Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1685/2023 05.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X1 və Salmanzadə Zülfiyyə Asif qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhərrəm oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ömrəsiz evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan 3,25 qram çəkidə narkotik vasitə heroini əldə edib üç bükümdə qablaşdırıb üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 760 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə saat 15:40da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 3Mİ-yə gətirilmiş və orada həmin tarixdə saat 18:12-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ayrı-ayrılıqda çəkiləri 0,693 qram, 1,819 qram və 0,738 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 3,25 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 24 yanvar 2023-cü il tarixdə Şahid1 ona zəng edərək ertəsi gün ona lazım olduğunu bildirmiş və şəxsiyyət vəsiqəsi ilə birlikdə onun evinə gəlməyini xahiş etmişdir. O da ertəsi gün Umudgilə getmişdir. Umudgildə yemək yeməyə hazırlaşan zaman polislər həmin evə gəlmişlər. Onlar evdə axtarış aparmışlar, lakin heç nə tapmamışlar. Onlar həmin evə Umuda görə gəlmişlər. Polislər onda heç nə olmamasını söyləmiş, lakin onlarla idarəyə getməli olduğunu və qayıdacağını bildirmişlər. O da Umudgildə olduğu üçün onu Umudla birlikdə Baş idarəyə aparmışlar. Polislər onları döymüş və ailəsi ilə təhdid etmişlər. Polislər tərəfindən fiziki və psixi zorakılığa məruz qaldığı üçün onların dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. Polislər onun cibinə 03 (üç) ədəd büküm narkotik vasitə qoyaraq videoçəkiliş zamanı təqdim etməsini bildirmişlər. Polis əməkdaşları onu tutan vaxtı təzyiq göstərməmişlər. Ona qarşı fiziki və psixi təsir Baş İdarədə olmuşdur. Polislər tərəfindən üzərilərinə şəxsi axtarış və baxış istintaq hərəkəti keçirilməmişdir. O “İdris” adlı şəxsi tanımır. 3 saylı İstintaq Təcridxanasına daxil olarkən müayinə olunsa da, həmin vaxt üzü göyərməmişdir. Çünki döyülən vaxt o, başını qorumuşdur. Lakin buna baxmayaraq qabırğasında şiş olmuşdur. Baş İdarəyə gedərkən yolda polis əməkdaşları ilə mübahisə etmiş və hesab edir ki, narkotik vasitələrin onun boynuna qoyulmasına səbəb məhz həmin mübahisə ilə bağlı olmuşdur. Onun üzərində narkotik vasitə ümumiyyətlə olmamış, videoçəkilişdə göstərilən narkotik vasitə ona məxsus deyildir. Üzərinə keçirilən şəxsi axtarış və baxış istintaq hərəkətinin görüntülərini əks etdirən kadrlardan da görünür ki, narkotik vasitənin miqdarı elektron tərəzidə çəkilmir. Bu da o deməkdir ki, polis əməkdaşları üzərinə qoyduqları narkotik vasitənin dəqiq miqdarını bilirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, psixi xəstəliyi olduğundan hərbi xidmətdə olmamışdır. Bakı şəhərində yerləşən 2 saylı Psixiatriya Müəssisəsində stasionar müalicə almışdır. Hazırda işləməsə də, əvvəllər fəhləliklə məşğul olmuşdur. 7-8 ay olar ki, kakos kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. Məlumat üçün bildirmişdir ki, Şahid1 uzun müddətdir ki, tanıyır. Belə ki, onun mərhum atasının yanında fəhlə kimi İşləmişdir. O vaxtdan Umud ilə arasında yaxşı münasibət yaranıb və onlar çox vaxt birlikdə olurmuşlar. Umud da onun kimi narkotik vasitə istifadə edir. 25 yanvar 2023-cü il tarixdə səhər saat 10-11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “İdris" adlı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manata kakos almışdır ki, gün ərzində istifadə etsin. Aldığı maddələri şalvarının cibinə qoymuşdur. Hadisə ilə bağlı onu bildirmişdir ki, 25 yanvar 2023-cü il tarixdə saat 15:40 radələrində ünvan 4 ünvanın qarşısında tanışı Şahid1 ilə birlikdə olduğu zaman onlara 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, yanında olan tanışı Şahid1 isə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, eyni zamanda odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib, barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kakos" adı ilə tanıdığı narkotik vasitə vardır. Şahid1 də üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş idarəyə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin polis idarəsinə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun və Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “F+" markalı mobil telefonu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, 01 ədəd plastik bank kartını və 5 manat pulu, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 03 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Daha sonra üzərindən aşkar olunmuş plastik bank kartlarına baxış keçirilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 yanvar 2023-cü il tarixdə saat 10:00-11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “İdris” adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 5 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd "F+” markalı mobil telefon, özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan idman gödəkçəsinin sağ yan cibində olan 02 ədəd “Samsung” markalı mobil telefonları, əynində olan idman gödəkçəsinin sol yan cibində olan 3 manat pulu, 02 ədəd mənzil açarını, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 03 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid1 təqdim etdiyi 03 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Şahid1 təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Şahid1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 yanvar 2023-cü il tarixdə günorta vaxtı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində adını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını, təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə heroin qəbul etdiyini bildirmişdir. Bundan sonra Şahid1 yaşadığı ünvanda və ya digər yerlərdə narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşulmuş, Şahid1 verilən suala cavab olaraq hazırda yaşadığı ünvan 5 ünvanın həyətyanı sahəsində 01 ədəd tapança tipli odlu silah gizlədib saxladığını, yaşadığı ünvana gedildiyi halda həmin predmeti təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Şahid1 üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 3 manat pul, 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 02 ədəd mənzil açarı onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş 02 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərilərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əldə etdiyi maddənin üzərindən götürməmiş, necə əldə etmişdirsə, o cür də təqdim etmişdir. Umudun üzərində narkotik vasitə olmasından, həmçinin yaşadığı evdə odlu silah olmasından xəbəri yox imiş. Əvvəllər istifadə etdiyi maddələri Şüvəlanda tanımadığı şəxsdən alırmış. Umudun narkotik vasitə istifadə etdiyini bilsə də, birlikdə istifadə etməmişlər. Narkotik vasitə aldığı İdris adlı şəxsin yalnız adının İdris olduğunu bilir, başqa anket məlumatlarını və telefon nömrəsini bilmir. Üzərində narkotik vasitə olmasından heç kimin xəbəri yox imiş. Evində və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır, yalnız üzərində imiş. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. (Cild 1, iş vərəqi 153-156) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, onunla və digər proses iştirakçıları ilə qohumluq münasibətləri, eyni zamanda, düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs onun dostudur. 25 yanvar 2023-cü il tarixdə o, Seymurla birlikdə evdə olmuşdur. Evdə ondan və Seymurdan başqa heç kəs olmamışdır. Seymurla nahar etdikləri zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları evə gəlmişlər. Polis əməkdaşları onda silah olduğunu bildirmiş, o isə özündə olan silahi polisə təhvil verdiyini söyləmişdir. Bundan sonra onlar evi axtaracaqlarını bildirmişlər. Polis əməkdaşları evdə axtarış aparmışlar, lakin evdən silah çıxmamışdır. Bundan sonra onu Seymurla birlikdə Baş idarəyə aparmışlar. Orada ondan silahın harada olduğu soruşulduqda o, silahı polisə təhvil verdiyini bildirmişdir. Daha sonra polislər onun narkotik vasitə ilə tutulduğunu bildirmişlər. Təxminən saat 17 radələrində silahı idarəyə gətirib ona vermişlər. Əməliyyatçılar əvvəlcə Seymuru, sonra isə onu döymüş və “biz bilirik siz nə işlərlə məşğulsuz” kimi sözlər demişlər. Daha sonra 03 (üç) ədəd bükümü sağ cibinə qoyaraq videoçəkiliş olacağını və bu zaman çıxarıb təqdim etməsini bildirmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, onun əməli CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşəcək və Abşerondakı işlə birləşdiriləcək. İbtidai istintaq zamanı fiziki və psixi təsir və təzyiqlərə məruz qaldığı üçün polislərin dediyi şəkildə ifadə vermək məcburiyyətində qalmışdır. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, ruhiəsəb xəstəliyi yoxdur, amma bəzi başqa xəstəlikləri olduğundan hərbi xidmətdə olmamışdır. Əvvəllər Mərdəkan qəsəbəsində telefon mağazasında işləmişdir. Təxminən 1 il olar ki, atası rəhmətə gedib. Həmin vaxtdan sonra işdən çıxmış və kakos kimi tanıdığı narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Məlumat üçün bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, o, mərhum atasının yanında fəhlə kimi işləmişdir. O vaxtdan Seymur ilə arasında yaxşı münasibət yaranıb və onlar çox vaxt birlikdə olurmuşlar. Seymur da onun kimi narkotik vasitə istifadə edirmiş. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 8-10 gün əvvəl axşam vaxtı yaşadığı ünvan 6 ünvanın yaxınlığında təsadüfən yerdə silaha bənzər dəmir görmüşdür. Həmin dəmirə nəzər salan zaman onun barabanlı silah olduğunu görmüşdür. Üzərindəki tarixdən başa düşmüşdür ki, silah qədimidir. Buna görə də, maraq üçün silahı evə gətirmiş və həyətdəki tikilinin damında gizlətmişdir. Bundan başqa 25 yanvar 2023-cü il tarixdə günorta vaxtı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “MC Donalds”-ın yaxınlığında adını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün narkotik vasitə almış və onu cibinə qoymuşdur ki, istifadə etsin. Hadisə ilə bağlı onu bildirmişdir ki, o, 25 yanvar 2023-cü il tarixdə saat 15:40 radələrində ünvan 4 ünvanın qarşısında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə olduğu zaman onlara 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, onun isə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, eyni zamanda odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib, barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə vardır. Təqsirləndirilən şəxs də üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş idarəyə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin polis idarəsinə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarın sol yan cibində olan 01 ədəd “F+" markalı mobil telefonu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, 01 ədəd plastik bank kartını və 5 manat pulu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan 03 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş plastik bank kartına baxış keçirilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 yanvar 2023-cü il tarixdə saat 10-11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi "İdris” adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 5 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “F+" markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan idman gödəkçəsinin sağ yan cibində olan 02 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan idman gödəkçəsinin sol yan cibində olan 3 manat pulu, 02 ədəd mənzil açarını, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 03 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 03 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 yanvar 2023-cü il tarixdə günorta vaxtı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində adını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri şəxsi istifadə üçün üzərində saxlayıb daşıdığını, təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə heroin qəbul etdiyini bildirmişdir. Bundan sonra ondan yaşadığı ünvanda və ya digər yerlərdə narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlamağı barədə soruşulmuşdur. O, verilən suala cavab olaraq hazırda yaşadığı ünvan 5 ünvanın həyətyanı sahəsində 01 ədəd tapança tipli odlu silah gizlədib saxladığını, yaşadığı ünvana gedildiyi halda həmin predmeti təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 3 manat pul, 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 02 ədəd mənzil açarı özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 02 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərilərinə şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin günü saat 20:40 radələrində yaşadığı ünvan 5 ünvana baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı evin həyətyanı sahəsində giriş qapısından sağ tərəfdən yerləşən yardımçı tikilinin yanına gəlib həmin tikilinin dam hissəsinin üstündə olan mişar daşının altında gizlətdiyi tapança tipli silahı sellofan torbada götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin silaha baxış keçirilmiş və sonra isə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, təqdim etdiyi silahı təxminən 8-10 gün əvvəl axşam vaxtı yaşadığı ünvan 5 ünvanın yaxınlığında təsadüfən tapdığını və silahlara marağı olduğu üçün gətirib yaşadığı evin həyətyanı sahəsində gizlədib saxladığını bildirmişdir. Bundan sonra onlar polis idarəsinə gəlmişlər, yaşadığı ünvana baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün almışdır. Evindən aşkar edilmiş silahı maraq üçün saxlayırmış. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əldə etdiyi maddənin üzərindən götürməmiş, necə əldə etmişsə, o cür də təqdim etmişdir. Seymurun üzərində narkotik vasitə olmasından xəbəri yox imiş. Əvvəllər istifadə etdiyi maddələri Şüvəlanda tanımadığı şəxsdən alırmış. Seymurun narkotik vasitə istifadə etdiyini bilsə də, birlikdə istifadə etməmişlər. Narkotik vasitəni aldığı şəxsin anket məlumatlarını, telefon nömrəsini bilmir. Üzərində narkotik vasitə və evində silah olmasından heç kimin xəbəri yox imiş. Evində saxladığı silahdan hansısa cinayətin törədilməsində istifadə etməmiş, sadəcə onu gizlətdikdən sonra iki dəfə açıb baxmışdır Evində və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır, yalnız üzərində imiş. "xxxx" MMC-yə məxsus ***-***-**-** və "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də evinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. (Cild 1, iş vərəqi 134-138) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi xidməti zərurətlə əlaqədar tanıyır, onunla və digər proses iştirakçıları ilə qohumluq münasibətləri, eyni zamanda, düşmənçiliyi və ədavəti yoxdur. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanıdır. 25 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmaları, eyni zamanda, Umudun evində odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Şahid2 tərəfindən rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və qrup təşkil olunmuşdur. Elə həmin gün günorta radələrində qrupun 5 nəfər üzvü ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisinə getmişlər. Yolda olan iki nəfər şəxsin X8a oxşadığını görüb yaxınlaşmış və anket məlumatlarını müəyyənləşdirdikdən sonra onları Baş İdarəyə dəvət etmişlər. X7ra müqavimət göstərməmiş və əmrə tabe olmuşlar. Orada əvvəlcə Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Bu zaman 03 büküm şəffaf sellofanda heroinə bənzər maddə aşkar edilərək götürülərək qablaşdırılmış və zərfə qoyulmuşdur. Daha sonra Şahid1 üzərinə baxış keçirilmişdir. Onun da üzərindən 03 büküm heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Həmin maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Həmin şəxslərə qarşı tərəflərindən fiziki və ya psixi təsir və təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid5 və Şahid6 ifadələrində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 8) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması barədə” əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 9-12) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 15:40 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 760 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 13) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 15:40-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 22-23) 25 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Şahid1 və Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə saat 15:40-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 760 ünvanının qarşısında saxlanılaraq BMCMİ-nə gətirilmişlər və orada üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “F+” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd plastik bank kartı və 5 manat pulu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən isə 03 ədəd sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş 03 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə oxşar maddələr olması müəyyən edilmişdir. Aşkar edilmiş 5 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, 03 ədəd sellofan büküm, 01 ədəd “F+” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı isə götürülmüşdür. (Cild 1, iş vərəqə 47-51) Məhkəmə kimyəvi ekspertizasının 26 yanvar 2023-cü il tarixli 6/473 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,754qram; 0,881qram; 1,492qram; ümumi təmiz çəkiləri 3,127qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,693qram; 1,819qram; 0,738qram; ümumi təmiz çəkiləri 3,250 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; Şahid1 üzərindən aşkar edilmiş 03 bükümdəki heroin kütlələri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1 Nö-li paketdəki Heroinin üm. təmiz çəkisi -3,127qram, tədqiqata sərf edildi- 0,18qr., qalıq-2,947qr. 2N°-li paketdəki Heroinin üm. təmiz çəkisi -3,250qram, tədqiqata sərf edildi-0,18qr., qahq-3,070qr. (Cild 1, iş vərəqə 82-84) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 143-144) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 118-119) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-125/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 187-191) Məhkəmə narkoloji ekspertizasının 03 aprel 2023-cü il tarixli 1837 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqə 82-83) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokollar və ona əlavə edilmiş CD disklər, ekspert rəyləri, maddi sübut və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqə 87-115) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 2, iş vərəqə 35-36) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-6226/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridaxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamış, sağ saidin və biləyin ön səthində və sağ əlin 5-ci barmağının üzərində isə köhnə çapıq toxuma izləri aşkar edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-6/2-11561/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman bədən səthində xəsarətlərin olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 588-C/23 saylı cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğuna araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən Şahid1 məxsus evdə saxlanıldıqlarını, saxlanılan zaman həmin vaxt üzərində narkotik vasitə olmadığını, ona fiziki və psixi təsir göstərərək külli miqdarda narkotik vasitəni gətirərək ona məxsus olduğunun etiraf etməsini tələb etmələrini, o isə buna razılıq verərək həmin narkotik vasitəni boynuna götürdüyünü söyləmişdir. Şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid2 isə ifadələrində Təqsirləndirilən şəxs özləri tərəfindən məhz Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 760 ünvanının qarşısında saxlanıldığını, onun üzərinə polis bölməsinin inzibati binasında şəxsi axtarış keçirilərkən 03 ədəd bükümdə narkotik vasitə aşkarlandığını, Təqsirləndirilən şəxs videoçəkilişdə nümayiş etdirməsi üçün hər hansı miqdarda narkotik vasitə verərək özünə aid olduğunu etiraf etməsini tələb və təklif etmədiklərini, Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə aşkar olunmuş narkotik vasitəylə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan dəfələrlə çoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Şahid1 məxsus evdə saxlanıldıqlarını, saxlanılan zaman həmin vaxt ümumiyyətlə üzərində narkotik vasitə olmadığını, ona fiziki və psixi təsir göstərərək külli miqdarda narkotik vasitəni gətirərək ona məxsus olduğunun etiraf etməsini tələb etməsini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları, o cümlədən özünün narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını özündə əks etdirən çoxsaylı sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, həm məhkəmə nəzarəti qaydasında barəsində həbs qətimkan tədbiri seçilməsi, həm də istintaq dövründə eyniməzmunlu ifadə verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 03 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi külli miqdarda 3,25 qram olan narkotik vasitə heroinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən diskdən göründüyü kimi üzərindən aşkar edilən narkotik vasitə heroini tanımadığı, adını “İdris” kimi bildiyi şəxsdən alması, işsiz olması, həmin narkotik vasitənin özü tərəfindən pul verilərək alınması imkanlarının olmaması hallarını birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Habelə, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş “CD” diskdə olan məlumatlara baxış keçirilən zaman ***-***- **-** mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs məxsus olması, həmin nömrə ilə müxtəlif nömrələr arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aşağıdakı məzmunda çoxsaylı yazışmalar aparılması müəyyən edilmişdir: “xx/xx/2022,23:22:10,**********46,**********72, Terlan hec olmasa xeber ellyerdin men tema olusu deyilem didun narahad olma gözde meni mende oturub gozduyArem bayaqdan lomkada olsamda dozub seheri acacam men sene qarsi bele olmamisam. Bawun qatisib dasa hec birsey Allah canivi sag elesin. xx/xx/2022,23:09:51,**********46,**********08, Wahin bolgu gedir bolsun cixiram burdan anam cani gelecem arxayin ol ama meni padvalit eleme biyabi xx/xx/2022,21:31:46,**********46,**********95,Qaqaw acda poxu ac meni gozduyur axi soz danismisam camatnan birdeki adboy nedi ac xx/xx/2022,23:30:07,**********79,**********46, Qaqas basima oyunlar geldi telefon sohbeti deyil.evde de problemim var diye tele cavab vere bilmirem.ama bu yaxinda emanetivi İnsallah vericem sebrli ol xx/xx/2022, 14:19:45,**********72,**********46, Qaqas bir xeber de bilinde alinmirsa qaqas basima çare gilimda xx/xx/2022, 16:34:10,**********02,**********46, Seymur menem Enurdu. gagaw evdeyem.evde qonag var. pul axwama olacag mende:yeniki arayin o axwam olacaq pul. 03101/2023, 19:57:47,**********98,**********46, Yene ne oldu qagas he 23 manat pul verdimde qagas 1 deneye olmadi ki 03101/2023,19:58:40,**********98,**********46. Hacanda demisen padesqe elemisem bes bunedir indi agridayiq 04101/2023.22:3042,**********48,**********46, bacardigin eder tez gelde 04101/2023.23:07:59,**********48,**********46, brat olduy hem soyugdan 34 hende agridan gelisen gaqaw? xx/xx/2023,04: 15:49,**********26,**********46, Qaqaw veziyet pisdi sen ol. bayadan seni goziyurem. sene umid olmuwam. sen mene cox ret elemisen cox saleger duzelmirse dinen umid olmayim seneitin balasidi veziyetm pisdi.yoxsa sene yigmazdim xx/xx/2023, 18: 19:23,**********46,**********68, Qaqaw dawi 15 diy ele xx/xx/2023.23:05:58,**********48,**********46,axwamin xeyr brat menem xalid atam konturum yodu diye mesaj yazdim gor ne direm yaxin uwag var eli yanir yari 20m kola satir isdiyen oldu xeber gedib alib verim temiz 05 temada pecat. xx/xx/2023, 10:10:53,**********99,**********46,Basa dusmedim ne yazim axsam seni gozdiyirdim gelmedin gel amanati ver day xx/xx/2023,21:33: 19,**********99,**********46, Semur. Eeveel evin yanindaxi kaanalinda var gelsek gotre bilerik pulnan ordann xx/xx/2023,22:36:10,**********46,**********99,Diyan indi danisdim diyir goturduyunu tereziye atim gorum alladmiyiblar diyir vigacam 10 deyqeye yigsun mende vigacam cixarsan xx/xx/2023,00:27:44,**********99,**********46, Semur menen incme munan sora sene dedim ax bugün hel ele amanati? xx/xx/2023,00:47:09,**********90,**********46, Seymur qaqawim gor imkan varsa eger mene biraz qum gret ederdin ozcanima and olsunki sabah gunorta haqsabi nedise catdiraram menliyime and olsun. Alinmirsa narahat olma ezizim xx/xx/2023, 19:51:30,**********46,**********40,Qaqaw cixmisam kenden 3 dene yari gardasimsan pul duz olacag xayis elirem cekiye nezaret ele dosdar gonaq gelib dimisem olara elgun qaqawmizdi xx/xx/2023,23:34:51,**********46,**********87,Ay qaqaw bax 10 deyqeye masin catir yari danismisiq he yox di xx/xx/2023,00:39:23,**********46,**********68,Qaqaw 2 dene yari gardasimsan pul duzdu kodu at tukandayam xx/xx/2023, 16:29:13,**********46,**********00,Qaqaw ged seyfi gile ora geleem temada catacap yarim saat cekecek xx/xx/2023,22:45:23,**********46,**********00, Temacun gedirem gozde yigma dalbadal gözde tema alindirim.” Bundan başqa, ibtidai istintaq zamanı Şahid1 və Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin, mənbəyinin müəyyən edilməsi, onların narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması, habelə həmin şəxslərin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi, eləcə də qeyd olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi külli miqdarda narkotik vasitə heroini əldə etdiyi “İdris” adlı şəxsin şəxsiyyətinin, olduğu yerin müəyyən edilməsi və tapşırıqda göstərilən digər istiqamətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs və Şahid1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmələri ilə bağlı əməliyyat məlumatı əldə edilməsə də, onların hər ikisinin ayrı-ayrılıqda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, eləcə də, aşkar edilmiş maddələri satış məqsədi ilə üzərilərində saxlamaları ilə bağlı əlavə məlumatlar əldə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilərkən narkotik vasitələrin alış-verişini əks etdirən yazışmaların olmasına, onun narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət işində olmaqla, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 25 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, məhkəmə kimyəvi ekspertizasının 26 yanvar 2023-cü il tarixli 6/473 nömrəli rəyindən görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs hər ikisinin üzərindən aşkar edilən narkotik vasitələr və psixotrop maddələr birlikdə ekspertiza tədqiqatına göndərilmiş və ekspert rəyi hər ikisinə münasibətdə tərtib edilmiş, nəticədə ekspertiza xərci 110 (bir yüz on) manat olaraq müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona münasibətdə ekspertiza xərci ayrıca hesablanmalı və 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,07 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin əks edildiyi 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmçinin CPM-in 26.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,070 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1685/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1685/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver