Məhkəmə qərarları › İş №1(101)-1680/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1680/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1680/2025 19.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Banu Pənah qızı Qasımzadənin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" MMC-in nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, 19 avqust 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu, Balyand ərazi dairəsi, Balyand kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişlər. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla dəqiq tarixlərini müəyyənləşdirmək mümkün olmayan 2025-ci ilin iyul ayının əvvəllərindən həmin ayın sonunadək olan müddət ərzində xidmətdə olduqları Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində "xxxx" MMC-nin Bakı şəhəri 4 saylı “Depo-3 avtopark”nın ərazisində yerləşən "xxxx" MMC-yə məxsus olan “İveco” markalı avtobusların qaz boğucularının saxlanc yeri olan kollektor hissəsinə vahid niyyətlə əhatə olunmuş qəsdlə bir neçə dəfə eyni niyyətlə qanunsuz daxil olmaqla oradan avtobuslara quraşdırılmış vəziyyətdə olan "xxxx" MMC-yə məxsus 01 ədədinin dəyəri 1492,94 manat təşkil edən cəmi 12 ədəd katalizatoru söküb çıxardaraq izi itirmək üçün avtobuslarda sökdükləri digər hissələri yenidən əvvəlki vəziyyətinə salıb cəmi dəyəri 17.915,28 manat olan 12 ədəd katalizatorları götürüb sellofan torbaya yığıb qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə gizlədib avtoparkın ərazisindən çıxardıb daşıyaraq özləri ilə aparıb dəyərindən aşağı qiymətə satıb əldə etdikləri pulları Təqsirləndirilən şəxs2 ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 17.915,28 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir.

3. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla dəqiq tarixlərini müəyyənləşldirmək mümkün olmayan 2024-cü ilin noyabr ayının əvvəllərindən həmin ayın sonunadək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X4 ərazisində "xxxx" MMC-nin Bakı şəhəri 4 saylı “Depo-5 avtopark”ın saxlanc yeri olan ərazisinə hasardan aşmaqla qanunsuz daxil olub orada yerləşən "xxxx" MMC-yə məxsus olan “İveco” markalı avtobusların qaz boğucularının saxlanc yeri olan kollektor hissəsinə vahid niyyətlə əhatə olunmuş qəsdlə bir neçə dəfə eyni niyyətlə qanunsuz daxil olmaqla oradan avtobuslara quraşdırılmış vəziyyətdə olan "xxxx" MMC-yə məxsus 01 ədədinin dəyəri 1492,94 manat təşkil edən cəmi 19 ədəd katalizatoru söküb çıxardaraq izi itirmək üçün avtobuslarda sökdükləri digər hissələri yenidən əvvəlki vəziyyətinə salıb cəmi dəyəri 28.365,86 manat olan 19 ədəd katalizatorları götürüb sellofan torbaya yığıb hasardan aşıb avtoparkın ərazisindən çıxartmaqla qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etməklə hasardan aralı məsafədə küçədə saxladığı avtomobildə gizlədib daşıyaraq özləri ilə aparıb dəyərindən aşağı qiymətə satıb əldə etdikləri pulları Təqsirləndirilən şəxs2 ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 28.365,86 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir.

4. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla dəqiq tarixlərini müəyyənləşldirmək mümkün olmayan 2025-ci ilin iyul ayının əvvəllərindən həmin ayın sonunadək olan müddət ərzində xidmətdə olduqları Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsində "xxxx" MMC-nin Bakı şəhəri 4 saylı “Depo-3 avtopark”nın ərazisində yerləşən "xxxx" MMC-yə məxsus olan “İveco” markalı avtobusların qaz boğucularının saxlanc yeri olan kollektor hissəsinə vahid niyyətlə əhatə olunmuş qəsdlə bir neçə dəfə eyni niyyətlə qanunsuz daxil olmaqla oradan avtobuslara quraşdırılmış vəziyyətdə olan "xxxx" MMC-yə məxsus 01 ədədinin dəyəri 1492,94 manat təşkil edən cəmi 12 ədəd katalizatoru söküb çıxardaraq izi itirmək üçün avtobuslarda sökdükləri digər hissələri yenidən əvvəlki vəziyyətinə salıb cəmi dəyəri 17.915,28 manat olan 12 ədəd katalizatorları götürüb sellofan torbaya yığıb qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə gizlədib avtoparkın ərazisindən çıxardıb daşıyaraq özləri ilə aparıb dəyərindən aşağı qiymətə satıb əldə etdikləri pulları Təqsirləndirilən şəxs1 ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 17.915,28 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir.

5. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla dəqiq tarixlərini müəyyənləşldirmək mümkün olmayan 2025-ci ilin noyabr ayının əvvəllərindən həmin ayın sonunadək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X4 ərazisində "xxxx" MMC-nin Bakı şəhəri 4 saylı “Depo-5 avtopark”ın saxlanc yeri olan ərazisinə hasardan aşmaqla qanunsuz daxil olub orada yerləşən "xxxx" MMC-yə məxsus olan “İveco” markalı avtobusların qaz boğucularının saxlanc yeri olan kollektor hissəsinə vahid niyyətlə əhatə olunmuş qəsdlə bir neçə dəfə eyni niyyətlə qanunsuz daxil olmaqla oradan avtobuslara quraşdırılmış vəziyyətdə olan "xxxx" MMCyə məxsus 01 ədədinin dəyəri 1492,94 manat təşkil edən cəmi 19 ədəd katalizatoru söküb çıxardaraq izi itirmək üçün avtobuslarda sökdükləri digər hissələri yenidən əvvəlki vəziyyətinə salıb cəmi dəyəri 28.365,86 manat olan 19 ədəd katalizatorları götürüb sellofan torbaya yığıb hasardan aşıb avtoparkın ərazisindən çıxartmaqla qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etməklə hasardan aralı məsafədə küçədə saxladığı avtomobildə gizlədib daşıyaraq özləri ilə apararıb dəyərindən aşağı qiymətə satıb əldə etdikləri pulları Təqsirləndirilən şəxs1 ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 28.365,86 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir.

Təqsirləndirilən şəxslərin təqsirliliyinə dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar aşağıdakılardan ibarətdir:

6. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, katalizatorları oğurlanmış avtobuslar 2015-ci ildə Avropa oyunları ilə əlaqədar olaraq Bakıya gətirilmiş avtobuslar olmuşlar. 2022-ci ildən bəri həmin avtobusların istismarı dayandırılmışdır. Həmin avtobusların ikinci əl ehtiyat hissələri ya çox məhdud sayda olur, ya da heç olmur. Belə olan halda onlar həmin hissələri əvəz etmək üçün yeni hissələr almaq məcburiyyətində qalırlar. Məhz bu səbəbdən Bakı şəhərində belə ehtiyat hissələri istehsal edən zavod yaradılmış və avtobusların yenidən istismarı planlaşdırılmışdır. Sözügedən avtobuslar bəziləri Albalılıq adlanan ərazidə yerləşən qarajda, bəziləri isə Zığ qarajında saxlanılırdı. İlkin yaradılmış qaraj Zığ qəsəbəsində idi. Sonradan Albalılıqda qaraj yaradılmış və avtobusların 150-si ora aparılmışdır. Qarajların mühafizəsinin təmin edilməsi ilə əlaqədar olaraq tender elan edilmiş və Şəmistangilin təhkim olunduqları şirkət tenderi qazanmışdır. Həmin şirkətlə müqavilə bağlanmış, Şəmistan və Həsən işə cəlb olunmuşlar. Sonradan avtobusların texniki vəziyyətini öyrənmək üçün avtobuslara baxış keçirilmişdir. Noyabr ayından yanvar ayına kimi davam edən baxış zamanı 33 avtobusun katalizatorunun olmaması müəyyən edilmişdir. Katalizatorların oğurlanması onların bir hissəsinin Albalılığa köçürüldükdən sonra müəyyən edilmişdir. Oğurluq hadisəsinin baş verdiyini müəyyən etdikdən sonra polisə müraciət etmişlər. Müstəntiqə katalizatorların 18 600 manata alındığı bildirilsə də, müəssisəyə vurulmuş zərər katalizatorlar hər biri üçün qalıq dəyər olaraq 13 620 manat olmaqla hesablanmışdır. Katalizatorların sonradan qəbul edilmiş dəyəri müəssisənin mühasibatlığı tərəfindən müəyyən edilmişdir. Eskpert katalizatorların dəyərini müəyyən edərkən onların istismarının 2014-cü ildən başlanmasını qeyd etsə də, avtobusların istismarı faktiki olaraq 2015-ci ilin iyun ayında başlamışdır.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir gün tanımadığı bir nömrədən zəng gəlmiş, zəng edən şəxs onda katalizator olduğunu və onu satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən 1 sellofan katalizator almışdır. Sonradan bilmişdir ki, həmin katalizatorlar oğurluq əmlakdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid həmin şəxsdən əvvəl 5-6 kiloqram katalizator aldığını, sonra yenidən onunla katalizatorların alqı-satqısını həyata keçirdiklərini, həmin şəxsə ***-**** manat məbləğində pul verdiyini, alqı-satqı müqaviləsini rəsmiləşdirmədiyini, katalizatorları ustalardan aldığını, Şəmistanın da onun bildiyinə görə usta olduğunu, Şəmistandan əldə etdiyi katalizatoru sonradan daha baha qiymətə satdığını, Şəmistangildən 1-2 dəfə katalizator aldığını, Şəmistanın ona katalizatoru avtobusun sahibindən götürdüyünü bildirdiyini, katalizatorun istifadəyə yararsız avtomobildən götürülməsinin bəlli olduğunu, hətta bir qədər əridiyini, katalizatorın sellofanın içində olmaqla tamlığının pozulduğunu və qırıq-qırıq olduğunu, katalizatorun ümumi çəkisini xatırlamadığını, ilkin olaraq verilmiş katalizatorın 5-6 kiloqram olduğunu bildirmişdir.

8. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 may 2025-ci il tarixli, 1691 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və.s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 Öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Şəmistan Kamil oğlunun psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 01; i.v.164-167).

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş Ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 may 2025-ci il tarixli, 1692 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal- hazırkı psixiatrik müayinənin nəticələri və s.sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış,həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs1 psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 01; i.v.168-170).

11. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli, 3-27-112/3-13- 039/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 24 may 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-də Bakı şəhəri 04 saylı bölməsində (Depo-3, Zığ avtoparkı) mühafizəçi, Təqsirləndirilən şəxs1 12 iyun 2023-cü il tarixdən 24 yanvar 2025-ci il tarixədək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-də Xüsusi Mühafizə Dəstəsində (Depo-3, Zığ avtoparkı) mühafizəçi kimi işləmişlər (cild 01; i.v.231).

12. X2 tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli, 125 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəydən görünür ki, tədqiqata təqdim edilmiş 2014-cü il tarixdən 2024-cü il tarixədək istismar olunmuş "xxxx" MMC-yə məxsus “İveco” markalı avtobusun 01 ədəd katalizatorunun 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti 1462,40 manat məbləğində müəyyən olunur (cild 01; i.v.232-237).

13. “İfadənin yerində yoxlanılması haqqında” 30 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə yerində cinayətin törədilmə yeri və mexanizmini əyani şəkildə göstərmişdir (cild 01; i.v.254-258).

14. Məhkəmənin qərarı əsasında təyin edilmiş “X2” MMC tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 25 dekabr 2025-ci il tarixli, 273 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2015-ci il tarixdən 2024-cü il tarixədək istismar olunmuş "xxxx" MMC-yə məxsus “İveco” markalı avtobusun 01 ədəd katalizatorunun 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti 1492,94 manat məbləğində müəyyən olunur.

15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən təqdim olunmuş 21 oktyabr 2025-ci il tarixli, 2-3/2-969/2025 saylı məktubdan görünür ki, "xxxx" MMC-də xx.xx.2019-cu ul tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövlət əmlakının idarə edilməsinin uyğunluq auditi aparılmışdır. "xxxx" MMC-də aparılmış audit barədə qrup hesabatında "xxxx" MMC-yə məxsus avtobusların katalizatorları ilə bağlı hər hansı audit tapıntısı olmamış, sərnişin avtobuslarına hər il üzrə ayrı-ayrılıqda silinən ehtiyat hissələri barədə yazılı və ya elektron analitik uçot məlumatları və ilkin sənədlər (təmir aktları və.s) audit qrupuna təqdim edilməmişdir.

Təqsirləndirilən şəxslərin müdafiələri üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

16. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, işlədikləri obyektdə ustalar avtobusları söküb katalizatorların olub-olmadığını yoxlayırdılar. Onlar Şəmistanla bunu görərək həmin kənara yığılan katalizatorları götürüb oğurlamaq qərarına gəlmişlər. Əraziyə qoyulan dağıntı və qırıntı halında olan köhnə katalizatorları oğurlamışlar. Onlar yalnız işlənmiş və qırıq halda olan katalizatorları oğurlamışlar, yeni və istismara yararlı katalizatorları oğurlamamışlar. Buna baxmayaraq ittihamda məbləğ yüksək, katalizatorların sayı isə çox göstərilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs ittihamda qeyd olunduğu kimi katalizatorları oğurlayıb, sonradan digər hissələri avtobusa quraşdırmadıqlarını, həmin avtobusların 2014-cü ildən istismara buraxıldığını, Buzovnada yerləşən parka həmin avtobusların evakuatorla aparıldığını, Zığ ərazisində olan dağıntı halında 4-5 katalizatorları oğurladıqlarını, qarajdan götürdükləri katalizatorların dəqiq sayını bilmədiyini, ümumilikdə iki dəfə oğurluq etdiklərini, qarajdan oğurluğu etmək üçün onlara 20 dəqiqə vaxt lazım olduğunu, belə ki, katalizatorlar sökülmüş vəziyyətdə olduğundan onları sökməyə vaxt sərf etmədiklərini, iyul ayından orada mühafizəçi işlədiyini, orada cəmi üç mühafizəçinin işlədiyini, mühafizəçinin həm postda, həm də ərazidə nəzarətdə olmalı olduğunu, əraziyə nəzarəti onların etdiklərini, avtobusların tamlığını yox, başqa şəxslərin əraziyə daxil olub-olmamalarını yoxladıqlarını, katalizatorun harada yerləşdiyini ustalar avtobusla işlədiyi zaman gördüklərini, onlar olmadan ustaların avtobusların yanına keçə bilmələrinin mümkün olmadığını, ustalar getdikdən sonra sökülmüş hissələri gördüklərini, oğurluqla bağlı təklifi ilk hansının etdiyini xatırlamadığını, sonuncu oğurluq halının oktyabrda olduğunu, ilk oğurluqlarının iyul-avqust aylarında olduğunu, avtobusların bir qismi qaraja daşındığından katalizatorları oradan götürməyi düşündüklərini bildirmişdir.

17. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, onlar Zığ ərazisindən katalizatorları qırıntı halında oğurlamışlar. Onların qiyməti ittihamda aktında göstərildiyi kimi olmamışdır, daha aşağı olmuşdur. Digər təqsirləndirilən şəxsin dediklərini təsdiq edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Zığda hadisə olan zaman orada Həsən ilə birlikdə mühafizəçi işlədiklərini, onlardan başqa bir mühafiəçinin də olduğunu, qırıntı halında olan katalizatorları oğurladıqlarını, birinin çəkisinin 150-200 qram olduğunu, Zığdan bir dəfə oğurluq etdiklərini, götürdükləri katalizatorları aparıb satdıqlarını, katalizatorları təxminən 15-20 dəqiqəyə götürdüklərini, digər mühafizəçi postda olduğu üçün onları görmədiyini, qaraja 2-3 dəfə oğurluq üçün girdiklərini və hər dəfə 15-20 dəqiqə vaxtlarının getdiyini, katalizatorun avtobusa necə taxılıb-çıxarıldığını bilmədiyini, işlədikləri dövrdə avtobuslarda yoxlanış olmadığını, həmin avtobusların istismara yararsız vəziyyətdə olduqlarını, onları evakuatora yükləyib apardıqlarını, ərazinin hər iki girişinə nəzarətin tam mümkün olmadığını, əraziyə girib çıxan avtomobillərin baqajını yoxladıqlarını, iki və ya üç dəfə qırıntı halında götürdükləri katalizatorları 150-300 manata başqa şəxslərə satdıqlarını, həmin qırıntıları kilo ilə Elmir adlı şəxsə satdıqlarını, həmin şəxsə üç dəfə katalizator satdıqlarını, ümumilikdə katalizator satışından 2000 manat əldə etdiklərini, istintaq zamanı onlara təzyiq göstərildiyindən onlara aid olmayan ittihamları qəbul etdiklərini, bədənlərində iz qalmadığından bu barədə hər hansı orqana şikayət etməyi lazım bilmədiklərini göstərmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

18. 177.2.1, 177.2.2. və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

19. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür.

20. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.

21. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

22. “Şübhəli şəxsin tutulması haqqında” 23 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 fevral 2025-ci il tarixdə, saat 22:30-da tutulmuşdur (cild 01; i.v.43).

23. “Şübhəli şəxsin tutulması haqqında” 23 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 fevral 2025-ci il tarixdə, saat 23:30-da tutulmuşdur (cild 01; i.v.65).

24. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 4(003)-100/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 23 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v. 124-129).

25. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 4(003)-99/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 23 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.130-133).

26. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 04 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.190-191).

27. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 04 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Ə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.192-193).

28. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 4(003)-265/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 ay müddətə, 23 avqust 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.214-216).

29. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 4(003)-264/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 ay müddətə, 23 avqust 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.217-221).

30. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 4(003)-329/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün müddətə, 12 sentyabr 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.347-351).

31. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 4(003)-336/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 gün müddətə, 12 sentyabr 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.352-357).

32. “AzərTürk Bank”a məxsus olan 17 oktyabr 2025-ci tarixli qəbzlərdən görünür ki, təqsirləndirilən şəxslərin qohumları tərəfindən "xxxx" MMC-ə dəymiş zərərdən ümumilikdə 20.000 manat (hər biri tərəfindən 10.000 manat olmaqla) ödənilmişdir.

33. “AzərTürk Bank”a məxsus olan 24 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 atası tərəfindən "xxxx" MMC-ə dəymiş zərərdən 3000 manat ödənilmişdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

34. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

35. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

36. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.

37. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

38. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

41. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

42. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin:

43. 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.

44. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.

45. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

46. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır:

47. 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;

48. 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.

49. 181.2-ci maddəsinə əsasəm bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər:

50. 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini;

51. 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini;

52. 181.2.3. itirilmiş gəlirin ödənilməsini;

53. 181.2.4. mənəvi ziyanın ödənilməsini.

54. 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir:

55. 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə;

56. 181.3.2. zərər çəkmiş şəxsin dəfninə;

57. 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə;

58. 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər.

59. 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

60. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan AR CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi öz təsdiqini tapmamış, onlar tərəfindən AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

61. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxslərin əməllərinin AR CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilməsi ilə bağlı gəldiyi qənaətin əsaslandırılmasını zəruri hesab edir.

62. Belə ki, ibtidai istintaq zamanı keçirilmiş yuxarıda qeyd olunan 19 iyun 2025-ci il tarixli, 125 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə 2014-cü il tarixdən 2024-cü il tarixədək istismar olunmuş "xxxx" MMC-yə məxsus “İveco” markalı avtobusun 01 ədəd katalizatorunun 2024-cü ilin noyabr ayına olan orta bazar qiymətinin 1462,40 manat məbləğində müəyyən olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda 01 ədəd katalizatorun qiyməti 13619,75 manat olmaqla ümumi dəymiş zərər olaraq 449.451,75 (birinci epizod üzrə 190.676,50 manat, ikinci epizod üzrə 258.775,25 manat) manat kimi göstərilmişdir.

63. Halbuki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər.

64. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş gömrük bəyannamələri ilə katalizatorları oğurlanmış avtobusların Azərbaycan Respublikası ərazisinə 2014-cü ildə deyil, 2015-ci il tarixdə gətirilməsi müəyyən edildiyindən məhkəmə tərəfindən həmin xüsusat nəzərə alınmaqla yenidən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 dekabr 2025-ci il tarixli, 273 saylı rəyi ilə 2015-ci il tarixdən 2024-cü il tarixədək istismar olunmuş "xxxx" MMC-yə məxsus “İveco” markalı avtobusun 01 ədəd katalizatorunun 2024-cü ilin noyabr ayına olan orta bazar qiymətinin 1492,94 manat məbləğində olması müəyyən edilmişdir.

65. Göründüyü kimi, hazırki iş üzrə oğurlanmış əmlakların cinayət törədilən vaxtı olan faktiki dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən müstəntiq tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə və oğurlanmış əmlakların dəyərinin cinayət törədilən vaxt üçün ekspert tərəfindən müəyyən edilməsinə baxmayaraq müstəntiq zərərçəkmiş tərəfin öz əmlaklarına verdiyi dəyəri müvafiq ekspert rəyindən üstün tutaraq bunun səbəbini əsaslandırmaq zərurəti görmədən zərərçəkmiş tərəfin göstərdiyi məbləğlərlə katalizatorları qiymətləndirərək həmin məbləğlər əsasında da əsassız olaraq təqsirləndirilən şəxslərə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmələrinə dair ittiham irəli sürmüşdür.

66. Bununla yanaşı, məhkəmə məhkəmənin sorğusu əsasında Bakı şəhəri Suraxanı rayon prokurorluğundan daxil olmuş sənədləri nəzərə alaraq təqsirləndirilən şəxslərə verilmiş ittihamın həcminin azaldılmasını qanuni və əsaslı hesab edir.

67. Belə ki, məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Suraxanı rayon prokurorluğu tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən 18 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən "xxxx" MMC-nin avtoparkından katalizatorların oğurlandığı, baş verən oğurluq hadisəsinin X3, X10 və X7 tərəfindən törədilməsinə ciddi və əsaslı şübhələrin olduğu göstərilmiş, 28 noyabr 2023-cü il tarixdə həmin faktla bağlı AR CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, 18 aprel 2024-cü il tarixdə Bak şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi tərəfindən təqsirləndirilən şəxslərin müəyyən edilməməsi əsası ilə cinayət işi üzrə dayandırılmışdır. Həmin materiala əlavə edilmiş və oğurlanması iddia olunan katalizatorlar arasında ** JH *** və ** JH *** dövlət qeydiyyat nişanlı avtobusların katalizorlarının olması müəyyən edilmişdir.

68. Hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş avtobusların siyahısından görünür ki, həmin siyahıya əsasən təqsirləndirilən şəxslərin oğurladıqları iddia olunan avtobuslar arasında da ** JH *** və ** JH *** dövlət qeydiyyat nişanlı avtobusların olması göstərilmişdir.

69. Halbuki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli, 3-27-112/3- 13-039/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 24 may 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-də Bakı şəhəri 04 saylı bölməsində (Depo-3, Zığ avtoparkı) mühafizəçi, Təqsirləndirilən şəxs1 12 iyun 2023-cü il tarixdən 24 yanvar 2025-ci il tarixədək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-də Xüsusi Mühafizə Dəstəsində (Depo-3, Zığ avtoparkı) mühafizəçi kimi işləmişlər (cild 01; i.v.231).

70. Göründüyü kimi, sözügedən ** JH *** və ** JH *** dövlət qeydiyyat nişanlı avtobusların katalizatorlarının oğurlanması iddia olunan vaxtda, yəni 2023-cü ildə Təqsirləndirilən şəxs2 ümumiyyətlə "xxxx" MMC-də işləməmiş, şikayət ərizəsində isə Təqsirləndirilən şəxs1 adı ümumiyyətlə göstərilməmişdir.

71. Belə olan halda məhkəmə hazırki ittihama əsasən ibtidai istintaq orqanı tərəfindən ** JH *** və ** JH *** dövlət qeydiyyat nişanlı avtobusların katalizatorlarının Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2025-ci ilin iyul ayının əvvələrindən həmin ayın sonunadək olan müddət ərzində oğurlamalarının müəyyən edildiyini, iş materiallarında olan sənədlərə əsasən isə həmin avtobusların katalizatorlarının oğurlanması iddia olunan vaxtda Təqsirləndirilən şəxs2 ümumiyyətlə "xxxx" MMC-də işləmədiyini, 2023-cü ildə oğurlanması ilə bağlı cinayət işi başlanılmış katalizatorların formal olaraq guya 2025-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlanmalarına dair təqsirləndirilən şəxslərə qarşı ittiham irəli sürüldüyünü nəzərə alaraq birinci epizod üzrə oğurlanmış katalizatorların sayının 14 ədəd deyil, 12 ədəd olması nəticəsinə gəlir.

72. Göstərilənləri ümumiləşdirərək məhkəmə müvafiq ekspert rəyi ilə "xxxx" MMC-yə məxsus “İveco” markalı avtobusun 01 ədəd katalizatorunun 2024-cü ilin noyabr ayına olan orta bazar qiymətinin 1492,94 manat məbləğində müəyyən edilməsini, istintaq orqanı tərəfindən isə vurulmuş zərərin məbləğinin ekspert rəyi nəzərə alınmadan sadəcə zərərçəkmiş tərəfin dediyi qiymət əsasında göstərildiyini nəzərə alaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən məbləğ əsas götürülməklə təqsirləndirilən şəxslərə ittiham verilməsinin qanuni olması və belə olan halda onların zərərçəkmiş şəxsə vurduqları zərərin külli deyil, xeyli miqdar təşkil etməsi (birinci epizod üzrə 17.915,28 manat, ikinci epizod üzrə 28.365,86 manat) qənaətinə gəlir.

73. Odur ki, məhkəmənin göstərilənlərə nəzərə alaraq gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri AR CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilməklə onlara həmin maddələrin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir.

74. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmi 4-5 ədəd katalizator oğurladıqlarını, həmin katalizatorların qırıq vəziyyətdə və istifadəyə yararsız olduğunu bildirsələr də, məhkəmə onların həmin ifadələrini işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir.

75. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri 22 fevral 2025-ci il tarixdə verdikləri ilkin izahatlarında ümumilikdə "xxxx" MMC-yə məxsus 30 ədəd avtobuslardan katalizatorları sökərək götürüb başqa şəxsə satdıqlarını bildirmişlər.

76. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 23 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ilk dəfə oğurluq edərkən 14 ədəd katalizator oğurladıqlarını, ikinci dəfə isə çöldə gözlədiyindən, Şəmistan içəri keçib katalizatorları götürdüyündən dəqiq nə qədər katalizator oğurlanmasını bilmədiyini göstərmiş, Təqsirləndirilən şəxs2 isə həmin tarixli ifadəsində birinci dəfə 14 ədəd, ikinci dəfə isə 19 ədəd, cəmi 33 ədəd katalizator oğurladıqlarını bildirmişdir.

77. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 fevral 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman onlar hər ikisi şübhəli şəxs qismində dindirilən zaman verdikləri ifadənin məzmununa uyğun ifadə verməklə törətdikləri cinayət əməllərini etiraf etmişlər.

78. Həmçinin, iş materiallarında olan (cild 01; i.v.124-133) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 4(003)-100/2025 saylı və eyni tarixli, 4(003)- 99/2025 saylı qərarlarından görünür ki, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata baxılan zaman onlar hər ikisi törətdikləri cinayət əməllərini qismən etiraf edərək "xxxx" MMC-yə məxsus 28 ədəd katalizatoru oğurladıqlarını bildirmişlər, hətta Təqsirləndirilən şəxs2 həmin məhkəmə iclasında oğurlanmış katalizatorların satışından 15000-20000 manat pul əldə etdiklərini göstərmişdir.

79. İbtidai istintaqın sonrakı mərhələsində və məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona təzyiqlər göstərildiyindən ilkin izahat və ifadələrində 33 ədəd katalizatorları oğurladıqlarını bildirdiyini iddia etsə də, məhkəmə iclasında verilmiş suallara cavab olaraq polis əməkdaşları tərəfindən döyülmədiyini, onda hər hansı xəsarət olmadığını, psixoloji təzyiqlərə məruz qaldığını bildirmiş, lakin həmin təzyiqin nədə ifadə olunduğunu əsaslandıra bilməmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılan zaman da o, sədrlik edən hakimə bu barədə heç bir söz demədən törətdiyi cinayət əməlini qismən etiraf etmişdir.

80. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən psixi təsirlərə məruz qaldığından etirafedici ifadələr verdiyini bildirsə də, o da digər təqsirləndirilən şəxs kimi həmin təzyiqin nədə ifadə olunmasını əsaslandıra bilməmişdir.

81. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

82. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

83. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxslər onlara qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etməmiş, barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasında bu barədə hər hansı bir xüsusata toxunmamışlar ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən onların psixi təzyiqlərə məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.

84. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş tərəfin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

85. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

86. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını (CM-59.2), cinayət nəticəsində dəymiş zərərdən qismən ödəniş etməsini (CM-59.1.4) onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır.

87. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

88. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını (CM-59.2), cinayət nəticəsində dəymiş zərərdən qismən ödəniş etməsini (CM-59.1.4) onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır.

89. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

90. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır.

91. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır.

92. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

93. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-in nümayəndəsi Nümayəndə mülki iddia ərizəsi təqdim edərək "xxxx" MMC-yə dəymiş 613.800 manat məbləğində maddi zərərin və 903.80 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 614.703,80 manat məbləğində pul vəsaitinin mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir.

94. Məhkəmə tam və hərtərəfli məhkəmə araşdırması nəticəsində (yuxarıda ətraflı göstərilmiş əsaslarla) təqsirləndirilən şəxslər tərəfindən "xxxx" MMC-yə vurulmuş zərərin ümumi məbləğinin 46.281,14 manat (birinci epizod üzrə 17.915,28 manat, ikinci epizod üzrə 28.365,86 manat) olmasının müəyyən edildiyini, həmin zərərin 23000 manat hissəsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən ödənilməklə qalıq məbləğin 23.440,98 manat təşkil etdiyini, dövlət rüsumunun həmin məbləğə mütənasib hesablanmalı olmasını nəzərə alaraq mülki iddianın qismən təmin edilməklə cinayət nəticəsində vurulmuş ümumi 46.281,14 manat maddi zərərin ödənilməmiş 23.281,14 manat hissəsinin, həmin məbləğə mütənasib olaraq hesablanmış 159,84 manat məbləğində dövlət rüsumunun, cəmi 23.440,98 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsinin qanuni və əsaslı olması qənaətinə gəlir.

95. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

96. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

97. İş üzrə maddi sübut yoxdur.

98. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

99. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Cinayət nəticəsində vurulmuş ümumi 46.281,14 manat maddi zərərin ödənilməmiş 23.281,14 manat hissəsi, həmin məbləğə mütənasib olaraq hesablanmış 159,84 manat məbləğində dövlət rüsumu, cəmi 23.440,98 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 300 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 150 manat məbləğində tutularaq “X2” MMC-nin hesabına (Bank Respublika; kod:513489; AZ80NABZ********************; SWİFT: BRESAZ22) ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar