Məhkəmə qərarları › İş №1(101)-168/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-168/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-168/2023 13.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxsin hüquqi varisi - Qanuni nümayəndə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Şahid3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkumluğu olmayan, Laçın rayonunun Oğuldərə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 158.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs hüquqi şəxsin binasının (otağının) toxunulmazlığını pozmuş, həmçinin qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, rəsmi nikahda olan arvadı Zərərçəkmiş şəxs ona Şahid8 ilə xəyanət etdiyini xx.xx.2022-ci il tarixdə öyrənməsi nəticəsində aralarında yaranmış ailə daxili münaqişələr səbəbindən arvadının ünvan 1 ünvanında yerləşən “Ümid yeri” xeyriyyə cəmiyyəti ictimai birliyinə yerləşdirilməsindən sonra xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində həmin Birliyin qarşısına gələrək, giriş qapısının bağlı və içəri girməyin qadağan olmasına baxmayaraq, hasardan tullanıb Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi şəxsin mülkiyyətində olan binaya daxil olub, arvadı Zərərçəkmiş şəxs mətbəx otağında uşaq əşyasını yuduğunu görüb, həmin otağa keçərək, orada olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb, arvadı Zərərçəkmiş şəxs mətbəx otağından çıxararaq, hüquqi şəxsin binasının kənarına aparıb, sonuncunun ona xəyanət etməsindən qəzəblənib, qısqanclıq zəminində arvadını qəsdən öldürmək qərarına gələrək, Zərərçəkmiş şəxs ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağ ağciyərin orta payının zədələnməsi, kəskin qanitirmə ilə müşayət olunan döş qəfəsinin arxa səthinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası (cəmi 2 ədəd), canlı şəxslərdə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağir dərəcəli zərərvurma əlamətlərinə; ayrı-ayrılıqda isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə canlı şəxslərdə sağlamlığa yüngül dərəcəli xəsarətlərin zərərvurma əlamətlərinə malik sifətin sol yarısının (1 ədəd), sol bazunun yuxarı üçdə birinin bayır səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sol bazunun aşağı üçdə birinin bayır səthinin (1 ədəd), sol saidin orta üçdə birinin ön-iç səthinin (1 ədəd), sol əlin ovuc səthinin (1 ədəd), sol əlin arxa səthinin (1 ədəd), sol körpücük nahiyəsinin (1 ədəd), döş qəfəsinin sol yan səthinin orta üçdə birinin (1 ədəd), döş qəfəsinin sağ yan səthinin orta üçdə birinin (1 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin (1 ədəd), sol kürəyin yuxarı-bayır hissəsinin (2 ədəd), sol kürəkaltı nahiyənin (1 ədəd), sağ baldırın yuxarı üçdə birinin bayır səthinin (1 ədəd), sağ baldırın orta üçdə birinin arxa səthinin (1 ədəd), deşilmiş-kəsilmiş yaralan (cəmi 16 ədəd) deşilmiş-kəsilmiş yaralan kimi xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 2010-cu ildə Ülviyyə ilə tanış olub, birbirini sevib, rəsmi evlənmişlər və 3 uşaqları dünyaya gəlmişdir. Aytacın 10, Gülüstanın 9, Zəhranın isə 3 yaşı var, evləndikdən sonra Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşamağa başlamışlar. Həmçinin, valideynləri də onlarla birlikdə qalırmışlar. Anası Şahid7 2017-ci ildə öz əcəli ilə dünyasını dəyişmiş, atası Şahid9 isə hazırda da həmin evdə yaşamışdır. Evli olduqları dövrdə Ülviyyə ilə aralarında ailə daxili münaqişələr olmuş, Ülviyyə sərbəst yaşamaq istədiyini deyirmiş və bir neçə dəfə Bərdə rayonuna, atasının evinə də getmişdir. Hirsi soyuduqdan sonra isə o, gedib Ülviyyəni yenidən evə gətirirmiş. Təxminən 5 ay əvvəl Ülviyyə qadın problemi ilə əlaqədar, həmçinin kor bağırsağından 26 saylı BŞX-da əməliyyat olunmuşdur. Əməliyyatdan əvvəl Ülviyyə artıq bir həftədir ki, xəstəxanada qalırmış, belə ki, zəif olduğundan həkim ilk olaraq müalicə almağı, sonra isə əməliyyat olunmağını tövsiyə etmişdir. Əməliyyatdan əvvəlki dövrdə xəstəxanada olarkən, o, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində ərzaq alıb, Ülviyyənin yanına getmişdir. Palataya daxil olarkən Ülviyyəni xəstəxanada mühafizəçi işləyən Əliyar Məlikzadə ilə öpüşən vəziyyətdə görmüşdür. Həmin vaxt Əliyar dərhal palatadan qaçmış, Ülviyyə isə səhv hərəkət etdiyini, uşaqlara görə onu bağışlamağını demişdir. O, həmin vaxt DİN-nin 102 xidmətinə məlumat vermiş, məlumat əsasında Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-də izahatları da alınmışdır. Sonra Ülviyyə əməliyyat olunmuş və evlərinə getmişlər, o da, uşaqların xətrinə arvadını bağışlamış və Ülviyyəyə mobil telefon işlətməsini qadağan etmişdir. Lakin aralarında mübahisələr olduğundan Ülviyyə yenə Bərdəyə atasının evində getmişdir. Təxminən bir həftə sonra Ülviyyə əlaqə saxlayıb, uşaqları görmək istədiyini demiş və Ülviyyə ona mobil telefon alsa, onunla barışacağını bildirmişdir. O da, Ülviyyəyə mobil telefon alıb, Bərdəyə gedib, sonuncunu evə gətirmişdir. Təxminən 3 ay keçmiş və sakitçilik olmuşdur. xx.xx.2022-ci il tarixdə o, Ülviyyənin telefonunu götürüb, yoxlayan zaman sonuncunun başqa nömrədə “Whats app” proqramından istifadə etdiyini görmüşdür. Oraya girəndə Ülviyyənin bir oğlanla yazışdığını, Ülviyyənin həmin oğlana çılpaq şəkildə çox sayda şəkil, videolar atdığını görmüşdür. Ülviyyə, ilk olaraq hər şeyi inkar etmiş, sonra isə uşaqların xətrinə onu bağışlamağını demişdir. Həmin oğlanın adını dəqiq xatırlamır, lakin Ülviyyə onunla evlənməmişdən əvvəl həmin oğlanla sevgili olduqlarını, bir-birini istədiklərini, lakin o vaxt ailəsinin razı olmadığını, həmin oğlan ilə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olduqlarını demişdir. O, artıq dözməyib Ülviyyəni öldürmək istəmiş, lakin qohumları onu sakitləşdirib boşanmağın ən yaxşı yol olduğunu demişlər, o da, razılaşmışdır. Həmçinin o, Ülviyyənin ailə üzvləri ilə əlaqə saxlamış və video, şəkilləri onlara da göndərmişdir. Ülviyyənin qohumları sonuncunu qəbul etmədiklərini demişlər. O, Ülviyyədən telefonunu alıb satmışdır. Bir gün sonra isə Ülviyyə evdən qaçıb, polis şöbəsinə gedərək, ondan şikayət edərək, guya onun Ülviyyəni döydüyünü, təcavüz etdiyini və sığınacaq istədiyini bildirmişdir. X6 qəsəbəsində “Ümid yeri” uşaq sığınacağına yerləşdirmişlər, sonra da uşaqları da oraya aparmışlar. Ülviyyənin şikayəti əsasında onu Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nə dəvət edib, izahatını almışlar və o, orada Ülviyyənin dediklərinin yalan olduğunu bildirmişdir. Ülviyyənin məqsədinin onu tutdurub sərbəst həyat yaşamaq istəməsi olduğunu demişdir. Hadisədən bir gün əvvəl o, sığınacağa gedib Ülviyyəyə şikayətini geri götürməsini, boşanıb hər kəsin öz həyatını yaşayacağını demişdir. Ülviyyə ondan boşanacağını, lakin atasının evinə də getməyəcəyini, onunla də heç bir əlaqə saxlamaq istəmədiyini, onsuz da hər şeyin üzə çıxdığını, həmin oğlan ilə bir-birini istədiklərini və onunla yaşayacağını demişdir. Sığınacaqdan çıxdıqdan sonra o, Ülviyyənin valideynləri ilə əlaqə saxlayıb Bakıya gəlmələrini demişdir. xx.xx.2022-ci il tarixdə Ülviyyənin valideynləri Bakıya gəlmişlər və birlikdə yenə sığınacağa getmişlər. Yenə söhbət zamanı Ülviyyə heç kimlə razılaşmamış, ailəsinə də qulaq asmamış və hamıdan imtina etdiyini bildirmişdir. Onlar sığınacaqdan çıxıb getdikdən bir neçə saat sonra, saat 19 radələrində o, təkrar sığınacağa getmiş və yenə Ülviyyə ilə danışıb bəlkə sonuncunu razılığa gətirə biləcəyini düşünmüşdür. Lakin Ülviyyə onunla danışmağa çıxmamışdır. O, məcbur olub hasardan sığınacağın həyətinə tullanmışdır. İlk olaraq sığınacağın mətbəxinə baxmış və Ülviyyənin orada olduğunu görmüşdür. Ülviyyənin yanında isə sığınacağa nəzarət edən qadın olmuşdur. O, həmin qadına kənara çəkilməyini demiş, Ülviyyəni isə mətbəxdən həyətin kənarına çıxartmışdır. Mətbəxdən çıxarkən isə oradan bıçağı götürmüşdür. Yenə Ülviyyəni razı salmağa çalışarkən, sonuncu onu günahkar çıxartmağa başlamışdır. O da, artıq dözməyib bıçaqla Ülviyyənin bədəninin müxtəlif yerlərinə çox sayda xəsarətlər yetirməyə başlamışdır. Zərbələrdən Ülviyyə yerə yıxılmış və sonuncuya təpik atmışdır. Həmçinin Ülviyyənin səs-küyünə digər qadınlar da yığışmışlar. O, bıçağı kənara atıb hasardan küçəyə tullanmış və DİN-nin 102 xidmətinə zəng vurub, hadisə barədə məlumat vermiş, sonra da təslim olmaq üçün 3-cü PB-nə getmişdir. Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirərkən niyyəti sonuncunu öldürmək olmuş, buna səbəb isə Ülviyyənin ona xəyanət etməsi, daha sonra isə yalandan şikayət etməsi və bundan çox qəzəblənməsi olmuşdur. Ülviyyə onunla söhbət etmək istəmədiyindən məcbur olub, qanunsuz şəkildə hasardan tullanıb sığınacağın ərazisinə daxil olmuşdur. Ülviyyəyə bıçaqla xəsarət yetirməzdən əvvəl ilk olaraq sonuncu ilə normal danışmağa, yola gətirməyə çalışmış, lakin Ülviyyə ona qulaq asmamış, öz həyatını yaşayacağını və onu istəmədiyini bildirmişdir. Ülviyyə yalnız sənəddə onun arvadı olduğunu, belə isə Vaqifin arvadı olduğunu demişdir. O da, həmin vaxt Ülviyyəyə bıçaqla xəsarətlər yetirməyə başlayıb sonuncunu qətlə yetirmişdir. Cinayət hadisəsini törədən zaman orada Ülviyyə və ondan başqa heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs neçə bıçaq zərbəsi vurduğunu dəqiq xatırlamamış, ancaq sonuncunun bədəninin müxtəlif nahiyələrinə sığınacağın mətbəxindən götürdüyü, gündəlik məişətdə istifadə edilən bıçaqla çoxlu sayda zərbələr vurmuşdur. Həmin bıçaq qatlanmayan tipli, dəstəyi qara rəngdə olub, çox da böyük olmayan, gündəlik məişətdə istifadə edilən olmuşdur. Hadisə vaxtı o, heç bir xəsarət almamış, əynində qara rəngli cins şalvar, mavi rəngli gödəkçə və qısa palto və bir cüt qara rəngli ayaqqabı olmuş, gödəkçənin qolu və ayaqqabının ucu Ülviyyəyə xəsarət yetirərkən, sonuncunun qanına bulaşmışdır. Psixi xəstəliyinin olmadığını, bununla bağlı heç bir yerdə qeydiyyatda olmadığını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyini, əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini qeyd etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, arvadı Ülviyyənin xəyanətinin üstü açıldıqdan sonra, əsəbiləşərək, arvadını döymək istəyirmiş, ancaq qohumları onu sakitləşdirmişlər. Buna baxmayaraq, əsəbi tam soyumamış və gün ərzində mübahisələri davam etmişdir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında əsəbiləşib Ülviyyənin bud və baldır nahiyələrinə təpiklə zərbələr endirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində yataq otağında tək olmuş, Ülviyyə və uşaqları isə digər otaqda qalmışlar. Həmin vaxt Ülviyyə onun yanına gələrək, yaxınlıq etməyi təklif etmişdir. O, ilk olaraq razılıq verməyib, Ülviyyədən iyrəndiyini desə də, hisslərinə qapılıb könüllü şəkildə arvadı ilə cinsi əlaqədə olmağa başlamışdır. Həmin vaxt o, qoruyucu vasitələrdən istifadə etməmiş və cinsi ehtirasını Ülviyyənin cinsi orqanına təmin etmişdir. Ülviyyəni zorlamamış, qeyri-təbii yolla cinsi əlaqədə isə ümumiyyətlə olmamışlar. Ülviyyənin məqsədinin onu sakitləşdirib, bir gün sonra isə qaçıb ondan yalan şikayət ərizəsi yazmaqdan ibarət olduğunu bildirmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Qanuni nümayəndə ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Həmçinin, o, Təqsirləndirilən şəxsla barışmadığını, Təqsirləndirilən şəxs təyin olnuacaq cəzanı məhkəməyə həvalə etdiyini qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qızı olmuşdur. Ülviyyə 2010-cu ildə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş, bu nikahdan 3 qız övladları olmuşdur. Saməddin onlara qohumdur, yəni onun dayısı oğludur. Ülviyyə əvvəl etiraz etsə də, sonradan razılıq vermiş və onlar evlənmişlər. Ailə qurduqdan sonra onlar Binə qəsəbəsində yaşamağa başlamışlar. O, Ülviyyənin ailəsində çox ciddi problemlərin olmadığını, arada bir mübahisə etdiklərini eşitmiş, son dövrlərdə isə onların münasibətləri lap kəskinləşmiş, hətta bir-iki dəfə Ülviyyə küsüb Bərdə rayonuna onun evinə də getmişdir. Həmin vaxt o, Ülviyyədən nəyin üstündə dalaşdıqlarını soruşduqda, sonuncu ailə-məişət zəminində olan problemlər səbəbindən dalaşdıqlarını demişdir. Bir müddət keçdikdən sonra Saməddin gəlib Ülviyyəni evə aparmışdır. Təxminən 5 ay əvvəl Ülviyyə qadın problemi ilə əlaqədar, həmçinin kor bağırsağından 26 saylı BŞX-da əməliyyat olmuş, əməliyyatdan əvvəl isə bir həftə xəstəxanada qalmış, belə ki, zəif olduğundan həkim müalicə almağı, sonra isə əməliyyat olunmağını tövsiyə etmişdir. Əməliyyatdan əvvəlki dövrdə xəstəxanada olarkən, Saməddin ərzaq alıb Ülviyyənin yanına getmiş, palataya daxil olarkən Ülviyyəni xəstəxanada mühafizəçi işləyən şəxs ilə birlikdə görmüş, bunun üstündə sonuncular arasında mübahisə düşmüş, həmin vaxt Saməddin DİN-nin 102 xidmətinə də məlumat vermişdir. Sonra Ülviyyə əməliyyat olunmuş, Saməddin də uşaqların xətrinə Ülviyyəni bağışlamışdır. Ancaq bundan sonra da onların arasında mübahisə olmuşdur. Hətta həmin vaxt o, arvadı Şahid1 qızının evinə yollamış ki, Ülviyyəyə baxsın və Zahidə qayıtdıqdan sonra Saməddin ilə Ülviyyənin yola getmədiklərini və boşanmaqlarının daha yaxşı olacağını demişdir. xx.xx.2022-ci il tarixdə Saməddin onlara zəng vuraraq Ülviyyənin başqa şəxslə yazışdığını, sonuncuya çılpaq şəkil, videolarını atdığını demiş, şəkilləri onların da telefonuna göndərmişdir. Ülviyyənin yazışdığı adam Rafiq adlı şəxs olmuş, ancaq sonuncuya hər yerdə Akan deyə müraciət edirmişlər. Rafiq onun baldızı İlhamənin qaynı Hüseynin oğludur. Ülviyyənin Saməddin ilə evlənməmişdən əvvəl Rafiq ilə münasibəti olmuşdur. Belə ki, o vaxt Rafiq onun qardaşı Səxavətin toyunda sağdış olmuş və toyda Ülviyyəni görmüş, bundan sonra sonuncuların münasibəti yaranmışdır. Sonra Rafiqin ailəsi onlara elçi gəlmək istəmiş, lakin Rafiqin onun qardaşının sağdışı olmasına qan qohumluğu kimi baxıldığına görə o, buna etiraz etmişdir. Həm də Rafiqin özündən bir insan kimi xoşu gəlmirmiş. Ülviyyənin istəyi olsa da, o, Rafiqin elçi gəlməsinə razılıq verməmişdir. Saməddin ilə evləndikdən sonra Ülviyyə ilə Rafiq hələ də bir-birini istəmiş, gizli münasibət saxlamışlar. Lakin o, sonuncuların münasibətlərinin nə qədər müddət davam etdiyini bilməmişdir. Rafiq ilə də o vaxtdan heç bir əlaqəsi, təması olmamış, sonuncunun harada yaşadığını, telefon nömrəsini bilmirmiş. X5 ilə sevgili münasibətində olduğunu bildikdən sonra aralarında bərk mübahisə yaranmış, bir gün sonra isə Ülviyyə polis bölməsinə gedərək, Saməddindən şikayət ərizəsi yazmış, uşaqları ilə birlikdə sığınacağa yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə o, arvadı Zahidə ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Onlar Saməddin və sonuncunun qardaşı Elməddin ilə birlikdə sığınacağa getmiş, orada Ülviyyəyə şikayəti geri götürməyini, evə qayıtmağını, hətta Bərdəyə evlərinə aparılmasını təklif etmişlər. Sonuncu dəfə Ülviyyə Saməddindən küsüb onun evinə gələndə, o, Ülviyyəyə daha qayıtmamağını demişdir. Ancaq bir müddət sonra Ülviyyə barışdığından o, əsəbiləşib qızına ona bir daha evinə gəlməməsini bildirmişdir. Ülviyyə də xəyanətinin üstü açıldıqdan sonra nə Saməddin ilə birlikdə yaşamağın mümkün olmayacağını, nə də onun qızını qəbul etməyəcəyini düşündüyündən, sığınacağa getmək qərarına gəlmişdir. Ona görə Ülviyyə heç bir yerə getmək istəmədiyini və boşanacağını demiş, Saməddin isə daha çox barışmağa meylli olmuşdur. Sonra onlar sığınacaqdan çıxmış, evlərinə getmiş, Saməddin də qardaşı ilə getmişdir. Elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Elməddin ona zəng vuraraq, Saməddinin yenidən sığınacağa gedərək Ülviyyəni orada qətlə yetirdiyini demişdir. O, əvvəl inanmamış, çünki Saməddindən belə bir hərəkət gözləmirmiş. Lakin fakt təsdiqini tapdıqdan sonra, Ülviyyənin meyitini kəfənləyib Bərdə rayonuna aparıb basdırmışlar. O, hadisənin təfərrüatlarını bilmir, yəqin ki, onların arasında sözlə mübahisə düşmüş və yekunda belə hadisə baş vermişdir. Saməddinin etdiyi hərəkətə bəraət qazandırmadığını, ancaq sonuncunun da hansı səbəbdən belə hərəkət etdiyini başa düşdüyünü və 3 azyaşlı uşaqlarına görə Saməddinə qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Şahid1 qizı ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 25 ildir ki, “Ümid yeri” xeyriyyə cəmiyyəti ictimai birliyinin təsisçisi və idarə heyətinin sədridir. Sığınacaq 1997-ci ildən Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin vaxtdan fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında o, işdə olarkən polis əməkdaşları sığmacağa bir qadın və 3 azyaşlı qız uşaqları gətirmişlər. Həmin qadının adı Ülviyyə olmuşdur. Ülviyyə ilə söhbət zamanı sonuncu əri tərəfindən döyüldüyünü, yola getmədiklərini və məcbur qalıb polisə qaçıb sığınacaq istədiyini, nəticədə uşaqları ilə buraya gətirildiyini bildirmişdir. Bir gün sonra sığınacağın psixoloqu Könül xanım ilə yenə Ülviyyə ilə söhbət edən zaman, sonuncu əvvəllər sevdiyi oğlan ilə münasibətinin olduğunu, həmin oğlanla yazışdığını, ərinin də bunu bildiyini, bunun üstündə mübahisələrinin düşdüyünü demişdir. Hadisədən bir gün əvvəl Ülviyyənin əri Təqsirləndirilən şəxs sığmacağa gəlmişdir. O, özü Saməddini qarşılamış, Saməddin ilə söhbət zamanı, sonuncu uşaqlarını görməyə gəldiyini bildirmişdir. Daha sonra Saməddin uşaqları ilə görüşmüş, həmçinin Ülviyyə ilə də söhbət etmişdir. Saməddin Ülviyyəyə evə getməyi təklif edərək sonuncunu uşaqlara görə bağışladığını demiş, lakin Ülviyyə getməyəcəyini demişdir. Bir gün sonra Saməddin, sonuncunun qardaşı Elməddin, Ülviyyənin valideynləri sığmacağa gələrək Ülviyyə ilə uzun müddət söhbət aparmış, sonuncudan Saməddindən vermiş olduğu şikayəti geri götürməsini və evinə qayıtmasını demişlər, lakin yekunda konkret bir nəticə olmamışdır. X2 ağılsızlıq edərək, sonuncunu öldürüb azadlığından məhrum olmaq və uşaqlarını yiyəsiz qoymaq istəmədiyini, Ülviyyədən boşanıb uşaqlarını da özünün saxlayacağını demişdir. Saat 18 radələrində o, məzunlar ilə görüşü olduğu üçün sığınacaqdan ayrılmış, həmin vaxt Saməddin və valideynləri hələ sığınacaqda olmuş, onlar arasında hər hansı mübahisə olmamışdır. O da, arxayın şəkildə oradan ayrılmışdır. Saat 20 radələrində sığınacaqda qalan İlhamə İbrahimova ona zəng vurub, Saməddinin yenidən sığınacağa gəldiyini və bıçaqla Ülviyyəni hədələdiyini demiş, o da, dərhal Saməddinin qarşısını almağa cəhd etmələrini demiş və polisə məlumat vermişdir. Qısa müddət sonra İlhamə yenidən zəng vurub Saməddinin Ülviyyəni bıçaqla vurduğunu bildirmiş, o da, İlhaməyə təcili tibbi yadıma zəng vurmağını demiş, özü də təcili yardım və polisə xəbər vermişdir. Həmin vaxt o, sığınacağa gedirmiş. Hadisə yerinə çatdıqda Ülviyyənin qan içində sığınacağın həyətində olduğunu görmüş və həkimlər sonuncunun öldüyünü təsdiqləmişlər. Həmin vaxt polis əməkdaşları da orada olmuşlar. Bir müddət sonra prokurorluq əməkdaşları və məhkəmə-tibbi ekspert gəlmiş və Ülviyyənin meyitini müayinə üçün aparmışlar. O, sığınacaqda hadisə barədə soruşduqda, İlhamə Saməddinin hasardan sığmacağa tullanıb mətbəx otağına daxil olduğunu, daha sonra Ülviyyənin saçından tutub həyətə çıxardığını, bıçağı da sığınacağın mətbəxindən götürdüyünü, həyətə çıxarıb binanın kənarına çəkdikdən sonra isə orada Ülviyyəni qətlə yetirdiyini demişdir. O, hadisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyini bilmir. Əlavə olaraq qeyd etmişdir ki, sığınacaqda kişi mühafizəçi yoxdur. Onlar qeyri-hökümət təşkilatı olduqlarından dövlət tərəfindən maliyyələşmə yoxdur, ona görə də əmək haqqı ödəyə bilmədiklərindən mühafizəçi də tuta bilməmişlər. Bununla bağlı o, müvafiq qurumlara məktublar da ünvanladığını bildirmişdir. Həmçinin, o, hüquqi şəxs adından Təqsirləndirilən şəxsla barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Şahid X1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərdi ki, 3 ildir ki, “Ümid yeri” uşaq sığınacağında yaşayır və axşam saatlarında uşaqlara nəzarət edir. Uşaq sığınacağı olsa da, orada həmçinin ailə problemləri yaşamış qadınlar da məskunlaşıb. O, özü də iki övladı ilə sığınacaqda yaşayır, çünki keçmiş əri spirtli içki aludəçisi olmuşdur. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında o, sığınacaqda olarkən, polis əməkdaşları sığınacağa bir qadın və 3 azyaşlı qız uşağı gətirmiş, həmin qadının adı Ülviyyə olmuşdur. Onun Ülviyyə ilə elə bir yaxın münasibəti olmamış, sadəcə əri ilə problemlərinin olduğunu eşitmiş, təfərrüatları bilməmişdir. Hadisəyə qədər o, Ülviyyənin ərini görməmişdir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında o, mətbəx otağında uşaqların yediyi yeməklərin qablarını yığışdıran zaman Ülviyyə kiçik qızının əşyasını yuyurmuş. Həmin vaxt qəflətən mətbəx otağına kişi cinsli şəxs daxil olaraq, Ülviyyənin saçından tutub çölə çıxartmış, o isə həmin kişinin kim olduğunu bilməmişdir. Sığınacağın qapısı bağlı olduğuna görə çox güman, həmin şəxs hasardan tullanıb içəri daxil olmuşdur. Həmin vaxt o, gələn şəxsin Ülviyyənin əri olduğunu başa düşmüşdür. Əri Ülviyyəyə polisə şikayət etdiyinə görə etirazını bildirmiş, Ülviyyə isə sakit durmuşdur. Həmin vaxt Ülviyyənin ərinin əlində mətbəx otağında istifadə etdikləri bıçaq olmuş, o da, həmin şəxsdən bıçağı verməyini xahiş etmiş, əks halda sığınacağın müdiri Nigar xanıma zəng vuracağını bildirmişdir. O, içəri daxil olub Nigar xanıma zəng vuran anda qəflətən Ülviyyənin qışqırtı səslərini eşitmiş, həyətə çıxanda sonuncunun qan içində, yerdə olduğunu görmüşdür. Həmin vaxt artıq Ülviyyənin huşu getmiş, sonuncunun əri isə hasardan tullanıb ərazidən çıxmışdır. O, həmin şəxsin hansı səbəbdən Ülviyyəni qətlə yetirdiyini dəqiq olaraq bilməmiş, hadisə barədə Nigar xanıma, həmçinin təcili tibbi yardıma da zəng edərək məlumat vermiş, bir qədər sonra isə təcili tibbi yardım briqadası gələrək Ülviyyənin öldüyünü təsdiqləmişlər. Daha sonra hüquq mühafizə orqanlarının əməkdaşları gələrək Ülviyyənin meyitini aparmışlar. Əlavə olaraq sığınacaqda kişi mühafizəçinin olmadığını və orada olduğu müddət ərzində birinci dəfədir ki, kriminal hadisənin baş verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 3 ildir ki, “Ümid yeri” uşaq sığınacağında psixoloq kimi fəaliyyət göstərir, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında o, işdə olarkən polis əməkdaşları sığınacağa bir qadın və 3 azyaşlı qız uşağı gətirmiş, həmin qadının adı Ülviyyə olmuşdur. Bir gün sonra o, Ülviyyə ilə söhbət edən zaman, sonuncu ailə məişət zəminində problemlərinin olduğunu, telefonda başqası ilə yazışdığını, şəkil-videolar göndərdiyini ərinin gördüyünü, bunun üstündə mübahisələrinin düşdüyünü və əri tərəfindən döyüldüyünü demişdir. Ülviyyə həmçinin yazışdığı adam ilə əvvəllər bir-birini istədiklərini, lakin ailəsinin evlənmələrinə icazə verməyini, təxminən iki ay əvvəl həmin insanla yenidən münasibət qurduğunu, bunun üstündə də əri ilə evdə sözsöhbətin yarandığını, əri evdə olmadıqda, gedib polisə müraciət edərək, uşaqları ilə birlikdə sığınacağa yerləşdirilməsini istədiyini, daha sonra isə polis əməkdaşlarının vasitəsi ilə uşaqlarla birlikdə sığınacağa gətirildiyini bildirmişdir. Ülviyyə yazışdığı şəxsin adını ona deməmiş, sadəcə subay olduğunu bildirmişdir. Hadisədən bir gün əvvəl Ülviyyənin əri Təqsirləndirilən şəxs sığınacağa gələrək sakit tərzdə ailəsini evə aparmağa gəldiyini, həmçinin arvadını başqası ilə yazışarkən tutduğunu demiş, Ülviyyə də inkar etməmişdir. Saməddin uşaqlarına görə hər şeyə göz yumduğunu demiş və Ülviyyəyə evə getməyi təklif etmiş, lakin sonuncu Saməddindən qorxduğunu deyərək getməyəcəyini bildirmişdir. Həmin vaxt onların arasında heç bir mübahisə, dava olmamışdır. Saməddin uşaqları ilə də görüşdükdən sonra çıxıb getmişdir. Bir gün sonra Saməddin, sonuncunun qardaşı Elməddin, həmçinin Ülviyyənin valideynləri də sığınacağa gələrək Ülviyyəyə Saməddindən vermiş olduğu şikayəti geri götürməsini və evinə qayıtmasını desələr də, Ülviyyə razılıq verməyərək Saməddindən boşanacağını demişdir. Yekunda yenə heç bir nəticə olmamış və onların hamısı sığınacaqdan getmişlər. Axşam saatlarında iş vaxtı qurtardıqdan sonra o, sığınacaqdan getmişdir. Bir neçə saat sonra müəssisənin müdiri Nigar xanım ona zəng vurub Saməddinin sığınacaqda Ülviyyəni bıçaqla qətlə yetirdiyini demişdir. O, hadisə barədə maraqlandıqda, Saməddinin axşam saatlarında yenə sığınacağa gəldiyini, hasardan tullandığını, çox güman Ülviyyəni razı salmağa çalışdığını, lakin sonuncu razılıq vermədiyindən Ülviyyəni öldürdüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Arvadı Şahid7 2017-ci ildə dünyasını dəyişmiş, o da, həmin vaxtdan Saməddinin evində qalırmış. Saməddin 2010-cu ildə Ülviyyə ilə ailə həyatı qurmuşdur. Ülviyyə həm də onun bacısı nəvəsi olmuşdur. Həmin evlilikdən sonuncuların 3 qız övladı dünyaya gəlmişdir. Aİlə həyatı qurduqdan sonra onlar birlikdə Binə qəsəbəsində yaşamağa başlamışlar. O, oğlunun ailəsində çox ciddi problemlərin olduğunu eşitməmiş, arada bir mübahisə etdiklərini eşitmişdir. Təxminən 5 ay əvvəl Ülviyyə qadın problemi ilə əlaqədar, həmçinin kor bağırsağından 26 saylı BŞX-da əməliyyat olmuş, əməliyyatdan əvvəl isə bir həftə xəstəxanada qalmış, belə ki, zəif olduğundan həkim müalicə almağı, sonra isə əməliyyat olunmağını tövsiyə etmişdir. Əməliyyatdan əvvəlki dövrdə xəstəxanada olarkən, Elməddin ərzaq alıb Ülviyyənin yanına getmiş, palataya daxil olarkən Ülviyyəni xəstəxanada mühafizəçi işləyən Əliyar Məlikzadə ilə öpüşən vəziyyətdə görmüşdür. Həmin vaxt Əliyar dərhal palatadan qaçmış, Ülviyyə isə səhv hərəkət etdiyini deyərək uşaqlara görə bağışlanmasını işləmişdir. Saməddin həmin vaxt DİN-nin 102 xidmətinə də məlumat vermiş, Ülviyyə əməliyyat olunduqdan sonra isə uşaqların xətrinə sonuncunu bağışlamışdır, bu haqda ona Saməddin özü danışmışdır. Buna baxmayaraq, o, oğlunun ailəsinin dağılmaması üçün Ülviyyənin tərəfini tutmuşdur. Bir müddət sonra xx.xx.2022-ci il tarixdə, axşam saatlarında o, evdə olarkən qəflətən səs-küy yaranmışdır. O, Saməddindən nə baş verdiyini soruşduqda, sonuncu Ülviyyənin başqa oğlanla sevgili kimi danışaraq həmin oğlana çılpaq şəkil, videolar göndərdiyini demişdir. O, bu haqda Ülviyyədən soruşduqda, sonuncu başını aşağı salıb səhv hərəkət etdiyini demişdir. Ülviyyə Saməddin ilə evlənməmişdən əvvəl yazışdığı şəxs ilə sevgili münasibətində olmuş, lakin həmin şəxs Ülviyyənin əmisinin toyunda sağdış olduğundan, Ülviyyənin ailəsi onların evlənməsinə razı olmamışdır. xx.xx.2022-ci ii tarixdə, günorta saatlarında uşaqlardan Ülviyyənin harada olduğunu soruşduqda, onlar analarının həyətə çıxdığını demişlər. O, həyətə çıxdıqda isə Ülviyyəni tapa bilməmişdir. Saməddin isə həmin vaxt işdə olmuşdur. Bir müddət sonra polis əməkdaşları evə gələrək Ülviyyənin bölmədə şikayət ərizəsi yazaraq, Saməddinin Ülviyyəyə təcavüz etdiyini, sığınacağa yerləşdirilməsini və uşaqlarını da yanında istədiyini bildirdiyini demişlər və uşaqları da götürüb sığınacağa aparmışlar. O da, Saməddinə zəng vurub bu haqda məlumat vermiş, sonuncu bölməyə gedərək izahat vermişdir. O, bu haqda Saməddindən soruşduqda, sonuncu belə halların olmadığını, Ülviyyəyə təcavüz etmədiyini demişdir. O, həmçinin Saməddinə Ülviyyədən boşanmağını demişdir. Saməddin razılıq versə də, o, oğlunun Ülviyyəni sevdiyindən ayrılmaq istəmədiyini hiss etmişdir. xx.xx.2022-ci il tarixdə Ülviyyənin valideynləri Bərdə rayonundan Bakı şəhərinə gəlmiş, belə ki, Saməddin onlara Ülviyyənin xəyanəti barədə məlumat vermişdir. Onlar birlikdə sığınacağa getmiş, o isə evdə qalmışdır. Orada Ülviyyə ilə söhbət zamanı hər kəs Ülviyyənin şikayəti geri götürməyini, evə qayıdıb uşaqlara baxmağını demiş, lakin Ülviyyə ərizəsini geri götürməyəcəyini demişdir. Saat 20 radələrində Saməddin yenə sığınacağa getmiş, orada Ülviyyə ilə söhbət zamanı aralarında mübahisə yaranmış və nəticədə Saməddin Ülviyyəni bıçaqla qətlə yetirmişdir. Hadisə barədə o, Saməddinin özündən xəbər tutmuşdur. Belə ki, Saməddin ona zəng vurub namusunu təmizlədiyini, Ülviyyəni öldürdüyünü, polisə məlumat verdiyini və təslim olacağını demiş, o da, digər oğlu Elməddin ilə birlikdə dərhal hadisə yerinə getmişdir. Onlar hadisə yerinə çatdıqda polis əməkdaşları artıq oraya gəlmiş, Saməddin isə polis şöbəsində olmuşdur. Daha sonra onlar MTE və PAB-nin Xəzər rayon şöbəsinə gələrək Ülviyyənin meyitini təhvil almış və Bərdə rayonuna aparmışlar. O, Saməddinin Ülviyyəni qısqanclıq zəminində, sonuncunun oğluna xəyanət etməsi səbəbindən öldürdüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid9 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etmişdir. Əlavə olaraq Şahid5 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə arvadının telefonuna baxarkən, Zərərçəkmiş şəxs “Whats app” platformasında Şahid8 sevgi mesajları, o cümlədən özünün intim xarakterli şəkil və videolarını göndərdiyini görmüş və bundan qəzəblənərək qohumlara məlumat vermişdir. Sonra isə arvadının telefonunda olan məlumatları ona göndərərək, həmin məlumatları Zərərçəkmiş şəxs telefonundan silib mobil telefonu satmışdır. O isə qeyd olunan məlumatları bir ədəd diskə köçürərək istintaq orqanına təqdim etmək qərarına gəlmişdir. Şahid8 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, onun adı Vaqifdir, Rafiq isə qardaşıdır. Həmçinin yaxınları ona “Akan” deyə müraciət edirlər. O, mərhum Zərərçəkmiş şəxs 10 ildən çoxdur ki, tanıyırmış. Belə ki, o, Ülviyyənin əmisi Səxavət ilə dostluq münasibətində olmuş və sonuncunun Bərdə rayonunda toyu olarkən, o, Beyləqan rayonundan Bərdəyə getmiş və bəyin sağdışı olmuşdur. Ülviyyə isə həmin vaxt gəlinin yanında durmuş, o da, sonuncunu ilk dəfə elə həmin vaxt görmüşdür. Onlar bir-birini bəyəndikləri üçün bir-birinin nömrələrini götürüb telefon vasitəsi ilə əlaqə saxlamağa başlamışlar. Bir neçə aydan sonra isə o, Ülviyyənin atası Sədrəddinin evinə elçi göndərmiş, lakin onlar razılıq verməmişlər. Bir müddət sonra isə o, Ülviyyənin Saməddin adlı şəxs ilə evləndirildiyini eşitmiş və həmin vaxtdan sonra Ülviyyə ilə heç bir əlaqəsi olmamışdır. 2020-ci ilin oktyabr-noyabr aylarında ona “İnstagram” platformasında bir xanım yazıb nömrəsini istəmiş, o da, nömrəsini verdikdən sonra ona zəng gəlmiş, cavab verəndə həmin xanımın Ülviyyə olduğunu bilmişdir. Onlar bir müddət telefonda danışmışlar, Ülviyyə həyatından narazı olduğunu, Saməddin ilə ailəsinin təkidi ilə evləndiyini və sonuncu ilə münasibət saxlamaq istədiyini demiş, o da, ilk olaraq buna qarşı olmuş, lakin özündə də Ülviyyəyə qarşı istək olduğundan sonuncu ilə əlaqə saxlamağa başlamış, mütəmadi olaraq telefon vasitəsi ilə danışmışlar. O, həmçinin Ülviyyə ilə görüşüb bir yerdə vaxt keçirmiş, cinsi əlaqədə olurmuşlar. Onlar, əsasən, otelə gedirmişlər, Binə qəsəbəsində tez-tez gorüşürmüşlər. Onların münasibətlərindən heç kimin xəbəri olmamışdır. Danışan zaman Ülviyyə tez-tez ailə vəziyyətindən narazılıq edirmiş, Saməddini istəmədiyini, sonuncudan boşanacağını deyirmiş, lakin öz ailəsi Ülviyyənin boşanmağına qarşı olmuşdur. Onun Ülviyyə ilə ciddi münasibət qurmaq fikri olmamış və yaxınlarda nişanlanacağı barədə sonuncunun özünə də demişdir. Ülviyyə də onunla yalnız subay vaxtı münasibət saxlayacağını, o ailə qurduqdan sonra isə əlaqələri kəsəcəyini demişdir. O, Beyləqan rayonunda yaşayır və işlə əlaqədar Bakıya gələrkən, Ülviyyə ilə görüşür, qalan vaxtlar isə telefon vasitəsi ilə əlaqə saxlayırmış. “Whats app” platformasında yazışan zaman o, Ülviyyədən çılpaq şəkil və videolar istəmiş, sonuncu da çılpaq şəkillərini ona göndərmişdir. O, sonuncu dəfə Ülviyyə ilə nə vaxt görüşdüyünü xatırlamırmış. Sonuncu dəfə Ülviyyə ilə xx.xx.2022-ci il tarixdə telefon vasitəsilə əlaqə saxlamış, həmin gün də Ülviyyə ona çılpaq və alt paltarında şəkillər göndərmişdir, Elə həmin gün də Ülviyyənin əri Saməddin onların yazışmalarını bilmişdir. Daha sonra ona başqa nömrədən mesajlar gəlmiş və o, yazan şəxsin Saməddin olduğunu bilmişdir. Saməddin onu söyərək arvadı ilə münasibətlərindən xəbərdar olduğunu yazmışdır. Həmin vaxt o, Beyləqan rayonunda olmuş, bir gün sonra isə Ülviyyənin rayonda yaşayan qohumlarından sonuncunun evdən qaçaraq Saməddin barəsində polisə şikayət ərizəsi yazdığını və sığınacağa yerləşdirildiyini eşitmişdir. Həmin günlərdə artıq Ülviyyə ilə heç bir əlaqəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə o, Ülviyyənin qohumlarından sonuncunun Saməddin tərəfindən bir gün əvvəl sığınacaqda qətlə yetirildiyini eşitmişdir. Çox güman Saməddinin Ülviyyəni xəyanət üzündən öldürdüyünü, başqa səbəb bilmədiyini qeyd etmişdir. Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 4-cü sinifdə oxuyur. Zərərçəkmiş şəxs onun doğma anası olmuş, Təqsirləndirilən şəxs isə atasıdır. O, evin böyük uşağıdır, ortancıl bacısı Gülüstanın 8 yaşı, kiçik bacısı Zəhranın isə 2 yaşı var. Onlar birlikdə Binə qəsəbəsində yaşayırmışlar. Əvvəllər anası ilə atasının arasında ailə daxili münaqişələr olsa da, ciddi hallar olmamışdır. O, günorta saatlarında məktəbdə, atası isə işdə olurmuş. Axşam saatlarında evdə olarkən də valideynlərinin dalaşdıqlarını görməmiş, yəni onların yanında belə hallar olmamışdır. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında ata və anasının arasında mübahisə yaranmışdır. Belə ki, o, birinci günlər məktəbdən tez çıxır, anası da adətən bunu səhv bilib dalınca gec gəlir. Buna görə də həmin gün atası anasına əsəbiləşmişdir. Həmin mübahisə bitdikdən sonra onlar yatmış, səhər durduqda, atası Saməddin işləri ilə əlaqədar çıxıb getmiş, anası isə evdə olmuşdur. Sonra anası Ülviyyə ona ayaqyoluna gedəcəyini bildirmiş və həyətə çıxmış, belə ki, ayaqyolu həyətdə yerləşirmiş. Anası həyətə çıxdıqdan sonra isə qayıtmamışdır. Daha sonra onlarla qalan ata tərəfdən olan Musa babası ondan anasının harada olduğunu soruşmuş, o, anasının ayaqyoluna getdiyini, lakin qayıtmadığını bildirmişdir. Babası axtarsa da, onun anası Ülviyyəni tapa bilməmişdir. Bir müddət sonra polis əməkdaşları evə gələrək, analarının polisə müraciət edərək, atasından şikayət etdiyini, sığınacağa yerləşdirilməsini və onların da yanına gətirilməsini istədiyini demişlər. Polis əməkdaşları onları polis şöbəsinə aparmış, onlar oraya çatdıqda anasının da orada olduğunu görmüş, daha sonra isə polis əməkdaşları onları sığınacağa yerləşdirmişlər. Sığınacaqda olan zaman o, anasından niyə buraya gəldiklərini soruşduqda, anası Ülviyyə ona böyüyəndə danışacağını demiş, başqa bir məlumat verməmişdir. Sonra atası Saməddin sığınacağa gəlmiş və anasına evə qayıtmağı demiş, lakin anası Ülviyyə razılaşmamışdır. Bir gün sonra ana tərəfdən babası Sədrəddin və nənəsi Zahidə də sığınacağa gələrək anasına qayıtmağı, hətta Bərdə rayonuna, atası evinə getməyini təklif etmiş, anası Ülviyyə fikirləşəcəyini demişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, axşam saatlarında onlar sığınacaqda oynayan zaman, anası Ülviyyə mətbəx otağında olmuşdur. Daha sonra o, atasının yenə sığınacağa gəldiyini və anasını öldürdüyünü eşitmişdir. Şahid7 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid6 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs alt paltarında bir neçə şəkillər, həmçinin sinəsi açıq formada qarşı tərəfə video göndərir. Bundan əlavə hər iki tərəf bir-birinə sevgi etirafları edərək, bir- birindən ötrü darıxdıqları məzmunlu səs yazıları və mesajlar göndərir. Həmçinin Zərərçəkmiş şəxs göndərilmiş videoda olan kişi cinsli şəxsin Şahid8 olduğu aşkar edilmişdir. Cinayət işinin 2-ci cildinin 1-11-ci vərəqlərində olan məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 39 nömrəli rəyindən görünür ki, mərhum 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağ ağciyərin orta payının zədələnməsi, kəskin qanitirmə ilə müşayət olunan döş qəfəsinin arxa səthinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sifətin sol yarısının (1 ədəd), sol bazunun yuxarı üçdə birinin bayır səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sol bazunun aşağı üçdə birinin bayır səthinin (1 ədəd), sol saidin orta üçdə birinin ön-iç səthinin (1 ədəd), sol əlin ovuc səthinin (1 ədəd), sol əlin arxa səthinin (1 ədəd), sol körpücük nahiyəsinin (1 ədəd), döş qəfəsinin sol yan səthinin orta üçdə birinin (1 ədəd), döş qəfəsinin sağ yan səthinin orta üçdə birinin (1 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin (1 ədəd), sol kürəyin (2 ədəd), sol kürəkaltı nahiyənin (1 ədəd), sağ baldırın yuxarı üçdə birinin bayır səthinin (1 ədəd), sağ baldırın orta üçdə birinin arxa səthinin (1 ədəd), deşilmiş-kəsilmiş yaralan (cəmi 16 ədəd); sağ dirsək nahiyəsinin sıyrığı (1 ədəd); sol budun aşağı üçdə birinin ön səthinin (1 ədəd), sol baldırın yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sağ baldırın yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sol baldırın orta üçdə birinin arxa səthinin (1 ədəd) qançırları (cəmi 4 ədəd). Qeyd olunan deşilmiş-kəsilmiş yaraları (cəmi 18 ədəd) deşici-kəsici alətin (alətlərin) təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər; sağ dirsək nahiyəsinin sıyrığı (cəmi 1 ədəd) küt əşya təsirindən ölümdən az əvvəl törənmiş, həyatidir, törənmə müddəti onun meyitinin meyitxanada məhkəmə-tibbi müayinəsindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixə; sol budun aşağı üçdə birinin ön səthinin, sol baldırın yuxarı üçdə birinin ön səthinin, sağ baldırın yuxarı üçdə birinin ön səthinin, sol baldırın orta üçdə birinin arxa səthinin qançırları (cəmi 4 ədəd) isə küt əşya (əşyalar) təsirindən törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvələ uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən - Döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birinin daxilə döş boşluğuna nüfuz edən və sol ağciyərin aşağı payının zədolonməsi, kəskin qanitirmə ilə müşayət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti sağdan az sola, öndən arxaya, yuxarıdan az aşağıyadır, yara kanalının uzunluğu təxminən 7-8 smdir. Döş qəfəsinin arxa səthinin daxilə - döş boşluğuna nüfuz edən sağ ağciyərin orta payının zədələnməsi, kəskin qanitirmə ilə müşayət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti arxadan önə, sağdan az sola, yuxandan az aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Döş qəfəsinin ön səthinin, döş qəfəsinin arxa səthinin daxilə döş boşluğuna nüfuz edən, sağ ağciyərin orta payının və sol ağciyərin aşağı payının zədələnmələri, kəskin qanitirmə ilə müşayət olunan 2 ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sifətin sol yarısının (1 ədəd), sol bazunun yuxarı üçdə birinin bayır səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sol bazunun aşağı üçdə birinin bayır səthinin (1 ədəd), sol saidin orta üçdə birinin Ön-iç səthinin (1 ədəd), sol əlin ovuc səthinin (1 ədəd), sol əlin arxa səthinin (1 ədəd), sol körpücük nahiyəsinin (1 ədəd), döş qəfəsinin sol yan səthinin orta üçdə birinin (1 ədəd), döş qəfəsinin sağ yan səthinin orta üçdə birinin (1 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının aşağı üçdə birinin (1 ədəd), sol kürəyin yuxarı-bayır hissəsinin (2 ədəd), sol kürəkaltı nahiyənin (1 ədəd), sağ baldırın yuxarı üçdə birinin bayır səthinin (1 ədəd), sağ baldırın orta üçdə birinin arxa səthinin (1 ədəd), deşilmiş-kəsilmiş yaraları (cəmi 16 ədəd) həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur, canlı şəxslərdə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağir dərəcəli zərərvurma əlamətlərinə; ayrı-ayrılıqda isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə canlı şəxslərdə sağlamlığa yüngül dərəcəli xəsarətlərin zərərvurma əlamətlərinə malikdirlər. Sağ dirsək nahiyəsinin sıyrığı (1 ədəd), sol budun aşağı üçdə birinin ön səthinin (1 ədəd), sol baldırın yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sağ baldırın yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sol baldırın orta üçdə birinin arxa səthinin (1 ədəd) qançırları (cəmi 5 ədəd) istər birlikdə, istərsə də ayrıayrılıqda, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ və sol ağciyərin zədələnmələri nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan deşilmiş-kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar olunmuş sıyrıq, qançırların müxtəlif şəraitlərdə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqla eləcə də, o tipli digər bıçaqlarla yetirilə bilərdi. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarı oturaq, yarı uzanıqlı və s. ola bilərdi). Mərhum Zərərçəkmiş şəxs meyitinin uşaqlıq yolu və arxa keçəcəyindən götürülmüş tamponda spermotozoidlər aşkar edilmişdir (məhkəmə-bioloji müayinə aktı № 9/50, xx.xx.2022). Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfınktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsarətlər uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 971/K, xx.xx.2022). Mərhum Zərərçəkmiş şəxs xarici və daxili müayinəsində onun hərhansı bir xəstəlikdən əziyyət çəkməsi əlamətləri aşkar edilmədi. Cinayət işinin 1-ci cildinin 86-88-ci vərəqlərində olan məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 279 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinin 12-18-ci vərəqlərində olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 206/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A- beta/H//İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A-beta/İİ/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus kofta, ev şalvarı, idman şalvarı, baş örtüyü, mayka, büstqalter, trusik, bir cüt idman ayaqqabısı, Təqsirləndirilən şəxs məxsus palto, köynək, şalvar, bir cüt ayaqqabı, bıçaq üzərində və hadisə yerindən 3 ədəd pambıq çubuq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qana qrup mənsubiyyəti tədqiq olunduqda A və H antigenləri və həmçinin əksər ləkələrdə beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta İH1İW! qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi üzrə inkar olunmur (əgər onda hadisə zamanı qanaxma ilə müşayət olunan xəsarətlər olubsa). Təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus kofta, ev şalvarı, idman şalvarı, baş örtüyü, mayka, büstqalter, trusik, bir cüt idman ayaqqabısı, Təqsirləndirilən şəxs məxsus palto, köynək, şalvar, bir cüt ayaqqabı, bıçaq üzərində və hadisə yerindən 3 ədəd pambıq çubuq üzərinə hopdurulub götürülmüş maddə ləkələri qadın genetik cinsinə mənsubdur. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus bir cüt corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işinin 2-ci cildinin 19-25-ci vərəqlərində olan məhkəmə tibbi kriminalistik və kriminalistik ekspertizasının 13.05,2022-ci il tarixli, 163/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol nahiyəsində üç ədəd, ön səthinin sağ nahiyəsində bir ədəd, sol qolun arxa nahiyəsində dörd ədəd, arxa sol tikişi üzərində bir ədəd, arxa səthinin sol nahiyəsində üç ədəd; maykanın ön səthinin sol nahiyəsində iki ədəd, ön səthinin sağ nahiyəsində bir ədəd, arxa səthinin sol nahiyəsində bir ədəd; büstqalterin arxa səthinin sol nahiyəsində bir ədəd; idman şalvarının Ön səthinin sağ aşağı səthində bir ədəd; fınkanın ön səthinin sağ ayağının aşağı səthində bir ədəd və sağ yan tikişi üzərində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdi, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus hicab, tuman, bir cüt corab və bir cüt idman ayaqqabısı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltonun daxili sağ yan tikişi üzərində bir ədəd və sol yan tikişi üzərində bir ədəd aşkar edilmiş cırılma zədələri paltonun müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs qətlə yetirərkən istifadə etdiyi bıçağı tanımışdır. Cinayət işinin 2-ci cildinin 26-30-cu vərəqlərində olan kompleks ambulator məhkəməpsixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 870 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatriya ekspertizası üzrə Təqsirləndirilən şəxs halhazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs ünsiyyətçillik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri ilə deyil, hadisə zamanı keçirdiyi emosional vəziyyətinə görə qərarın təsviri hissəsində göstərilən əməli törədə bilərdi. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən əvvəl psixi-emosional vəziyyəti normaya uyğun olmuşdur. Hadisəni törətməzdən əvvəlki dövrdə o, həyat yoldaşının ona dəfələrlə xəyanət etməsini öyrənmiş, bununla bağlı aralarında mübahisələr baş vermiş, sonuncu dəfə həyat yoldaşı evdən qaçıb polis şöbəsinə gedərək əri tərəfindən döyülməsi, təcavüz edilməsi barədə yalan yerə şikayət ərizəsi yazmış, sığınacağa yerləşdirilmiş, bundan sonra ona hər kəsdən imtina etdiyini, sərbəst yaşamaq istədiyini söyləmiş, hadisə baş verən gün o, təkrar həyat yoldaşı Zərərçəkmiş şəxs ilə danışaraq ərizəsini geri götürmək üçün sonuncu ilə razılığa gətirmək məqsədilə sığınacağa getmiş, orada olan söhbət zamanı aralarında mübahisə yaranmış, mübahisə əsnasında Ülviyyənin ona qulaq asmayaraq baş verənlərdə onu günahlandırması səbəbindən hiss və yaşantıları dərinləşərək Təqsirləndirilən şəxs emosional sferasında qəzəblilik, hirslilik, gərginlik kimi hallar yaratmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman ekstremal psixi vəziyyətdə olmamışdır, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan protokollardan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli baş örtüyü, bir ədəd qara rəngli ağ zolaqları olan uzunqol kofta, bir ədəd qırmızı rəngli mayka, bir ədəd qara rəngli yandan sarı zolaqları olan şalvar, bir ədəd qara-qırmızı xırda gülləri olan fınka, bir ədəd qırmızı rəngli lifçik, bir ədəd çəhrayımtıl rəngli trusik, bir cüt qara rəngli corab, bir cüt ağ rəngli idman ayaqqabısı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli cins şalvar, bir ədəd mavi rəngli gödəkçə, bir ədəd qara rəngli qısa palto, bir cüt qara rəngli ayaqqabı və hadisə yerindən götürülmüş üzərində qana bənzər ləkələr olan bir ədəd qatlanmayan tipli bıçaq və 3 ədəd üzərində qana bənzər maddələr olan DNT çubuğu maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. Eləcə də maddi sübut hesab edilən Şahid5 təqdim etdiyi bir ədəd CD-R disk iş üzrə iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.1-ci maddəsi ilə bağlı ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin materiallarında olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşaqların olması, həmin Məcəllənin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərər çəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, CM-in 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Maddi sübut olaraq Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanılan - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli baş örtüyü, bir ədəd qara rəngli ağ zolaqları olan uzunqol kofta, bir ədəd qırmızı rəngli mayka, bir ədəd qara rəngli yandan sarı zolaqları olan şalvar, bir ədəd qara-qırmızı xırda gülləri olan fınka, bir ədəd qırmızı rəngli lifçik, bir ədəd çəhrayımtıl rəngli trusik, bir cüt qara rəngli corab, bir cüt ağ rəngli idman ayaqqabısı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli cins şalvar, bir ədəd mavi rəngli gödəkçə, bir ədəd qara rəngli qısa palto, bir cüt qara rəngli ayaqqabı və hadisə yerindən götürülmüş üzərində qana bənzər ləkələr olan bir ədəd qatlanmayan tipli bıçaq və 3 ədəd üzərində qana bənzər maddələr olan DNT çubuğu məhv edilməlidir. İstintaq zamanı Şahid5 təqdim etdiyi bir ədəd CD-R diskə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olaraq Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanılan - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli baş örtüyü, bir ədəd qara rəngli ağ zolaqları olan uzunqol kofta, bir ədəd qırmızı rəngli mayka, bir ədəd qara rəngli yandan sarı zolaqları olan şalvar, bir ədəd qara-qırmızı xırda gülləri olan fınka, bir ədəd qırmızı rəngli lifçik, bir ədəd çəhrayımtıl rəngli trusik, bir cüt qara rəngli corab, bir cüt ağ rəngli idman ayaqqabısı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli cins şalvar, bir ədəd mavi rəngli gödəkçə, bir ədəd qara rəngli qısa palto, bir cüt qara rəngli ayaqqabı və hadisə yerindən götürülmüş üzərində qana bənzər ləkələr olan bir ədəd qatlanmayan tipli bıçaq və 3 ədəd üzərində qana bənzər maddələr olan DNT çubuğu məhv edilsin. İstintaq zamanı Şahid5 təqdim etdiyi bir ədəd CD-R diskə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 üçün 300 AZN (üç yüz) fəaliyyət göstərdiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar