Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-168/2025 10.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X27 və X24, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, orta təhsilli, subay, himayəsində 01 (bir) azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(006)-3/2024 nömrəli hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1985-ci il tarixdə Ağdam rayonunda doğulmuş, orta təhsilli, evli, himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(062)-40/2022 nömrəli hökmü ilə təyin edilmiş 6000 manat cərimə cəzasını icra etmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(051)- 57/2023 nömrəli qərarı ilə əvəz edilmiş 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzası olan və məhkumluğu olmayan, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3n nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə, xx xxxx 1988-ci il tarixdə Ağdam rayonunda doğulmuş, orta təhsilli, evli, himayəsində 02 (iki) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 4qa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 10 mart 2025-ci il tarixdə, saat 14:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrar dələduzluq cinayətini törətmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən əldə edəcəkləri pul vəsaitlərini aralarında böləcəklərinə dair razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar “turbo.az” avtomobil alğı-satqı saytında özlərinə məxsus olmayan, şəkillərini internetdən əldə etdikləri **-DR-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili öz avtomobilləri kimi təqdim edib real bazar qiymətindən ucuz qiymətə satılması ilə bağlı elan yerləşdirərək həmin nəqliyyat vasitəsini almaq məqsədilə müraciət edən Zərərçəkmiş şəxs2 elandakı avtomobili almaq istəyən şəxslərin sayının çox olduğunu yalandan bildirərək heç kimə satmamaları üçün onun beh adı ilə 25 yanvar 2023-cü il tarixdə istifadələrində olan +994-70-368-48-18 saylı mobil telefon nömrəsinin “kassam” elektron ödəniş sistemindəki hesabına Astara rayonu, Şüvi kəndindəki marketdə quraşdırılmış “million” ödəniş terminalından göndərdiyi hissə-hissə olmaqla, ümumilikdə 500 manat və 25 yanvar 2023-cü il tarixdə istifadələrində olan +994-70-368-48-18 saylı mobil telefon nömrəsinin “mpay” elektron ödəniş sistemindəki hesabına Biləsuvar rayonu, Səmədabad kəndində “Turabov” marketdə quraşdırılmış “e-manat” ödəniş terminalından göndərdiyi 300 manat olmaqla, ümumilikdə 800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirərək Zərərçəkmiş şəxs2 800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən əldə edəcəkləri pul vəsaitlərini aralarında böləcəklərinə dair razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar “turbo.az” avtomobil alğı-satqı saytında özlərinə məxsus olmayan, şəkillərini internetdən əldə etdikləri **-GT-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili öz avtomobilləri kimi təqdim edib real bazar qiymətindən ucuz qiymətə satılması ilə bağlı elan yerləşdirərək həmin nəqliyyat vasitəsini almaq məqsədilə müraciət edən Zərərçəkmiş şəxs1 elandakı avtomobili almaq istəyən şəxslərin sayının çox olduğunu yalandan bildirərək heç kimə satmamaları üçün onun beh adı ilə 30 yanvar 2023-cü il tarixdə saat 13:55-də istifadələrində olan +994-55-594-03-65 saylı mobil telefon nömrəsinin “mpay” elektron ödəniş sistemindəki hesabına Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanında yerləşən “Zeytun” marketdə quraşdırılmış “e-manat” ödəniş terminalından göndərdiyi 750 manat və 30 yanvar 2023-cü il tarixdə saat 15:27-də ünvan 6 ünvanında yerləşən “Qədirxum” marketdə quraşdırılmış “e-manat” ödəniş terminalından göndərdiyi 350 manat olmaqla, ümumilikdə 1100 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirərək Zərərçəkmiş şəxs1 1100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 6,075 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 7 ünvanın qarşısına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 18 aprel 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 12:40-da qeyd edilən ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, həmin Baş İdarədə saat 14:32-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,075 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrar dələduzluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “turbo.az” avtomobil alğı-satqı saytında özünə məxsus olmayan, şəkillərini internetdən əldə etdiyi “Vaz 2106” markalı avtomobili öz avtomobili kimi təqdim edib real bazar qiymətindən ucuz qiymətə satılması ilə bağlı elan yerləşdirərək həmin avtomobili almaq məqsədilə müraciət edən Zərərçəkmiş şəxs3 elandakı avtomobili almaq istəyən şəxslərin sayının çox olduğunu yalandan bildirərək heç kimə satmaması üçün onun beh adı ilə 27 sentyabr 2021-ci il tarixdə saat 15:28:44 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən “Al Market” adlı mağazada quraşdırılmış “million” ödəmə terminalından 3000 manat məbləğində pul vəsaitinin istifadəsində olan "xxxx" ASC-ə məxsus 4169-7385-7063-2962 nömrəli bank kartı hesabına köçürülməsinə nail olub Zərərçəkmiş şəxs3 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “turbo.az” avtomobil alğı-satqı saytında özünə məxsus olmayan, şəkillərini internetdən əldə etdiyi “Vaz 2106” markalı avtomobili öz avtomobili kimi təqdim edib real bazar qiymətindən ucuz qiymətə satılması ilə bağlı elan yerləşdirərək həmin avtomobili almaq məqsədilə müraciət edən Zərərçəkmiş şəxs4 elandakı avtomobili almaq istəyən şəxslərin sayının çox olduğunu yalandan bildirərək heç kimə satmaması üçün onun beh adı ilə 01 noyabr 2022-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ərzaq mağazasında quraşdırılmış “emanat” ödəmə terminalından hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 1500 manat məbləğində pul vəsaitinin istifadəsində olan +994-55-683-53-66 saylı mobil telefon nömrəsinin “mpay” elektron ödəniş sistemindəki hesabına köçürülməsinə nail olub Zərərçəkmiş şəxs4 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən əldə edəcəkləri pul vəsaitlərini aralarında böləcəklərinə dair razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar “turbo.az” avtomobil alğısatqı saytında özlərinə məxsus olmayan, şəkillərini internetdən əldə etdikləri **-GT-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili öz avtomobilləri kimi təqdim edib real bazar qiymətindən ucuz qiymətə satılması ilə bağlı elan yerləşdirərək həmin nəqliyyat vasitəsini almaq məqsədilə müraciət edən Zərərçəkmiş şəxs1 elandakı avtomobili almaq istəyən şəxslərin sayının çox olduğunu yalandan bildirərək heç kimə satmamaları üçün onun beh adı ilə 30 yanvar 2023-cü il tarixdə saat 13:55-də istifadələrində olan +99***-***- **-** saylı mobil telefon nömrəsinin “mpay” elektron ödəniş sistemindəki hesabına Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanında yerləşən “Zeytun” marketdə quraşdırılmış “e-manat” ödəniş terminalından göndərdiyi 750 manat və 30 yanvar 2023-cü il tarixdə saat 15:27-də ünvan 6 ünvanında yerləşən “Qədirxum" marketdə quraşdırılmış “e-manat” ödəniş terminalından göndərdiyi 350 manat olmaqla, ümumilikdə 1100 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirərək Zərərçəkmiş şəxs1 1100 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən əldə edəcəkləri pul vəsaitlərini aralarında böləcəklərinə dair razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar “turbo.az” avtomobil alğı-satqı saytında özlərinə məxsus olmayan, şəkillərini internetdən əldə etdikləri **-DR-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili öz avtomobilləri kimi təqdim edib real bazar qiymətindən ucuz qiymətə satılması ilə bağlı elan yerləşdirərək həmin nəqliyyat vasitəsini almaq məqsədilə müraciət edən Zərərçəkmiş şəxs2 elandakı avtomobili almaq istəyən şəxslərin sayının çox olduğunu yalandan bildirərək heç kimə satmamaları üçün onun beh adı ilə 25 yanvar 2023-cü il tarixdə istifadələrində olan +994-70-368-48-18 saylı mobil telefon nömrəsinin “kassam” elektron ödəniş sistemindəki hesabına Astara rayonu, Şüvİ kəndindəki marketdə quraşdırılmış “million” ödəniş terminalından göndərdiyi hissə-hissə olmaqla, ümumilikdə, 500 manat və 25 yanvar 2023-cü il tarixdə istifadələrində olan +994-70-368-48-18 saylı mobil telefon nömrəsinin “mpay” elektron ödəniş sistemindəki hesabına Biləsuvar rayonu, Səmədabad kəndində “Turabov” marketdə quraşdırılmış “e-manat” ödəniş terminalından göndərdiyi 300 manat olmaqla, ümumilikdə, 800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirərək Zərərçəkmiş şəxs2 800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən əldə edəcəkləri pul vəsaitlərini aralarında böləcəklərinə dair razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar “turbo.az” avtomobil alğı-satqı saytında özlərinə məxsus olmayan, şəkillərini internetdən əldə etdikləri **-GT-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili öz avtomobilləri kimi təqdim edib real bazar qiymətindən ucuz qiymətə satılması ilə bağlı elan yerləşdirərək həmin nəqliyyat vasitəsini almaq məqsədilə müraciət edən Zərərçəkmiş şəxs1 elandakı avtomobili almaq istəyən şəxslərin sayının çox olduğunu yalandan bildirərək heç kimə satmamaları üçün onun beh adı ilə 30 yanvar 2023-cü il tarixdə saat 13:55-də istifadələrində olan +994-55-594-03-65 saylı mobil telefon nömrəsinin “mpay” elektron ödəniş sistemindəki hesabına Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanında yerləşən “Zeytun” marketdə quraşdırılmış “e-manat” ödəniş terminalından göndərdiyi 750 manat və 30 yanvar 2023-cü il tarixdə saat 15:27-də ünvan 6 ünvanında yerləşən “Qədirxum” marketdə quraşdırılmış “e-manat” ödəniş terminalından göndərdiyi 350 manat olmaqla, ümumilikdə 1100 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirərək Zərərçəkmiş şəxs1 1100 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 178.2.1-ci, 178.2.2-ci və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, işləmədiyinə, səhhəti ilə bağlı problemləri olduğuna görə pula ehtiyacı olduğundan, dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birgə “Turbo.az” elan saytına internetdən şəkillərini götürdükləri avtomobilləri real bazar qiymətindən xeyli aşağı qiymətə yerləşdirmiş, avtomobilləri almaq istəyən şəxslər onlarla əlaqə saxladıqda həmin şəxslərdən beh alaraq pullarını ələ keçirmişlər. O, qeyd etdiyi formada iki nəfərin pulunu ələ keçirmiş, həmin şəxslərin şəxsiyyəti ona məlum olmamışdır. İttihamda adları qeyd edilən şəxslərdir, həmin şəxslərə vurulmuş ziyan tam şəkildə ödənilmişdir. İttihamda olan bu hissəni etiraf edir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd etmişdir ki, dəqiq xatırlamadığı tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İslam adlı əməkdaşı onu həmin idarəyə çağıraraq döyüb dişini sındırmış, bir neçə gün sonra İslam adlı həmin şəxs Təqsirləndirilən şəxs2 saxlayaraq sonuncunun mobil telefonundan ona zəng edib onu “narkotiklə yükləyərək” tutduracağı ilə hədələmişdir. Buna səbəb isə dələduzluq edərək pulunu ələ keçirdiyi şəxslərdən birinin onun qohumu olduğunu bildirmişdir. O, bu barədə Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edib şikayət etmiş, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən polis şöbəsinin əməkdaşı onu etdiyi şikayətlə bağlı çağırdıqda, o, şikayətinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşından olduğunu söyləmiş, həmin polis əməkdaşı ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşına heç nə edə bilməyəcəyini bildirib prokurorluq orqanına müraciət etməsini məsləhət görmüşdür. Daha sonra dəqiq xatırlamadığı tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlayıb həmin idarəyə aparmış, üzərində olan 210 manat pulu götürüb yerinə 50 manat pul qoyduqdan sonra təqdim etdikləri narkotik tərkibli maddənin ona məxsus olmasını söyləməsini tələb etmişlər. O, razı olmadıqda soyunduraraq onu kişiliyi ilə, anası ilə hədələmişlər. O da məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razı olmuş və müvafiq istintaq hərəkəti zamanı polis əməkdaşlarının təqdim etdiyi narkotik tərkibli maddəni nümayiş etdirmişdir. O, həyatı boyu narkotik vasitə istifadə etməmiş, ətrafında da narkotik maddə istifadəçisi olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiklərini, zərərçəkmiş şəxslərin beh üçün ödədikləri pulu onun elektron pul kisəsinə ödədiklərini, elanda yerləşdirdikləri avtomobillərin “Mercedes” markalı avtomobillər olduğunu, “102 Xidməti-Zəng Mərkəzi”-nə zəng edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam adlı şəxsin onu təhqir edərək narkotik maddə ilə şərləyib həbs etdirəcəyini söylədiyini dediyini, saxlanıldıqdan sonra birbaşa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına aparıldığını, orada Əli adlı polis əməkdaşının ona “sifariş” əsasında həbs edilməli olduğunu, özünü döydürmədən dedikləri ilə razılaşaraq təqdim edəcəkləri sənədlərə imza çəkməyini məsləhət gördüyünü, saxlanıldıqdan sonra təxminən 3-4 gün ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılaraq Nərimanov Rayon Məhkəməsinə aparıldığını, həmin məhkəmədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşının onu təhdid etdiyindən tapşırılan formada verilən sualları cavablandırdığını, müdafiəçisini ilk dəfə həmin məhkəmədə gördüyünü, barəsində həbs qətimkan tədibiri seçildikdən bir müddət sonra müstəntiq və müdafiəçi onun saxlanıldığı Bakı İstintaq Təcridxanasına getdikdə müdafiəçisi ilə görüşdüyünü, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tanımadığı bir nəfər şəxsin onu saat 03:30 radələrində çağırıb hansı səbəbdən tutulduğunu soruşub ona içmək üçün çay verdiyini, daha sonra isə həmin çayın içərisində narkotik tərkibli maddənin qatıldığının ona məlum olduğunu, bu səbəbdən müvafiq ekspert rəyində qanında narkotik vasitənin aşkarlandığını, İslam adlı şəxslə aralarında aparılan danışığın səs yazısının mövcud olmadığını, lakin aralarında “Whatsapp” yazışmalarının ekran görüntüsünün mövcudluğunu, Ceyhun İmamverdiyevin onun saxlanılmasında iştirak etmədiyini, onu Əli adlı şəxsin saxladığını, polis əməkdaşları tərəfindən edilmiş zorakılıq nəticəsində bədənində xəsarət yarandığını, Ceyhun İmamverdiyevi tanımadığını, Seymur Məmmədovun onun saxlanılmasında iştirak etdiyini, Roman İsmayılovun isə onun saxlanılmasında iştirak edib-etmədiyini xatırlamadığını, sonuncunun üz quruluşu yadından çıxdığını, saxlanıldıqdan bir gün sonra üzərinə baxış keçirildiyini, videoçəkiliş aparılan zaman müdafiəçisinin orada olmadığını bildirdi. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ona CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “kakos” kimi adlandırılan narkotik vasitədən istifadə etməklə, həmin maddəni əsasən sosial şəbəkədə tanış olduğu, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən internet vasitəsilə verdiyi sifariş əsasında əldə etmiş, müxtəlif ünvanlara qoyulmuş narkotik maddələrin dəqiq yeri barədə ona məlumat verildikdən sonra həmin ünvana gedib gizlədilmiş yerdən maddələri götürmüşdür. Tutulduğu gün, yəni 18 aprel 2023-cü il tarixdə Sumqayıt şəhərində olarkən tanımadığı bir şəxsdən öz istifadəsi üçün 40 manata bir büküm narkotik maddəni əlbəəl pulunu verib əldə edərək üzərində saxlamış, bundan sonra o, şəxsi işləri ilə bağlı Bakı şəhərinə getmiş və Binəqədi rayonu ərazisində olarkən ona mülki geyimli şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini istədiyindən, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumata malik olduqlarını bildirmiş və onu BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O, buna etiraz etməmişdir və onlar Baş İdarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkiin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt masaya yaxınlaşıb üzərində narkotik vasitə olduğunu bildirib üzərində olan bütün əşyaları, konkret olaraq isə əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə olan bir qədər əvvəl aldığı narkotik maddəni, şalvarın arxa sağ və arxa sol ciblərində olan mobil telefonlarını, şalvarının sağ yan cibində olan açarla nağd pulu, əynindəki gödəkçənin sağ yan cibindən də bir ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi büküm açılaraq içərisinə baxış keçirilmiş və həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli, spesifik iyli maddə kütlələrinin olması məlum olmuşdur. Həmin maddələr barədə sorğu edilərkən o, aşkar edilmiş maddəni tutulduğu gün bir qədər əvvəl Sumqayıt şəhərində tanımadığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin o, maddi sıxıntıları yarandığından insanları aldadaraq pullarını ələ keçirmək qərara gəlib bunun üçün sadə və rahat metod tapmış, “Turbo.az” elan saytında özünə məxsus olmayan avtomobil elanı yerləşdirib bazar qiymətindən daha aşağı qiymətə satdığını qeyd etmişdir. O, bu işi tanışları Təqsirləndirilən şəxs2 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs3 ilə birlikdə etmişdir. Aralarında olan razılaşmaya əsasən saytda elan yerləşdirmək üçün mobil telefon nömrələrini müxtəlif yerlərdən başqa şəxslərin adına almışlar. Belə ki, elan saytında saxta elanlar yerləşdirərək kimə məxsus olduğunu bilmədikləri, şəkillərini internetdən əldə etdikləri avtomobillərin şəkillərini paylaşmış, “Turbo.az” elan saytında bir mobil nömrə ilə yalnız bir elan yerləşdirmək mümkün olduğundan onlara çox sayda mobil nömrələr lazım olmuş, həmin nömrələri şəhərin müxtəlif ərazilərindən 1-2 manata almışlar. Zərərçəkmiş şəxs1 pul vəsaitini o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə ələ keçirmişdir. Bu əməli törətmək üçün Xırdalandakı bazarından 2 manata ***-***- **-** saylı mobil nömrə almış, həmin nömrəni aktiv etdikdən sonra “turbo.az” elan saytında saxta elan yerləşdirmişlər. Elanda şəklini internetdən tapdıqları “Mercedes” markalı avtomobilin şəkillərini yerləşdirərək həmin avtomobili 9100 manata satdıqlarını qeyd etmişlər. Elan saytında ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş və əlaqə nömrəsi kimi də həmin nömrəni qeyd etmişlər. Bundan sonra, həmin mobil nömrə ilə “kassam” və “m-pay” elektron pul kisələrində hesab yaratmışlar. 30 yanvar 2023-cü il tarixdə həmin avtomobil üçün Mahir adlı şəxs zəng etmişdir. Həmin şəxs avtomobili bəyəndiyini və almaq istədiyini bildirdikdən sonra onunla Samir və Rauf danışmışdır. Mahiri inandırdıqdan sonra Samir ona bildirmişdir ki, maşın hal-hazırda Ağdaş rayonundadır. Buna görə də avtomobilin elan saytından çıxarılması üçün ondan beh pul istəmişlər. Mahir onlara inandıqdan sonra ödəniş terminalı vasitəsilə ***-***-**-** saylı nömrənin “m-pay” elektron pul kisəsinə iki dəfəyə 1100 manat pul vəsaiti köçürmüşdür. Pulun hesaba yükləndiyi gördükdən sonra onlar mobil nömrəni telefondan çıxarmışdır ki, həmin şəxs onları tapa bilməsin. Aralarında olan razılaşmaya əsasən, pulların nağdlaşdırılması hissəsinə o, cavabdeh olmuşdur. Polis tərəfindən tutulmamaq üçün “mpay” pul kisəsində olan pul vəsaitini öz kartlarına deyil, bankomat qarşısında olan tanımadıqları adamlardan xahiş etməklə onların kartlarına köçürərək nağdlaşdırmışlar. 30 yanvar 2023-cü il tarixdə Ağdaş rayonu, Ləki kəndində “Halal market”-ə getmiş və orada olan bankomatın qarşısında olan tanımadığı şəxsə yaxınlaşmışdır. Söhbət əsasında öyrənmişdir ki, həmin şəxsin adı Elçindir. Ona yolda qaldığını, ailəsinin ona pul göndərməli olduğunu, lakin üzərində bank kartının olmadığını bildirmişdir. Belə ki, həmin şəxsdən xahiş etmişdir ki, onun bank kartından istifadə etsin və onlar razılaşmışlar. Belə ki, o, bir az kənarda gözləyən Samirə zəng edib sonuncu ilə guya ailə üzvü kimi danışaraq Elçin adlı şəxsin bank kartının nömrəsini demiş, Samir “m-pay” pul kisəsindən dərhal 745 manat pul vəsaitini həmin karta göndərmişdir. Elçin adlı şəxs isə pulun gəlməsini görərək bankomat vasitəsilə pul vəsaitini nağdlaşdırmış və ona vermişdir. O, həmin şəxsə təşəkkür edərək Samirlə Raufun yanına qayıtmışdır. Bundan sonra pulun qalıq hissəsini nağdlaşdırmaq üçün Ağdaş şəhərinin mərkəzinə getmişlər. Həmin tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində "xxxx" ASC-nin bankomatına yaxınlaşmış, orada tanımadığı bir nəfər şəxsə yolda qaldığını və ailəsi tərəfindən göndəriləcək pul vəsaitini nağdaşdırmaq üçün kartının olmadığını bildirmişdir. Həmin şəxsin adı Pünhan olmuşdur. Pünhan onunla razılaşmış və o, yenidən eyni qaydada oradan bir az kənarda avtomobildə onu gözləyən Samir və Raufa zəng etmişdir. Belə ki, onlara Pünhanın bank kartının nömrəsini demiş və Samirgil “m-pay” pul kisəsindən 345 manat pul vəsaitini həmin karta göndərmişdirlər. Pünhan isə pulun gəlməsini görərək bankomat vasitəsilə pul vəsaitini nağdlaşdıraraq ona vermişdir. Bu yolla onlar 1100 manat pul vəsaiti ələ keçirmişlər. Avtomobildə olan zaman ələ keçirdikləri pulları aralarında üç hissəyə bölmüşdürlər. Bundan başqa, Zərərçəkmiş şəxs2 pul vəsaitini o, dostu Təqsirləndirilən şəxs3 birgə ələ keçirmişdir. Belə ki, bu əməli törətmək üçün əvvəlcədən əldə etdiyi mobil nömrəni aktiv etmiş, həmin mobil nömrə ***-***-**-** olmuşdur. O, həmin mobil nömrəni Xırdalandakı bazardan 2 manata almışdır. Həmin nömrənin kimə məxsus olması ilə bağlı heç bir məlumatı olmamış, nömrəni aktivləşdirdikdən sonra həmin mobil nömrə ilə “turbo.az” elan saytında saxta elan yerləşdirmişdir. Elanda şəklini internetdən tapdıqları və sahibini tanımadıqları “Mercedes” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin şəkillərini yerləşdirərək 10000 manata satdıqlarını qeyd etmişlər. Elan saytında qeydiyyatdan ***-***-**-** saylı mobil nömrə ilə keçmiş və əlaqə nömrəsi kimi də həmin nömrəni qeyd etmişlər. Bundan sonra həmin mobil nömrə ilə “kassam” və “m-pay” elektron pul kisələrində hesab yaratmışlar. Həmin nömrə ilə qeydiyyatdan keçəndə hesab adı kimi şərti olaraq Azər İsmayılov yazmışdır. Öz adını qeyd etməkdən qorxduğu üçün başqa ad yazmış, 25 yanvar 2023-cü ildə həmin nöməyə daha əvvəllər tanımadıqları Roma adlı şəxs zəng etmiş, həmin şəxs avtomobili bəyəndiyini və almaq istədiyini bildirmişdir. Həmin şəxslə ilk öncə o, daha sonra isə Rauf danışmışdır. Onlar Zərərçəkmiş şəxs2 bildirmişlər ki, avtomobil Saatlı rayonundadır və qeydiyyat işlərinin aparılması üçün o, Saatlı rayonuna gəlməlidir. Həmin şəxsin razılaşdığını görüb ondan avtomobili başqa şəxsə satmamaları üçün beh istəmişlər. İlkin olaraq həmin şəxs ***-***-**-** saylı mobil nömrənin “kassam” eletkron pul kisəsinə 100 manat, 200 manat və 200 manat pul vəsaiti göndərmişdir. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, avtomobili almaq üçün Saatlı rayonuna gəlir. Zərərçəkmiş şəxs2 yolda olduğu müddət ərzində bir fürsətdən istifadə edərək sonuncuyaa yenidən zəng edib 300 manat əlavə pul istəmiş, Zərərçəkmiş şəxs2 yolda mağazaların birində dayanmış və bildirmişdir ki, həmin ödəniş terminalından “kassam” elektron kisəsinə ödəniş etmək mümkün olmur. Buna görə də o, həmin şəxsə bildirmişdir ki, pulu ***-***-**-** saylı mobil nömrənin “m-pay” elektron pul kisəsinə göndərsin və həmin tarixdə Zərərçəkmiş şəxs2 qeyd edilən nömrənin “m-pay” hesabına 300 manat pul köçürmüşdür. Bundan sonra onlar həmin şəxslə əlaqəni kəsmişlər. Ələ keçirdikləri pul vəsaitinin “m-pay” elektron kisəsinə köçürülmüş 300 manatını həmin vaxt Şamaxı rayonunda olduqları üçün bankomatların birinin qarşısına gedərək nağdlaşdırmaq qərarına gəlmişlər. Belə ki, Rauf səyyar qaydada öz maşını ilə alver etmişdir. Həmin vaxt da onlar Raufun maşını ilə Şamaxıdan keçirmişlər. Belə ki, orada Rauf kənarda onu gözləmiş və o, bankomata yaxınlaşaraq daha əvvəllər tanımadığı və adını orada öyrəndiyi Rəsul adlı şəxsə yaxınlaşmışdır. O, həmin şəxsə yolda qaldığını, qohumunun ona pul göndərəcəyini, üzərində nağdlaşdırmaq üçün bank kartının olmadığını deyib pul vəsaiti onun bank kartına köçürülməsini xahiş etdikdə, Rəsul razılaşmış və buna görə də o, “m-pay” hesabında olan puldan 300 manat pulu Rəsula məxsus 4169-7388-2319-8282 saylı plastik bank kartına köçürmüşdür. Həmin şəxs dərhal özünə məxsus kart vasitəsilə həmin pul vəsaitini nağdlaşdırmış və ona təqdim etmişdir. O, bütün pulu Rəsulun kartına köçürərək nağdlaşdırmaq istəməmişdir. İz itsin deyə ayrı-ayrı hesablara köçürərək nağdlaşdırmaq fikrində olmuş, “kassam” eletron hesabında olan 500 manat pulu isə əmisi Pərviz Yusifova məxsus 5243-7544-4191-8891 saylı "xxxx" ASC-nin plastik bank kartına köçürmüşlər. Həmin kart Pərviz Yusifovun özündə olmuş, o, Pərvizlə əlaqə saxlayıb bank kartına 500 manat pul göndərdiyini bildirmişdir. Daha sonra o, Pərvizin yanına gedib pulu nağdlaşdırmışdır. Pərviz həmin pulun necə əldə edildiyini bilməmiş, o, Pərvizə demişdir ki, bir nəfər tanışının ona borcu var. Belə ki, bütün pullar nağdlaşdırandan sonra o, Təqsirləndirilən şəxs3la aralarında yarı bölmüşlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ittihamda adları qeyd edilən zərərçəkmiş şəxslərdən bir qisminin pullarını tək, bir qisminin isə qardaşı Rauf və Təqsirləndirilən şəxs1 ilə birgə ələ keçirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 “turbo.az” internet saytına fərqli vaxtlarda müxtəlif avtomobillər yerləşdirdiklərini, elanda “Mercedes”, “Lada VAZ-2106” və s. olduğunu, Zərərçəkmiş şəxs1 beh olaraq birinci dəfə 750 manat, ikinci dəfə 350 manat pul aldıqlarını, sonuncunun ümumilikdə 1100 manat pul vəsaitini onlara göndərdiyini, həmin pulun qarşılığında Zərərçəkmiş şəxs1 “Mercedes” markalı avtomobili bazar qiymətindən aşağı, yəni 9100 manata satacaqlarını deyib aldatdıqlarını, Zərərçəkmiş şəxs2 beh olaraq 100 manat, 200 manat, 300 manat və 200 manat olmaqla, ümumilikdə 800 manat pulu ələ keçirib həmin pulun qarşılığında sonuncuya “Mercedes” markalı avtomobili 10000 manata bazar qiymətindən aşağı satacaqlarını deyərək aldatdıqlarını, Zərərçəkmiş şəxs3 3000 manat pul qarşılığında sonuncuya “Lada (Vaz) 2106” markalı avtomobili verəcəklərini söyləyib aldatdığını, Zərərçəkmiş şəxs4 beh kimi iki dəfəyə 500 manat və 1000 manat olmaqla, ümumilikdə 1500 manat pul qarşılığında sonuncuya “Lada (Vaz) 2106” markalı avtomobilini 3150 manata, yəni bazar qiymətindən aşağı satacaqlarını söyləyib aldatdıqlarını, etdiyi əməllərə görə peşman olduğunu, həmin əməllərdən yalnız birində, Zərərçəkmiş şəxs3 münasibətdə tək olduğunu, digərlərinə münasibətdə isə qardaşı Rauf və Təqsirləndirilən şəxs1 əlbir olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənildiyini bildirdi. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, qardaşı Samir və Təqsirləndirilən şəxs1 ilə əlbir olub ittihamda adları qeyd edilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 1100 manat pul, Zərərçəkmiş şəxs2 isə 800 manat pulunu ələ keçirmiş, həmin zərərçəkmiş şəxslərə vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hazırki işlə əlaqədar tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Digər zərərçəkmiş şəxsləri isə tanımır. Dəqiq xatırlamadığı tarixdə “Turbo.az” elan saytında “Mercedes” markalı avtomobillə bağlı elan görüb həmin elanın sahibi ilə əlaqə saxladıqda sonuncu avtomobilin 10000 manata satıldığını söylədiyini bildirmişlər. O da bazar qiymətindən aşağı qiymətə olduğundan avtomobili satın almağı düşünərək ilkin ödəniş kimi 800 manat məbləğində pulu ödəmişdir. O, avtomobilin aşağı qiymətə satılmasının səbəbini soruşduqda pula ehtiyacları olduğundan aşağı qiymətə satdıqlarını söylədiklərindən, inanmışdır. O, avtomobili görmək istədikdə avtomobilin Saatlı rayonunda olduğunu, qısa zaman ərzində gətirəcəklərini söyləmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ona ödənildiyini, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsinin sonundakı imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hazırki işlə əlaqədar tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Digər zərərçəkmiş şəxsləri isə tanımır. Dəqiq xatırlamadığı tarixdə avtomobil almaq adı ilə onun pulu ələ keçirilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənildiyini, “Turbo.az” elan saytına yerləşdirilmiş elanla bağlı həmin elanda olan mobil nömrəyə zəng etdiyini, beh kimi birinci dəfə 750 manat, ikinci dəfə 350 manat olmaqla, ümumilikdə 1100 manat məbləğində pul vəsaitini göndərdiyini, təqsirləndirilən şəxslərdən birinin ona “Mercedes” markalı avtomobilin 9100 manata, yəni bazar qiymətindən aşağı satılacağını dediklərini, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə məhkəməyədək ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 həmin ifadəsində göstərmişdir ki, o, 27 sentyabr 2021-ci il tarixdə dostu X20 ilə birlikdə Qəbələ rayonuna gəzmək üçün gəlmiş, həmin gün saat 14-15 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsinin mərkəzində olmuşdur. Həmin dövrdə avtomobil almaq istəmiş, belə ki, o, bir neçə gün əvvəl özünə məxsus olan “Mitsubishi” markalı avtomobili 9300 manata satmış, pulun bir qismini xərcləmiş, daha ucuz avtomobil axtarmış, “Turbo.az” avtomobil satışına dair elan saytına girib avtomobillərə baxarkən elanların birində 3000 manat dəyərində ağ rəngli “Vaz 2106” markalı avtomobil görmüşdür. Həmin avtomobilin dövlət qeydiyyat nişanı bağlanmış, lakin nömrə görünməmiş, elanın aşağı hissəsində əlaqə üçün olan ***-***-**-** saylı mobil nömrəyə Müslümün ***-***-**-** saylı nömrəsindən zəng etmiş, telefona cavab verən, özünü Tərlan kimi təqdim edən bir oğlandan avtomobil barədə soruşanda sonuncu avtomobilin yaxşı vəziyyətdə, 4 il ərzində özündə olduğunu, təcili pul lazım olduğu üçün satdığını bildirmişdir. O, həmin şəxsə avtomobili almaq istədiyini demiş, həmin şəxs hazırda avtomobilin Qazax rayonunda olduğunu, avtomobili başqa almaq istəyənin də olduğunu, Ağstafa rayonundan avtomobilə baxmaq üçün gəldiklərini demişdir. O, avtomobili almaq istədiyini demiş, həmin şəxs ona avtomobilin pulunu göndərdiyi təqdirdə onun üçün avtomobili saxlaya biləcəyini demişdir. Həmin şəxs o, 100 manat beh təklif etmiş, ancaq qarşı tərəf razı olmamış, avtomobilin pulunu tam olaraq istədiyindən, razılaşmış və 3000 manat pulu göndərə biləcəyini demişdir. Özünü Tərlan kimi təqdim edən şəxs avtomobili onun baxmağı üçün Qəbələ deyil, Göyçay rayonuna gətirə biləcəyini bildirmişdir. O, həmin şəxsə Qəbələ rayonunda olduğunu demiş, həmin şəxs ona pul göndərməyi üçün "xxxx" ASC-yə aid 4169 7385 7063 2962 saylı plastik bank kartının nömrəsini vermişdir. O, Vəndam qəsəbəsinin mərkəzində olan “AL” marketə daxil olmuş, orada “Milli Ön” ödəmə aparatı vasitəsi ilə həmin kart nömrəsini yazmış, kartın X17 adına olduğunu görünmüşdür. Həmin kart hesabına 3000 manat pulu göndərib qəbzi götürmüşdür. Daha sonra Tərlan adlı şəxsə zəng edərək pulu göndərdiyini demiş, həmin şəxs pulun çatdığını deyərək 30 dəqiqə sonra Göyçay rayonuna yola düşəcəyini bildirmişdir. O, həmin şəxsdən daha tez gəlməsini, notarius ofisi bağalananək alğısatqısını aparmasını dedikdə, sonuncu buna söz vermişdir. Dostu Müslümün avtomobili ilə Göyçay rayonuna yola düşərkən, yolda əlaqə üçün yenə də Tərlana zəng etmiş, ancaq zəng çatmamış, bir neçə dəfə zəng etsə də, zəng çatmadıqda artıq aldadıldığını başa düşmüşdür. Zərərçəkmiş şəxs3 baş vermiş dələduzluq cinayəti nəticəsində ona ümumilikdə 3000 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmədə məhkəməyədək ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 həmin ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin noyabr ayında özünə avtomobil almaq istədiyindən, “Turbo.az” avtomobil elan internet səhifəsinə baxdıqda bir nəfər şəxsin “VAZ- 2106” markalı avtomobil satdığını görüb həmin şəxsin elanda yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayarkən həmin elanı yerləşdirmiş şəxs elanı özünün yerləşdirdiyini, avtomobili 3150 manata satmaq istədiyini bildirmişdir. O, həmin avtomobili bəyəndiyi üçün gəlib alacağını demiş, lakin həmin şəxs avtomobilin Ağstafa rayonunda olduğunu söyləyib satmaması üçün beh istəmişdir. Həmin şəxs ondan əvvəlcə 1000 manat, daha sonra isə 1500 manat beh istədikdə, o, razılaşmış və yaşadığı evin yaxınlığında olan mağazadan ***-***-**-** saylı mobil nömrəsinə “mpay” pul köçürmə sistemi ilə “E-manat” aparatı ilə 1000 manat, daha sonra isə 500 manat olmaqla, ümumilikdə 1500 manat pul göndərmişdir. O, həmin şəxslə mobil telefonda danışmış və o da pulun gəldiyini təsdiq etmişdir. Bir qədər sonra həmin şəxs ona zəng edib narahat olmamasını, avtomobili özünün gətiəcəyini demiş və dediyi vaxtı gözləmişdir. Sonradan həmin şəxslə bir neçə dəfə telefonda danışdıqda o, yolda olduğunu, sonradan bir dəfə də pulun tam hamısını göndərməsini dedikdə, buna razı olmamış, saat 16:00 radələrdə həmin nömrəyə zəng çatmamış və aldadıldığını bilib Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”-nə zəng etmişdir. Ona ümumilikdə 1500 manat ziyan dəymişdir. Məhkəmədə şahid X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olmaqla, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Digər təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri tanımır. Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 18 aprel 2023-cü il tarixdə saat 12-13 radələrində sonuncu ünvan 7 ünvanında saxlanılaraq Baş İdarəyə gətirilmiş, orada təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və baxış aparılan zaman Təqsirləndirilən şəxs1 üzərindən 01 ədəd bükümdə narkotik tərkibli maddə olan heroin aşkarlanmış, həmin narkotik tərkibli maddə qablaşdırılıb möhürləndikdən sonra ekspertizaya göndərilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik tərkibli maddəni şəxsi istifadəsi üçün 1 gün əvvəl Sumqayıt ərazisində əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid Ceyhun İmamverdiyev yaradılmış əməliyyat qrupuna rəhbərlik etdiyini, Təqsirləndirilən şəxs1 saxlanıldıqdan dərhal sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını, saxlanıldığı vaxtla həmin Baş İdarəyə aparılması dövrünün uzun müddət çəkmədiyini, sonuncunun saxlanılması ilə bağlı yaradılmış əməliyyat qrupunda ondan başqa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları X21 və X6 iştirak etdiyini, müdafiəçinin müvafiq istintaq hərəkəti aparılması üçün nə vaxt gəldiyini xatırlamadığını, Təqsirləndirilən şəxs1 könüllü şəkildə şalvarının cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroini çıxardaraq təqdim etdiyini, həmin büküm təhqiqatçı tərəfindən açıldıqdan sonra qablaşdırılıb zərfə qoyularaq iştirakçılar tərəfindən imzalandığını, həmin istintaq hərəkətinin videoçəkilişdən istifadə edilməklə aparıldığını, Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdə təhqiqatçı və müdafiəçi olmadığına görə orada şəxsi axtarış və baxışın həyata keçirilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsinin sonundakı imzaların ona məxsus olduğunu, Təqsirləndirilən şəxs1 qarşı fiziki və psixi təzyiq olmadığını bildirdi. Məhkəmədə dindirilmiş şahidlər- Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X21 və X18 şahid X1 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə verməklə, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı 01 ədəd bükümdə narkotik tərkibli maddə heroini təqdim etdiyini bildirdilər. Məhkəmədə məhkəməyədək ifadəsi elan edilmiş Şahid1 həmin ifadəsində göstərmişdir ki, o, Ağdaş rayonu, Ləki qəsəbəsində “Ləki store” adlı marketin yaxınlığında fəhlə işləmiş, istifadəsində 4169-7387-5025-8562 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartı olmuşdur. 30 yanvar 2023-cü il tarixdə o, işdə olarkən orta bədən quruluşlu, orta boylu, keçəl bir nəfər şəxs ona yaxınlaşıb bank kartının bloklandığından həmin bankomata daxil olub pulunu nağdlaşdıra bilmədiyini demiş və həmin şəxs ondan bank kartının olub-olmamasını soruşmuşdur. O da bank kartının olduğunu söylədikdə həmin şəxs xəstəxanada bir nəfər yaxın adamının olduğunu, təcili şəkildə pul çıxarıb həmin tanışının yanına getməli olduğunu bildirmişdir. Həmin şəxs pulu mobil tətbiq vasitəsilə onun plastik bank kartının hesabına köçürəcəyini demiş, o da bankomatdan həmin pulu nağdlaşdırıb geri verəcəyini öhdəsinə götürmüşdür. Belə ki, o, həmin şəxsin çıxılmaz vəziyyətdə olduğunu hesab edib sonuncuya köməklik etmək qərarına gəlib plastik bank kartının 16 rəqəmli kodunu həmin şəxsə demişdir. Həmin şəxs ona 750 manat pul göndərib nağdlaşdıracağını dedikdən sonra onun mobil mömrəsinə balansına pul köçürülməsi barədə mesaj gəlmiş, bundan sonra plastik bank kartını bankomata daxil edib 745 manat pulu nağdlaşdırıb həmin şəxsə təqdim etmiş, 5 manat pul komissiya haqqı kimi tutulmuşdur. Bundan sonra həmin şəxs ona təşəkkür edib getmişdir. Məhkəmədə məhkəməyədək ifadəsi elan edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə axşam vaxtı bir nəfər orta boylu, keçəl bir şəxs yaxınlaşıb ona yolda qaldığını və üzərində pulu olmadığını demişdir. O, həmin vaxt Ağdaş şəhərində Heydər Əliyev prospektində "xxxx" ASC-yə məxsus bankomatdan pul çıxartmış, həmin şəxs ailəsi ilə ona pul göndərdiyini demiş, amma üzərində bank kartı olmadığı üçün həmin pulu əldə edə bilməmişdir. Belə ki, həmin şəxs ondan bank kartının olub-olmadığını soruşmuş, o da kartının olduğunu söyləmişdir. O, özünə məxsus olan 4169-7388-7159-0455 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartını həmin şəxsə vermiş, sonuncu da onun yanında ailə üzvləri ilə danışıb kartın 16 rəqəmli nömrəsini onlara demişdir. Bir neçə dəqiqə sonra həmin şəxsə pulun artıq yüklənməsi barədə zəng gəlmişdir. Belə ki, onlar "xxxx" ASC-yə məxsus bankomatına kartı daxil etmiş və həqiqətən də onun kartına 350 manat pul gəldiyini görmüş, lakin 5 manatı komissiya haqqı kimi tutulduğundan 345 manat qalmışdır. O da pulu bankomatdan çıxarıb həmin şəxsə vermişdir. Məhkəmədə məhkəməyədək ifadəsi elan edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Şamaxı şəhərində yaşayır. O, Şamaxı şəhərində kiçik ətir mağazasını icarəyə götürüb işləyərkən 25 yanvar 2023-cü il tarixdə axşam vaxtı bir nəfər orta boylu, keçəl bir şəxs ona yaxınlaşıb yolda qaldığını və üzərində pulu olmadığını demişdir. İlk öncə o, həmin şəxsin dilənçi olduğunu və ondan pul istədiyini zənn etmiş, lakin sonradan həmin şəxs ailəsinin ona pul göndərdiyini, amma üzərində bank kartı olmadığı üçün həmin pulu əldə edə bilmədiyini demişdir. Belə ki, həmin şəxs ondan bank kartının olub-olmadığını soruşmuş, o da bank kartının olduğunu demişdir. Həmin şəxsə yazığı gəldiyi üçün kömək etmək qərarına gəldiyindən, o, özünə məxsus olan 4169-7388-2319-8282 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartını həmin şəxsə vermişdir. Həmin şəxs də onun yanında ailə üzvləri ilə danışıb kartın 16 rəqəmli nömrəsini onlara demiş, bir neçə dəqiqə sonra həmin şəxsə pulun artıq yüklənməsi barədə zəng gəlmişdir. Belə ki, onlar yaxınlıqdakı "xxxx" ASC-nin bankomatına yaxınlaşmış və həqiqətən də onun kartına 300 manat pul gəldiyini görmüş, lakin 5 manatı komissiya haqqı kimi tutulduğundan 295 manat qalmışdır. O da həmin pulu bankomatdan çıxarıb həmin şəxsə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və həmin tarixli 3-13-6/Ə174/2023 nömrəli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz tədbirlər görülməsi məqsədilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları X5, X18 və X7 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6; 7-8) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 12:40-da ünvan 7 ünvanın qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 19-20) xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs1 müvafiq istintaq hərəkəti zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü, həmin şalvarının sağ arxa yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarının arxa sol yan cibindən 01 ədəd "Nokia” markalı mobil telefonu, həmin şalvarının sağ yan cibindən 01 ədəd açarı və 55 manat pulu, eləcə də əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunu təqdim etməklə masanın üzərinə qoymuş, təqdim olunan 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən sellofan bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, həmçinin Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 55 manat pul əskinası, 01 ədəd açar, 01 ədəd siqaret qutusu isə iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 27-31) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2288 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi və “..Təqsirləndirilən şəxs1 aşkar olunan maddə; Təqsirləndirilən şəxs1-imza, dörd imza, Tərtib etdi: Kənan Kərimli-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 6,075 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 6,075 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 5,975 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 41-45) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 63-64) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 566/2023 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 82-85) xx.xx.2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 6,075 qram çəkidə narkotik vasitə heroindən eskpertiza tədqiqatına sərf edildikdən sonra qalan 5,975 qramı həmin tarixdə maddi sübut hesab edilməklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 101-102) xx.xx.2023-cü il tarixli Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X36 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 2334 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 106-107) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-998/2023 nömrəli qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru X1 18 aprel 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı qanuni və əsaslı hesab edilmişdir. (Cild 1, iş vərəqə 109-112) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)- 762/2023 nömrəli qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru X5 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 18 aprel 2023-cü il tarili qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 109-112) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X19” X36 xx.xx.2023-cü il tarixli, 1465/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 115-118) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X19” X36 xx.xx.2023-cü il tarixli, 178/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 119-121) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edib 1100 manat məbləğində pulunun ələ keçirildiyini bildirmişdir. (Cild 1, iş vərəqə 143) Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, 30 yanvar 2023-cü il tarixdə saat 13:55-də Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 8 ünvanında yerləşən “Zeytun” marketdə quraşdırılmış 4680 nömrəli “e-manat” ödəmə terminalından +**********65 saylı mobil telefon nömrəsinin “mpay” elektron hesabına 750 manat, həmçinin həmin tarixdə saat 15:27-də Hacıqabul şəhəri, M.Müşfiq küçəsi 57 yerləşən “Qədirxum” marketdə quraşdırılmış 4295 nömrəli “e-manat” ödəmə terminalından həmin nömrənin “mpay” elektron hesabına 350 manat məbləğində pul köçürülmüşdür. (Cild 1, iş vərəqə 146-147) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 152-153) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 172-174) xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin nəzərə alınması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 186-187) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edib 800 manat məbləğində pulunun ələ keçirildiyini bildirmişdir. (Cild 1, iş vərəqə 215) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-153/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyindən həmin Məcəllənin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. (Cild 1, iş vərəqə 228-229) xx.xx.2023-cü il tarixli “İş materiallarına əlavə edilmiş qəbzlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 25 yanvar 2023-cü il tarixdə saat 14:53-də Astara rayonu, Şüvi kəndindəki 01872 nömrəli “million” ödəmə terminalından "Azər İsmayılov” adı ilə qeydiyyatdan keçirilmiş +994-70-368-48-18 saylı mobil nömrənin hesabına “kassam” elektron ödəmə sistemi vasitəsilə 100 manat, həmin tarixdə saat 14:56-da Astara rayonu, Şüvi kəndindəki 01872 nömrəli “million” ödəmə terminalından “Azər İsmayılov” adı ilə qeydiyyatdan keçirilmiş +994-70-368-48-18 saylı mobil telefon nömrəsinin hesabına “kassam” elektron ödəmə sistemi vasitəsilə 200 manat, həmçinin həmin tarixdə saat 14:59-da Astara rayonu, Şüvi kəndindəki 01872 nömrəli “million” ödəmə terminalından “Azər İsmayılov" adı ilə qeydiyyatdan keçirilmiş +994-70-368-48-18 saylı mobil telefon nömrəsinin hesabına “kassam” elektron ödəmə sistemi vasitəsilə 200 manat və son olaraq 25 yanvar 2023-cü il tarixdə saat 17:18-də Biləsuvar rayonu, Səmədabad kəndində “Turabov” marketdə qurlaşdırılmış “e-manat” ödəniş terminalından +99***-***-**-** saylı mobil telefon nömrəsinin hesabına “mpay” elektron ödəmə sistemi vasitəsilə 300 manat pul köçürülmüşdür. (Cild 1, iş vərəqə 245) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 10-11) xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Biləsuvar rayonu, Səmədabad kəndinə “e-manat” terminalının olduğu yerə gedilmişdir. Zərərçəkmiş şəxs2 25 yanvar 2023-cü il tarixdə “turbo.az” saytında bəyəndiyi avtomobili almaq üçün özünü avtomobilin sahibi kimi təqdim edən şəxsin ona göndərdiyi “mpay” hesabına 300 manat pulu köçürdüyü, Biləsuvar rayonu Səmədabad kəndinə “Turabov Market”-də yerləşən “e-manat” terminalının yerini əyani olaraq göstərib təqdim etmişdir. (Cild 2, iş vərəqə 16-17) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 38-39) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1198/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 3 (üç) ay müddətə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 2, iş vərəqə 71-76) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 92-94) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə 107-109) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 134-135) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə 149-151) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə 149-151) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X36 xx.xx.2023-cü il tarixli, 10765 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 156) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X36 xx.xx.2023-cü il tarixli, 10766 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 157) xx.xx.2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, +99***-***- **-** mobil nömrəsinin hesabına xx.xx.2023-cü il tarixdə saat 17:20-də ödəmə terminalı vasitəsilə köçürülmüş 300 manat pul vəsaiti xx.xx.2023-cü il tarixdə saat 18:31-də Şahid3 məxsus “Kapital Bank" ASC tərəfindən emissiya edilmiş 4169-7388-2319-8282 nömrəli bank kartına köçürülmüşdür. Həmçinin +99***-***-**-** mobil nömrəsinin hesabına xx.xx.2023-cü il tarixdə saat 13:57-də köçürülmüş 750 manat pul vəsaiti xx.xx.2023-cü il tarixdə saat 14:09-da Şahid1 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7387- 5025-8562 nömrəli bank kartına köçürülmüşdür. Bundan başqa, +99***-***-**-** mobil nömrəsinin hesabına xx.xx.2023-cü il tarixdə saat 15:29-da köçürülmüş 350 manat pul vəsaiti xx.xx.2023-cü il tarixdə saat 15:41-də Şahid2 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7388-7159-0455 nömrəli bank kartına köçürülmüşdür. (Cild 2, iş vərəqə 161-163) xx.xx.2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, +99***-***- **-** mobil nömrəsinin hesabına xx.xx.2023-cü il tarixdə saat 14:53-də köçürülmüş 100 manat, saat 14:56-da köçürülmüş 200 manat və saat 14:59-da köçürülmüş 200 manat olmaqla ümumilikdə 500 manat pul vəsaiti nağdlaşdırılmasından ötrü xx.xx.2023-cü il tarixdə saat 15:53-də X8 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş 5243******8891 nömrəli bank kartına köçürülmüşdür. (Cild 2, iş vərəqə 165-166) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X36 xx.xx.2023-cü il tarixli, 11038 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 167) xx.xx.2023-cü il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 ona təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 30 yanvar 2023-cü il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində ona yaxınlaşaraq bank kartına 750 manat pul göndərən və daha sonra həmin pulu nağdlaşdıran şəxsin X15 olduğunu bildirmişdir. (Cild 2, iş vərəqə 173- 175) xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (Cild 2, iş vərəqə 200-201) xx.xx.2023-cü il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid3 ona təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 25 yanvar 2023-cü il tarixdə Şamaxı şəhərində ona yaxınlaşaraq bank kartına 300 manat pul göndərən və daha sonra həmin pulu nağdlaşdıran şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. (Cild 2, iş vərəqə 208-210) xx.xx.2023-cü il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid2 ona təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 30 yanvar 2023-cü il tarixdə Ağdaş şəhəri, Heydər Əliyev prospektində ona yaxınlaşaraq bank kartına 350 manat pul göndərən və daha sonra həmin pulu nağdlaşdıran şəxsin X2 bildirmişdir. (Cild 2, iş vərəqə 216-218) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 18 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Nokia 150” və 01 ədəd “X47 10” markarlı mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (Cild 2, iş vərəqə 221) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrələrin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarının saxlanıldığı 01 ədəd diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır. (Cild 2, iş vərəqə 236) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1573/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 02 (iki) ay müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (Cild 2, iş vərəqə 247-251) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 178.2.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 178.2.1, 178.2.2 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 həmin maddələrlə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə itiham elan edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması ilə bağlı videogörüntünün əks olunduğu 01 ədəd diskin, habelə həmin istintaq hərəkəti zamanı üzərindən aşkarlanmaqla götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,975 qram heroinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilməsi nəzərə alınmış, təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və istintaq hərəkəti protokolları iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqə 259-277) xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 ərizə ilə müraciət edərək aldadılıb 3000 manat pulunun ələ keçirildiyini bildirmişdir. (Cild 3, iş vərəqə 4) Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, 27 sentyabr 2021-ci il tarixdə saat 15:28-də Qəbələ rayonu, Vəndam kəndində yerləşən “Al" marketdə quraşdırılmış 01162 nömrəli “million’’ ödəmə terminalından X17 adına olan 4169-7385-7063-2962 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartının hesabına 3000 manat məbləğində pul köçürülmüşdür. (Cild 3, iş vərəqə 7) xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqə 67) xx.xx.2022-ci il tarixli Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, xx xxxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanında daimi qeydiyyatda olmaqla, məcburi köçkün kimi ünvan 10arımçıq tikilmiş uşaq bağçasının binasında məskunlaşmışdır. Onun barəsində Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinə ərizə və şikayət daxil olmamışdır. (Cild 3, iş vərəqə 109) xx.xx.2022-ci il tarixli Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 11 ünvanında yaşayan ailə üzləri, arvadı-X12, qızları X28 və X3 ibarətdir. (Cild 3, iş vərəqə 110) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 3, iş vərəqə 160) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 3, iş vərəqə 176-177) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun istifadəsində olan “Samsung Galaxy J2”, “Samsung A 12” və “KGTEL” markalı mobil telefonla baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır. (Cild 3, iş vərəqə 191) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 14 dekabr 2021-ci il tarixli 157000/26628 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə əlavə edilmiş fotoşəkillərə baxış keçirilmişdir. Baxış keçirilən 01 ədəd CD diskdə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərinə aid bankomatdan çıxarışlar edərkən çəkilmiş fotoşəkillər vardır. İş üçün əhəmiyyət kəsb edən xx.xx.2021-ci il tarixli çıxarışları əks etdirən fotoşəkillərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, ümumilikdə 36 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərdə üzündə tibbi maska olan bir nəfər şəxsin xx.xx.2021-ci il tarixdə saat 15:41:11 radələrindən etibarən "xxxx" ASC-yə məxsus ATM:A0180005 nömrəli bankomata yaxınlaşaraq xx.xx.2021-ci il tarixdə saat 15:44:22 radələrinə kimi pul çıxarışları etdiyi aşkar görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 bankomatda pul çıxaran fotoşəkildəki şəxsin özü olduğunu, tanınmaması üçün üzünə tibbi maska taxdığını, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 dələduzluq yolu ilə ələ keçirdiyi ümumilikdə 3000 manat pulu Yevlax rayon Aran qəsəbəsindəki Kapital Banka məxsus bankomatdan çıxarmaqla nağdlaşdırdığını bildirmişdir. (Cild 3, iş vərəqə 192) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haaqında” protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 157000/26628 nömrəli məktuba əlavə edilmiş X17 adına rəsmiləşdirilmiş həmin bana aid 4169 7385 7063 2962 hesab nömrəli kart hesabı üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi aparılmış əməliyyat barədə məlumatlar olan 01 vərəqdən ibarət çıxarışdan qeyd edilən bank kart hesabına xx.xx.2021-ci il tarixdə 3000 manat pul mədaxil edilmiş, həmin tarixdə həmin pul ilkin olaraq 2000 manat, sonra 20 manat, ardınca 970 manat, sonra isə 10 manat olmaqla, nağdlaşdırmış, xidmət haqqı ilə birgə kart hesabında 3,03 manat pul qalmışdır. (Cild 3, iş vərəqə 193) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 atası X25 tərəfindən həmin tarixdə Zərərçəkmiş şəxs3 3000 manat pul vəsaiti ödənilmişdir. (Cild 3, iş vərəqə 194) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Qəbələ rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerindən azad edilməklə, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 3, iş vərəqə 195) xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşdur. (Cild 3, iş vərəqə 235) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 müvəqqəti saxlama yerindən azad edilmiş, barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 3, iş vərəqə 237-238) xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 həmin tarixdə ərizə ilə müraciət edərək ümumilikdə 1500 manat məbləğində pulun aldadılaraq ələ keçirildiyini bildirmişdir. (Cild 4, iş vərəqə 7) Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, 01 noyabr 2022-ci il tarixdə saat 10:18-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ərzaq mağasında quraşdırılmış 4073 nömrəli “emanat” ödəmə terminalından +994-55-683-53-66 saylı mobil nömrənin “mpay” elektron hesabına 1000 manat və həmin tarixdə saat 10:20-də həmin “emanat” ödəmə terminalından +994-55-683-53-66 saylı mobil nömrənin “mpay” elektron hesabına 500 manat məbləğində pul köçürülmüşdür. (Cild 4, iş vərəqə 10) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti-Zəng mərkəzi”-nə məlumat verərək və eləcə də ərizə ilə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdə “Turbo.az” internet saytında “VAZ 2106” markalı dövlət nömrə nişanı görünməyən avtomobili almaq üçün əlaqə saxladığı ***-***-**-** mobil nömrəsi ilə özünü avtomobilin sahibi kimi tanıdan Sabir adlı şəxsə maşını almaq üçün Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən Asvaltzadə ərazisində olan marketdən “E manat” ödəmə terminalı vasitəsilə “mpay” pul köçürmə sistemi ilə xx.xx.2023-cü il tarixdə saat 10:18-də 1000 manat və həmin tarixdə 10:20-də isə 500 manat pulu ***-***-**-** mobil nömrəsini daxil edərək həmin şəxsə göndərdiyini, lakin sonradan həmin şəxs telefonu söndürərək ona qarşı dələduzluq etdiyini bildirmişdir. (Cild 4, iş vərəqə 14) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 4, iş vərəqə 34) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 4, iş vərəqə 68-69) xx.xx.2023-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 4, iş vərəqə 77-78) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 1500 manat məbləğində pulu təhvil almışdır. (Cild 4, iş vərəqə 82) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ya yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmişdir. (Cild 4, iş vərəqə 98-100) xx.xx.2023-cü il tarixli, 7(051)-57/2023 nömrəli Mingəçevir Şəhər Məhkəməsinin qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(062)-40/2022 nömrəli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs2 təyin edilmiş və icra edilməmiş 6000 manat cərimə cəzası 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. (Cild 4, iş vərəqə 122-125) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunda ittihamın elan edilmişdir. (Cild 4, iş vərəqə 129-130) Cinayət işində olan şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2009-cu il təvəllüdlü 01 (bir) yetkinlik yaşına çatmayan, xx.xx.2014-cü il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü 02 (iki) azyaşlı uşağı vardır. Cinayət işində olan şəxsiyyət vəsiqələrinin kserosurətinlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2007-cü il təvəllüdlü və xx.xx.2009-cu il təvəllüdlü 02 (iki) yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işində olan 063064 nömrəli vəsiqənin kserosurətindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 atası X25 “Birinci Qarabağ” müharibəsinin veteranıdır. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmış və həmin şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, qərar və müvafiq hökmdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 153/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyindən həmin Məcəllənin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-3/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzadan azad edilmişdir, məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, qərar və müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat cərimə cəzasına məhkum olunmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(062)-40/2022 saylı hökmünə əsasən həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 5000 manat cərimə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 3500 manat cərimə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 6000 manat cərimə cəzası saxlanılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən onlara qarşı irəli sürülmüş dələduzluq cinayəti ilə bağlı olan ittihamı mübahisələndirməmişdir. Təqsirləndirilən şəxs1 da ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş dələduzluq cinayəti ilə bağlı olan ittihamı mübahisələndirməmiş, həmin cinayət əməlini törətməsini səmimi şəkildə etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş narkotik vasitənin satış məqsədilə əldə edib saxlamaqla daşıması ilə bağlı olan ittihamı isə mübahisələndirmiş və həmin cinayəti törətmədiyini məhkəməyə bildirmişdir. Təqsirləndirilən şəxs1 ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı məhkəməyədək icraat zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən şahidlər X5, X21 və X18 Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki və ya psixi zorakılıq etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya müraciət etmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17-40/2-7639/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Xəsarət almadığını bildirir” qeydinin, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13cü qrafasında “Sol saidin ön səthində köhnə çapıq toxuması” qeydinin olması müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə bir halı da qeyd edir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs1 narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirərək özünü qismən təqsirli bilib barəsində verilmiş vəsatət və təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1159 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində xəsarət aşkar edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən həmçinin bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində olan ekspert rəyi ilə müəyyən olunur. Buna görə də, aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftəra məruq qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir. Bundan başqa, cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat aparılarkən polis əməkdaşları tərəfindən ona edilmiş hər hansı zorakılıqla bağlı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməsi, habelə müvafiq “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməsi müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X4rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki Təqsirləndirilən şəxs1 saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs1 üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs1 saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən əsaslı şübhə mövcud deyildir. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 fiziki və psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs1 dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs1 dəqiq xatırlamadığı tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İslam adlı əməkdaşının onu həmin idarəyə çağırıb döyərək dişini sındırdıqdan bir neçə gün sonra ona zəng edib “narkotiklə yükləyəcəyinə” dair hədələdiyinə görə “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edib şikayət etdiyini, daha sonra isə polis əməkdaşları tərəfindən saxlanılıb fiziki və psixi zorakılıq edilməsi nəticəsində heç vaxt istifadə etməməsinə baxmayaraq satış məqsədilə narkotik vasitənin əldə etməsi, saxlaması və daşımasına görə cinayət məsuliyyətinə cəlb edildiyini, onun saxlanılmasında Ceyhun İmamverdiyev adlı şəxsin yox, Əli adlı şəxsin iştirak etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərinin, yəni ünvan 7 ünvanında kimlər tərəfindən saxlanıldığını müəyyən etmək üçün Daxili İşlər Nazirliyinin X10 Mərkəzinə sorğu ünvalamaqla həmin ünvanda olan 18 aprel 2023-cü il tarixə dair Təhlükəsiz Şəhər kameralarının görüntülərini istəmiş, lakin X14 Xidmətinin xx.xx.2024cü il tarixli, 3/2-28518/24 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İslam adlı əməkdaşının ona fiziki və psixi zorakılıq etməsi ilə bağlı “102 Xidməti Zəng Mərkəzi”-nə şikayət etdiyini bildirdiyindən, məhkəmə tərəfindən həmin xüsusatın həqiqət olub-olmadığını müəyyən etmək üçün müvafiq quruma müraciət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X14 Xidmətinin xx.xx.2024cü il tarixli, 3/2-28440/24 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2023-cü il üzrə daxil olan məlumatların araşdırılması mümkün olmamışdır. Məhkəmə bir halı qeyd edir ki, cinayət işinin materiallarının tədqiqi zamanı, habelə məhkəmə baxışında Əli adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs1 saxlanılması və ya hər hansı ünsiyyəti müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarında olan “Əməliyyat qrupunun yaradılması haqqında” qərar və müvafiq əmrdən Təqsirləndirilən şəxs1 saxlanılmasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları X5, X21 və X18 iştirak etmiş, Əli adlı və ya başqa şəxsin həmin prosesdə iştirakı məhkəmə tərəfindən müəyyən olunmamışdır. Müdafiə tərəfi məhkəmə iclasında məhkəməyə mobil tətbiqdə olan yazışmaları təqdim edib həmin yazışmalardan birinin “İslam bandatdel” adı ilə qeydə alınmış şəxsə ünvanlanan yazışma olduğunu, digərinin isə “Sam Raka” adlı ilə qeydə alınmış şəxsə ünvanlanan nalayiq yazının olduğu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin kağız daşıyıcılarında olan məlumatların mənbəyi bəlli deyil, şərti adlar qeyd edilmiş, eyniləşdirmənin aparılması üçün mümkün vasitə yoxdur. Yazışmanın aparıldığı tarix qeyd edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2.8-ci maddəsinə əsasən, sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 125.3-cü madəsinə əsasən, həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Odur ki, müdafiə tərəfinin təqdim etdiyi kağız daşıyıcıda olan həmin yazışmalar sübut kimi qəbul edilmir. Bundan savayı, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində məhkəməyədək icraat zamanı müdafiəçisi olmuş müdafiəçinin onun üzərində videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmədiyini, müdafiəçisini ilk dəfə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclas zalında gördüyünü bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarının 1-ci cildinin 28-31ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş 01 ədəd DVD diskə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 müdafiəçi həmin istintaq hərəkətində iştirak etmişdir. Habelə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi olmuş müdafiəçi 18 aprel 2023-cü il tarixə olan bir sıra sənədləri də imzalamış, sonuncunun hüquqlarını qanunvericiliyə uyğun şəkildə müdafiə etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin xüsusatla bağlı söylədikləri həqiqi olmamaqla, özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı heç vaxt narkotik vasitə istifadə etmədiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən gecə vaxtı ona təqdim 1 ədəd stəkan təqdim edildikdən sonra növbəti gün ekspertizaya aparıldığından, qanında narkotik vasitə aşkarlandığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdikləri mülahizə xarakteri daşımaqla, hər hansı dəlil və sübutla möhkəmlənməmişdir. Əksinə xx.xx.2023-cü il tarixli Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X36 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 2334 nömrəli ekspert rəyindən də görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Beləliklə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokollara əlavə edilmiş disklərə baxışa əsasən şəxsi axtarış və götürmə istintaq hərəkəti Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 könüllü şəkildə əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Təqsirləndirilən şəxs1 və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokollara qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeydlər də əlavə olunmuşdur. Həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs1 sərbəst şəkildə müvafiq narkotik tərkibli maddələri əldə etməsi, saxlaması və daşıması barədə məlumat vermişdir. Həmin kütlə ekspertizaya göndərilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/2288 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış narkotik vasitə heroinin təmiz çəkisinin 6,075 qram olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 üzərində aşkarlanmış narkotik vasitə ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 həmçinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,075 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 7 ünvanın qarşısına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 18 aprel 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 12:40-da qeyd edilən ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, həmin Baş İdarədə saat 14:32-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,075 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Sözügedən qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 83-cü bəndinə əsasən, narkotik vasitə heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda xeyli miqdar, 2 qramdan artıq olduqda külli miqdar, 800 qramdan artıq olduqda isə xüsusilə külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümdəki narkotik vasitə heroin təmiz çəkisi külli miqdarda, yəni 6,075 qram təşkil etməklə xeyli miqdarından təxminən 40,5 dəfə, külli miqdarından isə təxminən 3,03 dəfədən artıqdır. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması müəyyən edilməmiş, ibtidai istintaq orqanı tərəfindən bu sübuta yetirilməmişdir. Göründüyü kimi, müvafiq əməliyyat məlumatı mövcud olsa da, sonradan Təqsirləndirilən şəxs1 narkotik vasitə və ya psixotrop maddənin satışı və dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Şahid ifadələri və cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat aşkarlanmamış, onun istehlakçı ilə əvvəlcədən razılıq, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, habelə onda narkotik vasitə və ya psixotrop maddələrin hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 01 ədəd bükümdə külli miqdarda 6,075 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə yox, satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd edir ki, bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin maddənin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş ittihamlarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxslər həmin cinayətləri törətdiklərini məhkəmə iclasında səmimi şəkildə etiraf etmişlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin Plenum qərarının 31-ci bəndindən görünür ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaraq həmin şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsləri və şahidləri dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər görmüş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə müraciət edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasına gəlməsinə zərurət olmadığını, həmin şəxslərin iştirakları olmadan məhkəmə iclasının davam etdirilməsini və gələcəkdə də gəlmələrini zəruri hesab etmədiyini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 141.2 və 337.2-ci maddələrinə əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında dindirilməsindən imtina məhkəmə tərəfindən qəbul edilmişdir. Odur ki, məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərini səmimi şəkildə etiraf edib məhkəmədə verdiyi ifadələrində öz epizodlarına uyğun “turbo.az” elan səhifəsində özlərinə məxsus olmayan, internetdən götürdükləri avtomobillərin fotoşəkillərini yerləşdirdikdən sonra həmin elanla bağlı zəng edən müvafiq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 pullarını ələ keçirdiklərini bildirmişlər. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, şahidlər Şahid1, Şahid2 Yusif oğlu və Şahid3 Asim oğlunun məhkəməyədək icraat zamanı verdikləri ifadələrini, şahidlər X5, X18 və X13 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Bundan savayı, məhkəmə qeyd edir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq hesab edilir. Məhkəmə bununla bağlı vurğulayır ki, dələduzluq cinayətinə görə irəli sürülmüş ittihamlar üzrə müvafiq epizodlarda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbirliklə həmin cinayəti törətmişlər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci, 178.2.1-ci və 178.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-1-ci, 178.2.1-ci və 178.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinin tələbinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş Zərərçəkmiş şəxs3 ilə bağlı ittiham üzrə cinayət əməlinin törədildiyi vaxt qüvvədə olmuş Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən həmin əməl böyük ictimai təhlükə törətməyən cinayət sayıldığından və cinayət məsuliyyətinə cəlb etmə müddəti, yəni 2 ildən artıq müddət keçdiyindən Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin epizoda görə Təqsirləndirilən şəxs2 cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən həmin əməllər qəsdən törədilməklə, başa çatmış cinayətlərdir. Təsnifata görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət ağır, Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər isə az ağır cinayətlər kateqoriyasına aiddirlər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-1-ci, 178.2.1-ci və 178.2.2-ci, Təqsirləndirilən şəxs2 hərəkətlərində Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci, Təqsirləndirilən şəxs3 hərəkətlərində 178.2.1-ci və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-1-ci, 178.2.1-ci və 178.2.2-ci, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Dələduzluq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən dələduzluqla bağlı cinayət əməlini səmimi etiraf etməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törədilmiş cinayətlərin xarakterini, təqsirləndirilən şəxsin əvvəl də eyni kateqoriyadan olan, yəni dələduzluq cinayətini törətməsini, hazırkı cinayət işi üzrə törədilmiş cinayətin üsulunu və mexanizmini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə aradan qaldırmasını, zərərçəkmiş şəxslərlə barışmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasının həddində isə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin cəzaya məhkum edilmiş şəxslər yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək və məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr qoya bilər. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, səhhətinin vəziyyətini, atasının “Birinci Qarabağ” müharibəsinin veteranı olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, təqsirləndirilən şəxsin əvvəl də eyni kateqoriyadan olan, yəni dələduzluq cinayətini törətməsini, hazırkı cinayət işi üzrə törədilmiş cinayətin üsulunu və mexanizmini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə aradan qaldırmasını, zərərçəkmiş şəxslərlə barışmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, atasının “Birinci Qarabağ” müharibəsinin veteranı olmasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs3 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, təqsirləndirilən şəxsin əvvəl də eyni kateqoriyadan olan, yəni dələduzluq cinayətini törətməsini, hazırkı cinayət işi üzrə törədilmiş cinayətin üsulunu və mexanizmini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə aradan qaldırmasını, zərərçəkmiş şəxslərlə barışmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Sözügedən Plenum qərarının 16-cı bəndinə əsasən, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs1 Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-3/2024 nömrəli hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(066)-3/2024 nömrəli məktubundan görünür ki, həmin hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(066)-3/2024 nömrəli hökmünün çıxarılmasına əsas olmuş cinayət işi üzrə 02 (iki) gün müddətinə tutulduğundan, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün saxlanılmışdır. Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-566/2023 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1198/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 3 (üç) ay müddətə, yəni xx.xx.2023-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1573/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına cinayətlərin məcmusu qaydasında qismən toplanılmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-3/2024 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq, ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, 1(066)-3/2024 nömrəli hökmü ilə müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 həmin cinayət işi üzrə həbsdə saxlanıldığı müddət bir günə bir gün hesabı ilə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzadan çıxılmaqla üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı çəkməsinə görə cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həmin Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən törətdiyi cinayət əməli ağır, həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə əsasən törətdiyi cinayət əməli isə az ağır cinayət kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs2 Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(062)-40/2022 nömrəli hökmünə əsasən 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(051)-57/2023 nömrəli qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(062)-40/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və icra edilməmiş 6000 manat cərimə cəzası 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 274463/3-12 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilmiş 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2024-cü il tarixdə başa çatdığından, qeydiyyatdan çıxarılmışdır. Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün, xx.xx.2023-cü il tarixdə isə 01 (bir) gün şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(062)- 40/2022 nömrəli hökmü ilə təyin edilmiş cərimə cəzası icra edilmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(051)-57/2023 nömrəli qərarı ilə əvəzlənmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu qaydasında tamamilə toplamaqla, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, habelə Təqsirləndirilən şəxs2 tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(051)-57/2023 nömrəli qərarı əsasında çəkilmiş azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbs edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,975 qram heroin məhv edilməli, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X9 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulduğundan, Təqsirləndirilən şəxs1 hazırki hökmlə Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, hazırki hökmlə Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla, Təqsirləndirilən şəxs1 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulduğundan, Təqsirləndirilən şəxs1 Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-3/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)-3/2024 nömrəli hökmü ilə müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 həmin cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla həmin müddət Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırki iş üzrə tutulduğu 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(062)-40/2022 nömrəli hökmü ilə təyin edilmiş 6000 manat cərimə cəzasını icra etmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(051)-57/2023 nömrəli qərarı ilə əvəz edilmiş 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu qaydasında tamamilə toplamaqla Təqsirləndirilən şəxs2 02 (iki) il 04 (dörd) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hazırki iş üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla cəmi 06 (altı) gün müddət, habelə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(051)- 57/2023 nömrəli qərarına əsasən çəkilmiş 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan Mingəçevir şəhəri 4 saylı yataqxananı saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan Mingəçevir şəhəri 4 saylı yataqxananı saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,975 qram heroin məhv edilsin. xx.xx.2023cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, xüsusi müsadirə edilməli olan əmlakın, ekspertiza və digər məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(101)-168/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-168/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver