Məhkəmə qərarları › İş №1(101)-1682/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1682/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1682/2022 15.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X11 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 15, mənzil 9-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi, ev 192A-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, 6 mart 1993-cü il tarixdə Şuşa şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, C.Qaryağdıoğlu küçəsi, ev 1-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksi, bina 7, mənzil 43-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Vəli” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməklə yanaşı, sonunculara İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla keçirəcəkləri həmin maddələrin satışının təşkil edilməsinə köməklik etməyi qabaqcadan vəd etmiş, bu məqsədlə “Vəli” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirdikləri külli miqdarda 15247,571 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 5007,8 qram çəkidə psixotrop maddə metafetamini istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qoyulduğu yerdən əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 1 bükümdə olan 18,954 qramını Təqsirləndirilən şəxs2, külli miqdarda 1 bükümdə olan 20,617 qramını Təqsirləndirilən şəxs1 üzərində, külli miqdarda 15208 qramını və külli miqdarda 5007,8 qram çəkidə psixotrop maddə metafetamini Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi “Honda İnsight” markalı **-DU-*** dövlət nömrə nişanlı avtomobildə saxlayaraq daşımış, bu barədə daxıl olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotikləıiə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2 iyun 2022-ci il tarixdə saat 1:00-da Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 241 e/1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2rləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərilərində şəxsi axtarış keçirilən zaman külli miqdarda 18,954 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə, külli miqdarda 20,617 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 iyun 2022-ci il tarixdə saat 3:50-dən etibarən Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə “Honda İnsight” markalı **-DU- *** dövlət qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman külli miqdarda 15208 qram çəkidə narkotik vasitə heroin ayrıayrılıqda 996,2 qram, 986,5 qram, 997,7 qram, 996,9 qram, 975,3 qram, 989,7 qram, 957,4 qram, 988,2 qram, 997,2 qram, 998,5 qram, 993,1 qram, 972,9 qram, 971,9 qram, 963,2 qram və 1423,3 qram olmaqla 15 ədəd bükümdə, külli miqdarda 5007,8 qram çəkidə psixotrop maddə metafetamin ayrı-ayrılıqda 1005,4 qram, 1002,3 qram, 1000,0 qram, 1001,8 qram, 998,3 qram olmaqla 5 ədəd bükümdə avtomobilin arxa yük yerindən 1 ədəd idman çantasında aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən 20-25 gün əvvəl narkotik vasitə heroini çəkmək yolu ilə istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 ilə uşaqlıqdan dostluq münasibəti olmuş, ədavəti və düşmənçiliyi olmamışdır. Əmrah da onun kimi narkotik vasitə istifadəçisi olmuşdur. Tutulmazdan təxminən 25 gün əvvəl sosial şəbəkədə “Vəli” adlı şəxslə tanış olmuşdur. Daha sonra Vəli ilə “WhatsApp” proqramı ilə əlaqə saxlamağa başlamışdır. Vəli ilə əlaqəsi olsa da, heç vaxt onun üzünü görməmişdir. Vəli özündə narkotik vasitə olduğunu, istədiyi halda pul müqabilində onu narkotik vasitə ilə təmin edə biləcəyini demişdir. O da Vəli ilə razılaşıb, elə həmin vaxtdan Vəlidən şəxsi istifadəsi üçün narkotik vasitə almağa başlamışdır. Həmin aldığı narkotik vasitəni özü tək istifadə etmiş, heç kimə verməmiş və satmamışdır. Vəli narkotik vasitəni müəyyən yerlərə qoydurmuş, o da gedib narkotik vasitəni götürmüşdür. Lakin Vəlinin kim vasitəsilə, hansı üsulla narkotik vasitəni müxtəlif yerlərə qoydurması barədə məlumatı olmamışdır. 2 iyun 2022-ci il tarixdə yenə narkotik vasitəyə ehtiyacı olduğundan Vəlinin dediyi yerə gedib narkotik vasitəni götürməli olmuşdur. Lakin həmin vaxt çox içkili olmuşdur. Buna görə də avtomobili idarə edə bilməyəcəyi qənaətinə gəlib, tanışı Əmraha zəng edərək içkili olduğu üçün avtomobili idarə edə bilmədiyini deyib onu dediyi ünvana aparmasını xahiş etmişdir. Əmrah da onunla razılaşıb hazırda anasıgildə, Nizami RPİ-nin 25-ci Polis Bölməsinin yaxınlığında olduğunu demişdir. Məsafə az olduğundan Əmrahı götürmək üçün icarə əsasında idarə etdiyi “Honda” markalı, **-DU-*** nömrəli avtomobil ilə həmin ünvana gəlmiş, Əmraha zəng edib dediyi ünvanda olduğunu, aşağı düşməsini bildirmişdir. Avtomobilində Əmrahı gözləyən zaman 3 nəfər mülki geyimli şəxs avtomobilinin arxa qapısını açıb içəri daxil olmuşlar. Həmin şəxslərdən kim olmalarını soruşduqda polis əməkdaşları olduqlarını, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirmişlər. Polis əməkdaşlarına narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmadığını bildirsə də, onlar avtomobilindən düşməmiş və təxminən 5 dəqiqə onunla söhbət etmişlər. Bundan sonra Əmrah gəlib avtomobilinə əyləşmişdir. Polis əməkdaşları Əmrahı və onu onun avtomobili ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdarədə olarkən Əmrah və onun üzərini yoxlamağa başlamış, lakin heç nə aşkar etməmişlər. Buna baxmayaraq polis əməkdaşları narkotik vasitə bükümünü gətirib videoçəkiliş zamanı həmin bükümün ona məxsus olmasını bildirməyini tələb etmişlər. Onlara etiraz etdikdə idarədə olan Nəcəf adlı təhqiqatçı dediklərini etmədiyi təqdirdə onun üçün yaxşı olmayacağını, fiziki təsirə məruz qala biləcəyini demişdir. Həmin hədələrdən sonra polis əməkdaşlarının dedikləri ilə razılaşmalı olmuş və onlar nəcə desə, elə də hərəkət edib, ifadə vermişdir. X10 Respublikası vətəndaşı olduğunu bilməmişdir, Vəli onunla Azərbaycan dilində danışmışdır. Tutulmazdan əvvəl sonuncu dəfə Vəlidən şəxsi istifadəsi üçün 2-3 qram narkotik vasitə heroin alaraq Dərnəgüldən götürmüşdür. Vəli “WhatsApp” proqramı vasitəsilə ona narkotik vasitəni qoydurduğu məkanların şəklini atmışdır. İdarəyə gedərkən avtomobilinə 3 nəfər polis əməkdaşı əyləşmiş, onlardan biri arxa oturacaqda Əmrahla onun yanında, digəri biri isə qabaq sağ oturacaqda əyləşmiş, avtomobili polis əməkdaşı idarə etmişdir. Avtomobilində hər hansı miqdarda narkotik vasitə və psixotrop maddə saxlamamış, avtomobilindən aşkar olunan narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən qoyulmuşdur. Tutulan zaman üzərində narkotik vasitə olmamış, üzərinə heroin videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən qoyulmuşdur. Onu tutun polis əməkdaşları Azər, Babək və adını xatırlamadığı digər şəxs olmuşdur. Yaşadığı evə onun iştirakı olmadan baxış keçirilmişdir. İbtidai istintaq zamanı ifadəsini təzyiq altında vermişdir. Polis əməkdaşları ona psixi təsir göstərərək döyməklə hədələmişlər. Şəxsi axtarış zamanı otaqda təxminən 10-15 nəfər polis əməkdaşı olmuşdur. Onu tutan və idarədə olan polis əməkdaşlarının heç birini əvvəllər tanımamış və görməmişdir. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onları saat 20:00 radələrində tutmuşlar. Tutulan zaman polis əməkdaşlarının onun Əmrahla görüşəcəyi barədə məlumatları olmamışdır. Avtomobildə olarkən polis əməkdaşları ilə arasında Əmrahla bağlı hər hansı söhbət olmamışdır. İdarədə üzərlərində şəxsi axtarış aparılan və izahat verən zaman Əmrahla birlikdə olmuşlar. Əmrahın ona narkotik vasitənin satışını həyata keçirməklə bağlı hər hansı təklifi olmamışdır.Əmrahla görüşməyinin tək səbəbi avtomobilini idarə etməsi olmuşdur. Narkotik vasitəni haradan götürəcəyini bilməmiş, tutulanadək Vəli həmin ünvanı ona göndərməmişdri. Əmrahın narkotik vasitə satmasının şahidi olmamışdır, bu barədə məlumatı yoxdur. “Honda” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili tutulmazdan 3 gün əvvəl taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarə götürmüşdür. Müxtəlif taksi xidməti göstərən şirkətlərə müraciət etməsinə baxmayaraq ona cavab verilmədiyindən taksi fəaliyyətini həyata keçirə bilməmişdir. Bəzən mobil telefonunun enerjisi tükəndiyi üçün Vəli ilə Əmrahın mobil telefonu vasitəsilə əlaqə saxlamışdır. Əmrah taksi sürücüsü olmuş, onun taksi xidmətindən istifadə etməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən tutulmazdan əvvəl 20-25 gün narkotik vasitə heroini çəkmək yolu ilə istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ilə uşaqlıqdan dostluq münasibəti olmuşdur, ədavəti və düşmənçiliyi olmamışdır. Əmrah da onun kimi narkotik vasitələrin qəbulu il məşğul olmuşdur. Təxminən tutulmazdan 25 gün əvvəl Əmrah tanışının vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Vəli” adlı şəxslə tanış olmuş və telefonla söhbət zamanı sonuncu ona təklif etmişdir ki, İrandan qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələri və ya psixotrop maddələri dediyi yerdən götürüb “kuryer” kimi deyilən yerlərə çatdırdıqları halda yaxşı pul verə bilər. Bu barədə Əmrah ona deyib bu işi birlikdə görməyi təklif etmişdir. Bundan sonra o da İran İslam Respublikasının vətəndaşı “Vəli” adlı şəxslə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə danışmağa başlamışdır. “Vəli” adlı şəxs demişdir ki, hər bir kiloqram narkotikə görə hər birinə 100 manat pul göndərəcəkdir. İlk dəfə təxminən 2022-ci ilin may ayının 5-də “Vəli” adlı şəxsin tapşırığı ilə Əmrahla birlikdə təxminən 8-10 kiloqram çəkidə narkotik vasitə və psixotrop maddə olan çantanı götürüb Vəlinin dediyi ünvana, yəni Abşeron rayonu, Xırdalan şəhəri istiqamətində olan yerə qoymuşlar. Malın üzərindən öz istifadələri üçün bir az narkotik götürüb çəkmişlər. İkinci dəfə 2022-ci ilin may ayının sonunda Əmrahla birlikdə Novxanı qəsəbəsində “Vəli” adlı şəxsin dediyi yerdən təxminən 2 kiloqram narkotik vasitələr götürüb Novxanı-Pirşağı yolunda deyilən yerə qoymuşlar. Bu iki əməliyyatdan iranlı təxminən 1.200 manat onlara pul verilməli olmuş, lakin iranlı tərəfindən pulun axırda veriləcəyi vəd edilmişdir. Sonuncu dəfə 1 iyun 2022-ci il tarixdə saat 23:00 iradələrində Əmrahla birlikdə icarəyə götürüb idarə etdiyi “Honda İnsight” markalı **-DU-*** nömrəli avtomobillə İran İslam Respublikasının vətəndaşı “Vəli” adlı şəxsin tapşırığı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerdən torbada külli miqdarda narkotik vasitələr və psixotrop maddə götürüb avtomobilə qoymuşlar. Öz istifadələri üçün o və Əmrah özlərinə bir büküm narkotik vasitə heroin götürüb üzərilərində saxlamışlar. Beləliklə də, 2 iyun 2022-ci il tarixdə gecə saat 1:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində Əmrahla birlikdə idarə etdiyi “Honda” markalı, **-DU-*** nömrəli avtomobilin qarşısında dayanarkən 4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Əmrahı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, avtomobili isə duracağa yerləşdirmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və daha sonra Əmraha üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 25 manat pul, 1 ədəd avtomobil açan aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroini təqdim etmişdir. X5 üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun əynindəki şalvarının ciblərindən 20 manat pul, “REDMİ” markalı mobil telefon, içində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuşdur. Sonra həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, digər əşyalar və pullar geri qaytarılmışdır. Verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri istifadə etmək məqsədi ilə üzərində saxladığını, əlavə olaraq idarə etdiyi “Honda İnsight” markalı **-DU-*** nömrəli avtomobildə Əmrah ilə birlikdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, onun dediklərini təsdiq etmişdir. Bundan sonra o və Əmrah həmin avtomobilin yük hissəsində gizlətdikləri 1 ədəd çantanı təqdim etmişlər. Həmin çantanın içindən 15 bükümdə narkotik vasitə heroin, 5 bükümdə psixotrop maddə metafetamin aşkar olunmuşdur. Sonra aşkar olunmuş predmetlər qablaşdırılaraq götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Vəli” adlı şəxsin deyəcəyi ünvanlara Əmrah ilə birlikdə çatdırıb əvəzində pula alacaqlarını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, bundan əvvəl “Vəli” adlı şəxsin göndərdiyi təxminən 12 kiloqram narkotiki müxtəlif ünvanlara çatdırdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 baxış zamanı verilən suallara cavab olaraq onun dediklərini təsdiq etmişdir (cild 1, iş vərəqə 94-98 və 116-118). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə uşaqlıqdan dostluq münasibəti olmuş, ədavəti və düşmənçiliyi olmamışdır. O, narkotik vasitə istifadəçisi olmuş, Ülvinin də narkotik vasitədən istifadə etdiyini bilmişdir. 2 iyun 2022-ci il tarixdə Ülvi ona zəng edərək getməli yeri olduğunu, lakin içkili olduğu üçün avtomobili idarə edə bilmədiyini deyib, ondan avtomobilini idarə edərək dediyi yerə aparmasını xahiş etmişdir. O da Ülvi ilə razılaşmış və anasıgildə olduğunu, Ülviyə oraya gəlməsini demişdir. Ülvi onun dediyi yerə çatdıqdan sonra ona zəng edib evdən çıxmağını bildirmişdir. Ülvinin zəngindən təxminən 5 dəqiqə sonra onun avtomobilinə çatmışdır. Avtomobilə əyləşdikdə içəridə 3 nəfər tanımadığı şəxsin olduğunu görmüşdür. Həmin şəxslər polis əməkdaşı olduqlarını bildirib Ülvi və onu Ülvinin avtomobili ilə BNMİ-yə gətirmişlər. İdarədə olarkən üzərində axtarış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Buna baxmayaraq polis əməkdaşlarından biri onu öz otağına aparıb qabağına 1 ədəd narkorik vasitə bükümünü qoyaraq videoçəkiliş zamanı həmin narkotik vasitənin özünə məxsus olmasını, Ülvi ilə narkotik vasitəni satış məqsədi ilə əldə edib payladıqlarını bildirməyini tələb etmişlər. Polis əməkdaşına etiraz etdikdə, sonuncu dediklərini etməyəcəyi təqdirdə fiziki təsirə məruz qalacağını bildirmişdir. Həmin hədə nəticəsində polis əməkdaşlarının dediklərini qəbul etmiş və bundan sonra onlar nə desə onu etmişdir. “Vəli” adlı şəxsi tanımır, onunla əlaqəsi olmamışdır. Vəli ilə Ülvi əlaqə saxlamış, sonuncu Vəlidən şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Ülvi bəzən “Vəli” adlı şəxslə onun mobil telefonu vasitəsilə əlaqə saxlamışdır. Polis əməkdaşları onu Ülvi ilə birlikdə idarəyə aparmışlar. Ülvinin avtomobilini polis əməkdaşı idarə etmişdir. Xırdalan şəhərində yaşayır. Onları tutan və idarədə olan polis əməkdaşlarının heç birini tanımamış və əvvəllər görməmişdir. Ülvinin avtomobilində narkotik vasitə olması barədə məlumatı olmamışdır. Şəxsi axtarış zamanı üzərindən heç nə aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün almış, özü istifadə etmişdir. Polis əməkdaşları onları Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nin yaxınlığında tutmuşlar. Ülvinin narkotik vasitə satmasının şahidi olmamış, bu barədə məlumatı yoxdur. Polis əməkdaşları onları saat 20:00 radələrində tutmuşlar. Narkotik vasitədən mütəmadi olaraq istifadə etməmişdir. Ülvi ona avtomobillə gedəcəkləri ünvanı deməmişdir. Onun Ülvinin əlaqə saxladığı şəxsin İran İslam Respublikası vətəndaşı olması barədə məlumatı olmamışdır. Tutulanadək taksi sürücüsü işləmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs1 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki təxminən tutulmazdan əvvəl 25 gün narkotik vasitə heroini çəkmək yolu ilə istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ilə uşaqlıqdan dostluq etmiş, Ülvi ilə birlikdə narkotik qəbul etmişdir. Təxminən tutulmazdan 25 gün qabaq İran İslam Respublikasının vətəndaşı “Vəli” adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı sonuncu ona təklif etmişdir ki, İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitələri və ya psixotrop maddələri dediyi yerdən götürüb “kuryer” kimi deyilən yerlərə çatdıracaqları halda yaxşı pul verə bilər. O da bu barədə dostu Ülviyə deyib bu işi birlikdə görməyi təklif etmişdir. Ülvi də razılaşmışdır. Bundan sonra Ülvi də İran İslam Respublikasının vətəndaşı “Vəli” adlı şəxslə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə danışmağa başlamışdır. “Vəli” adlı şəxs demişdir ki, hər bir kiloqram narkotikə görə hər birinə 100 manat pul göndərəcək. İlk dəfə təxminən 2022-ci ilin may ayının 5-də “Vəli” adlı şəxsin tapşırığı ilə Ülvi ilə birlikdə Binəqədi rayonu ərazisində təxminən 10 kiloqram çəkidə narkotik vasitə və psixotrop maddə olan çantanı götürüb “Vəli” adlı şəxsin dediyi Abşeron rayonu, Xırdalan şəhəri istiqamətində olan yerə qoyub çıxıb getmişlər. Malın üzərindən öz istifadələri üçün bir az narkotik götürüb qəbul etmişlər. İkinci dəfə 2022-ci ilin may aynın ayında Ülvi ilə birlikdə Novxanı qəsəbəsində “Vəli” adlı şəxsin dediyi yerdən təxminən 2 kiloqram narkotik vasitə götürüb Novxanı-Pirşağı yolunda deyilən yerə qoyub gizlətmişlər. Sonuncu dəfə 1 iyun 2022-ci il tarixdə saat 23:00 radələrində Ülvi ilə birlikdə sonuncunun idarə etdiyi “Honda” markalı **-DU-*** nömrəli avtomobillə İran İslam Respublikasının vətəndaşı “Vəli” adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerdən torbada külli miqdarda narkotik vasitələr və psixotrop maddə götürüb avtomobilə qoymuş, öz istifadələri üçün o və Ülvi hər birinə 1 büküm narkotik vasitə heroin götürüb üzərilərində saxlamışlar. 2 iyun 2022ci il tarixdə gecə saat 1:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində Ülvi ilə birlikdə sonuncunun idarə etdiyi “Honda” markalı **-DU-*** nömrəli avtomobilin qarşısında dayanarkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib onların narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onu və Ülvini Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, avtomobili isə duracağa yerləşdirmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərilərinə müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ülviyə və daha sonra isə ona üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməklərini təklif olunmuşdur. Bundan sonra Ülvi əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra Ülvinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki şalvarının ciblərindən 1 ədəd “Samsung” markalı mobil telefon, 25 manat pul, 1 ədəd avtomobil açarı aşkar olunmuşdur. Sonra o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən 20 manat pul, “REDMİ ’ markalı mobil telefon, siqaret qutusu aşkar olunmuşdur. Sonra həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş digər əşyalar və pullar geri qaytarılmışdır. Ülvi verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi erazisində gizlədilən yerdən əldə etdiklərini, həmin narkotik maddələri istifadə etmək məqsədi ilə üzərində saxladığını, əlavə olaraq idarə etdiyi “Honda” markalı **-DU-*** nömrəli avtomobildə onunla birlikdə narkotik maddə saxladıqlarını orada saxladıqları narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər. Verilən suallara cavab olaraq o, Ülvinin dediklərini təsdiq etmişdir. Bundan sonra o, müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə “Honda” markalı **-DU-*** nömrəli avtomobilə getmişlər. Bu təklifdən sonra o və Əmrah həmin avtomobilin yük hissəsində gizlətdikləri 1 ədəd çantanı təqdim etmişlər. Həmin çantanın içindən 15 bükümdə narkotik vasitə heroin, 5 bükümdə psixotrop maddə metafetamin aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılaraq götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş, lakin əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində gizlədilən yerdən əldə etdiklərini, həmin narkotik maddələri “Vəli” adlı şəxsin deyəcəyi ünvanlara onunla birlikdə çatdırıb əvəzində pul alacaqlarını, bu işləri görməkdə onunla əlbir olduğunu, bundan əvvəl “Vəli” adlı şəxsin göndərdiyi təxminən 12 kiloqram narkotiki müxtəlif ünvanlara çatdırdıqlarını bildirmişdir. O da verilən suallara cavab olaraq Ülvinin dediklərini təsdiq edərək narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində gizlədilən yerdən əldə etdiklərini, həmin narkotik maddələri “Vəli” adlı şəxsin deyəcəyi ünvanlara Ülvi ilə birlikdə çatdırıb əvəzində pul alacaqlarını, bu işləri görməkdə Ülvi ilə əlbir olduqlarını, bundan əvvəl “Vəli” adlı şəxsin göndərdiyi təxminən 12 kiloqram narkotiki müxtəlif ünvanlara çatdırdıqlarını bildirmişdir (cild 1, iş vərəqə 105-109 və 126-128). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 2 iyun 2022-ci il tarixdə saat 1:00-da Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 241 e/1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə “Honda” markalı **-DU-*** nömrəli avtomobilin qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, avtomobil isə duracağa yerləşdirilmişdir. Həmin şəxslərin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 2 iyun 2022-cİ il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək üzərilərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynindəki şalvarın sol yan cibindən 1 ədəd, “Samsung” markalı mobil telefon, 25 manat pul, 1 ədəd avtomobil açarı aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 22 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs2 əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun əynindəki şalvarın sağ yan cibindən 20 manat pul, sol yan cibindən “REDMİ” markalı mobil telefon, sağ arxa cibindən içində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 21 qram olması müəyyən edimişdir. Daha sonra həmin kütlələr qablaşdıralaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, digər əşya, predmet və pullar aidiyyatı üzrə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olumuş narkotik maddələri “Vəli” adlı İran İslam Respublikası vətəndaşı vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələrin bir hissəsini istifadə etmək məqsədi ilə üzərində saxladığını, əlavə olaraq idarə etdiyi “Honda” markalı, **-DU-*** nömrəli avtomobildə Əmrahla birlikdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, aşkar olumuş heroinin özünə məxsus olduğunu, “Vəli” adlı İran İslam Respublikası vətəndaşı vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri istifadə etmək məqsədi ilə üzərində saxladığını, əlavə olaraq Ülvinin idarə etdiyi “Honda” markalı, **-DU-*** nömrəli avtomobildə narkotik maddə saxladıqlarını bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilməsi imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Honda” markalı, **-DU-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, qeyd olunan narkotik maddələrin ona aid olduğunu, Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyd olunan avtomobildəki narkotik maddələrin dövriyyəsini təşkil etdiklərini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 öz növbəsində avtomobilə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə ilə müraciət etmişdir. “Honda” markalı, **-DU-*** nömrəli avtomobildə narkotik vasitə və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 2 iyun 2022-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin avtomobilin yük hissəsində gizlətdikləri 1 ədəd çantanı təqdim etmişlər. Həmin çantanın içindən 15 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 5 ədəd bükümdə psixotrop maddə metafetaminə bənzər kütlələr aşkar olunmuşdur. Heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 16 kq 785 qram olması müəyyən edilmişdir. Sonra metafetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 5 kq 780 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər möhürlənib qablaşdırılaraq götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş, lakin əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Vəli” adlı şəxsin deyəcəyi ünvanlara Əmrah ilə birlikdə çatdırıb əvəzində pul aldıqlarını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, bundan əvvəl “Vəli” adlı şəxsin göndərdiyi təxminən 12 kiloqram narkotiki müxtəlif ünvanlara çatdırdıqlarını, şəxsi axtarışdan əvvəl üzərinin və ya avtomobilinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Vəli” adlı şəxsin deyəcəyi ünvanlara Ülvi ilə birlikdə çatdırıb əvəzində pul alacaqlarını, bu işləri görməkdə Təqsirləndirilən şəxs1 ilə əlbir olduğunu, bundan bundan əvvəl “Vəli” adlı şəxsin göndərdiyi təxminən 12 kiloqram narkotiki müxtəlif ünvanlara çatdırdıqlarını, şəxsi axtarışdan əvvəl üzərinin və ya avtomobilinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilməsi imzalarla təsdiq edilmişdir. Daxil olmuş əməliyyat məlumatı yalnız Təqsirləndirilən şəxs1 barəsində olmuşdur. Təqsirləndirilən şəxsləri birlikdə idarəyə gətirmişlər. Təqsirləndirilən şəxslər üzərlərində və avtomobildə narkotik vasitə olmasını və onları əldə etmə məqsədlərini özləri etiraf etmişlər. Tutulan zaman təqsirləndirilən şəxslərin üzərində olan geyimləri hazırda xatırlamır. Təqsirləndirilən şəxslər tutulan zaman onlara müqavimət göstərməmiş və qaçmağa çalışmamışlar. Təqsirləndirilən şəxslərə əvvəlcə o yaxınlaşmışdır. Təqsirləndirilən şəxsləri idarəyə Təqsirləndirilən şəxs1 istifadəsində olan avtomobillə gətirmişlər. Həmin avtomobilə ondan başqa 2 nəfər polis əməkdaşı əyləşmişdir. İdarəyə gedən zaman avtomobili onun, yoxsa digər polis əməkdaları tərəfindən idarə edildiyini xatırlamır. Tutduqdan sonra təqsirləndirilən şəxslərin qoluna qandal vurmamışlar. Hər iki təqsirləndirilən şəxsi eyni vaxtda tutmuşlar. Yaxınlaşan zaman hər iki təqsirləndirilən şəxs avtomobilin yanında dayanmışlar. Təqsirləndirilən şəxslərə şübhənin mahiyyətini bildirmişlər. Şifahi sorğu zamanı təqsirləndirilən şəxslər narkotik vasitənin satışını həyata keçirməkdə əlbir olduqlarını etiraf etmişlər. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış və baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 174-176). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 2, iş vərəqə 79-98). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 1:00-da qeyd olunan ünvanda saxlanılaraq avtomobillə birlikdə ünvan 4a yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda 20,617 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda 18,954 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bundan başqa həmin tarixdə Baş İdarənin inzibati ərazisində baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Honda İnsight” markalı **-DU-*** dövlət nömrə nişanlı avtomobilin arxa saxlanc yerindən 1 ədəd idman çantasında 15 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 996,2 qram, 986,5 qram, 997,7 qram, 996,9 qram, 975,3 qram, 989,7 qram, 957,4 qram, 988,2 qram, 997,2 qram, 998,5 qram, 993,1 qram, 972,9 qram, 971,9 qram, 963,2 qram və 1423,3 qram olmaqla ümumilikdə külli miqdarda 15208 qram çəkidə komponent tərkiblərinə və xarici əlamətlərinə görə öz aralarında və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinlə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005,4 qram, 1002,3 qram, 1000,0 qram, 1001,8 qram, 998,3 qram olmaqla ümumilikdə külli miqdarda 5007,8 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 49-52). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2 iyun 2022-ci il tarixli 6/3085 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş.... ” yazısı və imzalar olan paketdəki üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan 1 ədəd bükümdə təmiz çəkisi 20,617 qram və üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan 1 ədəd bükümdə təmiz çəkisi 18,954 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxslər Təqsirləndirilən şəxs1 oğiunun idarə etdiyi, Təqsirləndirilən şəxs2 sərnişin yerində əyləşdiyi avtomobildən aşkar olunmuş.... ” yazısı və imzalar olan qara rəngli idman çantasındakı, 15 (on beş) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 996,2 qram, 986,5 qram, 997,7 qram, 996,9 qram, 975,3 qram, 989,7 qram, 957,4 qram, 988,2 qram, 997,2 qram, 998,5 qram, 993,1 qram, 972,9 qram, 971,9 qram, 963,2 qram, 1423,3 qram, ümumi təmiz çəkisi 15208 qram (15 kq 208 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 5 (beş) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3005,4 qram, 1002,3 qram, 1000,0 qram, 1001,8 qram, 998,3 qram, ümumi təmiz çəkisi 5007,8 qram (5 kq 7,8 qr) ağ rəngli kristalşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroinlər, avtomobildən götürülmüş 15 ədəd bükümdəkı heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir (Qeyd: heroinin təmiz çəkisi 20,617 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 20,517 qram, heroinin təmiz çəkisi 18,954 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 18,854 qram, heroinin təmiz çəkisi 15208 qram, tədqiqata sərf olundu 0,3 qram, qalıq 15207,7 qram, metafetaminin təmiz çəkisi 5007,8 qram, tədqiqata sərf olundu 0,25 qram, qalıq 5007,55 qram cild 1, iş vərəqə 76-79). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 3 iyun 2022-ci il tarixli 2963 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidləron və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 228-229). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 3 iyun 2022-ci il tarixli 2969 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 230-231). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 16 iyun 2022-cİ il tarixli 1980/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinin tərkibində metadon və tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir (cild 2, iş vərəqə 9- 12). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 16 iyun 2022-ci il tarixli 1982/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir (cild 2, iş vərəqə 13-16). Cinayət işinin materiallarında olan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ***-***-**-**, Təqsirləndirilən şəxs2 isə ***-***-**-** saylı mobil telefon nömrələri istifadə etmişlər. Göstərilən mobil telefon nömrələri arasında 14 aprel 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək olan müddət ərzində 276 telefon danışığının aparıması müəyyən edilmişdir. Bundan başqa qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Həmin telefon nömrələrinin İran İslam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon nömrələri ilə telefon danışığı və ya sms mətn yazışması aşkar edilməmişdir (cild 1, iş vərəqə 217-219). Cinayət işinin materiallarında olan “məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının hüdudlarını Ukrayna və Gürcüstan istiqamətində 2 dəfə tərk edərək geri qayıtmış, Təqsirləndirilən şəxs1 ölkə hüdudlarını tərk etməmişdir (cild 1, iş vərəqə 203). Cinayət işinin materiallarında olan “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” və Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Redmi” markalı mobil telefona aparatlarına baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı mobil telefonun yaddaşının “Kontaktlar” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (933) ***-**-** nömrəsinin “dadaw ALPİS” adı altında və +98 (905) ***-**-** nömrəsinin “Wehram Alpis” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Həmin telefonun “WhatsApp” proqramının “Söhbətlər” bölümündə “Wehram Alpis” adı altında qeydə alınmış +98 (905) ***-**-** kontaktdan 2.07.2022-ci il tarixdə saat 00:35-00:54-də “Dadaw na xabar” mesajların daxil olduğu və “dadaw ALPİS” adı altında qeydə alınmış +98 (933) ***-**-** kontaktdan 1.06.2022-ci il tarixdə saat 21.37-dən 2.06.2022-ci il tarixdə saat 2:06-dək olan müddət ərzində 14 buraxılmış səsli zəngin daxil olduğu müəyyən edilmişdir. Həmin proqramın “Zənglər” bölümündə 1.04.2022-ci il tarixdən 1.06.2022-ci il tarixədək olan müddət ərzində “Wehram Alpis” adı altında qeydə alınmış +98 (905) ***-**-** və “dadaw ALPİS” adı altında qeydə alınmış +98 (933) ***-**-** telefon nömrələri ilə 200-dən artıq telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Redmi” markalı mobil telefonun yaddaşının “Kontaktlar” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (914) ***-**-** nömrəsinin “Haidi” adı altında və +98 (905) ***-**-** nömrəsinin “Qoca” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Həmin telefonun “WhatsApp” proqramının “Söhbətlər” bölümündə 2.06.2022-ci il tarixdə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (930)159- 84-97 nömrəsindən 3, +98 (933) ***-**-** nömrəsindən isə 7 buraxılmış səsli zəngin daxil olduğu müəyyən edilmişdir. Həmin proqramın “Zənglər” bölümündə xx.xx.2022-ci il tarixdən 1.06.2022-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasının mobil telefon operatoruna məxsus +98 (933) ***-**-** və +98 (914) ***-**-** telefon nömrələri ilə 71 telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 227). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqə 99-107). Cinayət işinin materiallarından görünür ki, tədqiqatdan sonra qalıq çəkisi 5007,55 qram olan psixotrop maddə olan metafetamin, qalıq çəkisi 15247,071 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Redmi” və 1 ədəd “Samsung” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasını, həmçinin “Honda İnsight” markalı **-DU-*** dövlət nömrə nişanlı avtomobilə baxış və götürmə keçirilməsini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 108-116). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqə 199-200). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 74). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 248). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 2 iyun 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 2 iyun 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 34). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 3 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 2 iyun 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 142-144). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 3 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 2 iyun 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 145-147). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları 2 iyun 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 5007,55 qram olan psixotrop maddə metafetamin və qalıq çəkisi 15247,071 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilməli; -Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilməli; -Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə aparılmasını, “Honda İnsight” markalı **-DU-*** dövlət nömrə nişanlı avtomobilə baxış və götürmə keçirilməsini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2 maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 2 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2 maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 2 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manata görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 5007,55 qram olan psixotrop maddə metafetamin və qalıq çəkisi 15247,071 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilsin; -Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilsin; -Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə aparılmasını, “Honda İnsight” markalı **-DU-*** dövlət nömrə nişanlı avtomobilə baxış və götürmə keçirilməsini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar