Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-168/2020 21.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Qəniyev Faiq Əsəd oğlu və Abasov Əliövsəd Məzahir oğlundan ibarət tərkibdə Həmidov Seymur Əli oğlunun katibliyi ilə Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 33, mənzil 7-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, ev 43, mənzil 10-da kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil olan ümumi təmiz çəkisi 6,846 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini, tərkibində MDMA (metilendioksimetafetamin, ekstazi) təsiredici maddəsinin ümumi miqdarı 21,63 qram təşkil edən üzərində “ENGERCY” yazısı həkk olunmuş 103 ədəd dairəvi formalı tabletlərdən ibarət psixotrop maddəni, tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 6,45 qram təşkil edən üzərilərində «ALYSE 150...Pregabalin” markalanma göstəricisi olan 03 ədəd bütöv və 01 ədəd kəsik blisterlərdə cəmi 43 ədəd kapsullarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən dərman preparatını, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 30,846 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı daşıyaraq üzərində və kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində yerləşən 43 nömrəli evin 10 nömrəli mənzilində saxlamış, Təqsirləndirilən şəxs bu qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsinin əməkdaşları tərəfindən 27 iyun 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:40-da Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində yerləşən 43 nömrəli evin birinci blokunun girişində saxlanıldıqdan sonra polis əməkdaşlarının təklifinə əsasən qeyd edilən həmin maddələrin bir hissəsi olaraq əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 03 ədəd və çiyninə keçirdiyi qara rəngli dəri çantanın içərisindən 01 ədəd şəffaf sellofan bükümdə 02 ədəd olmaqla MDMA (metilendioksimetafetamin, ekstazi) təsiredici maddəsinin ümumi miqdarı 1,05 qram təşkil edən cəmi 05 ədəd tabletləri, həmin qara rəngli dəri çantanın içərisindən 09 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,491 qram, 0,521 qram, 0,469 qram, 0,486 qram, 0,496 qram, 0,505 qram, 0,469 qram, 0,509 qram, 0,469 qram olmaqla ümumi təmiz çəkisi 4,415 qram psixotrop maddə metafetamini, tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram təşkil edən üzərində «ALYSE 150...Pregabalin” markalanma göstəricisi olan 01 ədəd blisterdə 14 ədəd kapsullarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən dərman preparatını çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bunun ardınca onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində yerləşən 43 nömrəli evin 10 nömrəli mənzilinə baxış keçirilərkən Təqsirləndirilən şəxs qeyd edilən həmin maddələrin qalan hissələri olan 05 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,492 qram, 0,499 qram, 0,476 qram, 0,483 qram, 0,481 qram olmaqla ümumi təmiz çəkisi 2,431 qram psixotrop maddə metafetamini, 01 ədəd şəffaf sellofan bükümdə MDMA (metilendioksimetafetamin, ekstazi) təsiredici maddəsinin ümumi miqdarı 20,58 qram təşkil edən cəmi 98 ədəd tabletlərdən ibarət psixotrop maddəni tabletləri, tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,35 qram təşkil edən üzərində «ALYSE...Pregabalin” markalanma göstəricisi olan 02 ədəd bütöv və 01 ədəd kəsik blisterlərdə 29 ədəd kapsullarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən dərman preparatını, 07 ədəd polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,929 qram, 0,946 qram, 0,981 qram, 2,444 qram, 1,067 qram, 0,985 qram, 1,012 qram qurudulmuş marixuananı, həmçinin 01 ədəd elektron tərəzini evin qonaq otağında masanın üzərindəki plastik şirniyyat qabının içərisindən, eləcə də 01 ədəd sellofan bağlamada 22,482 qram çəkidə qurudulmuş marixuananı evin dəhlizində asılmış qara rəngli dəri gödəkçənin qol hissəsinin iç tərəfindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, aşkar edilmiş həmin maddələr və 01 ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4-5 ilə yaxındır bir neçə növdə narkotik vasitə, psixotrop və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən çəkib qəbul edir, istifadəçisidir. 27 iyun 2019-cu il tarixdə, təxminən saat 18:40 radələrində tək kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində yerləşən 43 saylı binanın birinci blokunun girişində olarkən ona tərəf mülki geyimdə dörd nəfər şəxs yaxınlaşaraq, onu saxlayıb özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib videoçəkiliş aparmaqla özünü təqdim etməsini xahiş etmişlər. O da özünü təqdim edərək anket məlumatlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə özlərində məlumat olduğundan onunla bağlı əməliyyat axtarış tədbiri keçiriləcəyini qeyd edərək, qərarla tanış etmişlər. Polis əməkdaşları ona, üzərində qanunsuz saxladığı hər hansı narkotik vasitə, əşya və predmet olduğu təqdirdə təqdim etməsini bildirmiş, o isə sonunculara səmimi şəkildə üzərində bu kimi maddələrdən olduğunu demişdir. Bundan sonra özü həmin videoçəkiliş qarşısında əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir şəffaf sellofan bükümdə olan 03 ədəd MDMA ekstazi həbini, həmin vaxt çiyninə asdığı qara rəngli dəri çantanın içərisindən bir ədəd şəffaf sellofan bükümdə 02 ədəd MDMA ekstazi həbini, 09 ədəd şəffaf sellofan bükümlərdə müxtəlif qramlarda olan psixotrop maddə metafetamini, 14 ədəd kapsullardan ibarət narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalini, yəni lirika kapsullarını polis əməkdaşlarına çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri videoçəkilişlə açıb baxaraq qeyd edilən maddələri aşkar edib götürmüşlər. Polis əməkdaşları ondan yaşadığı evdə də bu kimi qanunsuz maddələr olub olmamasını soruşduqda səmimi olaraq onlara həmin binada kirayədə qaldığı mənzildə də bu maddələrdən olduğunu və həmin əşyaları təqdim edəcəyini bildirmişdir. Polis əməkdaşları evə baxış keçirilməsinə etirazı olub-olmadığını soruşmuş, heç bir etiraz etməyərək razılıq vermişdir. Daha sonra polis əməkdaşlarını elə həmin blokda 4-cü mərtəbədə yerləşən kirayədə qaldığı 10 saylı mənzilin qapısını özü açarla qapını açaraq, içəri daxil olmuş, polis əməkdaşlarını da içəriyə dəvət etmişlər. Həmin vaxt özü evdə masanın üstündə şirniyyat qabında saxladığı 05 ədəd şəffaf sellofan bükümdə müxtəlif qramlarla olan psixotrop maddə metafetamini, bir ədəd şəffaf sellofan bükümdə 98 ədəd MDMA ekstazi həbini, 29 ədəd lirika, yəni preqabalin kapsulunu, 07 ədəd sellofan paketlərdə müxtəlif qramlarla olan qurudulmuş marixuananı, 01 ədəd elektron tərəzini götürüb polis əməkdaşlarına təqdim etmiş, həmçinin evin dəhlizində asılmış özünə məxsus qara rəngli dəri gödəkçənin qol hissəsinin iç tərəfində 01 ədəd sellofan bağlamada saxladığı digər qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri açıb baxmış, qeyd edilən maddələri aşkar edib onları götürərək qablaşdırmışlar. Daha sonra polis əməkdaşları sənədləşmə işi ilə əlaqədar onu Baş x1 İdarəsinə dəvət etdiklərində heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə idarəyə getmişdir. Orada onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmaqla ona təqdim olunmuş, vəkilə heç bir etirazı olmadıqdan sonra bütün aşkar olunanlarla bağlı polis əməkdaşları tərəfindən protokol yazılmışdır. Yazılmış protokol orada ucadan oxunduqdan sonra protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə üzərində və yaşadığı evdə saxlamamış, həmin narkotik vasitələri özü şəxsi istifadəsi üçün saxlamış, gündə 2-3 ədəd “ekstazi” MDMA dərmanından, gün ərzində 0,5 qram metafetamin və gün ərzində 3-4 dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Ona görə də həmin narkotik vasitələrdən çoxlu sayda yaşadığı evdə və üzərində saxlamışdır. Həmin maddələrin hamısını tutulmazdan təxminən 15 gün qabaq Bakı şəhəri, Yasamal rayonu ərazisində günorta saatlarında 21 saylı tam orta məktəbin yaxınlığında tanımadığı bir nəfər İranlı şəxsdən cəmi 500 manat pul müqabilində əldə etmiş, həmin İranlı şəxsi tanımır, heç bir anket məlumatları ona məlum deyildir. Həmin şəxslə küçədə təsadüfən tanış olmuş, özündə olan həmin maddələri almaq istəyib istəmədiyini soruşmuş və onunla razılaşıb almışdır. Qeyd olunan ünvanda tək yaşamış, orada qaldığı bir ay müddətində yanına gələn şəxslər olmamış, evinə tanış dostları gəlməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, bundan başqa heç bir cinayət əməlini törətməmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman, həmçinin baş idarəyə gətirilən zaman ona qarşı hər hansı formada fiziki və ya psixi təsir olmamışdır. Özünü narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışında təqsirli hesab etmir, üzərindən, çantasından və evindən aşkar olunmuş narkotik vasitə, psixotrop maddələri, həmçinin həmin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preparatları yalnız özünün istifadəsi üçün əldə etmiş və saxlamışdır. Tutduğu əmələ görə peşmandır. Göstərdiklərinə əsasən əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini, narkomaniya xəstəliyindən əzab çəkməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 27 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və şöbənin əməliyyat müvəkkilləri x7, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırıldıqdan sonra birlikdə, həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olduğu Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 43 saylı binanın yaxınlığına gedərək mövqe seçib müşahidəyə başlamışlar. Həmin gün saat 18:40 radələrində H.B.Zərdabi küçəsində yerləşən 43 saylı binanın birinci blokunun girişində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs müşahidə olunmuş, dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib ondan anket məlumatlarını soruşmuşlar. Bu zaman həmin şəxs anket məlumatlarını qeyd edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Bu zaman həmin şəxsə barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib üzərinə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan “MDMA”ya bənzər 3 ədəd həbi və çiynində olan dəri rəngli çantanın içərisində bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan “MDMA”-ya bənzər 2 ədəd həbi, 14 ədəd güclü təsiredici dərman preparatı olan “Preqabalinə” bənzər həbi və 9 ədəd şəffaf sellofanda narkotik vasitə “Metafetamin”ə bənzər maddələri təqdim etmişdir. Həmin vaxt aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılıb götürülmüş və zərflərin üzəri 6 nömrəli möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlundan üzərində başqa narkotik vasitə olub-olmaması barədə soruşulduqda həmin şəxs tək yaşadığı kirayə evdə narkotik vasitələr saxladığını bildirmişdir. Bundan sonra Allahverdili Elnur Elsevər oğlunun kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 43 saylı binanın 4-cü mərtəbəsindəki 10 nömrəli mənzilə yaxınlaşdıqda Təqsirləndirilən şəxs qapının üzərində olan açarla açmış və evin içərisinə daxil olmuşlar. Həmin mənzil bir mətbəxdən və bir otaqdan ibarət olmuş, otağa daxil olanda Təqsirləndirilən şəxs divara bitişik vəziyyətdə yerləşdirilmiş masanın üzərində 1 ədəd elektron tərəzi, içərisində şirniyyatlar olan qabın içərisində 7 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə “maixuanaya” oxşar maddə, 29 ədəd şəffaf sellofanda güclü təsiredici dərman preparatı olan “Preqlabin” ə bənzər həb, bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan “MDMA” bənzər 98 ədəd həb, 5 ədəd şəffaf sellofanda narkotik vasitə olan “Metafetamin”ə bənzər maddələr və dəhlizdə asılmış qara rəngli dəri gödəkcənin qol hissəsinin iç tərəfindən içərisində marixuanaya bənzər kütlələr olan bir ədəd bağlamanı çıxararaq təqdim etmişdir. Bundan sonra evin içərisinə baxış keçirilməsinə baxmayaraq qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər, həblər və tərəzi zərflərə qoyularaq DİN-nin 6 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs oğlundan həmin narkotik vasitəyə bənzər kütlələri haradan əldə etməsi barədə soruşulduqda sonuncu həmin narkotik vasitələri adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Bundan sonra həmin yerdə müvafiq sənədləşmə işlərinin aparılmasına şərait olmadığından protokol tərtib edilməsi üçün baş idarəyə gəlib orada dəvət edilmiş vəkilin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmış, tərtib olunmuş protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanıldıqdan sonra, üzərinə və evinə baxış keçirilərkən, eləcə də idarədə olarkən sonuncuya qarşı fiziki və ya psixi təsir olunmamış, həmçinin zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 Qədir oğlu və x7 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, 27 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə etməsi, saxlaması, daşıması və satışı ilə daxil olmuş əməliyyat məlumatı üzrə yaradılmış əməliyyat qrupunun tərkibində iştirak etdiklərini, həmin gün saat 18:40 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olduğu Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 43 saylı binanın birinci blokunun girişində Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq, sonuncunun Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirdikdən sonra, sonuncunu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan “MDMA”ya bənzər 3 ədəd həbi və çiynində olan dəri rəngli çantanın içərisində bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan “MDMA”-ya bənzər 2 ədəd həbi, 14 ədəd güclü təsiredici dərman preparatı olan “Preqabalinə” bənzər həbi və 9 ədəd şəffaf sellofanda narkotik vasitə “Metafetamin”ə bənzər maddələri təqdim etdiyini, həmin vaxt aşkar olunmuş bükümlərin zərfə qoyularaq qablaşdırılıb götürüldüyünü, daha sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı evdə narkotik vasitələr saxladığını bildirməsi, eləcə də onları dəvət etməsi əsasında sonuncunun kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 43 saylı binanın 4-cü mərtəbəsindəki 10 nömrəli mənzilə daxil olduqlarını, həmin mənzilin bir mətbəxdən və bir otaqdan ibarət olmaqla, otağa daxil olanda Təqsirləndirilən şəxs divara bitişik vəziyyətdə yerləşdirilmiş masanın üzərində 1 ədəd elektron tərəzi, içərisində şirniyyatlar olan qabın içərisində 7 ədəd şəffaf rəngli sellofan bükümüdə narkotik vasitə “maixuanaya” oxşar maddə, 29 ədəd şəffaf sellofanda güclü təsirdici dərman preaparatı olan “Preqlabin” ə bənzər həb, bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan “MDMA” bənzər 98 ədəd həb, 5 ədəd şəffaf sellofanda narkotik vasitə olan “Metafetamin”ə bənzər maddələr və dəhlizdə asılmış qara rəngli dəri gödəkcənin qol hissəsinin iç tərəfindən içərisində marixuanaya bənzər kütlələr olan bir ədəd bağlamanı çıxararaq təqdim etdiyi, evin içərisinə baxış keçirilməsinə baxmayaraq qanunla qadağan edilmiş başqa hər hansı əşyanın aşkar edilmədiyini, aşkar edilmiş bükümlər, həblər və tərəzinin zərflərə qoyularaq DİN-in 6 nömrəli möhürü ilə möhürlənib götürüldüyünü bildirmişlər. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. İşdə olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 iyun 2019-cu il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələrinin tərkibi olduğundan faktla bağlı Təqsirləndirilən şəxs barəsində həmin maddələrlə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (cild 01, iş vər. 1-2) İşdə olan Baş x1 İdarəsinin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsinin rəisinə olan 27 iyun 2019-cu il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili tərəfindən idarənin rəisinə yazılı şəkildə məruzə edilərək Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olması barədə məlumat verməklə, qeyd olunan məlumatın yoxlanılması ilə əlaqədar Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 5) İşdə olan “Baxış keçirilməsi və maddi sübutun götürülməsi” haqqında 27 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2019-cu il tarixdə saat 18:40-da Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi küçəsində 43 nömrəli binanın birinci blokunun girişində saxlanılaraq üstünə keçirilən baxış zamanı onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 03 ədəd və çiyninə keçirdiyi qara rəngli dəri çantanın içərisindən 01 ədəd şəffaf sellofan bükümdə 02 ədəd olmaqla MDMA (metilendioksimetafetamin, ekstazi) təsiredici maddəsinin ümumi miqdarı 1,05 qram təşkil edən cəmi 05 ədəd tabletləri, həmin qara rəngli dəri çantanın içərisindən 09 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,491 qram, 0,521 qram, 0,469 qram, 0,486 qram, 0,496 qram, 0,505 qram, 0,469 qram, 0,509 qram, 0,469 qram olmaqla ümumi təmiz çəkisi 4,415 qram psixotrop maddə metafetamini, tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram təşkil edən üzərində «ALYSE150..Pregabalin” markalanma göstəricisi olan 01 ədəd blisterdə 14 ədəd kapsullarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən dərman preparatı, yaşadığı evə baxış keçirilən zaman həmin maddələrin qalan hissələri olan 05 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,492 qram, 0,499 qram, 0,476 qram, 0,483 qram, 0,481 qram olmaqla ümumi təmiz çəkisi 2,431 qram psixotrop maddə metafetamini, 01 ədəd şəffaf sellofan bükümdə MDMA (metilendioksimetafetamin, ekstazi) təsiredici maddəsinin ümumi miqdarı 20,58 qram təşkil edən cəmi 98 ədəd tabletlərdən ibarət psixotrop maddəni tabletləri, tərkibində preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,35 qram təşkil edən üzərində «ALYSE150...Pregabalin” markalanma göstəricisi olan 02 ədəd bütöv və 01 ədəd kəsik blisterlərdə 29 ədəd kapsullarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən dərman preparatını, 07 ədəd polietilen paketlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,929 qram, 0,946 qram, 0,981 qram, 2,444 qram, 1,067 qram, 0,985 qram, 1,012 qram qurudulmuş marixuananı, həmçinin 01 ədəd elektron tərəzini evin qonaq otağında masanın üzərindəki plastik şirniyyat qabının içərisindən, eləcə də 01 ədəd sellofan bağlamada 22,482 qram çəkidə qurudulmuş marixuananı evin dəhlizində asılmış qara rəngli dəri gödəkçənin qol hissəsinin iç tərəfindən aşkar edilərək götürülmüşdür. (cild 01, iş vər. 14-16) İşdə olan 27 iyun 2019-cu il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutmanın əvvəli 27 iyun 2019-cu il, saat 18.40-dan hesablanmaqla şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 19) İşdə olan 27 iyun 2019-cu il tarixli Təqsirləndirilən şəxs əlyazma ilə izahatından görünür ki, sonuncu 27 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 43 saylı binanın blokunda 4 nəfər mülki geyimli polis əməkdaşları tərəfindən saxlandığını, polislərin sorğu-sual etməsindən sonra üzərində və çantasında olan psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən vasitəni təqdim etdiyini, daha sonra yaşadığı evdə də qanunsuz əşyaların olduğunu bildirərək evində saxladığı narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən vasitəni, bir ədəd elektron tərəzini polis əməkdaşlarına könüllü olaraq təqdim etməsini etiraf etmişdir. (iş vər. 23). İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 28 iyun 2019-cu il tarixli 16671 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş maddi sübut marixuanaya bənzər kütlə” yazılar və imzalar olan kağız paketdə 7 (yeddi) ədəd polietilen paketlərdə və 1 (bir) ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri -0,929 qram, 0,946 qram, 0,981 qram, 2,444 qram, 1,067 qram, 0,985 qram, 1,012 qram, 22,284 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş marixuanaların ümumi təmiz çəkisi -30,846 qramdır. Tədqiqat təqdim olunmuş üzərində “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş tərəzi” yazılar və imzalar olan kağız paketdə bir ədəd kiçik ölçülü elektron tərəzi üzərində narkotik vasitə marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. (cild 01, iş vər. 31-34) İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 iyun 2019-cu il tarixli 16672 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən əl yazısı olan zərfdəki (№1) 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.491 qram, 0.521 qram, 0.469 qram, 0.486 qram, 0.496 qram, 0.505 qram, 0.469 qram, 0.509 qram, 0.469 qram, ümumi təmiz çəkisi 4.415 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetafetamindir; 05 ədəd dairəvi formalı, üzərində “ENGERCY” yazısı həkk olunmuş tabletlər təsir maddəsi MDMA (metilendioksimetafetamin, ekstazi) olan preparatlardır, 05 ədəd tabletdə MDMA təsiredici maddəsinin ümumi miqdarı 1.05 qram təşkil edir; 01 ədəd üzərində “Alyse150...Pregabalin” marka göstəricisi olan blisterdəki 14 ədəd kapsulalardakı preparat təsiredici maddəsi preqabalin olan dərman vasitəsidir. 14 ədəd kapsulada preqablin təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram təşkil edir. - üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən ....” əl yazısı olan zərfdəki (№2) 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,492 qram, 0,499 qram, 0,476 qram, 0,483 qram, 0,481 qram, ümumi təmiz çəkisi 2,431 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir, 98 ədəd dairəvi formalı, üzərində “ENGERCY” yazısı həkk olunmuş tabletlər təsir maddəsi MDMA (metilendioksimetafetamin, ekstazi) olan preparatlardır, 98 ədəd tabletdə MDMA təsiredici maddəsinin ümumi miqdarı 20.58 qram təşkil edir: üzərlərində “ALYSE150...Pregalabin” markalanma göstəricisi olan 02 ədəd bütöv və 01 ədəd kəsik blisterdə ümumi sayı 29 ədəd ağ rəngli dərman kapsullarındakı preparat təsiredici maddəsi preqabalin olan dərman vasitəsidir. 29 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,35 qram təşkil edir. - üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” əl yazısı olan zərfdəki (№3) elektron tərəzidə hər hansı maddə izləri aşkar olunmadı. -Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş MDMA tabletləri, preqabalin kapsullarındakı tozşəkilli maddələr və ağ rəngli, kristalşəkilli maddələr öz aralarında eynilik təşkil edir. “Metafetamin” və MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr “in siyahısına (Siyahı İ) “Preqablin” preparatı “Güclü təsir edən maddələrin siyahısı”na (1 nömrəli əlavə) daxildir. (cild 01, iş vər. 35-39) İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2019-cu il tarixli, 4(005)- 593/2019 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmə müddətinin əvvəli 27 iyun 2019-cu il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (iş vər. 80-82). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 26 iyul 2019-cu il tarixli tələbnamədən və məhkəmə hökm və qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 08.06.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə 07 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 27.07.2012-ci il tarixli qərarına əsasən sözügedən hökm dəyişdirilməklə Elnur Allahverdiyevə təyin olunmuş cəza 06 ay sınaq müddəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilmişdir. (cild 01, iş vər. 110-111, 125-129,144-148). İşdə olan 27 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 43 nömrəli binanın 10-cu mənzili x6 tərəfindən Təqsirləndirilən şəxs icarəyə verilməsinə dair tərəflər arasında müqavilə bağlanmışdır. (cild 01, iş vər. 142) İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 5(004)- 369/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsinin əməkdaşı Şahid1 tərəfindən qəbul edilmiş 27.06.2019-cu il tarixli qərar qanuni hesab edilmişdir. (cild 01, iş vər. 112) İşdə olan Bakı şəhəri Yasamal RİH nəzdində “Qeoloq” MİK-nin sədri tərəfindən verilmiş 01.08.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi 43 nömrəli binanın 10 saylı mənzilində yaşadığı müddətdə heç kimlə əlaqəsi olmamışdır. (cild 01, iş vər. 122) İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 28.08.2019-cu il tarixli 2037 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 157-158) İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” 25 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,16 qram sərf edildikdən sonra 30,686 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana, 2 ədəd bükümdə tədqiqat zamanı 0,014 qram sərf edildikdən sonra ümumi təmiz çəkisi 6,71 qram qalmış metafetamin, tədqiqat zamanı 3 ədəd sərf edildikdən sonra 100 ədəd qalmış MDMA tabletləri, tədqiqat zamanı 02 ədəd sərf edildikdən sonra 41 ədəd qalmış Preqabalin kapsulları və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq, təqsirləndirilən şəxsi tanış etdikdən sonra DİN-in BMCMİ-in maddi sübutların saxlanma kamerasına təhvil verilməsi qərar alınmış, x2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsinin tərkib əlaməti olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, x3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videoçəkilişin əks olunduğu bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. (cild 01, iş vər. 178-186). İşdə olan “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda psixotrop maddə, narkotik vasitə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə ayrıca icraatda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrıca icraata qəbul olunaraq istintaq edilməsi qərara alınmışdır. (iş vər. 188-190). Məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş, və baxış zamanı həmin videogörüntülərdə “Baxış keçirilməsi və maddi sübutun götürülməsi” haqqında 27 iyun 2019-cu il tarixli protokolda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında qurudulmuş marixuananın 05 qramdan 500 qramadək olan miqdarda olması şəxsi istehlak miqdarından artıq miqdar, psixotrop maddə MDMA-nın 05 qramdan yuxarı olması külli miqdar, metafetaminin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq olunmuş «Güclü təsir edən maddələrin və onların külli miqdarının» Siyahılara əsasən “Preqabalin” narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olmaqla, 5 qramdan artıq olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün işin faktiki hallarına uyğun qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsi barədə protokollar, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı üzərindən və evindən aşkar edilərək götürülmüş psixotrop maddə, narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri kiməsə satmaq məqsədinin olmadığı, həmin narkotik vasitə və güclü təsiredici psixotrop maddələri özünün istifadə etməsi üçün saxladığı barədə ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olmaları iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin satın alınması, o cümlədən başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi də başa düşülməlidir. Qeyd edilən Plenum Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə həmin tövsiyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və külli miqdarda güclü təsir edən maddəni əldə edib saxlamaqla, daşıyaraq qanunsuz dövriyyəsi ilə məşğul olması Bakı şəhəri Yasamal rayonu ərazisində yuxarıda göstərilən şəraitdə polis əməkdaşları tərəfindən yaxalandığı, onun şəxsiyyətini xarakterizə edən halları, yəni daimi iş yeri olmadığını, aşkar olunmuş psixotrop maddələrin, narkotik vasitənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin çoxlu sayda bükümlərə bölünməklə miqdarlarını, həmçinin yuxarıda qeyd olunan miqdarlarda narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan gücül təsir edən maddə aşkar olunmaqla bərabər, təqsirləndirilən şəxsin yaşadığı evdən 01 ədəd elektron tərəzinin aşkar edilmiş olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun həmin külli miqdarda psixotrop maddələri, narkotik vasitəni və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni məhz satış məqsədi ilə əldə edib, saxlayaraq daşıması tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən törətdiyi əməli qismən etiraf edib peşman olmasını, cavanlığını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlandıqdan sonra səmimilik göstərərək üzərində, çantasında və yaşadığı evində narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin olmasını polis əməkdaşlarına bildirməsi və həmin vasitələri polis əməkdaşlarına könüllü olaraq təqdim etməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. İş üzrə maddi sübutlar,- Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan işü zrə ibtidai istintaq zamanı aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalan, müvafiq olaraq 30,686 (otuz tam mində altı yüz səksən altı) qram narkotik vasitə-qurudulmuş marixuana, 2 ədəd bükümdə olmaqla ümumi çəkisi 6,71 (altı tam yüzdə yetmiş bir) qram metafetamin, 100 (yüz) ədəd MDMA tableti, 41 (qırx bir) ədəd Preqabalin kapsulu və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, müvafiq olaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilməsi və maddi sübutun götürülməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işi materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 175,46 ( yüz yetmiş beş manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə, CM-in 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan işü zrə ibtidai istintaq zamanı aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalan, müvafiq olaraq 30,686 (otuz tam mində altı yüz səksən altı) qram narkotik vasitə-qurudulmuş marixuana, 2 ədəd bükümdə olmaqla ümumi çəkisi 6,71 (altı tam yüzdə yetmiş bir) qram metafetamin, 100 (yüz) ədəd MDMA tableti, 41 (qırx bir) ədəd Preqabalin kapsulu və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, müvafiq olaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilməsi və maddi sübutun götürülməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işi materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri cəmi 175,46 ( yüz yetmiş beş manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-168/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-168/2020
21.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver