Məhkəmə qərarları › İş №1(101)-1687/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1687/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1687/2022 10.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Qanunçuluq» Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam şəhəri Füzuli küçəsi, ev 9-da qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,013 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 2,668 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdikdən sonra aralarında olan cinayətkar razılaşmaya görə o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və şəxsiyyəti istintaqa məlum olmayan qeyrisindən ibarət qrup üzvlərinin satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri həmin çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini daşıyaraq əvvəlcədən təyin olunmuş Abşeron rayonu Xırdalan şəhəri, «Heydər Əliyev» adına istirahət parkından 24 aprel 2022-ci il tarixdə, saat 20:00 radələrində əldə edib üzərində daşıyaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış, 25 aprel 2022-ci il tarixdə saat 20.15 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşadığı nömrəsiz evin qarşısında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə gətirilmiş və həmin gün saat 21.40 dəqiqədə üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd bükümdə, təmiz çəkisi 0,013 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 09 ədəd bükümdə sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,269 qram, 0,308 qram, 0,583 qram, 0,292 qram, 0,260 qram, 0,275 qram, 0,320 qram, 0,303 qram və 0,058 qram olmaqla ümumi təmiz çəkisi 2,668 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narkotik vasitə və psixotrop maddələrin satışı prossesində istifadə edilən, səthində narkotik vasitə heroinə məxsus izlər olan 6x11 sm ölçüdə gümüşü rəngli 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Arif oğlu ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən il yarım bundan əvvəl narkotik vasiələrdən istifadə etməyə başlamışdır. Heroini damara vurmaq, metamfetamini isə yandırıb çəkmək yolu ilə istifadə etmişdir. 25 aprel 2022-ci il tarixdə, saat təxminən 20 radələrində yaşadığı evdən küçəyə çıxıb piyada gəzməyə başlamışdır. Bu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış, sonuncular ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, onu Binəqədi RPİ-nin 40-cı polis bölməsinə aparmışlar. Orada video çəkiliş vasitəsi ilə üzərində axtarış aparılmışdır. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 09 bükümdə saxladığı narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Whatsapp vasitəsilə əlaqə saxladığı tanımadığı İran İslam Respublikası vətəndaşının vasitəsilə, sonuncu tərəfindən qoyulmuş yerdən 24 aprel 2022-ci il tarixdə, səhər saatlarında götürdüyünü, əvəzində sonuncunun kart hesabına 100 manat pul göndərdiyini bildirmişdir. Sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə onun tərəfindən imzalanmışdır. Bundan sonra onun yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi nömrəsiz fərdi evə baxış keçirilmiş, lakin oradan heç nə aşkar edilməmişdir. Saxlanılarkən, polis bölməsinə gətirilərkən və üzərində axtarış aparılarkən heç bir təsir və təzyiqə məruz qalmamışdır. Heç kimlə qabaqcadan əlbir olmamış, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istiadəsi üçün əldə etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Bölməyə Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə bölmə rəhbərliyinə raportla məlumat verilmiş və bölmənin digər əməliyyat müvəkkili Şahid2 rəhbərliyi və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə, saat 20:15 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılmış və bölməyə aparılmışdır. Orada xidməti otaqların birində bölmənin təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Sonuncu təhqiqatçının təklifindən sonra əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 10 ədəd sellofan bükümləri və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, bükümlərdən 9-da narkotik vasitə heroin, 1-də isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyəti kəsb edən başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümləri 24 aprel 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşının vasitəsilə qoyulmuş yerdən əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş bükümlər kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və imzalanmdır. Sonda baxışın nəticələrinə dair protokol tərtib edilmiş və protokolda göstərilənlərin doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 2-ci vərəqindəki 25 aprel 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə, edib saxladığı və üzərində daşıdığı bildirilmiş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi, dövriyyədən çıxarılması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin rəhbərliyindən xahiş edilmişdir. İşin 29-31-ci vərəqlərindəki «şəxsi axtarış və götürülmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən «Samsung Galaxy J7» markalı 01 ədəd mobil telefon, həmin şalvarın sağ yan cibindən 09 ədəd şəffaf sellofan büküm, 01 ədəd ağ rəngli kağız büküm və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs 09 ədəd şəffaf sellofan bükümdəki maddənin narkotik vasitə heroin, 01 ədəd ağ rəngli kağız bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, ümumilikdə 10 ədəd bükümdəki maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşının ona göndərdiyi kart hesabına 100 manat pulu köçürdükdən sonra 24 aprel 2022-i il tarixdə saat 20.00 radələrində Abşeron rayonu Xırdalan şəhəri, «Heydər Əliyev» adına istirahət parkında əvvəlcədən təyin edilmiş yerdən əldə etdiyini bildirmişdir. İşin 101-103-cü vərəqlərindəki 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Binəqədi Rayon Polis İdarəsinin Kriminalistik Tədqiqatlar Qrupunun inspektor kriminalisti, baş leytenantı X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından əvvəl ona qanunla qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmiş, o, 10 ədəd sellofan bükümləri təqdim edərək doqquzunda narkotik vasitə olan heroin, bir bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək, masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin, istintaq üçün sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdəki kütlələrdən birinin narkotik vasitə heroin, digərinin isə psixotrop maddə olan metamfetamin olduğunu, 24 aprel 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Materialların məhkəmə ekspertizasının 26 aprel 2022-ci il tarixli 6/2392 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N234» dairəvi möhür əksi «imza Dərgahov...» yazı və imzalar olan zərfdə 9 ədəd bükümdə, 9 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,269 qram, 0,308 qram, 0,583 qram, 0,292 qram, 0,260 qram, 0,275 qram, 0,320 qram, 0,303 qram və 0,058 qram olmaqla ümumi çəkisi 2,668 şram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir, 1 ədəd bükümdə təmiz çəkisi 0,013 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd 6x11 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 iyun 2022-ci il tarixli 3361 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə psixiatrik ekspertizasının 06 iyun 2022-ci il tarixli, 1442 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onlan idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparmasına imkan verir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 129-133-cü vərəqlərindəki qərar və raportdan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş gümüşü rəngli 01 ədəd siqaret kağızı bükümündə 0,013 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin (tədqiqatdan sonrakı çəkisi 0,003 qram), ağ rəngli 09 ədəd şəffaf sellofan bükümündə külli miqdarda 2,668 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin (tədqiqatdan sonrakı çəkisi 2,488 qram), narkotik vasitə və psixotrop maddələrin satışı prossesində istifadə edilən, səthində narkotik vasitə heroinə məxsus izlər olan 6x11 sm ölçüdə gümüşü rəngli 01 ədəd elektron tərəzi və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD disk maddi sübut kimi tanınmış, narkotik maddə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, bir ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 138-ci vərəqindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 19-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs Arif oğlu 25 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki şəxsiyyət vəsiqələrinin surətlərindən surətindən görünür ki, Təqsirləndirilən şəxs Arif oğlunun himayəsində 15 dekabr 2012-ci il təvəllüdlü Zəhra Dərgahova və 18 may 2015-ci il təvəllüdlü Dərgahlı Sirac adlı iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Arif oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs Arif oğlu məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, həmin hissədə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Arif oğlunun əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Arif oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Arif oğlunun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Arif oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Arif oğlu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş gümüşü rəngli 01 ədəd siqaret kağızı bükümündə 0,013 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin (tədqiqatdan sonrakı çəkisi 0,003 qram), ağ rəngli 09 ədəd şəffaf sellofan bükümündə külli miqdarda 2,668 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin (tədqiqatdan sonrakı çəkisi 2,488 qram), narkotik vasitə və psixotrop maddələrin satışı prossesində istifadə edilən, səthində narkotik vasitə heroinə məxsus izlər olan 6x11 sm ölçüdə gümüşü rəngli 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs Arif oğlundan dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Arif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Arif oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Arif oğluna narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş gümüşü rəngli 01 ədəd siqaret kağızı bükümündə 0,013 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin (tədqiqatdan sonrakı çəkisi 0,003 qram), ağ rəngli 09 ədəd şəffaf sellofan bükümündə külli miqdarda 2,668 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin (tədqiqatdan sonrakı çəkisi 2,488 qram), narkotik vasitə və psixotrop maddələrin satışı prossesində istifadə edilən, səthində narkotik vasitə heroinə məxsus izlər olan 6x11 sm ölçüdə gümüşü rəngli 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs Arif oğlundan dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar