Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1688/2024 06.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X6 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Naxçıvan MR, Şərur rayonu, Yenikənd kəndində anadan olmuş, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, Bakı Logistika Mərkəzində elektrik vəzifəsində işləmiş, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, Şərur rayonu, Danyeri kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaqTəcridxanasın saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, xx xxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, ev 87də qeydiyyatda olan, hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 5-ci massiv, ev 67A-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, xx xxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 1-də qeydiyyatda olan, hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 43-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, xx xxxxxx 1998-ci ildə Cəlilabad rayonu, Xanəgah kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Xanəgah kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, ev 24-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı şifahi vəsatətlə məhkəməyə müracitə edərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi vəsatət onunla əsaslandırılmışdır ki, aparılmış istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən ittiham aktında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bağlı cinayət əməllərinin törədilməsi barədə müəyyən edilmiş nəticə göstərilsə də, Təqsirləndirilən şəxs4 ilə bağlı cinayətin törədilməsi barədə nəticə göstərilməmiş, habelə ittiham aktının nəticə hissəsində Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə daxil olub özgənin əmlakını gizli yolla talayaraq zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etməsində təqsirləndirilsə də, törədilməsi istinad edilmiş cinayət əməllərinin təsvirində ona elan edilmiş ittiham – 146.382,74 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsindən ibarətdir, eyni vəziyyət digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 irəli sürülmüş ittihamda da mövcuddur, belə ki, göstərilən hər iki təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə daxil olub özgənin əmlakını gizli yolla talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsində təqsirləndirilsə də, törədilməsi istinad edilmiş cinayət əməllərinin təsvirində onlara elan edilmiş ittiham – 34.543,11 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsindən ibarətdir, həmçinin Təqsirləndirilən şəxs1 ümumilikdə 3 (üç) epizod üzrə ittiham irəli sürülsə də, həmin ittiham qeyri-müyyən xarakter daşıyır, bu isə ayrı-ayrılıqda göstərilmiş epizodlar üzrə talanmış bəzi predmetlərin sayının göstərilməməsində, həm epizodlar, həm də talanmış predmetlərin ümumi məbləğinin düzgün hesablanmamasında ifadə olunmuş, eyni vəziyyət həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 irəli sürülmüş ittihamda da mövcuddur, bundan əlavə, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 07 sentyabr 2023-cü il tarixdə törədilmiş cinayətlə bağlı ifadələri alındığı halda, ittiham aktında həmin şəxslərə 07 sentyabr 2024-cü il tarixdə törədilmiş cinayət ilə bağlı ittiham irəli sürülmüşdür. Dövlət ittihamçısı göstərilən halların irəli sürülmüş ittihamın qeyri-müəyyənliyinə təsir edən hallar qismində çıxış etməsini nəzərə alınmasını, bu səbəbdən də cinayət işinə baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, dövlət ittihamçısı tərəfindən verilmiş şifahi vəsatətdə göstərilmiş halları cinayət işinin materialları əsasında həm ayrı-ayrılıqda, həm də məcmu halda yoxlayıb, verilmiş vəsatətlə bağlı cinayət işinin materiallarını nəzərdən keçirib, vəsatətlə bağlı cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, habelə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş şifahi vəsatət təmin edilməklə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, ittiham aktında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bağlı cinayət əməllərinin törədilməsi barədə müəyyən edilmiş nəticə göstərilsə də, ittiham aktında Təqsirləndirilən şəxs4 ilə bağlı cinayətin törədilməsi barədə nəticə göstərilməmişdir (ittiham aktı: səhifə 3-5). Məsələ ondan ibarətdir ki, ittiham aktı - ibtidai araşdırmanın nəticəsinə dair tərtib edilməli olan yekun prosessual akt olduğundan həmin aktda hər bir təqsirləndirilən şəxslə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə mütləq qaydada göstərilməlidir. Əks halda həmin ittiham aktı natamam və qüsurlu tərtib edilmiş akt kimi qəbul edilməlidir. Bundan başqa, ittihama görə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə daxil olub özgənin əmlakını gizli yolla talayaraq zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etməsində təqsirləndirilsə də, ona elan edilmiş ittihamın təsviri hissəsi – 146.382,74 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsində ifadə olunmuşdur. Başqa sözlə, ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 ümumilikdə 3 (üç) epizod üzrə ittiham irəli sürülsə də, həmin ittiham qeyri-müəyyən xarakter daşıyır. Belə ki, müstəntiq bir tərəfdən ona ümumi şəkildə ittiham irəli sürsə də (təkrar və ya vahid niyyəti göstərmədən), ittihamın təsviri hissəsində nədənsə vahid niyyətlə oğurluq cinayətinin törədilməsi nəticəsinə gəlmişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamdan - 3 (üç) epizod üzrə cinayət əməllərini vahid niyyətlə və ya təkrar törədilməsi aydın və başa düşülən deyil. İttihamın qeyri-müəyyən xarakter daşıması isə müdafiə hüququna birbaşa qəsddir. İttiham konkret, aydın və başa düşülən olmadığı halda təqsirləndirilən şəxsin həmin ittihama qarşı müdafiəsini qurması və səmərəli şəkildə özünü müdafiə etməsi mümkün deyil. Göstərilən hallar həmçinin digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə bağlı hissədə də mövcuddur. Belə ki, ittiham aktında göstərilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə daxil olub özgənin əmlakını gizli yolla talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmələri göstərilsə də, irəli sürülmüş ittihamın təsvir hissəsi - 34.543,11 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq edilməsindən ibarətdir. Yəni ittiham aktına əsasən 2 (iki) epizod üzrə əməllərin təkrar və ya vahid niyyətlə törədilməsinin müəyyən edilməsi mümkün deyil. Məsələ ondan ibarətdir ki, cinayət prosessual qanunvericiliyin tələbi ondan ibarətdir ki, ittiham konkret, aydın və başa düşülən olmalı, həmçinin ibtidai istintaq orqanının gəldiyi nəticə ümumi xarakter daşımamalıdır. Başqa sözlə, ittiham təqsirləndirilən şəxs üçün başa düşülən olmalıdır ki, həmin ittihamın mahiyyətini anlamaqla öz müdafiəsini qura bilsin. Lakin ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 (3 epizod), Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 (eyni 2 epizod) epizodlarla bağlı ittiham irəli sürülsə də, ittiham aktına əsasən onların həmin əməlləri təkrar və ya vahid niyyətlə törətmələri nəticəsinə gəlmək mümkün deyil. Bundan başqa, ittiham aktında Təqsirləndirilən şəxs1 nisbətdə 24 iyul 2023-cü il tarixli epizod üzrə bəzi hallarda talanmış predmetlərin sayı göstərilsə də, bir çox halda talanmış predmetlərin sayı göstərilməmiş, həmçinin tarixi göstərilməyən epizod üzrə predmetlərin ümumi sayı göstərilsə də, bəzi hallarda göstərilmiş məbləğlərin ümumi say və ya predmetin bir ədədinə görə nəzərdə tutulması göstərilməmiş, eyni vəziyyət həmçinin 07 sentyabr 2024-cü il tarixli epizod üzrə də mövcuddur. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 cəmi 3 (üç) epizod üzrə cinayət əməlinin törədilməsi ilə bağlı ittiham irəli sürülsə də, istər epizodlar üzrə ayrı-ayrılıqda, istərsə də ümumi məbləğə nisbətdə predmetlərin dəyəri düzgün göstərilməmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 irəli sürülmüş 2 (iki) epizod üzrə ittiham Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə eyni epizodlardan ibarət olduğundan yuxarıda göstərilən çatışmazlıqlar və nöqsanlar göstərilən təqsirləndirilən şəxslərə də şamil edilməlidir. Bundan başqa, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 07 sentyabr 2023-cü il tarixdə törədilmiş cinayətlə bağlı ifadələri alındığı halda, ittiham aktında həmin epizod üzrə cinayət əməlinin törədilməsi tarixi - 07 sentyabr 2024-cü il göstərilmişdir. Bu hissədə qeyd edilməlidir ki, 07 sentyabr 2024-cü il tarix ancaq ittiham aktında göstərilməmişdir. Əksinə 11 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda (cild 3, iş vərəqə 188-190) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülərkən də üçüncü epizodun törədildiyi tarix məhz 07 sentyabr 2024-cü il tarix olaraq göstərilmişdir. Göstərilən nöqsanlara həmçinin digər 11 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda (Təqsirləndirilən şəxs3, cild 3, iş vərəqə 216-218) və 11 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda (Təqsirləndirilən şəxs4, cild 3, iş vərəqə 231-233) yol verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, yalnız ittiham aktında 07 sentyabr 2024-cü il tarixin göstərilməsi texniki səhv kimi qəbul edilə bilərdi. Lakin hər 3 (üç) 11 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda da 07 sentyabr 2024-cü il tarixə istinad edilməsi və bu tarixin cinayət hadisəsi kimi qəbul edilməsi artıq bu məsələnin texniki səhv olmasını istisna edir. Belə ki, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar ittihamın irəli sürülməsini özündə əks etdirən yeganə və əsas prosessual aktdır. Bu səbəbdən də həmin qərarlarda 07 sentyabr 2024-cü il tarixə istinad edilməsi ciddi hüquq pozuntusudur və mütləq qaydada əlavə araşdırma zamanı qanunla müəyyən edilmiş prosessual hərəkətlər keçirilməklə və həmin hərəkətlərin nəticəsinə dair prosessual qərarlar qəbul edilməklə 11 mart 2023-cü il tarixli qərarlarda yol verilmiş hüquq pozuntuları aradan qaldırıla bilər. Başqa sözlə, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlarda və ittiham aktında kobud səhvə yol verərək 07 sentyabr 2024-cü ilin göstərilməsi texniki səhv kimi qəbul edilə bilməz, həmin nöqsanlar yeni prosessual hərəkətlər keçirilməklə və yeni prosessual qərarlar qəbul edilməklə aradan qaldırılmalıdır. İttiham aktında baş verməmiş tarixə istinad edilməsi təqsirləndirilən şəxsləri səmərəli şəkildə müdafiə olunmaq hüququndan məhrum edir. Yuxarıda göstərilən halların məcmusu ona dəlalət edir ki, ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 qədər uzun müddət ərzində ibtidai araşdırma aparsa da, iş üzrə yuxarıda göstərilən xüsusatlar üzrə düzgün nəticəyə gəlməmiş, habelə ittiham aktının tərtibində ciddi nöqsanlara, yəni hüquq pozuntularına yol vermişdir. Nəticədə isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Odur ki, dövlət ittihamçısı tərəfindən verilmiş şifahi vəsatət təmin edilməklə cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Şifahi vəsatətdə göstərilmiş hallardan başqa, məhkəmə onu da qeyd etmək istəyir ki, cinayət işinin materiallarından görünür ki, iş üzrə ittiham aktı müstəntiq Raqib Rəhimov tərəfindən 09 aprel 2024-cü il tarixdə tərtib edilsə, ittiham aktında hər 4 (dörd) təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi və onların Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması göstərilsə, habelə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 11 aprel 2024-cü il tarixdə təsdiq olunsa da, həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İlk baxışdan göstərilən məsələ sadə məsələ kimi görünsə də, əslində ciddi məsələ təşkil edir. Belə ki, eyni gündə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həm ittiham aktının təsdiq edilməsi (ittiham aktında hər dörd təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi göstərilmiş), həm də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi məhkəmə üçün başa düşülən olmamaqla yanaşı, həmçinin ağlabatan deyil. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 ümumilikdə 3 (üç) epizod üzrə ittiham irəli sürülsə də, ittiham aktında cəmi 2 (iki) epizod üzrə əməllərin törədilməsi tarixinə istinad edilmiş, ağır cinayətin törədilməsini təşkil edən epizod üzrə isə əməlin törədildiyi vaxt və cinayətin digər iştirakçıları (subtektiv tərkib) müəyyən edilməmişdir. Halbuki Təqsirləndirilən şəxs1 əməlinin ağır cinayət əməli kimi qiymətləndirilməsinə səbəb olmuş yeganə əsas – məhz tarixi və subyektiv tərkibi müəyyən edilməmiş epizod çıxış edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə irəli sürülmüş ittiham üzrə yuxarıda göstərilən hüquq pozuntularına yol verilməsi nəticəsində təqsirləndirilən şəxslərin hər biri özünə aid hissədə ittihamla bağlı öz müdafiəsini qurmaq hüququndan məhrum olmuşdur. Müdafiə hüququnun səmərəli şəkildə realizə edilməsinin əsas şərtlərindən biri kimi irəli sürülmüş ittihamın təqsirləndirilən şəxsə aydın olmasıdır. İttiham aydın olmadığı halda həmin ittihamdan müdafiə olunmaq isə heç bir halda səmərəli və real ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 139.0.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) kimi hüququ var. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə görə təqsirkar şəxsin təmin edilən minimal müdafiə hüquqları arasında şəxsin nədə ittiham olunduğunu bilməsi hüququ var. Bu hüquq cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar sırasına daxildilər, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamın cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması onların hər birini özünü müdafiə üsul və vasitələri seçməsinə, yəni müdafiə hüququnun pozulmasına səbəb olur. Cinayət-prosessual qanunvericiliyin və Avropa Konvensiyasının qeyd olunanlarla bağlı tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İrəli sürülmüş ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi, təqsirləndirilən şəxslərin nədə ittiham olunduqlarını, nədən müdafiə olunmalı olduqlarını bilməməsi, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün düzgün dəlillər irəli sürməsini çətinləşdirir ki, bu da onların müdafiə hüququnun pozulmasına səbəb olur. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Bu səbəbdən də məhkəmə ittiham aktında göstərilmiş nöqsanları kobud qanun pozuntusu kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin imperativ tələblərinin şərtlərinə cavab vermədiyindən qanunsuz və əsassızdır, bu isə nəticədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda müdafiə hüququnun pozulmasında ifadə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.4-cü maddəsinə əsasən - ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Eləcə də, Cinayət Prosessual Məcəllənin 223.3.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, Cinayət Prosessual Məcəllənin 223.4-cü maddəsinə əsasən - həmin qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 223.3.2 və 289.4-cü maddələrinin tələblərinə cavab vermir, başqa sözlə, qeyd edilən prosessual hüquq normalarının tələbləri ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən kobud şəkildə pozulmuşdur. İttiham aktının Cinayət Prosessual Məcəlləsinin 223.3.2 və 289.4-cü maddələrinin tələblərinin kobud şəkildə pozulması nəticəsində isə təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham konkret, əsaslı və qanuni olmalıdır. Lakin iş üzrə tərtib edilmiş ittiham aktından, habelə ibtidai istintaq orqanı tərəfindən sübutetmə mərhələsində toplanılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxslərə ayrıayrılıqda qeyri-müəyyən ittiham irəli sürülmüşdür. Başqa sözlə, ibtidai istintaq orqanı formal mülahizələr əsasında təqsirləndirilən şəxslərə qeyri-müəyyən ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntuları hesab edilirlər və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı bir sıra qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Bu səbəbdən də təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı pozulmuş müdafiə hüququ bərpa olunmalıdır. Məhkəmə göstərilən halları məcmu halda təhlil edərək belə nəticəyə gəlir ki, şərh olunanlara əsasən dövlət ittihamçısının şifahi vəsatəti təmin edilməklə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə də baxmışdır. Hazırkı cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunduğundan və Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması üçün əsaslar aradan qalxmadığından məhkəmə belə nəticəyə gəlir ki, onun həbsdə saxlama müddəti 1 (bir) ay müddətində uzadılmalıdır. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 gəldikdə isə məhkəmə hesab edir ki, cinayət işi məhkəməyə daxil olduqdan sonra təqsirləndirilən şəxslər barələrində seçilmiş qətimkan tədbirinin şərtləri pozmadıqlarından onların barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İnsan hüquqları üzrə Avroma Məhkəməsi “Smirnova Rusiyaya qarşı” 24 iyul 2003cü il tarixli qərarında insan hüquq və azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci maddəsini rəhbər tutaraq göstərir ki, Konvensiya üzrə presedent hüququna əsasən şəxsin yaşayış məntəqəsini tərk etməmək barədə iltizam verməklə azad edilməsi üçün dörd məqbul şərt hazırlanmışdır: barəsində ittiham irəli sürülən şəxsin məhkəməyə gəlməməsi riski, barəsində ittiham irəli sürülən şəxsin azad ediləcəyi halda ədalət mühakiməsinə mane olmaq üçün addımlar atması riski, şəxsin ictimai qaydanı pozması riski və şəxsin növbəti hüquq pozuntuları törətməsi riski. Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159-cu maddəsinin müddəalarına görə ağır cinayət törətməkdə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətləri müstəsna hallarda 13 ayadək məhkəmə tərəfindən uzadıla bilər. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün müəyyən müddət tələb olunur. Ona görə də məhkəmə cinayət işinin mürəkkəbliyini, Təqsirləndirilən şəxs1 ağır cinayət törətməkdə təqsirləndirilməsini, onun azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsas olduğunu nəzərə alaraq hesab edir ki, onun həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 303.3.6, 159 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı:
1. Dövlət ittihamçısı tərəfindən verilmiş şifahi vəsatət təmin edilsin.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 06 may 2024cü il tarixdən 06 iyun 2024-cü il tarixədək uzadılsın.
4. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
5. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən Əli Məmmədov
Hakimlər Azad Məcidov
Səbinə Məmmədzadə