Məhkəmə qərarları › İş №1(101)-1686/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1686/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1686/2024 12.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Göyçay rayonu, Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Göyçay rayonu, Qarabaqqal kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında fərdi tikilidə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 126.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsində fərdi yaşayış evlərinin qarşısında səs-küy salması və yüksək səslə danışmasına görə həmin vaxt oradan keçən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ona dəfələrlə nalayiq sözlərlə irad tutması nəticəsində aralarında yaranmış mübahisə zamanı özünün üzərində olan bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyəsinə qəsdən bir dəfə vuraraq ona sağ tərəfli döş arteriyasının kəsilməsi ilə əlaqədar baş vermiş hemotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş kimi insan həyatı üçün təhlükəli olan xəsarəti yetirərək zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa, o, 11 dekabr 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Məscidin” yaxınlığında istintaqa məlum olmayan şəxsdən 40 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,765 qram psixotrop maddə metamfetamini 01 ədəd bükümdə alıb əldə edərək üzərində saxlamaqla daşımış, 12 dekabr 2023-cü il tarixdə, saat 02:30-da Binəqədi rayon Polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi 14, yeni sahənin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə aparılıb orada üzərinə 12 dekabr 2023-cü il tarixdə, saat 04:20-də şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,765 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 234.1ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, özünü CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, hadisə baş verən günü işdən çıxmışdır. Dostu ona zəng edərək məhlədə çay içməyi təklif etmişdir. Məhləyə gedərkən yolda iştirak etdikləri müharibədə baş verənlərdən danışmışlar. Söhbət edə-edə zərərçəkmiş şəxsin qaldığı məhləyə gəlib çatmışlar. Dostu ilə söhbət etdikləri vaxt söhbətin maraqlı hissəsində ayaqlarını saxlayası olmuşlar və söhbətlərini davam etməyə başlamışlar. Həmin vaxt zərər çəkmiş şəxs evdən çıxaraq onlara yaxınlaşıb iradını bildirmişdir. O da sonuncuya gedəcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs 2-3 dəqiqədən sonra marketdən qayıdanda yenidən onlara iradını bildirmişdir. Zərərçəkmiş şəxs bu səfər iradını bildirərkən artıq ifadələr, ailə üzvləri barədə fikirlər səsləndirmişdir. O da öz növbəsində zərər çəkmiş şəxsə öz iradını bildirmişdir. Daha sonra isə zərərçəkmiş şəxslə əlbəyaxa dava etməyə başlamışlar, dostu onları ayırmış, dava etməyə qoymamışdır. O da əlbəyaxa vaxtı zərər çəkmiş şəxsə bıçaqla xəsarət yetirmiş, amma dostunun belə zərər çəkmiş şəxsə bıçaqla xəsarət yetirməyindən xəbəri olmamışdır. Daha sonra zərər çəkmiş şəxsin atası evdən çıxaraq onları ayırmış və zərər çəkmiş şəxsi götürüb evinə aparmışdır. Zərər çəkmiş şəxsin atası qayıtdıqdan sonra məhlədə sonuncu ilə söhbət etmişlər və söhbət etdikdən sonra çıxıb getmişdir. O da dostu ilə sağollaşmış, hərə öz evinə getmişdir. Sonra zərər çəkmiş şəxsdən ona zəng gəlmiş, onun bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirdiyini bildirmişdir. O da ürəyindən xəsarət alan adamın ayaq üstə durub hərəkət edə bilməyəcəyini demişdir. Zərərçəkmiş şəxs telefon danışıq vaxtı həkimə gedəcəyini bildirmişdir. O da qorxduğu üçün zərər çəkmiş şəxsdən həkimə getməməsini xahiş etmişdir. Hadisə 20:00-21:00 radələrində baş vermişdir. Hadisə baş verən günün axşamı gecə saat 02:00-03:00 radələrində evdə uzanmışdır. Anasından yemək istəmiş, anası yeməyin hazır şəkildə qaz plitəsinin üzərində olduğunu bildirmişdir. Yeməyini yeyib, əl-üzünü yuduqdan sonra yaşadığı evin işıqları sönmüşdür. Yaşadığı məhlədə kameralar var, baş verən hadisələrin hamısı qeydə alınmışdır. Həyətlərinin giriş qapısının səsi gəlmişdir. Həyətə çıxıb səsin nə olduğunu öyrənmək istəyəndə qapının üzərində 2 nəfər şəxsin dayanıb onu çağırdıqlarını görmüşdür. Gələn şəxslərə aşağı düşməklərini, evin işiğının yandırmalarını xahiş etmiş və sonunculara çıxıb gedəcəyini bildirmişdir. Bundan əvvəl də polis əməkdaşları onu tutmaq istəmişlər, sadəcə özü-özünə xəsarət yetirdiyi üçün onu tutmamışlar. Çölə çıxanda arxası ilə 20 nəfər adam və 4-5 avtomobilin gəldiyini görmüşdür. Polis əməkdaşları ondan özünə xəsarət yetirməməyi xahiş etmişlər. O da polis əməkdaşları ilə razılaşıb Binəqədi RPİ-nin 43-cü PB-yə getmişdir. 43-cü PB-də polis əməkdaşları ona ya CM-in 234.4.3-cü maddəsi ilə ya da ki, polis əməkdaşlarının nəzarətində olan deyəcəkləri şəxsdən guya ki narkotik vasitə alacağını bildirməyi demişlər. O, yazıb oxumağı bacarmır. 43-cü PB-də polis əməkdaşları onu döymüşlər. Dil qatdalanmağı olduğu üçün polis əməkdaşları 43-cü PB-yə X14 çağırmışlar. Polis əməkdaşları onsuz da onu CM-in 234.4.3-cü maddəsi ilə yalandan tutacaqlarını bildiyi üçün CM-in 234.1 və 126.2.4-cü maddəsi ilə razılaşmışdır, amma polis əməkdaşları baş verən hadisəni isə yoluna qoyacaqlarını bildirmişlər. Daha sonra Binəqədi MSY-də olduğu vaxt müstəntiq izahatını oxuyanda elə ifadə vermədiyini bildirərək yeni ifadə vermişdir. O, ifadəsində adını bilmədiyi şəxsdən narkotik vasitə almasına dair hissəni deməmişdir. Onun adından yalandan belə ifadənin yazıldığını gördükdən sonra ifadəsini dəyişmişdir. Tutulduqdan sonra Narkoloji dispanserə muayinə olunmağa aparılmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-də polis əməkdaşları tərəfindən fiziki, psixoloji təsirlərə və təzyiqlərə məruz qalmışdır. Zərərçəkmiş şəxs qaldığı evdən 2-3 ev aralıda dostu ilə dayanıb ucadan söhbət etmişlər. Zərərçəkmiş şəxs yaşadığı evdən çıxanda ucadan danışdıqları üçün onlara iradını bildirmişdir. Dostu ilə dayanıb 3-4 dəqiqə uca səslə söhbət edib, deyib gülmüşlər. Zərərçəkmiş şəxs onlara irad bildirdikdən sonra qanqaraçılıq olmasın deyə sonuncudan çıxıb getməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs tək o, ucadan danışdığı üçün iradını ona bildirmişdir. Zərərçəkmiş şəxs harasa gedib gəldikdən sonra yenidən onlara irad bildirməyə başlamış və ailəsinin ünvanına nalayiq sözlər səsləndirmişdir. Zərərçəkmiş şəxs nalayiq ifadələrinə görə sonuncu ilə əlbəyaxa dalaşmağa başlamışlar. Zərərçəkmiş şəxs ona yumruq atanda isə əsəbləşib sonuncuya bıçaqla xəsarət yetirmişdir. Əvvəllər narkotik vasitə marixuana istifadə etmiş, amma hal-hazırda narkotik vasitə istifadə etmir. Zərərçəkmiş şəxs əsəbləşdiyi üçün bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs birbaşa bıçaqla xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxslə əlbəyaxa tutuşduqdan sonra bıçaq çıxartmışdır. Zərərçəkmiş şəxs nalayiq ifadələr səsləndirdikdən sonra sonuncunun üzərinə getmiş və əlbəyaxa bir-birilərindən tutuşmuşlar. Zərərçəkmiş şəxslə əlbəyaxa tutuşan zaman sonuncu ona yumruq atdığı üçün Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Hadisə baş verən günü səhərdən axşama kimi işdə olmuşdur. Hər gün saat 16:00-17:00 radələrində işdən çıxır. Binəqədi rayonunda, Mərkəz adlanan yerdə qəssab işləyir. Hadisə günü ilk öncə işdən çıxıb evə getmiş, sonra Binəqədi rayonunda Mərkəz adlanan yerə getmişdir. Daha sonra isə evə qayıdan da cinayət işi üzrə araşdırılan hadisə baş vermişdir. Hadisə günü Məscidin yanında olmamış və heç bir narkotik vasitə almamışdır. Hadisə günü üzərində ***-***-**-** mobil nömrə olmuşdur. Dostu Eynullaya zəng etdikdən sonra onunla Binəqədi rayonunda Mərkəz adlanan yerdə 18:00-19:00 radələrində görüşmüşlər. Dostu Eynulla ilə eyni məhəllədə yaşayırlar. Dostu Eynulla baş vermiş hadisənin birbaşa şahididir. Zərərçəkmiş şəxs dostu Eynulla ilə söhbət etdiyi vaxt ailə üzvlərinin ünvanına nalayiq sözlər səsləndirmişdir. Dostu Eynulla ilə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında iştirak etdiyi 44 günlük Vətən müharibəsindən danışmışlar. 3 ay 11 gün 44 günlük Vətən müharibəsində iştirak etmişdir. Əsəblə bağlı yaranmış problemləri müharibə zamanı yaranıb və bununla bağlı müalicələri olmuşdur. Hadisə yerində onlardan başqa Zərərçəkmiş şəxs atası da olmuşdur. Hadisə vaxtı heç kimin ünvanına nalayiq ifadə səsləndirməmişdir. Dostu, o, Zərərçəkmiş şəxs özü və atasından başqa heç kim hadisəni şahidi olmamışdır. Hadisədən sonra evdə olmuşdur. Zərərçəkmiş şəxslə əlaqə saxladığı vaxt xəstəxanaya getməməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs də ona narahat olmamağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs qardaşı zəng edərək, onun qardaşının bıçaqlandığını və xəstəxanaya gedəcəklərini bildirmişdir. Zərərçəkmiş şəxslə 22:00-23:00 radələrində əlaqə saxlamışdır. Zərərçəkmiş şəxslə danışıqlarından 4 saat sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər. Polis əməkdaşları yaşadığı evə gəldikdə Zərərçəkmiş şəxslə aralarında olan mübahisə ilə bağlı gəldiklərini demişlər. Hadisə zamanı bıçaqdan istifadə etmiş, amma Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bilməmişdir. Bıçaq balaca olduğu üçün xəsarət yetirə biləcəyinə inanmamışdır. Polis əməkdaşları onu yaşadığı evdən götürüb aparmışlar. Polis əməkdaşları onu aparamağa gəldikdə nə üçün onu aparacaqlarını soruşmuşdur. Polis əməkdaşları da baş vermiş hadisə, bıçaqla bağlı apardıqlarını bildirmişlər. Polis əməkdaşları ilə aralarında narkotik vasitə ilə bağlı söhbət olmamışdır. Polis əməkdaşları yaşadığı evə gecə 02:00 radələrində gəlmişlər. Polis əməkdaşları onu apardıqları vaxt üzərində narkotik vasitə olmamışdır. Şahid2 tərəfindən və ya onun qarşısında ona qarşı heç bir təzyiq olmamışdır. BİT-dən gələn cavab məktubunda qeyd olunan xəsarətlər 2-ci Qarabağ müharibəsi zamanı aldığı xəsarətlərin izləridir. Onu saxlayan əməliyyatçılar arasında Şahid1 olmamışdır. Polis əməkdaşları onu yaşadığı evdən götürüb aparmışlar. Polis əməkdaşları yaşadığı ünvana gələndə evdə ondan başqa anası da olmuşdur. Onu Binəqədi RPİ-nin 43-cü PB-yə aparmaq üçün 10 nəfər polis əməkdaşı yaşadığı ünvana gəlmişdir. O, Şahid1 Binəqədi RPİ-nin 43-cü PB-də dubinka ilə üstünə gələndə görmüşdür. Şübhəli şəxs qismində dindirilmə protokolunda olan imzalar və əlyazmalar ona məxsus deyil, çünki yazıb-oxumağı bacarmır. İfadənin sonundakı yazıları polis əməkdaşları ayrı bir kağızda nümunə kimi yazmışlar. O da həmin nümunəyə baxıb yazmışdır. Mobil telefon istifadə etmişdir. Həm sadə, həm də smartfon telefon işlətmişdir. İfadəsində bıçağın zərərçəkmiş şəxsdə olması barədə verdiyi hissə yanlışdır, bıçaq onda olmuşdur. Hadisə məhkəmə istintaqında verdiyi ifadədəki kimi olmuşdur. Zərərçəkmiş şəxsin yaşadığı məhəllədə dostu ilə söhbət edən vaxt nalayiq ifadə səsləndirmiş, amma uca səslə səsləndirməmişdir. O, Əmrulla ilə zərərçəkmiş şəxs Cəlilgilin evlərinə gedən dalan küçədə söhbət etmişdir. Zərərçəkmiş şəxs ondan boyca hündür olduğu və ilk əl-qolu sonuncu atdığı üçün bıçaqla xəsarət yetirmişdir. Zərər çəkmiş şəxs ona nalayiq sözlər işlətdiyi üçün ona xəsarət yetirmişdir. Zərər çəkmiş şəxs onun ünvanına nalayiq sözlər işlətməsə idi belə hadisə olmayacaqdı. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham subuta yetirilmədiyindən həmin maddə ilə cinayət işinə xitam verilməsini, CM-nin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə əməl CM-in 126.1-ci maddəyə tövsif edilməsini, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. 11 dekabr 2023-cü il tarixdə, günorta satlarında Bakı şəhəri, Binəqədi rayonu, “Məscidin” yanına getmiş və narkotik vasitə, psixotrop maddə satan kimi üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb ona yaxınlaşaraq “patı” lazım olduğunu bildirmişdir. Həmin şəxsdən 40 manat pul müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümdə “patı” almışdır. Həmin maddəni əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir ki, sonra istifadə edər və sonra yaşadığı evə gəlmişdir. Həmin gün axşam saatlarında yaşadığı məhəllənin o biri tərəfində dayanmışdır. Narkotik vasitə qəbul etmək istəmiş və əsəbi olmuşdur. Vətən müharibəsində iştirak edən zaman əsəbləri pozulmuşdu və ona görə də bəzən qeyri-ixtiyari olaraq uca səslə nalayiq ifadələr işlədir. O uca səslə nalayiq ifadə işlədən zaman tanışı Cəlilin evinin qarşısında olmuşdur. O da həmin yerə yaxın yaşayır. Həmin vaxt Cəlil ona əsəbiləşmiş və bildirmişdir ki, get o sözləri öz qapında, ailənin yanında işlət. Bu söz ona pis təsir etmiş və onu daha da əsəbiləşdirmişdir. Cəlil gedən zaman o Cəlili səsləmiş və Cəlilin arxası ilə getmişdir. Cəlilə yaxınlaşmış, aralarında sözlə mübahisə yaranmış və o əsəbiləşib xatırlamadığı cibindən bıçağı çıxarıb 1 dəfə Cəlilin sinəsinin sağ tərəfindən vurmuşdur. Bu vaxt Cəlilin atası və üzdən tanıdığı, lakin adını bilmədiyi bir oğlan yaxınlaşıb onları ayırmışdır. Bundan sonra nə o Cəlilə, nə də Cəlil ona xəsarət yetirməmişdir. Sanki Cəlili bıçaqla vurduqdan sonra özünə gəlmiş və hirsi soyumuşdur. O an artıq peşman olmuşdur. Məqsədi Cəlili qorxutmaq olmuşdur. Cəlil 4-5 saniyə sonra heç nə demədən arxaya dönərək sürətli yerişlə yaşadığı ev istiqamətində getmişdir. O hər hansı ciddi xəsarət olmadığını düşünmüşdür. Bu vaxt o,tanımadığı şəxs və Cəlilin atası orada dayanmışlar. Cəlilin atası da onu üzdən tanıyır. Cəlilin atası ondan nə baş verdiyini soruşduqda demişdir ki, aralarında anlaşılmazlıq olmuş, ona görə də dalaşmışlar. Yanında dayanan tanımadığı şəxs çıxıb getmişdir. Evdə bir az uzandıqdan sonra yata bilməmişdir. Heroin istifadə etmək istəmiş, ona görə də yaşadığı məhəlləyə çıxmışdır ki, görsün kimdən nə tapır. 12 dekabr 2023-cü il tarixdə, saat təxminən 02:30 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi 14 yeni sahədə tək piyada gəzişən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və bildirmişlər ki, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarıdır. Narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etdmişər. O etiraz etməyərək üzərində həqiqətən də psixotrop maddə metamfetamin olduğunu bildirib polis əməkdaşları ilə birlikdə 43-cü PB-nin inzibati binasına getmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özümün seçdiyi vəkil 43-cü PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, müdafiəçisinin iştirakı olmadan üzərinə şəxs axtarış keçiriləcəyinə etiraz etmədiyini bildirmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmiş, qərarla tanış olub onu imza etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən videçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı, 01 ədəd şəffaf rəngli sellofan bükümdə içində psixotrop maddə metamfetamini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 01 ədəd şəffaf rəngli bükümü açdıqda içində psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə psixotrop maddə metamfetamindir, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni 1 gün əvvəl, yəni 11 dekabr 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, “Məscidin” yanında tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd şəffaf rəngli sellofan büküm içərisindəki “patı” maddəsi ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə əvvəlcə elektron tərəziyə qoyulmuş, 0,86 qram olduğu müəyyən edilmiş, daha sonra boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf o və polis əməkdaşları tərəfindən imzalanmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, əvvəlki ifadələrində Zərərçəkmiş şəxs narkotik vasitə və psixotrop maddə satıcısı olduğunun, hətta ondan dəfələrlə həmin maddələrdən aldığını, mübahisənin də bu alış-verişlə bağlı aralarında yaranan borcla əlaqədar olduğunu, mübahisə zamanı Cəlilin onun üzərinizə bıçaq çıxardığını və onun da Zərərçəkmiş şəxs əlindən tutub geriyə itələyən zaman bıçağın Zərərçəkmiş şəxs sinəsini deşib xəsarət yetirdiyini göstərsə də əslində o, özünə haqq qazandırmaq üçün belə demiş, Zərərçəkmiş şəxs heç vaxt narkotik vasitə və psixotrop maddə almamışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə 10-xx.xx.2023-cü il tarixlərdə, axşam radələrində baş vermişdir. Hadisə günü siqaret almaq üçün çölə çıxmışdır. Yaşadığı evin qapısından 2-3 qapı irəlidə Təqsirləndirilən şəxsgil uca səslə danışırmışlar. O da sonunculardan sakit danışmaqlarını xahiş etmişdir. Fəyadgil də ona aşağı səslı danışacaqlarını demişlər. Mağazadan qayıtdıqdan sonra Fəyadgilin yenə uca səslə danışdıqlarını eşidib sərt qaydada nalayiq sözlərlə iradını bildirmişdir. Çıxıb getmək istədikdə isə ilk öncə sözlə mübahisələri, daha sonra isə əlbəyaxa mübahisələri başlamışdır. O, hadisə vaxtı bıçaq görməmişdir. Evə gəldikdən sonra qarın nahiyəsində istilik hiss etdikdən sonra xəsarət aldığını bilmişdir. Köynəyini qaldıranda qan olduğunu görmüş və öz-özlüyündə yıxılan zaman qarnına nəyinsə batdığını fikirləşmişdir. Hadisədən əvvəl də Təqsirləndirilən şəxsla pis münasibətləri olmamışdır. Hadisəyə qədər salam sağolları olmuşdur. Baş verən hadisələrlə bağlı Təqsirləndirilən şəxs heç bir təqsir görmür. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, yaşadığı ev qapalı dalanda yerləşir. Gecə vaxtı olduğu üçün az da olsa ucadan danışdıqda məhlədə səs-küy yaranır. Hadisənin dəqiq saat neçədə baş verdiyini deyə bilmir. Evdə uşaqlar tez yatdığı üçün məhlədə kimsə ucadan danışanda itlər hürməyə başlayır. Uşaqlar da ona görə yata bilmirlər. Uşaqların yatmaq vaxtı olduğu üçün hadisənin təxminən saat 21:00 radələrində baş verdiyini ehtimal edir. Hadisə vaxtı Fəyad tək olmamış, yanında bir nəfər də şəxs olmuşdur. Hadisə günü səs-küy yaradan şəxslərdən Fəyadı tanıdığı üçün iradını Fəyada bildirmişdir. Məhlədə olan səs-küy tərəfə yaxınlaşanda, səs-küy yaradanlardan birinin Fəyad olduğunu gördükdən sonra iradını bildirmişdir. Fəyadın yanındakı şəxs ona heç bir irad bildirməmişdir. Fəyada iradını bildirdikdə, sonuncu indi gedəcəklərini bildirmişdir. Mağazadan siqaret aldıqdan 4-5 dəqiqə sonra məhləyə geri qayıtdıqda məhlədə yenə səs-küy olduğunu görmüşdür. O da pis şəkildə nalayiq sözlər Fəyadın ünvanına səsləndirmişdir. Fəyad da ünvanladığı nalayiq sözlərə görə qıcıqlanmış və ona ucadan cavab qaytarmışdır. Daha sonra isə əlbəyaxa davaları olmuşdur. İbtidai istintaq zamanı müstəntiqə hadisəni danışmışdır. İfadəsində yazılanları müstəntiq yəqinki düz tərtib etmişdir. İttiham aktını oxumuş və orada yazılanlar düzdür, amma ola bilər ki, hansısa cümlələr yadından çıxmışdır. Təqsirləndirilən şəxsla aralarında mübahisə səs-küy üzərində baş vermişdir. Səs-küy olan yerə yaxınlaşanda tanıdığı Fəyad olduğu üçün iradını sonuncuya bildirmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqdakı ifadələrində çox ifadələr səhvdir, o, ifadəsində bıçaq sözü işlətməmişdir. İfadənin altında olan imzalar ona məxsusdur, ifadəni tam oxumamışdır. İfadəsini üzdən gözə yarı bütün sözləri oxumadan imza etmişdir. İbtidai istintaq zamanı hadisə vaxtı bıçaqla vurulduğunu deməmişdir. İfadəsində mağazaya gedən zaman hadisənin baş verdiyi qeyd olunub, amma hadisə o, mağazadan qayıtdıqdan sonra baş vermişdir. İfadəsində pul ödənişi etmək üçün çıxdığı qeyd olunub. O isə hadisə günü ödəniş də olsa belə mağzaya getməli olmuşdur. Xəstəxanadan 2024-cü ilin yanvar ayının əvvəllərində çıxmışdır. Hadisə ilə bağlı ifadəsini yəqin ki xəstəxanadan çıxdıqdan sonra vermişdir. Mübahisə zamanı cəmi onunla birlikdə 3 nəfər şəxs olmuşdur. Mübahisədən sonra isə atası gəlmişdir. Fəyadla ilk öncə aralarında sözlə mübahisə başlamışdır. Daha sonra isə əlbəyaxa mübahisələri başlamışdır. Əlbəyaxa mübahisələrindən sonra atası gəlib onu götürüb evə aparmışdır. Hadisə vaxtı nə bıçaq, nə də ki bıçaqla vurulmağını görməmişdir. Fəyadla əlbəyaxa mübahisə etsələr də, bədənində digər xəsarətlər olmamışdır. Əlbəyaxa mübahisə zamanı qoluna, bədəninə yumruq dəysə də xəsarət almamışdır. O da Fəyada xəsarət yetirməmişdir. Əlbəyaxa zamanı sadəcə qollarını birbirindən tutub güləşmişlər. Fəyadla qolları ilə tutuşub dalaşmışlar. Fəyadla dava-dalaş etsələr də, heç biri xəsarət almamışdır. Fəyadla güləş formasında qolları ilə tutuşub dalaşmışlar. Bədənində nə cür xəsarət olduğunu, bədəninə yad bir əşyanın girdiyini hiss etməmişdir. Mübahisəyə atası gəlib onları aralamışdır. Atası onları aralayanda da bıçaq görməmişdir. O, Fəyadla ancaq qolları ilə tutuşmuşlar. O, Fəyadla bir kənddə yaşayır, bir kəndçidirlər. Eyni kənddə bir-birilərinə yaxın qalırlar. Fəyadla aralarında narkotiklə bağlı heç bir söhbət olmamışdır. Fəyad xəstəxana xərcləri ilə bağlı ona köməklik etmişdir. Fəyad barəsində heç biri şikayət, tələbi yoxdur, barışmışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 dekabr 2023-cü ildə Binəqədi RPİ-nin 43-cü PB-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuşdur. O və polis əməkdaşı Kazımov Tural dərhal əməliyyat qrupu təşkil edərək təqsirləndirilən şəxs F.X5 küçəsi 14 ünvanında saxlayaraq Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış nəticəsində sonuncunun üzərindən psixotrop maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkarlanan maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat xx.xx.2023-cü il tarixdə, gecə saatlarında daxil olmuşdur. Onlara Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir etirazının olmasını xatırlamır. Onlar Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Mikayıl Ələkbərov 14 ünvanında yerləşən həyət evləri ilə əhatə olunmuş ara məhlədə saxlamışlar. Təqsirləndirilən şəxs sonuncunun yaşadığı ev ünvanına yaxın ərazidə saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldığı yer Bakı şəhəri, Binəqədi rayonunda yerləşən məsciddən aralı olmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu tək olmuşdur. O, Təqsirləndirilən şəxs saxlanılma əməliyyatında iştirak etmişdir. Psixotrop maddə Təqsirləndirilən şəxs cibindən aşkarlanmışdır. Onlar Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-yə daxil olan məlumata əsasında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılmazdan əvvəl barəsində başqa hadisə ilə bağlı Binəqədi RPİ-nin 43-cü PB-də məlumat olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onlar Təqsirləndirilən şəxs saxlamazdan öncə ona sonuncunun kiməsə xəsarət yetirməsi ilə bağlı məlumat daxil olmamışdır. Onlar Təqsirləndirilən şəxs saxlamazdan öncə Binəqədi RPİ-nin 43-cü PB-yə sonuncunun kiməsə xəsarət yetirməsi ilə bağlı məlumat daxil olub-olmamasını bilmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir və ifadəsinə heç bir əlavəsi yoxdur. Hadisə təxminən dekabr ayında baş verdiyini xatırlayır. Təqsirləndirilən şəxs Binəqədi rayonu, Mərkəz adlanan yerdə yerləşən məscidin yanında yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxışlaşıb üzərində narkotik vasitə olub-olmaması ilə bağlı yaxınlaşdıqlarını bildirdikdən sonra sonuncunu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Binəqədi RPİ-nin 43-cü PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən narkotik vasitə aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs gecə 02:00- 03:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında saxlamışlar. Daxil olmuş məlumat əsasında yaradılmış qrupun üzvü olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı yaradılmış qrupun rəhbəri deyildi, sadəcə iştirakçı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı yaradılmış qrupun rəhbəri olmamışdır. Təqsirləndirilən şəxs saxladıqları vaxt əməliyyat müvəkkili vəzifəsində işləyirdi. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin keçmiş polis əməkdaşı Şahid1lə birgə saxlamışlar. Şahid1 hal-hazırda DİO-da başqa xidmətdə çalışır, amma Təqsirləndirilən şəxs saxladıqları vaxt isə əməliyyat müvəkkili vəzifəsində işləyirdi. Təqsirləndirilən şəxs saxladıqları vaxt heç bir narazılıq, etiraz bildirməmişdir. Təqsirləndirilən şəxs yaxınlaşdıqda ilk öncə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı saxladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb nə üçün saxladıqlarını bildirdikdən sonra sonuncu qaçmağa cəhd göstərməmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra birbaşa Binəqədi RPİ-nin 43-cü PB-yə gətirmişlər, daha sonra isə təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərində video çəkilişlə aparılan şəxsi axtarışda iştirak etmiş və sonuncunun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Binəqədi RPİ-nin 43-cü PB-də Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs saxladıqları yerin ünvanı tam yadında deyil, amma məscidin yanında saxlamaqları yadındadır. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində yaşadığı məhəllədə yerləşən marketdən qayıdırmış. Həmin vaxt yaxınlıqda yaşayan Fəyad və övladı Cəlil adlı şəxslərin bir-birindən tutduqlarını və mübahisə etdiklərini görmüşdür. Əslində Fəyad adlı şəxsi məhəllədə Rəşad deyə çağırırlar, amma əsl adı Fəyaddır. Fəyad və Cəlili ayırmağa çalışan, üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxs də var idi. O vəziyyəti belə gördükdə oraya yaxınlaşmış və Cəlillə Fəyadı ayırmış, bundan sonra övladı Cəlil heç nə demədən evə getmişdir. O isə Fəyad və digər üzdən tanıdığı, lakin adını bilmədiyi oğlanla birlikdə orada qalmışlar. Həmin vaxt Fəyad və digər üzdən tanıdığı, lakin adını bilmədiyi digər oğlan onun yanında qalmışlar. Onlar ondan siqaret istəmişlər və o da hər birinə siqaret vermişdir. Onlar üçün siqareti orada çəkmiş, bu vaxt onlardan mübahisə barədə heç nə soruşmamış və bildirmişdir ki, mehriban olmaq, bir-birinin sözünə qulaq asmaq lazımdır. Həmin adamlar heç bir söz deməmişlər və o da siqareti çəkib qurtardıqdan sonra evə getmişdir. Evə gələndə görmüşdür ki, Cəlilin üzəri qandır. Cəlildən nə baş verdiyini soruşduqda Cəlil demişdir ki, Fəyad məni bıçaqla vurdu. Səbəbini soruşduqda Cəlil demişdir ki, Fəyad uca səslə nalayiq ifadələr işlətdiyi üçün ona irad bildirmiş və aralarında mübahisə yaranmışdır. O bildirmişdir ki, ciddi xəsarət ola bilər, ona görə də xəstəxanaya getmək lazımdır. Dərhal TTYS-ə zəng etmiş və X14 maşını gəlib Cəlili müayinə etmiş, məlum olmuşdur ki, Cəlilin xəsarəti ciddidir, daha sonra isə Cəlili 1 saylı X11 aparmışlar. Orada Cəlili əməliyyat etmişlər. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə işdə olmuşdur. Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır. Oğlu müharibədən əvvəl qəssab işləmişdir. Hadisə günü o, işə getmişdir. Oğlu da onunla birlikdə evdən çıxıb əvvəllər birlikdə qəssab işlədiyi oğlana kömək etməyə getmişdir. O, axşam evə gələndə Təqsirləndirilən şəxs artıq evdə olmuşdur. Evə gələndən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs zəng gəlmişdir. Təqsirləndirilən şəxs ona 1 saat yarıma evə qayıdacağını bildirmişdir. Təqsirləndirilən şəxs evə qayıtmış, amma qayıdandan sonra narahat görsənmişdir. O da oğlundan nə üçün narahat görsəndiyini soruşmuşdur. Təqsirləndirilən şəxs məhəllədə Əmrulla adlı dostu ilə dayanıb söhbət etdiyi vaxt Cəlil adlı şəxsin evdən çıxaraq “evimin qabağında nə anqırırsız, gedin öz evinin qarşısında anqırın” deyərək onlara irad bildirərək getdiyini, 3-4 dəqiqədən sonra geri qayıdaraq yenidən irad bildirdiyini demişdir. Daha sonra oğlu Cəlilə söhbət etdikləri yerin onların da məhəllələri olduğunu və çıxıb gedəcəyini bildirmişdir. Oğlunun bu sözündən Cəlil əsəbləşmiş, nalayiq sözlər səsləndirmiş və oğlunu birinci vurmuşdur. O, Təqsirləndirilən şəxs qulağındakı problemlərlə bağlı müalicələr etdirmişdir. Təqsirləndirilən şəxs evdə biraz oturub yeyibiçdikdən sonra saat 23:00 radələrində sonuncuya zəng gəlmişdir. Oğlu danışığını bitirdikdən sonra ona bayaq danışdığı, mübahisə etdiyi Cəlil adlı şəxsin zəng etdiyini demişdir. Oğlu mübahisə vaxtı üzərində olan dırnaq kəsən ölçüsündə olan bıçaqla Cəlilə xəsarət yetirdiyini, Cəlilin həkimə getdiyini və bununla bağlı polislərin gələ biləcəyini bildirdirmişdir. O da oğluna qorxacaq heç nəyin olmadığını demişdir. Gecə 02:00 radələrində Təqsirləndirilən şəxs yerindən durub ondan yemək istəmişdir. O da yeməyin soyuducuda olduğunu, yeməyi özü qızdırıb yeməsini demişdir. O, həmin vaxtı artıq oyaq olmuşdur. Təqsirləndirilən şəxs onun sözü ilə yeməyi soyuducudan çıxardıb qızdırıb yemişdir. Oğlu mətbəxdə olanda evin işıqları sönmüş və oğlu ondan anidan işıqların niyə söndüyünü soruşmuş amma o, oğlunun sualına fikir verməmişdir. Oğlu mətbəxdən digər otağa keçəndə 2 nəfər şəxsin darvazanın üstündən içəri baxdığını demişdir. Oğlu baş vermiş hadisəni ona danışanda polis əməkdaşlarının gec-tez sonuncunun dalınca gələcəklərini demişdir. Evlərinin işıqları söndükdən sonra qonşu evin işıqlarına baxmış, amma qonşunun evinin işıqlarının yandığını görmüşdür. 2 nəfər şəxsin darvazadan boylanıb baxmaqları görünmüşdür. Təqsirləndirilən şəxs darvazadan baxan şəxslərə evin işıqlarını yandırmaqlarını bildirmişdir. Həmin şəxslər isə oğlundan evin qapısının açmasını istəmişlər. Təqsirləndirilən şəxs ilk öncə həmin şəxslərdən evin işıqlarının yandırılmasını istəmiş və işıqları yandırdıqları təqdirdə evin qapısının açaçağını demişdir. Həmin şəxslər Təqsirləndirilən şəxs evin qapısı açmağını istəmişlər. Cinayət işində oğlu Təqsirləndirilən şəxs cibindən narkotik vasitə aşkar olunduğunu qeyd olunmuşdur. Polis əməkdaşlrının gələcəyini bilən şəxs üzərində narkotik vasitə olsa belə həmin maddəni ya gizlədər, ya da ki tullayar. O, Təqsirləndirilən şəxs qapını açmamağı tapşırmış, amma Təqsirləndirilən şəxs heç nə etmədiyi üçün qapını açacağını demişdir. Qapını açanda həyətdə 12-15 nəfər adamın və 2-3 ədəd avtomobilin gözlədiyini görmüşdür. Qapını açdıqdan sonra içəriyə 2 nəfər polis əməkdaşı daxil olmuşdur. Polis əməkdaşlarından biri Təqsirləndirilən şəxsla üzbəüz əyləşmiş, digəri isə ayaq üstə Təqsirləndirilən şəxs yanında durmuşdur. Gələn şəxslər Təqsirləndirilən şəxsla baş verən hadislərdən biraz danışdıqdan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da məsləhət olduğu təqdirdə getməyinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs əynində həmin vaxtı yuxudan yeni oyandığı üçün nazik paltar olmuşdur. O, gələn şəxslərə Təqsirləndirilən şəxs qalın paltar vermək üçün gözləməklərini xahiş etmiş və gedib evdən ağ rəngli qalın köynək götürmüşdür. Köynəyi gətirəndə gələn şəxslər və Təqsirləndirilən şəxs olmamışlar. Paltarı vermək üçün çölə çıxmış və Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında oturduğunu görmüşdür. Avtomobildə Təqsirləndirilən şəxs sağ və solunda qapılarına gələn şəxslər əyləşmişlər. O da məcbur qalıb köynəyi avtomobilin sürücüsünə vermişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, ailəsi ilə birlikdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi 34 ünvanında yaşayır. Hadisə günü, hadisə olandan sonra oğlu evdə olmuşdur. Təqsirləndirilən şəxs hadisə günü saat 22:00-dan gecə saat 02:00-dək evdə olmuşdur. Hadisə vaxtı oğlunun yanında Əmrulla adlı dostu da olmuşdur. Müharibədən sonra oğlunun başında xəsarət olmuş, qulaqları partlaq olmuş, çətin eşitmişdir. Hətta oğlunu özü belə tanıya bilməmişdir. Nə qədər müalicə etdirsə də, müalicələri kömək etməmiş, amma marixuana çəkəndən sonra rahatlaşmış, yaxşı olmuşdur. Təqsirləndirilən şəxs müharibədən sonra evdə və həkim yanında müalicələr etdirmişdir. ünvan 8 ünvan ilə ünvan 9 məsafə olmuşdur. Hadisə vaxtı zərərçəkmiş şəxslə hadisədən sonra sonuncuya nə olduğu barədə maraqlanmamışdır. Ana olaraq oğlundan narahat olduğu üçün polis əməkdaşları evlərinin qapısına gələndə qapını açmamağı tapşırmışdır. Narkotik vasitə marixuananın istifadəsi ilə bağlı həkimlə də məsləhətləşmişlər və həkim xəstəni rahatlaşdırdığı təqdirdə heç bir etiraz bildirməmişdir. Narkotik vasitə marixuananın qadağa olunmuş vasitə olduğunu bilməmiş, sadəcə oğlu ağrılarına kömək olduğu üçün istifadə etmişdir. Müalicə əsasında yazılan dərmanların heç biri təsir etmirdi. Hadisə təxminən 2023-cü ilin dekabr ayının 13-dən 14-nə keçən gün olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunması faktı əsasında CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi bildirilmişdir. (l cild i.v. 2) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşıması barədə Binəqədi RPİ-nin 43-cü PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 3-4) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:40-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 02:30-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 20-21) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə nə olduğu soruşulduqda o, həmin bükülüdə “patı” olduğunu, həmin “patını” dünən günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, “Məscidin” yanında tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü tərəzinin üstünə qoyulmuş və onun çəkisi “0,86” qram müəyyən edilmişdir. (l cild i.v. 31-32, 98) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/6377 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, iştirak etdilər: üç-imza, Tərtib etdi: Nahid Məmmədov-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 0,765 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ cild i.v. 43-47) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 59-60) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1202/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 03:40-dan hesablanmışdır. (İ cild i.v. 82-86) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 101) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 xx.xx.2023-cü il tarixli, 2370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır. (İ cild i.v.112-114) xx.xx.2024-cü il tarixli maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında qərardan və xx.xx.2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 126.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,765 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 0,715 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (İ cild i.v. 115-116, 186-199) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X12 Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 52 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. (İ cild i.v.118-119) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 xx.xx.2024-cü il tarixli, 490 nömrəli rəyindən görünür ki, C.A.Tağıyevin bədənində aşkar olunmuş xəsarət - sağ tərəfli döş arteriyasının kəsilməsi ilə əlaqədar baş vermiş hemotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X13” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə saat 23:47-dən bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. C.A.Tağıyevin bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi. (İ cild i.v.138-142) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CMin 234.1-ci maddəsindən həmin Məcəllənin 126.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 143) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 145-146) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-165/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2024cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(001)-233/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 168-172, 242-245) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. (İ cild i.v. 173-177) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. (İ cild, i.v. 178) 0361031 saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tərtər Ağdərə istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. (İ cild, i.v. 180-182) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 hüquqi Şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 534 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhküləliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild, i.v. 183-185) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 205-207) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sol saidin ön, sol bazunun yan tərəfində və qarının ön divarında çox saylı köhnə çapıq toxuma müşahidə olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hallarla bağlı, yəni polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə, təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı araşdırma aparılıb-aparılmaması, araşdırma aparılmadığı halda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi hallar barədə araşdırma aparılmasına dair Binəqədi Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğundan məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma ilə sonuncunun polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində CM-in 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün 1860-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. İ-12707 və İ-92677 saylı Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs neyro-sirkulyator distoniya xəstəliyindən əziyyət çəkir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmağa görə CM-in 126.2.4-cü maddəsi ilə və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etməyə, saxlamağa və daşımağa görə CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir. Belə ki, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs dostu ilə yaşadığı evin yaxınlığında uca səslə danışdığını eşidən Zərərçəkmiş şəxs öz iradını bildirərək ucadan danışmamasını tələb etmiş, bir qədər sonra yenə uca səslə danışdıqlarını eşidən Zərərçəkmiş şəxs sərt formada nalayiq ifadələr işlətməklə Təqsirləndirilən şəxs öz iradını bildirərək ucadan danışmamasını tələb etmiş, sonuncunun bu şəkildə iradını qəbul etməyən Təqsirləndirilən şəxs ona öz narazılığını bildirmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sərt formada nalayiq ifadələr işlətməsinin nəticəsi olaraq cinayət hadisəsi baş vermişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı sonuncuya ağır xəsarət yetirilməsi ilə nəticələnmiş mübahisənin konkret halda faktiki olaraq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi söyməsi nəticəsində başlanması Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə törətməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən özünün şəxsiyyətini sonuncunun və həmin yerdə olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymasını vurğulanmış, eyni zamanda, təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin verdikləri ifadələrdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə vurmasına dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmu halında Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. İş materialları və məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında münaqişə məhz sonuncunun Təqsirləndirilən şəxs nalayiq ifadələrlə söyməsi səbəbindən başlanmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin xuliqanlıq niyyəti olması öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından da görünür ki, hazırkı cinayət işi ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə başlanılmış, xx.xx.2024-cü il tarixdə əsaslı olaraq CM-in 126.1 və 234.1-ci maddələrinə tövsif edilmiş və həmin tarixli qərarla Təqsirləndirilən şəxs CM-in 126.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin ibtidai istintaqın yekun mərhələsində - xx.xx.2024-cü il tarixli qərarla yetərli hesab olunacaq mötəbər sübutlar əldə olunmadan Təqsirləndirilən şəxs əməli CMin 126.2.4 və 234.1-ci maddələrinə tövsif edilsə də bu kifayət qədər əsaslandırılmamışdır. Həmin ittiham elan edildikdən sonra ibtidai istintaq orqanı tərəfindən sonrakı müddət ərzində toplanmış sübutlar əsasən ekspert rəylərindən ibarətdir ki, bu rəylərində heç biri Təqsirləndirilən şəxs ağır xəsarəti məhz xuliqanlıq niyyəti ilə yetirməsinin təsdiqinə yönəlməmişdir. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarından görünür ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarında xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmədə dindirilmiş zərər çəkmiş şəxsin verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxsgil uca səslə danışdıqlarından o, sonunculardan sakit danışmaqlarını xahiş etmiş, sonuncular da ona aşağı səslı danışacaqlarını bildirmişdir. Mağazadan qayıtdıqdan sonra Fəyadgilin yenə uca səslə danışdıqlarını eşidib sərt qaydada nalayiq sözlərlə Fəyada iradını bildirmiş, sonuncu da ona ünvanladığı nalayiq sözlərə görə qıcıqlanmış və ona ucadan cavab qaytarmış, sonra isə əlbəyaxa davaları olmuşdur. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin verdiyi ifadələrdən görünür ki, zərər çəkmiş şəxs evdən çıxaraq onlara yaxınlaşıb iradını bildirərkən o da sonuncuya gedəcəyini bildirmiş, zərər çəkmiş şəxs 2-3 dəqiqədən sonra marketdən qayıdanda yenidən onlara iradını bildirmiş, zərər çəkmiş şəxs bu səfər iradını bildirərkən artıq ifadələr, ailə üzvləri barədə nalayiq sözlər səsləndirmiş, o da öz növbəsində zərərçəkmiş şəxsə öz iradını bildirmiş, sonra isə zərər çəkmiş şəxslə əlbəyaxa dava etməyə başlamışlar. Zərər çəkmiş şəxs ona yumruq atanda isə əsəbləşib ona bıçaqla xəsarət yetirmişdir. Zərər çəkmiş şəxs onun ünvanına nalayiq sözlər işlətməsə idi belə hadisə olmayacaqdı. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrindən görünür ki, hadisənin başvermə səbəbi kimi məhz zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs özünə və ailə üzvlərinin ünvanına sərt formada nalayiq ifadələr işlətməsi olmuşdur. Göründüyü kimi hadisə səbəbsiz və özünün şəxsiyyətinin digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq deyil, şəxsi münasibətlər zəminində, zərər çəkmiş şəxsin səhv əməlləri ilə şərtləndirildiyindən əməl xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, Binəqədi RPİ-nin 43-cü PB-də polis əməkdaşları tərəfindən fiziki, psixoloji təsirlərə və təzyiqlərə məruz qalması və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qəsdən sağlamlığa ağır zərər vurması və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri, məhkəmə sorğusu əsasında Bakı İstintaq Təcridxanasından cavab məktublar, onlara əlavə olunmuş sənədlər, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı, yəni şəxsi münasibətlər zəminində insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşımasına dair ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Eyni zamanda müdafiə tərəfinin vəsatət ilə dindirilmiş şahid X1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə həmin ifadəyə də tənqidi yanaşır və hesab edir ki, şahidin Təqsirləndirilən şəxs anası olması onun xeyrinə məhkəmədə ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və ona 126.1, 234.1-ci maddələr ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 126.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətdir, CM-in 126.1ci maddəsində nəzərdə tutulan əməl ağır, CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayət hesab olunur. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 126.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 126.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.12, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, gənc olmasını, 44 günlük Vətən müharibəsində iştirak etməsini, onun “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, xəstəlikdən əziyyət çəkməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi 126.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:40-da şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 02:30-da tutulmuş hesab edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 03:40-dan hesablanmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrini tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 92 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 0,715 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 240 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 0,715 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin əks olunduğu 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar