Məhkəmə qərarları › İş №1(101)-1682/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1682/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1682/2025 04.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X2 (sədrlik edən), X3 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Ağdam rayonu, Ağdamkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi, 23-cü küçə, nömrəsiz fərdi evdə yaşayan və barəsində ev dustaqlığı qətiman tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası CM-in) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma əməlini törətmişdir.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 25 ünvanında "Kolizey Hall" şadlıq sarayının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Belə ki, sonuncu onun ünvanına nalayiq ifadələr işlədib yumruqla sifət nahiyəsindən vurmaqla sağ gözaltı nahiyənin qançırı, boyun və sol dirsək oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu zaman o, üzərində olan istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası və pnevmatoraks ilə müşaiyət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisəni ətraflı şəkildə xatırlamır, tək xatırladığı Zaurun onu X5 yerləşdirərək xəstəxanaya göndərməsi olmuşdur.

4. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs dostu Zaur vasitəsi ilə tanımışdır. xx.xx.2025-ci ildə sonuncuyla görüşdükdən sonra saat 19 radələrində Təqsirləndirilən şəxs işlədiyi Binəqədi rayonu DSK yolu adlanan ərazidə yerləşən avtomobil təmiri sexinə Zaurun avtomobilin vəziyyətinə baxmaq üçün getmişlər. Daha sonra o, Zaur, Təqsirləndirilən şəxs və sonuncunun Yusiflə birlikdə həmin gün saat 23:00 radələrinədək obyeklərdən birində vaxt keçirmiş, saat 00:20 radələrində isə Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki “Kolizey Hall” şadlıq evinin ikinci mərtəbəsində yerləşən gecə klubuna getmiş və saat 03:00 radələrinədək orada spirtli içki qəbul etmişlər. O, çox spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuş, saat 03 radələrində gecə klubundan çıxıb Təqsirləndirilən şəxslə taksi gözlətən zaman mübahisə etməyə başlamışdır. Mübahisənin nə səbəbə başlamasını sərxoş olduğu üçün xatırlaya bilməsə də, ani olaraq Təqsirləndirilən şəxslə əlbəyaxa olmuş, sonuncuya zərbələr vurmuş və qarşılıqlı şəkildə bir-birlərinə nalayiq ifadələr işlətməyə başlamışlar. Daha sonra Təqsirləndirilən şəxs cibindən çıxardığı bıçaqla onu bir dəfə vurmuş, o, ağrını hiss edib kənara çəkilmiş, əvvəlki isə donmuş vəziyyətdə dayanıb ona baxmışdır. Bu zaman dostu Zaur onu tutaraq köməklik edərək, təcili tibbi yardım ilə onu xəstəxanaya aparmışdır. E.Ş.Elmidar onun dostudur, içkili olduğu üçün, ola bilsin bu cür xoşagəlməz hadisə baş vermişdir, hadisə ilə bağlı şikayəti olmamışdır. Bundan başqa məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Sovxozda olan zaman iş yoldaşı ilə 2 litr araq içmiş, Təqsirləndirilən şəxs və digər dostları ilə görüşəndə isə 8 litrə yaxın içki içmişdir. Həmçinin zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirərək sonucuya cəza verilməməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, qohumu Təqsirləndirilən şəxs, dostu Zərərçəkmiş şəxs və əvvəlkinin iş yoldaşı Yusif ilə birlikdə gecə restoranda oturmuş, birlikdə vaxt keçirəndə hər şey qaydasında olmuşdur. O, hesabı ödəyib restoranın pilləkənlərindən aşağı düşəndə artıq hadisə baş vermiş, o dərhal hadisə yerinə yaxınlaşaraq X5 xəbər vermiş, Zərərçəkmiş şəxs xəstəxanaya yola salmış, daha sonra polislər onu və Yusifi polis bölməsinə aparmışlar.

6. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qohumu, Zərərçəkmiş şəxs isə onun qapı istehsalı fabrikindən iş yoldaşıdır. Əvvəllər bir neçə dəfə hər üçü birlikdə görüşüb vaxt keçirmiş və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında heç bir mübahisə və ya narazılıq olmamışdır. xx.xx.2025ci ildə saat 19:00 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi Binəqədi rayonu DSK-yolunda yerləşən avtotəmir sexinə ona məxsus avtomobilin vəziyyətinə baxmaq gəlmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Yusiflə birlikdə həmin gün saat 23:00 radələrinədək obyeklərdən birində vaxt keçirmiş, saat 00:20 radələrində isə Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki “Kolizey Hall” şadlıq evinin ikinci mərtəbəsində yerləşən gecə klubuna getmiş və saat 03:00 radələrinədək orada spirtli içki qəbul etmişlər. Həmin gün saat 03:00 radələrində onlar getmək qərarına gəlmiş və bu zaman o, hesabı ödəmək üçün onlardan uzaqlaşmış, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Yusif klubdan bayıra çıxmışdır. Təxminən bir-iki dəqiqə sonra klubdan çıxdıqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə etməsini, sonunculara tərəf hərəkət edərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bir dəfə vurmasını görmüşdür. O, hadisə yerinə çatanda Təqsirləndirilən şəxs əməlindən peşman olaraq mübahisəni sonlandırmış və hadisə yerini tərk edib getməyə başlamışdır. O, sonuncunun Zərərçəkmiş şəxs bıçaqla vurmasını görsə də, oradan uzaqlaşan zaman bıçağı hara atmasını görməmişdir. Həmçinin sonuncunun bədəninə baxıb ön səthinin sol hissəsində qan axmasını görmüşdür. Bu zaman onlarla birlikdə olan Yusif kənarda dayanmış və səhhəti ilə bağlı ani hərəkət edə bilmədiyindən vurulma anında deyil, sonradan Zərərçəkmiş şəxs yanına yaxınlaşmışdır. O, dərhal 103 xidmətinə zəng etmiş və təcili yardım gəlib Zərərçəkmiş şəxs xəstəxanaya aparmış, hadisə yerinə gələn polislər onu və Yusifi polis bölməsinə dəvət etmişlər. Bundan başqa məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisə yerindən təxminən 20-25 metr aralıda olmuş, restoranın pilləkənlərindən düşən zaman Ə.Ş.Quliyev ilə Zərərçəkmiş şəxs yolun qırağında, daha sonra sonuncunun yerdə uzandığını görmüş, Ə.Ş.Quliyevin Zərərçəkmiş şəxs bıçaqla vurması anını, bıçağı görməmişdir.

7. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsin iş yoldaşı olmuş, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. xx.xx.2025-ci ildə saat 19:00 radələrində Təqsirləndirilən şəxs qohumu Şahid1 və sonuncunun tanışı Zərərçəkmiş şəxs onların işlədiyi Binəqədi rayonu DSKyolunda yerləşən avtotəmir sexinə əvvəlkinin avtomobilinin vəziyyətinə baxmaq üçün gəlmişdir. Daha sonra onlar birlikdə həmin gün saat 23:00 radələrinədək obyeklərdən birində vaxt keçirmiş, saat 00:20 radələrində isə Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki “Kolizey Hall” şadlıq evinin ikinci mərtəbəsində yerləşən gecə klubuna getmiş və saat 03:00 radələrinədək orada spirtli içki qəbul etmişlər. Saat 03 radələrində klubdan getmək qərarına gəlmişlər və bu zaman Şahid1 hesabı ödəmək üçün onlardan uzaqlaşmış, o isə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə birlikdə bayıra çıxmış, lakin bayırda olanda sonuncuların yüksək səslə mübahisə etməsini gördükdə uzaqlaşıb və kənarda dayanmışdır. Daha sonra Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs əlbəyaxa olmuş, o, Şahid1 gəlib sonuncuları ayıracağını düşünərək kənarda dayanmışdır. Belə ki, doğuşdan onun ürəyində xəstəlik olduğundan o cəld hərəkət edə bilmir və həyəcanlanan zaman səhhəti pisləşir. Təxminən bir dəqiqə sonra Şahid1 klubdan çıxıb Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs olduğu tərəfə doğru getmiş, o da bir az yaxınlaşdıqda sonuncunun bədənində qan ləkəsi görmüş və daha da yaxınlaşmamışdır. O, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs əlbəyaxa davasını görsə də, əvvəlkinin bıçaq zərbəsi endirməsini tam görə bilməmişdir. Bundan sonra Şahid1 çağırdığı təcili tibbi yardım maşını Zərərçəkmiş şəxs xəstəxa aparmış və onlar isə polis bölməsinə getmişlər. Təqsirləndirilən şəxs isə bütün bunlardan əvvəl hadisə yerini tərk edib getmişdir.

8. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 03:00 radələrində “Kolizey Hall” şadlıq evindən müştəri sifarişi gəlmiş və avtomobillə oraya getmiş. ünvana çatdıqda müştəri sifarişi ləğv etdiyindən avtomobili orada saxlayıb yeni sifariş qəbul etməyi gözləmiş, yorğun olduğu üçün avtomobilin içində yuxlamışdır. Gözünü açdıqda qışqırıq səsi eşidib dərhal avtomobildən düşmüş, bir nəfər şəxsin sinəsini tutaraq yaralı vəziyyətdə qışqırmasını görmüş, sonradan həmin şəxsin Zərərçəkmiş şəxs olmasını bilmiş, sonuncunun sinəsində qan ləkəsi görmüşdür. Həmin vaxt sonuncunun yanında olan iki nəfər şəxs Zərərçəkmiş şəxs dostları olduqlarını bildirmiş, sonuncuya kömək edən dostu ona polisə məlumat verməsini, o da 102 xidmətinə zəng edərək bir şəxsin bıçaqla vurulduğunu bildirmişdir. O, hadisənin konkret olaraq necə baş verməsini bilməmiş, yalnızca Zərərçəkmiş şəxs səsini eşitdikdən sonra sonuncuya yaxınlaşmış, ətrafda Zərərçəkmiş şəxs iki dostundan başqa heç kim olmamış, hadisə nəticəsində ona hər hansı ziyan dəyməmişdir.

9. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 23).

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci ildən hesablanmaqla 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (İ cild i/v 90-92).

11. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 19-20).

12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞnin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 498 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs - döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd kəsilmiş deşilmiş yarası və pnevmatoraks müəyyən edilmişdir. Xəsarət iti uca və kənara malik əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025- ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakteri və lokalizasiyasına görə öz-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (İ cild i/v 117-119).

13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞnin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 457 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ gözaltı nahiyənin qançırı, boyun və sol dirsək oynağı nahiyəsinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir (İ cild i/v 114-115).

14. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞnin xx.xx.2025-ci il tarixli, 179/MTKŞ-2025 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus maykanın ön hissəsində sağda 01 ədəd kəsilmiş-cırılmış zədə var. Bu zədə kəsilmiş-cırılmış zədədir, hər hansı bir iti kənarı olan alətlə kəsilmiş, sonradan dartılaraq cırılmış ola bilər. Zərərçəkmiş şəxs məxsus köynək üzərində hər hansı bir zədə aşkar edilmədi (İ cild i/v 132-134).

15. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞnin xx.xx.2025-ci il tarixli, 279/2025-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətində qan qrupunun AB0 sistemi üzrə AB (İV) olması barəsində qeyd var. Ekspertizaya təqdim edilmiş mayka üzərində olan ləkələrdə AB (İV) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri AB (İV) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar edilməmişdir (İ cild i/v 126-130).

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2025-ci il tarixli, 1858 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin sonuncuda ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmayıb. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild i/v 121-123).

17. xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri Xətai rayonu, ünvan ünvanda yerləşən “Kolizey Hall” şadlıq sarayının qarşısında baş vermişdir. Baxış zamanı hadisə yerində hər hansı bıçaq və ya hadisə yerini müşahidə etməyə imkan verən təhlükəsizlik kamerası müəyyən edilməmiş, ekspert tərəfindən hər hansı əl-barmaq izləri, qan ləkəsi izləri aşkar edilməmişdir (İ cild i/v 6-10).

18. xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani şəkildə bir daha təsdiq etmişdir (İ cild i/v 35- 37).

19. 13.05.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur (İ cild i/v 43).

20. 09.08.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd mayka maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (İ cild i/v 137-144).

21. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild i/v 53-54).

22. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Ə.Ş.Quliyev bildirmişdir ki, şahidlər Şahid2 və Şahid3 məhkəmə iclaslarında iştirak etməsinə zərurət yoxdur və ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edir. O, məhkəmə istintaqının həmin şahidlərin ifadələri elan olunmaqla davam etdirilməsini xahiş etmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

23. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qohumu Zaur vasitəsi ilə tanımışdır. O, sonuncunun avtomobilini Binəqədi rayonu DSK yolu adlanan ərazidə işlədiyi avtotəmir sexində təmir etmiş, Zaur Zərərçəkmiş şəxsla birlikdə xx.xx.2025-ci ildə saat 19:00 radələrində həmin avtomobilə baxmaq üçün yanına gəlmişlər. Həmin vaxt onun yanında iş yoldaşı Yusif olmuş, Zaurgil avtomobilə baxdıqdan sonra saat 23 radələrinədək Binəqədi rayonu ərazisində vaxt keçirmiş, daha sonra saat 00:20 radələrində Xətai rayonu Babək prospektində yerləşən “Kolizey Hall” şadlıq evinin yuxarı mərtəbəsindəki gecə klubuna getmiş və orada spirtli içki qəbul etmişlər. Daha sonra Zaur hesabı ödəmək üçün getmiş, o, Zərərçəkmiş şəxs və Yusiflə birlikdə klubun pilləkənlərindən aşağı düşərkən sonuncu biraz irəlidə hərəkət edib bayıra çıxmışdır. Zərərçəkmiş şəxs birlikdə obyektin giriş qapısının önünə çıxdıqda nə ilə bağlı danışdıqlarını tam görməyəcək məsafədə olmuşdur. Daha sonra Zərərçəkmiş şəxsla onun arasında əvvəlcə sözlü, daha sonra əlbəyaxa dava başlamış, dava əsnasında Zərərçəkmiş şəxs onun sağ göz nahiyəsinə və boğaz nahiyəsinə xəsarətlər yetirmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. Bunun nəticəsində o, əsəbləşərək əvvəlcədən üzərində daşıdığı şalvarının sağ yan cibindəki dəstəyi yaşıl rəngli bıçağı çıxarıb Zərərçəkmiş şəxs bədəninin ön səthinə bir dəfə bıçaqla vurmuş, sonuncunun yaralanmasını gördükdə dayanmışdır. Həmin vaxt Zaur qaçaraq onların yanlarına gəlmiş, etdiyi əməldən qorxub oradan uzaqlaşmış, piyada hərəkət edən zaman bıçağı ətrafdakı yaşıllıq əraziyə atıb hərəkətinə davam edərək yaşadığı ünvana getmək qərarına gəlmişdir. hadisə qısa zamanda baş vermiş və oraya kənar şəxslər toplanmamışdır. Yaşadığı ünvana çatıb baş vermiş hadisə ilə bağlı qardaşına bildirmiş, polis əməkdaşları zəng edib qardaşından onun harada olduğunu öyrənərək evinə gəlib 37-ci Polis Şöbəsinə gətirmişlər. O, polis bölməsində əməlini səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı hər ikisi içkili olsa da, o, az içdiyindən özündə olmuşdur. Zərərçəkmiş şəxs ilk öncə ona əl atmış, daha sonra da onun ünvanında nalayiq söyüşlər etmişdir. O, avtoservisdə işlədiyindən orada qəzet, lent kəsmək üçün balaca bir bıçaqdan istifadə etmişdir. Həmin bıçağı həmişə axşam işdən çıxanda iş yerinə qoymuş, lakin hadisə günü təsadüfən bıçaq üstündə qalmışdır. Zərərçəkmiş şəxsi cəmi bir dəfə vurmuş, qaranlıq olduğundan hadisə anında hansı nahiyədən vurduğunu görməmiş, sonradan döş nahiyəsindən vurduğunu öyrənmişdir. Qohumu Zaur hadisə yerindən təxminən 20 metr aralıda olmuşdur. Daha öncə 2018-ci ildə 6 ay müddətə həbs edilmiş, həbs edilmə səbəbi Aeroportda bileti yandığı üçün oranın polisləri ilə aralarındakı mübahisə və sonunculara tabe olmaması olmuşdur. Daha sonra zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

24. Maddə 126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

25. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

26. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

27. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 28.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 29.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

30. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 33.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

34. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 35.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 36.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 38.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 39.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 40.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

41. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

42. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Avropa Məhkəməsinin Presedent Hüququ:

43. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

44. Beləliklə, Təqsirləndirilən şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayətini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında və digər şahidlərin məhkəməyədək istintaq dövründə verdikləri və elan olunmuş ifadələri, hadisə yerinə baxış keçirmə protokolu, ifadənin yerində yoxlanılması protokolu, fotoşəkillər, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 33-cü bəndi). 45.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 22-ci bəndi).

46. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

47. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.

48. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

49. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

50. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

51. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 27-ci bəndi).

52. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, sonuncunun barəsində həbs qətimkan tədbiri seçilməli o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir.

53. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci ildən hesablanmaqla barəsində 04 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə sonuncunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İ cild i/v 23, 90- 92, İİ cild i/v 19-20).

54. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalı və həmin tarixdən hökm çıxarılanadək ev dustaqlığında saxlandığı üçün həmin müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 8-ci bəndi).

55. İş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-in saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.

56. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 37-ci bəndi).

57. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 28 və 32-ci bəndləri).

58. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-in saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar