Məhkəmə qərarları › İş №1(101)-1675/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1675/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1675/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 19 avqust 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 02 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 yanvar 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 31,932 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təsir maddəsi narkotik vasitə metadonun çəkisi 2,0 qram külli miqdar təşkil edən üzərində «Methadone 40» və «F/M 40» sözləri yazılmış 5 konvalyutda ümumilikdə 50 ədəd dərman həblərini və təmiz çəkisi 7,635 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yaşadığı ünvan 3 ünvana daşıyaraq saxlamış, həmin narkotik vasitədən külli miqdarda təmiz 3,632 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 4-cü Mədən ev 28Q ünvanının qarşısınadək daşımışdır. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin (bundan sonra: DİN BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30-da həmin ünvanda saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış və üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən üzərində 01 ədəd bükümdə gəzdirdiyi təmiz çəkisi 3,632 qram olmaqla külli miqdar təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 19:40-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən aparılmış baxış nəticəsində mənzilin yataq otağında olan dolabdan qara rəngli eynək qabının içərisindən təsir maddəsi narkotik vasitə metadonun çəkisi 2,0 qram olmaqla külli miqdar təşkil edən, üzərində «Methadone 40» və «F/M 40» sözləri yazılmış 5 konvalyutda, ümumilikdə 50 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərdən ibarət sintetik narkotik vasitə metadon, 01 bükümdə təmiz çəkisi 28,300 qram olub, kimyəvi komponent tərkiblərinə görə əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə eynilik təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,830 qram və 2,805 qram olmaqla ümumi təmiz çəkisi 7,635 qram olan külli miqdarda kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddələr metamfetamin və bir ədəd gümüşü rəngli, üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər müəyyən edilən elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsinin doğru olduğunu bildirdi və həmin ifadəsinin qəbul edilməsini məhkəmədən xahiş edərək ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdi. Azərbaycan Respublikası CPM-in 327.1 və 327.1.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və göstərmişdir ki, o, 02 yanvar 2024-cü il tarixdə, saat 16:30 dəqiqədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 4-cü mədən küçəsi, ev 28Q ünvanının qarşısında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini ona polis əməkdaşı kimi təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində əməliyyat–axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. BNMİ-nin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş, şalvarının sol yan cibindən üzərində ***-***-**-** və ***- ***-**-** mobil nömrələr olan «Samsung» markalı mobil telefon və 1 (bir) ədəd yaşadığı evə məxsus olan açar aşkar olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi 4 (dörd) qram olmuşdur. Aşkar olunmuş heroin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun və iştirakçıların tərəfindən imzalanmışdır. Aşkar olunmuş mobil telefon götürülmüş, açar isə ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, adını bilmədiyi İran İslam Respublikasının (bundan sonra: İran və ya İİR) vətəndaşının Sabunçu rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, həmin narkotik vasitəyə və evdə saxladığı narkotik vasitə dərman həb və metamfetaminə görə həmin İran vətəndaşına 460 manat pul ödədiyini, narkotik vasitəni istifadə etmək və satmaq məqsədilə saxladığını, yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrinin davamında göstərmişdir ki, şəxsi axtarışdan sonra onun özünün razılığı ilə tam tərkibdə yaşadığı evə gedilərək ora baxış keçirilmiş, həmin vaxt o yaşadığı evin özünə aid otağında, dolabın içərisində olan qara rəngli eynək qabını təqdim edərək həmin qabda narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi həmin qab açıldıqda orada 1 (bir) ədəd tərəzi, ümumilikdə 50 (əlli) ədəd metadon həbləri, 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, 2 (iki) ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş heroin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 30 (otuz) qram, metamfetamin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 10 (on) qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş maddələr, həblər və tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş maddələrin özünə məxsus olduğunu, adını bilmədiyi İİR vətəndaşının bir neçə gün öncə Sabunçu rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, həmin narkotik vasitə və psixotrop maddələrə görə İran vətəndaşına 460 manat pul ödədiyini, qeyd olunan maddələri istifadə etmək və satmaq məqsədilə saxladığını, aşkar olunmuş tərəzi vasitəsilə narkotik və psixotrop maddələrin çəkilərini dəqiqləşdirmək məqsədilə istifadə etdiyini, yaşadığı evdə narkotik vasitə saxladığından kimsənin xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində, həmçinin göstərmişdir ki, o, saxlanılarkən üzərinə baxış keçirilməmiş, saxlanılarkən və ya daha sonra ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir (iş vərəqə: 150-153). Cinayət işinə məhkəmsə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin əməkdaşı, baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat mərhələsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq edib ifadəsində göstərdi ki, barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında qərar qəbul edilmiş və onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Müvafiq əmrlə tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, o, və əməliyyat müvəkkili Şahid2 həmin qrupu təşkil etmişlər. 02 yanvar 2024-cü il tarixdə, saat 16:30-da Təqsirləndirilən şəxs yaşadığı Balaxanı qəsəbəsində, 4-cü mədən küçəsində evinə yaxın ərazidə piyada hərəkət edən zaman onlar tərəfindən saxlanılmış, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək özünün razılığı ilə onu BNMİ-nin inzibati binasına aparmışlar. Orada müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmiş, şalvarının sol yan cibindən üzərində «Nar» mobile və "xxxx"ə məxsus mobil nömrələr olan «Samsung» markalı mobil telefon və bir ədəd yaşadığı evə məxsus olan açar aşkar olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroin narkotik vasitəsi elektron tərəzidə çəkilmiş və çəkisinin 4 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş heroin kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri bünün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Həmçinin aşkar olunmuş mobil telefon götürülmüş, açar isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs şəxsi axtarışa məruz qalarkən yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmiş, həmin evə baxış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evə gedilmiş, ora baxış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin özünə aid otağında, dolabın içərisində olan qara rəngli eynək qabını təqdim etmiş, həmin qabın içərisindən 50 ədəd metadon həbləri, bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, iki ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin və bir ədəd tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, heroinin ümumi çəkisinin 30 qram, metamfetaminin ümumi çəkisinin 10 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş bütün maddələr və tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Sonrakı baxışda isə heç nə aşkar edilməmişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs suallar ətrafında dindirilərkən üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitənin və digər maddələrin, həmçinin tərəzinin özünə məxsus olduğunu, adını bilmədiyi İran vətəndaşının Sabunçu rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, üzərində və evdə saxladığını, bütövlükdə aldığı narkotik vasitəyə, dərman həbləri və metamfetaminə görə İran vətəndaşına 460 manat pul ödədiyini, həmin narkotik vasitəni və digər maddələri istifadə etmək və satmaq məqsədilə saxladığını, aşkar olunmuş tərəzidən narkotik və psixotrop maddələrin çəkilərini dəqiqləşdirmək məqsədilə istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zor və psixi təsir göstərilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin digər əməkdaşı Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində işin halları ilə bağlı qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə» barədə 02 yanvar 2024-cü il tarixli və şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi CD diskə baxış keçirilməsi haqqında 18 yanvar 2024-cü il protokollardan görünür ki, BNMİ-nin təhqiqatçı Nicat Osmanov tərəfindən həmin idarənin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili X5, saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş 22 saylı vəkil Börosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışdan əvvəl təhqiqatçı tərəfindən verilən təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb masanın üzərinə qoyur, onun şalvarının sol yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd yaşadığı evə məxsus açar aşkar olunur. Daha sonra tədqiq olunan protokollardan görünür ki, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddə elektron tərəzidə çəkilir və çəkisinin 4 (dörd) qram olduğu müəyyənləşdirilir. Bundan sonra aşkar olunmuş heroinə bənzər maddə ağ rəngli boş kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin aşkar olunmuş mobil telefon araşdırma aparılması üçün götürülmüş, açar isə ona geri qaytarılmışdır. Tədqiq olunan həmin protokollardan daha sonra görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, adını bilmədiyi İİR vətəndaşının Sabunçu rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, aşkar olunan narkotik vasitəyə görə İran vətəndaşına 460 manat pul ödədiyini, narkotik vasitəni istifadə etmək və satmaq məqsədi ilə saxladığını, yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokollardan görünür ki, şəxsi axtarış və götürmə prosesi «Sony» markalı video kameradan istifadə olunmaqla videolentə alınmış və videogörüntülərnin yükləndiyi bir ədəd CD disk «şəxsi axtarış aparılması və götürmə» barədə 02 yanvar 2024-cü il tarixli protokola əlavə edilmişdir(iş vərəqə: 35-36, 114-116). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında axtarış aparılması və götürmə barədə 02 yanvar 2024cü il tarixli və evdə axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi başqa bir CD diskə baxış keçirilməsi haqqında 18 yanvar 2024-cü il protokollardan görünür ki, 02 yanvar 2024-cü il tarixdə 19:40 dəqiqədən başlayaraq BNMİ-nin təhqiqatçısı Nicat Osmanov, həmin idarənin baş əməliyyat müvəkkilləri Şahid1 və X5, saxlanılan şəxs Təqsirləndirilən şəxs müdafiəçisi 22 saylı vəkil Börosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ünvanında axtarış aparılmış, axtarışa real olaraq başlamazdan əvvəl təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs yaşadığı mənzilin özünə aid otağında, dolabın içərisində olan qara rəngli eynək qabını çıxarıb təqdim edərək həmin qabda narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən təqdim olunan həmin qab açılmış, qabın içərisində bir ədəd tərəzi, hər birində 10 ədəd narkotik vasitə olan metadon həbi olan 5 ədəd blister, yəni ümumilikdə 50 ədəd metadon həbi, bir ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, iki ədəd sellofan bükümlərdə kristalşəkilli, ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş heroinə və metamfetaminə bənzər maddələr elektron tərəzidə çəkilmiş, heroinə şübhəli maddənin çəkisinin 30 (otuz) qram, metamfetaminə şübhəli maddənin çəkisinin 10 (on) qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş maddələr, həblər və tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Tədqiq olunan protokollardan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə aparılmış faktiki axtarış nəticəsində başqa cinayət və alət və vasitəsi aşkar edilməmişdir. Tədqiq olunan həmin protokollardan daha sonra görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, adını bilmədiyi İİR vətəndaşının Sabunçu rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, aşkar olunan narkotik vasitəyə görə İran vətəndaşına 460 manat pul ödədiyini, narkotik vasitəni istifadə etmək və satmaq məqsədi ilə saxladığını, aşkar olunmuş tərəzi vasitəsilə narkotik və psixotrop maddələrin çəkilərini dəqiqləşdirmək məqsədilə istifadə etdiyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokollardan görünür ki, şəxsi axtarış və götürmə prosesi «Sony» markalı video kameradan istifadə olunmaqla videolentə alınmış və videogörüntülərnin yükləndiyi bir ədəd CD disk «şəxsi axtarış aparılması və götürmə» barədə 02 yanvar 2024-cü il tarixli protokola əlavə edilmişdir(iş vərəqə: 39-40, 114-116). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan 02 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilrərk götürülmüş «Samsung» markalı mobil telefona baxış keçirilməsi haqqında 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən telefona ayarlar bölümündən daxil olduqdan sonra həmin telefonun içərisində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olması müəyyən edilir. Lakin baxış nəticəsində telefonun məlumatdaşıyıcı bölümlərində iş üçün əhmiyyət kəsb edəcək məlumatlar aşkar edilməmişdir(iş vərəqə: 124). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 03 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/10 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan» yazı və imzalar olan zərfdə 1 ədəd sellofanda təmiz çəkisi 28,300 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 2 ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,830 qram və 2,805 qram olmaqla, ümumi çəkisi 7,635 qram olan ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 5 ədəd üzərində «Methadone 40» yazılan konvalyutda 50 (əlli) ədəd üzərində «F/M40» yazılan qəhvəyi rəngli, dairəvi formalı həblər sintetik narkotik vasitə - metadon olub, 50 (əlli) ədəd həbdə metadon təsir maddəsinin ümumi miqdarı 2,0 qramdır. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiq olunan zərfin içərisində olan 1 ədəd gümüşü-qara rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetamin izləri vardır, metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan» yazı və imzalar olan zərfdə 1 ədəd sellofanda təmiz çəkisi 3,632 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 2 ədəd bükümlərdə olan heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir, 2 ədəd bükümdə olan metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiq olunan həmin rəyin qeyd hissəsindən görünür ki, ekspertiza tədqiqatı zamanı ümumi çəkisi 31,932 qram təşkil edən heroinin 0,1 qramı tədqiqata sərf edilmiş, 31,832 qram qalıq qalmışdır. Ümumi çəkisi 7,635 qram təşkil edən metamfetaminin 0,1 qramı tədqiqata sərf edilmiş, 7,535 qram qalıq qalmışdır. 50 ədəd metadon həblərinin 5 ədədi tədqiqata sərf edilmiş, 45 ədədi isə qalıq qalmışdır. Heroin, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ), Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir (iş vərəqə: 46-51). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 fevral 2024-cü il tarixli, 8128 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 154-155). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş X1 (xx/xx/1936 Baki şəh., Sabunçu qəs, İliç küç, ev.28q ********) adına olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatların yükləndiyi 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı CD formatlı diskdə 05 ədəd fayl olması müəyyən edilmişdir ki, onların ikisi mobil telefon nömrəsinə göndərilən smslərlə bağlıdır. «SMS_Tarixcesi__**********4452__552581815» adlı 144 KB həcmində olan faylda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə gələn smslər vardır. xx-xx-2023 09:39:27 xx-xx-2023 09:39:27 1.1.**********07 1.1.**********15 Salam xala oglu sabahin xeyir olsun qaqa menem Cosgun qardasim 30 manat pulm var gelim hersinden mene imkan var 15 15 versen mene bir kelem xeber ele qadan alaram, xx-xx-2023 10:20:11 1.1.**********01 1.1.**********15 Qaqa imkan olsa mene azca kolada veresen, xx-xx-2023 02:16:36 xx-xx-2023 02:16:36 1.1.**********27 1.1.**********15 Brat. 71 var isdemisen Elçin kişi dör yalan diyen birde bele bir şey olmayacaq coşqunu göt baş eləyib çıxdım həmin günü ordan 71 i deyirsen he yox de brat DELİVERED xx-xx-2023 02:39:48 xx-xx-2023 02:39:48 1.1.**********27 1.1.**********15 Brat meni çıxart çornudan bir iki kəlmə derdleşek 40 20 ni, bele 50 manat pulum da var inanırsan bugün 60 manatım gedib hele vezyetden çıxmamışam ,qardaşımsan vezyetim pisdi. xx-xx-2023 21:09:09 1.1.**********03 1.1.**********15 elcin menem ceyhun brat xala ogluynanam catmisam siqaret aldugun magazanin yanindayam SUBMİTTED, xx-xx-2023 15:55:49 1.1.**********70 1.1.**********15 elcin salam qaqa mənəm elşad konturum yoxdu başqa nömrədən yıgıram SUBMİTTED (həqiqətən 055 ***-**-** nömrəsinin Elçinin istifadəsində olmasını təsdiqləyir). «SMS_Tarixcesi__**********4454__552581815» adlı 144 KB həcmində olan faylda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən yazılan smslər vardır. xx-xx-2023 06:45:13 xx-xx-2023 06:45:14 1.1.**********15 1.1.**********70 Elsad o pulu bu gun perevod eliyirem uşaxlara menim onlara vereceyim var senende pulu yox emaneti alaceyler (iş vərəqə: 131-133). "xxxx" MMC-dən əldə olunmuş, məhkəmədə tədqiq olunan məlumatlarla bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi və məhkəmə baxışında tədqiq olunan istifadəsində göstərmişdir ki, həqiqətən onun istifadəsində olan mobil nömrəyə gələn sms-lər, o cümlədən xx-xx-2023 09:39:27 xx-xx-2023 09:39:27 1.1.**********07 1.1.**********15 «Salam xala oglu sabahin xeyir olsun qaqa menem Cosgun qardasim 30 manat pulm var gelim hersinden mene imkan var 15 15 versen mene bir kelem xeber ele qadan alaram», xx-xx-2023 10:20:11 1.1.**********01 1.1.**********15 «Qaqa imkan olsa mene azca kolada veresen», xx-xx-2023 02:16:36 xx-xx-2023 02:16:36 1.1.**********27 1.1.**********15 «Brat. 71 var isdemisen Elçin kişi dör yalan diyen birde bele bir şey olmayacaq coşqunu göt aş eləyib çıxdım həmin günü ordan 71 i deyirsen he yox de brat» xx-xx-2023 02:39:48 xx-xx-2023 02:39:48 1.1.**********27 1.1.**********15 «Brat meni çıxart çornudan bir iki kəlmə derdleşek 40 20 ni, bele 50 manat pulum da var inanırsan bugün 60 manatım gedib hele vezyetden çıxmamışam, qardaşımsan vezyetim pisdi», xx-xx-2023 21:09:09 1.1.**********03 1.1.**********15 «elcin menem ceyhun brat xala ogluynanam catmisam siqaret aldugun magazanin yanindayam», xx-xx-2023 15:55:49 1.1.**********70 1.1.**********15 «elcin salam qaqa mənəm elşad konturum yoxdu başqa nömrədən yıgıram (həqiqətən 055 258-18-15 nömrəsinin Elçinin istifadəsində olmasını təsdiqləyir)», xx-xx-2023 06:45:13 xx-xx-2023 06:45:14 1.1.**********15 1.1.**********70 «Elsad o pulu bu gun perevod eliyirem uşaxlara menim onlara vereceyim var senende pulu yox emaneti alaceyler» kimi sms-lər olmuşdur ki, həmin sms-lər onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olmuşdur. SMS yazan onun şəxsiyyətini tanımadığı şəxslər olmuş, həmin şəxslər ona narkotik vasitə istifadə etmək üçün smslər yazmış, lakin o, həmin şəxslərə narkotik vasitə verməmişdir(iş vərəqə: 150- 153). Daha sonra, məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat xarpakterli sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxso ğlunun barəsində daxil olmuş əməliyyat məlumatları onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə olmuşdur(iş vərəqə: 4, 5-6). Tədqiq olunan əməliyyat tapşırığına aidiyyatı orqan tərəfindən verilmiş cavabdan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələri satmaq üçün əldə edib üzərində və evində saxlamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq onun narkotik vasitələr və psixotrop maddələri aldığını bildirdiyi İİR vətəndaşının şəxsiyyətini, narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin dairəsini, həmçinin onun istifadə etdiyi mobil telefon nömrəsinə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə bağlı yazışma aparmış mobil telefon nömrələrini istifadə etmiş şəxslərin şəxsiyyətini, həmin nömrələrin kimlər tərəfindən istifadə olunmasını müəyyən etmək mümkün olmamışdır(iş vərəqə: 90, 117). İbtidai istintaq orqanının müvafiq qərarlarına əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ümumi təmiz çəkiləri 31,932 qram heroin narkotik vasitəsi, 7,635 qram metamfetamin psixotrop maddəsi, təmiz çəkiləri 2,0 qram metadon (50 ədəd həb), bir ədəd «Samsung» markalı mobil telefon və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra hroin narkotik vasitəsinin qalıq qalan 31,832 qram hissəsi, metamfetamin psixotrop maddəsindən qalıq qalan 7,535 qram hissəsi, metadon narkotik vasitəsindən qalıq qalan 45 ədəd həb, «Samsung» markalı mobil telefon və bir ədəd elektron tərəzi «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 № 72» mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir(iş vərəqə: 160-169, 180). Bundan başqa, tədqiq olunan sənədlərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, onun yaşadığı ünvana baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin qeydə alındığı 02 ədəd və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair açıqlamaların yükləndiyi 01 ədəd – cəmi 03 ədəd “CD” formatlı disk cinayət təqibi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 160-169). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 02 aprel 2024cü il tarixli «sübutların qiymətləndirilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında» qərarına əsasən cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə baxılan cinayət işindən ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və müstəntiqin icraatına qəbul edilmişdir(iş vərəqə: 160-169). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, müəyyən edilmişdir. Eyni kriteriyalar həmin siyahıda metadon narkotik vasitəsi üçün 0,02 və 1,6 qram hədlərində müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilib götürülmüş ümumi çəkisi 31,932 qram heroin narkotik vasitəsinin, yaşadığı ünvandan aşkar edilib götürülmüş təsir maddəsi narkotik vasitə metadonun çəkisi 2,0 qram külli miqdar təşkil edən üzərində «Methadone 40» və «F/M 40» sözləri yazılmış 5 konvalyutda ümumilikdə 50 ədəd dərman həblərini və təmiz çəkisi 7,635 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş start külli miqdar həddindən bir neçə dəfə artıq miqdarlarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxso ğlunun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edərək üzərində saxlaması, daşıması, onun istər məhkəməyədək və istərsə də məhkəmə baxışı mərhələsində səmimi etirafı, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı mobil sms əlaqələrinin olması, ondan iki növdən olan narkotik vasitə və bir növdən olan psixotrop maddə, həmçinin bir ədəd elektron tərəzi aşkar edilib götürülməsi, məhkəmə-narkoloji ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkotik asılılığının olması, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin və metadon narkotik vasitələrini və metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadə verməsə belə, əməlini səmimi etiraf etmiş, özünü təqsirli bilmiş və təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən məhkəməyə və ya istərsə də məhkəmə baxışı mərhələsində heç bir şikayət etməmiş, ona qarşı hər hansı qanun pozuntusuna yol verilib-verilməməsi ilə bağlı məlumat verməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 05 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, Sraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı Apelyasiya məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli höküm dəyişdirilərək xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası CM-nə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası qanununa əsasən cərimə cəzasından azad edilmiş, CM-nin 67.1-ci maddəsi hökümdən çıxarılmış və CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzanın çəkilməmiş qalan 02 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: 97-100). Məhkəmə Təqsirləndirilən şəxs məhkum olunması ilə bağlı məsələni araşdırıb belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluqlarının əksəriyyəti qanunun tələblərinə əsasən ödənilsə də, onun Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ən nəhayət, həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin olunan cəzadan xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl şərti azad edilməsini və baxılan cinayət işi üzrə yeni cinayətin xx.xx.2024-cü il tarixdə baş verməsini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu, tələb olunan iki il müddət keçmədiyindən, ödənilməmiş, həimçinin qanunla müəyyən olunan qaydada götürülməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əvvəllər qəsdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə həmin cəzanı çəkmiş Təqsirləndirilən şəxs təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ağır cinayəti törətməsi cinayətlərin residivini yaradır və bu, cəza təyin edilərkən nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən ……, cinayətlərin residivi cəza təyin edilərkən cəzasını ağırlaşdıran hallardan biri hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması ona cəza təyin edilərkən cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əməlinin cinayətlərin residivini yaratmasını və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 05 fevral 2024-cü il tarixli, 8128 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 yanvar 2024-cü il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbsetmənin əvvəli 02 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdən il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsində maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra hroin narkotik vasitəsinin qalıq qalan 31,832 qram hissəsi, metamfetamin psixotrop maddəsindən qalıq qalan 7,535 qram hissəsi, metadon narkotik vasitəsindən qalıq qalan 45 ədəd həb və bir ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, onun yaşadığı ünvana baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin qeydə alındığı 02 ədəd və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair açıqlamaların yükləndiyi 01 ədəd – cəmi 03 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 02 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsində maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra hroin narkotik vasitəsinin qalıq qalan 31,832 qram hissəsi, metamfetamin psixotrop maddəsinin qalıq qalan 7,535 qram hissəsi, metadon narkotik vasitəsindən qalıq qalan 45 ədəd həb və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, onun yaşadığı ünvana baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin qeydə alındığı 02 ədəd və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair açıqlamaların yükləndiyi 01 ədəd – cəmi 03 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın; Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar