Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1684/2024 07.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–“Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-15/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-0451/2023 nömrəli qərarı ilə həmin cəzadan 04 (dörd) ay 17 (on yeddi) gün vaxtından əvvəl şərti olaraq azad edilmiş və məhkumluğu olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, həmin kənddə R.Dünyamalıyev küçəsi 54 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında 07 noyabr 2024-cü il tarixdə saat 11:15-də açıq məhkəmədə baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdən əldə etdiyi 01 (bir) ədəd bağlamanın içərisində 01 (bir) ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 44,268 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 03 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,810 qram, 46,063 qram, 7,182 qram olmaqla ümumi təmiz çəkisi 59,055 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, üzərində «Methadone 40...Faran» göstəricisi olan blister kəsiyində 08 (səkkiz) ədəd üzərlərində «F/M 40» göstəriciləri həkk olunmuş dərman həblərinin əsas təsir edici maddəsi narkotik vasitə hesab edilən metadon olan və təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edən narkotik vasitə hesab edilən metadonu, 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 30,10 qram və 03 (üç) ədəd şəffaf rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 4,94 qram, 24,52 qram, 3,04 qram olmaqla ümumi çəkisi 62,6 qram təşkil edən bitki mənşəli kütələlər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 03 (üç) ədəd ağ qəhvəyi rəngli və 01 (bir) ədəd ağ rəngli olmaqla cəmi 04 (dörd) ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən prqabalin tərkibli, tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,05 qram təşkil edən dərman kapsullarını və üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmiş, əmtəə nişanı istintaqa məlum olmayan 01 (bir) ədəd elektron tərəzini üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, həmin gün saat 23:40 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 nömrəli ünvanda yerləşən ünvan 4sına gətirilmiş, inzibati binada 09 dekabr 2023-cü il tarixdə saat 01:10 dəqiqədən etibarən üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində olan qara rəngli çantanın içərisindən 01 (bir) ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 44,268 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 03 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,810 qram, 46,063 qram, 7,182 qram olmaqla ümumi təmiz çəkisi 59,055 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, üzərində «Methadone 40...Faran» göstəricisi olan blister kəsiyində 08 (səkkiz) ədəd üzərlərində «F/M 40» göstəriciləri həkk olunmuş dərman həblərinin əsas təsir edici maddəsi narkotik vasitə hesab edilən metadon olan və təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edən narkotik vasitə hesab edilən metadon, 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 30,10 qram və 03 (üç) ədəd şəffaf rəngli polietilen bağlamada ayrıayrılıqda təmiz çəkiləri 4,94 qram, 24,52 qram, 3,04 qram olmaqla ümumi çəkisi 62,6 qram təşkil edən bitki mənşəli kütələlər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 03 (üç) ədəd ağ-qəhvəyi rəngli və 01 (bir) ədəd ağ rəngli olmaqla cəmi 04 (dörd) ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən preqabalin tərkibli, tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,05 qram təşkil edən dərman kapsulları və üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmiş, əmtəə nişanı istintaqa məlum olmayan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Tamiz adlı şəxslə birgə taksi fəaliyyəti ilə məşğul olduğundan, icarəyə götürdüyü avtomobili təhvil vermək üçün sahibi ilə görüşmək istədiyinə görə 08 dekabr 2023-cü il tarixdə, saat 21:00 radələrində Tamiz adlı tanışı ilə Bakı şəhərində yerləşən “Şamaxinka” adlanan ərazidə görüşərək üzərində olan içərisində şəxsi əşyalarının olduğu çantanı saxlaması üçün Tamizə vermiş, avtomobili təhvil verə bilmədiyindən yenidən Tamizlə görüşərək çantasını sonuncudan götürmüşdür. O, Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşadığı mənzilin yerləşdiyi "xxxx" MTK-nın qarajına getmiş, yer olmadığına görə qarajın qarşısında avtomobili saxlayıb düşmüşdür. Tamiz adlı şəxsin avtomobili ondan bir az irəlidə olmuş, o, 5-10 addım getdikdən sonra, 3-4 nəfər polis əməkdaşı yaxınlaşaraq avtomobilin yanında onu vurmağa başlamış, daha sonra həmin şəxslər Tamizlə onu Badamdar qəsəbəsinə gedən yolun yaxınlığında yerləşən trenajor zalına aparıb orada döydüklərindən Tamizin ürəyi getdiyinə görə sonuncunu Badamdar qəsəbəsində yerləşən X8 aparmışlar. Daha sonra polis əməkdaşları tərəfindən o, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə aparılmışdır. Həmin polis şöbəsində təhqiqatçı ondan çantanı götürüb içərisində nə olduğunu soruşduqda, o, şəxsi əşyalarının, mobil telefonunun adapterinin və sənədlərinin olduğunu söyləmiş, təhqiqatçı çantanın içərisindən ağ rəngli başqa bir sumka çıxarıb içərisindəki narkotik tərkibli maddələri göstərərək nə olduğunu soruşduqda isə o, narkotik maddələri tanıdığı üçün narkotik tərkibli maddələr olduğunu, lakin özünə məxsus olmadığını bildirmişdir. Təhqiqatçı hədələyərək həmin narkotik tərkibli maddələrin ona məxsus olduğunu etiraf etməyəcəyi təqdirdə, ailə üzvlərini gətirib həmin şəxsləri də narkotik tərkibli maddələrin istifadəçisi kimi rəsmiləşdirəcəklərini bildirdiyindən o, məcbur qalıb razılaşaraq narkotik maddələrin özünə məxsus olduğunu söyləmişdir. Tamiz isə döyüldükdən sonra buraxılmışdır. Polis əməkdaşları onu ailə üzvləri ilə təhdid etdiyindən, o, üzərində keçirilən şəxsi axtarış və baxış istintaq hərəkətində narkotik tərkibli maddələrin ona məxsus olduğunu bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs çantanın içərisindən şəxsiyyət vəsiqəsi, bank kartı və polis əməkdaşlarının qoyduğu digər ağ rəngli çantanın çıxdığını, Tamizə həmin çantanı təhvil verdiyi zaman çantada narkotik tərkibli maddələrin olmadığını, əvvəllər narkotik tərkibli maddələrdən istifadə etdiyini, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, bundan əvvəl onu polis əməkdaşı Şahid2 saxladığını, aralarında ədavət yarandığından Şahid2 onun azadlığa çıxdığını öyrəndikdən sonra yenidən saxladığını, saxlanılarkən üzərindən hər hansı qeyri-qanuni əşya, eləcə də narkotik tərkibli maddə aşkar olunmadığını, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonunun polis əməkdaşları tərəfindən götürüldüyünü, həmin mobil telefonla narkotik tərkibli maddə ilə bağlı heç kimlə danışmadığını, mobil telefonundan heç nə aşkarlanmadığını, mobil telefonun geri qaytarılmadığını, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən müdafiəçisinin iştirak etdiyini, məhkəməyədək icraat zamanı ifadə verdiyini, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsində olarkən həmin narkotik tərklibi maddələrin ona məxsus olmadığını söylədiyini, prokurorluq orqanı tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı aparılmış araşdırmaya görə izahatının alındığını, zorakılıq nəticəsində bədəni üzərində xəsarət yaranmadığını, avtomobili “Rent a Car”-dan (avtomobil icarəyə verilən yer) götürdüyünü, pul probleminə görə avtomobili təhvil verməli olduğunu, çantanı Tamizə təhvil verəndə çantanın içərisinə baxdığını, çantanın içərisində adapter, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digər sənədlərin olduğunu, polis əməkdaşları onu saxladıqdan sonra həmin çantanı bir də 29-cu Polis Şöbəsində gördüyünü, dövlət büdcəsinin vəsaiti hesabına təyin edilmiş müdafiəçi gəldikdən sonra sonuncunun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxışın aparıldığını, Tamizin harada saxlanıldığını bilmədiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət- Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3cü və 240.2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 08 dekabr 2023-cü il tarixdə saat 23:40 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 34 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edib onu Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Orada müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmaqla, hüquq və vəzifələri izah olunduqdan sonra ona bildiriş təqdim edilmiş, ardınca şəxsi axtarış aparılarkən ona üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunduqda o, sağ əlində olan qara rəngli çantanın içərisindən bir ədəd bükümdə heroini, üç ədəd bükümdə metamfetamini, dörd ədəd bükümdə qurudulmuş marixuananı, səkkiz ədəd metadon həblərini, dörd ədəd preqabalin həblərini və bir ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılarkən onun əynində olan şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrəsi olan “Samsung” markalı mobil telefon, 01 ədəd avtomobil açarı və həmin şalvarın sol yan cibindən 160 manat pul aşkar edilərək götürülmüşdür. Onun təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr qablaşdırıldıqdan sonra möhürlənib imzalamışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən bir ədəd “Samsung” markalı mobil telefon götürülmüş, 160 manat pul və 1 ədəd avtomobil açarı isə ona qaytarılmışdır. O, ilkin izahatında aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu bildirmiş, həmin kütlələri tanıdığı “Tamiz” adlı şəxsdən saxlanılmazdan əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tamiz” adlı şəxsin ona 500 manat pul verəcəyini, “Tamiz” adlı şəxsi təxminən 3-4 ildir ki tanıdığını, “Tamiz” adlı şəxsin həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Seyid” adlı şəxs vasitəsilə əldə etdiyini bildirmiş, bunu etməkdə məqsədi həmin şəxsin xəstə olması, məsuliyyətin onun boynuna qalacağını düşünməsi, həmçinin Tamiz və Seyid adlı şəxsin müəyyən oluna bilməyəcəyini düşünməsi olmuşdur. Onun Tamiz adlı şəxslə tanışlığı vardır. Belə ki, o, “Rent-a Car”-dan gündəlik 60 manat müqabilində icarəyə **-KT-*** dövlət qeydiyyat nömrə nişanlı “Ford Fusion” markalı avtomobil götürmüş, həmin avtomobili yüksək sürətlə idarə etdiyinə görə avtomobilin sahibi avtomobili geri almaq üçün onu şirkətə çağırmış, o, bu zaman avtomobilsiz qalmamaq üçün qonşuluqda yaşayan, taksi fəaliyyəti ilə məşğul olan Tamiz adlı şəxsin mobil nömrəsinə zəng etmiş, “Şamaxinka” adlanan ərazidə bir qədər gözləmiş, Tamiz adlı şəxs gəlmiş və o, maşında olan yerdən tapdığı, içərisində nə olduğunu bilmədiyi çantanı Tamizə vermiş və avtomobili təhvil vermək üçün 5 metr qabağa sürmüşdür. Avtomobili təhvil verərkən sahibindən xahiş etmişdir ki, işləri var və avtomobil onda qalsın. Avtomobil sahibi bununla razılaşmış və avtomobil onda qalası olmuşdur. Bundan sonra o, Tamizin avtomobilinə yaxınlaşaraq çantanı götürmüşdür. Bu zaman Tamiz narazılıq edərək 10 manat pul verməyini tələb etmişdir. Pulu olmadığından ona pul verə bilməmiş və narazılıq yaranmışdır. Polis əməkdaşları Tamizin ona çanta verdiyini görüb narkotiki ondan aldığını düşünmüş, ona psixoloji təzyiq edərək narkotiki Tamizdən aldığını dediyi halda məsuliyyətdən azad olunacağını bildirdiklərinə görə, o, həmin məzmunda ifadə vermişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur, sadəcə istifadə edir. O, çantanı Bakı şəhəri, Nəsimi rayonu, Əcəmi dairəsindən əldə etmiş, çantanın içərisində elektron qəlyan, qulaqlıq, bir sıra telefon aksessuarlarını görmüşdür. Çantanın içərisində narkotik vasitə olmasından məlumatı olmamışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-in 143-cü və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 08 dekabr 2023-cü il tarixdə Elvin adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs özlərini təqdim edib sonuncunu Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 34 ünvanında saxlayaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməyib onlarla birlikdə polis şöbəsinə gəlmiş, Elvin adlı şəxsin üzərinə baxış keçirilən zaman sonuncunun əl çantasından narkotik tərkibli maddələr aşkar edilmişdir. Həmin narkotik tərkibli maddələr heroin, marixuana, metadon, metamfetamin və preqabalin olmuşdur. Elvin adlı şəxs ilkin izahatında həmin narkotik tərkibli maddələri Tamiz adlı şəxsdən əldə etdiyini və narkotik tərkibli maddələri Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən müvafiq ünvanlara çatdırmağı müqabilində həmin şəxs tərəfindən ona 500 manat pul veriləcəyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 Elvin adlı şəxsi piyada hərəkətdə olarkən saxlanıldığını, saxlanılarkən Təqsirləndirilən şəxs tək olduğunu, sonuncunun polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərmədiyini, könüllü şəkildə 29-cu Polis Şöbəsinə gəldiyini, narkotik tərkibli maddələrin Təqsirləndirilən şəxs əl çantasında olduğunu, sonuncunun həmin əl çantasının özünə məxsus olmasını etiraf etdiyini, narkotik tərkibli maddələri Tamiz adlı şəxsdən əldə etdiyini, Tamiz adlı şəxsin hadisədən sonra bölmənin əməkdaşları tərəfindən saxlanıldığını, Tamiz adlı şəxsə heç bir psixi və fiziki təsir göstərilmədiyini, yalnız Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyini, Tamiz adlı şəxsin Təqsirləndirilən şəxs saxlanılmasından bir müddət sonra saxlanıldığını bildirdi. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olduğundan 08 dekabr 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış və həmin tarixdə saat 23 radələrində həmin Baş İdarənin baş əməliyyat müvəkkilli Şahid1 ilə birgə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 8 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra ünvan 4sına dəvət etdikdə, sonuncu heç bir müqavimət göstərmədən şöbəyə gəlmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı videoçəkiliş aparılmaqla onların və müdafiəçi Emil Babışovun iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları təqdim etməsini təklif etmiş, o da əlində saxladığı bir ədəd qara rəngli əl çantasını təqdim edərək içərisindəki bükümlərdə narkotik vasitələr olan heroin, marixuana, metadon, psixotrop maddə metamfetamin və güclü təsir edən maddə preqabalin olduğunu bildirmiş, bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər açıldıqda içərisində narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr, həblər və əlavə olaraq bir ədəd elektron tərəzi aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin və həblərin nə olması, haradan əldə edilməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin maddələrin müvafiq olaraq heroin, metamfetamin, marixuana və güclü təsir edən maddələrin olmasını, “Tamiz” adlı şəxsdən əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində müvafiq ünvanlara çadırmalı olmasını, bunun müqabilində 500 manat məbləğində sonuncu tərəfindən pul veriləcəyini bildirmişdir. Şəxsi axtarış zamanı həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon da təhqiqatçı tərəfindən müvafiq qaydada götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlər və həblər zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi, məhkəmə bioloji ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq üçün əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri “Tamiz” adlı şəxsən əldə etdiyini göstərmiş, lakin istintaq zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri “Seyid” adlı İran İslam Respublikası vətəndaşından əldə etməsi müəyyən edilmişdir. “Seyid” adlı şəxs barəsində onlara heç bir əməliyyat məlumatı daxil olmadığından həmin şəxs barəsində əhəmiyyətli sayıla biləcək hər hansı bir məlumat mövcud deyildir. Şahid3 barəsində əməliyyat məlumatı olsa da, lakin sonradan Şahid3 halı pisləşdiyi üçün məcburiyyət qarşısında qalaraq sonuncunun üzərinə xəstəxananın sanitarlarının iştirakı ilə baxış keçirilmiş, lakin üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkəmədə Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o taksi sürücüsü kimi fəaliyyət göstərməklə, Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır qəsəbəsindən eyni ərazidə yaşayan şəxs kimi tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ona zəng edib “Rent-a-car”-dan, yəni avtomobil kirayəsi şirkətindən götürdüyü avtomobili vurduğunu, həmin avtomobili sahibinə təhvil verməli olduğunu bildirib onu “Şamaxinka” adlanan əraziyə çağırdığından, o, öz avtomobili ilə həmin yerə getmiş, orada Təqsirləndirilən şəxs ona qara rəngli çanta verərək avtomobili təhvil verib qayıdanadək özündə saxlamasını söyləmişdir. Təqsirləndirilən şəxs avtomobildən mobil telefonun adapteri və digər şəxsi əşyalarını çantanın içərisinə onun yanında qoyduğundan çantanın içərisinin boş olduğunu bilmiş, daha sonra Təqsirləndirilən şəxs qayıdıb çantanı ondan götürmüş və ona 5 manat pul vermişdir. Axşam vaxtı onu polis əməkdaşları saxlayıb döydüyündən, halı pisləşdiyinə görə “Qismət” şadlıq sarayının yaxınlığında yerləşən tibb müəssisəsinə aparılmış, səhhəti normallaşdıqdan sonra polis əməkdaşları onu Badamdar qəsəbəsində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparmış və orada da döymüşlər. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxsla “Şamaxinka” adlanan ərazidə görüşdüklərini, çantanın içərinə baxmadığını, Təqsirləndirilən şəxs çantanı ona verdikdən təxminən 3 dəqiqə sonra Elvinin qayıtdığını, Təqsirləndirilən şəxs onun yanından uzaqlaşdıqdan sonra sonuncunu Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində gördüyünü, Təqsirləndirilən şəxs saxlanılarkən orada olmadığını, sonuncuya polis əməkdaşları tərəfindən zorakılıq edilib-edilmədiyini görmədiyini, polis əməkdaşlarının onu və Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda saxladıqlarını, onun çantanı Təqsirləndirilən şəxs qaytardıqdan bir müddət keçdikdən sonra sonuncunun saxlanıldığını, o və Təqsirləndirilən şəxs 29-cu Polis Şöbəsinə fərqli avtomobillərlə aparıldığını bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs və Şahid3 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan, “Əməliyyat qrupunun yaradılması barədə” əmrdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və Şahid3 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, X10 və X4 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-7; 10) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:40-da Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 34 ünvanının yaxınlığında piyada hərəkət edərkən əlində olan qara rəngli çanta ilə birgə saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 11) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar, protokol və xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli çantanın içərisindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni, 03 (üç) ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 04 (dörd) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 08 (səkkiz) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni, 04 (dörd) ədəd narkotik vasitə və psixotrop maddə olmayan güclü təsiredici maddə olan preqabalin həblərinə bənzər kütlələri və 01 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuş, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd içərisində ***-***- **-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 01 (bir) ədəd avtomobil açarı və həmin şalvarın sol yan cibindən 160 (bir yüz altmış) manat pul aşkarlanmış, aşkarlanmış narkotik tərkibli maddəyə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılıb Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş, 01 (bir) ədəd “Samsung” markalı mobil telefon götürülmüş, pul və avtomobil açarı isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğu, həmin kütlələri tanıdığı “Tamiz” adlı şəxsdən saxlanılmazdan əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tamiz” adlı şəxsin ona 500 (beş yüz) manat pul verəcəyini, “Tamiz” adlı şəxsi təxminən 3-4 il olar ki, tanıdığı, “Tamiz” adlı şəxsin həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Seyid” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, başqa heç yerdə narkotik maddə saxlamadığını, ona qarşı polis əməkdaşları tərədindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, vərəqə 29; 30-31; 114-116) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6328 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №7” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. yazılar, imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi 44,268 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,810 qram, 46,063 qram, 7,182 qram, ümumi təmiz çəkiləri 59,055 qram ağ rəngli, kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Üzərində “Methadone 40...Faran” yazıları olan blister kəsiyindəki 08 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində ümumilikdə 0,32 aram narkotik vasitə metadon təsiredici maddəsi müəyyən edilmiş, 08 ədəd metadon tərkibli tabletlər kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 03 ədəd blister kəsiyində ağ/qəhvəyi rəngli dərman kapsullarının tərkibində ümumilikdə 0,9 qram güclü təsir edən maddə preqabalin təsiredici maddəsi müəyyən edilmişdir. 03 ədəd preqabalin tərkibli ağ/qəhvəyi rəngli dərman kapsulları kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd blister kəsiyində olan ağ rəngli dərman kapsulunun tərkibində 0,15 qram güclü təsir edən maddə preqabalin təsiredici maddəsi müəyyən edilmişdir. (ümumilikdə 04 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,05 qram təşkil edir) 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamış, heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyah İ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin siyahısına (Siyahı İİ), preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 44,268 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 44,168 qram qalıq qalmışdır. Metamfetaminin ümumi təmiz çəkisi 59,055 qram olmuş, 0,12 qram tədqiqata sərf edildikdən sonra 58,935 qram qalıq qalmışdır. Metadon tabletləri 08 ədəd olmuş, 01 ədəd tədqiqata sərf edildikdən sonra 07 ədəd qalıq qalmışdır. Preqabalin ağ/qəhvəyi rəngli dərman kapsulları 03 ədəd kapsulda olmuş, 1 ədəd kapsul tədqiqata sərf edildikdən sonra 2 ədəd kapsul qalıq qalmışdır. Preqabalin ağ rəngli dərman kapsulu 01 ədəd kapsulda olmuş, 0,5 ədəd kapsul tədqiqata sərf edildikdən sonra 0,5 ədəd kapsul qalıq qalmışdır. (Cild 1, iş vərəqə 45-50) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1672 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış qara rəngli bağlamada bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 30,10 qram və 03 ədəd şəffaf sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 4,94 qram, 24,52 qram, 3,04 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 62,6 qramdır. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmamışdır. Qeyd: Marixuananın təmiz çəkisi 62,6 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 62,4 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 51-55) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 71-73) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(004)-1337/2023 nömrəli qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqə 113) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD-R diski maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 117-118) xx.xx.2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qara rəngli çantanın içərisindən 01 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 44,268 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,810 qram, 46,063 qram, 7,182 qram olmaqla ümumi təmiz çəkisi 59,055 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, üzərində «Methadone 40...Faran» göstəricisi olan blister kəsiyində 08 ədəd üzərlərində «F/M 40» göstəriciləri həkk olunmuş dərman həblərinin əsas təsir edici maddəsi narkotik vasitə hesab edilən metadon olan və təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edən narkotik vasitə hesab edilən metadon, 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 30,10 qram və 03 ədəd şəffaf rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 4,94 qram, 24,52 qram, 3,04 qram olmaqla ümumi çəkisi 62,6 qram təşkil edən bitki mənşəli kütələlər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 03 ədəd ağ qəhvəyi rəngli və 01 ədəd ağ rəngli olmaqla cəmi 04 ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən prqabalin tərkibli, tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,05 qram təşkil edən dərman kapsulları və üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmiş, əmtəə nişanı istintaqa məlum olmayan 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından sonra qalıq qalmış 44,168 qram narkotik vasitə heroin, 58,935 qram psixotrop maddə metamfetamin, 62,4 qram narkotik vasitə marixuana 07 ədəd metadon həbi, 02 ədəd kapsul ağ-qəhvəyi rəngli preqabalin həbi, 0,5 kapsul ağ rəngli preqabalin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 125-127) xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, 01 (bir) ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmaqla saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 129-130) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2024-cü il tarixli, 466 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özünün uydurmağa meyllilik müəyyən olunmamış, lakin özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman və cinayət törətdikdən sonra yüksək ruhi həyəcan vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqə 148-150) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsinə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələrinə tövsif edilərək həmin maddələrlə ittihamın elan olunması qərara alınmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroin, marixuana və metadonun, psixotrop maddə metamfetaminin və güclü təsir edən preqabalinin, elektron tərəzinin və 01 ədəd “Samsung” markalı mobil telefonun maddi sübut kimi tanınmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsinə, 01 ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunmasına dair qərar qəbul edilməsi nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 168-187) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 189- 192) Abşeron rayon İcra Hakimiyyətinin Masasız kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 215) xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, hazırki cinayət işinin materiallarından “Seyid” adlı şəxsin İran İslam Respublikası vətəndaşı barəsində ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 230-233) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən Şahid1 Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq etmədiklərini bildirmişdir. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya müraciət etmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2- 5283/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçaların kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilərkən ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabçalar açılmış, tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. 11232/2023 nömrəli tibbi kitabçanın 12-ci, yəni “Həbs olunmadan əvvəl zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “xəsarət almadığını bildirir” yazısının, 13-cü, yəni “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” qrafasında “Hər iki bazunun ön səthində, sol saidin ön səthində köhnə çapıq toxuma” yazısının olması müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə bağlı məhkəmə qarşısında qaldıraraq ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq döyüldüyünü bildirmişdir. Bakı şəhəri Yasamal rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin araşdırma Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında aparılmışdır. Həmin araşdırmanın gedişində keçirilmiş məhkəmə-tibbi eksperizasının 472 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs adına Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabçada hər hansı xəsarətlər aşkar edilməmişdir. Araşdırmanın nəticəsində Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə məruz qalması barədə cinayət tərkibinin əlamətləri olmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 165-168) Cinayət-Prosessual 140.0.1-ci maddəsinə əsasən, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri cinayət prosesi gedişində tibb sahəsində ekspert rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verməsi müəyyən edilməmişdir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə və psixotrop maddənin olmadığını, Şahid3 ilə birgə saxlanıldığını, sonuncuya və ona fiziki və psixi zorakılıq edildiyini, həmin zorakılıqlar nəticəsində müvafiq istintaq hərəkəti zamanı videoçəkiliş aparılarkən narkotik tərkibli maddələrin özünə məxsus olduğunu nümayış etdirdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin həqiqət olub-olmadığını yoxlamaq üçün verilmiş suallara cavab olaraq məhkəmədə Şahid1 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edib sonuncunun tək olarkən saxlanıldıqdan dərhal sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə aparıldığını, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkarlanmış narkotik vasitələr heroin, marixuana və metadonu, psixotrop maddə metamfetamini, narkotik vasitə və psixotrop maddələr aid olmayan güclü təsir edən maddə preqebalini təqdim etdiyini bildirmişdir. Habelə, məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid2 həmin ifadəsində Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmədə dindirilərkən Şahid3 isə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ilə eyni vaxtda saxlanılmadığını, sonradan sonuncunu polis şöbəsində gördüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti ünvan 4sında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlində olan qara rəngli çantanın içərisindən 01 ədəd bükümdə heroini, 03 ədəd bükümdə metamfetamini, 04 ədəd bükümdə qurudulmuş marixuananı, 08 ədəd metadon həblərini, 04 ədəd preqabalin həblərini və bir ədəd elektron tərəzini təqdim etmiş, aşkarlananlar qablaşdırılıb 7 nömrəli möhürlə möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 6/6328 və xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1672 nömrəli ekspert rəylərinə əsasən, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə 44,268 qram narkotik vasitə heroin, 03 ədəd bükümdə ümumi təmiz çəkisi 59,055 qram psixotrop maddə metamfetamin, 08 ədəd tərkibində ümumilikdə 0,32 qram narkotik vasitə metadon təsiredici maddəsi olan dərman həbi, 04 ədəd tərkibində ümumilikdə 1,05 qram güclü təsir edən maddə preqabalin təsiredici maddə, 04 ədəd bağlamada ümumi təmiz çəkisi 62,6 qram olan narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri bilir ki, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli, 466 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilməsi göstərilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini ittihama uyğun hissədə əsas götürür. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə yazılı ərizə ilə məhkəməyə müraciət edib Şahid2 məhkəmədə dindirilməsinə zərurət olmadığını, həmin şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini, gələcəkdə də gəlməsini zəruri hesab etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Sözügedən Plenum qərarının 12-ci bəndinə əsasən, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Məhkəmə qeyd edir ki, Şahid2 məhkəmə iclasında iştirakının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxs məhkəmə iclasında iştirak etməmişdir. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər görmüş və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə öz iradə ifadəsini söyləyib Şahid2 məhkəmə iclasına gəlməsinə zərurət olmadığını, həmin şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini və gələcəkdə də gəlməsini zəruri hesab etmədiyini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, Şahid2 məhkəmə iclasında dindirilməsindən imtina məhkəmə tərəfindən qəbul edilmişdir. Odur ki, məhkəmə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ittihama uyğun hissədə xx.xx.2023-cü il tarixli ifadəsini, Şahid1 və Şahid3 məhkəmə baxışı və məhkəməyədək icraat zamanı verdikləri ifadələrini, Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1ci, 234.4.3-cü və 240.2.1-ci maddələri ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmağa görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər (onların hissələri), 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, həmin qanuna əlavə edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı”-nda (1 nömrəli əlavə) göstərilən miqdarlar əsas təsiredici maddələrin təmiz çəkisidir. Həmin siyahıda göstərilən bütün maddələrin duzları (belə duzların mövcudluğu mümkün olduğu halda), izomerləri (belə izomerlərin mövcudluğu mümkün olduğu halda), mürəkkəb və sadə efirləri güclü təsir edən maddələrə aiddir. Həmin siyahıda sadalanan maddələrin daxil olduğu bütün dərman formaları (qarışıq və məhlullar) hansı firma (ticari) adına malik olmasından asılı olmayaraq güclü təsir edən maddələrə aiddir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələri ilə ittiham verilmişdir ki, o, 2023-cü ilin dekabr ayının əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Nəsimi rayonu, “Əcəmi” adlanan ərazidə yerləşdirdiyi bir ədəd bağlamanın içərisində 01 (bir) ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 44,268 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 03 (üç) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 5,810 qram, 46,063 qram, 7,182 qram olmaqla ümumi təmiz çəkisi 59,055 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, üzərində «Methadone 40...Faran» göstəricisi olan blister kəsiyində 08 (səkkiz) ədəd üzərlərində «F/M 40» göstəriciləri həkk olunmuş dərman həblərinin əsas təsir edici maddəsi narkotik vasitə hesab edilən metadon olan və təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edən narkotik vasitə hesab edilən metadonu, 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 30,10 qram və 03 (üç) ədəd şəffaf rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 4,94 qram, 24,52 qram, 3,04 qram olmaqla ümumi çəkisi 62,6 qram təşkil edən bitki mənşəli kütələlər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 03 (üç) ədəd ağ qəhvəyi rəngli və 01 (bir) ədəd ağ rəngli olmaqla cəmi 04 (dörd) ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən preqabalin tərkibli, tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,05 qram təşkil edən dərman kapsullarını və üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmiş, əmtəə nişanı istintaqa məlum olmayan 01 (bir) ədəd elektron tərəzini 08 dekabr 2023-cü il tarixdə saat 17 radələrində qeyd edilən yerdən götürüb əldə edərək sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, həmin gün saat 23:40 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1 nömrəli ünvanda yerləşən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına gətirilmiş, inzibati binada 09 dekabr 2023-cü il tarixdə saat 01:10 dəqiqədən etibarən üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində olan qara rəngli çantanın içərisindən 01 (bir) ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 44,268 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 03 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,810 qram, 46,063 qram, 7,182 qram olmaqla ümumi təmiz çəkisi 59,055 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, üzərində «Methadone 40...Faran» göstəricisi olan blister kəsiyində 08 (səkkiz) ədəd üzərlərində «F/M 40» göstəriciləri həkk olunmuş dərman həblərinin əsas təsir edici maddəsi narkotik vasitə hesab edilən metadon olan və təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edən narkotik vasitə hesab edilən metadon, 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 30,10 qram və 03 (üç) ədəd şəffaf rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 4,94 qram, 24,52 qram, 3,04 qram olmaqla ümumi çəkisi 62,6 qram təşkil edən bitki mənşəli kütələlər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 03 (üç) ədəd ağ qəhvəyi rəngli və 01 (bir) ədəd ağ rəngli olmaqla cəmi 04 (dörd) ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən preqabalin tərkibli, tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,05 qram təşkil edən dərman kapsulları və üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmiş, əmtəə nişanı istintaqa məlum olmayan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 8 nömrəli qərarının 3-cü bəndinə əsasən, şəxsin Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə çnarkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Sözügedən qərarın 24-cü bəndinə əsasən, Cinayət Məcəlləsin 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. CM-in 240.2-ci və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlər təfsir edilərkən bu Qərarın narkotik vasitələrin (psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə həsr olunmuş bəndlərində eyni tövsifedici əlamətlərə dair verilmiş izahlar nəzərə alınmalıdır. Həmin plenum qərarının 4-6, 8 və 9-cu bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. İstər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilməlidir. Narkotik vasitələri və psixotrop maddələri satma miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə əsasən narkotik vasitə heroin təmiz halda 2 qramdan artıq olduqda külli miqdar, təmiz halda 0,15 qramdan artıq olduqda xeyli miqdar, 109.1-ci bəndinə əsasən narkotik vasitə qurudulmuş marixuana təmiz halda 500 qramdan artıq olduqda külli miqdar, təmiz halda 5 qramdan artıq olduqda xeyli miqdar, 111-ci bəndinə əsasən narkotik vasitə metadon təmiz halda 1,6 qramdan artıq olduqda külli miqdar, təmiz halda 0,02 qramdan artıq olduqda xeyli miqdar, 2-ci Siyahısının 118-ci bəndinə əsasən psixotrop maddə metamfetamin təmiz halda 2 qramdan artıq olduqda külli miqdar, təmiz halda 0,15 qramdan artıq olduqda xeyli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının” Siyahısının 71-ci bəndinə əsasən, preqabalin 5 qramdan artıq miqdarda olduqda külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı narkotik vasitə heroinin 44,268 qram, yəni xeyli miqdarından təxminən 295,12 dəfədən, külli miqdarından isə 22,134 dəfədən, narkotik vasitə qurudulmuş marixuananın 62,6 qram, yəni xeyli miqdarından təxminən 12,52 dəfədən, narkotik vasitə metadonun 0,32 qram, yəni xeyli miqdarından təxminən 16 dəfədən, psixotrop maddə metamfetaminin 59,055 qram, yəni xeyli miqdarından təxminən 393,7 dəfədən, külli miqdarından isə təxminən 29,52 dəfədən artıq olması, bir neçə növdə narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddəni üzərində saxlamaqla daşıması, narkotik vasitələrin, psixotrop maddənin, güclü təsir edən maddənin xırda bükümlərdə və eyni çəkilərdə olması, narkotik vasitə və psixotrop maddələrin satışına dair əməliyyat məlumatının mövcudluğu, onların hazırlanması üçün avadanlığın, yəni 1 ədəd elektron tərəzinin olması, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli, 1138 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromunun olmasına baxmayaraq, kannabinoid və opioid növündə narkotik tərkibli və güclü təsir edən maddələrin aşkarlanması və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən 1,05 qram preqabalin, yəni külli miqdardan az güclü təsir edən maddə aşkar edilməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin dispozisiyasında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşımaya və ya digər hallara görə aşağı hədd müəyyən edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyini narkotik vasitələri, psixotrop maddəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşımışdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarının 12-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən Cinayət Məcəlləsinin 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2-ci və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Sözügedən qərarın 24-cü bəndinə əsasən, nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. CM-in 240.2-ci və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlər təfsir edilərkən bu Qərarın narkotik vasitələrin (psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə həsr olunmuş bəndlərində eyni tövsifedici əlamətlərə dair verilmiş izahlar nəzərə alınmalıdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3cü və 240.2.1-ci maddələri ilə düzgün tövsif edilməmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib üzərində saxlamaqla daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci və 240.2.1-ci maddələri ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci və 240.2.1-ci maddələri ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “2023-cü ilin dekabr ayının əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratması və qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Nəsimi rayonu, “Əcəmi” adlanan ərazidə yerləşdirməsi və təqsirləndirilən şəxsin 08 dekabr 2023-cü il tarixdə saat 17 radələrində qeyd edilən yerdən götürüb əldə edərək sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində saxlaması”-nı göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Cinayət-axtarış üzrə şöbəsinin məktubuna əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri əldə etdiyi mənbəni, o cümlədən “Seyid” adlı İran İslam Respublikası vətəndaşını müəyyən etmək və istintaqını təqdim etmək mümkün olmamışdır. Bundan başqa, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri, güclü təsir edən maddələri satdığı şəxslərin əhatəsini və əlbirlik şübhəsi ehtimalları olan hər hansı bir şəxslə bağlı məlumat əldə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 222) Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixli əməliyyat məlumatı Təqsirləndirilən şəxs və Şahid3 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psiotrop maddələri satış məqsədilə əldə etməsi barədə olsa da, sonradan ibtidai istintaq zamanı bu fakt öz təsdiqini tapmadığından, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Şahid3 münasibətdə Cinayət Məcəlləsinin 234.4.1-ci madəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxsin qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması, əvvəlcədən razılaşmaları, vəzifələrin aralarında bölünməsi və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” Plenum qərarının 35 və 64-cü bəndlərinə görə, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün CPM-in 318.2-ci maddəsi xüsusi prosedur müəyyən etmişdir ki, bu da məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraətin verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti ilə daha ağır ittihamım irəli sürülməsi üçün işin prokurora qaytarılmasını ehtiva edir. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs “qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən törədildikdə” ilə bağlı verilmiş ittiham təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi və həmin Məcəllənin 240.2.1-ci maddəsinə münasibətdə isə “qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən törədildikdə” ilə bağlı olan ittiham ümumi ittihamdan xaric edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.1-ci maddələrinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.1-ci maddələri olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.1-ci maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.1-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq ağır və az ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın, yəni cinayətlərin residivinin olmasını qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 05 ay 24 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun cəzası 01 il 05 ay 24 günə azaldılmışdır. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(012)-15/2023 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-451/2023 nömrəli qərarı ilə 04 (dörd) ay 17 (on yeddi) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (Cild 1, iş vərəqə 158-159; 223-229) Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(012)- 15/2023 nömrəli hökmünə əsasən törətdiyi cinayət təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir və həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi və cəza təyin edilərkən məhkumluq Məcəlləyə uyğun nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasını çəkib xx.xx.2023cü il tarixdə 04 (dörd) ay 17 (on yeddi) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduqdan 04 (dörd) ay 04 (dörd) gün keçdikdən sonra yenidən qəsdən cinayət əməli törətmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivi olması qənaətinə gəlsə də, Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan mərhumetmə cəzasına məhum olunması və ya qəsdən ağır cinayət törətməyə görə, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaratdığından, Təqsirləndirilən şəxs isə ilk törətdiyi cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, törətdiyi həmin cinayət az ağır cinayət olduğundan, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivini yox, cinayətlərin residivini yaradır. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl müvafiq olaraq ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-963/2023 nömrəli qərarına əsasən, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(004)-314/2024 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 23 aprel 2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 20-21; 106-108; 271-275) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 66.3-cü, 67.1-ci, 69.3-cü və 76.6.3-cü maddələrinin tələblərinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən cinayətlərin məcmusuna ağır cinayətlərdən biri daxil olduğundan, təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş 04 (dörd) ay 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2024-cü il tarixli, 1138 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 145-146) Odur ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 44,168 qram narkotik vasitə heroin, 58,935 qram psixotrop maddə metamfetamin, 62,4 qram narkotik vasitə marixuana, 2,5 ədəd kapsulda güclü təsir edən maddə “Preqabalin”, 07 ədəd güclü təsir edən maddə “Methadone 40...Faran” həbi və 01 ədəd elektron tərəzi məhv edilməli, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 199 (yüz doxsan doqquz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi və Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsindən “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” ilə bağlı olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.1-ci maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 240.1ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 15/2023 nömrəli hökmünə əsasən təyin edilməklə üzərində saxlanılmış azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-451/2023 nömrəli qərarı ilə cəzadan şərti olaraq azad edildiyindən çəkilməmiş 04 (dörd) ay 17 (on yeddi) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 08 dekabr 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 199 (yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 44,168 qram narkotik vasitə heroin, 58,935 qram psixotrop maddə metamfetamin, 62,4 qram narkotik vasitə marixuana, 2,5 ədəd kapsulda güclü təsir edən maddə “Preqabalin”, 07 ədəd güclü təsir edən maddə “Methadone 40...Faran” həbi və 01 ədəd elektron tərəzi məhv edilsin. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1684/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1684/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver