Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-169/2020 20.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin və mülki iddiaçıların nümayəndəsi Nümayəndə, müdafiəçilər –Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1963-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, həbs olunanadək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, ev 2-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942, mənzil 374A-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2015-ci ilin noyabr ayında digər tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 İraq Respublikasının Ərbil şəhərində tikinti layihələrinə sərmayə yatırımından və tikinti materiallarının alqı- satqısından gəlir əldə edəcəklərini vəd edib, həmin işə sərmayə qoymağa Zərərçəkmiş şəxs1 və Etibar Mustafayevi inandırıb, Ərbil şəhərində “Mega Mall” ticarət mərkəzinin sahibi, şəxsiyyəti istintaqa məlum olmayan Reyqani adlı şəxs tərəfindən həmin şəhərdə bütün mümkün münbit şəraitin yaradılmasının təminatı adı ilə xx xxxxxx 2016-ci il tarixdə cinayətkar qrupun üzvü Azad Rufullayev vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 34a ünvanında yerləşən Etibar Mustafayevə məxsus ofisdə 100.000 ABŞ dolları məbləğində pulu (həmin dövrün məzənnəsi ilə 156.420 manat), bundan sonra, Ərbil şəhərində “Mega Mall” ticarət mərkəzində icarəyə götürüləcək 570 kv.m olan 19 nömrəli mağazanın icarə haqqısının aylıq ödənişi 5.000 ABŞ dolları məbləğində olduğu halda, həmin şəxslərə icarə haqqının 8.000 ABŞ dolları və 7 aylıq icarə pulunun, yəni 56.000 ABŞ dollarının qabaqcadan ödənilməli olduğunu bildirməklə, həmin məbləğin 36.000 ABŞ dollarını şəxsən xx xxxxxx 2016-cı il tarixdə İraq Respublikasının Ərbil şəhərində, qalan 20.000 ABŞ dollarını isə xx xxxxxx 2016-cı il tarixdə Etibar Mustafayevə məxsus ofisdə Azad Rufullayev vasitəsi ilə Zərərçəkmiş şəxs1 alaraq, həmin məbləğin 30.000 ABŞ dollarını xx xxxxx 2016-cı il tarixdə qeyd olunan mağazanın icarə haqqısı kimi ödəmələrinə baxmayaraq, qalan 26.000 ABŞ dollarını (həmin dövrün rəsmi məzənnəsi ilə 31.490 manat), ümumilikdə 126.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsi ilə 187.910 manat) məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Azad Rufullayevlə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləyib aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus külli miqdarda əmlakı vahid niyyətlə ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, eyni niyyətlə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs1 sonuncunun qardaşı - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməklə xx xxxx 2015-ci il tarixdən həbsdə saxlanılan Şahid2 500.000 ABŞ dolları müqabilində barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz etdirəcəyinə inandırıb, Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə etməklə sonuncudan Azad Rufullayev vasitəsi ilə xx xxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektində 270.000 ABŞ dolları, xx xxxxx 2016-cı il tarixdə Zərərçəkmiş şəxs1 qohumu Şahid1 vasitəsilə ünvan 2 ünvanında yerləşən “ABU Arena” restoranının qarşısında 40.000 ABŞ dolları olmaqla, ümumilikdə 310.000 ABŞ dolları məbləğində (həmin dövrün rəsmi məzənnəsi ilə 471.554 manat) pul vəsaitini alıb Azad Rufullayevlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus 310.000 ABŞ dolları məbləğində (həmin dövrün rəsmi məzənnəsi ilə 471.554 manat) pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini görüb qalan 190.000 ABŞ dollarını vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus həmin məbləğdə pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə istintaqı başlananadək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birlikdə “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata qəbul edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışlar. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayətini törədərək sonunculara 361.000 ABŞ dolları məbləğində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təqsiri üzündən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 İraq Respublikasının Ərbil şəhərində 295.000 ABŞ dolları məbləğində əlavə olaraq maddi ziyan dəymişdir. Mülki iddia ərizəsində göstərilmişdir ki, 361.000 ABŞ dolları məbləğində vurulmuş ziyanın 78.000 ABŞ dolları hissəsi Zərərçəkmiş şəxs2, qalan 283.000 ABŞ dolları hissəsi isə Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Ona görə də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 361.000 ABŞ dolları və 295.000 ABŞ dolları məbləğində vurulmuş ziyanın Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsini ayrı-ayrılıqda məhkəmədən xahiş etdilər. Təqsirləndirilən şəxs qabaqcadan əlbir bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi, eləcə də onun qabaqcadan əlbir bir qrup şəxs halında aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsizərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin materiallarında olan sair mötəbər və obyektiv sübutlarla aşağıda şərh olunan qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, o, ona qarşı irəli sürülmüş ittihamla razı deyil və həmin cinayət əməlləri üzrə özünü təqsirli hesab etmir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayətini törətməmişdir. O, Zərərçəkmiş şəxs1 2015-ci ildə tanışı Azad Rufullayev vasitəsi ilə tanımışdır. Azad Rufullayev ona Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasında işlərinin yaxşı getmədiyini və İraq Respublikasının Ərbil şəhərində tikinti materiallarının sərgisi və satışı ilə məşğul olmaq istədiyini bildirmişdir. Azad Rufullayev bunu ona dedikdən sonra ondan Zərərçəkmiş şəxs1 köməklik göstərməyini xahiş etmişdir. Sonra o, Azad Rufullayevlə birlikdə Zərərçəkmiş şəxs1 ofisinə gedərək orada Zərərçəkmiş şəxs1la tanış olmuşdur. Söhbət zamanı o, Zərərçəkmiş şəxs1 Ərbil şəhərində olan tanışları vasitəsi ilə tikinti məhsullarının sərgisini və satışını həyata keçirməyə köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxt o, göstərəcəyi köməkliyə görə Zərərçəkmiş şəxs1 150.000 ABŞ dolları məbləğində pul istəmişdir. Lakin Zərərçəkmiş şəxs1 həmin məbləğin çox olduğunu bildirmiş və nəticədə Azad Zərərçəkmiş şəxs1 Rufullayevə 100.000 ABŞ dolları məbləğində pul vermişdir. 100.000 ABŞ dolları məbləğində pulun 50.000 ABŞ dolları hissəsi Zərərçəkmiş şəxs1 Ərbil şəhərində işi ilə bağlı olmuş, qalan pulun yarısı isə ona çatmalı imiş. Təxminən 2016-cı ilin yanvar ayında o, X11 prospektində yerləşən “Sərin” restoranının qarşısında görüşmüş və X25 Şərifovdan 100.000 ABŞ dolları məbləğində pul aldığını ona bildirmişdir. Bundan sonraAzad Rufullayev aldığı məbləğdən ona cəmi 55.000 ABŞ dolları məbləğində pul vermişdir. Azad Rufullayev pulun qalan hissəsini ehtiyacı olduğu üçün özündə saxladığını və borclarına verdiyini ona demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 bir neçə şəxslə birlikdə Ərbil şəhərinə getmiş və o, Zərərçəkmiş şəxs1 və sonuncu ilə birlikdə gələn şəxsləri orada qarşılayıb hotelə yerləşdirmişdir. Ərbil şəhərində o, Zərərçəkmiş şəxs1 “Meqa Mall” ticarət mərkəzinin sahibi X27 ilə tanış etmişdir. Həmin ticarət mərkəzində Zərərçəkmiş şəxs1 təxminən 600 kv.metr olan sərgi və satış həyata keçirmək üçün icarəyə qeyri-yaşayış sahəsi ayrılmışdır. Həmin mağazanın icarə haqqısının rəsmi olaraq 5.000 ABŞ dolları olmasına baxmayaraq, qeyri-rəsmi digər ödənişlərlə birlikdə 8.000 ABŞ dolları məbləğində olmuşdur. Bu səbəbdən də o, Zərərçəkmiş şəxs1 aylıq icarə haqqının 8.000 ABŞ dolları məbləğində olduğunu demişdir. Zərərçəkmiş şəxs1 həmin yerin qabaqcadan 6 aylıq icarə haqqısını, yəni 48.000 ABŞ dollarını onun vasitəsi ilə ödəmişdir. Həmin icarə müqaviləsini o, Zərərçəkmiş şəxs1la razılaşdırdıqdan sonra özü imzalamışdır. Zərərçəkmiş şəxs1 Ərbil şəhərinə yenidən gəldikdən sonra o, sonuncuya icarə müqaviləsini vermişdir. Zərərçəkmiş şəxs1 icarə müqaviləsinə baxmış və müqaviləni bəyənmişdir. İcarə müqaviləsini o, Zərərçəkmiş şəxs1 adından imzalayıb pulları ticarət mərkəzinə ödəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 həmin ticarət mərkəzində 8 ay işləmiş və müəyyən məbləğdə pul qazanmışdır. Lakin Zərərçəkmiş şəxs1 işləri o qədər də alınmadığı üçün sonuncu fəaliyyətini dayandırmışdır. İraq Respublikasının Ərbil şəhərində ticarətlə məşğul olmaq adı ilə Azad Rufullayev ona cəmi 55.000 ABŞ dolları məbləğində pul vermişdir. Bu məbləğdən başqa ona pul çatmamış və verilməmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 və Azad Rufullayevdən heç bir məbləğdə pul almamışdır. O, Zərərçəkmiş şəxs2 ilə heç vaxt iş görməmiş, sonuncunun xahişini yerinə yetirməmiş və pul almamışdır. 2016-cı ilin aprel ayında Azad Rufullayev ona zəng edərək Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 həbs olunduğunu demiş və onun əlaqələri vasitəsi ilə Şahid2 köməklik etməyini ondan xahiş etmişdir. Ona edilən xahişdən sonra o, Şahid2 məsələsi ilə maraqlanmış və Şahid2 “xxxx” ASC-dən götürdüyü kreditlər üzrə çoxlu borcu olduğuna görə həbs olunduğunu öyrənmişdir. O, bu barədə məlumatı əldə etdikdən sonra X17 Şərifova heç bir köməklik edə bilməyəcəyini bildirmiş və bu işin onluq olmadığını demişdir. Bundan sonra onun Zərərçəkmiş şəxs1, Azad Rufullayev və Zərərçəkmiş şəxs2lə heç bir əlaqəsi və münasibəti olmamışdır. O, heç vaxt Zərərçəkmiş şəxs1 sonuncunun qardaşı Şahid2 həbsdən azad edilməsi ilə bağlı heç bir məbləğdə pul istəməmiş, Azad Rufullayev ona bununla bağlı heç bir məbləğdə pul verməmiş, Azad Rufullayevin pul almasından onun məlumatı olmamışdır. Şahid2 həbsdən azad edilməsi ilə bağlı onun heç bir səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayətini törətmədiyinə görə sonunculara heç bir ziyan vurmadığını və bu səbəbdən ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınmasını, barəsində bəraət hökmünün çıxarılmasını və ona qarşı irəli sürülmüş mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi və mülki iddianı qəbul etməməsi ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü əsasında Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiklərinin həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunlu ifadə verməklə cinayət məsuliyyətindən, eləcə də mülki məsuliyyətdən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Məhkəmə istintaqında zərərçəkmiş şəxsvə mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2008-ci ildən tanıdığı Azad Rufullayev təxminən 2015-ci ilin noyabr-dekabr aylarında ona zəng edərək görüşmək istədiyini bildirmiş və o, Azad Rufullayevlə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 34a ünvanında yerləşən xalası oğlu Zərərçəkmiş şəxs2 məxsus ofisdə görüşmüşdür. Həmin vaxt Azad Rufullayev onun sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı şəxslə birlikdə ofisə gəlmişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə həmin vaxt görmüşdür. Azad Rufullayev söhbət zamanı Əjdəri İraq Respublikasının Ərbil şəhərində sahibkarlıqla məşğul olan şəxs kimi ona təqdim etmişdir. Azad ona Əjdərin İraq Respublikasında nüfuz sahibi olan müəyyən yüksək vəzifəli şəxslərlə sıx münasibətlərinin olduğunu bildirmiş və ona həmin ölkədə neft məhsullarının satışı ilə məşğul olmağı təklif etmişdir. Azad Rufullayev həmin vaxt ona İraq Respublikasında olan tanışları ilə birgə iş görərək layihələrə sərmayə qoyulmasından yaxşı gəlir əldə edə biləcəyini demiş və dərhal onun ilkin addımlar atmalı olduğunu təkid etmişdir. O, Azad Rufullayevə yalnız tikintidən məlumatlı olduğunu bildirmişdir. Bundan bir neçə gün X22 və Təqsirləndirilən şəxs yenidən onun yanına gələrək Ərbil şəhərində tikinti materiallarının alqı-satqısı sahəsində yaxşı gəlirin olduğunu, Ərbil şəhərində ticarət mərkəzlərinin birinin sahibi olan Reyqani adlı şəxslə danışıb sonuncunun köməkliyi ilə həmin fəaliyyətə başlamağın mümkün olduğunu ona bildirmişlər. Bundan X22 və Təqsirləndirilən şəxs yenidən onun yanına gələrək xalası oğlu Ehtibarın yanında ona Ərbil şəhərində iki ayrı-ayrılıqda tikilməkdə olan şəhərciklərin proyektlərini göstərmişlər. O, Azad Rufulllayevi uzun müddət tanıdığından və sonuncunun sözlərinə inandığından Azad Rufullayev və Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Sonra Azad və Əjdər yenidən onunla görüşərək Ərbil şəhərində Reyqani ilə danışdıqlarını, Reyqaniyə məxsus ticarət mərkəzində kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə yer götürəcəkləri ilə bağlı razılaşdıqlarını bildirirək Reyqaniyə “şirinlik” adı altında, guya həmin şəhərdə bütün mümkün münbit şəraitin yaradılmasının təminatı üçün 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pulun lazım olduğunu bildirmişlər və həmin pulu ondan istəmişlər. Lakin o, həmin məbləğin çox olduğunu Azad Rufullayevə bildirərək 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pulun verilməsi ilə razılaşmamış və cəmi 100.000 (yüz min) ABŞ dolları məbləğində pulu düzəldə biləcəyini demişdir. Bundan X22 50.000 (əlli min) ABŞ dollarını özü onun adından borc kimi verəcəyini, onun Ərbil şəhərində işləri düzələndən sonra Azadın ona borc kimi verəcəyi 50.000 (əlli min) ABŞ dollarını Azad Rufullayevə qaytarmalı olduğunu bildirmişdir. Azad Rufullayevin onun əvəzinə 50.000 (əlli min) ABŞ dolları məbləğində pulu verəcəyi barədə sözləri onun Azad Rufullayevə və Təqsirləndirilən şəxs olan etibarını daha da gücləndirmişdir. Ona görə də xx xxxxxx 2016-cı il tarixdə o, xalası oğlu Zərərçəkmiş şəxs2 iştirakı ilə Ehtibarın iş yerində, yəni Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 34a ünvanında yerləşən ofisdə Azad Rufullayevlə görüşmüş və həmin vaxt Azad Rufullayevə 100.000 (yüz min) ABŞ dolları məbləğində pulu vermişdir. Azad Rufullayev pulu onun yanında saydıqdan sonra çıxıb getmişdir. Bir neçə gün sonra o, Azad Rufullayev və Təqsirləndirilən şəxslə danışdıqda sonuncular artıq Reyqani ilə danışdıqlarını, işlərin tam hazır olduğunu, Ərbil şəhərinə gedərək ticarət mərkəzində icarəyə götürülən yerlə bağlı müqavilə bağlamaq və tikinti yerləri ilə tanış olmağın lazım olduğunu ona bildirmişlər. Bu məqsədlə xx xxxxxx 2016-cı il tarixdə o, xalası oğlu Zərərçəkmiş şəxs2, Əziz adında bir şəxs, dizayner kimi onlarla birlikdə işləyən Mehriban adlı xanımla birlikdə İraq Respublikasının Ərbil şəhərinə getmişdir. Ərbil şəhərində Əjdər onları yüksək səviyyədə qarşılamışdır. Onlar qarşılandıqdan sonra onları tikintiyə aparmışlar. Onlara göstərilən tikinti iyirmiyə yaxın hündürmərtəbəli yaşayış binalarından, 50-60 villalardan ibarət olmuşdur. O, həmin tikililərin toz basdığını gördükdə, tikintinin çoxdan dayanıb-dayanmaması barədə sual vermişdir. Lakin tikintini onlara göstərən şəxslər tikintinin yenicə dayandığını bildirmişlər. Əjdər tikinti layihələrinin 2-3 milyard dəyərində olduğunu, ona narahat olmamağı, bu ərazilərdə neftin dayandığını, 1-2 aya qazın “fontan” vuracağını və buna görə də onu dəvət etdiyini bildirmişdir. Sonra rəsmi tədbir olmuşdur. Həmin tədbirdə Reyqani başda oturmuşdur. O və onunla birlikdə gedən şəxslər qonaq heyəti olaraq bir tərəfdə, Reyqaninin nümayəndələri isə qarşı tərəfdə əyləşmişlər. Əjdər onların yanında əyləşmişdir. X21 yaxınlaşaraq bir hədiyyə təqdim etmişdir. O, tərcüməçidən hədiyyənin kimin tərəfindən göndərildiyini soruşmuş və tərcüməçi Gürcüstan Respublikasının hansısa vəzifəli şəxsi Əjdər vasitəsilə Reyqaniyə hədiyyə göndərdiyini ona bildirmişdir. Sonra Reyqani onunla görüşmüş və ona simvolik hədiyyə bağışlamışdır. Sonra o, Əjdərdən onun adından Reyqaniyə hədiyyə verib-vermədiyini soruşmuşdur. Əjdər isə ona narahat olmamağı, onun adından Reyqaniyə hədiyyə verdiyini bildirmişdir. Tədbirin növbəti günü onlar Reyqani ilə birdə görüşmüşlər. Həmin görüşdə Reyqani ona tikinti işlərinin birlikdə davam etdirilməsini təklif etmişdir. O, tikinti işlərinə nə qədər pul lazım olduğunu soruşduqda, Reyqani hər binaya təxminən 1 (bir) milyon ABŞ dolları məbləğində pulun lazım olacağını ona demişdir. O isə bu qədər pulun onda olmadığını Reyqaniyə bildirmişdir. O, Reyqaniyə tikinti mallarının satışı ilə məşğul olmaq istədiyini bildirmişdir. Lakin Reyqani onlara fəaliyyət göstərmək üçün ilkin olaraq görəcəkləri işlərə dair satış salonu götürməyi və həmin yeri təmir etməyi təklif etmişdir. Əjdər onları həmin şəhərdə “Mega Mall” ticarət mərkəzinə apararaq 570 kv.m olan qeyri-yaşayış sahəsini göstərib həmin yerlə bağlı artıq ticarət mərkəzinin sahibi Reyqani ilə danışdığını, icarə haqqının aylıq 8.000 ABŞ dolları olduğunu və 7 ayın pulunu qabaqcadan vermək lazım olduğunu ona bildirmişdir. Həmin gün onlar qaldıqları hotelə qayıdaraq özünün qaldığı otaqda və Ehtibarın yanında Əjdərə 36.000 ABŞ dollarını vermiş, qalan 20.000 ABŞ dollarını isə Bakı şəhərinə qayıtdıqdan sonra Əjdərə çatdırılması üçün Azad Rufullayevə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşaraq 36.000 ABŞ dollarını orada ondan almışdır. Sonra Əjdər onu təqdim etdiyi proyektlər üzrə Ərbil şəhərində tikilməkdə olan şəhərciklərə aparmış və həmin yerlərdə tikintintini başa çatdırıb satmaqla yaxşı gəlir əldə etmək mümkün olduğunu, yaxın günlərdə həmin tikintilərlə bağlı Reyqanidən sifarişlər alaraq işə başlayacaqlarını bildirmişdir. xx xxxxxx 2016-cı il tarixdə o, Ehtibar və getdiyi digər şəxslərlə birlikdə Bakı şəhərinə qayıtmışdır. xx xxxxxx 2016-cı il tarixdə o, Azad Rufullayevlə əlaqə saxlayaraq sonuncu ilə Ehtibarın ofisində görüşmüş və Əjdərə obyektin icarəsi üçün verməli olduğu 20.000 ABŞ dollarını Azad Rufullayevə vermişdir. Bir müddət sonra o, Azad Rufullayevdən verdiyi 20.000 ABŞ dolları ilə maraqlanmış və Azad Rufullayev onun verdiyi pulu Əjdərə göndərdiyini və mart ayında icarə ilə bağlı müqavilənin bağlanacağını ona bildirmişdir. 2016-cı ilin aprel ayında Zərərçəkmiş şəxs2 Ərbil şəhərinə gedərək Əjdərlə görüşmüş və Əjdər ona xx xxxxx 2016-cı il tarixli icarə müqaviləsini təqdim etmişdir. Sonra Ehtibar həmin müqaviləni ona göstərmişdir. O, müqaviləyə baxdıqda, müqavilənin ingilis və ərəb dillərində yazıldığını, xx xxxxx 2016-cı il tarixdə bağlandığını və ümumilikdə cəmi 30.000 ABŞ dollarının ödənildiyini, aylıq icarə haqqının isə 5.000 ABŞ dolları məbləğində olduğunu görmüşdür. O, bu barədə Əjdərdən soruşduqda, Əjdər ona qiymət məsələsinin ticarət mərkəzinin daxili işi olduğunu demişdir. Sonra onlar “Mega Mall” ticarət mərkəzindəki 570 kv.m olan qeyri-yaşayış sahəsini təmir etdirmişlər və satış avadanlıqlarını ora aparmışlar. Bir müddət keçdikdən sonra təxminən 2016-cı ilin aprel ayının sonlarında o, Bakı şəhərində olanda Ehtibar ona zəng edərək işlərin getmədiyini, satışı həyata keçirə bilmədiklərini, Ərbil şəhərində yaşayan insanların maddi durumlarının çox zəif olduğunu bildirmişdir. O da Ehtibara biraz səbrli olmasını, arada başqa söhbətin olduğunu və ən azı müqavilə müddətinin axırına qədər orada qalmaqlarının lazım olduğunu bildirmişdir. Müqavilə müddəti bitdikdən sonra, yəni 2016-cı ilin sentyabr ayının axırında onlar həmin ticarət mərkəzindən çıxmaq istədikdə, Reyqaninin adamları onlara oradan çıxmağa imkan verməmişlər. Reyqaninin adamları müqavilə müddətinin bir il olduğunu bildirərək qalan altı ay üzrə icarə haqqının ödənilməsini onlardan tələb etmişlər. O, həmin vaxt Əjdərlə əlaqə saxlamaq istəsə də, buna müvəffəq olmamış və Təqsirləndirilən şəxs tapa bilməmişdir. Sonra o, Azad Rufullayevlə əlaqə saxlamışdır. Azad Rufullayev hər dəfə yaxın günlərdə işlərin qaydasına düşəcəyini və külli miqdarda onun sifariş alacağına dair yalan vədlər vermişdir. Azad Rufullayev yalan vədlər verərək vaxt “udmaq” istəmişdir. Müqavilə müddəti bitdikdə və Ehtibargil oradan çıxmaq istədikdə, Reyqaninin adamları ona imkan verməmişlər O, Ehtibargilə demişdir ki, “siz heç nəyə baxmayın, sökün, çıxın gəlin”. Ehtibar Bakı şəhərindən Ərbil şəhərinə özü ilə 7-8 nəfər işçi aparmışdır. Reyqaninin adamları Ehtibargilə Bakı şəhərinə qayıtmağa iki ay imkan verməmişlər və demişlər ki, “burada qalmalısız”. Ehtibargilin ticarət mərkəzindən çıxmasının qarşısını almaq üçün həmin mərkəzin işçiləri onların mallarını sındırmışlar. Sonra onlar yenidən Reyqaninin adamları ilə əlaqə saxlamışlar və Reyqaninin adamları ticarət mərkəzinə cəmi 30.000 ABŞ dolları məbləğində icarə haqqının ödənildiyini, artıq heç bir məbləğin ödənilmədiyini onlara bildirmişlər. 2016-cı ilin dekabr ayında o, Azad Rufullayevə təzyiq edəndən sonra Ehtibargil oradan çıxa bilmişlər. O, xalası oğlu Zərərçəkmiş şəxs2lə birlikdə İraqın Ərbil şəhərində iş qurmaq üçün Təqsirləndirilən şəxs və Azad Rufullayevə ümumilikdə 156.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulun yarısı, yəni 78.000 ABŞ dolları onun xalası oğlu Zərərçəkmiş şəxs2, qalan hissəsi isə onun özünə məxsus olmuşdur. Bundan başqa, 2016-cı ilin aprel ayında Azad Rufullayev onun qardaşı Şahid2 Azərbaycan Respublikası DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində barəsində istintaq olunan cinayət işi üzrə həbs olunduğunu öyrəndiyi üçün onunla görüşmək istəmişdir. O, Azad Rufullayevlə həmin gün Ehtibarın ofisində görüşmüş və Azad Rufullayev həmin vaxt ən nüfuzlu şəxslər ilə yaxşı münasibətlərinin olduğunu, həmin şəxslərin vasitəsi ilə qardaşı Həsəni həbsdən təmənnasız çıxartdıracağını bildirmiş və neçə vaxt qardaşının məsələsi barədə məlumat vermədiyini ərkyanə ona irad bildirmişdir. Bir neçə gün sonra isə Azad Rufullayev yenidən bununla bağlı onun yanına gələrək onun yanında Əjdərə zəng etmiş və bundan sonra Əjdər onların söhbətlərinə qoşulmuşdur. Əjdər söhbət zamanı Reyqaninin Azərbaycan Respublikasında yüksək vəzifəli şəxslər ilə yaxşı münasibətlərinin olduğunu və Reyqaninin xahişi ilə Həsəni həbsdən buraxdıracaqlarını bildirmişdir. Bunun üçün Təqsirləndirilən şəxs və Azad Rufullayev ondan əvvəlcə həmin vəzifəli şəxslərə verilməsi üçün 3.000000 ABŞ dolları məbləğində pul istəmişlər. O, həmin məbləğlə razı olmadıqda, Təqsirləndirilən şəxs və Azad Rufullayev ondan 1.000000 ABŞ dolları məbləğində pul istəmişlər. O, həmin məbləğlə də razı olmadıqda, Təqsirləndirilən şəxs və Azad Rufullayev bu dəfə ondan 500.000 ABŞ dolları məbləğində pul istəmişlər. Əjdər və Azad ona həmin məbləği təcili olaraq düzəldib verməyini bildirmişlər. Təxminən xx xxxxx 2016-cı il tarixdə o, 270.000 ABŞ dolları məbləğində pulu toplayıb Azad Rufullayevə zəng etmiş və onlar Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektində görüşmüşlər. Həmin vaxt o, 270.000 ABŞ dolları məbləğində pulu Azad Rufullayevə şəxsən vermişdir. Azad Rufullayev pulu ondan alaraq, həmin pulu nüfuzlu şəxslərə verəcəyini və bir neçə yerdən “tapşırılandan” sonra Şahid2 həbsdən azad etdirəcəyini demişdir. Həmin vaxt onun bacısı oğlu Şahid1 də onlarla birlikdə olmuş və o, Elçinin yanında 270.000 ABŞ dollarını Azad Rufullayevə vermişdir. Azad Rufullayev pulu saydıqdan sonra öz avtomobilinə minib getmişdir. O, Azad Rufullayevə pulu verməmişdən əvvəl narahat olduğu üçün öz avtomobilində 270.000 ABŞ dollarının fotoşəkillərini çəkmişdir. Təxminən xx xxxxx 2018-ci il tarixdə o, 40.000 ABŞ dolları məbləğində pulu düzəldərək bacısı oğlu Şahid1 vasitəsi ilə Azad Rufullayevə göndərmişdir. Şahid1 həmin gün “ABU Arena“ restoranının qarşısında Azad Rufullayevlə görüşərək 40.000 ABŞ dolları məbləğində pulu şəxsən sonuncuya vermişdir. Sonra o, Azad Rufullayev və Təqsirləndirilən şəxs qalan məbləği heç cür düzəldə bilməyəcəyini bildirmişdir. Bunun müqabilində Azad Rufullayev və Təqsirləndirilən şəxs ona “baxaq görək biz nə edirik” demişlər. X8 zəng edərək narahat olmamağını, Əjdərlə birlikdə qalan 190.000 ABŞ dollarını düzəltdiklərini bildirmiş və ümumilikdə 500.000 ABŞ dolları məbləğində pulu lazımı şəxslərə verdiklərini demişdir. Azad Rufullayev və Təqsirləndirilən şəxs xx xxx 2016-cı il tarixə Şahid2 buraxılacağını ona demişlər. xx xxx 2016-cı il tarixdə o, Şahid2 buraxılmadığını görüb Azad Rufullayevlə əlaqə saxlamışdır. Həmin vaxt Azad bir neçə günə məsələnin həll olunacağını ona bildirmişdir. Bir neçə gündən sonra o, Azad Rufullayevlə görüşmüş və sonuncunun yanında Əjdərlə əlaqə saxlamışdır. O, Əjdərlə telefonla danışdıqda Əjdər 500.000 ABŞ dolları məbləğində pulun tam şəkildə verilmədiyinə görə Şahid2 məsələsinin həll olunmadığını ona demişdir. 2016-cı ilin iyul ayında Şahid2 qanuni olaraq azadlığa çıxmışdır. Həsənin azadlığa çıxmasında Azadın və Əjdərin heç bir rolu və köməyi olmamışdır. Həsənin azadlığa çıxmasına baxmayaraq, Azad Rufullayevin bundan məlumatı olmamışdır. O, Azada Həsənin həbsdən azad olunması barədə məlumat verməmiş və hər dəfə Azada zəng edərək Həsənin nə zaman azadlığa çıxacağını soruşmuşdur. Azad Rufullayev də hər dəfə Əjdərlə danışdığını, yalan vədlər verərək tezliklə qardaşı Həsənin azad olunacağını bildirirmişdir. Azad Rufullayev ona bu sözləri deyərkən qardaşı Həsən artıq azadlıqda olmuşdur. O, Azad və Əjdərin onun etibarından sui-istifadə edərək aldatdıqlarını başa düşərək pulunu Azad və Əjdərdən geri tələb etməyə başlamışdır. Bundan sonra Əjdər ümumiyyətlə görüşlərə gəlməmiş, Azad Rufullayev isə müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. 2016-cı ilin iyul ayında o, Əjdərə zəng edərək həmin vaxt Bakı şəhərinə gələn Reyqani ilə görüşüb sonuncudan onun göndərdiyi 100.000 ABŞ dolları məbləğində pulu alıb-almadığını soruşmaq istədiyini bildirmişdir. Əjdər isə buna kəskin etirazını bildirərək onu Reyqani ilə görüşdürməmişdir. Bundan sonra o, təkidlə pulunu Azaddan və Əjdərdən tələb etməyə başlamışdır. O, pulunu tələb etməyə başladıqda və Azadla Əjdərdən şikayət edəcəyini bildirdikdə, Azad Rufullayev hissə-hissə ona 75.000 ABŞ dolları məbləğində pul qaytarmışdır. Azad Rufullayev sonradan onu aldatdıqlarını etiraf edərək ondan şikayət etməməyi xahiş etmiş və pulu qaytaracağına inandırmaq məqsədilə 2017-ci ilin yanvar ayında 6 saylı notariat kontorunda 361.000 ABŞ dolları məbləğində pulu həmin ilin fevral ayının sonunadək ona qaytaracağı barədə “Borcun etirafı haqqında” müqavilə imzalamışdır. Bundan sonra da ona pul ödənilməmişdir. Azad Rufullayevin barəsində cinayət işinə məhkəmədə baxıldığı zaman Azad Rufullayev ona 300.000 (üç yüz min) manat məbləğində pul qaytarmışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 qeyd etdiklərinin nəzərə alınmasını, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəzanın təyin edilməsini və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun xalası oğludur. O, Zərərçəkmiş şəxs1la birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təxminən 2015-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 onu yanına çağıraraq tanışı tərəfindən İraq Respublikasının Ərbil şəhərində iş təklif olunduğunu bildirmiş və ona birlikdə İraq Respublikasının Ərbil şəhərinə getməyi məsləhət görmüşdür. O, xalası oğlu Azada etiraz etməmiş və Azadın təklifi ilə razılaşmışdır. Bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs1 tanışı Azad Rufullayev və Təqsirləndirilən şəxs ilə danışıqların aparıldığını ona bildirmişdir. Bundan sonra onun ofisində onlar dördü birlikdə görüşmüşlər. Azad Rufullayev söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 İraq Respublikasının Ərbil şəhərində sahibkarlıqla məşğul olan şəxs kimi təqdim etmişdir. Söhbət əsnasında Azad Rufullayev və Təqsirləndirilən şəxs İraq Respublikasında neft məhsullarının satışında yaxşı gəlir olduğunu onlara demişlər və çoxlu pul qazanmaq məqsədi ilə orada neft məhsulların satışı ilə məşğul olmağı ona və xalası oğlu Azada təklif etmişlər. Onlar neft məhsullarının satışı sahəsində heç bir məlumatlarının olmadıqlarını, yalnız tikinti materiallarının satışı sahəsində məlumatlı olduqlarını demişlər. Bunu deməkdə onların məqsədi o idi ki, onlar Azərbaycan Respublikasında tikinti mallarının satışı ilə məşğul olduqlarından yalnız bu sahədə təcrübələri olmuşdur. Onun və xalası oğlu Zərərçəkmiş şəxs1 neft məhsullarının satışında heç bir təcrübəsi olmamışdır. Bir neçə gün sonra onlar dördü birlikdə (o, Zərərçəkmiş şəxs1, Azad Rufullayev, Təqsirləndirilən şəxs) ona və Zərərçəkmiş şəxs1 məxsus ofisdə görüşmüşlər. Azad Rufullayev və Təqsirləndirilən şəxs onlara Ərbil şəhərində iki ayrı-ayrılıqda tikilməkdə olan şəhərciklərin layihələrini təqdim etmişlər və onlar Azad Rufullayev və Təqsirləndirilən şəxslə razılaşmışlar. Sonra Zərərçəkmiş şəxs1 İraq Respublikasının Ərbil şəhərinə getməli olduqlarını, Təqsirləndirilən şəxs oradakı şəxslərlə danışdığını, hər şeyin hazır olduğunu ona bildirmişdir. Rufullayev Azad və Təqsirləndirilən şəxs Ərbilə getməmişdən əvvəl ora getmək üçün onların 200.000 ABŞ dolları məbləğində pul verməli olduqlarını demişlər. Azad Rufullayev 200.000 ABŞ dolları məbləğində pulun Ərbil şəhərində işə başlamaq üçün tələb olunduğunu onlara bildirmişdir. O və Azad Zərərçəkmiş şəxs1 Rufullayevdən həmin pulun kimə çatacağını soruşduqda, Azad Rufullayev onlara “bu işlər elə-belə olmur” cavabını vermişdir. Azad Rufullayev bu pulların “hədiyyə” kimi Ərbilin iş adamlarına veriləcəyini və bunun müqabilində onlara pul qazanmaq üçün şərait yaradılacağını bildirmişdir. Bu söhbətdən əvvəl həmin şəxslər onları dost kimi İraq Respublikasının Ərbil şəhərinə dəvət etdiklərini demişlər. Zərərçəkmiş şəxs1 həmin məbləğin çox olduğunu Azad Rufullayevə bildirərək, onların cəmi 100.000 ABŞ dolları məbləğində pul verə biləcəklərini demişdir. xx xxxxxx 2016-cı il tarixdə ona və Zərərçəkmiş şəxs1 məxsus ofisdə, yəni Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 34a ünvanında yerləşən ofisdə o, Azad Rufullayev və Zərərçəkmiş şəxs1 üçü birlikdə görüşmüşlər. Azad Zərərçəkmiş şəxs1 Rufullyevə onun iştirakı ilə 100.000 ABŞ dolları məbləğində pul vermişdir. Azad Rufullayev verildiyi pulun Reyqani adlı şəxsə onların adından “hədiyyə” kimi veriləcəyini bildirmişdir. Bir neçə gündən sonra, yəni xx xxxxxx 2016-cı il tarixdə o, Zərərçəkmiş şəxs1, Mehriban və Əziz adlı şəxslə birlikdə İraq Respublikasının Ərbil şəhərinə getmişdir. Ərbilin hava limanında Təqsirləndirilən şəxs onları qarşılamışdır. Sonra bir neçə dəfə görüşlər təşkil olunmuşdur. Bundan əlavə, təqdimat olmuşdur. Həmin təqdimatda Təqsirləndirilən şəxs Ərbil şəhərinin məşhur iş adamı olan Reyqani adlı şəxsə onların adından hədiyyə verdiyini bildirsə də, Təqsirləndirilən şəxs onların adından Reyqaniyə heç bir hədiyyə təqdim etməmişdir. O da xalası oğlu Zərərçəkmiş şəxs1 təqdimatda onların adlarının elə belə çəkildiyini, yəni onların adından Reyqani adlı şəxsə nəsə verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 isə ona narahat olmamağı, həmin məsələni Təqsirləndirilən şəxs artıq həll etdiyini bildirmişdir. Bu vaxt o, Təqsirləndirilən şəxs onların verdikləri pulu artıq Reyqaniyə onların adından “hədiyyə” kimi verdiyini başa düşmüşdür. Səhərisi gün Təqsirləndirilən şəxs onları “Meqa Mall” ticarət mərkəzinə apararaq orada yerləşən 570 kv.m olan qeyri-yaşayış sahəsini göstərmiş, həmin yerlə bağlı artıq mərkəzin sahibi Reyqani ilə danışdığını, aylıq icarə haqqının 8.000 ABŞ dolları olduğunu və 7 ayın pulunu qabaqcadan vermək lazım olduğunu onlara bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “bu qədər pul bizdə yoxdur. Bizim üstümüzdə cəmi 36.000 ABŞ dolları var. Gəl 36.000 ABŞ dollarını sənə burada verək, çatışmayan 20.000 ABŞ dollarını isə Bakı şəhərində sənə verərik” demişdir. Təqsirləndirilən şəxs də onlarla razılaşmışdır. Sonra o, içərisində pul olan çantanı Zərərçəkmiş şəxs1 vermişdir. Zərərçəkmiş şəxs1 isə çantadan 36.000 ABŞ dollarını çıxarıb Təqsirləndirilən şəxs şəxsən vermişdir. xx xxxxxx 2016-cı il tarixdə o, Zərərçəkmiş şəxs1la birlikdə Bakı şəhərinə qayıtmışdır. xx xxxxxx 2016-cı il tarixdə yenə onların ofisində onun iştirakı ilə Azad Zərərçəkmiş şəxs1 Rufullayevə 20.000 ABŞ dolları məbləğində pul vermişdir. Azad Rufullayev 20.000 ABŞ dollarını Zərərçəkmiş şəxs1 almış və həmin pulu Təqsirləndirilən şəxs çatdıracağını bildirmişdir. Bir neçə gündən sonra Azad Zərərçəkmiş şəxs1 Rufullayevdən Ərbil şəhərindəki yerləşən ofisin müqaviləsi ilə maraqlandıqda, Azad Rufullayev pulu Əjdərə göndərdiyini və mart ayından icarə müqaviləsinin bağlanacağını bildirmişdir. 2016-cı ilin aprel ayında o, Ərbil şəhərinə getmişdir. Sonra Əjdər ona özü tərəfindən imzalanmış xx xxxxx 2016-cı il tarixli icarə müqaviləsini təqdim etmişdir. O, müqaviləyə baxdıqda ümumilikdə icarə haqqı kimi 30.000 ABŞ dollarının ödənildiyini, aylıq icarə haqqı məbləğinin isə 5.000 ABŞ dolları məbləğində olduğunu görmüşdür. O, Əjdərdən bu barədə soruşduqda, Təqsirləndirilən şəxs prosedurla bağlı olaraq məbləğin az yazıldığını ona demişdir. Bundan sonra onlar 570 kv.m olan qeyri-yaşayış sahəsinin təmiri işlərinə başlamışlar və Bakı şəhərindən apardıqları şəxsləri təmir işlərinə cəlb etmişlər. Buna görə də onlar orada gördükləri işlərə görə təxminən 400.000 ABŞ dolları məbləğində pul xərcləmişlər. Onların fəaliyyət göstərdikləri müddət ərzində müştəriləri olmamışdır. Demək olar ki, onlar satış fəaliyyəti ilə məşğul ola bilməmişlər. Onların işlətdikləri qeyri-yaşayış sahəsinə gəlib malların qiymətini soruşanlar olsa da, lakin həmin malların qiyməti baha olduğundan alış-veriş edənlər olmamışdır. O, bunu gördükdə, Zərərçəkmiş şəxs1 müştərilərin olmadığını və heç nə sata bilmədiklərini bildirmişdir. Lakin onların bağladıqları müqavilənin müddəti bitmədiyinə görə o, Bakı şəhərinə qayıda bilmirmiş. X10 və Təqsirləndirilən şəxs verdikləri 156.000 ABŞ dollarının 78.000 ABŞ dolları hissəsi ona, qalan hissəsi isə Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Müqavilə müddəti bitdikdə onları oradan buraxmamışlar və 1 (bir) illik müddət üçün onlardan icarə haqqı tələb etmişlər. Hətta onların bir çox əşyaları orada sınmışdır. Onlar oradan güc-bəla ilə çıxmışlar. Bütün bunların nəticəsində onlara külli miqdarda ziyan dəymişdir. X23 və Təqsirləndirilən şəxs onlara vurulmuş ziyanı ödəməmişlər. Azad Rufullayev barəsində cinayət işi başlandıqdan X22 Zərərçəkmiş şəxs1 75.000 ABŞ dolları və 300.000 (üç yüz min) manat məbləğində pul qaytarmışdır. X18 Şərifova qaytardığı puldan Zərərçəkmiş şəxs1 ona heç nə verməmişdir. Həmin pullar Təqsirləndirilən şəxs və X18 Şərifova olan borcundan silinmişdir. Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 görə Azad Rufullayev və Təqsirləndirilən şəxslə nə kimi danışıqlar aparmasından isə onun xəbəri olmamışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 qeyd etdiklərinin nəzərə alınmasını, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəzanın təyin edilməsini və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. 2015-ci ildə “xxxx” ASC-nin işi ilə bağlı Azərbaycan Respublikası DİN-nin X1 Baş İdarəsi bəzi şirkətlərin vəzifəli şəxslərini, o cümlədən onu tutmuşdur. O, təcridxanada olduqda qardaşı Azad ona zəng edərək Azad Rufullayev və Təqsirləndirilən şəxs yüksək vəzifəli şəxslərlə yaxınlığı və tanışlığı vasitəsi ilə onun həbsdən azad olunmasına köməklik edəcəklərini bildirmişdir. O da qardaşı Zərərçəkmiş şəxs1 etiraz edərək bildirmişdir ki, “onların köməyinə ehtiyac yoxdur. Mən onsuz da cinayət törətməmişəm”. Bundan başqa, o, Azad Rufullayev və Təqsirləndirilən şəxs onun qardaşını aldatdıqlarını demişdir. Lakin onun qardaşı Azad onu dinləməyərək, Azad Rufullayev və Təqsirləndirilən şəxslə danışmış və onun etirazına baxmayaraq, ümumilikdə 310.000 ABŞ dolları məbləğində pulu həmin şəxslərə vermişdir. Sonra o, həbsdən çıxmış və həbsdən çıxdıqdan sonra ona məlum olmuşdur ki, Azad Rufullayev və Təqsirləndirilən şəxs onun qardaşından 310.000 ABŞ dolları məbləğində pul alsalar da, heç bir köməklik göstərməmişlər və bununla da qardaşı Zərərçəkmiş şəxs1 aldatmışlar. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, təxminən 2016-cı ilin aprel ayında onun dayısı Zərərçəkmiş şəxs1 onunla söhbət zamanı tanışları Azad Rufullayev və Təqsirləndirilən şəxs adlı şəxslərin Azərbaycan Respublikası DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində barəsində istintaq olunan cinayət işi üzrə həbs olunan digər dayısı Şahid2 həbsdən buraxdıracaqlarına söz verdiklərini və bunun müqabilində Zərərçəkmiş şəxs1 500.000 ABŞ dolları məbləğində pul istədiklərini demişdir. Təxminən xx xxxxx 2016-cı il tarixdə o, dayısı Zərərçəkmiş şəxs1 ilə birlikdə Azad Rufullayevlə görüşmək üçün Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektinə getmişdir. Dayısı Zərərçəkmiş şəxs1 öz avtomobilində torbadan pulu çıxararaq saymışdır. Dayısı Zərərçəkmiş şəxs1 pulu saydıqdan sonra həmin pulu Şahid2 həbsdən buraxılması məqsədilə tanışı Azad Rufullayevə verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 pulu saydıqdan sonra pulları avtomobilin oturacağına qoyub fotoşəkillərini çəkmişdir. Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektində onlar Azad Rufullayevlə görüşdükdə, sonuncu onların avomobilinə əyləşmiş və söhbət zamanı həmin məbləği yüksək rütbəli bir neçə şəxsə verəcəyini və bir neçə yerdən tapşırılandan sonra Şahid2 həbsdən azad ediləcəyini demişdir. Həmin vaxt dayısı Azad onun yanında 270.000 ABŞ dolları məbləğində pulu yenidən sayaraq Azad Rufullayevə vermişdir. Azad Rufullayev pulu saydıqdan sonra öz avtomobilinə minib çıxıb getmişdir. Təxminən xx xxxxx 2018-ci il tarixdə dayısı Zərərçəkmiş şəxs1 ona zəng edərək 40.000 ABŞ dollarını Azad Rufullayevə çatdırmaq lazım olduğunu bildirmişdir. O, həmin məbləği Zərərçəkmiş şəxs1 alıb həmin gün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “ABU Arena” restoranının qarşısında Azad Rufullayevlə görüşmüş və həmin məbləği sonuncuya vermişdir. Həmin vaxt Azad Rufullayev tək gəlmiş və o, Azad Rufullayevə pulu sonuncunun “Mercedes” markalı avtomobilində təklikdə vermişdir. O, Azad Rufullayevə pulu verdikdə, sonuncu həbsdə olan Həsəni yaxın günlərdə həbsdən buraxdıracağına söz vermişdir. Bundan bir müddət sonra dayısı Zərərçəkmiş şəxs1 ona demişdir ki, tanışları Azad və Əjdər Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq dayısı Zərərçəkmiş şəxs1 ümumilikdə 436.000 ABŞ dollarını ələ keçirmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və mülki iddiaçıların, şahidin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2018-ci il tarixli ********* nömrəli Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin məktubundan (cild 1, iş vərəqə 186) görünür ki, Şahid2 xx xxxx 2015-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı onun barəsində həbs qətimkan tədbiri seçilmiş və sonradan onun həbsdə saxlanılma müddəti xx xxxx 2016-cı il tarixədək uzadılmışdır. xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Şahid2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 192-193) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr üzrə ittihamın elan edilməsi qərara alınmışdır. Lakin Təqsirləndirilən şəxs axtarışda olduğundan, ona qeyd edilən maddələr üzrə ittiham xx xxxxxx 2019-cu il tarixdə elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2018-ci il tarixli ittiham elan etmək üçün təqsirləndirilən şəxsin axtarışı və tutulması haqqında qərardan (cild 1, iş vərəqə 195-197) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2018-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 223-225) görünür ki,Təqsirləndirilən şəxs barəsində 2 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi və həbs etmənin əvvəlinin onun tutulacağı gündən hesablanması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2018-ci il tarixli cinayət işinin ayrılması haqqında qərardan (cild 1, iş vərəqə 1-3) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan, məhkəmə istintaqında tədqiq edilmiş və qanuni qüvvəsini almış xx xxxxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-99/2019 saylı hökmündən (cild 3, iş vərəqə 144-157) görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, ona qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilmiş və əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin 186662/23 nömrəli arayışının tərcümə edilmiş surətindən (cild 2, iş vərəqə 1) görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə Gürcüstan Respublikasında saxlanılmış və Tbilisi şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 49) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına verilməsinə dair Azərbaycan Respublikası Baş prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29, 178.3.2-ci maddələri üzrə təmin edilmiş, lakin eyni cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb olunmazlıq prinsipinə əsasən Cinayət Məcəlləsinin 32.4, 312.2ci maddəsi üzrə vəsatət təmin edilməmiş və nəticədə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2 və 32.4, 312.2-ci maddələrindən həmin Məcəllənin 178.3.2 və 29, 178.3.2-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 52-54) görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29, 178.3.2-ci maddələri ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin məktubundan (cild 2, iş vərəqə 1) görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə Gürcüstan Respublikasında saxlanılmış və xx xxxxxx 2018-ci il tarixdə o, Azərbaycan Respublikasına ekstradisiya qaydasında verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 3, iş vərəqə 88-94) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə, yəni xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi Bürosunun məktubundan (cild 3, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə Gürcüstan Respublikasında saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 158-175) görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29, 178.3.2-ci maddələri ilə yenidən ittihamın elan olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 176-177) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29, 178.3.2-ci maddələri ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının elektron çıxarışının surətindən (cild 4, iş vərəqə 237- 240) görünür ki, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Azərbaycan Respublikasının milli pul vahidi olan 1 (bir) manatın 1 (bir) ABŞ dollarına olan məzənnəsi 1 (bir) manat 70 (yetmiş) qəpik təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 2016-cı il tarixli icarə müqaviləsinin tərcümə edilmiş surətindən (cild 1, iş vərəqə 62-73) görünür ki, İraq Respublikasının Ərbil şəhərində yerləşən “Mega Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən 19 nömrəli mağazanın icarəyə verilməsi barədə Zərərçəkmiş şəxs1 ilə X28 arasında icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinə əsasən 6 (altı) ay müddət üzrə icarə haqqı kimi 30.000 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. X19 Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında özünün seçdiyi iki müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində özünün seçdiyi iki müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçiləri vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmiş, habelə onun müdafiəçiləri təqsirləndirilən şəxsin müdafiə hüququnun realizə edilməsi məqsədi ilə müxtəlif xarakterli vəsatətlər vermişlər. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçiləri vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirməmiş, lakin ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bağlı epizod üzrə qabaqcadan əlbir bir qrup şəxs halında aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qeyd edilən epizod üzrə əməli düzgün tövsif edilmişdir. Bu hissədə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bağlı epizod üzrə dələduzluq cinayətini məhz vahid niyyətlə törətmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, təqsirləndirilən şəxs Əjdər X7baqcadan əlbir bir qrup şəxs halında aldatma yolu ilə vahid niyyətlə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmiş, eləcə də o, qabaqcadan əlbir bir qrup şəxs halında aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. Bu məqsədlə o, qabaqcadan əlbir olduğu Azad Rufullayevlə birlikdə 2015-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 İraq Respublikasının Ərbil şəhərində tikinti layihələrinə sərmayə yatırımından və tikinti materiallarının alqı-satqısından sonuncuların gəlir əldə edəcəklərini vəd etmişdir. Təqsirləndirilən şəxs Azad Rufullayevlə birlikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X12 Respublikasının Ərbil şəhərində tikilən tikinti layihələrinə sərmayə qoymağa inandıra bilmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs İraq Respublikasının Ərbil şəhərində yerləşən “Mega Mall” ticarət mərkəzinin sahibi, onların (Təqsirləndirilən şəxs, Azad Rufullayev, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2) Reyqani adı ilə tanıdıqları şəxs tərəfindən zərərçəkmiş şəxslərə həmin şəhərdə bütün mümkün münbit şəraitin yaradılmasının təminatı adı ilə xx xxxxxx 2016-ci il tarixdə Azad Rufullayev vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 34a ünvanında yerləşən ofisdə 100.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 156.420 manat) məbləğində pulu Zərərçəkmiş şəxs1 alaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs Azad Rufullayev vasitəsi ilə aldatma və etibardan suiistifadə etməklə Zərərçəkmiş şəxs1 sonuncuya və Zərərçəkmiş şəxs2 məxsus 100.000 ABŞ dolları məbləğində pul vəsaitini Reyqani adlı şəxsə “hədiyyə” vermək adı ilə ələ keçirməsinə baxmayaraq, o, həmin pulu Reyqaniyə verməmişdir. Məhkəmə istintaqında 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adından Reyqani adlı şəxsə hər hansı formada və üsulla verilməsini təsdiq edən hal müəyyən edilmədi. xx xxxxxx 2016-cı il tarixdə 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs1 tərəfindən Azad Rufullayevə verilməsi, sözügedən pul vəsaitinin əsassız şəkildə və yalan vədlər əsasında ələ keçirilməsi, həmin pulun Ərbil şəhərində Reyqani adlı şəxsə “hədiyyə” adı ilə zərərçəkmiş şəxslərdən alınması, “hədiyyə” adı ilə alınmış 100.000 ABŞ dolları məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən Reyqani adlı şəxsə verilməməsi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə verdiyi vədlərin yalan olması, ələ keçirilmiş 100.000 ABŞ dolları məbləğində pulun daha sonra Təqsirləndirilən şəxslə Azad Rufullayev arasında bölüşdürülməsi və onların hər birinə düşən pulu öz şəxsi ehtiyacları üçün istifadə edilməsi cinayət işinin mübahisəsiz hallarıdır. 100.000 ABŞ dolları məbləğində pul vəsaiti dələduzluq cinayəti nəticəsində ələ keçirildikdən sonra Təqsirləndirilən şəxs İraq Respublikasının Ərbil şəhərində “Mega Mall” ticarət mərkəzində icarəyə götürüləcək 570 kv.m olan 19 nömrəli mağazanın aylıq icarə haqqısının 5.000 ABŞ dolları olduğu halda, zərərçəkmiş şəxslərə yalan məlumat verməklə aylıq icarə haqqı məbləğinin 8.000 ABŞ dolları olduğunu və 7 (yeddi) aylıq icarə haqqının, yəni 56.000 ABŞ dolları məbləğində pulun qabaqcadan ödənilməli olduğunu Zərərçəkmiş şəxs1 yalandan bildirmişdir. Tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdə İraq Respublikasının Ərbil şəhərində Zərərçəkmiş şəxs1 36.000 ABŞ dollarını şəxsən almışdır. xx xxxxxx 2016-cı il tarixdə Zərərçəkmiş şəxs1 qalan 20.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs çatdırmaq məqsədi ilə Azad Rufullayevə vermişdir. xx xxxxxx 2016 və xx xxxxxx 2016-cı il tarixlərdə Təqsirləndirilən şəxs qabaqcadan əlbir bir qrup şəxs halında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 56.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirməsi də cinayət işinin mübahisəsiz hallarıdır. İraq Respublikasının Ərbil şəhərində tikinti layihələrinə sərmayə qoymaq, Reyqani adlı şəxsə “hədiyyə” verilməsi adı və “Mega Mall” ticarət mərkəzində qeyri-yaşayış sahəsinin icarə haqqısı ilə bağlı Əjdər X4baqcadan əlbir bir qrup şəxs halında zərərçəkmiş şəxslərin ümumilikdə 156.000 ABŞ dolları (100.000 ABŞ dolları+56.000 ABŞ dolları) məbləğində pul vəsaitini ələ keçirməsi mübahisəsizdir. Cinayət işinin materiallarında olan icarə müqaviləsinin tərcümə edilmiş surətindən görünür ki, İraq Respublikasının Ərbil şəhərində yerləşən “Mega Mall” ticarət mərkəzinin 1ci mərtəbəsində yerləşən ümumi sahəsi 570 kv.m olan 19 nömrəli mağaza icarəyə götürülmüş, icarə haqqı və icarə sahəsinə göstərilən xidmətlə bağlı cəmi 30.000 ABŞ dolları məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərin xeyrinə icarə haqqı kimi ödənilmişdir. 19 nömrəli mağaza icarəyə götürüldükdən sonra həmin mağazanın Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 qanuni sahibliyində və istifadəsində olması, sonuncular tərəfindən orada arzuladıqları işlərlə bağlı məşğul olmaları da mübahisəsiz hallardır. Göründüyü kimi Təqsirləndirilən şəxs Ərbil şəhərində “Mega Mall” ticarət mərkəzində yerləşən 19 nömrəli mağazanın icarəyə götürülməsi ilə bağlı 30.000 ABŞ dolları məbləğində pulu “Mega Mall” ticarət mərkəzinin səlahiyyətli şəxslərinə ödəməsi həm bağlanmış icarə müqaviləsi, həm də təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslər və mülki iddiaçılarının məhkəmə istintaqında verdikləri ifadələri ilə öz təsdiqini tam şəkildə tapmışdır. Bu səbəbdən belə nəticə hasil olunur ki, ümumilikdə dələduzluq yolu ilə ələ keçirilmiş 156.000 ABŞ dolları məbləğində pul vəsaitinin 30.000 ABŞ dolları hissəsi zərərçəkmiş şəxslərin xeyrinə icarə haqqı kimi ödənilmiş, 126.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsi ilə 187.910 manat) məbləğində pul vəsaiti ələ keçirildikdən sonra isə Təqsirləndirilən şəxslə Azad Rufullayev arasında bölüşdürülmüş və onların hər biri özünə düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bununla da Əjdər X4baqcadan əlbir bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı vahid niyyətlə külli miqdarda dələduzluq cinayətini törətməsi tam şəkildə sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını ələ keçirmək niyyəti ilə tanışı X6 ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməsi də öz təsdiqini tapmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən və xx xxxx 2015-ci il tarixdə Şahid2 barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildikdən sonra Təqsirləndirilən şəxslə Azad Rufullayev 500.000 ABŞ dolları müqabilində Şahid2 həbsdən azad olunacağına Zərərçəkmiş şəxs1 inandırmışdır. Bu məqsədlə X24 Əsgərlə qabaqcadan əldə etdiyi razılığa əsasən xx xxxxx 2016-cı il tarixdə 270.000 ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektində Zərərçəkmiş şəxs1 almışdır. Daha sonra Təqsirləndirilən şəxs, Azad Rufullayev və Zərərçəkmiş şəxs1 arasında əldə edilmiş razılığa əsasən xx xxxxx 2016-cı il tarixdə X25 Şərifovun tapşırığına əsasən sonuncunun qohumu Şahid1 40.000 ABŞ dolları məbləğində pulu ünvan 2 ünvanında yerləşən “ABU Arena” restoranının qarşısında almışdır. Qeyd edilən məsələ ilə əlaqədar X18 Şərifovdan aldığı pulun cəmi məbləği 310.000 ABŞ dolları (270.000 ABŞ dolları+40.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 471.554 manat) təşkil etmişdir. Azad Rufullayev və Təqsirləndirilən şəxs ümumilikdə əldə etdikləri 310.000 ABŞ dolları məbləğində pul vəsaitini yalan vədlər verərək ələ keçirdikdən sonra verdiyi vədləri yerinə yetirməmişlər. X20 və Təqsirləndirilən şəxs yalan vədlərlə əldə etdikləri pulu öz aralarında bölmüşlər və onların hər biri bölüşdürülmüş pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs və X13 Şərifov barəsində məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirinin “kənar müdaxilələr” nəticəsində ləğv etdirə biləcəklərinə dair verdikləri vədlər verildiyi andan yalan olmuşdur. Təqsirləndirilən şəxs və Azad Rufullayevin qətimkan tədbiri məsələsinə müdaxilə etməklə bağlı heç bir səlahiyyəti və imkanı olmamışdır. Belə ki, qeyd edilən hissədə səlahiyyətlər yalnız Azərbaycan Respublikasının məhkəmələrinə məxsusdur. Bununla da Təqsirləndirilən şəxs qabaqcadan əlbir bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus 310.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədiyini görüb qalan 190.000 ABŞ dollarını Təqsirləndirilən şəxs və onunla birlikdə hərəkət edən Azad Rufullayevə verməməsi səbəbindən o, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirməyə cəhd etmişdir. Eyni zamanda məhkəmə istintaqında o hal da müəyyən edilmişdir ki, Azad Rufullayev törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyana görə Zərərçəkmiş şəxs1 iki dəfə qismən ödəniş etmişdir. Azad Rufullayev tərəfindən Zərərçəkmiş şəxs1 birinci dəfə 75.000 ABŞ dolları, ikinci dəfə isə 300.000 manat məbləğində ziyan ödənilmişdir. Qeyd edilən məbləğlərdə ziyanın Azad Rufullayev tərəfindən bilavasitə Zərərçəkmiş şəxs1 ödənilməsi və Zərərçəkmiş şəxs1 tərəfindən həmin pulların ziyan kimi qəbul edilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Qeyd edilənləri zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsində açıq şəkildə bəyan etmişdir. Təqsirləndirilən şəxs X6 ilə qabaqcadan əlbir bir qrup şəxs halında aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi, bundan başqa, onun qabaqcadan əlbir bir qrup şəxs halında aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi zərərçəkmiş şəxslər və mülki iddiaçıların, şahid ifadəsi ilə yanaşı, həmçinin cinayət işinin materiallarında olan çoxsaylı sübutlar əsasında, o cümlədən qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-99/2019 saylı hökmü ilə də tam şəkildə sübuta yetirilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, X2 Əjdər Camal oğlu ilə qabaqcadan əlbir bir qrup şəxs halında aldatma yolu ilə özgə, yəni eyni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmlaklarını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmiş, bundan X22 Təqsirləndirilən şəxslə qabaqcadan əlbir bir qrup şəxs halında aldatma yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş və buna görə də X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş və cəzalandırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən, həmçinin görünür ki, Azad Rufullayev onun barəsindəki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verərkən Şahid2 həbsdən azad olunması adı ilə əlaqədar Zərərçəkmiş şəxs1 yalan vədlər verərək Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. O, bu məqsədlə Zərərçəkmiş şəxs1 310.000 ABŞ dolları məbləğində pul almış, sonra həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Azad Rufullayev öz ifadəsində onun Təqsirləndirilən şəxslə qabaqcadan əlbir bir qrup şəxs halında Şahid2 həbsdən azad edilməsi adı ilə Zərərçəkmiş şəxs1 hansı məbləğdə pul aldığını, həmin pulu harada aldığını, kimdən aldığını, qeyd edilən pulları aldıqdan sonra Təqsirləndirilən şəxs verdiyini açıq şəkildə bəyan etmişdir. Başqa sözlə, Azad Rufullayev qeyd edilən epizod üzrə cinayətin törədilmə şəraitini, üsulunu və mexanizmini göstərmişdir. Məhkəmə istintaqında məhkəmə tərəfindən müdafiə tərəfinin Azad Rufullayevin əlavə şahid qismində dindirilməsi barədə vəsatəti təmin edilsə də və onun dindirilməsinin təmin edilməsi məqsədi ilə dəfələrlə müdafiə tərəfinə şərait yaradılsa da, Azad Rufullayevin ağır xəstə olması səbəbindən onun əlavə şahid qismində dindirilməsi mümkün olmamışdır. Bu məsələ ilə əlaqədar məhkəmə tərəfindən edilmiş cəhdlər heç bir nəticə verməmişdir. Qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündə göstərilmiş Azad Rufullayevin ifadəsindəki hallar zərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və cinayət işi üzrə şahid qismində çıxış edən şəxslərin ifadələrinə uyğun gəldiyindən, Azad Rufullayevin ifadəsində göstərilmiş halları təqzib və istisna edən hər hansı bir hal məhkəmə istintaqında müəyyən edilmədiyindən məhkəmə qanuni qüvvəyə minmiş xx xxxxxx 2019-cu il tarixli hökmü yuxarıda qeyd edilən hallar üzrə əhəmiyyət kəsb edən mötəbər sübut kimi qiymətləndirir. Əks nəticəyə gəlmək üçün məhkəmə heç bir halı və ya halları müəyyən edə bilmədi. Təqsirləndirilən şəxs X6 ilə qabaqcadan əlbir bir qrup şəxs halında eyni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərinin törədilməsi və Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməyə cəhd etməsi ilə bağlı eyni mahiyyətli ittiham irəli sürüldüyündən, habelə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə X14 Əsgərlə qabaqcadan əlbir bir qrup şəxs halında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməyə cəhd etməsi cinayətinin törədilməsi öz təsdiqini tapdığından məhkəmə belə nəticəyə gəlir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs əməllərinin tövsifi və həmin cinayətlərin törətməsində təqsirli olması hissəsində preyudisial əhəmiyyətə malik olan mötəbər və vacib sübut kimi çıxış edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi və onun tərəfindən törədilmiş cinayət əməllərinin tövsifində preyudisial əhəmiyyətə malikdirlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündə təqsirləndirilən şəxs X14 Əsgərlə qabaqcadan əlbir bir qrup şəxs halında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi (100.000 ABŞ dolları+26.000 ABŞ dolları) və külli miqdarda ziyan vurmaqla təkrarən özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi (270.000 ABŞ dolları+40.000 ABŞ dolları) tam şəkildə öz təsdiqini tapdığından, başqa sözlə, Azad Rufullayevə irəli sürülmüş ittihamın mahiyyəti və həcmi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi üzrə ittiham istisna olmaqla) təsdiq edildiyindən, göstərilən cinayətlər Təqsirləndirilən şəxslə Azad Rufullayev tərəfindən qabaqcadan əlbir bir qrup şəxs halında həqiqətən də törədildiyindən, habelə qeyd edilən halları şübhə altına almağa əsas verən hallar olmadığından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29, 178.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişdir. Məhkəmə belə nəticəyə gələrkən, həmçinin ona istinad etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs əleyhinə olan yeganə sübut qismində çıxış etmir. Belə ki, Əjdər X4baqcadan əlbir bir qrup şəxs halında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməyə cəhd etməsi sözügedən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə yanaşı, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün hazırki cinayət işi üzrə preyudisial əhəmiyyətə malik olması, həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarına da uyğundur. Belə ki, göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bundan başqa, həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə X14 Əsgərlə qabaqcadan əlbir bir qrup şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29, 178.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam şəkildə təsdiq olunmasına baxmayaraq, hazırki cinayət işi üzrə araşdırılmış sübutlar əsasında zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı qeyrimüəyyənlik ortaya çıxmışdır. Belə ki, sözegedən məhkəmə hökmündə Azad Rufullayev tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi, zərərçəkmiş şəxslərlə Azad Rufullayevin barışması və digər yüngülləşdirici hallar əsasında Azad Rufullayevə təyin edilmiş qəti əsas cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi qərara alınmışdır. Bu hissədə bütün halları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanla bağlı məsələ qeyri-müəyyən olaraq qalmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündə Azad Rufullayev tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi, zərərçəkmiş şəxslərin ayrı-ayrılıqda Azad Rufullayevlə barışması, ona qarşı şikayət və tələblərinin olmaması müəyyən edilsə də, hazırki cinayət işində sərbəst şəkildə ifadə vermiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara vurulmuş ziyanın tam ödənilmədiyini bəyan etmişlər, hətta onlara vurulmuş, lakin ödənilməmiş ziyanla bağlı cinayət mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia irəli sürmüşlər. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 sərbəst şəkildə ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək Azad Rufullayev tərəfindən ona 75.000 ABŞ dolları və 300.000 manat məbləğində pulun ödənildiyini bir neçə dəfə bildirsə də, o və digər Zərərçəkmiş şəxs2 ziyanın ödənilməmiş hissəsi olan 361.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs tələb etmişlər. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 İraq Respublikasının Ərbil şəhərində çəkdikdləri xərcə və ziyana görə əlavə olaraq 295.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs tələb etmişlər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, X24 Əsgərlə qabaqcadan əlbir bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 126.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsi ilə 187.910 manat) və 310.000 ABŞ dolları məbləğində (həmin dövrün rəsmi məzənnəsi ilə 471.554 manat) pul vəsaitini qanunsuz olaraq dələduzluq cinayət əməlləri nəticəsində ələ keçirdikdən X22 Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı qismən ödəmişdir. Azad Rufullayev tərəfindən Zərərçəkmiş şəxs1 ziyanla bağlı ödənilmiş məbləğ 75.000 ABŞ dolları və 300.000 manat təşkil edir. Dələduzluq cinayətləri nəticəsində qanunsuz olaraq ələ keçirilmiş pul vəsaitinin cəmi məbləği 436.000 ABŞ dolları (126.000 ABŞ dolları+310.000 ABŞ dolları) təşkil etdiyindən, həmin məbləğdən 75.000 ABŞ dolları və 300.000 manat məbləğində (ödəniş dövrün rəsmi məzənnəsi ilə 176.470 ABŞ dolları) pul vəsaiti qismən ziyan kimi ödənildiyindən məhkəmə belə hesab edir ki, cinayət əməlləri nəticəsində ödənilməmiş ziyanın cəmi məbləği hazırda 184.530 ABŞ dolları təşkil edir. Göründüyü kimi cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməmiş hissəsi hazırda cəmi 184.530 ABŞ dolları təşkil edir. Eyni zamanda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin xarici valyutada, yəni ABŞ dollarında olan pul vəsaiti dələduzluq cinayətləri nəticəsində ələ keçirildiyindən ödənilməmiş ziyan məsələsi məhz xarici valyuta olan ABŞ dollarına əsasən həll edilməlidir. Bundan başqa, ələ keçirilmiş 156.000 ABŞ dolları məbləğində pul vəsaitinin yarısı, yəni 78.000 ABŞ dolları məbləğində hissəsi Zərərçəkmiş şəxs1, qalan 78.000 ABŞ dolları hissəsi Zərərçəkmiş şəxs2 məxsus olduğundan, həmin pul vəsaitinin 30.000 ABŞ dolları icarə haqqı kimi zərərçəkmiş şəxslərin xeyrinə xərcləndiyindən məhkəmə hesab edir ki, icarə haqqı kimi ödənilmiş 30.000 ABŞ dolları məbləğinin 15.000 ABŞ dolları hissəsi Zərərçəkmiş şəxs1, qalan yarısı da Zərərçəkmiş şəxs2 aid edilməli və həmin məbləğlər onların paylarına mütənasib olaraq 78.000 ABŞ dolları məbləğindən çıxılmalıdır (78.000 ABŞ dolları-15.000 ABŞ dolları=63.000 ABŞ dolları). Eyni zamanda, cinayət əməlləri nəticəsində ödənilməmiş ziyanın məbləği 184.530 ABŞ dolları təşkil etdiyindən, Azad Rufullayev tərəfindən ödənilmiş ziyanın bir hissəsi məhz Zərərçəkmiş şəxs1 verildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ödənilməmiş ziyanın, yəni 184.530 ABŞ dolları məbləğində pulun 63.000 ABŞ dolları hissəsi Zərərçəkmiş şəxs2, qalan hissəsi olan 121.530 ABŞ dolları Zərərçəkmiş şəxs1 aid edilməlidir və ziyanın ödənilməsi ilə bağlı məsələlərdə qeyd edilən hallar mütləq qaydada nəzərə alınmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna, mexanizminə və nəticəsinə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29, 178.3.2-ci maddələri ilə tövsif edir və belə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 nömrəli qərarının 32ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs Cinayət Məcəlləsinin eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətlərini törətdikdə o, həmin əməllərə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 nömrəli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2 və 29, 178.3.2-ci maddələri ilə cinayətlərin məcmusu üzrə deyil, əksinə başa çatmış cinayətə görə vahid cəza təyin edilməlidir. Belə ki, əks yanaşma təqsirləndirilən şəxsə ədalətisiz cəzanın təyin edilməsi ilə nəticələnmiş olardı. Əsgər X9 əməllərini qəsdən törətmişdir. Onun əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə nisbətdə başa çatmış, Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsinə nisbətdə isə başa çatmamış (cinayət etməyə cəhd) cinayət əməlləri təşkil edir. Qeyd edilən cinayət əməlləri cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət və mülki məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ali təhsilli və evli olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın həcmini, vurulmuş ziyanın hazırda ödənilməmiş hissəsini, onun zərərçəkmiş şəxslər və mülki iddiaçılara ziyanın ödənilməsi ilə bağlı təşəbbüs belə göstərməməsini bir daha məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əsgər X9 Məcəlləsinin 178.3.2 və 29, 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilindiyindən ona cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun Gürcüstan Respublikası ərazisində tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddiaya gəldidkə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29, 178.3.2-ci maddələrində göstərilən cinayətlərin törədilməsi sübuta yetirildiyindən həmin cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməmiş hissəsi, yəni 184.530 ABŞ dolları məbləğində pul Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər və mülki iddiaçıların xeyrinə tutulmalıdır. Ödənilməmiş ümumi ziyan məbləğinin 63.000 ABŞ dolları hissəsi Zərərçəkmiş şəxs2, qalan hissəsi olan 121.530 ABŞ dolları məbləğində pul vəsaiti isə Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Mülki iddianın əlavə olaraq İraq Respublikasının Ərbil şəhərində “Mega Mall” ticarət mərkəzində qeyri-yaşayış sahəsinin təmiri və sair xərcləri ilə bağlı 295.000 ABŞ dolları məbləğində vurulmuş ziyana gəldikdə, məhkəmə hesab edir ki, dəfələrlə zərərçəkmiş şəxslər və mülki iddiaçılara, onların nümayəndəsinə irəli sürdükləri mülki iddia ilə bağlı mötəbər, obyektiv və təsdiq edilmiş sübutların təqdim edilməsi üçün şərait yaradılsa da, qeyd edilən hissədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu hissədə sübutetmə yükü məhz zərərçəkmiş şəxslər və mülki iddiaçıların üzərinə düşdüyündən və göstərilənlərlə bağlı məhkəməyə hər hansı bir mötəbər, obyektiv və təsdiq edilmiş sübut təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, 295.000 ABŞ dolları məbləği ilə bağlı tələb əsaslı sayıla bilməz. Ona görə də mülki iddia bu hissədə rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər və mülki iddiaçılar tərəfindən verilmiş mülki iddia qismən, yəni Təqsirləndirilən şəxs 63.000 ABŞ dolları məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs2, 121.530 ABŞ dolları məbləğində pul vəsaiti isə Zərərçəkmiş şəxs1 xeyrinə tutulması hissəsində təmin edilməli, mülki iddia qalan hissədə isə rədd edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29, 178.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 63.000 ABŞ dolları məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs2, 121.530 ABŞ dolları məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs1 xeyrinə tutulsun. Mülki iddia qalan hissədə rədd edilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-169/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-169/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver