Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-168/2022 01.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə; məhkəmə iclas katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri X10 və X9 iştirakları ilə, xx xxxxxxx 1966-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospketi, məhəllə 2930, ev 70, mənzil 23-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə; xx.xx.1979-cu il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 yanvar 2021-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 8,145 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini hər biri 85 manat pul qoymaqla ümumilikdə 170 manata əldə edib Təqsirləndirilən şəxs2 ilə böldükdən sonra payına düşən ümumi təmiz çəkisi 3,148 qram, yəni külli miqdarda narkotik vasitə heroini 02 ədəd bükümdə üzərində saxlayaraq daşımış, Nizami RPİ-nin X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 25 yanvar 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında saxlanılaraq, Nizami RPİ-nə gətirilib, şübhəli şəxs qismində saxlandıqdan sonra 26 yanvar 2021-ci il tarixdə saat 01:55 radələrində orada olan otaqların birində üzərinə aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd kibrit qutusunun içərisində bir ədəd sellofan bükümdə açıq vəziyyətdə və həmin sellofan bükümün içərisindəki bir ədəd sellofan bükümdə ümumilikdə 02 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,368 qram və 0,780 qram olmaqla ümumi təmiz çəkisi 3,148 qram, yəni külli miqdarda xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs2, eləcə də öz üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə eynilik təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 yanvar 2021-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 8,145 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini hər biri 85 manat pul qoymaqla ümumilikdə 170 manata əldə edib Təqsirləndirilən şəxs1 ilə böldükdən sonra payına düşən ümumi təmiz çəkisi 4,997 qram narkotik vasitə heroini 02 ədəd bükümdə üzərində saxlayaraq daşımış, Nizami RPİ-nin X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 25 yanvar 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında saxlanıldığı zaman üzərində saxladığı 02 büküm narkotik vasitə heroindən 01 ədəd bükümdə təmiz çəkisi 1,817 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitə heroini ağız boşluğuna qoyaraq udmuş, Nizami RPİ-nə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra 26 yanvar 2021ci il tarixdə saat 06:00 radələrində orada olan otaqların birində onun üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli jiletin sağ yan cibindən 01 ədəd sarı rəngli parça pul qabının içərisindən şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,180 qram, yəni külli miqdarda olan və xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə eynilik təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərək Nizami rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına gətirilmiş, orada saxlanıldığı zaman daxili orqanında daşıyaraq həmin müəssisəyə gətirmiş olduğu qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə təbii ehtiyacını ödəyərkən nəcisindən götürmüş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının inzibati ərazisində yerləşən cərimə təcridxanasının 21 saylı kamerasında çarpayısının ətrafına səpmiş, 31.01.2021-ci il tarixdə saat 09:30 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının inzibati ərazisində yerləşən cərimə təcridxanasının 21 saylı kamerasına müəssisəsinin əməkdaşları tərəfindən axtarış-baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 yatdığı çarpayının ətrafına səpilmiş təmiz çəkisi 1,817 qram olan və xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1, eləcə də öz üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə eynilik təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, kafel metlax ustası işləyir. O, üç övladı və yoldaşı ilə birlikdə kirayə yaşayır. Yaşadığı ev üçün aylıq 250 (iki yüz əlli) manat pul vəsaiti ödəyir.Uzun müddətdir ki narkotik vasitələrdən istifadə edir. İlk vaxtlar mariuxuna adlı narkotik vasitəni çəkərək qəbul edirmiş. Daha sonralar artıq narkotik vasitənin artıq növü sayılan heroin adlanan narkotik vasitəni qəbul etməyə başlamışdır. Narkotik vasitə olan kakosu özünün istifadəsi üçün əldə edirmiş. Həmin narkotik vasitə olan kakosu 35 (otuz beş) manat ödəməklə hər gün əldə edirmiş. Narkotik vasitəni online debit kart vasitəsilə kuryerdən alırmış, həmin kuryer narkotik vasitəni şəhərin hansısa ünvanında atırmış yerə, oda gedirmiş həmin yerdən narkotik vasitəni götürürmüş. Narkotik vasitəni aldığı zaman ödəniş üsulu Kapital Bank vasitəsilə reallaşdırırmış. Həmin narkotik vasitə üzərində aşkar edilməməsi üçün, o, həmin narkotik vasitəni udmuşdur. Polis işçiləri onu saxlayan zaman üzərində axtarış keçirilməmişdir. Polis bölməsində olduğu zaman onun üzərində narkotik vasitə aşkar edilməmişdir, çünki həmin narkotik vasitəni o udmuşdur. Qeyd olunan 03 qram narkotik vasitə onun üzərindən aşkarlanmamışdır. Ümumiyyətlə onun üzərində həmin an 03 qram narkotik vasitə olmamışdır. O, narkotik vasitələrin satışı vəya dövrüyəsi ilə məşğul olmamışdır, narkotik vasitənin istifadəçisidir, yalnız öz istifadəsi üçün əldə edib istifadə edirmiş. Onun üzərində elektron tərəzi olmamışdır. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilirmiş. O, öz etdiyini qəbul edir və bilir ki, bu düzgün deyil, o, narkotik vasitənin istifadəçisi olmuşdur, digər əməllər onun əməli deyildir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin satışı ilə məşğul olmamışdır, narkotik vasitənin istifadəçisi olmuşdur, narkotik vasitəni özünün istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs2 ilə onun dostluq və qohumluq münasibətləri var. Narkotik vasitəni 20 yanvar adlanan ərazidən əldə edərək istifadə edirmişlər. Həmin narkotik vasitəni aldığı ünvanı və həmin şəxsin kimliyini tam olaraq xatırlamır. Dövlət nömrə nişanını və avtomobilin markasını xatırlamadığı taksi ilə Rəşad və o, evə gedirmiş. Polis işçiləri tərəfindən saxlanılıb və onları gətiriblər Polis İdarəsinə idarədə olduğları zaman orada onları döyərək təzyiqlər göstərmişlər. Onlara qarşı törədilmiş qanun pozuntuları ilə əlaqədar heç bir dövlət orqanına müraciətləri və şikayyətləri olmayıb. Xaləddin özündə olan narkotik vasitəni udsada onun narkotik vasitəni udmağa şəraiti olmamışdır. O, narkotik vasitəni uda bilməmişdir. O, üzərində olan narkotik vasitəni çıxartdıqdan sonra, Xaləddinin üzərinə düşərək Xaləddinə qarşı zor tətbiq göstərərk polis işçiləri tərəfindən Xaləddinə qarşı təzyiqlər olundu. Daha sonra polis işçiləri sellofan paket gətirərərək, dedilər ki, Xaləddin bu sənindir. Xaləddində həmin sellofan paketin özünə məxsus olmadığını dəfələrlə bildirsədə, həmin polis idarəsində polis işçiləri tərəfindən təzyiqlərə məruz qaldı və Xaləddin çox möhkəm döymüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 yanvar 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, «Rəşad və Xaləddin» adlı şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olurlar. Eyni zamanda həmin şəxsin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında olduqları bildirilmişdir. Bundan sonra o, digər polis əməkdaları ilə birlikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və onları ifşa etmək məqsədi ilə 25 yanvar 2021-ci il tarixdə Nizami rayonu, Qara Qarayev prospektinə getmişlər. Orada müşahidələr aparmağa başlamışlar və saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Lada Granta” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobildə olduğunu görərək onlara yaxınlaşmışlar və polis əməkdaşları olduqlarını bildirərək onları Nizami RPİ-nə təmin etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində qeyri qanuni qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sağ cibindən bir ədəd kibrit qutusunun içərisində bir ədəd sellofan bükümdə açıq vəziyyətdə və həmin sellofan bükümün içərisindəki bir ədəd sellofan bükümdə ümumilikə iki ədəd sellofan bükümdə narkotik vasitə heroini, bir ədəd mobil telefonu, bir ədəd alışqanı, bir ədəd cib dəsmalını, bir ədəd kağız parçasını, həmin gödəkçənin sol cibindən bir ədəd mobil telefon və bir ədəd Rotmons siqaretini, həmin gödəkçənin sol iç cibindən isə bir ədəd pul qabı və bir ədəd elektron tərəzini təqdim etmiş, bir ədəd kibrit qutusunun içərisində bir ədəd sellofan bükümdə açıq vəziyyətdə və həmin sellofan bükümün içərisindəki bir ədəd sellofan bükümdə ümumilikə iki ədəd sellofan bükümdə narkotik vasitə heroin, iki ədəd mobil telefon və bir ədəd elektron tərəzi götürülmüş, digər əşyalar isə ona geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində qeyri qanuni qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki jiletin sağ cibindən bir ədəd sarı rəngli parça materialdan olan kiçik pul qabının içərisində bir ədəd sellofan bükümdə narkotik vasitə heroini və bir ədəd mobil telefonu təqdim etmiş və həmin bir ədəd sarı rəngli parça materialdan olan kiçik pul qabının içərisində bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və bir ədəd mobil telefon götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və Şahid8 oxşar məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X1 Bölüyünün baş inspektoru vəzifəsində işəyir. 31 yanvar 2021-ci il tarixdə qabaqcadan alınmış məlumat əsasında cərimə tədricxanasının 21 saylı kamerasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3. maddəsi ilə həbs edilmiş Təqsirləndirilən şəxs2 saxlanıldığı 21 saylı kameraya hal şahidlərinin iştirakları ilə baxış keçirilərkən onun yatdığı çarpayının ətrafından yerə səpilmiş spesifik iyə malik tozşəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə hal şahidlərinin, ədliyyə əməkdaşların və Təqsirləndirilən şəxs2 iştirakları ilə zərfə qoyularaq möhürlənərək qablaşdırılmış və iştirakçılar tərəfindən zərf imzalanmışdır. Həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin narkotik vasitə ona məxsusdur, 28.01.2021-ci il tarixdə təcridxanaya gətirilərkən anus dəliyində təcridxanaya keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin dekabr ayından 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Təcridxanaya qəbul olunarkən hüquq və vəzifələri ona izah olunmuşdur. Təcridxananın təsərufat briqadasında çalışmışdır. 31.01.2021-ci il tarixdə saat 09:30 radələrində əməkdaşlar tərəfindən cərimə təcridxanasının 21 saylı kamerasına baxış keçirilən zaman həmin kamerada saxlanılan həbs edilmiş Təqsirləndirilən şəxs2 yatdığı çarpayının ətrafında yerə səpilmiş tozşəkilli narkotik vasitəyə bənzər maddə aşkar edilərək onun, digər hal şahidi Şahid4, müəəssisə əməkdaşlarının və Təqsirləndirilən şəxs2 iştirakı ilə götürülmüş, zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid9 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan 26 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd kibrit qutusunun içərisində bir ədəd sellofan bükümdə açıq vəziyyətdə və həmin sellofan bükümün içərisindəki bir ədəd sellofan bükümdə ümumilikə 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni, bir ədəd mobil telefonu, bir ədəd alışqanı, bir ədəd cib dəsmalını, bir ədəd kağız parçasını, həmin gödəkçənin sol cibindən bir ədəd mobil telefon və bir ədəd Rotmons siqaretini, həmin gödəkçənin sol iç cibindən isə bir ədəd pul qabı və bir ədəd elektron tərəzini təqdim etmiş, bir ədəd kibrit qutusunun içərisində bir ədəd sellofan bükümdə açıq vəziyyətdə və həmin sellofan bükümün içərisindəki bir ədəd sellofan bükümdə ümumilikə 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, iki ədəd mobil telefon və bir ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan 26 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli jiletin sağ cibindən bir ədəd sarı rəngli parça materialdan olan kiçik pul qabının içərisində 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni və 01 ədəd mobil telefonu təqdim etmiş və həmin bir ədəd sarı rəngli parça materialdan olan kiçik pul qabının içərisində 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan 31 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 barəsində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında 31.01.2021-ci il tarixdə təqribən saat 09:30 radələrində saxlanıldığı cərimə təcridxanasının 21 saylı kamerasına baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 yatdığı çarpayının ətrafına səpilmiş spesifik iyə malik toz şəkilli narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan 07 may 2021-ci il tarixli üzləşdirmə keçirilməsi barədə protokollardan görünür ki, iş üzrə şahidlər Şahid8, Əsədov X3 Xəlil Aqil oğlu ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində qeyd etdikləri xüsusatları birbirlərinin üzünə qarşı deyərək təsdiq etmişlər. Cinayət işinin materiallarında olan 07 may 2021-ci il tarixli üzləşdirmə keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə şahidlər Şahid8, Şahid5, Şahid6 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deyərək təsdiq etmişlər. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2021-ci il tarixli, 6/332 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə...” yazılan ağ rəngli zərfdə bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,180 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitədir-heroindir. Tədqiqata təqdim edilmiş üzərində üzərində” Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə” yazılan zərfdə təmiz çəkisi 3,180 qram heroin ilə üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə” yazılan zərfdə təmiz çəkisi 2,368 qram və 0,780 qram heroin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2021-ci il tarixli, 6/333 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə...” yazılan ağ rəngli zərfdə iki ədəd şəffaf sellofan kəsiyi bükümündə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 2,368 qram və 0,780 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitədir-heroindir. Tədqiqata təqdim edilmiş üzərində üzərində "“Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksi olan "Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd elektron tərəzi...” yazılan ağ rəngli zərfdə 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və maddə nümunələri ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksi olan üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə” yazılan zərfdə təmiz çəkisi 2,368 qram və 0,780 qram heroin ilə üzərində Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə" yazılan zərfdə təmiz çəkisi 3,180 qram heroin xarici görünüşünə və kimyəvi komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2020-ci il tarixli 6/434 saylı ekspert arayışından görünür ki, tədqiqatat təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X4 üçün” dairvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs2...” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 1,817 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 may 2021-ci il tarixli, 6/1436 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 № 65” “Ekspert Rəyi 6/434” yazı və imzalar olan paketdə təmiz çəkisi 1,767 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin maddənin ilkin tədqiqat zamanı təmiz çəkisi 1,817 qram olmuşdur. (31.01.2021-ci il tarixli Ekspert arayışı № 6/434) Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 31 may 2021-ci il tarixli 6/2098 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 № 75” möhürlü üzərində “Ekspert Rəyi 6/1436” yazılan paketdə təmzi çəkisi 1,717 qram heroin üzərində “Ekspert Rəyi 6/332” yazılan paketdə olan təmiz çəkisi 3,130 qram heroin ilə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11.03.2021-ci il tarixli, 739 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi nəticəsində Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11.03.2021-ci il tarixli, 736 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi nəticəsində Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 16 aprel 2021-ci il tarixli 804 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hər hansı ruhi (psixi) xəstəlik qeyd olunmur. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 16 aprel 2021-ci il tarixli 803 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı pxisi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hər hansı ruhi (psixi) xəstəlik qeyd olunmur. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində ondan aşkar edilmiş narkotik vasitəni yalnız istifadə məqsədilə əldə etdiyini, polis idarəsinə gətirilərkən həmin narkotik vasitəni artıq istifadə etdiyini, polis idarəsində ona təzyiq göstərildiyini və ona verdikləri narkotik vasitənin özünə məxsus olduğunu demələrini, lakin həmin vaxt üzərində narkotik vasitə olmadığını bildirsə də, onun bu dəlilləri yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılmış, şahid ifadələri, ekspertiza rəyləri, üzləşdirmə protokolları, “şəxsi axtarış keçirilməsinə dair” protokollar və digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən inandırıcı qəbul olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində narkotik vasitəni yalnız istifadə məqsədilə əldə etdiyini, polis idarəsində üzərindən narkotik vasitə aşkar olunmadığını, polis idarəsində ona təzyiq göstərildiyini və ona verdikləri narkotik vasitənin özünə məxsus olduğunu demələrini, lakin həmin vaxt üzərində narkotik vasitə olmadığını bildirsə də, onun bu dəlilləri yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılmış, şahid ifadələri, ekspertiza rəyləri, üzləşdirmə protokolları, “şəxsi axtarış keçirilməsinə dair” protokollar və digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən inandırıcı qəbul olunmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamaları cinayətlərini törətmələri tam sübut olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlara həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcədə cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 26.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin cəza çəkməsinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu 27.01.2021-ci il tarixdən hesablanmalı, həmçinin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan hazırki ümumi çəkisi 4,897 qram olan narkotik vasitə heroin və hazırkı ümumi çəkisi 3,048 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış video görüntülər olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 479,80 (dörd yüz yetmiş doqquz manat səksən qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 №-li Qərarına əsasən dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi yardıma görə müdafiəçinin təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin qərarı əsasında məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən Bakı şəhəri 08 №-li Vəkil bürosunun hesabına vəkil X5 ödənilməsi üçün 180 manat pul köçürülməlidir. (Bakı şəhəri 08 №-li Vəkil bürosunun bank rekvizitləri müdafiəçinin hesabatında göstərilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 №-li Qərarına əsasən dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi yardıma görə müdafiəçinin təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin qərarı əsasında məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən Bakı şəhəri 08 №-li Vəkil bürosunun hesabına vəkil X6 ödənilməsi üçün 150 manat pul köçürülməlidir. ( Bakı şəhəri 08 №-li Vəkil bürosunun bank rekvizitləri müdafiəçinin hesabatında göstərilmişdir). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin müdafiəçiləri qismində işə buraxılmış və onların hüquqlarını müdafiə etmiş Bakı şəhəri Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri X11 və X8 hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə hər biri üçün 486 (dörd yüz səksən aıltı) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan hazırki ümumi çəkisi 4,897 qram olan narkotik vasitə heroin və hazırkı ümumi çəkisi 3,048 qram olan narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış video görüntülər olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 479,80 (dörd yüz yetmiş doqquz manat səksən qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin müdafiəçiləri qismində işə buraxılmış və onların hüquqlarını müdafiə etmiş Bakı şəhəri Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri X11 və X8 hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə hər biri üçün 486 (dörd yüz səksən aıltı) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-168/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-168/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver