yerləşən idarəsinə dəvət edib adına "xxxx"a məxsus kart vermişlər. O, həmin karta köçürülmüş 900 manat pulu bankomatdan çıxartmışdır. Bundan başqa Zərərçəkmiş şəxs sığortaya heç bir müraciəti olmamış, eləcə də başqa məbləğdə pul çıxarmamışdır. X64 adlı şəxsi tanımamışdır. Onun hansısa qohumu və tanışının ölümü ilə bağlı Zərərçəkmiş şəxs Sığortada işi olmamış və buna görə o, heç bir kartdan 5000 manat çıxararaq əldə etməmişdir. O, istintaqa dəvət olunduqdan sonra ona məlum olmuşdur ki, onun adından istifadə edərək bakomatdan 5000 manat pul çıxarılmışdır. Avtonəqliyyat hadisəsi zamanı ona dəymiş ziyanın ödənilməsi ilə bağlı sənədləri Zərərçəkmiş şəxs Sığorta şirkətində kimə təqdim etməyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi tanımamışdır. 2019-cu ilin oktyabr ayının təxminən 3-ü və ya 4-ü tarixində ona məxsus **-CZ-*** nömrə nişanlı, “Tayota Rav-4” markalı avtomobilini Nəsimi rayonu ərazisində yerləşən “Z.Əliyeva” adına göz xəstəxanasının yaxınlığında “Tayota Prado” markalı avtomobil vurmuş və nəticədə ona maddi ziyan dəymişdir. Günahkar tərəfin avtomobili Zərərçəkmiş şəxs Sığortada sığortalandığı üçün o, həmin sığorta şirkətinə ona dəymiş ziyanın ödənilməsi üçün sənədlərin surətlərini təqdim etmişdir. Sənədləri verəndən sonra o, dəymiş maddi ziyanı nağd şəkildə istəmədiyi üçün onun avtomobili sığorta şirkəti tərəfindən təmir servisinə göndərilmiş və avtomobili təmir edilərək ona qaytarılmışdır. Onun bundan başqa Zərərçəkmiş şəxs sığortaya heç bir müraciəti olmamış və ya hansısa məbləğdə pul almamışdır. X36 tanımır, belə adda hansısa yaxın qohumu və tanışı olmamışdır. Eləcə də hansısa qohumu və tanışının ölümü ilə bağlı Zərərçəkmiş şəxs Sığortada işi olmamış, nə də o, buna görə heç bir kartdan 5000 manat çıxararaq əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin aprel ayının 5-də oğlu X55 rayonunda avtomobil vurmuş və nəticədə oğlu vəfat etmişdir. Həmin hadisə ilə bağlı Yasamal RPİ-nin İŞ-də araşdırma aparılmış və cinayət işi məhkəməyə göndərilmişdir. O, oğlunun vəfatı ilə bağlı həmin ərəfədə Zərərçəkmiş şəxs Sığortanın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yerləşən idarəsinə müraciət etmiş, həmin vaxtı oranın əməkdaşı olan Paşa adlı şəxs oranın əməkdaşı kimi tanımış və həmin şəxsə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sənədləri vermişdir. Sonradan onu Zərərçəkmiş şəxs Sığortaya dəvət edib hazırda xatırlamadığı əməkdaşlarından biri “Azərtürk banka” məxsus kartı ona vermiş və bildirmişdir ki, 1 həftədən sonra kartına 5000 manat yüklənəcəyini və 1 həftədən sonra pulu çıxarmağını bildirmişdir. O da təxminən 7-8 gün sonra kartı bankomata salıb pulu çıxarmaq istəyən zaman kartda pul olmadığını görmüşdür. Yenidən sığorta şirkətinə qayıtmış və oranın əməkdaşı ona məlumat vermişdir ki, ona sığorta pulu verilməsindən imtina olunmuşdur. O da buna görə Maliyyə Nazirliyinin Nəzarət Palatasına şikayət etmiş, lakin bu günədək ona heç bir ödəniş verilməmişdir. O, bu günədək Zərərçəkmiş şəxs Sığorta tərəfindən verilmiş bank kartı ilə hansısa məbləğdə pul əldə etməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, 01 avqust 2012-ci ildən "xxxx" şirkətində işləyir. Əvvəl auditor kimi işə başlamış, 2015-ci ildən həmin şirkətdə İdarə Heyətinin sədr müavini işləyir. Təqsirləndirilən şəxs Zərərlərin Tənzimləmə İdarəsinin Müştəri Xidmətləri şöbəsində mütəxəssis işləmişdir. Təqsirləndirilən şəxsla maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. 2019-cu ilin dekabr ayında "xxxx" Şirkətinin Zərərlərin Tənzimlənmə İdarəsi tərəfindən ödəniş düşmədiyi halda vətəndaşa 5000 manat ödəniş həyata keçirilməsi barədə məlumat daxil olduqdan sonra monitorinq həyata keçirilmişdir. Bundan sonra yoxlama zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən sığorta hadisələri saxtalaşdırılmaqla şirkətə məxsus 75000 manat məbləğində pul vəsaiti mənimsənilmişdir. O, bu hadisədən sonra Təqsirləndirilən şəxs qəbul edib onunla söhbət aparmış, Təqsirləndirilən şəxs iş yoldaşlarının sistemə daxil olma parollarını əldə edərək, ödənişlərin adsız kartlara köçürülməsinə nail olmaqla şirkətə məxsus pul vəsaitlərini mənimsədiyini etiaf etmiş və bu barədə ona yazılı izahat təqdim etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sığorta Şirkətinin Zərərlərin Tənzimləmə İdarəsinin Müştəri Xidmətləri şöbəsinin mütəxəssisi kimi əsas vəzifəsi hadisələr üzrə müraciət etmiş şəxslərin qəbul edilərək zəruri sənədlərin həmin şəxslərdən götürülərək tamlığının və düzgünlüyünün yoxlanılması, çatışmayan sənədlər olduqda vətəndaşı xəbərdar etməklə həmin sənədləri tələb etməsi və toplanılan sənədlərin sistemə daxil olunaraq, növbəti mərhələyə, yəni qiymətləndirilmə mərhələsinə kompyüter vasitəsilə şirkətin onlayn qaydada idarəetmə sistemi ilə daxil edilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs sığorta hadisələrini ölümlə nəticələn sığorta hadisəsi kimi sənədləşdirmişdir. Təqsirləndirilən şəxs saxtalaşdırmanı məhz ölümlə nəticələnən sığorta hadisəsi kimi etməkdə məqsədi ölümlə nəticələnən sığorta hadisələrinin qiymətləndirilməsinin məhz işlədiyi şöbə daxilində həyata keçirilməsini bilməsi olmuşdur. Təqsirləndirilən şəxs onunla söhbət zamanı 15 ədəd "xxxx"a məxsus adsız bank kartlarına köçürülmüş pul vəsaitlərini dostluq etdiyi Şahid13 vasitəsilə şəhərin müxtəlif yerlərində yerləşən bankomatlardan nağdlaşdıraraq əldə etdiyini etiraf etmişdir. O, təhlükəsizliklə bağlı kurator olmuş, bu sistemlə bağlı olmuşdur. İşçi işə qəbul olunanda ona iltizamnamə təqdim olunur. Onun vəzifə təlimatı var. Ölüm hadisəsi ilə bağlı ölüm haqqında şəhadətnamə, məhkəmənin hökmü, hadisə yerinin sxemi, ekspertiza rəyi, DYP-nin tərtib etdiyi izahatlar, şahidlərin ifadələri, sürücülük vəsiqəsi avtomobili idarə etməsinə dair etibarnamə olub-olmaması, məhkəmənin yekun qərarı, ölüm haqqında şəhadətnamə və s. sənədlər qovluğa yığılır. İlk olaraq 5000 manat aşkarlanmışdır. Bundan sonra bunun kimin tərəfindən olmasını tapa bilmirmişlər. Audit dəvət olunmuş, parolları olan işçilərdən şübhələnmişlər. Onların olmadığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs dəvət olunduqdan sonra Paşa etiraf etmiş və kimlərin parollarından istifadə etməsini bildirmişdir. Hər bir işçi bilir ki, öz parolunu heç kimə vermək olmaz, lakin təqsirləndirilən şəxs hansısa yolla işçilərin parolunu öyrənmişdir. Təqsirləndirilən şəxs bir qəpikdə olsun dəymiş ziyanı ödəməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla bir məktəbdə oxumuşlar, qonşu olmuşlar. Münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs "xxxx" şirkətində işlədiyini bilmişdir. Paşa ona bir neçə dəfə kart verib xahiş etmişdir ki, həmin kartda olan pulları bankomatdan çıxarıb ona versin, o da Paşanın xahişi ilə bankomatdan pulu çıxarıb aparıb Paşaya vermişdir. Həmin pulun işlədiyi idarənin pulu olduğunu demişdir. Onun yadındadır ki, külli miqdarda pul çıxarıb Paşaya vermişdir. O, Təqsirləndirilən şəxs həmin pulları işlədiyi "xxxx" şirkətindən oğurladığını bilməmişdir. Paşa ona səhv etmirsə 5-6 dəfə, bəlkə də daha çox kart vermiş və o, pul çıxarmışdır. O, bir neçə dəfəyə bir neçə min manat pul çıxarmışdır. Müxtəlif bankomatlardan pul çıxarmışdır. Hər kart üzrə səhv etmirsə, bir neçə dəfəyə 5000 manat pul çıxarırmış və Paşaya vermişdir. Bankomatdan çıxarıb Paşaya verdiyi pullardan Paşa ona heç bir məbləğdə pul verməmişdir. Ondan xahiş etdiyi üçün, o, həmin pulları çıxarıb aparıb Paşaya vermişdir. O, Paşadan soruşmamış, nədən ötrü pulu özü yox, bankomatdan o, çıxarmalıdır. Pulları Paşanın işlədiyi idarəyə aparıb vermişdir. Pulları müxtəif bankomatlardan çıxarmışdır. Onun adına bir neçə telefon nömrələri olmuş, həmin nömrələrlə meqabaytdan istifadə etdiyi üçün adına təqribən 13-15 sim kart olmuşdur. Həmin telefon nömrələrini hal-hazırda xatırlamır. Onda ***-***-**-** nömrəsi olmuşdur. Həmin nömrə ilə o, çox vaxt Təqsirləndirilən şəxsla danışırmış. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onunla danışmaq üçün bir simkart alsın və yalnız həmin simkartla onunla danışsın. O, öz adına ***-***-**-** nömrəli simkart əldə etmiş və həmin nömrə ilə Paşa ilə əlaqə saxlamış, lakin sonradan digər telefon nömrələri ilə də Paşa ilə əlaqə saxlamışdır. O, bundan şübhələnməmişdir. Paşanın gördüyü işlər barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Sığorta şirkətində Zərərlərin Tənzimlənmə İdarəsinin Müştəri Xidmətləri şöbəsinin rəisi işləmişdir. Təqsirləndirilən şəxs 2018-ci ildən Zərərçəkmiş şəxs Sığorta şirkətində işləmişdir. Zərərçəkmiş şəxs sığorta şirkətinin Zərərlərin Tənzimlənmə İdarəsinin Müştəri Xidmətləri şöbəsinin işi ondan ondan ibarətdir ki, hadisələr üzrə müraciət etmiş şəxsləri qəbul edərək zəruri sənədləri həmin şəxslərdən götürərək tamlığını və düzgünlüyünü yoxlayır, çatışmayan sənədlər olduqda vətəndaşı xəbərdar etməklə həmin sənədləri tələb edir, sistemdə müraciət üzrə sığorta işi olmadıqda, həmin müraciət üzrə yeni sığorta işinin açılmasını həyata keçirir, toplanılan sənədləri sistemə skan etməklə daxil edərək, kompüter vasitəsilə şirkətin onlayn qaydada idarəetmə sistemi ilə növbəti mərhələyə, yəni qiymətləndirilmə mərhələsinə daxil edir. Qiymətləndirmə mərhələsində şirkətin onlayn idaretmə sistemi daxil edilmiş məlumatları baş vermiş qəza əmlak zərəri ilə bağlı olduqda Texniki Ekspertiza şöbəsi həyata keçirir. Tərəfindən sənədlərin doğruluğu yoxlanıldıqdan sonra sığorta ödənişini dəqiq olaraq sistemə daxil edir. Sonra onlayn şəkildə qiymətləndirməni təsdiq edərək, hüquqi qiymət verilməsi üçün elektron qaydada toplanmış sənədləri növbəti mərhələyə yönəldir. Təqsirləndirilən şəxs da əsas vəzifəsi hadisələr üzrə müraciət etmiş şəxsləri qəbul edilərək zəruri sənədlərin həmin şəxslərdən götürülərək tamlığının və düzgünlüyünün yoxlanılması, çatışmayan sənədlər olduqda vətəndaşı xəbərdar etməklə həmin sənədləri tələb etməsi, sığorta işinin açılması, toplanılan sənədləri sistemə skan etməklə daxil edərək, kompüter vasitəsilə şirkətin onlayn qaydada idarəetmə sistemi ilə növbəti mərhələyə, yəni qiymətləndirilmə mərhələsinə daxil edilməsindən ibarət olmuşdur. Bütün qeyd olunan yoxlamalar baş tutduqdan sonra, məsul şəxslərin etirazları olmadığı halda, kompüter vasitəsilə təsdiq olunması üçün ona göndərilir. Ona çatan sənədlər çox olduğu üçün, o, həmin sənədlərin yoxlanmasını fiziki olaraq çatdıra bilmir, ona görə də seçmə yolu ilə bəzi sənədləri yoxlayır. Sonra kompüterdə “Enter” düyməsinə basır. Ölüm hadisəsi ilə bağlı sığorta sənədləri bir neçə mərhələdə yoxlanılır və sonda ona ötürülür. Sonda o, ödənişlə bağlı həmin sənədi imzalayır. Bütün mərhələlərdə sənədlər yoxlanılır. O, həmin sənədlərin doğruluğunu yoxlamır. Ona görə ki, hər bir əməkdaş həmin sənədin doğruluğunu təsdiqlədikdən sonra ona ötürülür. Ölüm hadisələri ilə bağlı qovluqda bir çox sənədlər toplanır, həmçinin də məhkəmənin hökmü, ölüm haqqında şəhadətnamə də olur. Təqsirləndirilən şəxs təxminən 1 ay yarım ərzində 15 nəfərin ölümü ilə bağlı sənədləri saxtalaşdırmışdır. Bütün proseslər kompüter vasitəsi ilə həyata keçirilir. O, sənədlərin imzalanması ilə bağlı pəncərəni açanda gün ərzində təxminən 500-800 ədəd sənəd açılır. Həmin səndlərdən hansının ölüm hadisəsi ilə bağlı olmasını müəyyən etmək mümkün deyil. O, sənədləri açanda həmin sənədlərin düzgünlüyünü təsdiq edən yaşıl işıq yananda həmin sənədin məsul şəxs tərəfindən yoxlanılıb təsdiqlənməsi onun imzalamağına kiyayət edir. Sarı işıq yandıqda isə sənəd tamamlanmamış sayılır. Ölüm hadisəsi ilə bağlı ən azı 7 gündən 1 ilə qədər sənədləşmə başa çata bilər. Təqsirləndirilən şəxsin belə az bir müddətdə 15 nəfər barəsində sənədi saxtalaşdırması onun imzaladığı sənədlərin içərisində görmək mümkün deyildir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid7 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsi ilk dəfədir ki, adını eşidir, belə bir şəxsi tanımır. 2019-cu ilin təxminən yay aylarında gününü xatırlamadığı vaxtda ona məxsus **-ZP-*** nömrə nişanlı, “Mercedes E class” markalı avtomobillə “BMV” markalı avtomobil Heydər Əliyev sarayının yaxınlığında toqquşmuş, nəticədə onun avtomobili əzildiyi üçün ona maddi ziyan dəymişdir. Günahkar tərəfin avtomobili Zərərçəkmiş şəxs Sığortada sığortalandığı üçün həmin sığorta şirkətinə ona dəymiş ziyanın ödənilməsi üçün özünə və avtomobilinə məxsus sənədlərin surətlərini təqdim etmişdir. Lakin, həmin şirkətdə sənədi ondan alan əməkdaşın adını və xarici görünüşünü də hazırda xatırlamır. Sənədləri verəndən sonra ona “Azərtürk” banka məxsus adsız kart vermişlər və təxminən 10-15 gün sonra həmin karta təxminən 450 manat pul yüklənmiş və o da həmin kartdan 28 May metrosunun yaxınlığındakı “Azərtürk” bankın bankomatından pulu çıxarmışdır. Onun müraciət etdiyi Zərərçəkmiş şəxs Sığorta şirkəti Nəsimi rayonunda yerləşən Azərbaycan Tibb Universitetinin yaxınlığında yerləşir. Onun bundan başqa Zərərçəkmiş şəxs sığortaya heç bir müraciəti olmamış və ya hansısa məbləğdə pul almamışdır. X29 tanımır, belə adda hansısa yaxın qohumu və ya tanışı olmamışdır. Onun hansısa qohumu və tanışının ölümü ilə bağlı Zərərçəkmiş şəxs Sığortada işi olmamış və buna görə o, heç bir kartdan 5000 manat çıxararaq əldə etməmişdir. İlk dəfədir ki, bu barədə eşidir və belə bir halın baş verməsindən məlumatsız olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş-hüquqi şəxsin nümayəndəsinin izahatını və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" idarə heyəti sədrinin müavini Nümayəndə1 Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı 29 aprel 2020-ci il tarixli ərizəsindən görünür ki, 2019-cu ilin dekabr ayının əvvəllərində Şirkətin Zərərlərin Tənzimləmə İdarəsində keçirilən monitorinq zamanı, həmin şöbənin mütəxəssisi Təqsirləndirilən şəxs sığorta hadisələrini saxtalaşdırmaqla dələduzluq etməsi və külli miqdarda pul vəsaitinin mənimsənilməsi nəticəsində Şirkətə 75.000 manat maddi ziyan dəymişdir. Cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 23.05.2018-ci il tarixli ərizə ilə "xxxx" Sığorta Şirkəti ASC-yə müraciət edərək, həyatın qarışıq sığortası şöbəsinə adminstrator vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin 1-ci cild 8-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 may 2018-ci il tarixli 007/2018 saylı əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs "xxxx" Sığorta Şirkəti ASC-yə Həyatın qarışıq sığortası şöbəsinə adminstrator vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsini işçi tərəf kimi Təqsirləndirilən şəxs, işəgötürən tərəf kimi isə X37 imzalamışlar. Cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri X17 23 may 2018-ci il tarixli Əmri ilə Təqsirləndirilən şəxs 23.05.2018-ci il tarixindən Həyatın qarışıq sığortası şöbəsinə adminstrator vəzifəsinə 3 ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Cinayət işinin 1-ci cild 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 may 2018-ci il tarixli "xxxx" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri X37 ilə Təqsirləndirilən şəxs arasında bağlanılan “X68” haqqında müqavilədən görünür ki, sonuncu ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmasını, işəgötürənə heç bir səbəb üzündən ziyan vurmamağı və ziyankarlığa qarşı mübariz olmağı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq və uçotunu aparmağı, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməyi, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməyi və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmağı öz boynuna götürmüşdür. Cinayət işinin 1-ci cild 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış vəzifə təlimatına əsasən Təqsirləndirilən şəxs vəzifə öhdəliklərini icra etməməyə və ya lazımınca icra etməməyə görə AR əmək qanunvericiliyi və əmək müqaviləsi ilə müəyyən edilmiş qaydada, cəmiyyətə vurduğu maddi ziyana görə AR əmək, mülki və cinayət qanunvericilikləri ilə müəyyən edilmiş qaydada məsuliyyət daşımışdır. Cinayət işinin 1-ci cild 41-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23.05.2018-ci il tarixli 007/2018 saylı əmək müqaviləsinə 03/2019 №-li 03 iyun 2019-cu il tarixli Əlavəyə əsasən Təqsirləndirilən şəxs aylıq 544 manat əmək haqqı almaqla, "xxxx" Sığorta Şirkəti ASC-yə zərərlərin tənzimlənməsi şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Cinayət işinin 1-ci cild 44-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" Sığorta Şirkəti ASC-nin 18 oktyabr 2019-cu il tarixli, AH-X/017-2019 №li Əmrinə əsasən Təqsirləndirilən şəxs zərərlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi vəzifəsindən öz xahişi ilə 18.10.2019-cu il tarixdən azad edilmiş, onunla bağlanmış 23.05.2018-ci il tarixli, 007\2018 saylı əmək müqaviləsinə 18.10.2019-cu illdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Cinayət işinin 1-ci cild 64-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 yanvar 2020-ci il tarixli, 012-1692-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01.12.2019-cu il tarixdən hazırki vaxtadək Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi barədə məlumat yoxdur. Cinayət işinin 1-ci cild 68-70-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X38 23 yanvar 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 1-ci cild 74-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov rayon prokuroru vəzifəsini müvəqqəti icra edən baş ədliyyə müşaviri Vüqar Əliyevin 04 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərarından görünür ki, "xxxx" ASC-nin idarə heyətinin sədrinin müavini Nümayəndə1 müraciəti əsasında Nərimanov RPİnin istintaq şöbəsində toplanmış 368 saylı material üzrə qəbul edilmiş müstəntiq Rahib Əliyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 yanvar 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. Cinayət işinin 1-ci cild 81-83-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 may 2020-ci il tarixli, O-A-2020-0278 saylı Təqsirləndirilən şəxs barəsində audit rəyindən görünür ki, Zərərlərin tənzimlənməsi İdarəsinin Müştəri Xidmətləri Şöbəsində 18.10.2019-cu ilədək mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tərəfindən sığorta hadisələrini saxtalaşdırmaqla külli miqdarda ziyan vurması abrədə keçirilmiş audit yoxlaması zamanı Təqsirləndirilən şəxs 14.08.2019-17.10.2019-cu il tarixləri ərzində ümumilikdə 15 iş saxtalaşdıraraq hər iş üzrə 5000 azn olmaqla müştərilərə sığorta ödənişi üçün nəzərdə tutulmuş 15 adsız bank kartlarına yükləməsi nəticəsində şirkətə məxsus 75.000 manat pul vəsaitini mənimsəməsi aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 98-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 sentyabr 2019-cu il tarixli, 9362 nömrəli ödəniş tapşırığından görünür ki, X53 "xxxx" vasitəsilə "xxxx" hesabına 5000 AZN köçürüldüyü qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 101-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 oktyabr 2019-cu il tarixli, 9682 nömrəli ödəniş tapşırığından görünür ki, Şahid2 və X6 "xxxx" vasitəsilə "xxxx" hesabına ayrı-ayrılıqda 5000 AZN köçürüldüyü qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 104-105-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 oktyabr 2019-cu il tarixli, 9919 nömrəli ödəniş tapşırığından görünür ki, Şahid7 və Şahid1 "xxxx" vasitəsilə "xxxx" hesabına ayrı-ayrılıqda 5000 AZN köçürüldüyü qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 106-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 avqust 2019-cu il tarixli, 8150 nömrəli ödəniş tapşırığından görünür ki, Abdullayev Gündüz Kərim oğluna "xxxx" vasitəsilə "xxxx" hesabına 5000 AZN köçürüldüyü qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 109-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 sentyabr 2019-cu il tarixli, 9454 nömrəli ödəniş tapşırığından görünür ki, Şahid8 və Şahid5 "xxxx" vasitəsilə "xxxx" hesabına ayrı-ayrılıqda 5000 AZN köçürüldüyü qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 112-113-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 oktyabr 2019-cu il tarixli, 9786 nömrəli ödəniş tapşırığından görünür ki, X4 və Şahid6 "xxxx" vasitəsilə "xxxx" hesabına ayrı-ayrılıqda 5000 AZN köçürüldüyü qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 114-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 avqust 2019-cu il tarixli, 7977 nömrəli ödəniş tapşırığından görünür ki, X46 "xxxx" vasitəsilə "xxxx" hesabına 5000 AZN köçürüldüyü qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 117-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2019-cu il tarixli, 10178 nömrəli ödəniş tapşırığından görünür ki, X23 və X39 "xxxx" vasitəsilə "xxxx" hesabına ayrı-ayrılıqda 5000 AZN köçürüldüyü qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 119-121-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 oktyabr 2019-cu il tarixli, 9620 nömrəli ödəniş tapşırığından görünür ki, Şahid4 və Şahid8 "xxxx" vasitəsilə "xxxx" hesabına ayrı-ayrılıqda 5000 AZN köçürüldüyü qeyd edilmişdir. Cinayət işinin 2-ci cild 88-97-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 iyun 2020-ci il tarixli, 20/50 nömrəli sərbəst auditor rəyindən görünür ki, aparılan audit yoxlaması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona həvalə edilmiş xidməti səlahiyyətdən sui-istifadə edərək özü tərəfindən saxta ölümlə nəticələnən sığorta hadisələri üzrə müraciətlər yaratmış, onlar barədə saxta məlumatları sistemə daxil etmişdir. Təqsirləndirilən şəxs real sığorta hadisələri üzrə daxil olmuş sənədlərə əsaslanmışdır. Həmçinin o, prosesin digər iştirakçılarının parollarını ələ keçirərək növbəti mərhələdə onların adından müraciətləri və sığorta hadisələrini təsdiq edərək ödənişə yönəltmişdir. Təqsirləndirilən şəxs saxta işlərin hamısını ölümlə nəticələnən müraciət kimi sənədləşdirmiş və bunu bir müraciət üzrə maksimal 5000 manat sığorta ödənişi əldə etməsi üçün etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən saxta ölümlə nəticələnən sığorta hadisələri üzrə müraciətlər yaradılmış və onlar barədə saxta məlumatları sistemə daxil edərək 15 nəfərin adına rəsmiləşdirərək ümumilikdə 75000 manat pul vəsaitini mənimsəmişdir. Cinayət işinin 3-cü cild 108-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" ASC-nin 13 iyul 2020-ci il tarixli, O-A-2020-0412 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, 15 ədəd – 4613 8631 6999 0464; 4613 8631 6475 0277; 4613 8631 6983 6667; 4613 8631 6980 4731; 4613 8631 6344 2637; 4613 8631 6315 5130; 4613 8631 6915 4681; 4613 8631 6908 0142; 4613 8631 6508 7992; 4613 8631 6511 5355; 4613 8631 6921 9021; 4613 8631 6917 2774; 4613 8631 6566 5789; 5304 6785 1772 1044 və 5304 6785 0526 9295 nömrəli prepaid kart vətəndaşlara təqdim edilməsi üçün "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə verilmişdir. Cinayət işinin 3-cü cild 146-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" ASC-dən daxil olmuş 17 iyul 2020-ci il tarixli, O-A-2020-0428 saylı məktubdan görünür ki, 19.10.2019-cu il tarixdə 4613 8631 6475 0277 saylı plastik kartdan 1010 AZN və 909 AZN əməliyyatları Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, “Optimal Electronics” mağazasında yerləşən “Beynəlxalq” bankın ATM terminalında aparılmışdır. Cinayət işinin 3-cü cild 147-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" ASC-dən daxil olmuş 22 iyul 2020-ci il tarixli, O-A-2020-0441 saylı məktubdan görünür ki, 20.10.2019-cu il tarixdə 4613 8631 6475 0277 saylı plastik kartdan 4 dəfə 202 AZN və bir dəfə 152 AZN əməliyyatları Səbail rayonu, Bibiheybət yolunda yerləşən “Kapital” bankın ATM terminalında aparılmışdır. Cinayət işinin 4-cü cild 72-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2020-ci il tarixli, 9/3352 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, tədqiqatla ekspertizaya təqdim edilmiş cinayət işi materiallarına, o cümlədən iş materiallarında öz əksini tapmış "xxxx" Sığorta Şirkəti ASC-də adminstrator vəzifəsində işləmiş Təqsirləndirilən şəxs sığorta xidmətindən şirkətə vurduğu ziyanı müəyyən etmək üçün Atəşgah sığorta şirkətinin 04 may 2020-ci il tarixli 0-A-2020-0278 saylı və X24 tərəfindən tərtib edilmiş 03 iyun 2020-ci il tarixli 20/50 saylı sərbəst auditor rəylərində gəlinmiş nəticələrə əsasən, həmin rəylərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla Təqsirləndirilən şəxs tərəfindən 14.08.2019-17.10.2019-cu il tarixlər ərzində saxta ölümlə nəticələnən sığorta hadisələri üzrə müraciətlər yaratmış və onlar barədə saxta məlumatları sistemə daxil edərək ümumilikdə 15 iş saxtalaşdıraraq hər iş üzrə 5000 azn olmaqla müştərilərə sığorta ödənişi üçün nəzərdə tutulmuş 15 adsız bank kartlarına yükləməsi və şəhərin müxtəlif ərazilərində yerləşən bankomatlardan nağdlaşdıraraq əldə etməsi nəticəsində şirkətə məxsus 75000 manat pul vəsaitinin mənimsənilməsi müəyyən edilir. Qeyd edilir ki, gəlinən nəticələr sistem məlumatlarından, izahatdan, Təcrübə mübadiləsinin təşkili barədə razılaşmadan, sərəncamdan, ərizədən, əmək müqaviləsindən, əmək müqaviləsinə Əlavədən və digər sənədlərə əsaslanmışdır. Cinayət işinin 4-cü cild 87-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" ASC-dən daxil olmuş 25 dekabr 2020-ci il tarixli, O-A-2020-0759 saylı məktubdan görünür ki, 20.10.2019-cu il tarixdə 4613 8631 6999 0464 saylı plastik kartdan 5 dəfə 202 AZN və bir dəfə 152 AZN əməliyyatları Səbail rayonu, Bibiheybət yolunda yerləşən “Kapital” bankın ATM terminalında aparılmışdır. Cinayət işinin 4-cü cild 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X40 vəfat etməsi ilə əlaqədar olaraq X39 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 113-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X20 vəfat etməsi ilə əlaqədar olaraq X23 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 114-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X18 vəfat etməsi ilə əlaqədar olaraq Şahid1 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 115-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X18 vəfat etməsi ilə əlaqədar olaraq Şahid7 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 116-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X27 vəfat etməsi ilə əlaqədar olaraq Şahid6 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 117-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X2 vəfat etməsi ilə əlaqədar olaraq X4 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 118-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X13 vəfat etməsi ilə əlaqədar olaraq Şahid2 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 119-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X26 vəfat etməsi ilə əlaqədar olaraq X6 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 120-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X12 vəfat etməsi ilə əlaqədar olaraq Şahid8 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 121-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X25 vəfat etməsi ilə əlaqədar olaraq Şahid4 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X49 vəfat etməsi ilə əlaqədar olaraq Şahid5 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 123-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X11 vəfat etməsi ilə əlaqədar olaraq Şahid8 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 123-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X44 vəfat etməsi ilə əlaqədar olaraq X53 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X7 vəfat etməsi ilə əlaqədar olaraq X9 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron sistemdən çıxarışdan görünür ki, sığortalanmışın avtomobil yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X77 vəfat etməsi ilə əlaqədar olaraq X46 5000 AZN ödənilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 178-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X30 15 fevral 2021-ci il tarixli ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 4-cü cild 212-220-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 aprel 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 və şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Nümayəndə1 Təqsirləndirilən şəxs "xxxx" şirkətində mütəxəssis kimi çalışdığı vaxt ödəniş düşmədiyi halda, vətəndaşa 5000 manat ödənişin verilməsini həyata keçirdiyini, şirkətə 75.000 manat ziyan vurduğunu bildirərək, Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokoluna da sübut növü kimi qəbul edir. Cinayət işinin 4-cü cild 221-224-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 aprel 2021-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 15 ədəd saxta sığorta işi açdığını, həmin sığorta işləri üzrə hər birində 5000 AZN olmaqla, ümumilikdə 75000 manat pul olan “AzərTürk Bank” a məxsus adsız hesab kartlarını ələ keçirdiyini bildirərək, istintaqa verdiyi ifadəsini dir daha əyani şəkildə təsdiqləmişdir. Cinayət işinin 5-ci cild 14-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" ASC-nin 15 iyul 2021-ci il tarixli 17/04-1068 nömrəli məktubundan görünür ki, adsız birdəfəlik ödəniş kartları "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin vətəndaşlara sığorta ödənişlərini həyata keçirmək üçün verilir. Həmin adsız kartlar yalnız sığorta ödənişi kart hesabına köçürüldükdən sonra etibarlı sayılır. Həmin kartlardan yalnız sığorta ödənişinin nağdlaşdırılması və ya POS terminal vasitəsi ilə nağdsız ödənişlər üçün vətəndaş tərəfindən istifadə oluna bilər. Sığorta ödənişi nağdlaşdırıldıqdan sonra həmin kartlar etibarsız sayılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktaybr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş – ***-***-**-** mobil telefon nömrəsi ilə 01 aprel 2019-cu il tarixindən 31 dekabr 2019-cu il tarixinə kimi olan müddət ərzində aparılan SMS mətnləri haqqında məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Həmin qərarın icrası ilə əlaqədar olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 27 oktyabr 2021-ci il tarixli, BKC/LGL-15274/21 saylı məktubla daxil olmuş 1 ədəd CD diskdə olan sms məlumatlarına keçirilən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 14 aprel 2019-cu ildə saat 18:46:35-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən Şahid13 ***-***-**-** nömrəsinə “Yetim mən çıxdım evdən imkan olsa yığ mənə təkəm” məzmunlu mesaj; 12 may 2019-cu ildə saat 10:13:17-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “evdəki) mənnən soruşdu dedim mənlik deyil dostum Murad danışır mənim” məzmunlu mesaj; Həmçinin, CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** mobil nömrəsi Şahid13 ***-***-**-** saylı telefon nömrəsi arasında 01 aprel 2019-cu il tarixindən 31 dekabr 2019-cu il tarixinə kimi müxtəlif vaxtlarda 25 dəfə telefon danışığı qeydə alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(101)-1675/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefonu onun ailə üzvlərindən götürülərək, telefon tədqiq olunması üçün məhkəmə kompüter-texniki ekspertizası təyin edilməsi haqqında qərarla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Həmin qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 5/1169 nömrəli ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 9.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A3” markalı “SM-A320F” modelli proqram təminatında olan “**********06423”, “**********06421” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. (mobil smartfonun proqram təminatında olan “imei” kodla arxa tərəfindəki markirovka göstəricisində olan “imei” kod fərqlidir) -Təqdim edilmiş “Samsung Galaxy A3” markalı “SM-A320F” modelli mobil smartfon vasitəsilə hər hansı bir “SMS” mesaj və zəng xidmətləri mövcuddur. - Təqdim edilmiş “Samsung Galaxy A3” markalı “SM-A320F” modelli mobil smartfonun “Menyu” hissəsinə girişi məhdudlaşdıran hər hansı bir “parol” (password) tətbiq edilməmişdir. - Tədqiq olunan “Samsung Galaxy A3” markalı “SM-A320F” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “Whatsapp” proqram təminatı və “İnstagram” sosial şəbəkəsi vasitəsilə aparılmış məlumat mübadilələri və sairə fayllar) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur. Məhkəmə prosesində ekspert rəyinə əlavə edilmiş üç ədəd DVD-R diskə keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, özünü yalnız CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bildiyini, özünü Azərbaycan Respublikası CM-nin 271.3-cü maddəsi ilə təqsirli bilmədiyini, kompüter məlumatlarını ələ keçirmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs bu cür ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bildiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlillər göstərməmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Məhkəməyədək icraat zamanı Bakı şəhəri, Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X10 13 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Şahid13, Şahid10, Şahid11 və Şahid12 barələrində həmin maddələr ilə cinayət təqibinin başlanılmasını rədd etmişdir.( 5-ci cild 26-48-ci vərəqə). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 17 aprel 2012-ci il tarixli Plenumunun qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 442 və 449-cu maddələrinin tələblərinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına yalnız təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxs və onun qanunu nümayəndəsinin, habelə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin şikayətləri əsasında baxıla bilər. Azərbaycan Respublikasının CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Baxılan iş üzrə məhkəmə prosesində təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə dövlət ittihamçısı və zərərçəkmiş-hüquqi şəxsin nümayəndəsinin mövqeyi öyrənilmiş, lakin sonuncular belə bir vəsatət qaldırmamışlar. Azərbaycan Respublikasının CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin digər maddi-məsul şəxslərinin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunu müəyyən etmək məhkəmənin səlahiyyəti xaricindədir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübüt növü kimi qəbul edilməsinə, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 271.3-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 62-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 yanvar 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 4-cü cild 12-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 27 iyun 2020-ci il tarixli, 19\51-5943 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 4-cü cild 14-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 25 iyun 2020-ci il tarixli, 4382 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 4-cü cild 243-cü vərəqəsində olan doğum haqqında şəhadətnamənin kesorosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2019-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işinin 4-cü cild 186-cı vərəqəsində olan axtarışda olan şəxsin tutulmasına dair 28 aprel 2021-ci il tarixli protokoldan və cinayət işinin 4-cü cild 196-cı vərəqəsində olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 4-cü cild 247-250-ci vərəqələrində olan Nərimanov rayon prokuroru, kiçik ədliyyə müşaviri Hidayət Nurəlibəyovun 30 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi və sonuncunun Nərimanov RPİ MSY-dən azad edilməsi müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 251-253-cü vərəqələrində olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X30 30 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək olan 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 04 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A3” markalı “SM-A320F” modelli mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxs "xxxx" Sığorta ASC-yə dəymiş 75.000 manat maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" Sığorta ASC cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş hüquqi şəxs "xxxx" Sığorta ASC-yə dəymiş 75.000 manat maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işinin 4-cü cild 8-11-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 04 iyul 2020-ci il tarixli, 016-58146-1220 saylı məktubdan və məktuba əlavə edilmiş çıxarışlardan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasına görə Təqsirləndirilən şəxs adına 14.10.2019-cu il tarixdə “BMW” 320 markalı, **-MC-*** d.q.n avtomobil qeydiyyata alınmış, 17.02.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” 14 noyabr 2011ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində, öz qulluq mövqeyindən istifadə edib təqsirli bilindiyi cinayətləri törətdiyindən yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2.-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza növü də təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə əlavə cəza növü də təyin edildiyindən, cinayətlərin məcmusu üzrə təyin edilən əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti əlavə cəza təyin edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 271.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.3-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A3” markalı “SM-A320F” modelli mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə dəymiş 75.000 manat maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar