Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1678/2021 20.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1976-cı ildə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, orta təhsilli, Ş.İ.ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, "Sahib' şadlıq sarayının arxasında yerləşən fərdi yaşayış evində kirayədə yaşayamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 25 may 2021-ci il tarixdə saat 21:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisindəki «Murad» şadlıq sarayının arxasında yerləşən fərdi evdə qohumu Zərərçəkmiş şəxs radioqəbuledıcinin səsinin azaltmamasını bəhanə edib heç bir əsaslı səbəb olmadan gücünü nümayiş etdirməklə mətbəxdən masanın üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış, soyuq silulı İıcsuiə edilməyən, üzərində təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə evin həyətinə çıxmış Zərərçəkmiş şəxs arxasınca həyətə çıxaraq sonuncunun qarın nahiyyəsinə xuliqanlıq niyyəti ilə bir dəfə vurub qarının sol yan divarının periton boşluğuna keçən sol böyrəyi və dalağı zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, yetirilən andan insan həyalı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Meyvəli'1 bazarında günəmuzd qaydasında fəhlə işləyir, son iki ay ərzində kirayədə yaşadığı evdə günü iki manat hesabı ilə ayda 60 (altmış) manat kirayə pulu verir, atasının bibisi oğlu Zərərçəkmiş şəxs ilə yaxın qohum olduğu üçün bir yerdə yaşayır, bir otaqda yatıb-dururlar, Osman da onun kimi ayda 60 (altmış) manat kirayə pulu verir, həmçinin Osman da onun işlədiyi “Meyvəli” bazarında eyni ilə günəmuzd qaydasında fəhlə işləyir. Onlar adətən bir yerdə oturub yeyib-içirlər, 25 may 202; -ci il tarixdə təxminən saat 21:30 radələrində Osmanla birlikdə yaşadığıqları evin mətbəxində olurub axşam yeməyi yeyən zaman o, 200 (iki yüz) qram araq içmiş, lakin Osman içməmiş, yeyibiçdikdən sonra uzanıb yatmaq istəmiş, qohumu Osman isə özü üçün aldığı radioqəbulediciyə uca səslə qulaq asırmış, radioqəbuledicinin səsi ucadan olduğu üçün Osmana səsi azaltmasını deyib ona irad edərək yorğun olduğunu, yatmaq istədiyini, səhər tezdən durub işə gedəcəyini bildirmiş, Osman isə ona 4'yatırsan yat”, radioya qulaq asdığım, radionun səsini də azaltmayacağını bildirmiş, bu şəbədən də əvxəlcə aralarında söz mübahisəsi yaranmış, həmin mübahisə zamanı Osman ona tərəf gələrək əl-qol atmağa başlamış, sonra yaşadıqları evin həyətinə çıxmış, onun hərəkətindən, həm də içkili olduğundən əsəbləşmiş, mətbəxə keçib stolun üstündə olan çörək və digər ərzaqları kəsib- doğradıqları dəstəyi taxtadan olan mətbəx bıçağını götürüb onun arxasınca həyətə çıxmış, oradaca heç bir söz demədən Osmanın qar m nahiyəsindən bir dəfə özü ilə götürdüyü həmin mətbəx bıçağı ilə vurmuş, Osmanın qar m nahiyəsinə bıçaqla xəsarət yetirdikdən sonra onun qarnından qan axdığını görmüş, Osman da həmin vaxt qarnını tutub şerdə oturmuş, Osmana xəsarət yetirdiyi mətbəx bıçağını su ilə yumuş, yaşadıqları e\in həyətində yerləşən hamamın kənarına tullamış, oradan isə çıxıb getmiş. Osmana xəsarət yetirdiyi bıçağı tulladığı yeri göstərə və bıçağı təqdim edə bilər, Osmana bıçaqla xəsarət yetirməyi ilə bağlı heç kimə bildirməmişdir. 27 may 2021-ci il tarixdə paltarlarını dəyşmək məqsədi ilə yaşadığı evə gəlmiş, həmin vaxt polis əməkdaşları yaşadıqları evə gəlmişlər və onunla söhbət edərkən onlara Osmanla aralarında baş vermiş hadisəni olduğu kimi danışmış. Osmanla yaxın qohum olduğunu və 25 may 2021-ci il tarixdə təxminən saat 21:30 radələrində yaşadıqları evin həyətində Osmanla aralarında baş vermiş mübahisə nəticəsində mətbəxdən götürdüyü mətbəx bıçağı ilə onun qarın nahiyəsinə bir dəfə vurduğunu səmimi olaraq etiraf etmiş, həmin vaxt Osmanın Bakı şəhəri, Sabunçu xəstəxanasında müalicə aldığı bilmiş, aralarında baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə davam etmiş, qohumu Osmanla mübahisə elməyə əsas səbəbin onun radionun səsini azaltmaq istəmədiyi olmuş, Osman ona əl-qol atdıqdan sonra həyətə çıxdığı üçün qorxduğundan mətbəxə keçib mətbəx bıçağını götürüb həyətə çıxmış, oradaca onun qarın nahiyyəsinə bir dəfə vuraraq xəsarət yetirmiş, həmin vaxt Osmana iki-üç dəfə bıçaqla xəsarət yetirə bilərmiş, lakin onun qohum olduğunu nəzərə almış, qohumu Osmanla yaşadıqları evdə və həyətdə mübahisə edib, ona xəsarət yetirən zaman heç bir xəsarət almadığını, qohumu Osmanın da ona heç bir xəsarət yetirmədiyini, qohumu Osmanla aralarında yaranmış mübahisə zamanı yanlarında heç kimin olmadığını, onların səsini heç kim eşitmədiyini, etdiyi hərəkətə görə peşman olduğunu, içkili olduğundan həmin hərəkətin baş verdiyini bildirmişdir. Hazırda Osmanla barışmışlar, Osmanın ona qarşı şikayət və tələbi yoxdur. Etdiyi əməldən çox peşmandır. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə telefon vasitəsi ilə əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs ilə barışdığını ona qarşı şikayət və tələbi olmadığını, hazırda Xaçmaz rayonu Xaspolatoba kəndində yaşadığını, maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəmə proseslərinə gələ bilmiyəcini bildirərək, məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb məhkəmə proseslərini Zərərçəkmiş şəxs iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” bazarında günəmuzd qaydasında fəhlə işləyir, yaşadığı evə görə isə günü iki manat hesabı ilə ayda 60 (altmış) manat kirayə pulu verir, Təqsirləndirilən şəxs anasının dayısı oğludur. Onlar yaxın qohum olduqları üçün bir yerdə yaşayır, bir otaqda yatıb-durur, Gəncəvi də onun kimi ayda 60 (altmış) manat kirayə pulu verir, həmçinin Gəncəvi də onun işlədiyi “Meyvəli” bazarında eyni ilə günəmuzd qaydasında fəhlə işləyir, adətən həm evdə, həm də iş yerində bir yerdə oturub yeyib-içirlər. 25 may 2021-ci il tarixdə təxminən saat 21:30 radələrində qohumu Gəncəvi ilə birlikdə yaşadıqları evin mətbəxində oturub axşam yeməyi yeyən zaman qohumu Gəncəvi 200-300 (iki yüz-üç yüz) qram araq içmiş, ozü isə son vaxtlar spirtli içki içmədiyi üçün həmin gün də içməmiş, qohumu Gəncəvi yeyib-içdikdən sonra uzanıb yatmaq istəmiş, o, isə özü üçün aldığı radioqəbulediciyə uca səslə qulaq asırmış, radioqəbuledicinin səsi ucadan olduğu üçün Gəncəvi səsi azaltmağını deyib ona yorğun olduğunu, yatmaq istədiyini, səhər tezdən durub işə gedəcəyini bildirib irad elmiş, ona “yatırsan yat”, radioya qulaq asdığım, radionun səsini də azaltmayacağım demiş, buna görə də əvvəlcə Gəncəvi ilə aralarında söz mübahisəsi yaranmış, həmin mümıiıisə zamin ona yaxınlaşıb əl-qol atmağa başlamış, ona eldiyi irada görə, həmçinin içkili o id uğundun əsəbləşmiş yaşadıqları evin həyətinə çıxmış, birdən Gəncəvinin də arxasınca həyətə çıxdığım və əlində yaşadıqları evdə mətbəxdə istifadə etdikləri çörək bıçağı ilə ona tərəf yaxınlaşdığını görmüş, Gəncəvi ona yaxınlaşan kimi gözləmədiyi halda ona heç bir söz demədən qəflətən həmin bıçaqla qarm nahiyəsinə vurmuş, həmin vaxt qarnından qun axdığını görmüş, əli ilə qarnını tutub yerdə oturmuş, Gəncəvinin isə ona xəsarət yetirdiyi mətbəx bıçağım su ilə yuduğunu və sonra həyətdən çıxıb getdiyini görmüş, aldığı xəsarətlə bağlı heç kimə bir söz demədən həyətdən çölə çıxmış, evdən bir qədər aralınıb yoldun keçən tanımadığı taksi maşınla Bakı şəhəri, Sabunçu rayon xəstəxanasına getmiş, orada həkimlərə tanımadığı şəxs tərəfindən qarnına bıçaqla xəsarət yetirildiyini bildirmiş, həkimlər ona dərhal ilk tibbi yardım göstərib xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişlər. Sonradan xəstəxanaya gələn polis əməkdaşlarına baş verənləri bildirmiş, birgə kirayədə yaşadıqları evdə qohumu Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə nəticəsində onun tərəfindən ona bıçaqla xəsarət yetirildiyini bildirmiş, aralarında baş vermiş mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, qohumu Gəncəvi ilə aramızda baş vermiş mübahisə əsas səbəbin uca səslə qulaq asdığı radioqəbuledicinin səsini azaltmağını ona bildirsədə səsi azaltmayacağım ona bildirmiş. Gəncəvi həm içkili olduğundan, həm də onun sözü ona xoş təsir bağışlamadığından onunla mübahisə etməyə başlamış, onun sabitləşməsinə görə həyətə çıxmış, lakin gözləmədiyi halda Gəncəvi evdə istifadə etdikləri mətbəx bıçağını götürüb həyətə onun arxasınca gələrək qəflətən həmin bıçaqla qarnına bir dəfə vurub ona xəsarət yetirmiş, həmin mübahisə zamanı qohumu Təqsirləndirilən şəxs hər hansı bir xəsarət yetirməmiş, aralarında yaranmış mübahisə zamanı yanlarında heç kim olmamış, onların səslərini də eşidən olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, Gəncəvinin həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs vurmasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs vurmasını heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs vurmasına qənaətinə gəlməyə əsas versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində izah edilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməyərək, özünü ətrafdakılara qarşı qoymayaraq, qəsdən Zərərçəkmiş şəxs onun təqsiri üzündən vurmuşdur və buna görə də onun əməlini ibtidai istintaq tərəfindən xuliqanlıq niyyəti ilə tövsif edilməsi ilə razılaşmır. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 05 avqust 2021-ci il tarixli 1175 saylı rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədəni üzərində qarnın sol yan divarının periton boşluğuna keçən sol böyrəyi və dalağı zədələyən deşilmiş-kəsilmiş yarası ilə yetirilən an həyal üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti aşkar edilmişdir, qeyd olunan xəsarət deşici-kəsici alətin (əşyanın) ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət 25.05.2021 -ci il tarixdə bıçaqla yetirilən zərbə nəticəsində əmələ gələ bilərdi. Cinayət işində olan məhkəmə-tibbi-kriminalislik və məhkəmə-kriminalistik ekspertizasının 16 iyul 2021-ci il tarixli 286/2021 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jaketin ön yaxalığının sol nahiyyəsində bir ədəd və arxa səthinin sol yuxan nahiyyəsində bir ədəd (cəmi iki ədəd) dəlibkeçən zədələr aşkar olunmuş, həmin zədələr deşilmiş-kəsilmiş zədələrdir üdgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.2 və 29, 177,2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.11.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasım çəkib qurtardığı gündən dörd il keçdiyinə görə o, məhkumluğu ödənilmiş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 13-cü bəndində deyilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 27.05.2021-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi məqsədə müvafiq sayır. Cinayət işində olan 27.05.2021-ci il tarixli tutma protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc otağında saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olan bir ədəd jaket və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 may 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc otağında saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olan bir ədəd jaket və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Cavid Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1678/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1678/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver