Məhkəmə qərarları › İş №1(101)-1685/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1685/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1685/2021 02.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101)- 1685/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM 02 noyabr 2021-ci il Bakı şəhərində BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə 01 avqust 2000-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatında olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 5, mənzil 24-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 17 iyun 2021-ci il tarixdə, saat 03:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi 5 ünvanında yerləşən istirahət parkının qarşısında bacısı Zərərçəkmiş şəxs yaxınlaşaraq gecə saatlarında istirahət parkında olmasını irad tutmuş, bununla bağlı aralarında münaqişə yaranmış, həmin vaxt bacısı onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı birlikdə kirayədə yaşadıqları mənzildən götürüb üzərində gəzdirdiyi məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə vuraraq ona bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan bədən xəsarəti yetirib qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin aprel ayında hərbi xidmətə yollanmış, müharibə ilə əlaqədar olaraq bir neçə ay artıq hərbi xidmətdə olmuş, 2021-ci ilin aprel ayında hərbi ximətini başa vurub yaşadığı Göyçay rayonuna qayıtmışdır. X2, anası X5 və qardaşı X1 rayonunda yaşayırlar. Bacısı Zərərçəkmiş şəxs təxminən 3 il bundan əvvəl Göyçay şəhərində ailə həyatı qurmuş, təxminən 1 il sonra qızı dünyaya gəldikdən bir neçə ay sonra həyat yoldaşından ayrılaraq evlərinə qayıtmışdır. O, hərbi xidmətdə olduğu dövrdə eşitmişdir ki, bacısı Zərərçəkmiş şəxs azyaşlı qızını valideynlərinin yanında qoyaraq Bakı şəhərinə köçərək işə düzəlmiş, kirayədə yaşayır. 2021-ci ilin iyun ayının əvvəllərində bacısı Elnurənin kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 5, mənzil 24 ünvanına gəlmişdir. Bacısı Zərərçəkmiş şəxs həmin mənzildə rəfiqəsi Şahid1 ilə birlikdə kirayədə yaşayırmışlar. O, həmin mənzilə gəldikdən sonra onlarla birlikdə yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs yaşadığı mənzilə gələn gün Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində yerləşən «Köşəm» restoranında ofisiant işinə düzəlmiş və elə həmin gün də sağlamlığı ilə bağlı işdən çıxmışdır. Zərərçəkmiş şəxs astma xəstəliyindən əziyyət çəkir. 16 iyun 2021-ci il tarixdə onlarla bir mənzildə qalan Zərərçəkmiş şəxs rəfiqəsi Şahid1nm ad günü olmuşdur. Həmin tarixdə saat təxminən 20:00 radələrində bacısı ona Günayın ad günü ilə əlaqədar birlikdə «N.Nərimanov» istirahət parkında bir qədər gəzib qayıdacaqlarını bildirmiş, o da etiraz etməmişdir. Günay və Elnurə mənzildən çıxaraq gəzməyə getmişlər, o, yorğun olduğu üçün yatmışdır. Həmin tarixdən 17 iyun 2021-ci il tarixə keçən gecə saat təxminən 03:00 radələrində mənzilin qapısı döyülmüş, o, yuxudan ayılaraq görmüşdür ki, bacısı Elnurə və rəfiqəsi Günay evdə yqxdur. Qapını açmış, Şahid1 mənzilə daxil olaraq Elnurənin halının pisləşməsini bildirmiş və mənzildən su götürərək geri qayıtmışdır. Günay evdən çıxandan sonra bacısı Zərərçəkmiş şəxs gecə saatlarında küçədə olması, evə gəlməməsi ona pis təsir etmiş, onu qorxutmaq qərarına gələrək bu məqsədlə yaşadıqları evdən mətbəx bıçağım götürüb cibinə qoymuş və evdən çıxaraq Şahid1nm arxası ilə getmişdir. Şahid1 yaşadıqları evin qarşısındakı istirahət parkına daxil olmuşdur. O da həmin parka daxil olub bacısı Elnurə Əkbərinin skamyada əyləşməsini, halının pis olmasını, Günayın və tanımadığı başqa bir oğlanın ona su verib yardım etmələrini görmüşdür. Bundan sonra o, bacısına yaxınlaşıb nə üçün gecə saatlarında parkda gəzməsini, həmin saata kimi evə gəlməməsini, yanlarındakı oğlanın kim olmasını soruşmuş və təcili evə getməyini tələb etmişdir. Günay bildirmişdir ki, onlar əvvəlcə «N.Nərimanov» istirahət parkında gəzmişlər, bu vaxt Elnurənin halı pisləşdiyi üçün yanlarındakı oğlan Elnurəyə yardım etmiş və onu yaşadıqları evin yanındakı parka gətirmişdir. Yaşadıqları binanın qarşısına doğru getməyə başlamışlar, lakin yolda olarkən bacısı Elnurə qəflətən onunla mübahisə etməyə başlamış, yaxşı etdiyini, ona söz deməyə ixtiyarının çatmadığını bildirmiş və yenidən park istiqamətinə qayıtmışdır. O da Elnurə ilə birlikdə park istiqamətinə qayıdıb onu sakitləşdirməyə çalışmışdır. Onlar istirahət parkının qarşısında olarkən Zərərçəkmiş şəxs onun cibinə qoyduğu bıçağı görüb istehza ilə ona baxaraq, «sən məni vura bilmərsən, buna sənin qeyrətin çatmaz, qeyrətin olsaydı bu vaxta kimi vurardın» sözlərini demişdir. Bundan sonra o, özünü cilovlaya bilməyib həmin bıçağı cibindən çıxarıb Elnurənin üzərinə getmiş, Elnurənin ayağı səkiyə ilişib yerə yıxılmış və yerə yıxıldıqdan sonra da bir daha ona, «bacarırsansa vur məni görüm necə vurursan» demiş, o da əsəbləşib əlindəki bıçaqla yerə yıxılmış vəziyyətdə olan bacısının qarnından bıçaqla bir dəfə vurmuşdur. Bundan sonra Elnurə qarından qan gəlməyə başlamışdır. O, dərhal mobil telefonu ilə əvvəlcə X18 stansiyasına, sonra isə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə TTYS-nın əməkdaşları və polis əməkdaşları gəlmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinə getmişdir. Bacısı Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə təxminən 5 dəqiqə davam etmiş, hadisə vaxtı orada heç kim tərəfindən heç bir nalayiq ifadə İşlədilməmiş, hadisəni bacısının rəfiqəsi Günay Tağıyevə və hadisə yerində olan, bacısı Elnurəyə yardım edərək onları parka gətirən adını bilmədiyi oğlan görmüşdür. Həmin şəxslərdən başqa ətrafda heç kim olmamışdır. Hazırda barışmışlar, bacısının ondan şikayət və tələbi yoxdur, əməlindən də səmimi olaraq peşimandır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törətdilməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda şərh edilənlərlə də tam sübuta yetir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2013-cü ildə Göyçay şəhərində Anar Əliyev adlı şəxslə ailə həyatı qurmuş, 2018-cİ ildə həmin nikahdan qız övladı dünyaya gəlmiş. Bundan sonra həyat yoldaşından ayrılmışdır. 2019-cu ilin əvvəllərində işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş və kirayədə yaşayaraq işləməyə başlamışdır. 2021-ci ilin fevral ayında Şahid1 ilə tanış olmuş, fevral ayının sonlarında birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 5, mənzil 24 ünvanına köçərək orada kirayədə yaşamağa başlamışlar. 2021-ci ilin iyun ayının əvvəllərində qardaşı Təqsirləndirilən şəxs onun kirayədə yaşadığı mənzilə gəlmiş və bir müddət onunla qalacağını bildirmişdir. Həmin ərəfədə o, Nərimanov rayonu ərazisində yerləşən «Köşəm» restoranında ofisiant işləyirmiş, lakin qardaşı Təqsirləndirilən şəxs onun kirayədə yaşadığı mənzilə gələn gün sağlamlığı ilə bağlı işdən çıxmışdır. Belə ki, o, uzun müddətdir ki, astma xəstəliyindən əziyyət çəkir, həmin xəstəliyi ilə bağlı tez-tez nəfəsi daraldığından özünü pis hiss etdiyi üçün işində problemləri yaranırmışdır. Qardaşı Təqsirləndirilən şəxs onun kirayədə yaşadığı mənzilə gəldikdən sonra demək olar ki, bütün günü evdə olumuş, hərdən özünə iş tapmaq məqsədi ilə evdən çıxaraq geri qayıtmışdır. 16 iyun 2021-ci il tarixdə onunla bir mənzildə kirayədə yaşayan rəfiqəsi Şahid1 ad günü olmuş, həmin gün saat 21 radələrində Günayın ad günü ilə əlaqədar onunla Günay birlikdə evdən çıxıb Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «N.Nərimanov» istirahət parkına gəzməyə getmişlər. Evdən çıxarkən o, bu barədə qardaşı Təqsirləndirilən şəxs məlumat vermiş və sonuncu daetiraz etməmişdir. Onlar evdən çıxaraq piyada «N,Nərimanov» istirahət parkına getmişlər və həmin parkın ərazisində gəzərək istirahət etməyə başlamışlar. 16 iyun 2021-ci il tarixdən 17 iyun 2021-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində o, astma xəstəliyi ilə əlaqədar özünü pis hiss etmiş və nəfəsi daralmağa başlamışdır. Həmin vaxt yanında olan rəfiqəsi Şahid1 və həmin istirahət parkında olan, əvvəllər tanımadığı Şahid2 adlı oğlan ona yardım etməyə başlamışlar, yaxınlıqdakı kafedən su gətirmişlər və bundan sonra onun səhhəti yaxşılaşmışdır. Sonra Şahid1 və Şahid2 birlikdə köməkləşib onu yaşadığı evə gətirməyə başlamışlar. Yaşadıqları binanın qarşısında o, yenə də özünü pis hiss etməyə başlamış, bu səbəbdən onlar evə qalxmayaraq rahat hava qəbul edə bilməyi üçün yaxınlıqdakı Nərimanov rayonu, X20 küçəsi 5 ünvanında yerləşən istirahət parkına getmişlər. Sonra da Şahid1 ona su gətirmək üçün kirayədə yaşadıqları mənzilə getmişdir. Təxminən 5-10 dəqiqə sonra Şahid1 geri qayıdaraq ona su gətirmişdir. O, özünə gəldikdən sonra Günay və Fərid yenə də ona yardım edərək yaşadığı evə aparmağa başlamışlar. Onlar istirahət parkından çıxaraq yaşadığı binanın qarşısına çatarkən qardaşı Təqsirləndirilən şəxs binadan çıxaraq onlara yaxınlaşmış, onunla mübahisə etməyə başlamış, nə üçün gecə saatlarında küçədə olduğunu və evə gec gəlməyini soruşmuşdur. O, qardaşına özünü pis hiss etdiyini, səhhəti ilə əlaqədar gecikməyini izah etməyə çalışsa da Təqsirləndirilən şəxs onun sözlərinə əhəmiyyət verməyərək onunla mübahisə etməyə davam etmişdir. Bundan sonra onlar mübahisə edə-edə yenidən istirahət parkına doğru qayıtmışlar. Həmin vaxt rəfiqəsi Şahid1 və Fərid Əkbərli kənarda dayanaraq onların mübahisələrinə müdaxilə etməmişlər. O və qardaşı Təqsirləndirilən şəxs istirahət parkının qarşısına çatdıqdan sonra Elton qəflətən cibindən, kirayədə yaşadıqları evin mətbəxində istifadə etdikləri bıçağı çıxarıb onun üzərinə gəlmiş, bu vaxt onun ayağı səkiyə ilişərək yerə yıxılmış, qardaşı Təqsirləndirilən şəxs isə əlindəki bıçağı onun böyrünə dirəmiş, o, əsəbləşərək qardaşı Eltonun üstünə qışqırmış və ona «vura bilirsən vur, qeyrətin olsaydı bu vaxta kimi vurardın» sözlərini demişdir. Bundan sonra qardaşı əlindəki bıçaqla bir dəfə onun qarnından vurmuş və dərhal da ondan aralanaraq təcili Yardıma və polisə zəng etmişdir. Şahid1 və Fərid Əkbərli ona yaxınlaşaraq yardım etməyə başlamışlar. Az müddət sonra hadisə yerinə X18 stansiyasının əməkdaşları gələrək onu xəstəxanaya aparmışlar. Xəstəxanada ona tibbi yardım göstərilmiş və əməliyyat olunmuşdur. Qardaşı Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə təxminən 5 dəqiqə davam etmiş, hadisə vaxtı orada heç kim tərəfindən heç bir nalayiq ifadə işlədilməmiş, hadisəni rəfiqəsi Şahid1 və hadisə günü tanıdığı Şahid2 görmüşlər. Həmin şəxslərdən başqa ətrafda heç kim olmamışdır. Hesab edir ki, hadisə onun qardaşını təhqir etməsi səbəbindən baş vermişdir. Hazırda qardaşı ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Xahiş edir ki, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilsin. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayında «Ze Academy» tədris mərkəzində təhsil almaq məqsədi ilə Bakı şəhərinə gəlib kirayədə yaşamış, 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs ilə tanış olmuş və həmin ayn sonlarında onlar birlikdə Nərimanov rayonu, X20 küçəsi, ev 5, mənzil 24 ünvanına köçərək orada kirayədə yaşamağa başlamışlar. Zərərçəkmiş şəxs bir müddət Nərimanov rayonu, «N.Nərimanov» istirahət parkında yerləşən «Köşəm» restoranında ofisiant işləmiş, lakin 2021-ci ilin iyun ayının əvvəllərində işdən çıxmışdır. Zərərçəkmiş şəxs astma xəstəliyindən əziyyət çəkmiş, bununla bağlı tez-tez nəfəsi daralırmış və işdən çıxmasına da bu xəstəliyi səbəb olmuşdur. 2021-ci ilin iyun əvvəllərində birlikdə kirayədə yaşadıqları evə Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs gəlmiş və onlarla birlikdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs heç yerdə işləməmiş, bütün günü evdə olurmuş, hərdən iş axtarmaq məqsədi ilə çıxaraq bir neçə saatdan sonra geri qayıtmışdır. Birlikdə yaşadıqları müddət ərzində Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs arasında hər hansı bir mübahisə və ya münaqişə baş verməmişdir. 16 iyun 2021-ci il tarixdə onun doğum günü olmuşdur. Həmin gün, axşam saat 21 radələrində Zərərçəkmiş şəxs ona ad günü olduğu üçün birlikdə evdən çıxıb «N.Nərimanov» istirahət parkında gəzməyi təklif etmişdir. Onlar Elnurənin qardaşı Təqsirləndirilən şəxs məlumat verdikdən sonra evdən çıxaraq «N.Nərimanov» istirahət parkına gedərək. Bundan sonra onlar həmin istirahət parkının ərazisində gəzməyə başlamışlar. 17 iyun 2021-ci il tarixə keçən gecə, saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs astma xəstəliyi ilə əlaqədar özünü pis hiss edərək nəfəsi kəsilməyə başlamışdır. O, dərhal Elnurəyə kömək etməyə başlamış, bu vaxt həmin istirahət parkında olan Şahid2 adlı oğlan onlara yaxınlaşmış, onunla birlikdə Zərərçəkmiş şəxs yardım etmiş, yaxınlıqdakı kafelərdən birindən su alıb gətirmiş və bundan sonra Zərərçəkmiş şəxs özünə gəlmişdir. Sonra o, Şahid2 ilə birlikdə köməkləşib Zərərçəkmiş şəxs yaşadıqları evə gətirməyə başlamışdır. Yaşadıqları binanın qarşısında Zərərçəkmiş şəxs yenə də özünü pis hiss etdiyi üçün onlar mənzilə daxil olmayaraq yaxınlıqdakı istirahət parkına getmişlər. O, Elnurəyə su gətirmək üçün kirayədə yaşadıqları mənzilə getmiş, Elnurənin qardaşı Təqsirləndirilən şəxs qapını açmış, nə baş verməsini, nə üçün saat 3-dək evə gəlmədiklərini soruşmuş, o isə Elnurənin özünü pis hiss etməsini, buna görə də su götürmək üçün gəldiyini bildirmiş və mənzildən su götürüb iparka qayıtmışdır. O, parka daxil olduqdan qısa müddət sonra Təqsirləndirilən şəxs də onun arxası ilə həmin parka gəlmiş, bacısı Elnurənin üstünə qışqıraraq, nə üçün gecə saatlarında küçələrdə olduğunu soruşmuş və qolundan tutaraq evə aparmağa başlamışdır. Zərərçəkmiş şəxs yarı yolda dayanaraq qardaşı Eltonla mübahisə etməyə və yenidən istirahət parkına qayıtmağa başlamışdır. Elton və Elnurə istirahət parkının qarşısına gəldikdən sonra Elton əlini ataraq cibindən bıçaq çıxarmış, Elnurəni vuracağı ilə hədələmiş, Elnurə isə Eltona «sənin məni vurmağa cəsarətin çatmaz, qeyrətin olsaydı bu vaxta kimi vurardın» sözlərini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs üzərinə getməyə başlamış, bu vaxt Elnurə ayağı səkiyə ilişdiyi üçün yerə yıxılmış və Təqsirləndirilən şəxs əlindəki bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarnından vurmuşdur. O, Şahid2 ilə birlikdə Elnurəyə yardım etməyə başlamış, Elton X18 stansiyasına və polisə zəng edib törətdiyi hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə TTY stansiyasının və polis şöbəsinin əməkdaşları gəlmişlər, Zərərçəkmiş şəxs xəstəxanaya, Təqsirləndirilən şəxs isə polis şöbəsinə aparmışlar. Həmin hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada heç kim tərəfindən heç bir nalayiq ifadə işlədilməmiş və hadisə yerində onunla Şahid2 başqa heç kim olmamışdır. X11 «sənin məni vurmağa cəsarətin çatmaz, qeyrətin olsaydı bu vaxta kimi vurardın» sözlərini deməsinə görə, bu sözlərlə jnu təhqir etməsinə görə baş vermişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintsqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 215-18-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, 17 iyun 2021-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «N.Nərimanov» adına istirahət parkında gəzərkən həmin parkda rəfiqəsi ilə gəzən, əvvəllər tanımadığı, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs halının pisləşməsini görüb onlara yaxınlaşmış və nə baş verməsini soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs rəfiqəsi Şahid1 ona, rəfiqəsi Elnurənin hansısa xəstəlikdən əziyyət çəkməsini və bu səbəbdən tez-tez belə vəziyyətlə rastlaşmalarını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs yardım etməyə başlamış, rəfiqəsi Şahid1 su gətirmiş, Təqsirləndirilən şəxs üzünü yumuşlar və rahat nəfəs alması üçün parkda bir qədər gəzişmişlər. Zərərçəkmiş şəxs özünə gəldikdən sonra onun xəstə olmasını nəzərə alaraq yaşadığı evə kimi yola salmağı təklif etmişdir. Həmin vaxt Elnurə və Günay parkın yaxınlığında yaşadıqlarını bildirmişlər və onları yaşadıqları evin qarşısına kimi ötürməyini xahiş etmişlər. Bununla əlaqədar o, Zərərçəkmiş şəxs və Şahid1 ilə birlikdə onların yaşadıqları Nərimanov rayonu, X20 küçəsində yerləşən yaşayış binasının qarşısına gəlmişdir. Orada Zərərçəkmiş şəxs halı yenidən pisləşmiş, nəfəsi daralmış, bu səbəbdən onlar Elnurəni yaşadığı binanın yanındakı istirahət parkına gətirmişlər. Daha sonra Elnurənin rəfiqəsi su gətirmək üçün yaşadıqları evə getmiş və qısa müddət sonra geri qayıtmışdır, Sonra onlar yenə Zərərçəkmiş şəxs köməklik edərək özünə gəlməsini gözləməyə başlamışlar. Zərərçəkmiş şəxs özünə gələndən sonra o, Şahid1 ilə birlikdə onun qoluna girərək yaşadığı evə doğru aparmağa başlamışlar. Bu vaxt Zərərçəkmiş şəxs qardaşı, əvvəllər tanımadığı, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs onlara yaxınlaşmış, bacısı Elnurə ilə mübahisə etməyə başlamış, nə üçün gecə saatlarında küçədə olduğunu və evə gec gəlməsini soruşmuşdur. Bununla bağlı Elnurə və qardaşı Elton mübahisə edə-edə yenidən istirahət parkına doğru getməyə başlamışlar. Onların bacı-qardaş olduğunu bildikdən sonra sakitləşdirməyə və münaqişənin qarşısını almağa çalışmış, lakin Elton və Elnurə ona əhəmiyyət verməmişlər. Elton və Elnurə istirahət parkının qarşısına çatanda Elton qəflətən cibindən bıçaq çıxarmış, Elnurənin üzərinə getmiş, bu vaxt Elnurə ayağı səkiyə ilişdiyi üçün yerə yıxılmış, Elton isə əlindəki bıçağı bacısı Elnurənin böyrünə dirəmiş və həmin vaxt Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs, «sənin məni vurmağa cəsarətin çatmaz, qeyrətin olsaydı bu vaxta kimi vurardın» sözlərini deyərək təhqir etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə zərbə vurmuşdur. Sonra o, dərhal Elnurəyə yaxınlaşmış, Təqsirləndirilən şəxs isə istirahət parkının aşağısına doğru getməyə başlamışdır. O, polis əməkdaşları və həkimlər gələnə kimi gözləmiş, bir neçə dəqiqə sonra TTYS-nm əməkdaşları gələrək Zərərçəkmiş şəxs xəstəxanaya apardıqdan sonra isə o, hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə izahat vermək üçün polis şöbəsinə getmişdir. Həmin hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada heç kim tərəfindən heç bir nalayiq ifadə işlədilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, özü qazidir, 1-ci Qarabağ müharibəsində Ağdam uğrunda gedən döyüşlərdə vuruşmuşdur. X13 29.04.1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Təqsirləndirilən şəxs də, zərərçəkmiş şəxs də - hər ikisi onun övladlarıdır. Aralarında yaranmış anlaşılmazlığa görə belə bir hadisə baş verib. Onlar arasında bu hadisəyə kimi heç bir münaqişə olmayıb. İndi hər ikisi bir-birilə barışıb, normal münasibətləri var. Qızı da qardaşından şikayətçi deyil. Onun azadlığa buraxılmasını istəyir. Cinayət işinin 50-52-ci vərəqində olan protokol və ona əlavə olunmuş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində, yəni Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi 5 ünvanında yerləşən istirahət parkının qarşısında yoxlanılmış və ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerlərində əyani şəkildə göstərmişdir. Cinayət işinin 55-57-cu vərəqində olan məhkəmə-tibbi ekspertizasının 415 saylı, 18.06.2021-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində, posthemorragik şok, hemotoraks, dalağın və sol böyrəyin zədələnmələri və xaric edilmələri ilə müşayiət olunan döş qəfəsinin ön səthindən döş və qarm boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yarası deşici - kəsici alətin, o cümlədən ekspertizaya təqdim olunan bıçağın və bu tipli digər bıçaqların təsirindən törənə bilərdi, müddəti 17.06.2021 -ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 60-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təhqiqat orqanına təqdim etdiyi 01 ədəd bıçağa baxış zamanı müəyyən edilmişdir ki, həmin bıçaq qatlanmayan tiplidir, ümumi uzunluğu 266 mm, tiyənin uzunluğu 151 mm, dəstəyinin uzunluğu isə 115 mmdir. Bıçağın tiyəsi boz rəngli metal materialdan hazırlanmışdır, eni 26 mm-dir. Tiyənin aşağı kənarı itilənmiş, yuxarı kənarı isə kütdür. Tiyənin üzərində “X6” sözləri, ulduz və aypara şəkli həkk olunmuşdur. Biçağm dəstəyi qırmızı, mavi və ağ rəngli plastmass materialdan hazırlanmışdır. Dəstəyin eni 26 mm-dir. Baxış zamanı bıçağının üzərində qəhvəyi rəngli qana bənzər ləkələrin olması müəyyən edilmişdir. Cinayət işinin 123-cü vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq tanınma üçün Zərərçəkmiş şəxs qızma təqdim edilmişdir. Tanınma zamanı Zərərçəkmiş şəxs ona təqdim olunmuş bıçaqlar arasından Təqsirləndirilən şəxs götürülmüş bıçağı tanıyaraq, 17 iyun 2021- ci il tarixdə saat 03:30 radələrində ünvan 4 ünvanında yerləşən istirahət parkının qarşısında qardaşı Təqsirləndirilən şəxs məhz həmin bıçaqla onu vurub xəsarət yetirməsini, həmin bıçağın onun kirayədə yaşadığı evdə işlətdiyi mətbəx bıçağı olduğunu, həmin bıçağı xeyli müddət istifadə etdiyi üçün quruluşunu, rəngini yadında saxlamasını və dəqiq olaraq bütün bıçaqlar arasında tanıya biləcəyini bildirmişdir. Cinayət işinin 128-133-cü vərəqində olan məhkəmə-kriminalistik ekspertizasının 302-2021/MTKŞ saylı, 09.07.2021-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qızma məxsus maykanın və büstqalterin üzərində heç bir zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 134-138-ci vərəqində olan məhkəmə-bioloji ekspertizasının 451/2021-MTBŞ saylı, 12.07.2021-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: 0-alfa,beta/İ/ olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs məxsus mayka, büstqalter və bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, həmçinin əksər ləkərələrdə alfa,beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri 0-alfa,beta/H//İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 125-127-ci vərəqində olan məhkəmə-psixiatrik ekspertizasının 1380 saylı, 25.06.2021-ci il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. O, hadisəni törətdiyi zaman hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasım dərk etmək və onları İdarə etmək iqtidarındadır. Onun əməli CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 152-159-cu vərəqində olan qərardan görünür ki, Zərərçəkmiş şəxsnm hadisə vaxtı əynində olmuş geyim əşyaları, yəni 01 ədəd mayka və 01 ədəd büstqalter, o cümlədən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq iş üçün mühüm əhəmiyyət kəsb etmələri nəzərə alınmaqla cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanmaları üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və digər şahid ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması protokolları, əldə edilmiş maddi sübutlar, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin qəsdən sağlamlığa ağır zərər vurması sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi tövsif edilmiş, ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı yazdığı cinayət işinin 124-cü vərəqində olan 06.07.2021-cil tarixli, eyni zamanda, məhkəməyə təqdim etdiyi 20.10.2021-ci il tarixli ərizəsində göstərir ki, qardaşı olan təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 34-35 və 84-92ci vərəqində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci ildə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 110-cu vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət Xidmətinin Göyçay rayon şöbəsinin 21.10.2021-ci il tarixli 1114 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs əmisi Sahil Əkbərli 29.04.1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Təqsirləndirilən şəxsin atası X4 məxsus H3 ******* nömrəli hərbi biletdən görünür ki, o, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla 13.04.1992-ci il tarixdən 23.07.1993-cü il tarixədək olan müddər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, zərərçəkmiş şəxslə bacı-qardaş olmaqla yaxın qohumluq münasibətlərinin olması, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş verməsi CMnin 59.1.8, 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CMnin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan 12.01.1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və ya tələbinin olmaması kimi yüngülləşdirici halları, habelə zərərçəkmiş şəxslə bacı-qardaş olmaqla yaxın qohumluq münasibətlərində olmalarını, valideynləri olan Səbuhi Əkbərlinin 1-ci Qarabağ müharibəsinin iştirakçısı olması nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Maddi sübut – Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş geyim əşyaları, yəni 01 ədəd mayka və 01 ədəd büstqalter, o cümlədən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq CPM-nin 132.7-ci maddəsinə əsasən məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı Şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 25 (iyirmi beş) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 150 (bir yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, 17 iyun 2021-ci il tarixdən tutularaq hazırkı vaxtadək həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə hesablansın. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçililsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut – Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş geyim əşyaları, yəni 01 ədəd mayka və 01 ədəd büstqalter, o cümlədən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar