Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1689/2025 17.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X5 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:40-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxs və qeyrilərinin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı göndərdiyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitəni əldə etmək qərarına gəldikdən sonra 10 may 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən naməlum vaxtda və şaraitdə sonuncular tərəfindən göndərilmiş külli miqdarda - 21095 (iyirmi bir min doxsan beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Malıbəyli küçəsində yerləşən “Həyat Məkan” restoranının yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 may 2025-ci il tarixdə, saat 23:20-də qeyd olunan ünvanda saxlanılaraq həmin gün saat 23:24 dəqiqədən etibarən üzəri yoxlanılan zaman əlində saxladığı 02 ədəd torbanın içərisində olan 20 (iyirmi) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1125 (min yüz iyirmi beş) qram, 555 (beş yüz əlli beş) qram, 1065 (min altmış beş) qram, 1095 (min doxsan beş) qram, 1065 (min altmış beş) qram, 1045 (min qırx beş) qram, 1050 (min əlli) qram, 1095 (min doxsan beş) qram, 1075 (min yetmiş beş) qram, 1035 (min otuz beş) qram, 1095 (min doxsan beş) qram, 1075 (min yetmiş beş) qram, 1085 (min səksən beş) qram, 1070 (min yetmiş) qram, 1130 (min yüz otuz) qram, 1045 (min qırx beş) qram, 1085 (min səksən beş) qram, 1090 (min doxsan) qram, 1115 (min yüz on beş) qram və 1100 (min yüz) qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 21095 (iyirmi bir min doxsan beş) qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ayın 9-da axşam saatlarında işdən çıxıb evə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmədən maşına basmışlar. Polislər ona üzərində narkotik vasitə olduğunu demişlər, lakin onun üzərində heç bir narkotik vasitə olmamışdır. Maşında ona təyziq göstərərək üzərini axtarmışlar və üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra maşının arxasından iki çanta narkotiki götürərək “bu narkotik sənə aiddir” demişlər. Ona aid olmasını inkar etmiş, nə qədər təzyiqlər göstərsələr də boynuna almamışdır. Sonra polislərdən biri “narkotiki aparıb qoyaq sizin evinizə, çəkilişlə sizin evinizdən götürək, evində kimlər varsa onları da şahid kimi polisə gətirib izahatını alacağıq” demişdir. Bundan sonra məcbur qalaraq razılaşmışdır. O, saxlanılan andan heç bir videoçəkiliş aparılmamış, saat 23:30-da videoçəkiliş aparılmış, həmin vaxta kimi etiraf etməmiş, bundan sonra onu saxlanılan yerdən kənar yerə, kafenin tininə aparmışlar və orada narkotikləri düzəndən sonra çəkiliş aparılmışdır. Çəkilişin aparıldığı yerlə onun saxlanıldığı yer arasında olan məsafə təxminən 50-60 metr olmuşdur. Çəkiliş Baş Narkotiklərlə Mübarizə İdarəsində aparılmış və o da çəkilişdə polis əməkdaşlarının dediklərini bildirmişdir. O, məhkəmədə polislərin ona bildirdiklərini hakimə demişdir. Baş verənlərlə bağlı heç bir yerə şikayət etməmiş, “banditizm”də saxlanılarkən evlə əlaqə saxlaya bilməmiş və Kürdəxanıda təcridxanaya köçürüləndən sonra evlə əlaqə saxlaya bilmişdir. İstintaq təcridxanasına gedəndə üzərində xəsarət izləri olmuş və həmin xəsarətlər onun ayağında olmuşdur. O, Şəhram adlı şəxsi tanımış, həmin şəxslə sosial şəbəkə vasitəsilə tanış olmuş və öz istifadəsi üçün ondan narkotik almışdır. Ödənişləri Şəhramın kartına 50 və 100 manat olmaqla köçürmüşdür. Təxminən 4-5 ildir narkotik vasitə marixuanadan istifadə etmiş və telefon yazışmalarında ondan kimsə narkotik istəməmişdir. O, narkotik vasitə marixuananı onunla işləyən şəxslərlə birlikdə istifadə etmiş və heç vaxt onunla işləyən şəxslərə narkotik verməmişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 12 may 2025-ci il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, ruhi-əsəb xəstəliyi olmamış, subay olmuş, bir azyaşlı övladı olmuş, fərdi əməklə məşğul olmuş, rəsmi olaraq heç bir yerdə işləməmiş və 2022-ci ildə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təxminən 4-5 ildir ki, narkotik vasitə olan “nəşə”dən istifadə etmiş, adını qeyd etdiyi maddələri hər dəfə adı və anket məlumatları ona məlum olmayan şəxslərdən almış, təxminən 2-3 ay bundan əvvəl İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, Şəhramın onun narkotik vasitələrin istifadəçisi olduğundan məlumatı olmuş və onu narkotiklə təmin edə biləcəyinə dair vəd vermişdir. Bu minvalla o, Şəhramdan bir neçə dəfə şəxsi istifadəsi üçün nəşə almış, sonuncu dəfə isə “Şəhram” onunla əlaqə saxlayaraq Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə 21 kiloqram çəkidə nəşə göndərəcəyini, həmin nəşəni götürüb gizlədərək saxlamasını və onun tərəfindən göstəriş verildikdə dediyi ünvana apararaq tullamasını, bunun müqabilində ona hər kiloqram nəşə üçün 500 manat pul verəcəyini bildirmişdir. Maddi sıxıntıları olduğuna görə Şəhramın təklifi ilə razılaşmış, hadisə baş verən gün iranlı tərəfindən ona narkotikin olduğu yerin koordinatları göndərilmiş, həmin ünvana gedərək 02 ədəd torbada nəşəni götürüb əlində saxlayaraq bir qədər daşımış və niyyəti onu yolun o biri hissəsinə keçirərək ağaclıqların arasında gizlətmək olmuşdur. 10 may 2025-ci il tarixdə, saat 23:20 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Malıbəyli küçəsində yerləşən “Həyat Məkan” restoranının yaxınlığında əllərində 02 ədəd içərisi nəşə ilə dolu bağlama piyada hərəkət edən zaman ona bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları videoçəkilişlə üzərinin yoxlanılacağını izah etmiş, daha sonra videoçəkiliş başlamışdır. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ona üzərində və ya bağlamalarda narkotik vasitə gizlətməsi barədə məlumatlarının olduqlarını və nə varsa təqdim etməsini təklif etmişlər. O, əllərində olan 02 ədəd torbada nəşə bağlamalarının olduğunu bildirmiş, sonra onun üstü yoxlanılmışdır. Onun əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, həmin gödəkçənin üst sol cibindən 01 ədəd bank kartı və əynində olan qara rəngli şalvarın sol yan cibindən 12 manat pul aşkar edilmişdir. Sonra başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon və bank kartı götürülmüş, pul isə ona geri qaytarılmışdır. Daha sonra 02 ədəd torbaya baxış keçirilmiş, baxış zamanı torbaların içərisindən 20 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 22 kq 760 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, o və əməliyyat müvəkkilləri tərəfindən imzalanmış, möhürlənmiş və götürülmüşdür (İ cild, səh. 71-74). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Anar adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və rəhbərliyə məruzə edildikdən sonra əməliyyat tədbirinin keçirilməsi ilə bağlı göstəriş verilmişdir. May ayının 10-da axşam saat 22-23 radələrində Sabunçu rayonu ərazisində, Yeni Ramana qəsəbəsində şəxsə yaxınlaşıb özlərini təqdim edərək barəsində əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Üzərində narkotik vasitə olub-olmadığını, olduğu halda təqdim etməsini təklif etmişlər. Həmin vaxt şəxsin əllərində iki ədəd qara torba olmuşdur. Videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilərkən telefon, torbalardan isə iyirmi iki ədəd bağlamada qurudulmuş marixuana aşkar edilmiş və ümumi çəkiləri 23 kiloqrama yaxın olmuşdur. Təqsirləndirilən şəxs qurudulmuş marixuananı “Şəhram” adlı iranlı şəxsdən əldə etdiyini və hər kiloqram üçün beş yüz manata razılaşdıqlarını bildirmişdir. Bundan sonra sənədləşdirmə aparılaraq şəxs idarəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onları görəndən sonra əlində olanları atmağa cəhd etməmiş və onlara heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin əvvəldən əlində torbalarla gəlməsi barədə hansısa çəkilişləri olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılan zaman üzərində torbalar olmaması barədə dedikləri həqiqəti əks etdirmir. Ümumilikdə tədbirdə dörd nəfər iştirak etmişlər və onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir təzyiq olmamışdır. Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 10 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X4, X15, X12 və o daxil edilmişlər. 10 may 2025-ci il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Malıbəyli küçəsində yerləşən “Həyat Məkan” restoranının yaxınlığında olacağı müəyyən edilmiş, bunun üçün qrup üzvləri həmin yerə getmiş, saat 23:20-də həmin ünvanda Təqsirləndirilən şəxs olduğunu müşahidə etmiş, həmin vaxt onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş qərarla tanış etmiş və üzərinin polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə yoxlanılacağını bildirmişlər. O da etiraz etməmiş, bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzəri polis əməkdaşları yoxlanılmağa başlanılmış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol cibindən 01 ədəd mobil telefonu, həmin gödəkçənin digər cibindən 01 ədəd bank kartı və əynində olan qara rəngli şalvarın cibindən az miqdarda pulu təqdim etmişdir. Cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalı üçün 01 ədəd mobil telefon və 01 bank kartı Təqsirləndirilən şəxs götürülmüş, pul isə ona geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 02 ədəd qara rəngli torbanı təqdim etmişdir. Həmin torbalar yoxlanılan zaman içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr olan ümumilikdə 20 ədəd bağlamanın olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Onun üzərinin yoxlanılması polis əməkdaşları tərəfindən daha sonra davam etdirilmiş, lakin əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin qurudulmuş marixuana olmasını, aşkar olunmuş kütlələri İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxsin göstərişi ilə Sabunçu rayonu ərazisində gizlədilmiş yerdən götürüb başqa ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona hər 01 kiloqramına 500 manat pul verəcəyini, aşkar edilmiş kütlələri işlədiyi yerə yaxın olan meşədə gizlədəcəyini, ona qarşı heç bir zorakılığın olmadığını bildirmişdir (İ cild, səh. 110-112). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, şəxs 10 may tarixində, təxminən saat 23:30-da Sabunçu rayonu ərazisindəki Yeni Ramana qəsəbəsində olan “Malıbəyli” küçəsində əlində iki ədəd torba piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmış, həmin ərazidə torbalara baxış keçirilmiş və içərisində marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilənlərin marixuana olduğunu, İran İslam Respublikası vətəndaşı vasitəsilə əldə etdiyini və pul qarşılığında müəyyən yerlərə qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara heç bir müqavimət göstərməmişdir. O, təqsirləndirilən şəxsin uzaqdan əlində çanta ilə gəlməsi barədə hansısa çəkilişlərinin olmasını xatırlamır. Təqsirləndirilən şəxs çəkilişdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Əməliyyat tədbirində dörd nəfər iştirak etmişlər və saxlanılan zaman, idarədə olarkən Təqsirləndirilən şəxs heç bir təzyiq olmamışdır. Emin Əliyev ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında şahid X9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 113- 115). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 10 may 2025-ci il tarixində, təxminən saat 23 radələrində Sabunçu rayonu, Şuşa-Ramana qəsəbəsində olan Malıbəyli küçəsində Təqsirləndirilən şəxs saxlanılmış, üzərinə baxış keçirilərkən heç bir narkotik aşkar edilməmiş, əlində olan qara torbalara baxış keçirilən zaman iyirmi ədəd marixuanaya bənzər kütlələr aşkar edilmiş və həmin vaxt çəkiləri 22 kiloqram olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilənlərin narkotik vasitə marixuana olduğunu, “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə əldə etdiyini və hər kiloqramını 500 manat qarşılığında əvvəlcədən müəyyən edilmiş yerləyə qoyacağını bildirmişdir. Əməliyyat qrupunda dörd nəfər iştirak etmişlər, onlar təqsirləndirilən şəxsə yaxınlaşan zaman əlində olan torbalarla piyada hərəkətdə olmuş və təqsirləndirilən şəxs heç bir zorakılığa məruz qalmamışdır. Onılar yaxınlaşan zaman təqsirləndirilən şəxs qaçmağa cəhd etməmişdir. İlkin Babayev ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 10.Məhkəmə iclasında şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 116- 118). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 10 may tarixində əməliyyyat qrupunun üzvü kimi o da əməliyyat tədbirində iştirak etmiş və şəxsi Şuşa-Ramana deyilən ərazidə hərəkətdə olduğu vaxtda saxlamışlar. Saxlanılan zaman təqsirləndirilən şəxsin əlində bükümdə qara torbalar olmuş və yerində çəkiliş həyata keçirilmişdir. Hadisə yerində aşkar edilmiş bükümlər çəkildikdə iyirmi iki kiloqram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə marixuana olduğunu, narkotik vasitəni “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə əldə etdiyini, həmin şəxsin ona narkotik vasitəni deyilən ünvanda ağacın yanında gizlətməsini, daha sonra lazımi yerlərə yerləşdirməsini və bunun müqabilində pul verəcəyini deməsini bildirmişdir. Şəxs saxlanıldıqdan sonra birbaşa baş idarəyə aparılaraq təhqiqatçıya təhvil verilmişdir. O, Şahid kabinetində qolubağlı şəkildə şəxsə təzyiqlər olmasının şahidi olmamışdır. İbrahim Məmmədov ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 12.Məhkəmə iclasında şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 119- 121). 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2025-ci il tarixli, 7/697 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd torbalarda ümumi sayı 20 (iyirmi) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1125,0 qram, 555,0 qram, 1065,0 qram, 1095,0 qram, 1065,0 qram, 1045,0 qram, 1050,0 qram, 1095,0 qram, 1075,0 qram, 1035,0 qram, 1095,0 qram, 1075,0 qram, 1085,0 qram, 1070,0 qram, 1130,0 qram, 1045,0 qram, 1085,0 qram, 1090,0 qram, 1115,0 qram və 1100,0 qram, ümumi çəkisi 21095,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 40-44). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 28 iyul 2025-ci il tarixli, 4541 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 132-133). 15.«Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 11 may 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan süd rəngli gödəkçənin sol yan cibindən 1(bir) ədəd “Redmi” markalı mobil telefonu, həmin gödəkçənin üst sol yan cibindən 1(bir) ədəd **********401263 nömrəli plastik bank kartı və əynində olan qara rəngli şalvarın sol yan cibindən 12 (on iki) manat pul təqdim etmişdir. Təqsirləndirilən şəxs yanında olan 2(iki) ədəd qara rəngli torbadan 20 (iyirmi) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 22 (iyirmi iki) kq 760 (yeddi yüz altmış) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon və 1(bir) ədəd plastik bank kartı götürülmüş, pul isə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlələrin qurudulmuş marixuana olmasını, aşkar olunmuş kütlələri İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxsin göstərişi ilə Sabunçu rayonu ərazisindən, gizlədilmiş yerdən götürüb başqa ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona hər bir kiloqramına 500 (beş yüz) manat pul verəcəyini, aşkar edilmiş kütlələri işlədiyi yerə yaxın olan meşədə gizlədəcəyini, ona qarşı heç bir zorakılığın olmadığını bildirmişdir (İ cild, səh. 8-9). 16.«Mobil telefona baxış keçirilməsi barədə» 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun “WhatsApp” bölməsində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək aşağıdakı məzmunda danışıqların həyata keçirilməsi müəyyən edilmişdir: 1)+994 99 *** ** ** → +994 51 *** ** ** “Pulun varsa 5 at mənə 10 pat verə bilərsən saah 15 verim sənə” 2)+994 51 *** ** ** → +994 51 *** ** ** “ Binədə 30 patı nə vaxt ata bilərsən Binədə ha, dəqiq de ha yubanmasan, məsəlçün 1 saata - 2 saata?” (Səsli mesaj) 3)+994 51 *** ** ** → +994 77 *** ** ** “ ot varındı yoxsa götürüm?” (Səsli mesaj) 4)+994 77 *** ** ** → +994 51 *** ** ** “ qaqa.. ot. duzalar” (İ cild, səh. 123-124). 17.«Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlarına baxış keçirilməsi haqqında» "xxxx" MMC-dən götürülmüş cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 12 may 2024-cü il tarixdən 12 may 2025ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək aşağıdakı məzmunda SMS yazışmaları aşkar edilmişdir: xx/xx/2024,19:18:47,**********08,**********83,Ay *** pul isdemirem daş lazımdı ac telfonu; xx/xx/2025,17:29:12,**********08,**********78, E *** telefonu niye acmirsan mən senin kimi *** deyiləm ey pul üç ün zenk vuram Zəng edirdim görüm geleceksen bura nese saxlayım Yoxsa çekim hamisini (İ cild, səh. 126). 18.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 4(005)- 579/2025 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 12 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ittiham olunan əməldə özünü təqsirli bilərək qeyd etmişdir ki, əməlindən peşmandır, atasının müalicəsi üçün pula ehtiyacı olduğundan bu təklifi qəbul etmişdir, İran vətəndaşının təkifi ilə deyilən ünvana aparıb qoyacaqdı və qarşılığında beş yüz manat pul veriləcəkdir. O, narkotik vasitəni Ramanada götürmüş və bu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əvvəllər narkotik vasitə istifadə etmişdir, lakin hazırda istifadəçisi deyil. Polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir təsir və təzyiqə məruz qalmamşdır (İ cild, səh. 91-93). 19.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 31 may 2025-ci il tarixli, 3-28-29/2-5376/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 107). 20.«Maddi sübut hesab edilməsi haqqında» 12 may 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 21093 qram olan narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 96). 21.«Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasını özündə əks etdirən 01 ədəd DVD disk sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (İ cild, səh. 134- 143). 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, gövdədə və ətraflarda narkotiklə bağlı ləkələr aşkar olunmuşdur. 23.«Şübhəli şəxsin tutulması haqqında» 11 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və azadlığının məhdudlaşdırıldığı 10 may 2025-ci il tarixdən tutulmuş hesab edilmişdir (İ cild, səh. 24). 24.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 4(005)- 579/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 may 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 91-93). 25.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(003)-403/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İ cild, səh. 127-128, 129-131). 26.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 08 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-403/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. O, məhkəmənin hökmü ilə təyin edilmiş 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2025-ci il tarixdə tam şəkildə icra etmiş və bu səbəbdən Bakı şəhər probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. 27.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü bir uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 28.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 29.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 30.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 31.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 maddəsinin xaric olunmasını əsaslı sayır. 32.Belə ki, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs verilmiş ittihamda cinayət əməlinin məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi aparılan hərtərəfli məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. 33.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. 34.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin hər hansı iştirakçıları ilə aralarında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilməmiş, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olması, həmçinin həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirlik nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. 35.İstintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsini... qeyd etmiş, lakin məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında Təqsirləndirilən şəxs hər hansı şəxslə, eləcə də şəxsiyyəti istintaqla araşdırılan “Şəhram” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad edilən cinayət əməlini törətməsi müəyyən edilməmişdir. 36.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. 37.İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan “Şəhram” adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif etmişdir. 38.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına dair digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsində iştirakını təsdiq edən sübut müəyyən olunmamışdır. 39.Məhkəmənin bu qənaəti əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə aid cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. 40.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 41.Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 42.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 43.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 44.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 45.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 46.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 47.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 48.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 49.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 50.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 51.Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs məxsus olmaqla istifadəsində olmuş “Redmi” markalı mobil telefon cihazında olan “WhatsApp” ani mesajlaşma tətbiqinə daxil olan və göndərilən sms mətnlərinə dair məlumatların əks olunduğu elektron məlumat daşıyıcılarına baxış zamanı jarqon sözlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitənin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin aşkar edilmiş həmin narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 52.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, gövdədə və ətraflarda narkotiklə bağlı ləkələr aşkar olunmuşdur. 53.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 54.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 55.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 11 may 2025-ci il tarixli protokolun və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 56.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı həmin sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 57.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 58.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 59.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 60.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. 61.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 62.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olmasının ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 63.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 65.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 66.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 68.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 69.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 70.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 71.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 73.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 75.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 76.Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(003)-403/2022 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 77.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 78.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 79.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 80.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 81.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 10 may 2025-ci il tarixdən hesablanmalıdır. 82.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 83.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 84.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 85.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 21093 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi» markalı mobil telefon onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 86.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 87.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 88.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 89.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 90.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 91.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı - 10 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 440 (dörd yüz qırx) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 21093 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd DVD formatlı və 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev