Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1677/2021 28.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 (mülki iddiaçı) və nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. «A.İ.M.» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, müstəqil jurnalist-video blogger, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə qəsdən özgənin xeyli miqdarda əmlakını təkrar hədə-qorxu ilə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etmişdir. Belə ki, o, 2019-cu ilin avqust ayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəznində Bakı şəhər halqası (Formula 1) əməliyyat şirkətinin baş mühasibi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq sonuncunun həmin şirkətə məxsus müxtəlif mebel dəstlərinin qanunsuz satışı ilə məşğul olması haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ondan xeyli miqdar təşkil edən 10.000 (on min) manat məbləğində pul vəsaitini tələb etmiş, nəticədə Zərərçəkmiş şəxs1 dəyəri 2.400 (iki min dörd yüz) manat olan bir ədəd «İphone11ProMax 64gb» (İMEİ/MEİD **********82850 və İMEİ2 **********72498) markalı mobil telefon almışdır. Bundan sonra, o, 2020-ci ilin sentyabr-oktyabr və dekabr aylarında Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən «Romi» restoranı, eləcə də «Yoncalıq» adlanan ərazinin yaxınlığında toplanılmış məişət və təmir-tikinti tullantılarının videoçəkilişini aparmış, həmin tullantıların rayon icra hakimiyyəti tərəfindən vaxtında yığışdırılmadığını əsas gətirməklə müxtəlif sosial şəbəkələrdə rayon icra hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, o cümlədən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Zərərçəkmiş şəxs2 haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə sonuncudan xeyli miqdar təşkil edən 6.000 (altı min) manat pul vəsaitini tələb etmişdir. Bundan başqa, o, 2020-ci ilin noyabr ayının sonunda sahibkar Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qarşısına gələrək ərazidə aşmış ağacla bağlı videoçəkiliş aparmış, həmin ağacın Zərərçəkmiş şəxs3 tərəfindən qanunsuz kəsildiyi barədə müxtəlif sosial şəbəkələrdə haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə sonuncudan xeyli miqdar təşkil edən 7.000 (yeddi min) manat pul vəsaitini təkrar tələb etmişdir. Bundan sonra, o, 2021-ci ilin yanvar ayının sonunda və 03 fevral 2021-ci il tarixdə ünvan 3 ünvanına gələrək ərazidə videoçəkiliş aparmış, burada fərdi bina inşasını həyata keçirən sahibkar Zərərçəkmiş şəxs4 qanunsuz tikinti aparması barədə müxtəlif sosial şəbəkələrdə haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə sonuncudan xeyli miqdar təşkil edən 15.000 (on beş min) manat pul vəsaitini təkrar tələb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2017-ci ildən fərdi qaydada müstəqil jurnalist- video blogger kimi fəaliyyət göstərir, «Facebook» və «İnstagram» sosial şəbəkələrində «Təqsirləndirilən şəxs» adlı hesabları var, dünyanın altmış dörd ölkəsində olub, fəaliyyəti ölkə prezidentinin ideyalarını təbliğ etməklə, vətəndaşların çatışmazlıqlarını, çətinliklərini, qalmaqallı hadisələri çəkib, sosial şəbəkələrdə işıqlandırmaqla cəmiyyətə çatdırmaqdan ibarət olmuşdur. 2018-ci ildən media ilə əlaqədar olaraq rəsmi qeydiyyatdan keçmişdir. Onun mobil telefon nömrəsinə vətəndaşlar zəng edərək müxtəlif hadisələr barədə məlumat vermiş, şikayətlərini bildirmişlər, o da həmin məlumat və şikayətlər əsasında vətəndaşları dinləyib, hadisə yerinə gedərək orada çəkiliş edib, sosial şəbəkədə paylaşaraq işıqlandırmışdır. Bu səpkidə müxtəlif videçarxları var. Təqsirləndirilən şəxs ittiham olunduğu epizodlar üzrə ayrı-ayrılıqda aşağıdakıları bildirmişdir. Zərərçəkmiş şəxs1 şifahi olaraq tanımış, ilk dəfə ibtidai istintaq zamanı görmüşdür. X1 onun yaşadığı ünvana gələrək onunla söhbət etmiş, dərdini danışmış, şəriki Zərərçəkmiş şəxs1 onu döyməsini, bununla əlaqədar istintaq aparıldığını, lakin işin məhkəməyə verilmədiyini, vurulub-döyüldüyü anın video görüntülərinin olduğunu bildirmiş, o da qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Elmara zəng etmişdir. Zərərçəkmiş şəxs1 telefonuna zəng çatmamış, bundan beş-altı dəqiqə sonra onu yenidən yığmış, bu dəfə Elmar telefona cavab verdikdə ona, videobloger Təqsirləndirilən şəxs olduğunu deyəndən sonra, Elmarın sualına cavab olaraq zəng etməsinin səbəbini açıqlamışdır. Belə ki, Zərərçəkmiş şəxs1 «Tural adlı şəxsi döydüyünüzü deyirlər, bu, eyni zamanda Olimpia bazasında bəzi avadanlıqların qeyri-qanuni formada satışını həyata keçirməyiniz barədə nə deyə bilərsiniz» deyə soruşmuş, Elmar isə təhqiredici sözlərdən istifadə edərək telefonu bağlamışdır. Zərərçəkmiş şəxs1 Olimpia bazasındakı texniki avdanlıqların qeyriqanuni satışı ilə məşğul olması barədə Tural Heydərli ona məlumat vermişdir. Zərərçəkmiş şəxs1lə arasında olan telefon zəngindən beş-altı dəqiqə sonra vəkil Adil İsmayılov ona zəng edərək «ə sən məni tanıyırsan» deyib, Elmarın müdafiəçisi olduğunu bildirmiş, ona sakit bir qaydada demişdir ki, Elmar barədə belə deyilir, bu haqda müsahibə verib, məsələni aydınlaşdırsınlar. Adil İsmayılov ona, «ə get işinlə məşğul ol» deyərək telefonu söndürmüşdür. Sonradan Zərərçəkmiş şəxs1 ona zəng edib nalayiq ifadələrlə, «sən kimsən ki, Turalı müdafiə edirsən, o, dələduzdur» demişdir. Bütün bunlardan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinə zəng edib, Tural Heydərlinin işinin hansı mərhələdə olduğu ilə maraqlanmış, Xətai rayon Polis İdarəsindən işin məhkəməyə göndəriləcəyini bildirmişlər. Beş-altı gün keçdikdən sonra dostu Şahid2 ona zəng etmiş, «AFMALL» ticarət mərkəzinin qarşısında görüşmüşlər. Orada Şahid2 ona öz avtomobilində oturub söhbət etməyi təklif etmiş, hava yaxşı olduğundan bayırda söhbət etməyi qərarlaşmışlar. Şahid2 «AFMALL» ticarət mərkəzinin altıncı mərtəbəsində ofisi var. Şahid2 ona, «Elmara zəng etmisən, o mənim dostumdur, gəl bu məsələni bağla» demiş, Ziyaya qarşı tərəfin Zərərçəkmiş şəxs1 şikayətçi olduğunu, Elmarın fikrini öyrənmək üçün ona zəng etdiyini, lakin sonuncunun onu təhqir etməsini bildirmiş, Ziya da «Elmara deyərəm zəng edib səndən üzr istəyər» demişdir. Bundan sonra birlikdə Şahid2 avtomobilinə əyləşmişlər, Ziya Elmara zəng edərək «sən mənim dostumun rəhmətə getmiş atasını söyərək təhqir etmisən» demiş, Elmar da əsəbi olduğundan söyüş söyməsini, üzürlü saymağı bildirmişdir. Şahid2 ondan Zərərçəkmiş şəxs1lə Tural Heydərlini barışdırmağı xahiş etmiş, o da əlindən gələni edəcəyinə söz vermişdir. Şahid2 ondan bunun qarşılığında nə istədiyini soruşmuş, o da heç nə istəmirəm, sənin can sağlığın deyə cavab vermişdir. Çünki, bu günə kimi heç kimdən heç nə almamış, ümumilikdə heç vaxt kimlərdənsə nəsə tələb etməmişdir. Avtomobildən düşəndə Şahid2 zəng gəlmiş, Ziya telefona cavab verərkən əlindəki qatlanan model «Samsung» markalı mobil telefonu görüb nə gəşəng telefondur demiş, Ziya onun əlindəki mobil telefonun ekranının sınıq olduğunu görüb, özünün istifadəsində olan mobil telefonu ona vermək istəmiş, o isə yox, mənim özümün işlətdiyim telefonum var deyib, imtina etmişdir. Şahid2 ona təzə mobil telefon alıb verməyi deyəndə, istəmirəm çox sağ ol deyib, sağollaşaraq getmişdir. Bundan üç-dörd gün sonra Şahid2 ona zəng edərək demişdir ki, «Ata sənə telefon göndərirəm». Şahid2 nə əziyyət çəkirsən lazım deyil demiş, bundan sonra Ziya onu dəfələrlə yığmış, o isə başı qarışıq olduğundan Ziyanın zənglərinə cavab verə bilməmişdir. Daha sonra tanıdığı bir adamı göndərib Şahid2 ona aldığı mobil telefonu götürtmüş və «28 May» metrostansiyasının yaxınlığındakı mağazaların birində satıb, üzərinə pul qoyaraq özünə «İphone12» markalı mobil telefon almışdır. Şahid2 başqa vaxtlar ona hədiyyə almasa da, onun əlindəki mobil telefonun ekranının sınıq olduğunu gördüyü üçün ona telefon aldığını düşünmüşdür. Zərərçəkmiş şəxs2 epizodu üzrə bildirmişdir ki, Abşeron rayonu vətəndaşların ən çox məskunlaşdığı yer olduğu üçün ona həmin ərazidəki vətəndaşlar tərəfindən daim qaz, su barədə şikayətlər gəlmiş, o da həmişə vətəndaşların yanında olmaqla onlara dəstək olmuş, mövcud çətinliklərini video ilə çəkib, sosial şəbəkə vasitəsilə işıqlandırmışdır. Pandemiya dövrünün ən sərt vaxtlarında Abşeron rayonunda video çəkiliş aparmışdır. Belə ki, həmin rayondakı xəstəxananın yaxınlığında çirklilik, natəmizlik baş alıb gedirdi, vətəndaşlar avtomobilləri ilə gəlib zibili atıb gedirmişlər. Sosial şəbəkədə bu məsələni işıqlandırdıqdan sonra sözügedən ərazidə aparılan abadlıq işləri nəticəsində antisanitariya vəziyyətindən çıxılmış, ərazi təmizlənmişdir. Bundan əvvəl orada videoçəkiliş etdiyi zaman mövcud vəziyyətlə əlaqədar yüksək rütbəli şəxslərə həmin yer barədə məlumat verərək oranın locationunu onlara göndərmiş və onlar da hadisə yerinə gəlib baxmışlar. Məhz bundan sonra Abşeron Rayon İcra Hakimiyyətinin rəsmisi Zərərçəkmiş şəxs2 işçiləri yığaraq antisanitar vəziyyəti aradan qaldırmışdır. Zərərçəkmiş şəxs2 Abşeron Rayon İcra Hakimiyyətinin məsul işçisi olduğunu bilsə də, konkret olaraq İcra Başçısının Masazır İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi olduğunu bilməmişdir. X2 ilə əlaqədar araşdırma aparmamışdır. Zərərçəkmiş şəxs2 özü mobil nömrəsini ona verərək bildirmişdir ki, bir daha şikayət olarsa, əziyyət çəkib gəlməsin, həmin narahatçılığı özü aradan qaldıracaqdır. Sözügedən məsələ ilə bağlı İcra Başçısı İradə xanım onunla əlaqə saxlayıb ərazi barədə soruşmuş, ona da location atmış, daha sonra İradə xanım onunla yenidən əlaqə saxlayıb bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Vaqif müəllim nümayəndələrini göndərib, gedib əraziyə baxıblar və onlara xəbərdarlıq olunmuşdur. Zərərçəkmiş şəxs3 epizodu üzrə bildirmişdir ki, xaricdə olduğu vaxt tanımadığı, sonradan rütbəli bir şəxsin sürücüsü olduğunu bildiyi bir şəxs ona zəng edərək video göndərmiş və bildirmişdir ki, «bax ağacları kəsirlər, gəl bunu işıqlandır». Həmin şəxsə hazırda vaxtı olmadığını, zamanı olanda gələcəyini demiş, lakin dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Azərbaycana qayıdandan sonra təxminən 2020-ci ilin noyabr ayında həmin hadisə ilə bağlı ona yenidən müraciət olunduğu üçün gedib əraziyə baxmıışdır. Ərazidə ağac avtomobilin üzərinə aşmış vəziyyətdə idi. Həmin vaxt orada olan beş-altı nəfər tanımadığı şəxs video çəkiliş aparmasına mane olmuş, ona təzyiq göstərmişlər, o da dərhal 102 qaynar xəttinə zəng etmiş, həmçinin ərazi üzrə təhqiqatçıya həmin ərazidə yay ayında baş vermiş hadisənin də video görüntüsünü göndərmişdir. Bundan sonra hadisə yerinə yüksək rütbəli şəxslər gəlmişlər, hətta sonradan kəsilmiş ağacların yerinə yeni ağac da əkilmişdir. Həmin ərazidəki qanunsuzluqdan şikayət etdiyi vaxt Zərərçəkmiş şəxs3 adını çəkməmiş, yalnız ağacların aşması ilə bağlı video çəkiliş etmişdir. Hadisə baş verən ərazi bağlı olduğundan ağacın üzərinə çıxıb oradan video çəkiliş etmişdir. Ağacları kəsib kənara yığırmıışlar. Ağaclara dəyən ümumi ziyanı soruşduqda 10.000 (on min) manatdan çox ziyan vurulduğu bildirilmişdir. Zərərçəkmiş şəxs4 epizoduna gəlincə onu tanımır, ona zəng etməmiş, hansı işlərlə məşğul olduğunu bilməmiş, onu ilk dəfə ibtidai istintaq zamanı görmüşdür. Ümumiyyətlə nəinki Zərərçəkmiş şəxs4, həmçinin ittiham aktında adları göstərilən hər hansı zərərçəkmiş şəxsdən heç bir məbləğdə pul almamış və tələb etməmişdir. Rüşvətdən uzaq insandır. Sadəcə olaraq xalqın çətinliyini və qanunsuz vəziyyəti video ilə çəkib sosial şəbəkə hesabında işıqlandırmışdır. Yeganə hal kimi Şahid2 ona bir dost kimi mobil telefon hədiyyə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsləri, şahidləri dindirərək, habelə iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində, 2019-cu ildən isə nazirliyin nəznində olan Bakı şəhər halqası (Formula 1) əməliyyat şirkətinin baş mühasibi vəzifəsində çalışmış, qulluq funksiyası həmin şirkətdə keçirilmiş yarışların nəticələrinə dair beynəlxalq maliyyə hesabatlarını hazırlayaraq nazirliyə və digər dövlət qurumlarına təqdim etməkdən ibarət olmuşdur. Məlum hadisəyə kimi Təqsirləndirilən şəxs tanımamış, onunla şəxsi tanışlığı olmamış, internet sosial şəbəkəsində bir-iki dəfə görmüşdür. Əvvəllər biznes şəriki Tural Heydərli ilə aralarında olan anlaşılmazlıq üzündən sonuncu Təqsirləndirilən şəxs zəng edib, onun iş yeri, habelə haqqında bir sıra məlumatlar vermiş, Təqsirləndirilən şəxs də bütün bunlardan istifadə edərək onu şərləmişdir. Tural Heydərli onun təsis etdiyi şirkətin direktoru idi, hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. X12 Abdullayevə verdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında sonuncu ona zəng edib aqressiv formada danışaraq deyirmiş ki, «sən məmursan, dövlətin malını yeyirsən, talayırsan, Avropa Oyunlarından sonra Olimpiya kəndində evlərdən mebelləri və başqa əşyaları mənimsəyib satmısan, bu barədə Azad müəllimə deyəcəm gəlib satdığın malları götürsün». Əlbətdə ki, bunlar yalan idi. Təqsirləndirilən şəxs ona zəng etməkdə məqsədinin nə olduğunu anlasa da, ictimaiyyət arasında tanınan adam, məmur olmadığı üçün onu başa düşə bilmirdi. Təqsirləndirilən şəxs onu məmur kimi təqdim edir, haqqında sanki nazir, nazir müavini kimi danışırdı. Bildiyi qədər Təqsirləndirilən şəxs müəyyən şəxsləri şərləmək üçün pulla sifarişlər yerinə yetirirdi və bu barədə hər kəs məlumatlıdır. Təqsirləndirilən şəxs özü Tural Heydərlinin onun mobil telefon nömrəsini ona verdiyini etiraf etmişdir. Maliyyə direktoru olmamış, imza hüququ və səlahiyyəti yox idi, müqavilə ilə işləyən mühasib olmuşdur, ingilis dilini bildiyi üçün oyunlar ərəfəsində altı aylıq müddətdə xarici mütəxəssislərlə işləmək üçün dəvət edilmiş, daha sonra isə həmin işdən kənarlaşdırılmışdır. Göstərdiyi səbəblərdən Təqsirləndirilən şəxs Tural Heydərlinin sifarişi ilə onunla belə danışdığı qənaətinə gəlmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özü ona telefonda Tural Heydərlini döyməsi barədə demiş, yalnız bundan sonra məsələnin kökündə Tural Heydərlinin onu şantaj etməsinin dayandığını bilmiş, bütün bunların ona qarşı qurulmuş bir oyun olduğunu anladıqdan sonra bu barədə hüquq müdafiəçisi Adil İsmayılova bildirmiş, sonuncu da öz növbəsində Təqsirləndirilən şəxs telefon vasitəsilə zəng edərək, «sən Zərərçəkmiş şəxs1 nə istəyirsən, sən heç o, adamı tanımırsan» demiş, Ata ona da onun mebelləri, əşyaları, özünə məxsus olmayan, dövlətin mallarını satmasını bildirmişdir. Hətta həmin telefon danışığında o özü də iştirak etmiş, üçlükdə konfrans halda danışmışlar. Təqsirləndirilən şəxslə aralarında olan telefon danışıqları zamanı ona qarşı təhqiramiz ifadələr işlətməmiş, atasının ünvanına nalayiq ifadələr işlətməmişdir. Təqsirləndirilən şəxs onu haradan tanıması haqında, sonradan məlum olmuşdur ki, Ata həmin komitədə işləyən bir neçə nəfərə zəng edib, onun barəsində məlumatlar öyrənmək istəmişdir. Belə ki, komitə əməkdaşlarından biri Təqsirləndirilən şəxs ona zəng edib-etməməsini bilmədən ona zəng edib demişdir ki, «Təqsirləndirilən şəxs mənə zəng vurub səninlə maraqlanırdı, dedim ki, tanıyıram yaxşı insandır», Ata da deyib ki, «Elmar yaxşı insan deyil, dövləti talayır». Təqsirləndirilən şəxs bütün bu şər-böhtan qarşılığında onun özündən birbaşa olaraq pul və ya maddi nemət tələb etməmiş, o, özü də Ataya belə şeylər təklif etməmişdir. Təqsirləndirilən şəxs tanışı Şahid2 vasitəsilə ona qarşı tələblər irəli sürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs həmin rüsvayedici videolara görə ondan Şahid2 vasitəsilə əvvəlcə 10.000 (on min) manat pul istəmiş, həmin məbləğdə pulu olmadığını bildirirək rüsvay edirsə etsin demiş, sonra 2.700 (iki min yeddiz yüz) manat dəyərində «Samsung» markalı, daha sonra isə «İphone» markal mobil telefon istəmişdir. Təqsirləndirilən şəxs istədiyi məbləği vermədiyindən o, internet sosial şəbəkədə «Elmar kimdir, Dövləti talayır» başlığı altında və bir neçə rüsvayedici videolar paylaşaraq canlı yayımlara çıxıb, barəsində olmayanları danışmışdır. Təqsirləndirilən şəxs canlıya çıxanda ona demişlər ki, «hamı bilir, niyə eləyir, nə istəyir, ver, əl çəksin». Heç nədən çəkinməsə də, haqqında olan yalan, rüsvayedici videoları tanıdığı şəxslərdə görməsi, bu günkü günə qədər bəzi videoların internet sosial şəbəkədə qalması, qohumları, tanışlarının həmin videolar barədə suallarına görə Təqsirləndirilən şəxslə görüşmək istədiyindən dostuna pul verib mobil telefon almağı xahiş etmiş, dostu da ağıllı addım ataraq telefonu mağazadan alan zaman telefon qutusunun üzərində olan email kodunu öz telefonunun kamerası ilə çəkərək telefonun yaddaşında sübut kimi saxlamışdır ki, Təqsirləndirilən şəxs kimi şəxslər bir gün cəzasız qalmayacaq, nə vaxtsa məsuliyyətə cəlb olunacaqlar və həmin vaxt bu sübutu hüquqmühafizə orqanına təqdim edərlər. Mobil telefonun qiyməti 2.400 (iki min dörd yüz) manat idi. Lakin, mobil telefonu götürməyə Təqsirləndirilən şəxs özü gəlməyərək başqa bir şəxsi göndərmiş və yalnız telefonu götürdükdən sonra ondan əl çəkmişdir. Hazırda internet sosial şəbəkədə yerləşdirilmiş barəsində olan videonun Təqsirləndirilən şəxs tərəfindən yerləşdirilib-yerləşdirilməməsini dəqiq bilmir. Çünki, Təqsirləndirilən şəxs mobil telefonu aldıqdan sonra internet sosial şəbəkədə yerləşdirilmiş canlı yayın video çarxını silmişdir. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra onun barəsində Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etmişdir. Buna səbəb o idi ki, istənilən halda günahkar şəxslərin cəzasız qalmayacağını bildiyi idi və Təqsirləndirilən şəxs beş, hətta on ildən sonra həbs olunsaydı onun haqqında şikayətçi olacaqdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ondan 2.400 (iki min dörd yüz) manat pulunu tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsidir. Hazırki iş üzrə onu deyə bilər ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Romi» restoranın yaxınılığındakı ərazidə məişət tullantılarının yığışdırılmaması səbəbindən həmin ərazidə video çəkiliş aparmış, o da bununla əlaqədar məsul şəxs kimi həmin əraziyə getmiş və yaxınlıqda yerləşən evlərin birində aparılan təmir-tikinti işlərinin nəticəsində bu qədər məişət tullantısının olduğunu aşkar etmiş, dərhal ərazidə olan məişət tullantılarının təcili yığışdırılması barədə təlimat vermiş və ərazi təmizlənmişdir. İcra nümayəndəsi olduğu yüz min əhalisi olan «Masazır» qəsəbəsinin məişət tullantılarının təmizlənməsi üçün təhkim edilmiş sadəcə dörd ədəd texnika mövcuddur. Buna görə də, ərazidə nə qədər təmizlik işləri aparılsa da, bir neçə gündən sonra yenidən çirklənir. Rayon rəhbərliyi Nazirlər Kabinetindən tutmuş bütün aidiyyatı orqanları lazımı avadanlıqların təmin edilməsi ilə bağlı müraciət etmişdir. Bütün bunlar barədə məlumatsız olan Təqsirləndirilən şəxs mütəmadi olaraq «Masazır» qəsəbəsində çəkilişlər apararaq onun və və Abşeron Rayon İcra Hakimiyyəti başçısının adına yaraşmayan ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs video çəkilişlərdə yalnız onun adını deyil, bütövlükdə rayon icra hakimiyyətinin məsul işçilərinin adını hallandırırdı. Təqsirləndirilən şəxslə dəfələrlə telefon əlaqəsi yaradaraq belə əməllərinə son qoyması, video çəkilişləri dayandırması barədə xahiş etsə də, Ata rayon icra hakimiyyəti rəhbərliyinin ona qarşı çox laqeyd yanaşmasını bildirmişdir. İlkin vaxtlar Təqsirləndirilən şəxs video çəkilişləri dayandırmaq üçün hər hansı bir tələb irəli sürməsə də, sonradan ondan çəkdiyi video görüntüləri sosial şəbəkələrdə paylaşılmaması müqabilində 10.000 (on min) manat pul tələb etmiş, bu tələbini yerinə yetirməyəcəyini bildirdikdə bir müddət də çəkilişləri davam etdirmişdir. 13 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxslə baş tutmuş görüş zamanı sonuncu ondan video çəkilişləri dayandırmaq, yaymamaq üçün 6.000 (altı min) manat pul istəmiş, yenə də eyni fikirdə olduğunu, heç bir ödəniş etməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bu dəfə «Yoncalıq» adlanan ərazidə video çəkilişlər aparmışdır. Təqsirləndirilən şəxs pulları telefon vasitəsilə deyil, üzbə-üz görüşlərində tələb etmişdir. Sonuncu dəfə 2020-ci ilin dekabr ayında Təqsirləndirilən şəxslə telefon danışığı zamanı ona bir dəfə quzu kəsəcəyini demiş, lakin Ata onunla razılaşmamışdır. Təqsirləndirilən şəxs ondan Masazır qəsəbəsində məişət tullantılarının daşınmaması səbəbindən pul tələb edirdi və o da bu səbəbdən Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etmişdir. Baş verənlər barədə ərazi üzrə rayonun hüquq-mühafizə orqanlarına şikayət etməməsinə səbəb o idi ki, insanlar həmin orqanların icra nümayəndəliyinə köməklik göstərməsini düşünə bilərdilər ki, bu da öz növbəsində məsələyə qeyri-obyektiv yanaşma şübhəsi yaratmış olardı. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona qarşı tələbi var. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hüquqşünas olsa da, fərdi sahibkar kimi fəaliyyət göstərir. 2020-ci ilin mart ayından Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov 1 ünvanındakı beşmərtəbəli binanın zirzəmisində 450 kv.metr qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsindən sahibkarlıq məqsədilə istifadə etmək üçün təmir edib icarəyə verməyi nəzərdə tutmuşdur. 2020-ci ilin noyabr ayının ortalarında təmir-tikinti işləri aparılan zaman işçiləri zəng edərək güclü külək əsdiyi üçün obyektin qarşısındakı ağacın aşaraq avtomobilin üzərinə düşməsini demişlər. Səhəri gün həmin ağac aidiyyəti qurum tərərfindən kəsiləcəkdi. Bu səbəbdən aidiyyatı orqanın əməkdaşları ilə birlikdə obyektin qarşısında olduqları vaxt Təqsirləndirilən şəxs yaxınlaşaraq ağacın kəsilməsi prosesinin qanunsuz olması səbəbindən çəkib paylaşacağını bildirmiş, bundan bir gün sonra isə ondan bunu etməməsi qarşılığında 7.000 (yeddi min) manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs cəmi bir dəfə həmin vaxt görmüş, lakin sonuncu sonralar da gəlib işçilərinə orada işləmələrinə imkan verməyəcəyini demişdir. Təqsirləndirilən şəxs qanunsuz iş görmədiyini, işə aidiyyəti orqanların nəzarət etdiklərini bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs bildirdiyi kimi videonu çəkib paylaşmış, video çəkilişdə adı çəkilməsə də, görüntüdə olmuşdur. Bundan bir həftə sonra polis orqanına dəvət olunmuş, cəmi bir dəfə ifadə vermiş və ifadəsində Təqsirləndirilən şəxs ondan pul tələb etməsi barədə məlumat verməmişdir. Çünki, obyektdə işləri başa çatdırdıqdan sonra Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmək fikrində idi. Təqsirləndirilən şəxs ictimailəşdirdiyi məsələ ilə əlaqədar obyektdə bir ay ərzində təmir-bərpa işləri dayandırılmış, müxtəlif dövlət orqanları tərəfindən yoxlamalar həyata keçirilmişdir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs əməli nəticəsində ona dəymiş mənəvi ziyanın ödənilməsinin təmin edilməsi barədə qərar qəbul olunmasını tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hüquqşünasdır, 1998-2004-cü illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişdir. 2021-ci ilin yanvar ayının sonlarında bildirmişlər ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında ona məxsus 415 kv.metr torpaq sahəsinə gəlib və həmin ərazini müşahidə etmişdir. Sözügedən ərazidə tikinti işləri aparırdı. Təqsirləndirilən şəxs sosial şəbəkələrdən kifayət qədər tanıdığından onun yenidən oraya gələcəyini güman edib, ərazidə olmağa qərar vermiş, bir müddət sonra Ata da oraya gəlmişdir. İlk dəfə onunla ərazidən 100 metr aralıda söhbət etməyə başlamış, sonra ərazidə söhbəti davam etdirmişlər. Aralarında on beş-iyirmi dəqiqəlik bir söhbət olmuşdur. Təqsirləndirilən şəxs ona, sənin haqqında məndə video material var, həmin ərazidə tikinti aparmaq məqsədilə ağacları qanunsuz olaraq kəsirsən, bütün sosial şəbəkələrdə paylaşaraq buna imkan verməyəcəyəm deyib, 15.000 (on beş min) manat pul tələb etmiş, o da ona necə bilirsən elə də et deyib, pul verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs tələb etdiyi məbləği versəydi Ata video çəkilişi sosial şəbəkədə paylaşmayacaqdı. 03 fevral 2021-ci il tarixdə ona zəng edib Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə həmin ərazidə olduğunu demişlər. Əraziyə gəldikdə Təqsirləndirilən şəxs çəkilişi artıq bitirib getmək üzrə idi. Təqsirləndirilən şəxs belə etməsinin səbəbini soruşduqda «mən sənə sözümü demişdim» deyə cavab vermişdir. Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayəndələri ona həmin ərazidən ağacların çıxarılması videosunu göstərmişlər, o da bildirmişdir ki, videodakı şəxs həmin əraziyə nəzarət edən 75 yaşlı kişidir, həmin ağacları iki il bundan öncə həmin kişi əkib və sonra da çıxarıb aparıb öz bağında əkməyə. Bundan sonra məsul şəxslər həmin şəxsin bağına gedərək qanunsuz hərəkətə yol verilmədiyinin şahidi olmuşlar. Təqsirləndirilən şəxs videoçəkilişləri sosial şəbəkədə yayıb onun işgüzar nüfuzuna xələl gətirməməyi desə də, sonuncu öz bildiyini etmişdir. Sosial şəbəkələrdə, daha dəqiq desə Təqsirləndirilən şəxs səhifəsində ona məxsus ərazi ilə bağlı paylaşılan videoları özü də izləmişdir. Videoçəkilişlərdə onun adı çəkilməsə də, onu tanıyan şəxslər tərəfindən izləndikdə ictimai nüfuzuna xələl gəlmişdir. Həmin ərazi video çəkilən zaman icarə müqaviləsi ilə onun icarəsində olmuşdur, hazırda alqı-satqı müqaviləsi bağlayıb, öz mülkiyyətindədir, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarışı yoxdur. Səhhətində yaranmış problemlə əlaqədar 01 fevral 2021-ci il tarixdə xəstəxanaya yerləşdirilmiş, ayın 03-də olan telefon zəngi ilə əlaqədar hadisə yerində olmuş, sonra yenidən xəstəxanaya qayıtmış və ayın 15-16-dək orada müalicə olunmuşdur. Bu səbəbdən də şikayəti fevral ayının sonunda baş tutmuş və ilk ağlına gələn orqan olaraq Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişdir. Hadisələr cərəyan edən ərəfədə istifadəsində 210 nömrəsi ilə başlayan mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs əməlləri nəticəsində onun işgüzar nüfuzuna ziyan dəymişdir və buna görə də hazırda ondan şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2014-cü ildə Türkiyə Respublikasının Ərzurum şəhərində Atatürk Universitetinin İctimaiətlə əlaqələr fakultəsinə daxil olmuş, daha sonra «ERA» reklam agentliyində qrafik-dizayner işləmişdir, hazırda işləmir. Təqsirləndirilən şəxs onun xalası oğludur, sosial şəbəkələrdə video blogger kimi fəaliyyət göstərirdi. 15 oktyabr 2020-ci il tarixdən onunla birlikdə işləmiş, köməkçisi olmuşdur. İşi sosial şəbəkə hesablarında videolar, məlumatlar paylaşmaq, eləcə də səhiflələrinə nəzarət etmək idi. Təqsirləndirilən şəxs ona «whatsApp» sosial şəbəkəsində videolar və məlumatlar göndərərək həmin videolara müəyyən məlumatları, müəyyən şəxslərin şəkillərini, mahnıları yerləşdirməyi, videoların montaj edilməsini tapşırırdı. Sosial şəbəkələrdə canlı yayımlar zamanı məlumatlı olmamış, daha çox ictimai məlumatlar paylaşmışdır. Bir neçə dəfə Təqsirləndirilən şəxslə çəkilişlərə getmişdir. Bunlardan biri Bakı şəhəri, Zabrat qəsəbəsi ərazisində olan «Socar» şirkətinə məxsus qaz sayağaclarının video çəkilişi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs həmin videonu çəkərkən sayağaclara çəkilən turbaların materiallarının qanunlara uyğun olmadığını bildirmiş, o isə öz növbəsində həmin videonu «İnstagram» səhifəsində paylaşmışdır. Bundan başqa Təqsirləndirilən şəxslə Hövsan qəsəbəsində yerləşən parkda videoçəkiliş etməyə getmiş, həmin ərazidə Təqsirləndirilən şəxs obyektlərin parkda tikilməsinin qanunsuz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bəzən ona paylaşdığı videoları silməyi də tapşırmışdır. Lakin həmin videoların silinməsinə görə onun konkret olaraq kimdən, nə qədər və nə vaxt pul aldığı barədə məlumatı yoxdur. Hazırki cinayət işi üzrə adları keçən zərərçəkmiş şəxsləri tanımır və Təqsirləndirilən şəxs həmin şəxslərlə arasında nə kimi münasibətlər olduğunu bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1lə uşaqlıq dostudur. 2019-cu ilin avqust ayında özünü cəmiyyətə video blogger kimi təqdim edən Təqsirləndirilən şəxs guya Zərərçəkmiş şəxs1 işlədiyi şirkətdə qanunsuz mebellərin satışını həyata keçirməsi ilə bağlı internet səhifəsində canlı yayımda çıxış etdiyini eşidib, dərhal Elmara zəng edərək məsələ ilə maraqlanmışdır. Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs həqiqətə uyğun olmayan məlumat yaydığını demişdir. Həmin video çəkilişləri izləməmişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs1lə görüşmüş və görüş zamanı Elmar ona 2.400 (iki min dörd yüz) manat pul verərək digər tanışları Şahid4 bir ədəd «İphone11ProMax» markalı mobil telefon alıb Təqsirləndirilən şəxs çatdırmağı xahiş etmiş, o da Elmarın sözünü yerə salmayaraq Elçindən 2.400 (iki min dörd yüz) manata bir ədəd «İphone11ProMax» markalı mobil telefon almış, bundan sonra Şahid2 ona zəng etmiş və «28 May» metrostansiyasının yaxınlığında istifadəsində olan «Lexus» markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğunu demişdir. Bundan sonra bir nəfər şəxs ona yaxınlaşaraq mobil telefonu ondan almışdır. Həmin şəxsi əvvəllər görməmişdir. Zərərçəkmiş şəxs1 xahişi ilə telefonunun qutusunun üzərində olan «İMEİ» kodunun şəklini çəkərək ona vermişdir. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasındakı məsələ Elmarın şəriki Tural Heydərlidən qaynaqlanırdı. Tural Heydərlinin yalanyanlış məlumatları əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 şantaj edirdi. Bu barədə Zərərçəkmiş şəxs1 özü ona demişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs mobil telefon almasının səbəbi Atanın onu şantaj etməsi idi. Həmin hadisə baş verən zaman Tural Heydərlinin şikayətinə görə Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə iş vardı. Bundan öncə Zərərçəkmiş şəxs1 xahişi ilə heç kimə hədiyyə almamışdır. Mobil telefonu verdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 barəsində video paylaşıb-paylaşmaması barədə məlumatı olmamışdır. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mobil telefon aparatlarının alqı-satqısı ilə məşğuldur. Zərərçəkmiş şəxs1 ilə uzun müddətdir tanışdırlar, dostluq əlaqələri var, daimi müştərisidir. Pandemiya ilə əlaqədar karantin dövründə təxminən 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs1 ona zəng edərək bir ədəd «İphone11ProMax» markalı telefon lazım olduğunu bildirmiş, telefonun qiymətini 2.400 (iki min dörd yüz) manata demişdir. Zərərçəkmiş şəxs1 dostu Şahid3 gəlib ondan bir ədəd «İphone11ProMax» markalı telefon alacağını bildirmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs1 özünü video blogger kimi təqdim edən Təqsirləndirilən şəxs tərəfindən həqiqətə uyğun olmayan məlumatlar yaydığını da bildirmişdir. Bundan sonra Şahid3 gəlmiş və ona 2.400 (iki min dörd yüz) manata bir ədəd «İphone11ProMax» markalı telefon satmışdır. Satış zamanı müqavilə bağlanmamışdır, çünki, digər müştərilərə qarşı da eyni qayda qüvvədə idi. Həmin mobil telefonun Təqsirləndirilən şəxs üçün alındığı barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində işləmişdir, 2020-ci ilin noyabr ayından "xxxx" ASC-də Beynəlxalq Əməkdaşlıq və İnnovasiyalar Mərkəzinin rəisi vəzifəsində işləyir. İstifadəsində olmuş «İphone11ProMax-Duos» markalı mobil telefonu 2019-cu ilin oktyabr ayında Şahid6 almışdır. Şahid6 «28 May» metrosunun yaxınlığında «Aytən Telecom» adlı dükanı, eləcə də istifadəsində 055 ***-**-** mobil telefon nömrəsi vardı. Onunla mobil telefonların alışı zamanı tanış olmuşdur. Uzun illərdir bütün telefonlarını Şahid6 alır. Adətən yeni, işlənməmiş telefonlar almışdır. «İphone11ProMax- Duos» mobil telefon apparatı da yeni, yəni qutuda olmuş, alıb təxminən bir il işlətdikdən sonra Səyyafa qaytarıb, telefonun məbləğinin üzərinə pul əlavə edərək yeni model «İphone12ProMax» markalı mobil telefon almışdır. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs şəxsən tanımır, sonuncunun video blogger kimi fəaliyyət göstərdiyini bilirdi. Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatların yayılmaması müqabilində sonuncudan ilkin olaraq 10.000 (on min) manat, sonradan 5.000 (beş min) manat və sonda hədə-qorxu ilə bir ədəd «İphone11ProMax» markalı mobil telefonu tələb edərək alması barədə məlumatı olmamışdır. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2010-cu ildən rəhbəri olduğu «Aytən Telecom» dükanında mobil telefonların alqı-satqısı ilə məşğul olur. Dükan 28 May küçəsi adlanan ərazidə yerləşir. Hazırki cinayət işi ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə çağırılarkən hansı telefondan bəhs olunduğunu bilməmiş, sonradan alqı-satqını qeyd etdiyi dəftərinə baxanda məlum olmuşdur ki, həmin mobil telefonu qonşuluqdakı "xxxx" adlı dükanda satıcı Azər Abbasovdan almışdır. Şahid5 uzun müddətdir tanıyır. Belə ki, o, özünə və ailə üzvlərinə aid bütün mobil telefonları ondan alırdı. Şahid5 həmişə yeni, istifadə edilməmiş «İphone» markalı telefonlar satmışdır. Mobil telefonları müxtəlif şəxslərdən şəxsiyyət vəsiqəsini təqdim etməklə alırdı. Sonuncu dəfə Orxan ondan 2019cu ilin avqust ayında «İphone11ProMax-Duos» markalı mobil telefonu 2.300 (iki min üz yüz) manata almış, bir il istifadə etdikdən sonra, yəni 2020-ci ilin noyabr-dekabr aylarında yenidən ona gətirmiş və üzərinə pul əlavə etməklə yeni model «İphone12ProMax» markalı mobil telefon almışdır. Həmin telefonu qonşuluqdakı mağazada Azər Abbasovdan götürərək Şahid5 satmış və bu barədə öz kitabında müəyyən qeydlər aparmışdır. Şahid5 qaytardığı «İphone11ProMax-Duos» markalı mobil telefonu ondan 1900-1950 (bir min doqquz yüz-bir min doqquz yüz əli) manata alıb 2.000 (iki min) manata Şahid7 satmışdır. «İphone11ProMax-Duos» markalı mobil telefon aparatı qutuda, açılmamış vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs1 tanımır, Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatların yayılmaması müqabilində sonuncudan ilkin olaraq 10.000 (on min) manat, sonradan 5.000 (beş min) manat və sonda hədə-qorxu ilə bir ədəd «İphone11ProMax» markalı mobil telefonu tələb edərək alması barədə məlumatı olmamış, bu barədə ibtidai istintaq zamanı da bildirmişdir. Təqsirləndirilən şəxs şəxsən tanımasa da, onun video blogger kimi fəaliyyət göstərdiyini bilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hazırda istifadəsində olan «İphone11ProMax-Duos» markalı mobil telefonu 2020-ci ilin dekabr ayında «28 May» metrostansiyasının yaxınlığındakı mağazadan almışdır. Bundan əvvəl istifadəsində «İphoneX» markalı mobil telefon olmuş, lakin həmin telefon nasaz olduğu üçün satmaq məqsədi ilə «28 May» metrosunun yaxınlığındakı dükanların birində satıcı Şahid6 telefonu yaxşı qiymətə götürdüyü üçün həmin məbləğin üzərinə 1.200 (bir min iki yüz) manat da qoyub Səyyafdan bir ədəd «İphone11ProMax-Duos» markalı mobil telefon almış və özünə məxsus 050 ***-**-** nömrəni həmin telefonda aktiv etmişdir. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs şəxsən tanımır, yalnız sonuncunun video blogger kimi fəaliyyət göstərdiyini bilir. Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatların yayılmaması müqabilində sonuncudan ilkin olaraq 10.000 (on min) manat, sonradan 5.000 (beş min) manat və sonda hədə-qorxu ilə bir ədəd «İphone11ProMax» markalı mobil telefonu tələb edərək alması barədə məlumatı yoxdur. Məhkəmədə dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Şahid9 icarəyə götürdüyü "xxxx" dükanında mobil telefonların alqı-satqısı ilə məşğul olur. Video blogger Təqsirləndirilən şəxs çoxdan tanıyır. Belə ki, Təqsirləndirilən şəxs dəfələrlə mobil telefon almaq üçün mağazaya gəlib-getmiş, yalnız bir dəfə telefon satmaq məqsədilə gəlmişdir. Belə ki, 24 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi dükana gələrkən icarədar Şahid9 da dükanda olmuş, Ata əlindəki bir ədəd «İphone11ProMax- Duos» markalı mobil telefonun təzə olduğunu, 2.400 (iki min dörd yüz) manata satmaq istədiyini bildirmiş, o isə telefonu bir neçə dükana təklif etsə də, çoxu ucuz qiymət təklif etmişdir. Bundan sonra qonşuluqda onunla birlikdə işləyən Şahid6 bir ədəd «İphone11ProMax-Duos» markalı mobil telefon lazım olduğunu bildirmiş, Səyyafa həmin telefonu 2.450 (iki min dörd yüz əlli) manata təklif etmiş, razılaşmışlar. Həmin puldan 2.400 (iki min dörd yüz) manatı Təqsirləndirilən şəxs vermiş, 50 (əlli) manatı isə özünə götürmüşdür. Mobil telefonu Təqsirləndirilən şəxs alıb Şahid6 satmağı barədə dəftərində müəyyən qeydlər aparmışdır. Şahid5 və Elmir Əliyevi tanımır. Təqsirləndirilən şəxs 2019cu ilin avqust ayında Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatların yayılmaması müqabilində sonuncudan ilkin olaraq 10.000 (on min) manat, sonradan 5.000 (beş min) manat və sonda hədə-qorxu ilə bir ədəd «İphone11ProMax» markalı mobil telefonu tələb edərək alması barədə məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid9 digər Şahid8 ifadəsində göstərdiyi xüsusiyyətləri təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir (cild 02,i.v.43-44). Məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. O, həmin ifadəsində 2016-cı ildən "xxxx" MMC-nin direktoru olduğunu, Zərərçəkmiş şəxs1 tanıdığını və uzun müddət dostluq etdiyini bildirmişdir.2019-cu ilin avqust ayında özünü cəmiyyətə video blogger kimi təqdim edən Təqsirləndirilən şəxs ona zəng edərək Zərərçəkmiş şəxs1 tanıyıb-tanımadığını soruşmuş, tanıdığını demişdir. Təqsirləndirilən şəxs onun dostlarının yaşadığı ərazidə yaşadığından onunla münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs ona guya Zərərçəkmiş şəxs1 tərəfindən kiminsə aldadıldığını və pulunun alındığını, eləcə də işlədiyi şirkətdə mebellərin qanunsuz satışını həyata keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əxlaqlı bir insan olduğunu, heç vaxt belə bir iş tutmadığını demiş, daha sonra isə Elmarla əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs1 barəsində Təqsirləndirilən şəxs tərəfindən rüsvayedici məlumatlar yayılacağını demiş, Elmar isə bir neçə dəqiqə öncə Ata ilə danışdığını və onu acılayaraq telefonu bağladığını bildirmiş, bundan sonra cəmiyyətdə rüsvay olmamaq üçün ondan Ata ilə görüşüb danışmağı və bu məsələni yoluna qoymağı xahiş etmiş, oda Ata ilə görüş zamanı Elmarla yaxın dost olduğunu izah edib, bu cür hərəkətin yol verilməzliyini ona bildirmişdir. Təqsirləndirilən şəxs görüş zamanı ona Zərərçəkmiş şəxs1 tərəfindən acılandığını demişdir. Bir daha Zərərçəkmiş şəxs1lə bağlı paylaşım etməməsini xahiş etsə də, Təqsirləndirilən şəxs bu işin 5.000-10.000 (beş min- on min) manatla da həll olunmadığını qeyd etmişdir. Bu barədə Zərərçəkmiş şəxs1 demiş və sonuncunun nə qədər pul verə biləcəyini öyrənmişdir. Zərərçəkmiş şəxs1 3.000- 4.000 (üç min-dörd min) manat pul verə biləcəyini demiş, o isə yenidən Təqsirləndirilən şəxslə danışmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs konkret nə qədər pul istədiyini soruşmuş, sonuncu ona görə Zərərçəkmiş şəxs1 pul almayacağını, lakin bu işin müqabilində bir ədəd «İPhone11ProMax» markalı mobil telefon istədiyini bildirmişdir. Bu barədə Zərərçəkmiş şəxs1lə danışmış, sonuncu mobil telefon almağa razılıq vermişdir. Bu söhbətlərdən təxminən bir gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək mobil telefonun dostu Şahid3 olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng edərək mobil telefonun hansı ünvana göndərilməsini dəqiqləşdirmiş, daha sonra Şahid3 zəng edərək onun harada olmasını öyrənmiş, sonuncu «28 May» metrostansiyasının yaxınlığında olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid3 maşınının nömrəsini vermişdir. Təqsirləndirilən şəxs adamının Şahid3 yaxınlaşıb mobil telefonu götürəcəyini bildirmişdir (cild 01, i.v. 136-137). Bundan başqa iş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 12.03.2021-ci il tarixli protokolundan məlum olur ki, həmin tarixdə, saat 11:00 dəqiqədə saxlanılaraq hüquqları məhdudlaşdırılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində saat 16:00 dəqiqədə tutulmuşdur (cild 01, i.v. 52). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 12.03.2021-ci il tarixli üzləşdirmə protokolundan məlum olur ki, həmin tarixdə Əliyev X3 Ata Eldar oğlu ilə üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində qeyd etdiyi xüsusiyyətləri sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 01, i.v. 64-65). İş materiallarındakıAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 12.03.2021-ci il tarixli üzləşdirmə protokolundan məlum olur ki, həmin tarixdə Babayev X6 Ata Eldar oğlu ilə üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində qeyd etdiyi xüsusiyyətləri sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 01, i.v. 66-68). İş materiallarındakıAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 13.03.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilmişdir (cild 01, i.v.73-74). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-128/2021 nömrəli 13.03.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 84-91). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən, hökmlərin və qərarın surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.04.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.08.2006-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 85.3-cü maddəsinə əsasən məhkumluğu vaxtından əvvəl götürülmüş; Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-92/2010 nömrəli 19.05.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 271.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunla qorunan kompüter informasiyasına, yəni maşın daşıyıcılarında, elektron hesablayıcı maşınlarda (EHM), elektron hesablayıcı maşınlar sistemində və ya onların şəbəkələrində olan informasiyalara qanunsuz olaraq daxil olma, bu hərəkətlər informasiyanın məhv edilməsi, təcrid olunması, modifikasiya olunması, onun surətinin çıxarılması, yaxud EHMin işinin, sisteminin və ya onların şəbəkəsinin fəaliyyətinin pozulmasına səbəb olduqda), 271.2.3 (külli miqdarda ziyan vurmaqla qanunla qorunan kompüter informasiyasına, yəni maşın daşıyıcılarında, elektron hesablayıcı maşınlarda (EHM), elektron hesablayıcı maşınlar sistemində və ya onların şəbəkələrində olan informasiyalara qanunsuz olaraq daxil olma, bu hərəkətlər informasiyanın məhv edilməsi, təcrid olunması, modifikasiya olunması, onun surətinin çıxarılması, yaxud EHM-in işinin, sisteminin və ya onların şəbəkəsinin fəaliyyətinin pozulmasına səbəb olduqda), 177.3.1 (mütəşəkkil dəstə tərəfindən oğurluq), 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab olunmaqla başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 02 (iki) il sınaq müddəti tətbiq edilmişdir (cild 01, i.v. 96, 213-273; cild 02, i.v. 106-108, 115-117). Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.1-ci maddələrinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluğu ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1, 18.4.3-cü maddələrinə görə, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 31.03.2021-ci il tarixli dindirmə protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəznində Bakı şəhər halqası (Formula 1) əməliyyat şirkətinin baş mühasibi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə sonuncudan bir ədəd «İphone11ProMax» markalı mobil telefon tələb etməsi müəyyən edilmiş, Zərərçəkmiş şəxs1 2019-cu ilin avqust ayında 2.400 (iki min dörd yüz) manat dəyərində bir ədəd «İphone11ProMax» markalı mobil telefonu Təqsirləndirilən şəxs çatdırmış, bununla yanaşı həmin telefonun qutusunun üzərində olan İMEİ/MEİD **********82850 və İMEİ2 **********72498 nömrələrinin fotoşəklini çəkmiş və şahid qismində dindirilərkən «İphone11ProMax» markalı mobil telefonun qutusunun fotoşəklini ibtidai istintaq orqanına təqdim etmişdir (cild 01, i.v. 130-133). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 Şəxsin 19.03.2021-ci il tarixli 2339 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (cild 01, i.v. 127). İş materiallarındakıAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 03.04.2021-ci il tarixli üzləşdirmə protokolundan məlum olur ki, həmin tarixdə Əliyev X4 Ata Eldar oğlu ilə üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində qeyd etdiyi xüsusiyyətləri sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 01, i.v. 150-152). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 02.04.2021-ci il tarixli 016-34880-1221 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (cild 01, i.v. 274). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 15 saylı Mənzil Kommunal İstismar Sahəsinin 197 nömrəli 12.04.2021-ci il tarixli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs anası ilə birlikdə ünvan 5 ünvanda qeydiyyatdadır (cild 01, i.v. 282). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 15 saylı Mənzil Kommunal İstismar Sahəsinin xasiyyətnaməsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşadığı müddətdə özünü həmişə mənfi, özündən razı bir sakin kimi göstərmiş, qonşularla həmişə münaqişədə olmuş, heç bir qonşunun hörmətini qazanmamış, qonşular ondan yazılı olmasa da, şifahi olaraq şikayətçi olmuşlar (cild 01, i.v. 283). İş materiallarındakı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12.04.2021-ci iltarixli **********24 nömrəli məktubundan məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (cild 02, i.v. 19). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Monitorinq Mərkəzinin 16.04.2021-ci il tarixli 8/c/2835 nömrəli məktubundan məlum olur ki, «İphone11ProMax» markalı, İMEİ/MEİD **********82850 və İMEİ2 **********72498 nömrəli mobil telefon cihazına Şahid7 məxsus 050 ***-**-** mobil telefon nömrəsi qoşulmuşdur (cild 02, i.v. 27-28). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 21.04.2021-ci il tarixli baxış protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində toplanmış 12.03.2021-ci il tarixli 30/918 nömrəli materiallarda olan disklərə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs və digərlərinin Masazır inzibati ərazi dairəsində toplanılmış məişət və təmir-tikinti tullantıları haqqında, eləcə də Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov 1 ünvanında və Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanında yerləşən obyektlərdə video çəkilişlər apardığı müəyyən edilmişdir (cild 02, i.v. 48-51). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 22.04.2021-ci il tarixli baxış protokolundan məlum olur ki, həmin tarixdə Şahid7 məxsus bir ədəd «İphone11ProMax-Duos» markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı mobil telefon aparatının tam işlək vəziyyətdə olduğu, daxili yaddaşı 64 gb, texniki nasazlığın olmadığı, metal rəngdə olduğu müəyyən edilmişdir (cild 02, i.v. 52-55). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 22.04.2021-ci il tarixli qərarı və həmin tarixli aktından məlum olur ki, İMEİ/MEİD **********82850 və İMEİ2 **********72498 kodlu bir ədəd «İphone11ProMax» markalı mobil telefon aparatı cinayət işi üzrə maddi sübut kimi tanınaraq, məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Şahid7 təhvil verilmişdir (cild 02, i.v. 56-58). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin 08.05.2021-ci il tarixli 1033 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Buna görə ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəllərinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, i.v. 119-121). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 31.05.2021-ci il tarixli baxış protokolundan məlum olur ki, "xxxx" MMC-nin BKC/LGL-9352/21 nömrəli 21.05.2021-ci il tarixli məktubu ilə daxil olmuş diskə baxış keçirilmiş və nəticədə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs 22.04.2020-ci il tarixdə danışıq apardığı müəyyən edilmişdir (cild 02, i.v. 134-136). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/561, 3/802 nömrəli 31.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmişiki ədəd DVD diskdə olan mübahisəli video fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş və həmin danışıqların yazılı mətnində«K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Video görüntülərdəki danışıqlar aşağıdakı mətn üzrə yazılmışdır: «Təqsirləndirilən şəxs - Abşeron ərazisindəki zibillik!» Ata: Gəl mala, qoyma qala Naməlum: Neyniyirsən burda? Ata: Topdan pərakəndə zibil satıram. Abşeron rayonunda biz belə zibilləri satırıq. Gəl göstərim. Nə qədər istəyirsən qardaş? Bax yaxşı bibər var, bibər istəyirsənmi? Təmiz bibar. Bax kamaz təkəri satılır. Kreslo-divan satılır. Abşeron rayonunda hər şey satılır. Sən nə almağa gəlmişdin qardaş? Naməlum: Villama it istəyirəm. Ata: Yox qardaş bu itlər satılmır, bu itlərin uje behini veriblər. Gəl qardaş. Yaxşı kreslo var istəmirsən? yəni bu kreslo məmur kreslosu olub, sadəcə məmur öləndən sonra kreslosunu gətirib bura atıblar. Özü də yandırıblar ki, həmin məmur pis adam imiş, yaman pisliklər edirmiş. Qoyun dərisi zad. Ürəyin nə istəyir? Abşeron rayonunda birdən İradə xanım eşidib edər, buranı təmizləyərlər, amandı ha mənim çörəyimə bais olma. Qardaş Sizi kim göndərib bura? Naməlum: Özümüz gəlmişik. Ata: Qardaş zibil satıram. Şəhərin mərkəzində zibil satıram. Salam əleykim. Qardaş yaxşı zibil satıram istəmirsiz? Topdan pərakəndə. Bu məmur kreslosu olub, ölübdü yandırıblar. X17 xanıma deməyin. Qadan alım qardaş çörəyimə bais olma. Birdən göstəriş verər. Buraları təmizləyərlər. Çörəyimə bais olmayın. Bax şifirdi, biz də insanıq. Bax karono buralardadır. Qardaşımsan kim gələcək bura koronaya batacaq. Bax belə paketli zibillərimiz var. Siz Abşeron rayon icra hakimiyyətindəsiniz qardaş? Naməlum: Yox, sakinəm. Ata: Mənim çörəyimə bais olma qardaş. Bax nə satım? Hər yer bağlıdır. Bunu satajam. Bunu da fransızlar alıb, zibildən nəsə dərman hazırlayırlar. Qardaşİradə xanıma deyib eləməyin. Birdən eşidər, göstəriş verər gəlib buranı təmizləyərlər. Siz Allah mənim çörəyimə bais olmayın. Bax qardaş kamaz təkəri. Qaz gəlməyən yerlərdə yandırırsan bununla isinirsən. İstəyirsənmi qardaş? Naməlum: Alaram, alaram. Ata: Qardaş İradə xanıma deyib eləməyin. Birdən eşidər, göstəriş verər gəlib buranı təmizləyərlər. Naməlum: İnnən belə gəlsə neynəyək? Qardaş Xahiş edirəm deməyin. Mənim çörəyimə bais olmayın. Hara gedirəm, bu saat pandemiyadır, karantindir. İradə xanım birdən bunu görüb edər. Xəstəlik yayılır burdan qardaş. Bu xəstəlikdir. Mən də bundan pul qazanıram. Xahiş edirəm İradə xanıma deməyin. Bu insanlar bu havanı udmalıdır. Sağolun, salamat qalın, Sizin Təqsirləndirilən şəxs. Abşeron rayonunun Sizə təmizliyini göstərdik. Allah Sizi qorusun. «**********756» adlı videofonoqramda olan danışıqlar: Ata: Çək maşını. Zəhmət olmasa bir dəqiqə. Əziz dostlar, əziz izləyicilərim. Deyilənə görə ağac düşüb. Burda dükan tikilir. Necə olur bu boyda ağac düşmür. Amma burdakı ağac düşür. Hazırda təmir işləri gedir. Bu boyda sağlam ağac nə cür düşür? Ağacların dibinə baxın. Ağaclar quruyur və bu ağac düşüb maşının üstünə. Baxın. Bu dükanın qabağı açıldı. Amma ağac getdi. X14 gözəl kəlamları var. Tarixin yaddaşına həkk olunmuş. Bir ağacı kəsmək nəyəbərabərdir. Amma baxın, sağlam ağac, bu sağlam ağac artıq yoxdur. Əziz dostlar. Maşınıçək aparırlar. Baxın, buna baxın qurumağına. Bunu edənlər cəzalanmalıdır. Bilmirəm bura tikilməsi üçün nəzərdə tutulmuş, hərnədisə bunu edənlər cəzalanmalıdır. Bu yoxlanılmalıdır. Ekspertiza gəlməlidir bura. Ekologiya və Təbii sərvətlər Nazirliyinə müraciət edirəm. Artıq dərəcədə. Görürsüz ustalar da orda. Hamınızı salamlayıram. Baxın, nəticədə ağac yoxdur. Nəisə, Allah Azərbaycanımızı qorusun. Cənab Prezident, Vitse Prezident gecə gündüz gedir ağac əkir, nədənsə Yasamal rayonunda bu küçədə ağaclar aşır. Noldu, bu ağac aşmadı, bu ağac aşmadı, quruyan ağac, bax ağac quruyur. Nəisə. Söz sizdə aidiyyəti qurumlar. Ağac düşüb maşının üstünə. Yaxşı, sizcə bu cür salamat ağac necə düşdü. Həmin ərəfələrdə burda tikinti gedir. Mən xahiş edirəm ekspertiza təyin olunmalıdır. Özünüz görürsüz ağacın vəziyyətini. Yəqin ki buranın rəhbərliyi, bu obyekti tikən ağac əkəcək bura. Ağaclar maşallah Bakı-Maştağa yolunda. İstənilən bizim kəndlərimizə gedən yollarda o qədər ağaclar varki istixanalardan çıxır gəlib inşallah əkər bura. Siz inanırsız? Mən inanmıram. Nəisə. Eləsə inşallah gəlib ona minnətdarlığımızı bildirərik. Amma görürsüz ki, üzü bu tərəfə dükanın qabağını görün. Üzübəri dükan bu tərəfə gəlir. Maşallah olsun. Yorulmayasınız. Maska taxın ustalar. Baxış Yasamal rayonudur bura. Ağac necə quruyub ay Allah. Allah rzasıüçün, İlham sevərlər, Mehriban sevərlər, ağac, təbiət sevərlər, insanlıq sevənlər aidiyyəti qurumlar söz sizdə. Mənim sözüm burda bitdi. Mənim şəffaflığım budur. Sona kimi mübarizə aparacağam. Sadəcə inanıram ki, Yasamal rayon icra hakimiyyətinin başçısıçox gözəl insandır. Bu hüquqi qiymət veriləcək. Elşad müəllim biz sizə inanırıq. Bu ağac niyə məhz burdan aşmalıdır. Allah Azərbaycanımızı qorusun. Allah ordumuzu qorusun. Nəticədə noldu? İllərin ağacı, babalarımızın nənələrimizin gördüyü ağac getdi. O, dünyada bunun cavabı ağır olacaq. Sözüm burda bitsə yaxşıdır. İnanırıq ki, ekspertizanın rəyi olacaq. Ağacın qabağında dizimi atacam ee yerə. Bizim ona borcumuz var. Nə olacaq bura? Bura qapadılacaq. Döşəmə olacaq. O, danışacaq. Ona sərf eləmir. Ona Təqsirləndirilən şəxs sərf eləmir. Ona haqq sərf eləmir. Allah Azərbaycanımızı qorusun. Sizin Təqsirləndirilən şəxs. Baxış danışan qardaş bax budur. Tanıyın bunu. Bu da Yasamal rayonu. Sizi də Allah qorusun. Sağolun. Haqqı demək günah deyil. Ürəyim ağrıdı. Salam dayıcan. Ağacınız getdi. Daha yaşıllıq görməyəcəksən. Ürəyim ağrıyır. Allah Azərbaycanımızı qorusun. Danışmaq istəmirəm. Paylaşınkı haqlara girməyək. Yasamal rayonudu bura. «10000000_**********27245_**********44022718_n» adlı video fonoqramda olan danışıqlar: Ata: Salam əziz izləyicilərim. Gördüyünüz kimi Sabunçu icra hakimiyyətinin maşını. Qonşular şikayət edib ki, bura bağlanıb. Nə məsələdi indi biləcəyik. Deyirlər su kanalı olub, ağaclar kəsilib. Ekologiya nazirliyinin əməkdaşını dəvət etmişik. 11 saylı regionaldan. Buranı bağlayıb nə tikmək istəyirlər? Mən burdan Sabunçu rayon icra başçısı Adil Vəliyevdən, Azərsunun rəhbəri Qorxmaz Hüseynovdan. Sakinlər şikayət edir. Ağaclar niyə kəsilib. İndi hardan girək ora? Onun arxası bağlıdır axı. Dəmir betona bağlayıblar uje. Bunun o tərəfindən 2 mərtəbəli novostroyka olacaq da. Ağacların hamısı ordadı. Ora necə dırmaşaq? Su anbarı idi. Su anbarını uje hasara alıblar. İndi neyləyirlər buranı? Bu anbar idi, bağlayıblar. Deməli vətəndaş zəng elədi. Neçə min adamın su anbarıdır. Niyə kəsirlər bu ağacları? Adil müəllim niyə kəsirlər bu ağacları? Səbəb nədir? Bura nəsə obyekt olacaqmış, nəimişsə bilinmir. Qabaq deyirdilər bu cocukların günahı nə, indi deyirlər ağacların günahı nə? orda ağaclar var idi hə? Bütün ağacların şəkilləri var bizdə hamısı. İndi Adil müəllim deyəcək ki, xəbərim yoxdur. Sabunçuda yer qalmayıb ee özüm ölüm. Ağacları kəsən yerdə videosu var? Bəlkə böyük su anbarı tikirlər. Nəisə əziz dostlar. Əslində məqsəd odur ki, bura nə səbəblə bağlanıb, vətəndaşlar şikayət elədi. Gördüyünüz kimi artıq ağaclar qırılaraq bu vəziyyətə gəlib. Mən şəxsən ekologiya nazirliyinin rəhbərliyinə bu məlumatlarıçatdırmışam. Mətbuat xidmətinin rəhbəri İradə xanıma öz minnətdarlığımı bildirirəm. Cənab prezidentin o günki çıxışını gördüz, tənqidlərini gördüz. Bu ağacı kəsənin görüş elə balasının boynu kəsilsin. Qardaş yadda saxla. Bura əgər hər hansı bir şirkət yox, yerli bir su idarəsi bunu etsəydi və ya icra hakimiyyəti bura belə təzə dəmirlərdən gətirməzdi. Belə təmiz bahalı dəmirləri camaat evinin krişnasına vurur. Buna qırmızı krışa deyirlər. Burda təməlli nəsə iş gedir. Bilinmir amma nə iş gedir. Öyrənəcəyik və nəzarətimizdədir. Adil müəllimin yeni strategiyası. Yeni uğurları. Ağaca deyirlər ki, ay ağac sən niyə yaranmısan? Sənin təbiətə verdiyin güc lazım deyil. Yaşıllardırma lazım deyil. Biz səni kəsməsək də, Ata müəllim görməsin deyə betonun arasına hörəcəyik. əziz izləyicilərim baxın, ağaca qol-qanad vermirlər. Ağac artıq quruyur. Yazıq ağac. Sonra deyirsiz ki, ictimai nəzarət. Qurban olum Allaha. Bir qolu belə gəzə bilərsiz? Ay Adil müəllim bir dənə baxın. Eləcə də tədqiqata təqdim edilmiş, ekspert tərəfindən şərti olaraq «1» və«2» rəqəmləri ilə işarələnmiş «DVD-R» tipli diskdəki video görüntülərdən çıxarılmış fotoşəkillərdə və ekspert tərəfindən şərti olaraq «3» rəqəmi işə işarələnmiş «DVD-R» tipli diskdəki eksperimental video görüntülərdən çıxarılmış fotoşəkillərdə kişi cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur; aparılmış tədqiqatın dəyəri 396 (üç yüz doxsan altı) manat müəyyən edilmişdir (cild 02, i.v. 142-160). İş materiallarındakı Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının 221 nömrəli 07.08.2021-ci il tarixli mütəxəssis arayışından məlum olur ki, «İphone11ProMax 64gb» markalı mobil telefon aparatının 2019-cu ilin avqust ayına ölkə ərazisindəki orta bazar qiyməti 2.400 (iki min dörd yüz) manatdır (cild 02, i.v. 218-221). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 10.09.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 241-242). İş materiallarındakı 13.09.2021-ci il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqələrinin kserosurətindən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandakı qonşuları tərəfindən müsbət xarakterizə olunmuşdur (cild 02, i.v. 250-261). İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə vurulmuş maddi zərərin əvəzi kimi 2.400 (iki min dörd yüz) manat, mənəvi zərərin əvəzi kimi 10.000 (on min) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməllərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə özünü təqsirli bilməməsinə dair verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşıyıb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli Qərarında göstərilir ki, «Əmlakı zorla tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.12.1998-ci il tarixli 2 nömrəli Qərarının adı dəyişdirilərək «Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» kimi müəyyən edilmişdir. Bu mənada «Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu Qərarının 1-2-ci bəndinə əsasən «Hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür». Həmin Qərarın 3-cü bəndində rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Əgər zərər çəkmiş şəxs və ya onun yaxın qohumları haqqında bilə-bilə böhtan və ya təhqiredici xarakterli məlumatlar yayılmış olarsa, onlar xüsusi ittiham qaydasında şikayətlə böhtan və yaxud təhqir xarakterli məlumatları yaymış şəxsin CM-in 147-ci maddəsi və yaxud 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Şəxsin barəsində CM-in 182-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması onun CM-in 147-ci maddəsi və yaxud 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini istisna etmir. 3-1-ci bəndə görə, «Hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni «xeyli miqdarda» əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, «külli miqdarda» əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, «xüsusilə külli miqdarda» əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Hədənin zərərçəkmişşəxsəçatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn əmlakı verməkdən imtina etməsi dəəməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. Həmin Qərarın 7-ci bəndində göstərilir ki, təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələbetmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıq da müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsif edici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsif edici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həmdə başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirinin əzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yaşadığı ünvanda qonşuları tərəfindən müsbət xarakterizə olunmasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayəti tamah niyyəti ilə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsüusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, tamah niyyəti talama cinayətlərinin zəruri elementi olduğundan ağırlaşdırıcı hal kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi ziyan və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsinə görə mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin məhkəmənin hökmündə mülki iddianın həllindən bəhs edən 354cü maddəsində göstərilir ki, «məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir:iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması». Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə vurulmuş maddi zərərin əvəzi kimi 2.400 (iki min dörd yüz) manat, mənəvi zərərin əvəzi kimi 10.000 (on min) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalı və ona, Azərbaycan Respublikası CPM-nin məzmunu yuxarıda göstərilən 180.3-cü maddəsində nəzərdə tutulan hüququ izah olunmalıdır. Cinayət işi üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası CPM-nin məzmunu yuxarıda göstərilən 180.2-ci maddəsində nəzərdə tutulan hüquqları izah olunmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin(qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.5-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış İMEİ/MEİD **********82850 və İMEİ2 **********72498 kodlu bir ədəd «İphone11ProMax» markalı mobil telefon aparatının Şahid7 təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə, ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 396 (üç yüz doxsan altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutlduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heçbir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinə də olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qaupt vaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.12.1996-cıil tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 12 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344- 347, 349, 351-353, 356, 358və384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4- cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 12 mart 2021-ci il tarixdən hesablansın. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə vurulmuş maddi zərərin əvəzi kimi 2.400 (iki min dörd yüz) manat, mənəvi zərərin əvəzi kimi 10.000 (on min) manat məbləğində pul vəsaitinin tutulmasını dair mülki iddiası baxılmamış saxlanılsın və ona, Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsində nəzərdə tutulan hüququ izah olunsun. Cinayət işi üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsində nəzərdə tutulan hüquqları izah olunsun. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 396 (üç yüz doxsan altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış İMEİ/MEİD **********82850 və İMEİ2 **********72498 kodlu bir ədəd «İphone11ProMax» markalı mobil telefon aparatının Şahid7 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1677/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1677/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver