Məhkəmə qərarları › İş №1(101)-1681/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1681/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1681/2024 17.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Ordubad şəhəri, Heydər Əliyev prospekti 38/15 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 may 2024-cü il tarixdə, saat 14:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan tarixdə, vaxtda və məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 4,766 qram olan psixotrop maddə metamfetamini və bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 8,162 qram olan narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, 29 dekabr 2023-cü il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin (bundan sonra mətndə - Səbail RPİ-nin 41-ci PB-nin) əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 25-ci küçə ünvanında saxlanılıb həmin bölməyə gətirilmiş, orada həmin tarixdə, saat 03:45-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız stəkan bükümün içərisində 1(bir) ədəd şəffaf sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 4,766 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 8,162 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri (bax iş vərəqi (bundan sonra mətndə i.v.) 30-31;42-44; 52-54; 127-128;) ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 2008-ci ildə Şəbnəm adlı qadınla ailə qurmuş və birgə nikahdan ikisi azyaşlı olmaqla, üç övladı vardır. Sonradan Şəbnəmdən boşanmış və uşaqlar hazırda onun himayəsində olmaqla onlara aliment ödəyir. Hazırda ünvan 4 ünvanında yaşayır. Tutulmazdan əvvəl təxminən bir il ərzində narkotik vasitə heroini və psixotrop maddə metamfetamini falqada yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul etmişdir. Sonuncu dəfə də tutulduğu gündən bir gün əvvəl, yəni 28 dekabr 2023-cü il tarixdə narkotik vasitə heroini falqada yandırıb tüstüsünü nəfəsinə çəkərək qəbul etmiş, qəbul etdiyi narkotik vasitəni tanımadığı və anket məlumatı barədə bilmədiyi şəxslərdən almışdır. 28 dekabr 2023-cü il tarixdə, səhər saatlarında qəbul etmək üçün narkotik vasitə almaq qərarına gəlmiş, Bakı şəhərində “Kubinka” deyilən əraziyə getmiş, orada tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 320 manat pul müqabilində 8 qram çəkidə 1 ədəd bükümdə narkotik vasitə olan heroin və 4 qramlıq 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini alaraq özündə saxlamışdır. Narkotik vasitə və psixotrop maddəni istənilən vaxt əldə etmək mümkün olmadığından uzun müddət istifadə etmək məqsədi ilə daha çox miqdarda həmin kütlələri əldə edərək şəxsi istehlakı məqsədi ilə üzərində saxlamışdır. Əldə etdiyi həmin narkotik vasitədən bir hissəsini istifadə etmişdir. O, 29 dekabr 2023-cü il tarixdə, saat 3 radələrində tanıdığı bir nəfər qadınla görüşmək məqsədi ilə Səbail rayonu, Badamdar qəsəbəsində 3-cü yaşayış massivi 25 nömrəli ünvanın qarşısında olarkən post patrul maşını ilə iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, bu zaman üzərində narkotik vasitə və psixotrop maddə olduğundan polis əməkdaşlarından uzaqlaşmağa çalışmış, lakin mümkün olmamışdır. Həmin polis maşını ona tərəf gələrək maşını onun yanında saxlayıb özlərini təqdim etməklə onu sorğu-sual etməyə başlamışlar. Bu zaman onun üzərində narkotik vasitə və psixotrop maddə olduğundan, habelə özünü şübhəli apardığı üçün polislər onu 41-ci PB-yə aparmış, orada xidməti otaqların birində özünü şübhəli apardığına görə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilməklə ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində olan əşyaları təqdim etməsi təklif olunduqdan sonra o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən arxa tərəfi ağ rəngdə olan “Xiaomi Redmi” markalı mobil telefonu, alışqanı, sağ yan cibindən içərisində 1 ədəd 100, 1 ədəd 50, 9 ədəd 10, 5 ədəd 1 manatlıq əskinaslarla cəmi 245 manat pul olan “Mont-Blanc” markalı, qara rəngli 1 ədəd pul qabını, sağ yan cibindən isə 1 ədəd birdəfəlik kağız stəkan bükümün içərisində olan 1 ədəd şəffaf sellofana bükülmüş “patı” kimi tanıdığı metamfetamin və 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə olan “kakos” kimi tanıdığı narkotik vasitə heroin kütləsini təqdim etmişdir. Bundan sonra üzərində şəxs axtarış keçirilmiş, lakin iş üçün subut əhəmiyyət kəsb edən hər hansı başqa predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd büküm polislər tərəfindən açılıb içərisinə baxılmışdır. Ona verilmiş suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 28 dekabr 2023-cü il tarixdə, səhər saatlarında özü qəbul etməsi üçün Bakı şəhərindən “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən 320 manata almasını bildirmiş, bundan sonra həmin bükümdə olan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq zərfin üzəri Daxili İşlər Nazirliyinin 239 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, protokola iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş edilməmişdir. Belə ki, narkotik vasitə və psixotrop maddəni aldığı şəxs orta yaşlı, habelə orta bədən quruluşlu şəxs olmuş, sonuncunun əynində qara rəngli şalvar və qara rəngli parçadan olan gödəkçəsi olmuşdur. Sonuncunun başqa fərdi əlamətlərini bilməmişdir. O bundan əvvəl narkotik vasitə və ya psixotrop maddəni tanımadığı müxtəlif şəxslərdən və müxtəlif yerlərdə almış, bununla bağlı sonuncuların heç bir anket məlumatlarını bilməmişdir. O, narkotik vasitə və ya psixotrop maddəni tək halda qəbul etmiş, heç bir vaxt aldığı narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamış, habelə heç kimə nəyinsə müqabilində əvəzli və ya əvəzsiz olaraq verməmiş və ya satmamışdır. O, hər gün narkotik vasitə və psixotrop maddə qəbul etdiyindən həmin maddələri çox almış, buna görə də üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdarda olmuşdur. İstifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi kimi “Papanin” ərazisini göstərsə də, o, narkotik vasitəni “Kubinka” deyilən ərazidən almışdır. “Papanin” deyilən ərazi ilə “Kubinka” deyilən ərazi çox yaxın olduğundan istifadəsində olmuş mobil telefonun anten dairəsi həmin yeri göstərdiyini düşünür.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, usta olmaqla hadisə törədilən vaxtlarda 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən binaların birində usta kimi çalışmışdır. Narkotik vasitəni öz şəxsi istehlakı üçün üzbəüz görüşlərdə, habelə Nizami metrostansiyasının yanında yerləşən taksafonun yanından götürməklə 300 manata almışdır. Həmin 300 manatlıq narkotik vasitəni əldə etdiyi şəxsdən öz şəxsi istifadəsi məqsədilə əvvəllər də narkotik vasitə almış, ondan narkotik vasitələri aparıb harasa qoyması tələb edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə ibtidai istintaq zamanı ona qarşı hər hansı təzyiq olmamış, ittihamda göstərilən miqdarda narkotik vasitə və psixotrop maddə ona məxsusdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi əməldən çox peşman olmasını, hazırda narkomaniya xəstəliyindən könüllü olaraq müalicə olunduğunu bildirərək məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi.

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X15 4-cü Patrul Bölüyünün (bundan sonra mətndə -ƏÇPA-nın 4-cü PB-nin) polis nəfəri, polis serjantı Şahid1 Həmzə oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 29 dekabr 2023-cü il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə 2444 çağırışlı avtopatrulla Səbail rayonu Badamdar qəsəbəsi ərazisində xidmətdə olarkən saat 02:10 radələrində Badamdar qəsəbəsi, 3-cü massiv ərazisində, yaşayış evlərinin birinin qarşısında bir nəfər şəxsin onları gördükdə qaçmaq istədiyini görüb dərhal ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənədi olmadığından və özünü narkotik vasitə istifadəçi kimi şübhəli apardığından onu 41-ci PByə gətirmişlər. Bölmədə həmin şəxsin xx xxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün onu bölməyə gətirmələri barədə 41-ci PB-nin rəhbərliyinə raportla məruzə etmiş və bölmənin təhqiqatçısı tərəfindən gətirdikləri həmin Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmədə iştirak etmişlər. Narkotik vasitələrin istifadəsində və üzərində saxlamasında şübhəli şəxs olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə 29 dekabr 2023-cü il tarixdə, saat 03:45 dəqiqədə başlanmış və şəxsi axtarış-götürmə 41ci PB-nin təhqiqatçısının otağında keçirilib. Şəxsi axtarış və götürmədə o, xidmət yoldaşı Şahid2, 3 saylı Vəkil Bürosunun vəkili X8 iştirak etmiş və şəxsi axtarış və götürmənin gedişi 41-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X7 tərəfindən “İphone 11 pro” markalı mobil telefonun videokamerası vasitəsilə videoçəkilişi aparılmışdır. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində şəxsi axtarış aparılması barədə qərar ona elan edilmiş və sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən ağ rəngli “Xiaomi Redmi” markalı mobil telefonu, alışqanı, sağ arxa cibindən içərisində 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 9 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq əskinaslar olan qara rəngli pul qabını, sağ yan cibindən 1 ədəd kağız stəkan bükümün içərisində olan 1 ədəd şəffaf selofana bükülmüş içərisində “kakos” kimi tanıdığı və 1 ədəd şəffaf selofana bükülmüş bükümdə “patı” kimi tanıdığı psixotrop maddəyə oxşar kütləni təqdim etmişdir. Şübhəli şəxs X9 üzərindən aşkar edilmiş şəffaf selofana bükülmüş bükülünün içərisində “kakos” kimi tanıdığı və şəffaf selofana bükülmüş içərisində “patı” kimi tanıdığı kütlənin psixotrop maddə olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni özü istifadəsi üçün 28 dekabr 2023-cü il tarixdə, səhər saatlarında Nəsimi rayonu “Kubinka” adlanan ərazidən, tanımadığı şəxsdən özü istifadə etməsi üçün 320 manata bir büküm aldığını və üzərində saxladığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd ağ kağız zərfə qablaşdırılmış və “Zərflər üçün” 239 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüş, lakin onun üzərində aparılan şəxsi axtarış və götürmə zamanı başqa qanunsuz əşya və ya sənəd aşkar edilməmişdir. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara oxunduqdan sonra hamı kimi o da həmin protokola imza etmişdir. İstər qəsəbə ərazisində saxlanılarkən, istər bölməyə gətirilərkən və bölmədə onlar tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı formada zor tətbiq edilməmiş, fiziki və ya psixi təsirə, habelə pis rəftara məruz qalmamışdır.

7. Məhkəmədə şahid qismində dindirilmiş ƏÇPA-nın 4-cü PB-nin polis nəfəri, polis serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid1 ilə əsasən oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.

8. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

9. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, 29 dekabr 2023-cü il tarixdə, saat 03:45-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı külli miqdarda təmiz çəkisi 4,766 qram olan psixotrop maddə metamfetamin və külli miqdarda təmiz çəkisi 8,162 qram olan narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X11 tərəfindən 30 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə fakta görə ********* nömrəli cinayət işi başlanılaraq icrata qəbul edilərək istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

10. ƏÇPA-nın 4-cü PB-nin polis nəfəri, polis serjantı Şahid1 Həmzə oğlu tərəfindən imzalanmaqla tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 02:10 radələrində inzibati ərazidə 2444 çağırışlı avtopatrulla ekipajı Şahid2 ilə birlikdə Badamdar qəsəbəsi üçüncü massiv ərazisində xidmət apararkən yaşayış evlərinin qarşısında bir nəfər şəxsin onları görüb qaçmaq istədiyini görüb dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından sonuncunu Səbail RPİ-nin 41-ci PB-yə gətirmişlər. 41-ci PB-də həmin vətəndaşın xx xxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuşdur (Cild 1, i.v. 3;).

11. “Şübhəli şəxsin tutulması haqqında” qərar və müvafiq protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə, saat 03:30-da müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə şübhəli şəxs qismində təhqiqatçı X12 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutulmuş, həmin tarixdə, saat 03:35-də bu barədə protokol tərtib edilmişdir. Protokola əsasən Təqsirləndirilən şəxs onun azadlığının faktiki məhdudlaşdırıldığı 29 dekabr 2023-cü il tarixdə, saat 03:00-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 19-20;).

12. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 03:45-dən 04:05-dək Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı, polis leytenantı F.Q.Rzayev tərəfindən ƏÇPA-nın 4-cü PB-nin polis nəfərləri, polis serjantları Şahid1 Həmzə oğlu və Şahid2 və müdafiəçi R.Z.Əliyevin iştirakı ilə Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasında xidməti iş otaqlarından birində narkotik vasitələrin qəbulunda və saxlanmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilməklə istintaq hərəkətinin mahiyyəti izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən ağ rəngli “Xiaomi Redmi” markalı mobil telefonu, alışqanı, sağ arxa cibindən içərisində 1 ədəd 100 manatlıq əskinas, 1 ədəd 50 manatlıq əskinas, 5 ədəd 1 manatlıq əskinas olan “Mont Blanc” markalı qara rəngli pulqabını, sağ yan cibindən 1 ədəd kağız stəkan bükümün içərisində olan 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə “kakos” kimi tanıdığı və 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə “patı” kimi tanıdığı narkotik vasitəyə oxşar kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofana bükülmüş bükülünün içərisində “kakos” kimi tanıdığı və şəffaf sellofana bükülmüş içərisində “patı” kimi tanıdığı vasitənin narkotik maddə olduğunu və həmin narkotik maddəni özü istifadə etmək üçün 28 dekabr 2023-cü il tarixdə, səhər saatlarında Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən özü istifadə etmək üçün 320 manata bir büküm aldığını və üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 239 saylı çöhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı Səbail RPİ-nin 41-ci PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X7 tərəfindən “İphone 11 pro” markalı mobil telefonun kamerasından istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 21-25).

13. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 dekabr 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 7 dəqiqə 3 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq A.İ.Bağırov tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 10 yanvar 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v.25; 72-73;).

14. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/6584 saylı, 29 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №239” dairəvi möhür əks olan “Şübhəli şəxs Nurlan Oruclu” sözləri, soyad və imzaları qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 8,162 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vaistə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 4,766 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 8,162 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 8,112 qramdır. Metamfetaminin təmiz çəkisi – 4,766 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 4,716 qramdır. Aparılmış tədqiqatın dəyərinin 65 (altmış beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v 34-39).

15. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material istintaq aidiyyati üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 40).

16. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi Rəfail Əliyevin iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v.45-46).

17. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 30 dekabr 2023-cü il tarixli qərarından görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olması, səmimi olaraq törətdiyi cinayət əməlini etiraf etməsi və peşmanlıq çəkməsi nəzərə alınaraq müstəntiq A.İ.Bağırov tərəfindən verilmiş həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməyərək saxlanıldığı müvəqqəti saxlama yerindən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsinə dair ibtidai istintaq orqanına yazılı göstəriş verilmişdir (Cild 1, i.v.60- 62).

18. “Qətimkan tədbiri seçilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Səbail RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X13 tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 63-64).

19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 16 yanvar 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 86-87).

20. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 5 fevral 2024-cü il tarixli, 745 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostilmulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə, 1 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (Cild 1, i.v 92-93).

21. “Diskə köçürülmüş telefon məlumatlarına baxış keçirilməsi haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan və çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə aparılmış danışıqların və ötürülmüş digər məlumatların götürülməsinə dair "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında alınmış diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (Cild 1, i.v.97-108).

22. Məhkəmə kompüter-texniki ekspertizasının 12 fevral 2024-cü il tarixli, 5/65 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “X22 10S” markalı “M2101K7BG” modelli, “**********97349, **********97356” imei kodlu mobil smartfon və “Nokia” markalı “105 (TA-1034)” modelli “**********02749, **********02748” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “X22 10S” markalı “M2101K7BG” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər; “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı vasitəsilı aparılmış audio, foto, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olunmuşdur bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “X22 10S” markalı “M2101K7BG" modelli mobil smartfonun yaddaşında’' hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, proqram təminat , digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Tədqiq olunan “X22 10S” markalı “M2101K7BG” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, buraxılmış, gələn və gedən səsli və video zənglər) mübadilələri müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş “Nokia” markalı “105 (TA-1034)” modelli mobil telefonun “Kontaktlar” bölməsində on bir ədəd müxtəlif ad və nömrələr, “Mesajlar” bölməsində on bir ədəd qəbul olunmuş “SMS” mesajlar, “Zəng tarixçəsi” bölməsində on ədəd buraxılan zənglər, on ədəd qəbul edilən zənglər və on doqquz ədəd yığılmış nömrələr müəyyən olundu. Rəyin “Tədqiqi hissəsi”nin 6-cı bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Nokia” markalı “105 (TA-1034)” modelli mobil telefonun “Kontaktlar” bölməsində on bir ədəd müxtəlif ad və nömrələri, “Mesajlar” bölməsində on bir ədəd qəbul olunmuş “SMS” mesajlar, “Zəng tarixçəsi” bölməsində on ədəd buraxılan zəngləri, on ədəd qəbul edilən zəngləri və on doqquz ədəd yığılmış nömrələri köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 6-cı bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Nokia” markalı “105 (TA-1034)” modelli mobil telefonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj və sairə) pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Tədqiq olunan “X22 10S” markalı “M2101K7BG” modelli mobilo smartfondan istifadə etməklə ***-***-**-** və ***-***- **-** abonent nömrələri ilə “SMS” mesajların olub-olmaması barədə rəyə əlavə olunmuş DVD-R diskə köçürülmüş “UFED 4PC” proqram təminatı vasitəsilə əldə olunmuş hesabatda qeyd olunmuşdur. Təqdim edilmiş “Nokia” markalı “105 (TA-1034)” modelli mobil telefondan istifadə etməklə ***-***-**-** və ***-***-**-** nömrələri ilə “SMS” mesajların oolub-olmaması barədə həmin telefonun “Mesajlar” bölməsində qeyd olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır (Cild 1, i.v.109-113).

23. “Məhkəmə kompüter-texniki ekspertizası rəyinə əlavə edilmiş DVD-R diskində məlumatlara baxış keçirilməsi haqqında” 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı istintaq marağı kəsb edən və sübut əhəmiyyətli hər hansı faktlar müəyyən edilməmişdir (Cild 1, i.v.114).

24. “Diskə köçürülmüş telefon məlumatlarına baxış keçirilməsi haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan və çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə aparılmış danışıqların və ötürülmüş digər məlumatların götürülməsinə dair "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında alınmış diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə, saat 01:56:03-dən 03:43:59-dək Səbail rayonu, badamdar qəsəbəsi, 1,2 və 3-cü yaşayış massivlərində olması, ondan əvvəlki saatlarda isə Nəsimi rayonunun müxtəlif ərazilərində olması müəyyən edilmiş, iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı məlumatlar isə aşkar edilməmişdir (Cild 1, i.v.118-124).

25. “Maddi sübut hesab etmək haqqında” 2 mart 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4,766 qram olan psixotrop maddə metamfetamin və 8,162 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilməklə tədqiqatlardan sonra qalıq çəkiləri 4,716 qram olan psixotrop maddə metamfetamin və 8,112 qram olan narkotik vasitə heroin saxlanılmaları üçün Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (Cild 1, i.v.125).

26. Səbail RPİ-nin 41-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Vasif Həsənovun 15 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən əldə edilmiş narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi və istifadəsində olmuş mobil telefonda qeyd olunan nömrələrlə bağlı şübhə doğuran şəxslərin olmasının müəyyən edilməsinə dair qeyd olunmuş istiqamətlərində əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (Cild 1, i.v. 129).

27. “Sübutların qiymətləndirilməsi haqqında” 19 mart 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin köçürüldüyü içərisində həmin videogörüntülər olan 1 (bir) ədəd disk maddi sübut hesab edilmişdir. Eyni zamanda iş üzrə "xxxx" və "xxxx" MMC-dən götürülmüş telefon məlumatları köçürülmüş disklərdə olan izahlı qaimələr cinayət əməlinin tövsifi üçün əhəmiyyət kəsb etmədiyindən sübut növü siyahısından çıxarılmış, mobil telefonların təqsirləndirilən şəxsə qaytarılmasının nəzərə alınması qərara alınmışdır (Cild 1, i.v. 133-144;).

28. “Cinayət işi ayrılması və icraata qəbul olunması haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən külli miqdarda 4,766 qram olan psixotrop maddə metamfetamin və külli miqdarda 8,162 qram olan narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq müstəntiq Anar Bağırov tərəfindən icraatına qəbul edilərək istintaqı davam etdirilir(Cild 1, i.v. 146-150;).

29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq A.İ.Bağırov tərəfindən 15 aprel 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 16 aprel 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.155-162).

30. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan aydın olur ki, Təqsirləndirilən şəxs ailə tərkibi 20 dekabr 1959-cu il təvəllüdlü atası X6, 26 iyul 1961-ci il təvəllüdlü anası X3, 20 may 2009-cu il təvəllüdlü oğlu Firuddin Orucov, 20 oktyabr 2010-cu il təvəllüdlü qızı Aysel Orucova və 30 avqust 2012-ci il təvəllüdlü qızı Məryəm Orucovadan ibarətdir (Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

32. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

34. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

35. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

36. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

37. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

38. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmiş, həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

39. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

40. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

42. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

43. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

44. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

45. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

46. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

47. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

48. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

49. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

50. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, habelə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi olaraq tam etiraf edərək narkomaniya xəstəliyindən könüllü müalicə olunmasını və həmin xəstəlikdən tam sağalmaq istəməsini bildirməsini, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərinə riayət etməklə məhkəmə icraatı dövründə davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

51. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

52. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

53. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

54. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

55. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

56. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

57. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 dekabr 2023-cü il tarixdə Səbail RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X13 tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 63-64; Cild 2).

58. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətini CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməklə barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclası zalından dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 may 2024-cü il tarixdən hesablanmalı və 29 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.

59. Məhkəmə hökmün 20-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 92.1.2 və 93-1-ci maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

60. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.

61. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

62. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

63. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Səbail RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 4,716 qram psixotrop maddə metamfetamin və 8,112 qram narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

64. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

65. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 145 (bir yüz qırx beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

66. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

67. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

68. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

69. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Səbail Rayon Polis İdarəsində saxlanılan 4,716 qram psixotrop maddə olan metamfetamin və 8,112 qram narkotik vasitə olan heroin məhv edilsin, 1 (bir) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 145 (bir yüz qırx beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar