Məhkəmə qərarları › İş №1(101)-1682/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1682/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1682/2021 25.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, Mingəçevir şəhəri, M.Maqomayev prospekti, ev 73, mənzil 36-da qeydiyyatda olan və hazırda həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 03 aprel 2021ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında bir qədər əvvəl yolda gedərkən tanışı Zərərçəkmiş şəxs idarə etdiyi “Azsamand” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun idarə etdiyi “Kia Cerato” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxması, avtomobilin önünü kəsməsi və digər hərəkətlər etməsinə görə iradını bildirdikdən sonra ünvanına nalayiq ifadələr deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı avtomobildən götürdüyü istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs qəsdən 2 (iki) dəfə vuraraq, sonuncuya döş qəfəsinin arxa səthində daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara kimi yüngül dərəcəli və döş qəfəsinin sağ yarısının ön səthində periton boşluğuna nüfuz edən qara ciyəri zədələyən deşilmiş-kəsilmiş yaradan ibarət yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, maddi vəziyyətinin pis olması səbəbindən 2020-ci ilin oktyabr ayında işləmək məqsədi ilə yaşadığı Mingəçevir şəhərindən Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərinə gəldikdən sonra qardaşı X3 məxsus “Kia Cerato” markalı, 99-TS-l81 dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. O, Mingəçevir şəhərində yaşadığından Bakı şəhərində çox az tanışı və qohumları olmuşdur. İşdən sonra o, hərdən X14 ilə görüşərək birlikdə vaxt keçirirmiş. X14 Zərərçəkmiş şəxs doğma xalası oğludur. Zərərçəkmiş şəxs atası ilə onun atası həm qohum, həm də tələbə yoldaşları olmuşlar. Onun ailəsi ilə zərərçəkmiş şəxsin ailəsi arasında möhkəm dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs həm də onun qardaşının uşağının kirvəsidir. O, Zərərçəkmiş şəxsla qohum kimi həmişə dostluq etmişdir. Rauf Əlizadə ilə isə onun daha möhkəm dostluq münasibətləri olmuşdur. O, Raufla görüşəndə Elməddin də onlara qoşulmuş və onlar asudə vaxtlarını çox vaxt bir yerdə keçirmişlər. 03 aprel 2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində o, Raufa zəng edərək görüşmək istədiyini demişdir. Rauf da onunla razılaşmışdır. Onlar qərara gəlmişlər ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Çapayev” kimi tanınan yerdə görüşsünlər. Bundan sonra o, Raufla dediyi yerdə görüşmüşdür. Rauf onunla görüşə xalası oğlu Zərərçəkmiş şəxs ilə birlikdə gəlmişdir. Rauf Elməddinin “Azsamand” markalı avtomobilini idarə edərək ora gəlmişdir. Həmin vaxt o, Elməddinin sərxoş olduğunu hiss etmişdir. Belə ki, Elməddin həmin vaxt həm onunla, həm də Raufla yersiz zarafatlar edərək onları lağa qoymuşdur. Sonra onlar qərara gəlmişlər ki, şəhərin mərkəzində yerləşən çayxanaların birinə getsinlər. Rauf onun avtomobilinə, Elməddin isə özünə məxsus avtomobilə əyləşmiş və onlar yola düşmüşlər. O, avtomobilini yenicə sürmüşdür ki, birdən Elməddin idarə etdiyi avtomobili ilə onun idarə etdiyi avtomobili sıxışdırmağa başlamışdır. O, həmin vaxt Elməddinin sərxoş olduğunu bilərək sonuncunun onunla zarafat etdiyini düşünmüş və buna görə dı Elməddinin hərəkətlərinə əhəmiyyət verməmişdir. Lakin Elməddin yol boyu dayanmadan öz avtomobili ilə onun idarə etdiyi avtomobilin yolunu kəsərək qəza şəraiti yaradaraq onu yolda sıxışdırmağa çalışmışdır. Elməddinin bu hərəkətləri təxminən 5-6 dəfə təkrarlanmışdır. O isə öz yoluna davam edərək Elməddinin qanunsuz hərəkətlərindən yayınmağa və avtomobili normal şəkildə idarə etməyə çalışmışdır. Lakin Elməddin öz məqsədinə çatmadığını görüb onun mobil telefonuna zəng edərək onu ağır söyüşlərlə təhqir etməyə başlamışdır. O, Elməddindən sakitləşməsini və söyüş söyməməsini dəfələrlə xahiş etsə də, Elməddin onun xahişlərinə məhəl qoymayaraq onu daha da ağır söyüşlərlə söyməyə davam etmişdir. O, bir dəfə telefonu Elməddinin üzünə söndürsə də, Elməddin təkrar ona zəng edərək onu ağır söyüşlərlə söymüşdür. Elməddin onu bir neçə dəfə söydükdən sonra yenidən idarə etdiyi avtomobil ilə onun avtomobilinin qabağını kəsmiş və avtomobildən düşərək onun üstünə hücum çəkmişdir. O, həmin vaxt bir anlıq özünü itirmişdir. Elməddin həmin vaxt çox aqressiv olmuşdur. Elməddin ona yaxınlaşdıqdan sonra Rauf onun avtomobilindən düşərək Elməddini sakitləşdirməyə çalışmışdır. O isə problem olmasın deyə avtomobildən düşməmişdir. Rauf Elməddini sakitləşdirməyə cəhd etsə də, sonuncu heç kəsə məhəl qoymamış və onu söyməyə davam etmişdir. Elməddin yolun ortasında dayanaraq onu təhqir etmişdir. Rauf Elməddinin sakitləşmədiyini görüb geri qayıdaraq onun avtomobilinə oturmuş və onlar oradan uzaqlaşmışlar. Elməddin onu ağır söyüşlərlə söysə də, sonuncu onun qohumu olduğundan və Elməddin həmin vaxt sərxoş olduğundano, sonuncuya cavab verməmişdir. O, avtomobili idarə etdiyi zaman Elməddin yenidən onun mobil telefonuna zəng edərək bu dəfə onun ailə üzvlərini çox pis söyüşlərlə söyməyə başlamışdır. Elməddin onun ailə üzvlərini söydüyü vaxt o, özünü saxlaya bilməmiş və Elməddinə qarşıda avtomobili saxlayacağını bildirmişdir. Sonra o, avtomobilini yolun kənarında saxlamış və Elməddinin gəlməsini gözləmişdir. O, bu vaxt Raufdan niyə Elməddini sakitləşdirmədiyini soruşmuşdur. Rauf da ona Elməddinin içkili olması səbəbindən sonuncunu sakitləşdirə bilmədiyini bildirmişdir. Sonra Elməddin də onların olduğu yerə gəlmiş və ona yaxınlaşaraq 1-2 dəfə zərbə endirmişdir. Elməddin onun üstünə hücum çəkərkən əlində balaca bıçaq olmuşdur. O, əvvəllər Elməddini heç vaxt belə aqressiv şəkildə görməmişdir. Elməddin ondan yaşca böyük və güclü olduğundan, habelə onun Elməddinə gücü çatmadığından və həmin vaxt Elməddinin əlində bıçaq olduğundan o, sonuncunun onu vuracağını düşünmüş və özünü qorumaq məqsədilə avtomobildə meyvələr üçün istifadə etdiyi bıçağı götürmüşdür. Elməddin onu növbəti dəfə vurmaq istədikdə, Elməddinin əlində həmin bıçaq da olmudur. O, özünü bir anlıq itirmiş və avtomobildən götürdüyü bıçağı ora-bura fırladaraq Elməddindən uzaqlaşmasını istəmişdir. Lakin Elməddin əksinə olaraq əlində bıçaqla ona daha da yaxınlaşaraq onu vurmaq istəmişdir. O, növbəti dəfə bıçaqla Elməddini qorxutmaq istədikdə onun əlindəki bıçaq Elməddinin qarnına dəymişdir. Bıçaq Elməddinə dəydikdən sonra sonuncu öz avotomobilinə tərəf getmişdir. O və Rauf bunu gördükdə Elməddinə yaxınlaşaraq yardım etmək istəmişlər. Elməddin isə heç nə olmadığını demişdir. Lakin o və Rauf Elməddinin yaralandığını başa düşüb sonuncunu onun avtomobilinə əyləşdirmiş və Nərimanov rayonu ərazisində yerləşən xəstəxanaya aparmışlar. Lakin həmin xəstəxana Elməddini qəbul etməmişdir. Sonra o, Elməddini Sabunçu rayonu ərazisində yerləşən 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Orada Elməddinə ilkin tibbi yardım göstərilmişdir. Sonra o, polisə təslim olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, törətdiyi əməldən çox peşmandır. Çünki o, Elməddinlə qohum olmaqla yanaşı, həm də dostdur. Bundan başqa, təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, həmçinin onun valideynləri tərəfindən zərərçəkmiş şəxsə bütün müalicə xərclərinin ödənildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidin ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təxminən bir ildir ki, “Azsamand” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğuldur. O, Fəridin qardaşının oğlunun kirvəsidir. Onun və Fəridin atası həm qohum, həm də tələbə yoldaşları olmuşlar. Onlar ailəvi olaraq həmişə mehriban olmuşlar. Rauf Əlizadə isə onun xalası oğludur. Rauf, həmçinin Fəridin dostudur. Onlar üçü tez-tez işdən sonra görüşərək birlikdə vaxt keçirmişlər. 03 aprel 2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində o, xalası oğlu Raufla birlikdə Fəridlə görüşmüşdür. Onlar görüşdükdən sonra biraz söhbət etmişlər və sonra şəhərin mərkəzində yerləşən çayxanaların birində oturub çay içmək qərarına gəlmişlər. O, biraz əvvəl spirtli içki içdiyindən həmin vaxt sərxoş olmuşdur. Ona görə o, Raufla birlikdə Fəridlə görüşə getdikdə onun avtomobilini Rauf idarə etmişdir. Onlar çayxanaya getmək barədə qərara gəldikdən sonra o, sərxoş ola-ola öz avtomobilinə, Rauf isə Fəridin avtomobilinə oturmuşdur. Sonra onlar oradan getmişlər. Yolda 3-4 dəfə o, Fəridlə zarafat etmək istəmiş və ona görə də öz avtomobilini sərt hərəkətlərlə Fəridin idarə etdiyi avtomobili yoldan sıxışdırmağa çalışmışdır. Həmin vaxt o, avtomobili pis sürdüyündən ətrafdakı maşınlar ona siqnal vermişlər. Lakin o, buna əhəmiyyət verməyərək Fəridə qarşı aqressivlik etmişdir. O, Fəridə qarşı hansı səbəbdən aqressivlik etməsini özü də bilməmişdir. Fərid isə onun hərəkətlərini başa düşməyərək öz avtomobilini ondan uzaqlaşdırmışdır. Lakin o, Fəriddən əl çəkməmişdir. O, Fəridin onun hərəkətlərinə fikir vermədiyini gördükdə bundan hirslənmiş və Fəridin mobil telefonuna zəng edərək sonuncunu söyməyə başlamışdır. O, Fəridi telefon vasitəsilə çox pis-pis sözlərlə təhqir etmişdir. Fərid onun sərxoş olduğunu başa düşüb ona cavab verməmişdir. Fəridin bu hərəkəti onu daha da əsəbiləşdirmişdir. Bundan sonra o, çox sərt şəkildə idarə etdiyi avtomobil ilə Fəridin avtomobilinin qarşısını kəsmiş və öz avtomobilindən düşərək Fəridin üstünə getmişdir. Bu vaxt Rauf avtomobildən düşərək onu sakitləşdirməyə çalışmışdır. Lakin o, ucadan qışqıraraq Fəridi söyməyə davam etmişdir. Rauf onu sakitləşdirə bilmədiyini görüb Fəridin avtomobilinə qayıdaraq avtomobilə oturmuş və Fərid də həmin vaxt avtomobili sürərək oradan uzaqlaşmışdır. Bundan sonra o, yenidən Fəridə zəng edərək sonuncunu və sonuncunun ailə üzvlərini söyməyə başlamışdır. O, içkili olduğundan həmin vaxt nə edəcəyini bilməmişdir. Həmin vaxt o, özündə olmamış və Fəridi qıcıqlandıraraq davaya sövq etmişdir. O, Fəridin ailə üzvlərini söyməyə davam etdikdə, Fərid əsəbiləşmiş və avtomobili irəlidə saxlayıb onu gözləyəcəyini demişdir. O da Fəridə ora gələcəyini demişdir. O, Fəridin yanına çatdıqda, sonuncu özünə məxsus avtomobilin yanında dayanmışdır. Onun xalası oğlu Rauf isə avtomobildə oturmuşdur. O, Fəridə yaxınlaşmış və mübahisə etməyə başlamışdır. Həmin vaxt o, əsəbi olduğundan yumruq zərbəsi ilə bir neçə dəfə Fəridin üz nahiyəsinə vurmuşdur. Sonra isə onlar əlbəyaxa olmuşlar. Bu vaxt xalası oğlu Rauf avtomobildən düşərək onun və Fəridin üstünə qışqıraraq sakitləşmələrini tələb etmişdir. Bundan sonra onlar aralanmışlar. O, Fəriddən aralandıqdan sonra üst-başını təmizləməyə başlamışdır. Bu vaxt o, əynində olan paltarda qan olduğunu görmüşdür. O, köynəyini yuxarı qaldırdıqda qarnından qan axdığını görmüşdür. O, Fəridlə əlbəyaxa olduğu zaman onun əlində balaca bıçaq olduğundan belə hesab etmişdir ki, əlindəki bıçaq onun özünə batmışdır. Lakin o, bıçağın ona necə batdığını hiss etməmiş, habelə görməmişdir. Fərid və Rauf onun paltarında qan olduğunu gördükdə tez ona yaxınlaşmışlar və onu Fəridin avtomobilinə otuzduraraq xəstəxanaya aparmışlar. O, xəstəxanada olduğu vaxt Fərid və sonuncunun qohumları onun müalicə xərclərini ödəmişlər. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Fərid ilə barışdığını, onun Fəridə qarşı heç bir şikayət və tələbinin olmadığını, cinayət hadisəsinin onun qanunsuz hərəkətlərinə görə baş verdiyini, Fəridə qarşı haqsızlıq edərək onu hirsləndirdiyini və hövsələdən çıxardığını, sərxoş olmadığı halda bu hadisənin baş verməyəcəyini, bu səbəbdən də özünü günahkar hesab etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yaxın dostudur. Zərərçəkmiş şəxs isə onun xalası oğludur. Zərərçəkmiş şəxs eyni zamanda Təqsirləndirilən şəxslə qohumdur. Onlar üçü birlikdə teztez Bakı şəhərində görüşərək vaxt keçirmişlər. 03 aprel 2021-ci il tarixdə axşam saatlarında Fərid onunla əlaqə saxlayaraq görüşmək istəmişdir. O da Fəridlə razılaşmışdır. Həmin vaxt o, xalası oğlu Elməddinlə birlikdə olmuşdur. Elməddin içkili olduğundan o, Elməddinin avtomobilini idarə edərək Fəridin yanına getmişdir. Onlar Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Çapayev” kimi adlanan yerdə görüşmüşlər və biraz söhbət etdikdən sonra şəhərin mərkəzində fəaliyyət göstərən çayxanaların birinə gedərək birlikdə vaxt keçirmək qərarına gəlmişlər. Sonra o, Fəridin idarə etdiyi avtomobilə oturmuş, Elməddin isə içkili olmasına baxmayaraq, öz avtomobilinə oturmuşdur. Onlar həmin yerdən bir qədər aralaşdıqdan sonra Elməddin idarə etdiyi avtomobil ilə Fəridin idarə etdiyi avtomobili birdən-birə sıxışdırmağa başlamışdır. Onlar əvvəlcə Elməddinin onlarla zarafat etdiyini düşünmüşlər. X11 avtomobilini 4-5 dəfə sıxışdırdıqdan sonra onlar Elməddinin əsassız yerə aqressivlik göstərdiyini başa düşmüşlər. X8rşılıq verməmişdir. Bundan sonra Elməddin Fəridin mobil telefonuna zəng etmiş və Fərid telefonunun səsini açmışdır. Həmin vaxt Elməddin heç bir səbəb olmadan Fəridi söyməyə başlamışdır. Fərid Elməddinə hörmət etdiyindən sonuncuya qarşılıq verməmişdir. Telefonun səsi açıq olduğundan o, Elməddinin Fəridi pis-pis sözlərlə təhqir etdiyini eşitmişdir. Fərid Elməddinə qarşılıq vermədiyindən, Elməddin Fəridin avtomobilini sərt şəkildə kəsmişdir. Bunun qarşılığında Fərid məcbur olub avtomobili saxlamışdır. O, əsəbiləşib avtomobildən düşərək Elməddini sakitləşdirməyə çalışmışdır. Lakin Elməddin ucadan qışqıraraq Fəridi söyməyə davam etmişdir. O, Elməddinin sakitləşmədiyini görüb yenidən Fəridin avtomobilinə qayıdaraq avtomobilə oturmuş və Fərid avtomobili sürərək onlar oradan uzaqlaşmışlar. Fərid hadisə zamanı onun xətrinə avtomobildən düşməmişdir. Bir neçə dəqiqədən sonra Elməddin yenidən Fəridin telefonuna zəng edərək bu dəfə Elməddinin ailə üzvlərini çox ağır söyüşlərlə söymüşdür. Bundan sonra o, hirslənmiş və Fəridə xalası oğlu Elməddinin düz etmədiyini deyərək Fəriddən Elməddinin ağzının payını verməsini bildirmişdir. Bundan sonra Elməddin yenə Fəridə zəng etmiş və yenidən söyməyə başlamışdır. Bu dəfə Fərid irəlidə gözləyəcəyini Elməddinə bildirmişdir. Həmin gün təxminən saat 20:30 radələrində Elməddin onun və Fəridin olduğu yerə gəlmişdir. O, əsəbi olduğundan bu dəfə Fəridlə Elməddinin söhbətinə qarışmamış və ona görə də bu dəfə avtomobildən düşməmişdir. Onun başı telefonuna qarışdığından Fəridlə Elməddinin arasında olan hadisəni görməmişdir. Bir neçə dəqiqədən sonra o, Elməddinin öz avtomobilinə tərəf qaçaraq qışqırdığını görmüşdür. O, bunu gördükdə avtomobildən düşərək Fəridlə Elməddinə yaxınlaşmış və Elməddinin paltarında qan olduğunu görmüşdür. Bundan sonra o, Elməddini Fəridlə birlikdə sonuncunun avtomobilinə otuzdurub əvvəlcə Nərimanov rayonu ərazisində olan xəstəxanaya aparmışlar. Lakin orada Elməddini qəbul etməmişlər. Sonra o, Fəridlə birlikdə Elməddini Sabunçu xəstəxanasına aparmış və orada həkimlər Elməddinə tibbi yardım göstərmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 aprel 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün saat 03:30 radələrində 25 avqust 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ tərəfinin kəsilmişdeşilmiş yarası diaqnozu ilə Sabunçu rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 aprel 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 10-13) görünür ki, cinayət hadisəsi - Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında əvəzedici yolda baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 50-51) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 53-54) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-321/2021 saylı qərarından (cild 1, iş vərəqə 67-71) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs qətimkan tədbirinin əvvəli onun tutulduğu vaxtdan, yəni 04 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən (cild 1, iş vərəqə 113) görünür ki, zərərçəkmiş şəxs Zülfüqarov X2 Fərid Valeh oğlu ilə barışmış və cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 122) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 570 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 100-102) görünür ki, Zərərçəkmiş şəxs bədənində döş qəfəsinin sağ yarısının ön səthində 1 (bir) ədəd periton boşluğuna nüfuz edən qara ciyəri zədələyən və döş qəfəsinin arxa səthində bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın təsirindən onun tibbi yardım üçün 3 saylı şəhər klinik xəstəxanasına gətirildiyi 03 aprel 2021-ci il tarixdə əmələ gəlmişdirlər, dərəcələrinə görə döş qəfəsinin sağ yarısının ön səthində periton boşluğuna nüfuz edən qara ciyəri zədələyən deşilmişkəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsinin arxa səthində daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 03 aprel 2021-ci il tarixdə bıçaqla vurulan zərbələr nəticəsində əmələ gələ bilərdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 1106 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 103-104) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sairləri sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı onda psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-528/2021 saylı qərarından (cild 1, iş vərəqə 90-95) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 avqust 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 143-144) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 avqust 2021-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 146) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 518/MTBŞ-2021 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 155-158) görünür ki, təqdim edilmiş məlumat portalından çıxarışa əsasən Zərərçəkmiş şəxs qan qrupu: A(ll)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus sviter və mayka üzərində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız «A» antigeni alındı. Beləliklə maddi sübutlarda olan qan ləkələri ABO sistemi üzrə A(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 T 196/2021 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 148-150) görünür ki, vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində sağda daxilə nüfuz edərək qaraciyərin sağ payını zədələyən və daxili qanaxmaya səbəb olan, döş qəfəsinin arxa səthində sağda daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətlə, ola bilsin bıçaqla yetirilən 2 (iki) zərbə nəticəsində yaranmışdır, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 03 aprel 2021-ci ilə uyğun gəlir, daxilə nüfuz edərək qaraciyəri zədələyən yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, daxilə nüfuz etməyən yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 351/2021-MTKŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 1, iş vərəqə 152-153) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin və maykanın ön hissəsinin sağ-orta nahiyəsində 1 (bir) ədəd, sviterin və maykanın arxa hissəsinin orta nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 159) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 172-183) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılması, onun əməllərində Cinayət Məcəlləsinin 29,120, 126.2.4, 221, 221.3 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd sviterin və 1 (bir) ədəd maykanın maddi sübut kimi tanınması və saxlanması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı və ittiham tərəfinin əldə etdiyi, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 aprel 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birilərini tanımışlar və onların arasında dostluq münasibətləri olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xalası oğlu Rauf Əlizadə ilə uzun müddətdir ki, dostluq etmiş və qeyd edilən şəxslər, yəni Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Rauf Əlizadə tez-tez asudə vaxtlarında görüşərək birlikdə vaxt keçirmişlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. 03 aprel 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs dostu X9 ilə mobil telefonla əlaqə saxlamış və onlar görüşmək qərarına gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Rauf Əlizadə həmin gün axşam vaxtı Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Çapayev” kimi tanınan ərazidə görüşmüşlər. Həmin vaxt X6 yanında xalası oğlu, yəni Zərərçəkmiş şəxs da olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs xalası oğlu Rauf Əlizadə ilə birlikdə Təqsirləndirilən şəxs yanına gəldikdə sərxoş olmuş və bu səbəbdən də Rauf Əlizadə xalası oğlu Zərərçəkmiş şəxs avtomobilini idarə etmişdir. Onlar “Çapayev” kimi tanınan ərazidə görüşdükdən sonra həmin ərazidə bir qədər söhbət etmişlər və sonra şəhərin mərkəzində fəaliyyət göstərən çayxanaların birinə getmək barədə qərara gəlmişlər. Bundan sonra Zərərçəkmiş şəxs öz avtomobilinə oturmuş, Rauf Əlizadə isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə oturmuş və sonra onlar yola düşmüşlər. Onlar bir qədər getdikdən sonra Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə sərt şəkildə manevrlər edərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yolda sıxışdırmağa başlamışdır. Təqsirləndirilən şəxs bunu gördükdə, əvvəlcə Zərərçəkmiş şəxs sərxoş olması səbəbindən belə hərəkətə yol verdiyini düşünmüşdür. Bu səbəbdən də Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərindən yayınmağa çalışmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşılıq vermədiyini gördükdə, bundan əsəbiləşmiş və Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəyə zəng edərək heç bir əsas olmadan sonuncunu söyməyə başlamışdır. Bu dəfə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinə qarşılıq verməmişdir. Başqa sözlə, həmin anadək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinə, o cümlədən avtomobili ilə törətdiyi təhlükəli hərəkətlərinə dözümlü yanaşaraq hər hansı qanunsuzluğa və kobudluğa yol verməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Zərərçəkmiş şəxs yenidən Təqsirləndirilən şəxs ona qarşılıq vermədiyini gördükdə, daha da qıcıqlanaraq öz avtomobili ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısını kəsmişdir. Bu vaxt Rauf Əlizadə də öz xalası oğlu Zərərçəkmiş şəxs hərəkətlərindən əsəbiləşərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşmüş və Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışdır. Lakin Zərərçəkmiş şəxs sakitləşmək əvəzinə daha da aqressivləşərək Təqsirləndirilən şəxs ağır söyüşlərlə söyməyə davam etmişdir. Rauf Əlizadə nə qədər Zərərçəkmiş şəxs sakitləşdirməyə cəhd etsə də, sonuncu öz qanunsuz hərəkətlərinə son qoymamış, əksinə daha da aqressivləşərək Fərdi Abdullayevin ünvanına ağır ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərini davam etdirməsinə baxmayaraq, Təqsirləndirilən şəxs oturduğu avtomobildən düşməmiş və Zərərçəkmiş şəxs qarşı hər hansı neqativ hərəkətə yol verməmişdir. Rauf Əlizadə xalası oğlu Zərərçəkmiş şəxs sakitləşmədiyini görüb Təqsirləndirilən şəxs avtomobilə qayıdaraq avtomobilə oturmuş və Təqsirləndirilən şəxs oradan uzaqlaşmasını istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs əl çəkməyərək sonuncuya məxsus mobil nömrəyə yenidən zəng edərək bu dəfə Fəridin ailə üzvlərinin ünvanına ağır söyüşlər işlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs haqlı olaraq Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərindən hirslənmiş və sonuncuya irəlidə gözləyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs həmin vaxt irəlidə onu gözləməsini tələb etmişdir. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs olduğu yerə gəlmişdir. Sonra Zərərçəkmiş şəxs öz avtomobilində olan bıçağı gizlicə götürüb sağ əlində saxlayaraq avtomobilindən düşüb Təqsirləndirilən şəxs üzərinə hücum etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs də öz avtomobilindən düşərək Zərərçəkmiş şəxs üzərinə getmişdir. Təqsirləndirilən şəxs də avtomobildən düşərkən avtomobilində olan bıçağı özü ilə götürmüşdür. Bundan sonra Elməddin Fəridlə üz-üzə gəlmişdir. Əvvəlcə onların arasında sözlü mübahisə yaranmışdır. Onların arasında yaranmış sözlü mübahisə sonradan real davadalaşa çevrilmişdir. Dava-dalaş zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bir neçə dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindəki bıçaqla Zərərçəkmiş şəxs 2 (iki) bıçaq xəsarəti yetirmişdir. Zərərçəkmiş şəxs bıçaqlandıqdan sonra yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs X14 ilə birlikdə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə otuzduraraq xəstəxanaya aparmış və orada sonuncuya tibbi yardım göstərilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncunun ona qarşı sərgiləmiş olduğu aqressiv davranışı və qanunsuz hərəkətləri nəticəsində törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, eləcə də şahidin məhkəmə istintaqında vermiş olduqları ifadələr əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında bir daha təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, habelə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə bir daha belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin o, sözügedən cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı sərgiləmiş olduğu aqressiv davranışı və qanunsuz hərəkətləri nəticəsində törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 aprel 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, təqsirləndirilən şəxsin cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və cinayət əməlinin ağırlığını, cinayətin törədilmə üsulunu və mexanizmini, onun zərərçəkmiş şəxsə 2 (iki) dəfə bıçaqla xəsarət yetirməsini, törədilmiş cinayət əməlinin zoraki cinayətlərə aid olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 aprel 2021-ci il tarixdən 04 avqust 2021-ci tarixədək, yəni 4 (dörd) ay müddətində həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalıdır və onun üzərində saxlanılacaq cəzanın əvvəli hökmün elan edildiyi gündən, yəni 25 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd sviter və 1 (bir) ədəd mayka məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 aprel 2021-ci il tarixdən 04 avqust 2021-ci tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Onun üzərində saxlanılan 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd sviter və 1 (bir) ədəd mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar