Məhkəmə qərarları › İş №1(101)-1683/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1683/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1683/2024 23.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X9-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X5, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru X8, Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 6,229 qram çəkidə psixotrop maddə metamfetamini başqa mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 22 fevral 2024-cü il tarixdə saat 12:35-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin gün saat 14:40:-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 6,229 qram çəkidə ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, o, taksi sürücüsü işləyirdi, səhər vaxtı yol polisi maşını saxladı. Bundan da sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlayıb idarəyə apardılar. O, 22 fevral 2024-cü il tarixində tutulmuşdur. Həmin vaxt oğlunun müddətli hərbi xidmətdən qayıtmağına dörd ay qalmışdı. Polis əməkdaşları onu təhdid etdilər ki, narkotik vasitəni üzərinə götürsün, götürməsə, dörd ay sonra oğlunu tutacaqlar. O da məcbur altı qram narkotik vasitəni üzərinə götürmüşdür. Polis əməkdaşları ilə ədavəti yoxdur. Onun sinəsində Rövşən Lənkəranskinin şəkli olduğuna görə onu tutublar. Əvvəllər o, CM-nin 182-ci maddəsi ilə məhkum olunmuşdur. O, narkotik vasitə istifadə etmir. Narkotik vasitənin ona məxsus olmadığını çəkiliş zamanı deməmişdir. Onu ailəsi ilə hədələmişdilər. İdarədə üzərinə baxış keçirilmişdir. O, narkotik vasitə istifadə etmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, onu həmin tərzdə ifadə verməyə məcbur ediblər. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilən zaman o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində bildirmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. 22 fevral 2024-cü il tarixdə idarə etdiyi “Kia” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşdurlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdirlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu idarə etdiyi “Kia” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdirlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarının sol arxa cibindən 01 ədəd “Samsung A70” markalı mobil telefonunu, əynində olan yaşıl rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd idarə etdiyi avtomobilinin açarını və əynindəki həmin şalvarın sağ arxa cibindən 25 manat pulunu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Bundan başqa üstündən əlavə əşya və predmetlər aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş maddə polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona məxsus olan “Samsung A70” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra üzərindən aşkar edilmiş 25 manat pul onun özünə geri qaytarılmışdır. Həmçinin təqdim etdiyi 01 ədəd avtomobil açarı da müvəqqəti olaraq ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üstündən aşkar edilmiş 01 bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni “şüşə” kimi tanıdığını, həmin maddələri 2 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində avtobus dayanacağının yanından yerdən tapdığını, həmin maddəni heç kimin əlinə keçməməsi məqsədi ilə götürdüyünü və üzərində gəzdirdiyini bildirmişdir. Üstündən aşkar olunmuş həmin maddə ilə bağlı heç kimin məlumatının olmadığını, heç kimə satmadığımı, pay və hədiyyə vermədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd açarın idarə etdiyi “Kia” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olmasını və avtomobildə hər hansı qanunsuz əşya və ya predmet olmadığını və avtomobilə baxışın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra idarə etdiyi “Kia” markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış davam etdirilərkən idarə etdiyi avtomobildən əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2024cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində avtobus dayanacağının yanından yerdən tapmasını, həmin maddəni heç kimin əlinə keçməməsi məqsədi ilə götürdüyünü və üzərində gəzdirdiyini, üstündən aşkar olunmuş həmin maddə ilə bağlı heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və hədiyyə vermədiyini, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, tapdığını qeyd etdiyi psixotrop maddə metamfetaminin üzərindən götürmədiyini, üzərində psixotrop maddə olmasından heç kimin xəbərinin olmadığını, evində və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını, üzərində hər hansı bir xəsarət olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmadığını, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə istintaqa verdiyi əlavə ifadəsində ilkin verdiyi ifadədə göstərdiyi xüsusatları təkzib etdiyini bildirmişdir. Şahid ifadələrində göstərdi ki, 22 fevral 2024-cü il tarixində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil oldu və əməliyyat qrupu yaradıldı. Onlar Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində olmasını müəyyən edilb, həmin yerə getmişlər. Onlar Məhərrəmə yaxınlaşıb özlərini təqdim edib və ona satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla onu tanış edərək onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdilər. O da, etiraz etmədən Baş İdarəyə gəlmişdir. İdarədə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərindən bir büküm metamfetamin aşkar olundu. Əməliyyat məlumatı ona daxil olmuşdu. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid ibtidai istintaq zamanı bildirmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantıdır. 22 fevral 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat- axtarış tədbirinin keçirilməsi barədə 22 fevral 2024-cü il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları -kiçik inspektor X6, kiçik inspektor X4 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik onun özünə həvalə edilmişdir. 22 fevral 2024-ci il tarixdə saat 12:35 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 38 ünvanının yaxınlığında idarə etdiyi avtomobilinin yanında olması müəyyən edilmiş və həmin yerə gedilmişdir. Qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi idarə etdiyi avtomobilin yanında müəyyən etmişdirlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onun da özünü təqdim etməsini xahiş etmişdirlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla onu tanış etmişdirlər və onu idarə etdiyi “Kia” markalı, **-HV-*** dövlət nömrə nişanlı avtomobillə birlikdə BMCMİ- nin inzibati binasına dəvət etmişdirlər. O da, etiraz etmədən onlarla birlikdə idarə etdiyi avtomobillə Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Fəan Süleymanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxsa təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin tünd göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd “Samsung A70” markalı mobil telefonu, əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 01 ədəd idarə etdiyi avtomobilin açarını və tünd göy rəngli cins şalvarının sağ arxa cibindən 02 ədəd “10” manatlıq, 01 ədəd “5” manatlıq pul əsginaslarını çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən əlavə əşya və predmetlər aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 25 manat pul onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomobil açarı da müvəqqəti olaraq şəxsin özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş “Samsung” markalı mobil telefonun özünə məxsus olmasını bildirmişdir. Həmin mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni “şüşə” kimi tanıdığını, həmin maddələri 2 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində avtobus dayanacağının yanından yerdən tapdığını, həmin maddələri heç kimin əlinə keçməməsi məqsədi ilə götürdüyünü və üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin üstündən aşkar olunmuş həmin maddədən heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və hədiyyə vermədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd açarın idarə etdiyi avtomobilə məxsus olmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Kia” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını, hər hansı qanunsuz əşya və ya predmet olmadığını və avtomobilə baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməyə başlanmış, baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “Kia” markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi “Kia” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobildən qanunsuz hər hansı bir əşya və predmet aşkar edilməmiş, həmin avtomobilə məxsus 01 ədəd açar təhqiqatçı tərəfindən götürülmüşdür. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Eləcə də, həmin zaman Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş: 22 fevral 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 fevral 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 12:35-də Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 38 ünvanının yaxınlığında idarə etdiyi “KİA” markalı, **-HV-*** dövlət nömrə nişanlı avtomobilin yanında olarkən saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd sellofan büküm götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 23 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1070 nömrəli materialların məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6" dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd bükümdə maddə, 1. Təqsirləndirilən şəxs “imza” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,229 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 6,229 qr, tədqiqata sərf edildi: 0,05 qr, qalıq: 6,179 qr. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X13 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 11 mart 2024-cü il tarixli 796/K nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,179 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınıb saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin Məcəllənin «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» fəslində nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli Qərarında tövsiyyə olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İttiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməllərdə onun təqsirliliyinin sübuta yetirilməsi üçün onun külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan psixotrop maddələrin ona aidiyyəti olmadığını iddia edib, həmin maddələrinin özünə məxsus olmasını polis əməkdaşlarının onun oğlunun dörd aydan sonra hərbi xidmətdən gələndən sonra həbs ediləcəyi ilə hədələnməsi nəticəsində etiraf etdiyini göstərdi. Məhkəmədə onun bu ifadələri araşdırılarkən psixotrop maddənin ona məxsus olması öz təsdiqini tapdı. Bu onun ibtidai istintaq zamanı onun üzərindən aşkar olunub götürülmüş psixotrop maddənin polis əməkdaşları tərəfindən saxlanılmamışdan iki gün qabaq, yəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində avtobus dayanacağının yanından yerdən tapdığını, həmin maddəni heç kimin əlinə keçməməsi məqsədi ilə götürdüyünü və üzərində gəzdirdiyini təsdiq etdiyi ifadələri baxmıdan da əsaslıdır. Çünki onun bu ifadələrini məhkəmədə şübhə altına alan hər hansı bir sübut müəyyən olunmadı. Lakin onun bu maddələri satış məqsədi ilə üzərində daşımasını təsdiq edən sübut müəyyən olunmadı. Bu səbəbədən də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddələri satış məqsədiylə deyil, satış məqsədi olmadan əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ittiham tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilməsi və üzərindən aşkarlanan narkotik vasitələrin ona aid olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmadığını nəzrə alıb həmin ifadələri faktiki əsası olmayan və təqsirləndirlən şəxsin özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə cinayət qanununda nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 89 (səksən doqquz) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 89 (səksən doqquz) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs göstərmiş olduğu 60 (altmış) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 360 ( üç yüz altmış) manat vəsaitin Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilməsini və Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 6,179 qram psixotrop maddənin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 09 gün azadlıqdan məhrum etmə, 01 il şərti sınaq müddəti cəzası təyin edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 06 ay şərti sınaq müddətinə dəyişdirilmiş, 28 noyabr 2017-ci il tarixdə cəza müddəti başa çatmışdır, məhkumluğu ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin üstünün açılmasında fəal iştirak etməsi müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2024-cü il tarixli 1217 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal- hazırda müayinə zamanı Qurbanov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 22 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qurbanov X3 ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 89 (səksən doqquz) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 360 ( üç yüz altmış) manat Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,179 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar