Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1688/2022 10.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı3 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərər çəkmiş şəxsin hüquqi varisi X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və rus-azərbaycan dilləri üzrə tərcüməçi X2 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1975-ci il tarixdə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evlihimayəsində bimr nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Rustavi şəhəri, 15-ci MKR, ev 16, mənzil 59-da qeydiyyatda olan və ünvan 1 ünvanında müvəqqəti qeydiyyata alınmaqla yaşayan, 13 iyun 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə, saat 13:25-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrinin tələblərini pozub Azərbaycan Respublikası ərazisində sürücülük hüququ olmadan etibarnamə əsasında texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi «Mercedes-Benz 320» markalı, Az **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ilə Ağ şəhər istiqamətinə doğru 50-60 km/saat sürətlə hərəkətdə olarkən 8 noyabr prospekti, 67 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yolun hərəkət hissəsində qırıq xəttin üzərində dayanmış vəziyyətdə olan piyadaları nəzərə alaraq ondan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçərək yanından keçib getməli, bu qaydalara riayət etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, idarə etdiyi avtomobilin qabaq ön hissəsi ilə yolu keçmək üçün yolun hərəkət hissəsində olan qırıq xəttin üzərində dayanmış piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmuş, nəticədə ehtiyatsızlıqdan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 kəskin və çoxlu qanitirmə, travmatik və hipovelamik şok, ürəkdə cox saylı minakov ləkələri, daxili üzvlərin azqanlığı ilə müşayiət olunan çanaq nahiyəsində geniş ölçülü hematoma ilə qeyd olunan çanaq və hər iki qasıq sümüklərinin iri və xırda qəlpəli çox saylı qapalı sınıqları, başın sağ alın nahiyəsində əzilmiş səthi dəri yaraları, sağ bazu, qarın, sol sağrı, hər iki bud, hər iki diz və sol aşıq-baldır oynaqları nahiyələrində qançırlar, sağ əl, sağ aşıq-baldır oynağı, sağ ayağın İ-İV barmaqları nahiyələrində sıyrıqlar ilə nəticələnən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuraraq xx.xx.2022-ci il tarixdə ölməsinə, həmçinin Zərərçəkmiş şəxs1 sol üz göz qapağının, alt dodaq, dil nahiyəsinin cırılmış yaraları, hər iki almacıq, burun, əng və üst çənə sümüklərinin yerinidəyişən sınıqları, üst çənədə dişlərin pataloji hərəkətliliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, o cümlədən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 27 aprel 2022-ci il tarixdə, saat 13 radələrində yaşadığı evdən tək çıxaraq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə üzü Xətai rayonu, A.Cəlilov küçəsi istiqamətində idarə etdiyi «Mercedes-Benz 320» markalı, Az **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 50-55 km/saat sürətlə yolun sağ tərəfdən 2-ci hərəkət zolağında hərəkətdə olmuş, həmin vaxt qarşısında tanımadığı avtomobillər hərəkət etmişdir. Həmin ərəfədə yolda təmir işləri getdiyindən yolun təmir hissəsində hərəkətin intensivliyi nisbətən azalmış, təmir gedən yeri keçdikdən sonra isə intensivlik artmışdır. Onun avtomobilindən öndə hündür avtomobil olduğundan irəlini görməsi məhdud şəkildə olmuşdur. O, avtomobili ilə sola doğru 2-ci hərəkət zolağına çıxan zaman qarşısında yolun orta hissəsində qırıq xəttin üzərində dayanmış vəziyyətdə 2 nəfər qara rəngli paltar geyinmiş qadınları avtomobilinin ön hissəsi ilə ehtiyatsızlıqdan vurmuşdur. Həmin vaxt həyacanlı olduğu üçün avtomobili yolun sağ kənar hissəsinə çəkərək saxlayıb, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 köməklik edərək tanımadığı vətəndaşlarla birlikdə yolun kənarına çəkmişlər. Bundan sonra, ətrafda olan şəxslərdən X9 çağırmalarını xahiş etmiş, X9 briqadası gəldikdən sonra onları 1 saylı KTM-ə aparmışlar. Orada ilkin tibbi yardım göstərildikdən sonra Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs1 Bakı şəhər 1 saylı KTM-dən çıxararaq «Medera Hospital»a yerləşdirmişlər. xx.xx.2022-ci il tarixdə, saat 07 radələrində Zinada İbrahimovanın sağlamlıq durumu yaxşı olmadığı üçün həyat yoldaşı Möhbalı İbrahimovun razılığı ilə yaşadığı evə aparılmışdır. Evə gətirildikdən təxminən 10- 15 dəqiqə sonra o, evdə dünyasını dəyişmişdir. O, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanunun 35-1-ci maddəsində göstərilmiş, yəni xarici ölkə vətəndaşı olaraq vətəndaşı olduğu ölkədə əldə etdiyi sürücülük vəsiqəsini Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aldığı gündən bir ay müddətində dəyişdirməklə bağlı qanunun tələblərini bilməmiş və bu barədə ona bildirən olmamışdır. Belə bir qanunun olduğunu biləcəyi təqdirdə, dərhal sürücülük vəsiqəsini dəyişdirəcəkmiş. Təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, hadisə bir anda baş vermiş, zərər çəkmiş şəxsləri yolda görən kimi əyləci basmış, lakin gec olmuşdur. Törətdiyi əmələ görə peşman olmuş, həmçinin həm mərhum zərər çəkmiş şəxsin dəfn xərcləri, həm də digər xərclər qarşılanmış, zərər çəkmiş şəxsin hüquqi varisi ilə, o cümlədən digər zərər çəkmiş şəxslə də barışıq əldə olunmuş, ona qarşı heç bir şikayət və tələb qalmamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X4 ifadəsində göstərdi ki, xx xxxxxx 1974-cü il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs2 onun həyat yoldaşı, Zərərçəkmiş şəxs1 isə kiçik qızıdır. Zərərçəkmiş şəxs2 ilə 1997-ci ildə faktiki ailə həyatı qurmuş, lakin 26 fevral 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan 2 övladı olmuşdur. 27 aprel 2022-ci il tarixdə, saat 07 radələrində yaşadığı evdən çıxaraq gündəlik işlədiyi tikinti sektorunda usta kimi Bakı şəhəri, Nizami rayonu ərazisinə işləməyə getmişdir. Həmin gün saat 13 radələrində tanımadığı bir nəfər şəxs onun mobil nömrəsinə zəng edərək yaşadığı evin yaxınlığında, yəni Xətai rayonu, 8 noyabr prospekti 67 ünvanında yerləşən “Bəh-bəh” restoranının qarşısında avtomagistral yolda həyat yoldaşı Zərərçəkmiş şəxs2 və kiçik qızı Zərərçəkmiş şəxs1 «Mercedes-Benz» markalı avtomobillə ehtiyatsızlıqdan vurulduğunu bildirmişdir. O, işdən çıxaraq dərhal hadisə yerinə, oradan isə yaşadığı evə gəldikdə həyat yoldaşı ilə qızının 1 saylı KTM-ə aparıldığı bildirilmişdir. Dərhal 1 saylı KTM-nə getmiş, orada yoldaşının və qızının səhhəti ilə maraqlandıqdan sonra onların hər ikisini «Medera Hospital»a, yəni özəl xəstəxanaya aparılmasını xahiş etmişdir. Hər iki şəxs «Medera Hospital»a aparıldıqdan sonra həyat yoldaşının vəziyyətinin ağır olduğunu görüb, onun yaşamayacağına tam əmin olduqdan sonra hospitalda ərizə yazaraq yoldaşının evdə dünyasını dəyişməsi üçün evə buraxılmasını xahiş etmişdir. Qızı isə həmin hospitalda müalicə olunmuşdur. Xahişini eşitdikdən sonra hosptalın təcili tibbi-yardım avtomobili ilə yoldaşını evə aparmış, evə gəldikdən 10-15 dəqiqə sonra isə həyat yoldaşı vəfat etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X4 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən onlara yardım göstərilmişdir. İş üzrə Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 27 aprel 2022-ci il tarixdə, saat 07 radələrində atası yaşadığı evdən çıxaraq gündəlik işlədiyi iş yerinə getmişdir. Həmin gün saat 13 radələrində anası Zinaida Məhəmmədsadiqovna ilə birlikdə ona üst geyimləri almaq üçün Bakı şəhəri, Nizami rayonu ərazində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən paltar mağazalarına baxmaq qərarına gəlmişlər. Yaşadıqları evdən çıxaraq üzü «8 noyabr» prospektinə doğru piyada hərəkət etməyə başlamış, “Bəh-Bəh” restoranının yanından «8 noyabr» prospektində yerləşən avtomobil yoluna çıxmışlar ki, üzü “Nargilə” dairəsi istiqamətinə gedən yola tərəf keçərək sərnişin avtobusu ilə qeyd etdiyi ünvana gedə bilsinlər. Lakin avtomobillər keçdikdən sonra yolu keçə bilsinlər deyə, üzü Bakı şəhər mərkəzi istiqamətinə tərəf 4 zolaqlı avtomobil yolunun 2-ci zolağı 3-cü zolaqdan ayıran qırıq xəttin üzərində dayanıb “Nargilə” dairəsi istiqamətindən gələn avtomobilləri gözləmişlər. Təxminən 1 dəqiqəyə yaxın avtomobillərin keçməsini gözləyərkən sonradan markası və dövlət qeydiyyat nişanı məlum olan yaşıl rəngli “Mercedes-Benz” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin digər dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin arxasından çıxaraq onların üzərinə gələrək vurduğunu görmüşdür. Bundan sonra sürücü avtomobili saxlayıb onlara yaxınlaşmış, ətrafa yığılan şəxslər onu yolun hərəkət hissəsindən götürüb kənara qoymuşlar. Lakin anası yolun hərəkət hissəsində qalmışdır. X9 stansiyasının briqadası hadisə yetrinə gəlikdən sonra ilkin olaraq 1 saylı KTM-ə, daha sonra isə “Medera” hospitalına aparılmışlar. Orada stosianar müalicə olunduqdan sonra evə buraxılmış, lakin anası vəfat etmişdir. Sonradan yaşıl rəngli “Mercedes-Benz” markalı, Az **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı evdə olarkən qonşular tərəfindən eşitmişdir ki, uzun illər qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Mehbali qızını Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Beh-Beh” restoranının qarşısında «Mercedes-Benz 320» markalı, Az **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ehtiyatsızlıqdan vuraraq xəsarət yetirmişdir. O, əvvəllər yol nəqliyyat hadisəsində xəsarət aldığına görə bu məsələyə həssas yanaşaraq dərhal DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Hadisənin şahidi olmamış, hadisənin hansı şəraitdə baş verməsini bilməmişdir (iş vərəqə: səh. 123-125). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibbi ekspertizasının 26 may 2022-ci il tarixli, 37 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Məmmədsadıqovanın meyitində aşkar edilmiş xəsarətlər - kəskin və çoxlu qanitirmə, travmatik və hipovelamik şok, ürəkdə cox saylı Minakov ləkələri, daxili üzvlərin azqanlığı ilə müşayət olunan çanaq nahiyəsində geniş ölçulu hematoma ilə qeyd olunan çanaq və hər iki qasıq sümüklərinin iri və xırda qəlpəli çox saylı qapalı sınıqları, başın sağ alın nahiyəsində əzilmiş səthi dəri yaraları , sağ bazu, qarın, sol sağrı, hər iki bud, hər iki diz və sol aşıq - baldır oynaqları nahiyələrində qançırlar, sağ əl, sağ aşıq - baldır oynağı, sağ ayağın l-İV barmaqları nahiyələrində sıyrıqlar həyati olub, bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsi lə göstərilən və stasionar xəstənin tibbi kartasının kserosürətində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan minik avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.
2. Zərərçəkmiş şəxs2 ölümünə səbəb almış olduğu ağır küt travmanın təsiri nəticəsində yaranmış xəsarətlərdən baş vermiş kəskin VB çoxlu qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvələ uyğun gəlir.
3. Zərərçəkmiş şəxs2 adına «Medera Hospital»da tərtib edilmiş stasionar xəstənin tibbi kartasının kserosurətində onun xəstəxanalara daxil olarkən spirtli içki və ya güclü təsiredici maddələrin qəbul edib - etməməsi barədə hər - hansı bir qeydiyyat yoxdur.
4. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiq' nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (iş vərəqə: 50-54). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibbi ekspertizasının 16 iyun 2022-ci il tarixli, 660 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol üst göz qapağının, alt dodaq, dil nahiyəsinin cırılmış yaraları, hər iki almacıq, burun,əng və üst çənə sümüklərinin yerdəyişən sınıqları, üst çənədə dişlərin patoloji hərəkətliliyi aşkar edilmişdir.Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən 27 aprel 2022-ci il tarixə və şəraitə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində yetirilməyə uyğun gəlir, dərəcsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (iş vərəqə: 99-100). Məhkəmə baxışı zamanı tədqiq olunan, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 07 iyun 2022-cu il tarixli, 8/1280 saylı rəyindən görünür ki, “Mercedes- Benz 320” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (iş vərəqə: 63-66). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan idarəsinin 16 iyun 2022-ci il tarixli, 016- 76970-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (iş vərəqə: 103). Məhkəmə istintaqı zamanı tədqiq olunan, 27 aprel 2022-ci il tarixli, 2/13942 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə, saat 13:25-də radələrində «Mercedes-Benz 320» markalı, Az **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman sərxoş olmamışdır (iş vərəqə: səh. 12). Məhkəmə istintaqı zamanı tədqiq olunan, “diskə baxış keçirilməsi haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, «8 noyabr» prospektində yerləşən ərzaq mağazasında quraşdırılmış videomüşahidə kamerasından görüntülər götürülərək DVD diskə köçürülmüşdür. 1 (bir) ədəd DVD diskə baxış zamanı 27 aprel 2022-ci il tarixdə, saat 13:25-də Bakı şəhəri, Xətai rayonu, «8 noyabr» prospektində üzü Ağ şəhər istiqamətində 4 hərəkət zolağın soldan sağa doğru 2-ci və 3-cü hərəkət zolağlarını ayıran ağ qırıq xəttinin üzərində üzü əks hərəkət zolağına doğru dayanmış 2 qadın cinsinə məxsus piyadaların dayanıb hərəkətdə olan nəqliyyat vasitələrinin keçməsini gözləmələri, həmin vaxt yolun 2-ci hərəkət zolağı ilə hərəkətdə olan avtomobilin dayanmış piyadaları vurması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs videogörüntülərdə əks olunan avtomobilin «Mercedes-Benz 320» markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil olması, həmin avtomobillə qeyd olunan tarixdə onun tərəfindən idarə olunaraq dayanmış piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vuraraq Zərərçəkmiş şəxs2 ölümünə, Zərərçəkmiş şəxs1 isə xəsarət almasına səbəb olduğunu bildirmişdir (iş vərəqə: səh. 30). Məhkəmə baxışı zamanı tədqiq olunan, sübutların qiymətləndirilməsi haqqında 15 avqust 2022-ci il tarixli qərardan və maddi sübutun sahibinə qaytarılması barədə arayışdan görünür ki, «Mercedes-Benz 320» markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Təqsirləndirilən şəxs təhvil verilmiş, 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 67; 126-133). Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmiş, tutduğu əməldən peşman olduğunu bildirmişdir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü ilə nəticələnən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 102). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il təvəllüdlü olmaqla bir nəfər azyaşlı uşağı vardır (iş vərəqə: 69). Məhkəmə baxışı zamanı notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edən zərər çəkmiş şəxsin hüquqi varisi X4, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını, onlara vurulan maddi və mənəvi zərərin Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini bildirmişlər (iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxsin hüquqi varisi və digər zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, əvvəllər məhkum olunmamasını və tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsi; 59.1.13-cü cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun barəsində olan yüngülləşdirici halları, törətdiyi cinayət əməlinin təqsirin ehtiyatsızlıq formasına aid olmasını nəzərə alır və ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə həmin maddədə nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ona görə də Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə hökm icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə çıxarılan hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs müvəqqəti yaşamaq üçün qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. Qeyd olunanlardan başqa, məhkəmə Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olması ilə əlaqədar onun barəsində əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma təyin edilib-edilməməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun barəsində belə əlavə cəzanın tətbiq edilməsini istisna edən Azərbaycan Respublikası CM-nin 52.2.2-ci maddəsində nəzərdə tutulan konkret hal mövcuddur və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq oluna bilməz. Belə ki, məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, təqsirləndirilən şəxs, Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 26 yanvar 2021-ci ildə 01 fevral 1972-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, Masallı şəhərində anadan olmuş X5 ilə rəsmi nikaha daxil olmuş, bu nikah 26 yanvar 2021-ci il tarixdə Cəlilabad rayon qeydiyyat şöbəsində 13 nömrə ilə qeydiyyata alınmış və onlara AZ-İİ № 392577 saylı nikah haqqında şəhadətnamə verilmişdir (iş vərəqə: səh. 68). Azərbaycan Respublikası CM-nin 52.2 və 52.2.2-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə şamil edilmir. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş 01 ədəd «Mercedes-Benz 320» markalı, AZ **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs özünün sərəncamına verilməlidir; - 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs müvəqqəti yaşamaq üçün qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş 01 ədəd «Mercedes-Benz 320» markalı, AZ **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs özünün sərəncamına verilsin; - 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.