Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-169/2022 31.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, "Azəriqaz" İstehsalat Birliyi Bakı X5 Departamentinin Xəzər rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operatoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 23 dekabr 2015-ci il tarixli SOCAR/15-2900/26-05-001456 nömrəli əmrlə “Azəriqaz" İstehsalat Birliyi Bakı X5 Departamentinin Xəzər rayonu üzrə Texniki istismar xidmətinə, paylayıcı məntəqələrdə aparatlara, tənzimləmə, qazın ölçü və uçotunu aparan cihazlara, boru kəmərləri kommunikasiyalarına və armaturlarına xidmət edilməsi, istehlakçılara qaz verilməsinin təsdiq edilmiş rejimlərə əsasən təmin edilməsi, armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, təzyiq tənzimləyicilərinin və qazın uçotu cihazlarının düzgün işləməsinə nəzarət edilməsi, cihazların dövlət yoxlamasına vermək üçün hazırlanması, avadanlıq və kommunikasiyaların cari və orta təmirində iştirak edilməsi, QTM-in kommunikasiyasının, otaqlarının və ərazisinin təmiz saxlanması, QTM-in ərazisində istismarda olan avadanlıqların, ötürücü qurğuların eyni zamanda istismardan çıxarılmış saxlanmada olan avadanlıq və digər qiymətlilərin qorunub saxlanılması və sair vəzifələri həyata keçirən qaz paylayıcı stansiyanın operatoru vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Xəzər rayonu, Binə qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə yerləşən inşaat materialları mağazasına giriş sahəsinin yaradılması üçün mağazanın qarşısından keçən aşağı hissə ilə çəkilmiş qaz boru xəttinin yuxarı səviyyəyə qaldırılmasında köməklik göstərilməsi üçün 2019-cu ilin avqust ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs Əbüifət oğluna qaz boru xətlərinə müdaxilə olunaraq yerlərinin dəyişdirilməsinin guya səlahiyyətlərinə daxil olması səbəbindən inşaat mağazasının qarşısından keçən qaz boru xəttinin “Azəriqaz" İstehsalat Birliyi Bakı X5 Departamentindən icazə almaqla yuxarı səviyyəyə qaldırılması imkanına malik olmasına dair yalan vəd verib, həmin məsələnin müvafiq layihələndirmə əsasında müsbət həll olunması üçün 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitinin zəruri xərclər üçün işlədiyi xidmətin hesabına ödənilməsindən ötrü özünə verilməsinin zəruriliyini aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 2019-cu ilin avqust ayının əvvəllərində Xəzər rayonu, Binə qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə yerləşən inşaat materialları mağazasının qarşısında 3.500 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui- istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs Əbüifət oğluna məxsus 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrar, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Xəzər rayonu, Binə qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə yerləşən bir-birinə bitişik üç fərdi yaşayış evinin həyət sahələrinə giriş darvazalarının qoyulması üçün həmin ünvanın qarşısından keçən aşağı hissə ilə çəkilmiş qaz boru xəttinin yuxarı səviyyəyə qaldırılmasında köməklik göstərilməsi üçün 2020-ci ilin fevral ayının əvvəllərində özünə müraciət etmiş Şahid1 qaz boru xətlərinə müdaxilə olunaraq yerlərinin dəyişdirilməsinin guya özünün səlahiyyətlərinə aid olmasını, habelə həmin xəttin yerinin dəyişdirilməsi üçün ümumi layihələndirmə aparılmaqla buna “Azəriqaz” İstehsalat Birliyi Bakı X5 Departamentindən icazə alınmalı olmasını yalandan bildirib, özünün həmin departamentdə yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətinin olduğunu və həmin münasibətlərindən istifadə edərək fərdi yaşayış evlərinin qarşısından keçən qaz boru xəttinin yuxarı səviyyəyə qaldırılması imkanına malik olmasına dair yalan vəd verib, həmin məsələnin müsbət həll olunması üçün qeyd olunan vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində və boru xətinin yerinin dəyişdirilməsi üçün görüləcək işlərlə bağlı özünə 200 (iki yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini aldatmaqla bildirib, öz qulluq mövqeyindən istifadə etməklə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi özü barəsində Şahid1 yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 2020-ci ilin fevral ayının əvvəllərində Xəzər rayonu, Binə qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə 1.200 manat məbləğində pul vəsaitini Şahid1 alıb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrar dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrar, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Xəzər rayonu, Binə qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə yerləşən fərdi yaşayış evinin həyət sahəsinə giriş darvazasının qoyulması, həmin ünvanın qarşısından keçən aşağı hissə ilə çəkilmiş qaz boru xəttinin yuxarı səviyyəyə qaldırılmasında köməklik göstərilməsi üçün 2020-ci ilin mart ayının əvvəllərində özünə müraciət etmiş Şahid2 qaz boru xətlərinə müdaxilə olunaraq yerlərinin dəyişdirilməsinin guya özünün səlahiyyətlərinə aid olmasını, habelə həmin xəttin yerinin dəyişdirilməsi üçün ümumi layihələndirmə aparılmaqla buna “Azəriqaz” İstehsalat Birliyi Bakı X5 Departamentindən icazə alınmalı olmasını yalandan bildirib, özünün həmin departamentdə yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətinin olduğunu və həmin münasibətlərdən istifadə edərək fərdi yaşayış evinin qarşısından keçən qaz boru xəttinin yuxarı səviyyəyə qaldırılması imkanına malik olmasına dair yalan vəd verib, həmin məsələnin müsbət həll olunması üçün qeyd olunan vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, öz qulluq mövqeyindən istifadə etməklə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi özü barəsində Şahid2 yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 2020-ci ilin mart ayının əvvəllərində Xəzər rayonu, Binə qəsəbəsi, “Hovsan südçülük sovxozu” adlanan ərazidə 1.000 manat məbləğində pul vəsaitini Şahid2 alıb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrar dələduzluq etmiş, təkrar öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrar, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Xəzər rayonu, Binə qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə yerləşən inşaat materialları mağazasına giriş sahəsinin yaradılması, mağazanın qarşısından keçən aşağı hissə ilə çəkilmiş qaz boru xəttinin yuxarı səviyyəyə qaldırılmasında köməklik göstərilməsi üçün 2020-ci ilin oktyabr ayının sonlarında özünə müraciət etmiş Şahid3 qaz boru xətlərinə müdaxilə olunaraq yerlərinin dəyişdirilməsinin guya özünün səlahiyyətlərinə aid olmasını, habelə həmin xəttin yerinin dəyişdirilməsi üçün ümumi layihələndirmə aparılmaqla buna “Azəriqaz” İstehsalat Birliyi Bakı X5 Departamentindən icazə alınmalı olmasını yalandan bildirib, özünün həmin departamentdə yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətinin olduğunu və həmin münasibətlərindən istifadə edərək veriləcək icazə əsasında qaz xəttinin yuxarı səviyyəyə qaldırılması imkanına malik olmasına dair yalan vəd verib, həmin məsələnin müsbət həll olunması üçün vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin birbaşa yolla rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək Şahid3la razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin oktyabr ayının sonlarında Xəzər rayonu, Binə qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə 2.500 manat məbləğində pul vəsaitini Şahid3 alıb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrar dələduzluq etmiş, təkrar öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, 12 ilə yaxındır “Azəriqaz” İstehsalat Birliyində işləyir. Onun vəzifə səlahiyyətləri imkan vermir ki, ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan hərəkətləri etsin. Bu işlə bağlı ilkin məlumatı da müvafiq orqanlara onun özü vermişdir. O, ittihamda adları çəkilən həmin şəxslərdən pul alsa da, onların işlərini görmüşdür, həmin pulları öz cibinə qoymamışdır. Malikdən pulu almış, lakin onun işi tamamlanmamışdır. Digər şəxslərdən də pullarını alıb işlərini görmüşdür. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, 3-4 il əvvəl o, həmin əraziyə qeyri-rəsmi qaydada nəzarətçi təyin olunmuşdur. Zərərçəkmiş şəxs pul qaz xəttinin yerini dəyişmək üçün alınmışdır. Yasindən də eyni məqsədlərlə pul alınmışdır. Bu işlərin görülməsi üçün departamentdən icazə almamışdır. Yasindən də 1200 manat almış, orda da müəyyən xərclər olmuşdur. Yasinlə bağlı istintaqa verdiyi ifadəsini təsdiq edir. Ramizlə bağlı qaz xəttinin yerinin dəyişilməsi üçün pul almış, onun işini də görmüşdür. Qaz xəttinin yerinin dəyişilməsi ilə bağlı departamentə rəsmi müraciət olunmalı olduğu halda, həmin şəxslər müraciət etməmiş və icazə də almamış, eyni zamanda onun özü də icazə almamışdır. Həmin şəxslərdən pul alsa da, işlərini də görmüşdür, hazırda sənəd işləri hazırlanır. O, bu işləri özbaşına görməmiş, lakin həmin işləri tək yerinə yetirmişdir. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittihamlarla özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, 2014-cü ildən etibarən “Azəriqaz' İstehsalat Birliyi Bakı X5 Departamentinin Xəzər rayon Texniki İstismar Xidmətində operator vəzifəsində işləyir. Onun vəzifələrinə qaz paylayıcı stansiyanın daxilində əraziyə verilən qazın təzyiqinin tənzimlənməsi aid olunmuşdur. Qaz borularına müdaxilə edilərək yerlərinin dəyişdirilməsi üçün ilk öncə “Azəriqaz” İB-yə ərizə ilə müraciət edilməli, sonra həmin sənədlər "xxxx" MMC-yə yönləndirilir və həmin müəssisə tərəfindən layihə hazırlanaraq iş smetası tərtib olunub, işinin dəyəri hesablanır və müqavilə bağlanır, daha sonra "xxxx" MMC tərəfindən qaz boru kəmərinə müdaxilə edilmişdir. Sayğac quraşdırılması üçün əsasən qanuni yoldan istifadə edilmişdir. Lakin hansı ünvana sayğac əvvəlcədən çəkilibsə, qanuna zidd olaraq “Azəriqaz” İB-yə ərizə ilə müraciət edilməmişdir. “Azəriqaz” İB tərəfindən qaz xətinin dəyişdirilməsi üçün müvafiq tarif təyin olunmamış və "xxxx" MMC tərəfindən həmin işinin görülməsi üçün hər dəfə müxtəlif qiymətlər bildirilmişdir. 2019-cu ilin avqust-sentyabr ayında, Binə qəsəbəsi, Südçülük massivi adlanan ərazidə yerləşən tikinti materialları mağazasının sahibi Zərərçəkmiş şəxs mağazanın qarşısından keçən 159 mm ölçüdə olan 12 m uzunluqda qaz boru xəttinin yerinin dəyişdirilməsi üçün ona müraciət etmiş və həmin işinin görülməsi üçün Zərərçəkmiş şəxs ilə 3500 manat məbləğində pula razılaşmışdır. 2019-cu ilin avqust-sentyabr ayında Zərərçəkmiş şəxs Binə qəsəbəsi, Südçülük massivi adlanan ərazidə yerləşən tikinti materialları mağazasının qarşısında həmin ünvanda boru xəttinin yerinin dəyişdirilməsi üçün ona 3500 manat pul vermişdir. Həmin puldan 900 manat məbləğində vəsait 159 mm diametrli borunun alınması və 200 manat avtokarın dəvət olunması üçün istifadə edilmiş, 400 manat pul vəsaiti isə qaynaqçıya əmək haqqı qismində verilmişdir. Bununla yanaşı əlavə olaraq tikinti avadanlıqlarına 500 manat pul xərclənmişdir. Qalan 1500 manat vəsaiti isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Sonra həmin ünvana sayğac çəkdirilməli olduğundan, boru kəmərlərinin layihəsi hazırlanması zərurəti yaranmış, lakin Qaz İstismarı Departamenti Xəzər rayon Texniki İstismar Xidmətinin rəis müavini vəzifəsində işləyən Şahid4 buna razı olmamış və "xxxx" MMC ilə əlaqə saxlayıb, əvvəllər istifadə olunmuş boruları işlətdiyini qeyd edərək, layihəni ləğv etmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində Binə qəsəbəsində “Sovxoz” adlanan ərazidə yaşayan Şahid1 onunla əlaqə saxlayaraq Binə qəsəbəsinin “Sovxoz” adlanan ərazisində yerləşən satmaq üçün inşa etdirdiyi 3 ədəd fərdi yaşayış evinin qarşısında qapı keçidinin açılması üçün qaz borularına müdaxilə edib, aşağı səviyyədən qapı və darvaza yerlərinin üstünə qaldırmağını xahiş etmişdir. Şahid1 ilə uzun müddət tanışlığı olduğundan 3 ev üçün 1200 manat ödənişə razılaşmışdır. 2020-ci ilin fevral ayının əvvəllərində Binə qəsəbəsində “Sovxoz” adlanan ərazidə Şahid1 inşa etdirdiyi evlərin qarşısında qaz borularının xəttinin yerini dəyişdirdiyi üçün sonuncudan şəxsən 1200 manat pul almışdır. Həmin vəsaitdən 150 manat pul 108 mm diametrli borunun alınması üçün istifadə edilmiş və 300 manat pul vəsaiti qaynaqçıya əmək haqqı qismində verilmişdir. Belə ki, həmin ünvanda iki dəfə iş aparmış, birinci dəfə boru nisbətən aşağı məsafədə qaldırılmışdır. Qalan 750 manat məbləğində pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Təxminən 6 ay sonra sentyabr-oktyabr aylarında həmin evlər satıldığı üçün sayğac çəkilməli olduğundan, boru kəmərlərinin layihəsi hazırlanmışdır. Bundan başqa, 2020-ci ilin mart ayının əvvəllərində Binə qəsəbəsində “Sovxoz” adlanan ərazidə yaşayan Şahid2 yaşadığı evin qarşısından keçən qaz xətinin yerini dəyişdirilməsi üçün ona müraciət etmişdir. Həmin işin həyata keçirilməsi üçün Şahid2lə 1000 manat məbləğində pula razılaşmışdır. 2020-ci ilin mart ayının əvvəllərində Şahid2 yaşadığı evin qarşısında sonuncudan 1000 pul almışdır. Həmin vəsaitdən 400 manat pul 108 mm diametrli borunun alınması və 100 manat pul avtokranın çağırılması üçün istifadə edilmiş, eləcə də 100 manat pul vəsaiti qaynaqçıya əmək haqqı qismində verilmişdir. Qalan 400 manat pulu şəxsi ehtiyaclarına sərf etmiş və həmin işlə bağlı hər hansı bir sənədləşdirmə işi aparılmamışdır. Bununla yanaşı, 2020-ci ilin oktyabr ayının sonlarında Binə qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə yerləşən inşaat materialları mağazasının sahibi Şahid3 həmin mağazanın qarşısından keçən aşağı hissə ilə çəkilmiş qaz boru xəttinin yuxarı səviyyəyə qaldırılması üçün ona müraciət etmişdir. Həmin işinin görülməsi ilə bağlı o, Şahid3la 2500 manat məbləğində pul vəsaitinə razılaşmışdır. 2020-ci ilin oktyabr ayının sonlarında Şahid3 sonuncuya aid mağazanın yerləşdiyi ünvanda 2500 manat məbləğində pul vəsaiti almışdır. Həmin vəsaitdən 700 manat məbləğində pul 159 mm diametrli borunun alınmasına və 100 manat məbləğində pul avtokranın çağırılmasına istifadə edilmiş, eləcə də 200 manat pul vəsaiti qaynaqçıya əmək haqqı qismində verilmişdir. Qalan 1500 manat pulu şəxsi ehtiyaclarına sərf etmiş və həmin işlə bağlı hər hansı bir sənədləşdirmə işi aparılmamışdır (Cild 1, iş vərəqi 106-110, cild 2, iiş vərəqi 141-145). Tədqiq olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs protokolları şəxsən özünün imzaladığını, lakin ifadələrin məzmunu ilə tam tanış olmadığını, ona görə həmin ifadələri tam yox, qismən təsdiq etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o təqsirləndirilən şəxsi qaz idarəsinin əməkdaşı kimi tanımış, onunla əvvəllər yaxın münasibəti və düşmənçiliyi olmamışdır. O, Mətləbə işlədiyi obyektin qarşısından keçən qaz borusunun yuxarı qaldırılmasına kömək göstərməsi üçün müraciət etmiş, Mətləb də gəlib baxaraq, həmin işin görülməsi üçün 3500 manat pul istəmişdir. O, həmin məbləğdə pulu verməyə razılaşmış və 3500 manatı Mətləbə vermişdir. Sonradan Mətləb qaz borusunu yuxarı qaldırsa da, bununla bağlı ona heç bir sənəd verməmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs bu işdə özünü zərərçəkmiş şəxs qismində görmədiyini, pulunu verib işini gördürdüyünü, Mətləbin onun müraciətindən sonra qaz borusunu qaldırdığını və bununla bağlı söz verdiyi bütün texniki işləri gördüyünü, özünün Mətləblə bağlı heç bir yerə şikayət etmədiyini, Mətləbin bir həftəyə qədər gördüyü işlərin sənədlərini verəcəyini ona bildirdiyini, lakin hələ də ona sənədlərin verilmədiyini, həmin sənəd ona verilərsə, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmayacağını bildirdi. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən, onun məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu geniş ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 103-105, cild 2, iş vərəqi 157-160). Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, onun Binə qəsəbəsində “Sovxoz” adlanan ərazidə torpaq sahəsi olmuş, həmin torpaq sahəsinin qarşısından yerdən qaz xətti keçmiş və o, həmin qaz xəttinin qaldırılmasını istəmişdir. Həmin vaxt ərazidə olan sakinlər ona Təqsirləndirilən şəxs qaz idarəsinin işçisi olduğunu, həmin məsələni onunla danışmaq lazım olduğunu demişlər. O da, Mətləblə görüşüb söhbət etmiş, sonuncu həmin işi görmək üçün 1200 manat pul istəmişdir. Bir neçə gün sonra o, 1200 manat pulu Mətləbə vermişdir. Bundan sonra Mətləb qaz xəttini qaldırsa da, evə qazın verilməsini təmin etməmiş, bu gün həmin evə qaz verilişi təmin olunmamışdır. Verilən sualları cavablandıran Şahid1 ərazidə Təqsirləndirilən şəxs ona qaz idarəsinin əməkdaşı kimi təqdim etdiklərini, qaz borusunun qaldırılması üçün Mətləbə 1200 manat pul verdiyini, qaz xəttinin təxminən 1 metr yarım qaldırıldığını, özünün həmin torpaq sahəsini alanda artıq orada qaz xəttinin olduğunu, Mətləb ondan pulu alarkən hər hansı qəbz vermədiyini bildirdi. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən, onun məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu geniş ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 48-50). Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirdi ki, onun boş torpaq sahəsi olmuş və həmin ərazidən qaz borusu keçmişdir. Həmin əraziyə maşın girə bilmədiyi üçün o, qaz borusunun səviyyəsini yuxarı qaldırmaq istəmişdir. Həmin vaxt tanışı Mahir ona bu işlərlə məşğul olan Mətləb adlı qaz idarəsinin işçisi olduğunu bildirmiş və sonuncu ilə danışmağı məsləhət görmüşdür. Bir gün Mətləblə Mahirin yanında görüşüb danışmış, Mətləb qaz borusunun qaldırılması üçün ondan 2500 manat pul istəmişdir. O da, Mahirin yanında həmin pulu Mətləbə vermişdir. Lakin borunu qaldıran vaxt sahə rəisi oraya gəlmiş, borunun qaldırılmasına icazə verməmişdir. Sonradan o, Departamentə müraciət etmiş, sonra qaz idarəsinin işçiləri gəlib borunu qaldırmışlar. Lakin Mətləbə verdiyi 2500 manat pul bu günə qədər ona qaytarılmamışdır. Verilən sualları cavablandıran Şahid3 həmçinin bildirdi ki, Mətləbə ona verdiyi pulun müqabilində material alınacağını və qanuni şəkildə qaz borusunun qaldırılacağını söyləsə də, ondan aldığı pulu kiməsə verəcəyini deməmişdir. O, Mahirin təklifinə əsasən mağazada Mətləblə görüşmüş və 2500 manat pulu vermişdir. Pulu alandan sonra işlər başlasa da, sonda sahə rəisi gəlmiş və işlərin davam etdirilməsinə icazə verməmişdir. O, sonradan qanuni şəkildə departamentə müraciət eləmiş, 1900 manat pul köçürmış və departamentdən gəlib onun ərazisindəki qaz borusunu qaldırmışlar. Mətləb aldığı puldan ona heç nə qaytarmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən, onun məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu geniş ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 67-69). Məhkəmə iclasında dindirilən Şahid4 ifadəsində bildirdi ki, 2012-ci ildən “Azəriqaz" İstehsalat Birliyində çalışır, 2019-cu ilin yanvar ayından isə Bakı X5 Departamentinin Xəzər rayonu Texniki İstismar Xidmətinin rejimlərə nəzarət üzrə rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2016-ci ildən tanımışdır. 2020-ci ilin avqustundan etibarən Təqsirləndirilən şəxsla münasibəti pozulmuşdur. Buna səbəb Təqsirləndirilən şəxs özbaşına, rüşvət müqabilində hər hansı bir icazə olmadan Binə qəsəbəsi “Hövsan südçülük sovxozu” adlanan ərazidə fərdi yaşayış evlərinin qarşısından keçən boru xətlərinin yerini dəyişərək yuxarı səviyyəyə qaldırması olmuşdur. Verilən sualları cavablandıran Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adlı şəxsə məxsus mağazanın qarşısından keçən qaz boru xəttinin, Şahid1 inşa etdirdiyi evlərin qarşısında keçən qaz boru xəttinin, Şahid2 yaşadığı evin qarşısında keçən qaz boru xəttinin yerlərinin dəyişdirilməsinə görə pul alması barədə məlumatı olmamış və Təqsirləndirilən şəxs bununla bağlı ona pul verməmişdir. Vətəndaşlar tərəfindən Mətləbin qanunsuz olaraq qaz xətlərinin yerinin dəyişdirilməsi barədə şifahi məlumatlar daxil olmuş, o da, həmin məlumatları aidiyyəti üzrə baş idarəyə göndərmişdir. Lakin idarə tərəfindən Təqsirləndirilən şəxs barəsində tənbeh tədbirləri görülməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən, onun məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu geniş ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 111-114). Məhkəmə iclasında Şahid2 işin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, 2020-ci ilin mart ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində “Sovxoz” adlanan ərazidə, 218 nömrəli tam orta məktəbin arxasında yerləşən ünvansız fərdi yaşayış evinin giriş hissəsinin qarşısında olan təxminən 3 metr uzunluqda aşağı hissə ilə çəkilmiş əsas qaz boru xəttinin qaldırılaraq, evin həyat sahəsinə giriş darvazalarının qoyulması üçün Xəzər rayonunun Qaz İstismar İdarəsində işləyən Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və ərazidə yaşayan sakinlərdən Qaz İstismar İdarəsində işləyən Təqsirləndirilən şəxs qaz boru xətlərinin yerinin dəyişdirilməsi ilə məşğul olduğunu öyrənmişdir. 2020-ci ilin mart ayının əvvəllərində yaşadığı ünvanın qarşısında Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxs, onun yaşadığı evin qarşısından keçən borunun qaldırılması ilə bağlı məsələnin səlahiyyətlərinə aid olduğunu bildirmiş və bunun müqabilində özünə 1000 manat məbləğində pul verilməli olduğunu əlavə etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin pulu bir hissəsinin rayon Qaz İstismar İdarəsində rəhbər vəzifədə işləyən Ramil adlı şəxsə veriləcəyini, bir hissəsinin isə özünə çatacağını qeyd etmiş, lakin dəqiq məbləği qeyd etməmişdir. Təxminən 2 gün sonra, 2020-ci ilin mart ayının əvvəllərində Binə qəsəbəsində “Sovxoz” adlanan ərazidə yaşadığı evin qarşısında, həmin evin giriş hissəsində yerləşən hasarın qarşısında olan təxminən 3 metr uzunluqda qaz boru xəttinin yerinin dəyişdirilərək qaldırılması üçün Təqsirləndirilən şəxs şəxsən 1000 manat məbləğində rüşvət qismində pul vermişdir. Sonra 2020-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs özü ilə gətirdiyi 1 nəfər usta ilə birlikdə yaşadığı evin qarşısında, həmin evlərin giriş hissəsində yerləşən hasarın qarşısında olan təxminən 3 metr uzunluqda qaz boru xəttini bir dəfəyə qaldırmış və bununla da yaşayış sahəsinin hasarında yola tərəf istiqamətində darvaza açmaq üçün şərait yaratmışdır. Bundan başqa, qaz xətinin yerinin dəyişdirilməsi ilə bağlı hər hansı bir dövlət qurumuna müraciət etməmiş, bununla bağlı tərəfindən layihə hazırlatmamış və Təqsirləndirilən şəxs görülmüş işlərlə bağlı hər hansı bir sənəd ona təqdim etməmişdir. Bununla yanaşı, qaz xəttinin yerinin dəyişdirilməsi zamanı avtokrandan istifadə edilməmiş və Təqsirləndirilən şəxs usta ilə birlikdə özü qaz boru xəttinin yerini dəyişmişdir. Habelə, Təqsirləndirilən şəxs “Azəriqaz” İB-də vəzifədə işləyən şəxs vasitəsi ilə rəsmi layihə əsasında işlərin aparılacağını bildirmişdir (cild 1, iş vərəqi 45-47). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan “Azəriqaz” İB-nin 11 iyun 2021-ci il tarixli məktubu və əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevin 23.12.2015-ci il tarixli SOCAR/15- 2900/26-05-001456 nömrəli əmrinə əsasən “Azəriqaz” İstehsalat Birliyi Bakı X5 Departamentinin Xəzər rayonu üzrə Texniki istismar xidmətinə qaz paylayıcı stansiyanın operatoru vəzifəsinə təyin olunmuşdur. Həmin məktuba əlavə olunmuş “Azəriqaz” İstehsalat Birliyi Bakı X5 Departamentinin Xəzər rayonu üzrə Texniki istismar xidmətinin Qaz paylayıcı stansiyanın operatorunun peşə təlimatına əsasən, operatorun vəzifələrinə qaz paylayıcı stansiyanın paylayıcı məntəqələrində aparatlara, tənzimləmə, qazın ölçü və uçotunu aparan cihazlara, boru kəmərləri kommunikasiyalarına və armaturlarına xidmət edilməsi, istehlakçılara qaz verilməsinin təsdiq edilmiş rejimlərə əsasən təmin edilməsi, armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, təzyiq tənzimləyicilərinin və qazın uçotu cihazlarının düzgün işləməsinə nəzarət edilməsi, cihazların dövlət yoxlamasına vermək üçün hazırlanması, avadanlıq və kommunikasiyaların cari və orta təmirində iştirak edilməsi, QTM-in kommunikasiyasının, otaqlarının və ərazisinin təmiz saxlanması, QTM-in ərazisində istismarda olan avadanlıqların, ötürücü qurğuların eyni zamanda istismardan çıxarılmış saxlanmada olan avadanlıq və digər qiymətlilərin qorunub saxlanılması və sair aiddir. Bununla yanaşı, məktuba əlavə edilmiş Xəzər rayon TİX-nin əməkdaşları tərəfindən tərtib olunmuş 27.07.2020-ci il və 08.02.2021-ci il tarixli aktlardan görünür ki, Binə qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə yerləşən Şahid1 və Şahid2 aid fərdi yaşayış evlərinin qarşısından keçən qaz boru xətlərinə qanunsuz olaraq müdaxilə olunmuşdur. Eləcə də, qeyd olunan məktuba əlavə edilmiş Bakı X5 Departamentinin Texniki İstismar Şöbəsi tərəfindən verilmiş arayışda göstərilir ki, vətəndaş fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı “Asan” xidmətə mülkiyyət sənədlərini təqdim etməklə müraciət edir, daha sonra həmin müraciət “Azəriqaz” İstehsalat Birliyinə göndərilir. Müraciət Bakı X5 Departamentinin nəzdində yaradılmış Yeni Qazlaşma işləri ilə əlaqədar komissiyanın işçi qrupuna istiqamətləndirilir. Daha sonra həmin müraciətin icrası ilə məşğul olan mühəndis tərəfindən müvafiq qaydada yerində araşdırma aparılaraq fərdi evin qazlaşdırılması üçün texniki şərti və prinsipial sxem tərtib olunub "Azəriqaz” İstehsalat Birliyinə məktub vasitəsi ilə göndərilir. “Azəriqaz” İstehsalat Birliyindən isə həmin müraciət layihə-smeta sənədlərinin hazırlanması üçün "xxxx" QSC-yə göndərilir. Layihəsmeta sənədləri hazır olandan sonra "xxxx" QSC lisenziyası olan podratçı təşkilata verməklə fərdi evin qazlaşmasını təmin edir. Vətəndaş öz vəsaiti hesabına qaz boru kəməri üzərində hər hansı bir dəyişiklik etmək istədikdə isə “Azəriqaz” İstehsalat Birliyinə və ya Bakı X5 Departamentinə şəxsiyyət və mülkiyyət sənədlərini təqdim etməklə ərizə ilə müraciət edir. Həmçinin Zərərçəkmiş şəxs, Şahid2, Şahid1, Şahid3 tərəfindən Binə qəsəbəsi, “Südçülük” yaşayış massivində yerləşən tikinti materialları mağazasının və ya fərdi yaşayış evinin qazlaşdırılması və həmin ünvanların qarşısından keçən qaz boru kəmərlərinin yerinin dəyişdirilməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə, eləcə də Bakı X5 Departamentinə hər hansı bir müraciət ünvanlanmamışdır (cild 2, iş vərəqi 19-34). Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə ötürülən məlumatlara baxış keçirilməsi haqqında 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 17.03.2019-cu il tarixdən 23.12.2020-ci il tarixədək, həmçinin sonuncunun istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsi arasında 27.02.2020-ci il tarixdən 26.09.2020-ci il tarixədək mütəmadi olaraq danışıqlar aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 23.05.2019-cu il tarixdən 30.09.2020-ci il tarixədək danışığın aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 21.04.2020-ci il tarixdə “Dayı mən polisə düşmüşəm birinci bölmədəyəm” məzmunlu mesaj göndərmişdir. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 2020-ci il ərzində mütəmadi olaraq danışığın aparılması müşahidə edilmişdir (cild 2, iş vərəqi 81-83, 85-86). İbtidai istintaq orqanının 22 iyul 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 87-113). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsindən daxil olmuş 22.06.2021-ci il tarixli 5350 №-li məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə almamışdır (cild 2, iş vərəqi 64-65). İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən, həmçinin yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında pasport qeydiyyatındadır, ərazi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır (cild 2, iş vərəqi 161-167). Cinayət işində olan 19.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 2, iş vərəqi 57-59). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, onun vəzifə səlahiyyətlərinin irəli sürülmüş ittihamda qeyd olunan hərəkətləri etməyə imkan vermədiyini, ittihamda adları çəkilən şəxslərdən pul alsa da, onların işlərini gördüyünü, həmin pulları öz cibinə qoymadığını, həmin şəxslərdən pul alsa da, işlərini gördüyünü, hazırda isə sənəd işlərinin hazırlandığını, bu işləri özbaşına görmədiyini bildirdi. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan Qərarında məhkəmələrə həmçinin tövsiyyə olunur ki, şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Şərh olunanlarla və yuxarıda qeyd olunan sübutlarla tam təkzib olunduğuna görə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri məsuliyyətdən yaxa qurtarmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş cinayətlərdir. Təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən isə, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələbinə görə, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4, 312.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki nəfər azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.13-cü maddəsinə əsasən, həmin Məcəllənin 32.4, 312.2-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs cinayəti qulluq mövqeyi ilə əlaqədar ona göstərilən etimaddan istifadə etməklə törətməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinin tələbinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2-ci maddəsində əlavə cəza nəzərdə tutulmasa da, CM-nin 46.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ona həmin maddə ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda əsas cəzalar və əlavə cəza təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 31 mart 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının 22 iyul 2021-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası CM-in 178-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan 8.200 (səkkiz min iki yüz) manat təşkil edir və həmin ziyan ödənilməmişdir. Bununla bağlı iş üzrə maddi ziyan vurulmuş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması, həmçinin xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə həmin Məcəllənin 46.2-cı maddəsi tətbiq olunaraq, 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 31 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması, həmçinin xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınsın. İş üzrə maddi ziyan vurulmuş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-169/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-169/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver