Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1678/2025 25.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və Əsgərova-X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Alfa Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, təhsilsiz, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq xeyli və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda təmiz çəkisi 0,463 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 15 mart 2025-ci il tarixdə, saat 23:45 radələrində Yasamal RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Osmanlı hamamın qarşısında saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətirilərək üzərinə xx.xx.2025-ci il tarixdə, saat 01:50-də video çəkilişlə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,463 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 94,782 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində yerləşən gölün yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü PŞ-nin inzibati binasına gətirilərək üzərinə video çəkiliş və müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan ağ rəngli idman gödəkcəsinin sol yan cibindən 01 ədəd polietilen torbada külli miqdarda təmiz çəkisi 94,782 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol, DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli idman gödəkcəsinin sağ yan cibindən 1 ədəd samsung markalı mobil telefon, ağ rəngli cins şalvarının sağ yan cibindən isə 2-ci samsung markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra əynində olan ağ rəngli idman gödəkcəsinin sol yan cibindən 01 ədəd skoçla bükülmüş bağlamanı çıxarıb təqdim edərək narkotik maddə hesab edilən metafetamin olduğunu bildirdi. Təqdim etdiyi 01 ədəd ağ sellofana bükülərək skoçlanmış, ağ rəngli, kristal şəkilli maddəni şəxsi istifadəsi üçün əvvəldən tanıdığı İran vətəndaşı olan Fatimə adlı qadından 500 manata aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd ağ sellofan paketə bükülmüş ağ rəngli, kristal şəkilli maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxilli İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək heç bir digər əşya, predmet və ya maddə aşkar olunmadı (cild 1, iş vərəqi 25-27, 47-48).
4. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1363 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 160” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...’’ və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd p/e torbada təmiz çəkisi 94,782 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild 1, iş vərəqi 34-38).
5. 27.05.2025-ci il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi CM-in 234.1-1-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* nömrəli cinayət işi üzrə əməl CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir (cild 1, iş vərəqi 86-88).
6. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs və X3 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması bildirilmişdir (cild 1, iş vərəqi 96).
7. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin 29-cu PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 1, iş vərəqi 97-98).
8. Şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol, diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli sellofan bükümü, sol yan cibindən isə bir ədəd “Huawei” markalı mobil çıxardıb təqdim etdi. Həmin sellofan büküm açılıb içərisinə baxıldıqda, içərisindən metamfetaminə oxşar kristal şəkilli kütlə aşkar aşkar edildi. Təqsirləndirilən şəxs həmin kütlənin metafetamin olduğunu, bu kütləni 2 gün öncə axşam saatlarında Binəqədi rayonunda tanımadığı, adını bilmədiyi şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq 15 mart 2025-ci il tarixdə 23:45-də polis əməkdaşları tərəfindən Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Osmanlı hamamın qarşısında saxlanıldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan bükümdən aşkar olunmuş kütlə sellofan bükümün içərisində olmaqla cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon da götürüldü. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı, lakin şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi (cild 1, iş vərəqi 126-128, 179).
9. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1133 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 169” dairəvi möhür əksləri olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminə oxşar kristal şəkilli kütlə 1 ədəd bükümdə; 1. (ad, soyad oxunmur) “imza”; 2. Şahid4 “imza”; 3.; 4. F.Əliyev “imza”; Tərtib etdi: “imza” P.Cəfərov” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,463 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 150-153).
10. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1664 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs l dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhəri NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 1, iş vərəqi 176-177).
11. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 225 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 193-195).
12. CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Azərfon" MMC-dən götürülmüş 01 ədəd “CD” formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 20:43:34-də ***-***-**-** saylı mobil nömrədən “Vaqif menem tural lin yasadigi qiz mene vacapdan zeng ele tecili sene sozum var mene 10luü daş ver eve diycem atie kartiva agrıəram nervilem eseblşdım ageıyırm seher qeder”, xx.xx.2024cü il tarixdə saat 02:47:55-də ***-***-**-** saylı mobil nömrədən “başım berk ageəyr hardasan bir ot cekek mene cavab ver qayıtdəm dala şehrden görüşek eve gedecem", xx.xx.2025-ci il tarixdə saat 19:03:46-da ***-***-**-** saylı mobil nömrədən “Ay Vaqif emine saykaya mal pulu vermişdin ha tutub elimnen aldi", xx.xx.2025-ci il tarixdə saat 05:10:39-da ***-***-**-** saylı mobil nömrədən “Hyseyndi emi vacibdi sizin kycedeyem 40 manat pulum var sen Allah ac telefonu” sözləri yazılmış mesajların göndərilməsi aşkar edildi, həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 19:51:28-də ***-***-**-** saylı mobil nömrəyə “Adam cail olar 30 m gore stoykavi itirmisene ala blee”, 06.01 2025-ci il tarixdə saat 02:53:42-də ***-***-**-** saylı mobil nömrəyə “Balam bugun gec getde eve men 1 saata evdeyem otda p goturum gelim cekey 2miz qurban olum” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir (cild 1, iş vərəqi 251-255).
13. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs əməli CM-in 234.1 və 234.1-1-ci maddələrindən həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixdə aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 94,782 qram olmuş psixotrop maddə metamfetamin, xx.xx.2025-ci il tarixdə aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,463 qram olmuş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 94,582 qram çəkidə psixotrop maddə metamfetamin, 0,413 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir, həmçinin xx.xx.2025-ci il tarixdə şəxsi axtarış keçirilməsi prosesini əks etdirən 01 ədəd DVD formatlı disk, xx.xx.2025-ci il tarixdə şəxsi axtarış keçirilməsi prosesini əks etdirən 01 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən alınmış 01 ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (cild 2, iş vərəqi 20-37).
14. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbəyi müəyyən etmək üçün CMin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 39-41).
15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində xidmətdə olarkən bir nəfər şəxsin əyilib yerdən nəsə götürdüyünü görmüşlər, əlindəkinin üzərinə 100 qram yazılmışdı, sonra şəxsi polis şöbəsinə aparmışlar. Üzərinə videoçəkilişlə baxış keçirilmiş və üzərində narkotik vasitə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, şəxsi əyilib yerdən nəsə götürdüyünü görmüşlər, bundan sonra ona yaxınlaşmışlar. Üzərinə baxış videoçəkiliş aparılmaqla keçirilmişdir. Şəxs saxlanılarkən yanında heç kim olmamışdır. O, raporta uyğun danışır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir.
16. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Razində gölün ətrafında xidmətdə olarkən şəxsin binanın yanında yerdən nəsə götürdüyünü müşahidə etmişlər, şübhəli gəldiyi üçün şəxsə yaxınlaşmışlar, əlindəkinin üzərində 100 qram yazılmışdı, şəxsi polis bölməsinə aparmış, təhqiqata təhvil vermişlər. O, suallara cavab olaraq bildirmişdir ki, şəxsin üzərinə baxış keçirilərkən iştirak etmişdir. Üzərinə şəxsi axtarış videogörüntü ilə keçirilmişdir. O, ancaq bu şəxsi görmüşdür, yanında kiminsə olmasını və ya hər hansı bir avtomobildə kiminsə olmasını görməmişdir. O, həmin ərazidə yalnız Təqsirləndirilən şəxs aşkar etmişdir. Təqsirləndirilən şəxs yanında kiminsə olmasını görməmişdir, sonuncu binanın dibində yerdən nə isə götürürdü.
17. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 mart 2025-ci il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə xx.xx.1994-cü il təvəllüdlü, Ermənistan, Kalinin rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1986-cı il təvəllüdlü Saatlı rayonu, Yuxarı Hacıqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu, Məzrəli ərazi dairəsi, Naharlı kəndində qeydiyyatda olan, ünvan 7 ünvanında yaşayan X3 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 mart 2025-ci il tarixdə, saat 23:45-də ünvan 9 ünvanında yerləşən «Osmanlı» hamamının qarşısında X4 və Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyini izah edib Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və C.Mütəllimov buna etiraz etməyib, onlarla birlikdə Polis Şöbəsinə yollanmışlar. 29-cu Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə video çəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümü və sol yan cibindən mobil telefonunu masanın üzərinə qoymaqla təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni saxlanılmazdan 2 gün əvvəl, Binəqədi rayonu ərazisində tanımadığı, adını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açılıb içərisinə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kristalşəkilli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. İlkin olaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə C.Mütəllimov və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, tərəflərindən keçirilmiş bir sıra zəruri əməliyyat axtarış tədbirləri zamanı C.Mütəllimov və Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini öz şəxsi istifadələri üçün əldə etmələri müəyyən edilsə də, satışı ilə məşğul olmaları müəyyən edilməmişdir.
18. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 mart 2025-ci il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Təqsirləndirilən şəxs və X3 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 mart 2025-ci il tarixdə, saat 23:45-də ünvan 9 ünvanında yerləşən «Osmanlı» hamamının qarşısında X4 və Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyini izah edib Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və C.Mütəllimov buna etiraz etməyib, onlarla birlikdə Polis Şöbəsinə yollanmışlar. 29-cu Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə video çəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümü və sol yan cibindən mobil telefonunu masanın üzərinə qoymaqla təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni saxlanılmazdan 2 gün əvvəl, Binəqədi rayonu ərazisində tanımadığı, adını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açılıb içərisinə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kristalşəkilli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. İlkin olaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə C.Mütəllimov və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, tərəflərindən keçirilmiş bir sıra zəruri əməliyyat axtarış tədbirləri zamanı C.Mütəllimov və Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini öz şəxsi istifadələri üçün əldə etmələri müəyyən edilsə də, satışı ilə məşğul olmaları müəyyən edilməmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:
19. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2025-ci ilin mart ayında narkotik vasitə almağa getmişdir. 0,4 qram narkotik vasitə Yasamal rayonu ərazisindən almağa getmişdir. Hansı tarixdə narkotik vasitə aldığı yadında deyil. Narkotik vasitəni alan yerdə onu saxlamışlar. Narkotik vasitə almağa taksi ilə getmişdir. Narkotik vasitəni alıb əlinə götürəndə onu saxlamışlar. 1-ci epizodla bağlı saxlanılan zaman narkotik vasitə üzərində olub sadəcə satış məqsədi olmamışdır. 2-ci epizodla bağlı onu demək istəyir ki, yaşadığı məhəllədə taksi sürücüsünə şəxsiyyət vəsiqəsi olmadığı üçün öz adına mobil nömrə alıb vermişdir. Taksi sürücüsü ona zəng edərək narkotik vasitə götürməyə getdiyini bildirmişdir. Özünə də narkotik vasitə lazımdırsa onunla getməyi təklif etmişdir. Taksi sürücüsü öz mobil telefonunu ona vermiş və telefonuna gələn narkotik vasitəyə görə atılan məkana baxmağını tapşırmışdır. Göndərilən məkana çatmışlar və avtomobili saxlamışlar. Avtomobili saxlayan kimi PPX-in əməkdaşları onları saxlamışlar və narkotik vasitəni özləri gedib götürmüşlər. Həmin günü də öz istifadəsi üçün narkotik vasitə götürməyə getmişdir. 150 manat civarında narkotik vasitə ona verəcəkdi. Narkotik vasitənin 1 qramı 35 manat olur. O, suallara cavab olaraq bildirmişdir ki, psixotrop maddələri əldə etməyi ilə bağlı hissələri qəbul edir, sadəcə əldə etdiyi psixotrop maddələri satmaq məqsədi olmamışdır. Narkoloji dispanserdə qeydiyyatdadır. İfadələrində narkotik vasitə əldə etməyi ilə bağlı olan hissləri təsdiq edir. Samir adlı şəxslə ancaq narkotik vasitə ilə bağlı əlaqə saxlamışdır. Samirin şəxsiyyət vəsiqəsi olmadığı üçün sonuncuya mobil nömrə alıb vermişdir. PPX-in əməkdaşları onu atılan məkanda, narkotik vasitədən xeyli aralıda saxlamışlar. Üzərindən 2 ədəd mobil telefon aşkar olunmuşdur. Mobil telefonlardan biri ona, digəri isə Samirə məxsus idi. Yazıb-oxumağı bacarmır. İfadəni ucadan onun üçün oxumağa görə mütəxəssis cəlb olunmamışdır. Heç nə yaza bilmir, heç bir hərf tanımır, oxumağı bacarmır. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki, psixoloji təsir və təzyiqlər olunmuşdur. Onu taksi sürücüsü həmin konuma aparırdı. Narkotik vasitəni taksi sürücüsü danışmışdı, yerə o konumla getmişdir. O, 150 manat vermişdi, onun pulu qədər ona narkotik vasitə verəcəkdi. O, Şahid2 tanımır, onun sonuncu ilə heç bir düşmənçiliyi olmamışdır. “İran İslam Respublikası vətəndaşı olan Fatimə adlı qadınla “Whatsapp” mesajlaşma proqramı vasitəsilə əlaqə saxladım və razılaşdıqdan sonra İran İslam Respublikası vətəndaşı olan Fatimə adlı qadının mənə təqdim etdiyi kart hesabına 500 manat pul köçürmüşəm, Fatimə isə "Whatsapp” mesajlaşma proqramı vasitəsilə mənə məkan göndərərək narkotik vasitənin həmin ünvanda olduğunu bildirmiş,elə həmin tarixdə təxminən saat 16 radələrində mənə göndərilən məkana əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində yerləşən gölün yaxınlığına getmişəm və narkotik vasitənin olduğu məkanı taparaq həmin yerdə olan bağlamanı ordan götürmüşəm” kimi ifadə verməyini təsdiq edir. ***-***-**-** nömrə ona məxsusdur. ***-***-**-** saylı mobil nömrədən “Vaqif menem tural lin yasadigi qiz mene vacapdan zeng ele tecili sene sozum var mene 10luü daş ver eve diycem atie kartiva agrıəram nervilem eseblşdım ageıyırm seher qeder" sms yadında deyil. ***-***-**-** saylı mobil nömrədən “başım berk ageəyr hardasan bir ot cekek mene cavab ver qayıtdəm dala şehrden görüşek eve gedecem” SMS barəsində deməyə sözü yoxdur. SMS-də qeyd edilən “Ot” “patı” deməkdir, o, ot çəkmir, ağrılarına görə ancaq metanfetamin istifadə edir. ***-***-**-** saylı mobil nömrədən “Ay Vaqif emine saykaya mal pulu vermişdin ha tutub elimnen aidi” SMS- ilə bağlı deyə bilər ki, o, pul vermişdir ki, onun üçün metamfetamin alsın, o da pulu götürüb çıxıb getmişdi. ***-***-**-** saylı mobil nömrədən “Hyseyndi emi vacibdi sizin kycedeyem 40 manat pulum var sen Allah ac telefonu" SMS onluq deyil. O, heç nəyin satışı ilə məşğul olmamış, ola bilər ki, kim satırsa yerini tanıyır, onun vasitəsilə almaq üçün, ona pul atır ki, o, başqasından alıb, həmin şəxsə versin. Pulu şəxs həmin adama atır, o, həmin adamdan götürür. ***-***-**-** saylı nömrəyə yazılmış “balam bu gün ev gec get, mən bir saata evdəyəm, mən də ot götürüm gəlim çəkək ikimiz” bu SMS-lə bağlı qeyd edir ki, o, yazı yaza bilmir. Həmin nömrə onun adına idi, amma taksi sürücüsü istifadə edirdi. “məni istifadəçi kimi tanıyır, ona görə pulu atır ki, onun üçün mal götürüm” kimi cavab verməyinin səbəbi sualı başa düşməməyidir. “50 manat pulumuz var idi, həmin adam məni tanıyırdı deyə, həmin adamla bir yerdə gedib alacaqdıq” kimi verdiyi cavabında həmin taksi sürücüsünü deyirdi. Yazılan SMS-lərdə “Vaqif mənəm ” deyə müraciət olunmağı ilə bağlı deyə bilər ki, nömrə onun adına olduğuna görə taksi sürücüsü onunla əlaqə saxlayırdı. Taksi sürücüsü onun adından istifadə edirdi. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, özü istifadəçidir. Onun mobil nömrəsi ***-***-**-** olub, sürücüyə verdiyi nömrə 222 ilə başlayır. Onkoloji xəstəlikdən əziyyət çəkməsinin nəzərə alınmaqla onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ona maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir.
20. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/1646 №-li rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 1(101)-1678/2025 nömrəli cinayət işinin 1-ci cildinin 49-50-ci vərəqlərində olan xx.xx.2025-ci tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 52- 54-də olan təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 55-56-da olan təqsirləndirilən şəxsə hüquq və vəzifələri barədə bildirişdə Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 57-58-də olan xx.xx.2025-ci il tarixli protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 59da olan xx.xx.2025-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 60da olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə etiraz edilə bilən şəxslərin siyahısının təqdim olunması haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 61- 63-də olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunda Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 66-da olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi barədə qərarla tanış olması haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 72-də olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə təqdim edilən materiallarla tanış olması barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 103-də olan xx.xx.2025-ci il tarixli ərizədə "İmza" qrafasındakı imza, i/v 156-157-də olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında protokolun 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 159- 160-da olan təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildirişdə Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 161-162-də olan xx.xx.2025-ci il tarixli protokolda Təqsirləndirilən şəxs adından olan imza, i/v 163-də olan xx.xx.2025-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 164-də olan xx.xx.2025-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 178-də olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Tədqiqi hissənin 2-ci bəndində göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün aşağıdakı profilaktik tövsiyələri veririk: - sənədlərdə imzaların sadələşdirilmiş formada icra olunmasına yol verməmək; - imza qrafalarında imza edən şəxsin öz xətti ilə ad-soyadını icra etməsini təmin etmək (bu qrafik materialın artmasına gətirib çıxarar və sənədlərdə imzaların saxtalaşdırılmasına çətinlik törədər). Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir.
21. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və 3244/2025 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Baxış keçirən zaman çənənin alt nahiyəsində, qarının ön divarında hər iki saidin ön bayır səthində köhnə çapıq toxuma aşkar edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
22. CM-in 234.4.2. və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə təkrar və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
24. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
28. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
29. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
31. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
32. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
33. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
34. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
35. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
36. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
37. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
38. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
39. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
40. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
41. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
42. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
43. Qərarın 10-cu bəndi. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
44. Qərarın 14-cü bəndi. CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Şəxsin satış məqsədilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
45. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
46. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
47. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
48. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Vaqif menem tural lin yasadigi qiz mene vacapdan zeng ele tecili sene sozum var mene 10luü daş ver eve diycem atie kartiva agrıəram nervilem eseblşdım ageıyırm seher qeder”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “başım berk ageəyr hardasan bir ot cekek mene cavab ver qayıtdəm dala şehrden görüşek eve gedecem", xx.xx.2025-ci il tarixdə, saat 05:10:39-da ***-***-**-** saylı mobil nömrədən “Hyseyndi emi vacibdi sizin kycedeyem 40 manat pulum var sen Allah ac telefonu” sözləri məzmunlu sms mətnləri göndərilmişdir, həmin sms mətnləri təqsirləndirilən şəxsin psixotrop maddənin satış məqsədi ilə əldə etməsinə (saxlamasına, daşımasına) dəlalət edir. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması, SMS mətnləri, həmçinin, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı “ola bilər ki, kim satır yerini tanıyır, dolayı yolla ondan almaq üçün, yəni ona pul atır ki, o, başqasından alıb həmin şəxsə versin. Pulu şəxs həmin adama atır, o, həmin adamdan götürür” məzmunlu ifadələri və digər sübutlar psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
49. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir (qərarın 30-cu bəndi)
50. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən xeyli və külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (bax: qərarın 38-41-ci bəndləri)
51. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda psixotrop maddələri vahid qəsdlə əhatə olunmadan satış məqsədilə əldə etmişdir (daşımış, saxlamışdır). Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə şübhəli şəxs qismində saxlanılan zaman üzərinə axtarış və baxış keçirilməsi istintaq hərəkəti zamanı üzərindən satış məqsədilə daşıdığı psixotrop maddələr aşkarlanmışdır.
52. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, öz istifadəsi üçün narkotik vasitə götürməyə getdiyini, psixotrop maddələri satmaq məqsədi olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiqlər olunduğunu və s. bildirərək özünü təqsirli bilməmişdir.
53. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslərə bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və 3244/2025 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Baxış keçirən zaman çənənin alt nahiyəsində, qarının ön divarında hər iki saidin ön bayır səthində köhnə çapıq toxuma aşkar edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
54. Eyni zamanda Təqsirləndirilən şəxs cinayət işinin materiallarında imzaların saxtalaşdırılması ilə bağlı müdafiə tərəfini dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin hal məhkəmə istintaqı zamanı araşdırılmış, müdafiəçinin vəsatəti ilə məhkəməxətşünaslıq ekspertizası keçirilmiş və həmin xx.xx.2025-ci il tarixli, 4/1646 nömrəli rəyə əsasən bu nəticəyə gəlinmişdir ki, iş materiallarında olan Təqsirləndirilən şəxs adından olan imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Bununla da müdafiə tərəfinin həmin dəlili də həmin sübutla, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur.
55. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 32, 42, 43, 44-cü bəndlərindəki normativ aktlara əsasən).
56. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, mesajların müəyyən olunması, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.
57. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 29-cu bəndi).
58. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
59. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 23, 24, 25, 26-cı bəndləri).
60. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 80-81).
61. Tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs C06.2 Sol alt retromolyar nahiyyənin xərçəngi pT4N0M0 İV A mərhələ diaqnozu qoyulmuşdur. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir.
62. Təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmaması, C06.2 Sol alt retromolyar nahiyyənin xərçəngi pT4N0M0 İV A mərhələ diaqnozu ilə xəstəlikdən əziyyət çəkməsi, 2-ci qrup əlil olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir.
63. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
64. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 27-ci bəndi).
65. İşdə olan tutma protokollarından və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə, saat 23:45-də tutulmuş hesab edilmişdir. xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saxlandığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 15 aprel 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 15, 73-77, 114-115, 170-173, cild 2, iş vərəqi 105-110). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, ümumilikdə 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır (qərarın 28, 33, 34-cü bəndləri).
66. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 13 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
67. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
68. İş üzrə maddi sübut olan, Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 94,582 qram çəkidə və 0,413 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Digər maddi sübut - şəxsi axtarış keçirilməsi prosesini əks etdirən 02 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən alınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 35-ci bəndi).
69. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
70. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 309 (üç yüz doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 36-cı bəndi).
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, ümumilikdə 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış: Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 94,582 qram çəkidə və 0,413 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış keçirilməsi prosesini əks etdirən 02 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən alınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 309 (üç yüz doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Mahirə Kərimova
Hakimlər: Fəxri Məmmədov
Leyla Əsgərova-Məmmədova