Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1689/2023 22.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin üanvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliy Penitensair Xəidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin üanvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi iiə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasının vətəndaşı şəxsiyyəti naməlum şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 fevral 2023-cü il tarixdə gecə saatlarında ünvan 3 ünvanda yerləşən məişət tullantılarının yığıldığı qutularının yanında sonuncu tərəfindən gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1005 qram çəkidə narkotik vasitə heroini qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 tapşırığı ilə o əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 23:30-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanda o, Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı onun əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən onun və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə etdikləri 01 ədəd şəffaf rəngli yapışqanla bükülmüş qara rəngli polietilen bükümdə təmiz çəkisi 1005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edir. 26 fevral 2023-cü il tarixdə axşam saatlarında bir nəfər Heydər adlı şəxs zəng edərək maşın təşkil edəcəyi təqdirdə ona bir qram narkotik vasitə verə biləcəyini demişdir. Heydər də narkotik vasitə istifadəçisidir. O, düşünmüşdür ki, 50 manata narkotik vasitə alacağına hazırda 20 manat müqabilində əldə edə bilər. O, əvvəllər Təqsirləndirilən şəxs1 tanımamış, birinci dəfə imiş ki, Təqsirləndirilən şəxs1 tanımışdır. O da “Yango” taksi şirkətindən taksi sifariş etmiş, yəni Təqsirləndirilən şəxs1 və o Binəqədi rayonunda qeyd edilən ünavana gəlmişlər. Onların yaxınlaşdığı zibilxana Binəqədi RPİ-nin 43-cü PŞ-nin yanı imiş, onlar bunu sonradan bilmişlər. O, Təqsirləndirilən şəxs1 ilk dəfə tanıdığından və ona narktoik vasitə verməyəcəyindən ehtiyat etdiyindən özü zibilxanadan narkotik vasitəni götürmək istəmişdir. Təqsirləndirilən şəxs1 arxada yolun kənarında dayanmış, o onun harada, necə dayandığını görməmişdir. O, zibil yeşiklərinin yanına yaxınlaşıb Təqsirləndirilən şəxs1 zəng etmək istəmişdir ki, gəlib “malı” götürsün. Elə həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmışlar. Binəqədi RPİ-nin 43-cü PŞ-də onlar 1 kilo narkotik vasitənin onlara məxsus olmadığnı bildirmişlər. Polis əməkdaşları videoçəkiliş zamanı 1 kilo narkotik vasitəni Təqsirləndirilən şəxs1 sifarişi ilə götürüb ona ötürdüyünü deməyini istəsələr də, o, bunu deməmişdir. Polis Bölməsində şəxsi axtarış zamanı üzərindən mobil telefon, 7-8 manat pul, bank kartları, o cümlədən, “Bakı Kart”, “Leo bank”, “Kapital bank” kartları götürülmüşdür. Proses iştirakçılrının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona zəhmət haqqı kimi 1 qram narkotik vasitə verəcəklərmiş. O da taksi sifariş vermişdir. Onun əvvəllər hər hansı polis əməkdaşı ilə mübahisəsi olmamışdır. Binəqədi RPİ-nin 43-cü PŞ-də ona fiziki təzyiq olmuşdur. Orxan və Tural adlı əməliyyatçılar şillə vurmuşlar. O, saxlanılan zaman telefonunda 051(055)-538- 44-88 mobil nömrələri var imiş. O, həmin 1 qram narkotik vasitədən isitfadə edəcəkmiş. O, narkotik vasitə satışı ilə bağlı heç kimlə danışmamışdır. Telefonu istintaq zamanı alınmışdır. Gödəkcəni evə göndərmişdir. İfadələrində 21:00-da saxlanıldığını qeyd etmişdir. Lakin, bu protokollarda düzgün qeyd olunmadığından o qələmlə düzəliş edərək 21:00-da saxlanıldıqlarını bir daha demişdir. Ruhid adlı təhqiqatçı onun sağ və sol tərəfindən duran şəxslərlə onun şəklini çəkəndə o onların hal şahidləri olduğunu başa düşməmiş, elə bilmişdir ki, qayda belədir. Üzərinə isə heç bir baxış keçirilməmişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxslər hal şahidləri imiş. «Redmi» markalı telefon ona məxsusdur. Elan olunmuş cinayət işinin 204-214-cü vərəqələrində olan mobil telefona baxış keçirilməsi haqqında protokolda olan Təqsirləndirilən şəxs2 mobil telefonunda olan narkotik vasitənin şəkillərinə əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, yəqin ki, 49 qram narkotik vasitənin kimsə şəklini ona ata bilər, yaxud o şəklini çəkib kiməsə ata bilər. Elan olunmuş cinayət işinin 29-31-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, protokola imza çəkməkdən imtina etmişdir. Şəxsi axtarış və baxış zamanı müdafiəçi iştirak etməmişdir. O, müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və baxış keçirilməsi ilə bağlı ərizə yazmamışdır. Lakin ərizədəki imza onun imzasıdır. O, ərizəyə etiraz etmişdir. O, üzləşmə zamanı 1 qram narkotik vasitəni etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2-3 ildir ki, psixotrop maddə olan metamfetamindən 3-4 aydan bir çəkmək yolu ilə istifadə edir. O, bağbandır və 400-450 manat maaş alır. O, şəxsi istifadəsi üçün 10 qram metamfetamin almaq məqsədilə sosial şəbəkədən tanımadığı İran vətəndaşı ilə əlaqə saxlamışdır. O, hər dəfə metamfetamin almağa görə riskə girməmək üçün birdəfəyə 10 qram alıb bir müddət onu istifadə etmək istəyirmiş. O, iran vətəndaşına demişdir ki, o metamfetamini götürdükdən sonra ödənişi edəcək. O, Təqsirləndirilən şəxs2lə razılaşmışdır ki, onun taksi pulunu verdiyinə görə əvəzində ona 1 qram narkotik vasitə verəcək. Lakin Təqsirləndirilən şəxs2lə Binəqədi rayonunda qeyd edilən ünvana getdikdə orada metamfetamin tapa bilməmişlər. Sonra onlar orada polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PŞ-nə gətirilmişlər. O, saxlanılarkən üzərində 1 qram belə narkotik vasitə yox imiş. X11 21:00-da aparıldıqdan sonra saat 00:00-dan sonra “Whatsapp” sosial şəbəkəsindən ona səsli mesaj atılmışdır ki, 10 qram malın yarım kilosunu özünə götürüb digər yarım kilosunu da başqa yerə qoysun. Yəni, o, Polis Bölməsinə gətirildikdən sonra ona belə səsli mesaj atılmış, halbuki o İran vətəndaşı ilə kilo söhbəti etməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, İran vətəndaşı ilə əlaqə saxlayıb şəxsi istifadəsi üçün 10 qram metamfetamin istəmişdir. O, İran vətəndaşına demişdir ki, o, metamfetamini götürdükdən sonra ödənişi edəcək. Lakin, o, ödənişi etməmişdir. O, ödəniş etməmişsə ona necə 1 kilo narkotik vasitə verilə bilər?! Onun əvvəllər hər hansı polis əməkdaşı ilə mübahisəsi olmamışdır. Əgər 10 qram metamfetamini götürsə imiş 250 manat pul ödəyəcəkmiş. O, 10 qram metamfetamin sifariş vermiş, 1 kilo narkotik vasitə ona aid deyil. Polis Bölməsində ona müdafiəçi təyin olunsa da, həmin müdafiəçi ona hüquqlarını izah etməmişdir. Müdafiəçi ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüldüyünü deyib imza çəkdirmişdir. O, imza çəkdiyi sənədlərin mahiyətini bilməmişdir. O, ilkin ifadəsində 10 qram metamfetamin götüməyə getdiyini, yol pulu olmadığına görə və Ramin taksi pulunu verdiyinə görə əvəzini qaytarmaq üçün Təqsirləndirilən şəxs2 1 qram “patı” vermək istədiyini demiş, hadisə yerində onların üzərində heç bir narkotik vasitə çıxmamışdır. Polis Bölməsində polis əməkdaşları 1 kilo narkotik vasitəni ortaya qoyaraq onların olduğunu demişlər. Onlara məhkəmədə sanksiya verilərkən hakim bir kilo nakrotik vasitənin gödəkcənin cibinə necə yerləşməsini müəyyən etmək üçün gödəkcəni müstəntiqdən tələb etmişdir. Məhkəmədə hakim tərəfindən müəyyən edilmişdir ki, 1 kilo narkotik vasitə gödəkcənin sağ cibinə tam yerləşmir. Əgər narkotik vasitə gödəkcənin cibinə yerləşmirsə, Ramin şəhərdə bu vəziyyətdə necə gəzə bilər?! Üstəlik onlar heç pul da ödəməmişlər. Ramin onun psixotrop maddə olan metamfetamini kimdən, neçəyə alacağını bilirmiş. Təqsirləndirilən şəxs2 də narkotik vasitə istifadəçisidir. Onlar axşam saat 21:00 radələrində saxlanılıb Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış, “Whatsapp” sosial şəbəkəsindən ona səsli mesaj isə saat 00:00-dən sonra gəlmişdir. O, saxlanılan zaman telefonunda ***-***-**-** mobil nömrəsi var imiş. Hal şahidləri özləri də narkotik vasitə istifadəçisidirlər. Onlar narkotik vasitə müqabilində hal şahidliyi edirlər. Sosial şəbəkələrdə, məsələn “İnstagram” sosial şəbəkəsində “narkotik vasitə satan” adlı səhifələr var, həmin səhifələrə mesaj yazanda səhifənin admini əlaqə nömrəsini verir. Həmin nömrə İran nömrəsi olur. O, özü nömrəyə zəng edib demişdir ki, axşam saatlarında 10 qram metamfetamin götürmək istəyir. Lakin, axşam saatlarında həmin ünvana getdikdə orada metamfetamin yox imiş. X12 fiziki təzyiq olmuş, Orxan və Tural adlı əməliyyatçılar şillə vurmuşlar. Heç yerə müraciət etməmiş, xəsarət izi olmamışdır. İstintaq Təcridxanasına daxil olan zaman bu barədə bildirməmişdir. Elan olunmuş cinayət işinin 83-84-cü vərəqələrində olan izahata və izahatdakı imzaya əsasən Təqsirləndirilən şəxs1 bilirmişdir ki, imza onun imzasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 109-111-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir :…«... Raminlə razılaşdıq ki, birlikdə həmin yerəgedəcəyik, mən yolun kənarında gözləyəcəm, Ramin oradan psixotrop maddəni götürüb mənə verəcək və mən bunun müqabilində Raminə 1 qram psixotrop maddə metamfetamin verəcəm. 26 fevral 2023-cü il tarixdə saat 23 radələrində mən və Ramin yoldan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığım taksi avtomobilini saxladıb Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsinə getdik. Razılaşdığımız kimi mən yolun kənarında durdum, Ramin isə zibil qutuları tərəfə getdi. Bir neçə dəqiqədən sonra gördüm ki, Ramin 3 nəfər tanımadığım şəxslə mənə yaxınlaşır. Mən Raminin yanında olan şəxslərin polis əməkdaşları olduğunu və Raminin tutulduğunu başa düşdüm. Bu səbəbdən oradan qaçmaq istədim, lakin polis əməkdaşları məni də saxladılar. ... İran vətəndaşının mənim 10 qram sifarişim əvəzinə niyə 1005 qram çəkidə narkotik vasitə heroin qoyması səbəbini bilmirəm. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imza onun imzasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında o, əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1 və polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat müvəkkilləri ilə birlikdə 26 fevral 2023-cü il tarixdə axşam saat 23:00 radələrində ünvan 8 ünvanında əlverişli şərait yarandığı üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görüb onlara yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər. Onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onları saxlayıb 43-cü Polis Bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs2 bölmənin təhqiqatçısı Ruhid Yaqubluya, Təqsirləndirilən şəxs1 isə təhqiqatçı Anar Aydəmirova təhvil vermişlər. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 tanımadığı İran vətəndaşından 250 manat müqabilində 10 qram psixotrop maddə metamfetamin əldə etməyə razılaşdığını, həmin əraziyə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə gəldiyini, razılaşmalarına əsasən Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamini götürüb ona çatdırmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli yapışqanla bükülmüş qara rəngli bükümü, gödəkçənin sol yan cibindən isə 1 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılmış və içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzəyən maddə aşkar olunmuşdur. Aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 protokolu imzalamaqdan imtina etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxslər bükümdə heroin növündə narkotik vasitə olmasını könüllü etiraf etmişlər. O, xatırlayır ki, Təqsirləndirilən şəxs2 üzərindəki bükümü təqdim edərək içində heroin olduğunu bildirmişdir. O, şəxsi axtarış zamanı iştirak etmişdir. Narkotik vasitə olan büküm Təqsirləndirilən şəxs2 əlində deyilmiş, gödəkçəsinin sağ yan cibində imiş. Şəxsi axtarış zamanı müdafiəçinin iştirak edib-etmədiyini dəqiq xatırlamır. Hal şahidlərini kimin dəvət etməsini xatırlamır. Hal şahidlərini başqa işlərdə görməmişdir. Şəxsi axtarış hal şahidlərinin iştirakı ilə həyata keçirilmişdir. Hal şahidlərinin iştirakı qanunsuz olmadığından şəxsi axtarış onların iştirakı ilə keçirilmişdir. Əməliyyat qrupunun rəhbəri Şahid1 imiş. Təqsirləndirilən şəxslərə qarşı fiziki təzyiq göstərilməmişdir. Narkotik vasitəni Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 saxlanılarkən yanında Təqsirləndirilən şəxs1 var imiş, tək deyilmiş. Şəxsi axtarış və götürülmə aparıldıqdan sonra onları X8 göndərmişlər. Şəxsi axtarış və götürmə 1-ci mərtəbədə təhqiqatçının otağında aparılmışdır. Polis Bölməsində kameralar var. Təqsirləndirilən şəxs1 tanımadığı İran vətəndaşından 250 manat müqabilində 10 qram psixotrop maddə metamfetamin əldə etməyə razılaşdığını, həmin əraziyə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə gəldiyini, razılaşmalarına əsasən Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamini götürüb ona çatdırmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 27 mart 2023-cü il tarixdə saat 23:00-23:30 radələrində Binəqədi Rayon Rolis İdarəsnin 43-cü PB-nin qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman hal şahidi qismində iştirak etməyini təklif edib onu Polis Bölməsinə dəvət etmişlər. Binəqədi Rayon Rolis İdarəsinin 43-cü PB-də ona hal şahidinin hüquq və vəzifələri izah edilmişdir. Bölmədə xidməti otaqların birində əvvəllər görmədiyi və tanımadığı Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 şalvarın cibindən 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 üzərindən başqa heçnə aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən mobil telefon zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və onlar həmin protokolu imzalamışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, o, Binəqədi rayonunda Binəqədi Rayon Rolis İdarəsinin 43-cü PB-nə yaxın ərazidə yaşayır. O, 27 mart 2023-cü il tarixdə axşam saat 23:00-23:30 radələrində kənddən qayıdırmış. Təqsirləndirilən şəxs1 üzərində mobil telefondan başqa heçnə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək, Şahid7 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğuldur. O, Binəqədi Rayon Rolis İdarəsinin 43-cü PB-nə yaxın ərazidə yaşayır. 27 fevral 2023-cü il tarixdə axşam saat 00:00-01:00 radələrində parkda gəzişərkən polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman hal şahidi qismində iştirak etməyini təklif edib onu Polis Bölməsinə dəvət etmişlər. Binəqədi Rayon Rolis İdarəsinin 43-cü PB-də ona hal şahidinin hüquq və vəzifələri izah edilmişdir. Bölmədə xidməti otaqların birində əvvəllər görmədiyi və tanımadığı Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 göy rəngli gödəkçənin sağ cibindən qara rəngli bükümü, gödəkçənin sol cibindən isə 1 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 üzərindən başqa heçnə aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən mobil telefon zərfə qoyularaq qablaşdırılmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, hal şahidi qismində iştirakı üçün Polis Bölməsindən ona zəng gəlməmişdir. O, ilk dəfə hal şahidi kimi iştirak edir. Qara bükümün hansı formada olduğunu xatırlamır. Ondan başqa hal şahidlərindən bir nəfər görmüşdür. O, protokolu oxuyaraq imzalamışdır. Polis əməkdaşları mülki geyimdə imiş, polis formasında olan əməkdaşlar da var imiş. Uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs2 gödəkçəsinin qarşısının açıq olubolmadığını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid5 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayon polis idarəsinin 43-cü polis bülməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2023-cü ilin fevral aylarında Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə Təqsirləndirilən şəxs2 və X1 qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında o, əməliyyat müvəkkilləri, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat müvəkkilləri ilə birlikdə 26 fevral 2023-cü il tarixdə axşam saat 23:00-23:30 radələrində ünvan 9 ünvanında əlverişli şərait yarandığından Təqsirləndirilən şəxs2 və X2 görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs2 və X3 üzərlərində narkotik vasitə daşımaqda şübhəli olduqlarını deyərək onları saxlayıb 43-cü polis bölməsinə dəvət etmişlər. Polis Bölməsində Təqsirləndirilən şəxs2 və X3 hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 tanımadığı İran vətəndaşından 250 manat müqabilində 10 qram psixotrop maddə metamfetamin əldə etməyə razılaşdığını, həmin əraziyə Təqsirləndirilən şəxs1 ilə birlikdə gəldiyini, razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamini götürüb ona çatdırmalı olduğunu bildirmişdir. Bükümdəki psixotrop maddə 10 qramdan artıq imiş. Halhazırda dəqiq yadında qalmamış, deyəsən Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli yapışqanla bükülmüş qara rəngli bükümü, gödəkçənin sol yan cibindən isə 1 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılmış və içərisində qəhvəyi rəngli tozşəkkilli narkotik vasitə heroinə bənzəyən maddə aşkar olunmuşdur. Digər şəxsin üzərindən isə 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 protokolu imzalamaqdan heç bir səbəb göstərmədən imtina etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, səhv etmirəmsə şəxsi axtarış təhqiqatçının otağında kamera vasitəsilə və hal şahidlərinin iştirakçı ilə keçirilmiş, lakin uzun müddət keçdiyi üçün ola bilər səhv edir. Dəqiq deyə bilməz kimin üzərindən narkotik vasitə aşkar olunmuş, səhv etmirsə Təqsirləndirilən şəxs1, hal-hazırda dəqiq deyə bilməz. Hər iki şəxsin saxlanılmasında iştirak etmişdir. O, Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik vasitənin miqdarını bilmir, miqdarı ekspertiza tərəfindən müəyyən olunur. Səhv etmirsə Təqsirləndirilən şəxs2 üzərindən mobil telefon aşkar olunmuş, narkotik vasitə yox imiş. Şübhəli şəxslər saxlanılarkən əllərində narkotik vasitə yox imiş. Onlar həmin şəxsləri hərəkətsiz vəziyyətdə polis maşınına əyləşdirmişlər. O, şübhəli şəxslərdən birinin şəxsi axtarışında iştirak etmişdir. Büküm onların yanında qablaşdrılıb, möhürlənmişdir. Əməliyyat qrupuna o rəhbərlik edirmiş. Şübhəli şəxslərdən biri videoçəkilişə və ya müdafiəçiyə imtina etdiyindən şəxsi axtarış hal şahidinin iştirakı ilə keçirilmiş, bu barədə təhqiqatçı daha ətraflı bilir. Hal şahidlərini bölmə rəisinin göstərişi ilə sahə müvəkkili dəvət edir. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 219-222-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...İlkin olaraq təhqiqatçı Anar Aydəmirov tərəfindən Təqsirləndirilən şəxs1 razılığı ilə müdafiəçinin iştirakı olmadan dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş. Bu təklifdən sonra vət.Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd «Xiaomi Poco» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmış və başqa bir əşya aşkar edilməmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs1 tanımadığı İran vətəndaşından 250 manat müqabilində 10 qram psixotrop maddə metamfetamin əldə etməyə razılaşdığını, həmin əraziyə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə gəldiyini, razılaşmalarına əsasən Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamini götürüb ona çatdırmalı olduğunu bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı Ruhid Yaqublu tərəfindən Təqsirləndirilən şəxs2 razılığı ilə müdafiəçinin iştirakı olmadan dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli yapışqanla bükülmüş qara rəngli bükümü, gödəkçənin sol yan cibindən isə 1 ədəd Redmi markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılmış və içərisində qəhvəyi rəngli tozşəkkilli narkotik vasitə heroinə bənzəyən maddə aşkar olunmuşdur. Aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış və ağzı möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 protokolu imzalamaqdan heç bir səbəb göstərmədən imtina etmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, imza onun imzasıdır. 8 ay müddət keçdiyindən o səhvliklə təqsirləndirilən şəxslərin adlarını qarışdırmışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hal-hazırda ifadəsi elan olunduqdan sonra dəqiq deyə bilər ki, Təqsirləndirilən şəxs2 göy rəngli gödəkcənin sağ cibindən könüllü olaraq qara bükümü çıxarıb təqdim etmişdir. Həmçinin, dəqiq deyə bilər ki, axtarış və baxış videoçəkilişlə aparılmamış, hal şahidlərin iştirakı ilə aparılmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 26 fevral 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 26 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 27-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 27 fevral 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Cinayət işinin 29-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zamanı, şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli yapışqanla bükülmüş qara rəngli bükümü və həmin gödəkçənin sol yan cibindən “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bir ədəd bükümə baxış keçirildikdə, içərisində qəhvəyi rəngli narkotik maddə heroinə bənzər maddə olduğu aşkar edilmişdir. Aşkar edilmiş büküm və mobil telefon qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 41-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2023-cü il tarixli 6/1186 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №243» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs2» yazısı və imzalar olan paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1005 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir(l siyahı). Cinayət işinin 77-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X1 27 fevral 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Cinayət işinin 79-80-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi zamanı, şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Kənan Süleymanov əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Xiaomi Poco” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 tanımadığı iranlı şəxslə sövdələşib 250 manat müqabilində 10 qram patımetamfetamin əldə etməkdə razılaşmış və həmin ərazidən Təqsirləndirilən şəxs2 tərəfindən götürülüb ona çatdırılmalı olduğunu bildirmiş, həmçinin, tanımadığı iranlı şəxslə üzərindən aşkar olunmuş mobil telefon vasitəsilə sosial şəbəkədə əlaqə saxladığını bildirmişdir. Cinayət işinin 200-202-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 mart 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “POCO” markalı «M4 Pro 5G» modelli mobil telefonunda olan məlumatlara baxış keçirilmiş, baxış zamanı telefonda olan “whatsapp” proqramında “Dayiii” adı ilə qeyd edilmiş +**********88 nömrəsi ilə xx.xx.2023-cü il tarixdə aşağıdakı məzmunda səs yazılarının olması müəyyən edilmişdir; -“qardaşım getmə e, getmə qadan alım, qardaşım istəmədim, iyirmi on səkkiz nəfərə mal atmışam, hamısı götürüb birdənə səndən sonra, davay e getmə götüzdürdüm malı, getmə qayıt geri”; -“Qardaşım bir kiloyu götür onun yarım kiloyunu başına dönüm at Əhmədliyə ba qada alım tez o vəsait götürdüm yarım kiloyu qoy Əhmədliyə”; -“Əhmədlidə qada alım onu yarım kilonu ünvan elə mənə at qadan alım, şəklində at, konumunda at, atım adama getsin götürsün yarım kilonuda”; -“Qardaşım götürdüm yaxşı sağol”; -“Kənan nə oldu bə səndən bir xəbər çıxmadı axı, mənə pul vurdun, Əhmədliyə o yarım kilo atmırdın bə bir kilo vəsait götürdün axı indicə, yarım kilo dedim at ora axı bə nə oldu”. Cinayət işinin 203-214-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 mart 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Redmi 10” markalı mobil telefonunda olan məlumatlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 mobil telefonunda narkotik vasitə bükümlərinin şəkilləri, elektron tərəzi, və işarələnmiş yer konumlarının şəkillərinin olması müəyyən edilmişdir. Cinayət işinin 219-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 aprel 2023-cü il tarixli məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" Telekom MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 281-283-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 iyun 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə İran İslam Respublikasının vətəndaşının psixotrop maddəni gizlətdiyi yerə gedəcəklərini, onu yolun kənarında gözləyəcəyi, oradan psixotrop maddəni götürüb ona verəcəyini və bunun müqabilində Raminə 1 qram psixotrop maddə metamfetamin verəcəyini razılaşdıqlarını, 26 fevral 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 8 ünvanına getdiklərini və orada polis əməkdaşları tərəfindən tutulduqlarını göstərmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bildirdikləri ilə razı olduğunu göstərmişdir. Cinayət işinin 284-286-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 iyun 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Şahid3 Təqsirləndirilən şəxs2 26 fevral 2023-cü il tarixdə saat 23:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 8 ünvanında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli yapışqanla bükülmüş qara rəngli bükümün, gödəkçənin sol yan cibindən isə 1 ədəd “Redmi” markalı mobil telefonun aşkar edildiyini, ona psixoloji və fiziki təzyiqlərin olmadığını göstərərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 287-289-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 iyun 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Şahid2 Təqsirləndirilən şəxs2 26 fevral 2023-cü il tarixdə saat 23:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 8 ünvanında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli yapışqanla bükülmüş qara rəngli bükümün, gödəkçənin sol yan cibindən isə 1 ədəd “Redmi” markalı mobil telefonun aşkar edildiyini, ona psixoloji və fiziki təzyiqlərin olmadığını göstərərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 290-292-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 iyun 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs2 ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 Təqsirləndirilən şəxs2 26 fevral 2023-cü il tarixdə saat 23:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 8 ünvanında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli yapışqanla bükülmüş qara rəngli bükümün, gödəkçənin sol yan cibindən isə 1 ədəd “Redmi” markalı mobil telefonun aşkar edildiyini, ona psixoloji və fiziki təzyiqlərin olmadığını göstərərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 293-294-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 iyun 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs2 ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid4, Təqsirləndirilən şəxs2 Binəqədi RPİ-nin 43-cü PB-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli yapışqanla bükülmüş qara rəngli bükümün, gödəkçənin sol yan cibindən isə 1 ədəd “Redmi” markalı mobil telefonun aşkar edildiyini göstərərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 295-296-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 iyun 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs2 ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid4, Təqsirləndirilən şəxs2 Binəqədi RPİ-nin 43-cü PB-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli yapışqanla bükülmüş qara rəngli bükümün, gödəkçənin sol yan cibindən isə 1 ədəd “Redmi” markalı mobil telefonun aşkar edildiyini göstərərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 217-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş 06 aprel 2023-cü il tarixli, 46-612-4698 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, sonuncuların narkotik vsitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilmişdir. Cinayət işinin 318-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Şövqi Əsgərovun 14 iyun 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işi materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddə metamfetamindən istifadə edir, lakin, tutulan zaman üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün istintaq zamanı protokollara imza atmış, digər Təqsirləndirilən şəxs2 isə ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, onda narkotik vasitə olmadığını, Təqsirləndirilən şəxs1 narkotik vasitə sifariş verdiyini və yol pulu əvəzində ona bir qram narkotik vasitə verəcəyini bildirmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadələrini onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, onların məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1005 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 6,700 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onların narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Həmçinin, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəylərindən göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisi narkomaniya xəstəliyindən əziyyət çəkirlər. Məhkəmə iclasında dindirilən zaman təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulan zaman polis bölməsində təzyiqlərə məruz qaldığlarını bildirmişlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 43-cü PB-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq sorğular Binəqədi rayon prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 31 iyul 2023-cü il tarixli, 3-16-17/38/2-5168/2023 saylı məktubdan və məktuba əlavə edilmiş tibbi kartoçkanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində müayinə zamanı yeni zədə izi aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 sağ əlin ön səthində xırda ölçülü köhnə çapıq toxuma aşkar edilmişdir. Həmçinin, Bakı Şəhəri Binəqədi Rayon Prokurorluğundan daxil olmuş 07 avqust 2023-cü il tarixli, 1178xid nömrəli məktubla daxil olmuş, Binəqədi rayon prokurorluğuna Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 işgəncəyə və ya qeyri-insani rəftara məruz qalmaları barədə məlumat daxil olmamış və hər hansı araşdırma aparılmamışdır. Bundan başqa, cinayət işinin 246-247-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 03 mart 2023-cü il tarixli, 371 nömrəli canlı şəxsin eskpertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində xəsarət aşkar olunmamışdır. Cinayət işinin 249-250-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 03 mart 2023-cü il tarixli, 372 nömrəli canlı şəxsin eskpertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində xəsarət aşkar olunmamışdır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefonlarda olan məlumatları və sms məlumatlarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 215-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 29 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 253-254-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 may 2023-cü il tarixli 2725 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN, Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 257-258-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 05 iyun 2023-cü il tarixli 1543 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 215-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 29 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 251-252-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 may 2023-cü il tarixli 2565 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 255-256-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 08 may 2023-cü il tarixli 1268 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs1 oğiu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 27 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 18-19-cu vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 99-cu vərəqəsində olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 28 fevral 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 saxlanıldığı müvəqqəti saxlama yerindən azad olunmuşdur. Lakin, cinayət işinin 145-150-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 4(001)-173/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 26 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 27 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 68-69-cu vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 100-cü vərəqəsində olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 28 fevral 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı müvəqqəti saxlama yerindən azad olunmuşdur. Lakin, cinayət işinin 151-155-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 4(001)-172/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 26 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1004,8 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd “Xiaomi Poco” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumuna, 01 ədəd “Redmi 10” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumuna qaytarılmalı, 03 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: 1.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 2.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 3.İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1004,8 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd “Xiaomi Poco” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumuna, 01 ədəd “Redmi 10” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumuna qaytarılsın. 03 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. 4.İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1689/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1689/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver