Məhkəmə qərarları › İş №1(101)-1677/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1677/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1677/2022 26.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X5 müdafiəçisi: Kredo Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, 15 noyabr 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Göyçay rayonu, Ləkçılpaq ərazi dairəsi Ləkçılpaq kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X10 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edərək, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahə nömrəsiz ünvanda yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq cəmi 53 ədəd ümumi çəkisi 14965,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkilərinə xüsusi aqrotexniki qaydada qulluq göstərərək külli miqdarda kultivasiya etmiş, kultivasiya etdikdən sonra həmin çətənə (kannabis) bitkilərindən təmiz çəkisi 10400,0 qramını qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq əldə etməklə, yaşadığı evin həyətində yerləşən saxlanc yerində kisədə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 22:50 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X5 yaşadığı ünvandakı həyətyanı sahəsinə xx.xx.2022-ci il tarixdə saat 00:30-da keçirilən baxış zamanı həyətdəki sahədə daş hasara yaxın yerdə taxta ilə əhatə olunmuş torpaqda sintetik kisələrlə əkilmiş 53 ədəd ümumi çəkisi 14965,0 qram olan bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri və həmin həyətdə olan saxlanc yerində isə tərkiblərinə görə 53 ədəd çətənə bitkiləri ilə eynilik təşkil edən sintetik torbada qurudulmuş vəziyyətdə təmiz çəkisi 10400,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, evinin həyətində çətənə bitkisini əkmişdir, lakin ittiham aktında göstərilmiş, qurudulmuş marixuanalar ona məxsus deyil. İkinci dərəcə əliliyi olan şəxsdir, öz şəxsi istifadəsi üçün ilk dəfə imiş ki, çətənə bitkisini sintetik torbada aprel ayında 53 ədəd əkmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmış, evinin həyətinə baxış keçirilmişdir. Polis əməkdaşları evinə qurudulmuş marixuana yerləşdirmişlər. Əkdiyi çətənə bitkiləri heç yetişməmişdir, onlardan istifadə etməmişdir, evində qurudulmuş formada marixuana olmamışdır. Heç kəs həyətində əkdiyi çətənə bitkisindən ona verməyi barədə ona müraciət etməyib. 6 ildir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir, öz istifadəsi üçün əkmişdir, toxumları əvvəllər başqa şəxslərdən öz istifadəsi üçün aldığı nəşələrdən əldə etmişdir. Axtarış zamanı videoçəkiliş olmuşdur, videoçəkiliş zamanı təzyiqlər qarşısında məcbur olub evinə yerləşdirdikləri qurudulmuş marixuananın onun olduğunu demişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Anar adlı şəxsin narkotik vasitələrin əldə edilməsi, saxlanılmasında, istifadə etməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 09 iyun 2022-ci il tarixdə digər əməkdaş Yusifzadə Yusiflə birgə Zirə qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında Anarı saxlamışlar. Onu Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Süleymanov Anarın üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və onun üzərindən heç bir qanunsuz predmet aşkar edilməmişdir. Süleymanov Anar yaşadığı evinin həyətində çətənə kolunun olduğunu bildirmişdir. Süleymanov Anarın yaşadığı evə getmişlər, oraya aqronom dəvət olunmuşdur. Süleymanov Anarın özünün razılığı ilə onun evinə daxil olub baxış keçirilmişdir. Süleymanov Anarın yaşadığı evin həyətinin yuxarı hissəsində sağ tərəfdə torbalarda 53 ədəd kol aşkar edilmişdir. Bundan sonra onun yaşadığı evin həyətinə baxış keçirilərkən girişdə sol tərəfdə saxlanc yerində kisədə qurudulmuş marixuana aşkar edilmişdir. Qurudulmuş marixuana olduğunu özləri axtarış keçirərəkən tapmışlar. Anar aşkar edilmiş narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 şahid X7 verdiyi ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o aqronomdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən X5 evinə və həyətyanı sahəsinə baxış keçirilməsi üçün aqronom-mütəxəssis qismində dəvət olunmuşdur və o da razılaşıb orada iştirak etmişdir, polis işçiləri ilə birgə həmin ünvana getmişlər. Evin həyətində sol tərəfdə sintetik torbalarda 53 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir, o da yazılı surətdə bu barədə öz rəyini vermişdir. Çətənə bitkiləri birillik birtiklərdəndir, çətənə bitkisinin bütün hissələri, o cümlədən yarpaqları da narkotik tərkiblidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X5 özünü qurudulmuş narkotik vasitə marixuananın və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz almasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan 09 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, X10 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyun 2022-ci il tarixli, 7/606 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs A.Süleymaov ”yazılar və imzalar olan bir ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi-10400,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs A.Süleymaov ” yazılar və imzalar olan 3 ədəd ağ rəngli sintetik torbada yaş vəziyyətə, ümumi sayı 53 (əlli üç) ədəd, ümumi çəkisi-14965,0 qarm bitki nümumənləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş marixuana və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidir. Qeyd: marixuananın təmiz çəkisi - 10400,0 qram, tədqiqata istifadə olundu 0,1 qram, qalıq-10399,9 qram, Çətənə bitkilərinin ümumi çəkisi 14965,0 qram, tədqiqata sərf edildi cəmi 1,06 qram, (hər obyektdən 0,02 qram), qalıq-14963,94 qram. (ekspertiza tədqiqatın dəyəri 72 (yetmiş iki) manat) Cinayət işi materiallarinda olan məhkəmə narkaloji ekspertizasinin 26 iyul 2022-ci il tarixli, 3557 №-li rəyindən görünür ki, X1 qəbulu yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. X5 ii dərəcəli əlil olmasi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Cinayət işi materiallarında olan X5 üzərində şəxsi axtarış və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin görüntüsü olan 02 ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı X5 yaşadığı evin həyətyanı sahəsindən sintetik torbalarda əkilmiş 53 ədəd çətənə bitkisinin kolları, həyətdə olan saxlan yerində isə 01 ədəd kisədə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Yusif Yusifzadə tərəfindən qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə dair" 08 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarından müəyyən olunur ki, X10 ikinci qrup əlildir, himayəsində bir azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxs X8 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X8 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 09 iyun 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxs X5 ikinci qrup əlil olmasını, himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan təmiz çəkisi qalıq-10399,9 qram marixuana, çətənə bitkilərinin qalıq-14963,94 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, X4 ekspertiza xərci təşkil edən 72 (yetmiş iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X8 qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən X5 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X4 ekspertiza xərci təşkil edən 72 (yetmiş iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan təmiz çəkisi qalıq-10399,9 qram marixuana, çətənə bitkilərinin qalıq- 14963,94 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar