Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1683/2025 02.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Kamil Çingiz oğlunun sədrliyi, hakimlər İmanova Nigar Arzu qızı və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq edilməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək saxlanc yeri hesab edilən kassa aparatının qutusuna qanunsuz olaraq girməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən təyinatı istintaqa məlum olmayan bıçaq əldə edib üzərində gəzdirməklə, 06 mart 2025-cİ il tarixdə saat 21:11-də tanınmaması üçün üzünə maska taxıb, başına gödəkçəsinin kapyuşonunu keçirməklə ünvan 3 ünvanında yerləşən “Badə şərab evi” adlı mağazaya daxil olaraq orada satıcı-kassir işləyən Zərərçəkmiş şəxs1 üzərinə getməklə özündə olan bıçağı silah qismində istifadə edərək əlində tutub tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edib sonuncudan mağazanın kassasında olan pulları ona verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs1 mağazadakı piştaxtanın üzərində olan kassa aparatının qapısını açarla bağlayaraq küçəyə qaçdıqdan sonra o, sonuncunun arxası ilə qaçıb dükanın alüminiumdan olan giriş qapısına təpiklə zərbə vuraraq qapını sındırdıqdan sonra geri qayıdaraq piştaxta üzərində, kassa aparatının saxlanc yeri olan pulların saxlanıldığı qutusunun açılan hissəsini əlində olan bıçaqla əyərək açmağa çalışsa da, buna yerində nail ola bilmədiyi üçün içərisində 950 manat nağd pul olan 200 manat dəyərində kassa aparatının qutusunu özü ilə götürərək oradan çıxıb mağazanın arxasına keçməklə orada həmin qutunun kilidini özündə olan bıçaqla sındıraraq saxlanc yerinə qanunsuz girməklə içərisindən 950 manat nağd pulu götürüb mağazanın sahibi, Zərərçəkmiş şəxs2 ümumilikdə 1150 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Qarabağ veteranı olduğu üçün psixoloji vəziyyəti də yerində deyil. Hadisə olan zaman əsəbi olmuşdur. O, bilərəkdən, əvvəlləcədən planlaşdırılmış şəkildə oraya daxil olmamış, sadəcə olaraq həmin hadisədən 1 saat əvvəl telefonla danışmış və əsəbi olduğuna görə bu hadisə baş vermişdir. O, həmin vaxt heç kimin həyatına qəsd etməmiş, heç kimə bıçaq atmamış, əli belə zərərçəkmiş şəxsə toxunmamışdır. İttiham aktında yazılanlar müstəntiqin sözləri olmuşdur. O, həyat üçün təhlükəli heç nə etməmiş, videoda nə görsənirsə onu eləmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, - ittham aktında yazılan 950 manat pulu götürməmiş, həmin qutudan 370 manat götürmüşdür. Dükana girəndə əlində bıçaq olmuş, pulu götürmək üçün həmin bıçağı götürməmişdir. O, özünü CM-nin 181.1-ci maddəsi ilə təqsirli bilmiş, verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını onların şikayətinin olmadığını, ikinci Qarabağ müharibəsində iştirak etdiyini, Füzulidən Şuşaya kimi döyüşlərdə olduğunu, bununla bağlı medallarının olduğunu bildirmişdir. İstintaq zamanı orda yazılan kimi ifadə verməmişdir. Onun qarşısına müstəntiq sənədləri qoyaraq “biz sənə bu maddə ilə cinayət işi açırıq” demişdir. Mahkəmədə dediklərini müstəntiqə də demiş, ancaq müstəntiq özü istədiyi kimi yazmışdır. Heç bir sənədə qol çəkməmiş, heç bir halı təsdiq etməmişdir. Təslim olduğu gün sənədlərə qol çəkmiş, 06 martda təslim olmuş, 08 mart isə ifadə verməmişdir. Müstəntiq işini ağırlaşdırmaq üçün onun 970 manat pul götürdüyünü qeyd etmişdir. O, hadisənin sabahı günü təslim olmuş, cəmin 370 manat pul götürmüş, hadisədən sonrakı günü Qaradağ rayonu ərazisində yerləşən Meyvəli qəsəbəsinə getmiş, orda işi olmuşdur. Hadisdən sonra etdiyi əməli xatırlamış, ona videonu göstərəndə, həmin an nə etdiyini bilməmişdir. Ekspertiza rəyləri ilə razı olmadığını, 2015-ci ildə 15 gün 2 saylı psixoloji xəstəxanada yatdığını, bunun rəsmi qaydada olmadığını, ona hansı diaqnoz qoyulduğunu xatırlamadığını bildirmişdir. Müharibədən sonra əsəbi olmuş, əvvəlcədən fikrində belə bir hadisəni törətmək olmamışdır. Cinayət işinin materialları ilə tanış olub olmadığını xatırlamır. Məhkəməyə qədər heç kimin onun etirazlarını dinləmədiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın hadisə törədiləndən 3 gün sonra ödənildiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 181.2.3 və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə ifadə verməkdən imtina etmiş, lakin sonradan xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər onlayn şəkildə avtomobil ehtiyat hissələri satışı ilə məşğul olmuşdur, təxminən 6 aydır işsizdir. Son zamanlar maddi çətinlikləri olduğuna görə xx.xx.2025-ci il tarixdə axşam saatlarında oğurluq etmək üçün “kalaşnikov” avtomatına məxsus süngü bıçağı özü ilə götürmüş və evdən bayıra çıxıb ətrafı gəzmişdir. Həmin bıçağı 2020-ci ildə ikinci Qarabağ müharibəsində iştirak edən zaman əldə etmiş və küçədə gizlin yerdə saxlamışdır. Saat təxminən 21 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində piyada gəzən zaman “Şərab evi” adlı dükanın açıq olduğunu görmüş və qarşı yolda dayanaraq hərbi rəngdə olan şərfi üzünə taxıb içəridə olan müştərinin çıxmasını gözləmişdir. Saat 21:10 radələrində dükandan alçaq boylu bir nəfər şəxs çıxaraq o dayandığı yerdə saxladığı avtomobilə əyləşərək getmişdir. Dükanda satıcıdan başqa heç kimin olmadığına əmin olaraq əynində olan gödəkçənin papağını başına taxıb həmin dükana daxil olmuşdur. O, əlində həmin bıçaqla dükana daxil olaraq iti addımlarla başda əyləşmiş kassirə yaxınlaşmış və ona heçnə demədən orada olan kassanı açmaq istəmişdir. Həmin şəxs kassanın qapısını açarla bağlayaraq bayıra qaçıb dükanın giriş qapısını örtmüş, o isə həmin şəxsin arxasınca qaçaraq qapını təpiklə vurub sındırmışdır. Bundan sonra geri qayıdıb əlində olan bıçaqla kassanın qapısını aralayıb açmaq istəmiş, lakin aça bilmədiyinə görə kassanı özü ilə götürərək oradan uzaqlaşmışdır. O, dükanın olduğu binanın arxa tərəfinə keçərək orada olan boş sahədə kassanın qapısını açıb içərisində olan 370 manat pulu götürmüş və şübhə çəkməmək üçün əynində olan gödəkçəni də kassanın yanına atmışdır. Oradan çıxıb məhəllə arası uzaqlaşmış və kənarlaşdıqdan sonra taksi ilə Xətai rayonu, Əhmədli qəsəbəsinə getmişdir. Bütün gecəni küçələrdə gəzmiş və kassanın içərisindən götürdüyü 370 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Küçədə gəzdiyi ərəfədə Səbail rayonunda yerləşən bulvarda üzərində gəzdirdiyi süngü bıçağı dənizə atmışdır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində anası X4 ona zəng edərək Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının onu axtardığını demiş və o da həmin vaxt Qaradağ rayonunda yerləşən “meyvəli bazar”da olduğu üçün bir neçə saata özü 25-cİ polis şöbəsinə gedəcəyini demişdir. Saat təxminən 18 radələrində özü tək başına Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs ifadəsində ona ünvanlanmış suala cavab olaraq, ünvan 4anında olan müşahidə kameralarından götürülmüş görüntülərdə olan şəxsin özü olduğunu təsdiq etmişdir (c.1, i/v 83-85, 203-204). Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisədən 10 dəqiqə əvvəl mağazadan çıxıb evinə getmiş, evə çatanda mağazanın işçisi Xudaverdi ona zəng edərək quldurluq hadisəsi baş verdiyini ona bildirmişdir. O, mağazaya geri qayıdanda qapının qırıldığını və kassadan pul götürüldüyünü görmüşdür. Kassada pul olduğunu, lakin nə qədər pul olmağı ilə bağlı məlumatı olmamışdır. İstintaq zamanı verdiyi ifadədə istintaqda ona deyilən məbləği bildirmişdir. Ona polis idarəsinə gedəndə deyilən məbləğ min manat olduğu üçün o, da min manat pul olduğunu qeyd etmişdir, ancaq reallıqda təxminən 400-500 manat arası kassada pul olmuşdur. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs2 mağazanın mühafizə olunmadığını, qapının içəridən qırıldığını və baş verənlərin iş materiallarında olan videoda əks olunduğunu bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını, sonuncu ilə barışdığını göstərmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hadisə baş verən zaman mağazada kassada oturmuşdur. Təqsirləndirilən şəxs üzündə maska ilə içəri daxil olaraq, əlindəki bıçaqla kassaya yaxınlaşmışdır. Xəyalın kassaya yaxınlaşdığını görüb ayağa qalxmaq istəmiş, onun əlindəki bıçağı gördükdə isə ondan uzaqlaşaraq kassanın kənarında dayanmışdır. Ondan kim olduğunu soruşaraq, o vəziyyətə kassanı bağlayıb açarı götürüb oradan uzaqlaşmışdır. Çölə çıxıb, qapını tutub, köməyə adam çağırdığından Təqsirləndirilən şəxsı içəridə saxlamağa çalışmışdır. Xəyal bunu gördükdə qapıya təpiklə vuraraq qapını qırmışdır. O, isə hadisə yerindən biraz kənara çəkilib gözləmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs1 göstərmişdir ki, hadisə nəticəsində mağazaya təxminən 400-500 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsin əlində bıçağı görmüş, Xəyal bıçağı ona toxundurmamışdır. Qapını əli ilə saxladığına görə təqsirləndirilən şəxsin bir toxunuşu ilə qapının şüşələri qırılmışdır. Mağazanın qapısı mühafizə olunmamış, mağazada olan bahalı şərabların xüsusi birkası olmamışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını, sonuncu ilə barışdığını göstərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 01); “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, quldurluq hadisəsi ünvan 5 ünvanında yerləşən “Şərab Evi” mağazasında baş vermişdir (cild 1, iş vərəqə 3-9); “Zərərçəkmiş şəxs qimsində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqə 13); “Zərərçəkmiş şəxs qimsində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqə 25); “Götürmə aparılması haqqında” 07 mart 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs2 ilə X5 arasında Bakı şəhəri,15 saylı notariat ofisində təsdiq olunmuş ünvan 5 ünvanında yerləşən mağaza ilə əlaqədar bağlanmış icarə müqaviləsinin surəti, Zərərçəkmiş şəxs2 adına olan Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsinin surəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən Zərərçəkmiş şəxs1 əməkdaş statusunu təsdiq edən sənədin surəti götürülmüşdür (cild 1, iş vərəqə 38-41); Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 123803 saylı vəsiqənin surətindən gürünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müharibə veteranıdır (cild 01, i/v.45); İ-25202 və İ-78841 saylı, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətlərindən gürünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” müdalları ilə təltif olunmuşdur (cild 01, i/v.45); “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:45-də şübhəli şəxs qismində tutulmuş, onun azadlığı həmin gün saat 18:00-da məhdudlaşdırılmışdır (cild 1, iş vərəqə 57-58); “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 74-75); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 mart 2025-ci il tarixli, 4(007)-82/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 mart 2025-ci il tarixdən hesablanmaqla 03 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 95-99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 101-102); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1578 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 106-108); “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini hadisə yerində bir daha bildirərək əli ilə göstərərək təsdiqləmişdir, lakin, lakin heç bir səbəb göstərmədən sözügedən protokolu imzalamaqdan imtina etmişdir (cild 1, iş vərəqə 114-118); “Diskə baxış keçirilməsi haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, elektron məlumatların əks olunduğu 01 ədəd DVD diskdə 02 ədəd video fayl vardır. “WhatsApp Video 2025-03-07 saat 00.18.42_d65594fd“ adlı birinci fotofaylda qara lövhənin üzərində qırmızı İşıqlarla üfüqi formada “ŞƏRAB EVİ” sözləri yazılmış, şaquli formada “24 saat” sözləri yazılmış mağaza müşahidə edilir. Mağazaya fotonun çəkildiyi nöqtədən baxdıqda, sol hissəsində içəri tərəfdən iki ədəd arxası pəncərəyə tərəf qoyulmuş soyuducular olan plastik pəncərə, sağ tərəfdə isə mağazanın giriş qapısının petləsindən çıxarılmış vəziyyətdə, passiv qapının üzərinə söykədilməsi müşahidə edilir. “WhatsApp Şəkil 2025-03-07 saat 00.18.43_88a7408e” adlı ikinci foto faylda sol tərəfdə qəhvəyi rəngli masa, masanın üzərində “Red Bull” soyuducusu, işlək vəziyyətdə olmayan kompyuter və onun qarşısında klaviatura, kağızlar, qara kiçik ölçülü sellofan paket, yapışqan lent, düz istiqamətdə baxdıqda şüşə qablarda içkilər düzülmüş vitrin, sağ tərəfdə isə siqaretlər düzülmüş vitrin və vitrinin qarşısında qara rəngli miz müşahidə edilir. “WhatsApp Şəkil 2025-03-07 saat 00.18.44_b2d4ae3a” adlı üçüncü foto faylda qəhvəyi rəngli masa, masanın üzərində işlək vəziyyətdə olmayan “HP” markalı kompyuter, kompyuterin qarşısında klaviatura, klaviaturanın sol tərəfində kalkulyator, kalkulyatorun arxasında iki ədəd şəffaf rəngli, içərisində çərəz olan, üzərində “çərəzim” yazılmış şüşə qablar, fotonun sağ hissəsində ödəmə terminalı, qəbz aparatı, içərisində cib salfetləri olan iki ədəd ağ rəngli qutular, qutuların arxa tərəfində şüşə qablarda olan içkilərin düzüldüyü vitrin müşahidə edilir. “WhatsApp Video 2025-03-06 saat 22.46.19_0bdee156" adlı birinci video fayl 04 dəqiqə 04 saniyədən ibarət olmaqla, mağazanın içərisində sağ küncdə quraşdırılmış kameradan qeydə alınmış görüntülərdə vitrinlər, soyuducular, vitrinlərə düzülmüş içkilər, piştaxtanın arxa hissəsində ağ rəngli köynəkdə olan satıcının 00:00 saniyədən, 00:29 saniyəyə kimi telefona baxması, 00:29 saniyədə giriş hissədən qara geyimdə, başında qara rəngli gödəkçəsinin geyimə bitişik başlığı olan şəxsin satıcıya tərəf getməsi, 00:32 saniyədə satıcının köynəyindən sol əli ilə tutaraq sağ əlində aydın görünməyən əşya ilə ona sərt şəkildə nə isə deməsi, 00:38 saniyədə satıcının həmin şəxsin əlindən çıxaraq qaçması, bundan sonra həmin şəıxsin əlindəki əşya ilə kassa aparatını sındırmağa çalışması, 00:43 saniyədə giriş qapısına tərəf qaçması, 00:47 saniyədə yenidən kassa aparatına tərəf qayıtması, 00:57 saniyəyə kimi sağ əlində aydın görünən bıçaqla kassa aparatını sındırıb qutusu ilə birlikdə giriş qapısına tərəf qaçması müşahidə edilir. “WhatsApp Video 2025-03-06 saat 22.46.33_bc101b0e” adlı ikinci video fayl 04 dəqiqə, 04 saniyədən ibarət olmaqla mağazanın giriş hissəsini girişdən baxdıqda sol küncə quraşdırılmış müşahidə kamerasından çəkilmiş görüntülərdə 00:00 saniyədən, 00:04 saniyəyə kimi ağ rəngli köynəkdə olan satıcının piştaxtanın arxasında oturaraq telefona baxması, 00:04 saniyədə qara geyimdə olan şəxsin mağazaya daxil olması, 00:08 saniyədə həmin şəxsin sağ əlində aydın görünən bıçaqla satıcının köynəyindən tutub ayağa qaldırması və sərt şəkildə nə isə deməsi, 00:13 saniyədə satıcının kassa aparatını bağlayaraq çölə qaçması, 00:19 saniyəyə kimi həmin şəxsin bıçaqla kassa aparatını sındırmağa cəhd etməsi, daha sonra giriş qapısına tərəf qaçması, 00:22 saniyədə giriş qapısını ayağı ilə sındırması və kassa aparatına tərəf qayıtması, 00:33 saniyədə kassa aparatını götürüb mağazadan çıxması müşahidə edilir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntülərdə olan şəxsin özü olduğunu təsdiq etmişdir (cild 1, iş vərəqə 119-120); “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə ünvan 5 ünvanında yerləşən “Şərab Evi” mağazasında hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd qara rəngli kassa aparatının qutusu, 01 ədəd qara rəngli sol döş hissəsində “Adidas” yazısı və hər iki qolunda 03 ədəd ağ xətlər olan gödəkçə və 01 ədəd hərbi rəngində olan şərf Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs həmn əşyaları tədqiq etdikdən sonra sözügedən gödəkçə və şərfin özünə məxsus olduğunu, qara rəngli kassa aparatı qutusunun isə hadisə yerindən götürdüyü qutu olduğunu bildirmişdir, lakin heç bir səbəb göstərmədən sözügedən protokolu imzalamaqdan imtina etmişdir (cild 1, iş vərəqə 121-122); “Üzləşdirmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini və baş vermiş hadisəni Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu isə heç bir səbəb göstərmədən sözügedən protokolu imzalamaqdan imtina etmişdir (cild 1, iş vərəqə 131-133); Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nizami RPİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, onlara dəymiş zərər tam ödənildiyinə görə Təqsirləndirilən şəxs şikayət və tələblərinin olmadığını bildirmişlər (cild 1, iş vərəqə 137-138); “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd kassa aparatının qutusu, 01 ədəd gödəkçə və 01 ədəd şərf maddi sübut kimi tanınmış və 01 ədəd kassa aparatının qutusu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılmış, 01 ədəd gödəkçə və 01 ədəd şərf isə Nizami rayon Polis İdarəsinin «maddi sübutların saxlanılması otağına» təhvil verilmişdir, 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (Cild 1, iş vərəqə 139-146); Məhkəməyə təqdim olunan Xidməti Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsindən həqiqi hərbi xidmətə çağırılmış N nömrəli hərbi hissənin, 4-cü taborunun, 11-ci bölüyünün, 2-ci taqımının, 2-ci manqasında heyət nəfəri atıcı vəzifəsində xidmət etdiyi müddət ərzində özünü bacarıqlı və nizam intizamlı bir hərbi qulluqçu kimi göstərməyə çalışıb. Ona həvalə edilmiş vəzifələri və verilən tapşırıqları vaxtında və dəqiqi yerinə yetirmış, həmçinin öz silahının vəziyyətinə cavabdehlıyi düzgün yerinə yetirmişdir. Azərbaycan Respublikası Slahlı Qüvvələrin döyüşçüsü kimi öz borcunu dərindən dərk etməyə, Azərbaycan Respublikasnın Konstitusiyasına və qanunlarına riayyət etməyə hərbi andın tələblərini yerinə yetirməyə çalışıb. Hərbi işini vicdanla öyrənməyə, hərbi nizamnamələrin tələblərini vicdanla yerinə yetirməyə çalışmışdır. Məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixli Təşəkkür məktubundan görünür ki, müvafiq hərbi hissənin komandiri Təqsirləndirilən şəxs valideynlərinə övladlarının Vətən qarşısındakı vətəndaşlıq borcunu, hərbi vəzifəsini şərəflə, ləyaqətlə və layiqincə yetirməsi, Vətənə layiqli, vətənpərvər, qorxmaz, cəsur, qələbənin qazanılmasında canından keçməyə belə hazır olan döyüşçü kimi tərbiyə etdiklərinə görə təşəkkür bildirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, onlara dəymiş zərər tam ödənildiyinə görə Təqsirləndirilən şəxs şikayət və tələblərinin olmadığını, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını xahiş etdiklərini bildirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs içərisində 950 manat nağd pul olan 200 manat dəyərində kassa aparatının qutusunu özü ilə götürərək Zərərçəkmiş şəxs2 ümumilikdə 1150 manat məbləğində maddi ziyan vurmaqla quldurluq cinayətini törətməsi qeyd olunsa da, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs taladığı sözügedən kassa aparatının qutusunda 370 manat pul olduğunu, zərərçəkmiş şəxslər hər ikisi isə ifadələrində və məhkəməyə ünvanlanan ərizələrində mağazadan talanan zaman kassa aparatının qutusunda 400 manat məbləğində pul vəsaiti olduğunu bildirmişlər. Bu səbəbdən məhkəmə kollegiyası vurulmuş ziyanın məbləğini zərərçəkmiş şəxslərin məhkəmə istintaqında bildirdikləri 400 manat həddində olması ilə bağlı ifadələrini əsas götürməklə və kassa aparatının qutusunun dəyərinin 200 manat olmasını nəzərə almaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 650 manat məbləğində maddi ziyan vurulması kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən təyinatı istintaqa məlum olmayan bıçaq əldə edib üzərində gəzdirməklə, 06 mart 2025-ci il tarixdə saat 21:11-də tanınmaması üçün üzünə maska taxıb, başına gödəkçəsinin kapyuşonunu keçirməklə ünvan 3 ünvanında yerləşən “Badə şərab evi” adlı mağazaya daxil olaraq orada satıcı-kassir işləyən Zərərçəkmiş şəxs1 üzərinə getməklə özündə olan bıçağı silah qismində istifadə edərək əlində tutub tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edib sonuncudan mağazanın kassasında olan pulları ona verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs1 mağazadakı piştaxtanın üzərində olan kassa aparatının qapısını açarla bağlayaraq küçəyə qaçdıqdan sonra o, sonuncunun arxası İlə qaçıb dükanın alüminiumdan olan giriş qapısına təpiklə zərbə vuraraq qapını sındırdıqdan sonra geri qayıdaraq piştaxta üzərində, kassa aparatının saxlanc yeri olan pulların saxlanıldığı qutusunun açılan hissəsini əlində olan bıçaqla əyərək açmağa çalışsa da buna yerində nail ola bilmədiyi üçün içərisində 400 manat nağd pul olan 200 manat dəyərində kassa aparatının qutusunu özü ilə götürərək oradan çıxıb mağazanın arxasına keçməklə orada həmin qutunun kilidini özündə olan bıçaqla sındıraraq saxlanc yerinə qanunsuz girməklə içərisindən 400 manat nağd pulu götürüb mağazanın sahibi, Zərərçəkmiş şəxs2 ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (1-ci abzas) Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. (2-ci abzas) Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib- verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, No 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, No 35423/07, 21 fevral 2019- cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərə onların əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri ayrı-ayrılıqda həmin sübutlara dair öz fikirlərini bildirmişlər. Məhkəmə araşdırması zamanı müdafiə tərəfinin dəlilləri araşdırılmışdır. Məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs ona müstəntiq tərəfindən edilmiş təsir nəticəsində ibtidai istintaq zamanı quldurluq cinayəti törətməsi barədə verilmiş etirafedici ifadənin mətnində qeyd olunan sözlərin ona məxsus olmadığını göstərərək ifadələrini oxumadan imzaladığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, hazırda ittiham olunduğu cinayəti törətmək niyyəti olmamış, heç kimin həyatına qəsd etməmiş, hadisə baş verdikdən sonra etdiyi əməli xatırlamış, özünü Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilərək törətdiyi əməldən peşmandır. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra ona hər hansı bir təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən, habelə həbsdə saxlanma müddətinin uzadılması ilə bağlı keçirilmiş məhkəmə iclasında (şəxs sözügedən hər iki məhkəmə iclaslarında törətdiyi əməldən peşmançılığını ifadə etmiş və müharibə iştirakçısı olduğunu bildirmişdir) nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmiş və bu barədə məlumat verməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin materiallarında olan sənədlərin təhlil edilməsi nəticəsində Təqsirləndirilən şəxs hər hansı təsir göstərilməsi müəyyən olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Beləliklə, məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxslərə müstəntiq tərəfindən edilmiş təsir nəticəsində ibtidai istintaq zamanı quldurluq cinayəti törətməsi barədə etirafedici ifadə verməsi və ifadələrini oxumadan imzalaması barədə dedikləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Müdafiə tərəfinin irəli sürdüyü həmin dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası yuxarıda izahı verilən və məhkəmə istintaqında müəyyən edilmiş halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə - quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 19-cu bəndində, göstərilir ki, Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndində, göstərilir ki, Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Həmin qərarın 22-ci bəndində, göstərilir ki, Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin qərarın 23-cü bəndində, göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə kollegiyası ibtidai istintaq orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilməsi qənaətindədir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli qəsdən törətmişdir və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli başa çatmış cinayətdir. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməklə həmin maddə üzrə sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətlərini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cavan olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş maddi ziyanın ödənilməsini, Azərbaycan Respublikası Müharibə Veteranı olmasını, “Füzulinin azad olunması”, “Vətən müharibəsi İştirakçısı” müdalları ilə təltif olunmasını, təqsirləndirilən şəxsin törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilən halları və maddi hüquq nomalarının imperativ tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 mart 2025-ci il tarixli qərarı ilə onun barəsində 03 (üç) ay 29 (iyirmi doqquz) gün həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 07 mart 2025-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 95-99). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 mart 2025-ci il il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 01 ədəd kassa aparatının qutusunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, 01 ədəd gödəkçə və 01 ədəd şərf isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır, maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 08 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 işlədiyi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına 88 (səksən səkkiz) manat, məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı 07 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanısın. İş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 01 ədəd kassa aparatının qutusunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın, 01 ədəd gödəkçə və 01 ədəd şərf isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut – 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 88 (səksən səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(101)-1683/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1683/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver