Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1681/2021 02.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1992-ci il tarixdə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan xx.xx.2020-ci il təvəllüdlü X11 qəsdən öldürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs son 7 il ərzində qeyri-rəsmi ər-arvad münasibətlərində olmaqla birlikdə yaşadığı X4 dünyaya gətirdiyi xx.xx.2020-ci il təvəllüdlü övladının - Zərərçəkmiş şəxs atasının başqa şəxs olması qənaətinə gələrək, həmin səbəbdən Zərərçəkmiş şəxs qarşı soyuq münasibət göstərmiş, Zərərçəkmiş şəxs öz övladının olmamasını Şəfiqə Qədimovaya bildirərək bununla bağlı aralarında dəfələrlə müxtəlif vaxtlarda, sonuncu dəfə isə 29 may 2021-ci il tarixdə axşam saatlarında kirayə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evində mübahisələr olmuş və mübahisədən sonra X10 Əliyevi yaşadığı evdə onun öhdəliyinə qoyub, pul müqabilində müştərilərə cinsi xidmət göstərməsi üçün getməsi, öz övladı olmasına inanmadığı Zərərçəkmiş şəxs mütəmadi olaraq ağlaması, onun isə Zərərçəkmiş şəxs qayğı göstəməyə məcbur olması onu əsəbləşdirdiyindən və həmin vaxt qəbul etdiyi spirtli içkinin təsiri altında olarkən 30 may 2021-ci il tarixdə saat 00-50 radələrində yuxarıda göstərilən ünvanda uşaq arabasında olan Zərərçəkmiş şəxs ağızburun dəliklərini sağ əli ilə sıxıb saxlayaraq, Zərərçəkmiş şəxs üzün sağ və sol yanaq nahiyələrinin qançırları, burun ucunun, üst dodağın, sol qulaq seyvanının sıyrıqları, üst dodağın selikli qişasının səthi yarasından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirərək, Zərərçəkmiş şəxs ağız-burun dəliklərinin əllə qapanması nəticəsində yaranmış obturasion asfiksiyadan ölməsinə səbəb olmaqla körpə yaşlı olduguna görə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əslən Xanlar raonu sakinidir, hərbi xidmətdən sonra Bakı şəhərinə köçərək avtovağzalda xaçapuri satışı ilə məşğul olmuşdur. Elə həmin yerdə 2014-cü ildə X7 ilə tanış olmuş, tanışлıqları yaxın münasibətə çevrilmiş və onlar Binəqədi rayonu, Motodrom yaşayış massivində ayrı-ayrı ünvanlarda yaşamışlar, sonuncu yaşayış yeri isə Təvəkgül adlı şəxsə məxsus Motodrom yaşayış massivində yerləşən ev олмушдур. Məhz həmin evdə hadisə baş vermişdir. Belə ki, təxminən 7 ilə yaxın müddətdə X7 ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşasa da sonuncu ona xəyanət edir, başqa kişilərlə görüşürdü. Bu səbəbdən aralarında tez-tez dava dalaş olurdu. Oğlu Ruzi anadan olmamışdan əvvəl o növbəti dəfə Şəfəfiqə ilə savaşdığı üçün rayona xəstə anasının yanına getmişdir. Anasıgildə 4 aya yaxın müddət qalmışdır. Orda qaldığı müddət Şəfiqə tez-tez zəng edib barışmaq istədiyini bildirdiyinə görə onu bağışlayaraq Bakı şəhərinə Şəfiqənin yanına qayıtmışdır. Şəfiqə ilə görüşdükdə sonuncu bildirmişdir ki, ondan hamilədir, o isə buna inanmamış, çünki uzun müddət Şəfiqəni görməmiş, bu səbəbdən düşünmüşdür ki, Şəfiqə ondan deyil, başq şəxsdən hamilə olmuşdur. Lakin münasibətlərini korlamamaq xətrinə Şəfiqəyə bir söz deməmişdir. xx.xx.2020-ci il tarixdə onunla Şəfiqənin oğlu olmuşdur. Adını Ruzi qoymuşlar. Uşaq xəstə olsa da, onu müalicə etmələri üçün imkanları olmamışdır. O, gündəlik olaraq fəhləçiliklə məşğul olduğundan övladına anası baxmış, Şəfiqə özü də vaxt olanda limon satmaqla məşğul olmuş, bəzən də gecələr 20 yanvar yolunda dayanıb müştərilərə cinsi xidmət göstərib müqabilində pul qazanmışdır. Şəfiqə işlədiyi günlər evə 90 manat gətirmiş, həmin pulun 60 manatı evin kirayəsinə, kommunal xərclərə, qalan pullar isə ərzaqa, ailə, uşaq xərclərinə getmişdir. O, Şəfiqəyə “kliyentə” az getməsini, ona da diqqət göstərməsini, vaxtlı-vaxtında yeməyini verməsini bildirsə də sonuncu saymamazlıq etmiş, ona qulluq göstərməmişdir. Axırıncı dəfə hadisə günü də Şəfiqənin güzgünün qarşısında bəzənjdiyini görərək ondan hara getməsi ilə maraqlanmış, o isə dayısıgilə gedəcəyini demişdir. O ona inanmamış, bu səbəbə görə aralarında mübahisə olmuş, nəticədə Şəfiqə etiraf etmişdir ki, müştəri yanına gedir, belə ki, evin kirayə pulunun verilməsi vaxtı çatdığı üçün pul lazımdır. O da Şəfiqə ilə razılaşaraq ona müştəri yanına getməyə icazə vermişdir. Evdə uşaqla tək olmuşdur. Evdə yemək olmadığı üçün mağazaya gedib özünə pivə və çipsi alaraq evinə qayıtmışdır. Oğlu Ruzi bu vaxt yatmışdır, pivəni sərinləşməsi üçün soyuducuya qoyub duş qəbul etmiş, sonra bir qədər yatmışdır. Çarpayının yanında uşaq arabasında yatmış Ruzi qəfil ağlamağa başlamış, onun səsindən oyanıb kapron butulkada olan Şəfiqənin uşaq üçün hazırladığı düyü həlimi yeməyini Ruziyə yedizdirmiş, lakin bir qədər sonra Ruzi qusmağa başlamış, onun ağzını uşağın papağı ilə silmiş, Ruzinin əyinində olan bulaşmış papağı və koftanı hamama atmışdır. Ruzinin əynində ağ mayka və finkası qalmış, evdə olan başqa bir mavi papağı onun başına geyindirmişdir. Uşaq bir qədər sakitləşdikdən sonra Şəfiqənin gec gələcəyini düşünüb tək başına pivələməyə başlamış, 1 litr pivəni içib qurtarmışdır ki, Ruzi yenidən ağlamağa başlamışdır. Artıq gecə saat 1 radələri olardı. Uşağı sakitləşdirmək məqsədilə onu qoluna götürərək qolunu büküb Ruzini özünə sıxmış və Ruzi ilə bu şəkildə yatmış, uşağın boyunu bilmədək qolu ilə sıxmış, sıxdığından uşağın nəfəs almağı çətinləşmişdir. Şəfiqənin səhərə yaxın qapını döyməsi səsin oyanmış, qarpını açmış və Şəfiqə evə keçib uşağı görərək ona qışqırmışdır ki, «sən uşağa neynəmisən?». O da bildirmişdir ki, yatmışdır, uşaq qucağında olmuşdur. Uşağın nəfəsi azacıq gəldiyindən Şəfiqə ona suni nəfəs vermiş, ona isə təcili tibbi yardım çağırmasını bildirmişdir. O, yola çıxaraq TTY çağırmış, lakin TTY gələndək uşaq keçinmiş, həkimlr də Ruzinin öldüyünü təsdiq etmişlər. Belə başa düşür ki, həkimlər hadisə barədə polisə məlumat vermişlər, çünki bir müddət sonra polis v prokurorluq əmkdaşları evinə gələrək onu saxlamışlar. İbtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri on elan olunmuşdur. Həqiqətən o, ifadələr vermişdir ki, spirtli içkinin təsiri altında sağ əli ilə təxminən 10 saniyə Ruzinin boğaz nahiyəsini sıxmış, bundan yarım saat sonra təkrarən eyni qaydada ağladığı üçün Zərərçəkmiş şəxs boğaz nahiyəsindən təxminən 05 saniyə sıxmış, yenidən 10 dəqiqə fasilə verib hər iki əlilə sifət nahiyəsini sıxmışdır. Daha sonra nəfəs alıb-almamasını yoxlamaq üçün ağzına baxmışdır. Siqaret çəkməyə başlamış, Ruzi ağlamağa yenə başladıqda sağ əlinin içərisi ilə ağız nahiyəsindən sıxmış, bundan sonra əmin olmuşdur ki, Ruzi ölmüşdür. Ruzinin üzünü həmin mavi papaqla örtüb yatmışdır. Təxminən saat 01:50 radələrində Şəfiqə evin qapısını döymüş, o, yuxudan oyanıb qapını açmış, Şəfiqə içəri daxil olanda görmüşdür ki, papaq Ruzinin sifət nahiyyəsini örtmüşdür. Şəfiqə uşağı onun öldürməyini bilib qatil deyə ona qışqırmağa başlamış, həmin vaxt Şəfiqəyə tez-tez uşağı öldürmədiyini demişdir. Bundan sonra hadisə yerinə TTYS-nın həkimləri gəlib övladının ölməsini təsdiq etmişlər. Lakin hal-hazırda ifadəsini dəyişərək bu cür ifadə verir və onun bu ifadəsi həqiqətə uyğundur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi əridir. Onların xx xxxxxx 2020-ci il tarixdə oğlu olmuş, adını Ruzi qoymuşlar. Vüsal ona uşağın onun olmaması barədə bir söz deməmişdir. Buna səbəb də olmamışdır. Belə ki, uşağın atası Vüsal elə özüdür. Hətta ibtdai istintaq zamanı genetik ekspertiza keçirməklə uşağın atasının məhz Vüsal olması təsdiqlənmişdir. Vüsal onu pul qazanmaq xətrinə pis yola vadar etmişdir. Belə ki, Vüsala pul lazım olduqda o onu müştərilərlə görüşməyə göndərirdi. Elə hadisə günü də belə olmuşdur. Evə səhərə yaxın qayıdıb görmüşdür ki, oğlu Ruzi kalyaskada olmaqla güclə nəfəs alır, ağız nahiyyəsi ətrafında qançırlar olmuşdur. Halbu ki, o uşağı həmin gün çimizdirmiş, Ruzinin yanında sağ-salamat qoymuş, Ruzinin üzündə gəlib gördüyü xəsarətlər olmamışdır. Başa düşmüşdür ki, Vüsal uşağı boğmuşdur. Vüsaldan nə baş verdiyini soruşduqda o demişdir ki, uşaq yeməkdən boğulmuşdur. Qeyd etmək istəyir ki, həyət qapısını Vüsal açmış, Vüsal içkili vəziyyətdə olmuş, ağzından pivə iyi gəlmişdir. O, Vüsala dərhal gedib təcili tibbi yardım çağırmağını demiş, Vüsal çölə çıxıb TTY çağırmışdır. Ruziyə həmçinin süni nəfəs vermiş, döş qəfəsindən də basmışdır ki, nəfəsi düzəlsin, lakin Ruzinin nəfəs alması daha da pisləşir, nəbzi də zəifləyirdi. Hadisə yerinə təcili tibbi yardım gəldiyi zaman Ruzi artıq keçinmiş və bunu həkimlər təsdiq etmişlər. Vüsalın Ruzini öldürdüyünü bilib onunla dalaşmış, həmin vaxt Vüsal yumruqla baş nahiyəsinə, döş qəfəsinə, qoluna zərbələr vurmuşdur. Vüsal onu vursa da fiziki xəsarət yetirməmiş, ağlaya-ağlaya vurmamasını deyib övladını nə üçün öldürməsini soruşmuşdur. Daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişdir. Buna baxmayaraq Vüsalı bağışlamışdır, ona qarşı heç bir tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ərarvad kimi bildiyi Təqsirləndirilən şəxs və Şəfiqə Qədimovana sonuncular ona məxsus Binəqədi rayonu, Motodrom yaşayış massivində ümumi həyət evində bir otaq kiralayıb yaşadıqları vaxtdan tanıyır. O özü isə şəhərdə başqa ünvanda yaşayır. Kirayə verdiyi həyət evində 03 ədəd 14 kvadrat olmaqla bir mərtəbəli evlər vardır. Həmin evləri kirayə verməklə ailəsini dolandırırdı. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının ortalarında kirayə qalmaq üçün müraciət etmiş, o da onların körpə uşaqlı və ailə olmasını nəzərə alıb razılıq vermişdir. Onların kirayədə qaldıqları müddətdə aralarında dava-dalaş olmasını görməmiş və eşitməmişdir. Onların şəxsi həyatına qarışmamış, yəni nə işlə məşğul olmalarını, harada işləmələrini də bilməmişdir. 30 may 2021-ci il tarixdə saat 09 radələrində ona polisdən zəng vuraraq bildirmişlər ki, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs 29 may 2021-ci il tarixdən 30 may 2021-ci il tarixə keçən gecə saatlarında boğaraq öldürmüşdür. Təqsirləndirilən şəxs bu hərəkətinin səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X7 onun kirayə yaşadığı Binəqədi rayonu Motodrom yaşayış massivindəki Şahid1 məxsus həyət evlərində qonşuları olmuşdur. Onları ailə olmaqla bir körpə uşaqları olmasını bilirdi. Vüsalgillə aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Həmçinin onların ailəsi ilə qonşu kimi heç bir yaxın münasibəti olmamışdır. Onların aralarında dava-dalaş olmasını görməmiş və ya eşitməmişdir. 30 may 2021-ci il tarixdə səhər saatlarında məhəlləyə çıxanda ora toplaşan məhəllə sakinlərindən öyrənmişdir ki, Təqsirləndirilən şəxs övladını 30 may 2021-ci il tarixdə gecə saatlarında boğaraq öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X7 onun kirayə yaşadığı Binəqədi rayonu Motodrom yaşayış massivindəki Şahid1 məxsus həyət evlərində qonşuları olmuşdur. O, Şəfiqə Qədimovanı daha çox görmüş, lakin yaxın münasibətləri olmamşdır. 30 may 2021-ci il tarixdə səhər saatlarında məhəlləyə çıxanda ora toplaşan məhəllə sakinləri və Şəfiqənin özündən öyrənmişdir ki, Təqsirləndirilən şəxs övladını 30 may 2021-ci il tarixdə gecə saatlarında boğaraq öldürmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin hüqui varisinin və şahidlərin verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon prokuroruna ünvanlanan 30.05.2021-ci il tarixli təqrirdən müəyyən olunur ki, 30 may 2021ci il tarixdə saat 03:05-də Binəqədi rayon polis idarəsinin 40-cı PB-nin növbtçi hissəsindən 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı evdə ölməsi baradə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxışin keçirilməsi haqqında» 30.05.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən nömrəsiz evdir. Həmin evin yerləşdiyi həyətdə digər yaşayış evləri vardır. Ev birmərtəbəlidir, otaqlar iç-içədir. Evə giriş dəmir qapıdandır. Qapıdan daxil olduqda mətbəx kimi istifadə olunan otaq, girişdən sol tərəfdə sanitar qovşağı otağı vardır. Mətbəx otağından digər otağa taxta qapıdan daxil olunur. Həmin otaqdan yataq və qonaq otağı kimi istifadə olunur. Otağın sol küncündə bir ədəd çarpayı vardır, həmin çarpayıdan sağ tərəfdə yanakı vəziyyətdə bir ədəd kalyaska vardır. Hadisə yerinin baxışında iştirak edən Şəfiqə Qədimova bildirdi ki, 30 may 2021-ci il tarixdə saat təqribən 01 radələrində işdən yaşadığı evə qayıtmış, qapını ona Vüsal açmışdır. Həmin zaman Vüsal içkili vəziyyətdə olmuşdur. İçəri daxil olandan sonra kalyaskada sifətinin üzərində mavi rəngli papaq olan övladı Ruzini görmüş, papağı sifətindən götürəndən sonra övladının sifətinin üzərində qançırların olduğunu görmüşdür. Həmin vaxt Ruzi hərəkətsiz olmuşdur. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Ruzinin öldüyünü təsdiq etmişlər. Bundan sonra Şəfiqə Qədimova sanitar qovşağı otağında 01 ədəd şal, Zərərçəkmiş şəxs məxsus 01 ədəd zolaqlı papaq və 01 ədəd qırmızı rəngli köynəyi göstərərək evə qayıdanda yerdə üst-üstə olmaqla aşkar etdiyini bildirmişdir. Baxış zamanı hadisə yerindən 01 ədəd mavi rəngli uşaq papağı, 01 ədəd zolaqlı uşaq papağı, 01 ədəd qırmızı rəngli uşaq üçün köynək, 01 ədəd içərisində südə bənzər maye olan plastik qab qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «meyitə baxışin keçirilməsi haqqında» 30 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, meyit meyitxanaya yaşıl rəngli, üzərində qırmızı, sarı, ağ rəngli fiqurlu şəkillər olan sintetik materialdan olan ədyala bükülmüş vəziyyətdə gətiril-mişdir. Meyitin əynində aşağıdakı paltarlar vardır: Ağ rəngli, qolsuz kombin-zon; açıq-göy rəngli, pambıq materialdan tikilmiş finka; ağ rəngli, sarı güllü pampers. Meyitin paltarları zədəsiz olub, üzərində hər hansı çirklənmə izi aşkar edilmədi. Uşaq meyiti kişi cinsli, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyu 70 sm-dir. Meyit əllə toxunduqda soyuqdur, dəri örtüyü solğun ölü rəngindədir. Meyitin döş qəfəsinin arxa səthində barmaqla təzyiq etdikdə itən və 1-2 dəqiqə müddətinə bərpa olan göyümtülbənövşəyi rəngli intensiv meyit ləkələri vardır. Meyit qacıması yoxlanılan əzələ qruplarında zəif inkişaf etmiş-dir. Başında şabalıdı rəngli 3-5 sm uzunluqda seyrək tüklər vardır. Gözlər göz qapaqları ilə örtülüdür. Gözün ağlı qişasında və konyuktivada qansızma yoxdur. Bəbəklərin diametri bərabər olmaqla 0,3 sm-dir, qüzehli qişası qonur rəngdədir, parlaqdır. Burun sümükləri və qırğırdaqları, eləcə də üz skeleti sümükləri əllədikdə tamdırlar, burun keçəcəkləri sərbəstdir. Ağzı qapalıdır, orta ölçüdədir. Üst və alt çənədə dişləri yoxdur, süt dişləri çıxmamışdır. Dili ağız boşluğunda yerləşmişdir. Qulaq seyvanları oval formalıdır, orta böyüklükdədir, xarici qulaq keçəcəkləri sərbəstdirlər. Boyunu orta uzunluqda və qalınlıqdadır, adi hərəkətlidir. Döş qəfəsi silindirik olub, simmetrikdir, əllədikdə qabırğalar tamdırlar. Qarını döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, kişi tiplidir, sünnət olunmayıb. Arxa keçəcək dəliyi qapalıdır, ətrafında dəri təmizdir, zədəsizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əlləmə zamanı sümükləri tamdırlar. Meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: Üzün sol yanaq nahiyəsində qeyri-müəyyən formalı 3,0x2,0 sm ölçüdə qırmızımtıl-göyümtül rəngli fasiləli qançır, sağ yanaq nahiyəsində dörd ədəd qeyri-müəyyən və oval formalı ölçüləri 1,5x1,0 sm-dən 1,0x0,6 sm-ə qədər olan qırmızımtıl-göyümtül rəngli qançırlar vardır. Burun ucunda sağda bir ədəd qövsvari formalı 1,0x0,2 sm ölçüdə, üst dodaqda bir qədər solda bir ədəd qövsvari formalı 0,8x0,2 sm ölçüdə, sol qulaq seyvanının bayır səthində bir ədəd qövsvari formalı 0,8x0,2 sm ölçüdə səthləri nəm və ətraf dəri səviyyəsindən aşağı olan tünd-qırmızı rəngli sıyrıqlar vardır. Üst dodağın selikli qişasında solda üfüqi istiqamətdə uzunsov formalı 1,0x0,3 sm ölçüdə kənarları nahamar, qansızmalı səthi yara vardır, üzəri qırmızımtıl-ağımtıl rəngli ərplə örtülmüşdür. Döş qəfəsinin ön səthində solda Vİ qabırğa səviyyəsində bir ədəd qeyri-müəyyən formalı 1,5x1,0 sm ölçüdə qırmızımtıl-göyümtül rəngli qançır müəyyən edilir. Meyitin bədən səthində digər xəsarət aşkar edilmədi. Baxış zamanı mərhum Zərərçəkmiş şəxs əynində olmuş ağ rəngli, qolsuz kombin-zon; açıq-göy rəngli, pambıq materialdan tikilmiş finka götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 30 may 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 01 yun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 30 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 30 may 2021-ci il tarixli, 96 saylı rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs meytində aşağıdakı xəsarətlər – üzün sağ və sol yanaq nahiyələrinin qançırları, burun ucunun, üst dodağın, sol qulaq seyvanın sıyrıqları, üst dodağın selikli qişasının səthi yarası, döş qəfəsinin ön səthinin qançırı həyati olub mərhumun ölümündən bir qədər əvvəl küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin ön səthinin qançırı dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aiddir, digər xəsarətlər isə ümumilikdə ağız-burun dəliklərinin əllə qapanması nəticəsində baş vermiş abturasion asfiksiya ilə müşaiyət olunduqlarından dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ağız-burun dəliklərinin əllə qapanmsı nəticəsində yaranmış abturasion asfiksiya olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinə görə mərhumun meyitinin meyitxanada müayinəsi başlanan vaxtdan 6-8 saat əvvələ uyğun gəlir. Mərh. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlərdən döş qəfəsinin ön səthinin qançırı müxtəlif şəraitdə, o cümlədən əl barmağının təsirindən əmələ gələ bilərdi. Digər xəsarətlər isə qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən ağız-burun dəliklərinin əllə sıxılması nəticəsində əl barmaqlarının və barmaqların dırnaqlarının təsirindən əmələ gələ bilərdilər. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 iyun 2021-ci il tarixli, 1476 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin isterik tipli psixopatik cizgiləri müəyyən edilir. Nümayişkəranəlik, hiss və həyəcanların dramatik tərzdə ətrafdakılara çatdırmaq, kobudluq, özünü psixoloji müdafiə etməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən başvermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-genetik ekspertizasının 22 iyun 2021-c\i il tarixli, 21/405 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs və X4 bioloji övladına məxsusdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 05.07.2021-ci il tarixli, 392/2021-MTBŞ saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu: 0(H)(1). Ekspertizaya təqdim olunmuş bir ədəd şal üzərində iki sahədə insan qanı ləkələri (qarışıqsız) aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda qan qrupunu formalaşdırıb xarakterizə edən antigenlər qismində yalnız <H>antigeni alındı. Bu antigen resesssiv təbiətli olub, tək halda homoziqot –resesssiv genotip əsasında formalaşıb, əsas antigen kimi O(H)(1) qan qrupunu xarakterizə etdiyindən qanın birmənalı olaraq həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Bu halda şal üzərində olan qan ləkələri AB0 sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs və ya eyni qan qrupuna məxsus digər şəxsə (şəxslərə) məxsus ola bilər. Təqdim olunmuş yastıq, Ş.M.Qədirovaya çəxsus köynək, şal, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus göy rəngli uşaq papağı, uşaq köynəyi üzərində olan ləkələrdə kompleks olaraq qusuntu maddəsini xarakterizə edən həzm traktı (ağız boşluğu, mədə) fermentləri, həmin sahələrin hüceyrələri və yarı həzm olunmuş heyvan və bitki mənşəli qida qalıqları aşkar olunmadı. Təqdim edilmiş yastıq, Ş.M.Qədirovaya məxsus köynək, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus göy rəngli uşaq papağı və uşaq köynəyi üzərində olan ləkələrdə qan aşkar olunmadı. Təqdim olunmuş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus kombinzon, ağ-qara zolaqlı papaq və kolqotka üzərində baxış zamanı qusuntu maddəsinə və qana xarakter hər-hansı bir ləkə və maddə hissəcikləri aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-lifli kriminalistik ekspertizasının 25 iyun 2021-ci il tarixli 6/2288 saylı rəyindən müəyyən olunur ki, lifli materialların tədqiqi ekspertizasına təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd finka-şalvarın, 01 ədəd kombinzonun, 01 ədəd köynəyin, 02 ədəd papağın və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin, 01 ədəd şalvarın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd kombinzonun səthi üzərində aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən aşkar edilmiş qırmızı rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin 02.09.2021-ci il tarixli, 056-12023 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və X4 barəsində Xəzər RPİ-nin 1-ci polis şöbəsində hazırki arxiv məlumatlarına görə hər hansı müraciət qeydə alınmamış və ya materialı olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 08.09.2021-ci il tarixli, 05/Q-1861/13 nömrəli məktubundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs (X7) barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış X5 üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası Publik hüquqi şəxsindən daxil olmuş 30.06.2021-ci il tarixli, 02-02-355/21 saylı məktubdan müəyyən olunur ki, X7 barəsində tərtib edilmiş xəstəlik tarixinin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə həmin xəstəxanaда doğuş həyata keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya dair cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Щəsən oğlu Tərtər Hərbi Məhkəməsinin 23.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07.01.2014-cü ildə cəza müddətinin bitməsi ilə əlaqədar cəzadan azad olunmuşdir. Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə əzrizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddasının olmadığını, gələcəkdə də olmayacağını bildrmişdir. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarın 13-cü bəndində qeyd edilmişdir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmə baxışı zamanı etdiyi əməlləri qismən etirafı ilə yanaşı cinayət işində olan bütün digər sübut növləri- zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertiza rəyləri, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələri və keçirilmiş üzləşdirmə protokolları və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs onun üçün aşkar surtdə köməksiz vəziyyətdə olan azyaşlı xx.xx.2020-ci il təvəllüdlü X11 qəsdən öldürməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəmə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və iddasının olmadığı, gələcəkdə də olmayacağını bildrmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətçi olmadığını yüngülЛəşdirici hal kimi qiymətləndirmir, belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını qeyd etməmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinin tələbləri Təqsirləndirilən şəxs cəza təyin etdikdə tətbiq edilə bilməz. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respubldikası CM-nin 67.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı olan şəxsə qarşı törədilməsini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-ni 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respubldikası CM-nin 120.2.9-cu maddəsinin dispozisiyası məhz cinayətin təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə əməlini əks etdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X2 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 120.2.9-cu maddəsi xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CMnin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs oluna azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu 30.05.2021-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd plastik qab, 02 ədəd butulka (boş və maye ilə dolu) , mərhum Zərərçəkmiş şəxs məxsus 02 ədəd şüşə flakonda qan, 01 ədəd sümük, 02 ədəd mavi rəngli və zolaqlı papaq, 01 ədəd qırmızı rəngli köynək, 01 ədəd kombinizion, 01 ədəd finka, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd köynək, Şəfiqə Qədimovaya məxsus 01 ədəd köynək, habelə 01 ədəd yastıq, 01 ədəd şal məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 374,06 (üç yüz yetmiş dörd manat altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 (cild 2, i/v 64), məhkəmnin qrarına əsasən əhkəmə iclaslarında Bakı şəhəri 5 saylı Vəkil Bürosının vəkili Müdafiəçi Qasim oğlu müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X9 üçün 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun, Müdafiəçi Qasim oğlu 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “30” may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan və Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd plastik qab, 02 ədəd butulka (boş və maye ilə dolu) , Zərərçəkmiş şəxs məxsus 02 ədəd şüşə flakonda qan, 01 ədəd sümük, 02 ədəd mavi rəngli və zolaqlı papaq, 01 ədəd qırmızı rəngli köynək, 01 ədəd kombinizion, 01 ədəd finka, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd köynək, Şəfiqə Qədimovaya məxsus 01 ədəd köynək, habelə 01 ədəd yastıq və 01 ədəd şal məhv edilsin. İş üzrə ekspertiza xərci 374,06 (üç yüz yetmiş dörd manat altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı müdafiəçi X9 üçün 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun, Müdafiəçi Qasim oğlu üçün 420 AZN (dörd yüz iyirmi manat) pül Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1681/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1681/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver