Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-168/2021 12.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlunun, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Bakı şöbəsinin prokurorları Dövlət ittihamçısı Elburus oğlunun və X9, «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Masallı rayonu, Sığınacaq kəndində qeydiyyatda olmaqla Masallı rayonunun Təklə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmək, saxlamaq və daşımaq barədə qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 1045,0 qram çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi, anası X6 məxsus «Mercedes Benz 240» markalı, «AZ-**-SB-***» dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq Bakı şəhərinə apararkən, həmin tarixdə, saat 23:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 14-cü kilometr dairəsinin yaxınlığında saxlanılaraq baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra sol əlində saxladığı bir ədəd qara rəngli politelen torbanın içərisində olan bir ədəd sellofan bağlamada külli miqdarda 1045,0 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini onlara təqdim etmiş və həmin narkotik vasitə aşkar edildiyindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, idarə etdiyi «Mercedes Benz 240» markalı, «AZ-**-SB-***» dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə həmin avtomobillə rayondan Bakıya gəldiyi zaman Qaradağ rayon postunda polis işçiləri tərəfindən saxlanılmışdır. Həmin vaxt bundan bir-iki ay öncə tanış olduğu Əli adlı şəxs də yanında olmuşdur. Əli onun vasitəsilə rayonlara, həmçinin rayondan özünə çatdırılmalı olan çantaları göndərir və qəbul etmiş, bunun müqabilində ona hər dəfə müxtəlif məbləğlərdə xidmət haqqı vermişdir. Əli daxil digər müştərilərinə çatdırmalı olduğu çantaların içərisində nə olduğunu bilməmiş, içərilərinə baxmamışdır. Sonuncu dəfə rayondan Əliyə çatdıracağı paket müqabilində 15 (on beş) manat xidmət haqqı almağa razılaşmışlar, Əli də yanında olmuşdur, lakin Qaradağ rayon postunda polis işçiləri tərəfindən saxlanıldıqdan sonra Əli postdan çıxıb getmişdir. Onu polis bölməsinə gətirib zor tətbiq etməklə döymüşlər. Daha sonra həmin vaxt Əlinin sifarişi ilə Cəlilabad rayonunda yerləşən 133 nömrəli lövhənin yanından götürüb Bakıya gətirdiyi paketi polis işçiləri aparıb kənara qoymuş, olduqları otaqdakı seyfi açaraq şəffaf sellofan paketi gətirib onun qarşısına qoymuşlar. Polis işçilərinə qarşısına qoyduqları paketi ilk dəfə gördüyünü, gətirdiyi paketin bu olmadığını bildirmiş, buna baxmayaraq polis əməkdaşları onu döyərək sənədlərə qol çəkdirmişlər, daha sonra isə mobil telefonunda olan danışıqları və Əlinin nömrəsini silmişlər. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi izahat və ifadələrlə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi izahat və ifadələri məhkəmədə elan edilmişdir. O, həmin izahat və ifadələrində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini göstərmişdir (iş vərəqi 28; 46-49; 57-59). Təqsirləndirilən şəxs elan olunan izahat və ifadələri ilə məhkəmədə verdiyi ifadə arasındakı fərqi həmin izahat və ifadələrini təzyiq altında verdiyi ilə əsaslandırmış, məhkəmədə verdiyi ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidləri dindirərək, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmədə şahid qismində dindirilmiş polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Qaradağ rayonu ərazisində külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı daxil olmuş, idarənin polis əməkdaşları ilə birlikdə Qaradağ rayonu, Lökbatan dairəsi istiqamətində hərəkət edərək Təqsirləndirilən şəxs öz avtomobilində saxlamışlar. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilmiş, əlindəki qara rəngli paketdə narkotik vasitə olan heroin aşkar edərək qablaşdırmaqla götürmüşlər. Baxış zamanı şərait olmadığından videoçəkiliş aparılmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. Onun üzərindən «Samsung» və «Xiaomi» markalı iki ədəd mobil telefon və 25 (iyirmi beş) manat məbləğində pul da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən əldə etməsi barədə soruşduqda Behzad adlı şəxsin vasitəsi ilə əldə etdiyini və onun tapşırığı ilə digər şəxslərə çatdırmalı olduğunu demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 yanından keçərkən idarənin əməkdaşlarının təklifi əsasında onlar tərəfindən keçiriləcək əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyə razılıq vermişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən tanımadığı daha bir nəfər şəxs tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət olunmuşdur. Əməliyyat tədbiri başlamamışdan əvvəl polis əməkdaşları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hal şahidinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 14-cü kilometr dairəsinin yaxınlığında keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs orada, yəni Binənin kruqunda üzü Bakı istiqamətində dayanmışdır. Polis əməkdaşları özlərini təqdim etdikdə Təqsirləndirilən şəxs da özünü təqdim etmiş, üzərinə, avtomobilinə baxış keçirilməsinə dair qərarla tanış edildikdən sonra baxış istintaq hərəkəti həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində və avtomaşınında qanunsuz saxladığı nə əşya varsa təqdim etmək təklif olunmuş, sonuncu əlindəki bir ədəd qara rəngli paketi təqdim etmişdir. Həmin paketin içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunaraq qablaşdırılmaqla götürülmüş, sonradan sənədləşdirmə işləri aparılmışdır. Polis əməkdaşları tərəfindən onun yanında Təqsirləndirilən şəxs təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs götürülən büküm onun yanında açılmış, içərisindən narkotik vasitə heroin aşkarlanmış və bunu polis əməkdaşları da təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsindəki xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə gecə saat birə qalmış Təqsirləndirilən şəxs qardaşı Anar ona zəng edərək Fərhadın həbs edildiyini demiş, taksi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Gecə saatları olduğundan içəri buraxılmamışdır. Hətta özünü Fərhadın qardaşı kimi təqdim etmiş lakin, yenə də onunla görüşə bilməmişdir. Səhəri gün saat 09 radələrində polis əməkdaşları Fərhadla nə kimi qohumluğu olduğunu soruşmuşlar, onun qaynı olduğunu, tutulma səbəbini öyrənmək üçün gəldiyini demşdir. Fərhadın Bakı şəhəri, Qaradağ rayonu ərazisində narkotik vasitə ilə saxlanıldığını bildirmişlər. Fərhaddan narkotik vasitənin ona aid olub-olmamasını soruşduqda sonuncu avtomobilində gətirdiyi paketin içərisində narkotik vasitə olduğunu bilmədiyini demişdir. Polislərə bildirmişdir ki, hamıya rayondan Bakıya gətirməsi üçün çanta verirlər, Fərhadda da eyni hadisə baş verib və o, şəhərə gətirməli olduğu çantada narkotik olduğunu bilməmişdir. Bu zaman polis əməkdaşları onu təhqir etmiş, vurmuşlar. Fərhadın da üzündə və gözündə xəsarətlər olmuşdur. Onu vuraraq çölə çıxartmışlar, sonra isə geri qaytararaq balaca bir otağa salıb qapını kilidləmişlər, daha sonra telefonla çəkiliş apararaq onun narkobaron olduğunu demişlər. Çəkiliş edərkən Fərhadın üzündə xəsarətlər aydın görünürmüş. Sonradan Fərhadın ailəsinə onun döyüldüyünü, üzündə və gözündə xəsarətlərin olduğunu bildirmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Masallı rayonunun Mollahəsənli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun kəndçisidir. Qolu sındığından Bakıya xəstəxanaya gəlmək üçün Fərhadın avtomobilinə minmişdir. Yolda gələrkən avtomobilin arxa oturacağında yatdığı üçün yolboyu baş verənlərdən elə də xəbəri olmamış, birdən Fərhadın yüksək səslə qışqırmasını eşidib, yuxudan oyanmışdır. Sonra polis əməkdaşları avtomobilə əyləşərək onun qolunu qandallamışlar. Onlardan «niyə, nə etmişik ki, bizi tutursunuz» deyə soruşmuş, polis əməkdaşları onun qorxduğunu görüb sakitləşdirməyə çalışmışlar. Ondan öncə Fərhadı apardıqları üçün onu görməmişdir. Polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. Fərhad da orada olmuşdur. Onu da Fərhadın yanına salmışlar. Baş X4 Əli adlı adamın adı çox hallanmışdır deyə Əlinin kim olduğunu soruşmuş, lakin onu danışmağa qoymamışlar. Stolun üzərində bir çanta olmuş, Fərhad da çantanın yanında dayanmışdır. Həmin çantanı Fərhadın avtomobilində görməmişdir. Fərhad oraya gələn zaman üzündə xəsarət olmamışdır. Sonradan stolun üzərindəki çantanı seyfə qoymuşlar. Onlar oraya gələn zaman gecə vaxtı olmuşdur və gecəni orada qalmışlar. Səhəri gün axşamüstü onu buraxmışlar, Fərhadı isə harasa aparmışlar. Bundan sonra Fərhaddan xəbəri olmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Masallı rayonunun Təklə kəndində yaşayır. Təqsirləndirilən şəxs onun əmisinin oğludur. Fərhad idarə etdiyi avtomobili ilə adətən onları işdən sonra evlərinə aparırmış. Belə günlərin birində yolda bir avtomobilin xarab olduğunu görmüşlər və Fərhad kömək istəyən sürücüyə kömək etmişdir. Bu ərəfədə sürücü ilə aralarında tanışlıq yaranmışdır. Həmin avtomobilin sürücüsü Əli adlı şəxs olmuşdur. Hazırki cinayət işi üzrə qeyd etdiklərindən başqa digər hallar barədə məlumatı olmamışdır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 xx.xx.2020-ci il tarixli 008-440-1220 nömrəli raportundan görünür ki, Baş İdarəyə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Qaradağ rayonu ərazisində külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (iş vərəqi 06). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23:25-dən xx.xx.2020-ci il tarixə saat 00:15-dək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 14-cü kilometr dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə keçirilmiş baxış nəticəsində üzərindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 (bir) ədəd qara rəngli polietilen büküm, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və 02 (iki) ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (iş vərəqi 17-19). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:20-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 21). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2789 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «… Təqsirləndirilən şəxs üzərindən sözlər və imzalar olan 01 (bir) ədəd zərfdəki, 01 (bir) ədəd bağlamada təmiz çəkisi 1045,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir (iş vərəqi 32-33). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 xx.xx.2020-ci il tarixli qərarında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilməsi göstərilmişdir (iş vərəqi 50-51). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(005)-123/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (iş vərəqi 67-69). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş 01 (bir) ədəd zərfdə qablaşdırılan təhqiqatdan sonra qalıq qalan 1044,95 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut hesab edilərək, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Baş X2 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqi 78-79). İş materiallarındakı Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X15 xx.xx.2020-ci il tarixli 889 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 96). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 109). İş materiallarındakı Masallı Rayonu İcra Hakimiyyəti başçısının Təklə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələyinin 232 və 233 nömrəli xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonunun Sığıncaq kəndində daimi qeydiyyatda olmaqla arvadı X12, xx.xx.2012-ci il təvəllüdlü oğlu Fərid Hüseynov və xx.xx.2014-cü il təvəllüdlü qızı Zəhra Hüseynovadan ibarət ailə üzvləri ilə birlikdə yaşayır (iş vərəqi 117-118). İş materiallarındakı Masallı Rayonu İcra Hakimiyyəti başçısının Təklə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmişdir (iş vərəqi 119). İş materiallarındakı doğum haqqında şəhadətnamənin, habelə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqələrinin (şəkilsiz) kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü oğlu Fərid Hüseynov və xx.xx.2014-cü il təvəllüdlü qızı Zəhra Hüseynovadan ibarət iki azyaşlı uşağı var (iş vərəqi 131; 133). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Masallı Rayon «X17 Xəstəxanası»nın xx.xx.2020-ci il tarixli 31 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən vərəmlə əlaqədar xx.xx.2011-ci ildən həmin xəstəxanada qeydiyyatdadır (iş vərəqi 134). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, «xxxx» MMC-dən həmin tarixli 4863 nömrəli məktubla daxil olmuş bir ədəd «CD» diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs öz adına və istifadəsində olan (050) ***-**-** nömrənin telefon danışıqları olmasa da, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ancaq «sms» mətn yazışmaları olmuş; həmin nömrə ilə İran İslam Respublikasının mobil operatoruna məxsus hər hansı bir mobil telefon nömrəsi ilə telefon danışıqları və sms mətn yazışmaları; 00-31 ilə bitən telefon nömrəsi, eləcə də mobil telefon nömrəsinin Cəlilabad rayonu ərazisində yerləşən anten dairəsində olması aşkar edilməmişdir (iş vərəqi 137). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli xx/xx-2323 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (iş vərəqi 146). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, «xxxx» MMC-dən xx.xx.2020-ci il tarixli 1552/20 nömrəli məktubla daxil olmuş bir ədəd «CD» diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs öz adına və istifadəsində olan (077) ***-**-** nömrə ilə xx.xx.2019-cu il tarixdə saat 19:28-dən xx.xx.2020-ci il tarixə saat 13:53-dək müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları və «sms» mətn yazışmaları olmuş; həmin nömrə ilə İran İslam Respublikasının mobil operatoruna məxsus hər hansı bir mobil telefon nömrəsi ilə telefon danışıqları və sms mətn yazışmaları; 00-31 ilə bitən telefon nömrəsi, eləcə də mobil telefon nömrəsinin Cəlilabad rayonu ərazisində yerləşən anten dairəsində olması aşkar edilməmişdir (iş vərəqi 155). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 xx.xx.2020-ci il tarixli 008-1309-1220 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddələri nə vaxt, harada və kimdən, hansı şəraitdə əldə etməsini, digər cinayətlərin törədilməsində iştirakını, əvvəllər narkotikvasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığı əlaqələrini, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmalarına görə biləcək şahidlərin dairəsini müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmamışdır (iş vərəqi 163). İş materiallarındakı «Mercedes Benz 240» markalı «AZ-**-SB-***» dövlət qeydiyyat nişanlı avtomobilə məxsus AD№654233 qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, ağ rəngli, «Sedan» tipli, buraxılış ili 2002 olan həmin nəqliyyat vasitəsinin sahibi X7r (iş vərəqi 164). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X18 Şəxsin xx.xx.2020-ci il tarixli 772 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 168- 169). «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli 8 saylı Qərarının 21-ci bəndinə əsasən cinayət törətmiş şəxslər barəsində alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyini tətdiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalıdır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung» və «Xiaomi» markalı mobil aparatlara keçirilmiş baxış zamanı həmin mobil aparatların içərisində 01 (bir) ədəd «Azerfon» və «xxxx» mobil telefon operatoruna məxsus sim kartlar aşkar olunmuş, telefonların menyu hissəsində «WhatsApp» proqramı aşkar edilsədə, həmin proqrama və ümumlikdə mobil telefon cihazlarında İran İslam Respublikasının mobil operatoruna məxsus hər hansı bir telefon nömrəsi, «Əli» və «Behzad» adlı şəxslərin telefon nömrələri və belə adda olan şəxslərlə telefon danışıqları, sms mətn yazışmaları,telefon kontaktı, eləcə də 00-31 ilə bitən telefon nömrəsi aşkar edilməmişdir (iş vərəqi 201). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, «xxxx» MMC-dən xx.xx.2020-ci il tarixli 4863 nömrəli, «xxxx» MMC-dən xx.xx.2020-ci il tarixli 1552/20 nömrəli məktubla daxil olmuş «CD» disklərə keçirilmiş əlavə baxış zamanı Təqsirləndirilən şəxs öz adına və istifadəsində olan (050) 492-10-43; (077) ***-**-** mobil telefon nömrələrinin Əli adlı şəxsin adına olan hər hansı bir mobil telefon nömrəsi ilə danışıqlar aşkar edilməmişdir (iş vərəqi 202). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs daxili işlər orqanlarının əməkdaşları tərəfindən fiziki təzyiqlərə və digər qanunsuz hərəkətlərə məruz qalmasına dair müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqi 206- 209). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» qərarında Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 1.044,95 qram çəkidə narkotik vasitə heroinin iş üzrə maddi sübut hesab olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılması barədə xx.xx.2020-ci il tarixli qərarın; Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin daşınmasında istifadə etdiyi «Mercedes Benz 240» markalı «AZ-**-SB-***» dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut hesab olunmaqla məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 ərazisində saxlanmasının nəzərə alınması; götürülmüş 01 (bir) ədəd «Samsung» və 01 (bir) ədəd «Xiaomi» markalı mobil telefon cihazlarının cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması; Təqsirləndirilən şəxs məxsus AZE№0******* şəxsiyyət vəsiqəsi, AF№134485 sürücülük vəsiqəsi və «Mercedes Benz 240» markalı «AZ-**-SB-***» dövlət qeydiyyat nişanlı avtomobilə məxsus AD№654233 qeydiyyat şəhadətnaməsinin maddi sübut hesab olunaraq cinayət işinin materiallarında saxlanılması göstərilmişdir (iş vərəqi 209-217). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitənin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqi 220-221). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir (iş vərəqi 226-227). Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 6 saylı X1 xx.xx.2020-ci il tarixli 47 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə ETACXİ-nun göndərişinə əsasən «Sağ ağ ciyərin fibroz-kavernoz vərəmi, sola səpələnmə MDR forma diaqnozu ilə stasionar müalicəyə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə müalicəsini ambulator şəkildə davam etdirmək üçün sahə dispanserinin nəzarətinə evə yazılmış, çıxarkən diaqnoz «Ağ ciyərlərin fibroz-kavernoz vərəmi, stabilləşmə mərhələsi, VMB-mənfi olmuş, təkrarən xx.xx.2016-cı il tarixdə «Ağ ciyərlərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsi, qanhayxırma» diaqnozu ilə stasionara qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə öz xahişi ilə sahə dispanserinin nəzarətində olmaq üçün evə yazılmış, çıxarkən diaqnozu «Ağ ciyərlərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsi» olmuşdur. Məhkəməyə təqdim edilən məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2020-ci il tarixli xx/xx-2794 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, təlimata uyğun olaraq təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərkən sorğu zamanı həbs olunarkən xəsarət aldığını bildirmiş, bədəninin dəri səthinə baxış keçirilərkən sol göz ətrafı nahiyədə tünd bənövşəyi rəngli qançır müşahidə edilmiş, təcridxanada saxlanıldığı müddətdə tibbi müayinələrdən keçirilmiş, xroniki xəstəliklərində kəskinləşmə müşahidə olunmamışdır. Məhkəməyə təqdim edilən məhkəməyə təqdim etdiyi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(009)-40/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Təqsirləndirilən şəxs daxili işlər orqanlarının əməkdaşları tərəfindən fiziki təzyiqlərə və digər qanunsuz hərəkətlərə məruz qalmasına dair müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulmasına cəlb edilməsi və pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlərin yerinə yetirilməsinin təmin edilməsi göstərilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə, ittiham olunduğu maddə ilə özünü təqsirli bilməməsinə, yəni narkotik vasitənin istifadəçisi olsada, narkotik vasitələrin alqısatqısı ilə məşğul olmadığına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrinin özünü müdafiə xarakteri daşıyıb, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun İ siyahısında narkotik vasitə- heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahat və ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, xəstəliyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi mümkün olmasa da, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 1.044,95 qram çəkidə narkotik vasitə heroin məhv edilməli; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 ərazisində saxlanılan «Mercedes Benz 240» markalı «AZ-**-SB-***» dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilə məxsus AD№654233 qeydiyyat şəhadətnaməsi avtomobilin sahibi X6 qaytarılmalı; 01 (bir) ədəd «Samsung», 01 (bir) ədəd «Xiaomi» markalı olmaqla iki ədəd mobil telefon cihazı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı; Təqsirləndirilən şəxs məxsus AZE№0******* şəxsiyyət vəsiqəsi və AF№134485 sürücülük vəsiqəsi onun şəxsi işinə əlavə edilməsi üçün hazırda saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işləəlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, X10 Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 il (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 1.044,95 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 ərazisində saxlanılan «Mercedes Benz 240» markalı «AZ-**-SB-***» dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilə məxsus AD№654233 qeydiyyat şəhadətnaməsi avtomobilin sahibi X6 qaytarılsın; 01 (bir) ədəd «Samsung», 01 (bir) ədəd «Xiaomi» markalı olmaqla iki ədəd mobil telefon cihazı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın; Təqsirləndirilən şəxs məxsus AZE№0******* şəxsiyyət vəsiqəsi və AF№134485 sürücülük vəsiqəsi onun şəxsi işinə əlavə edilməsi üçün hazırda saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-168/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-168/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver