Məhkəmə qərarları › İş №1(101)-169/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-169/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-169/2023 06.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1984-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, küçə 1, ev 21 A-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazrda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 329,680 qram olan narkotik vasitə heroini, ümumi təmiz çəkisi 505 qram olan psixotrop maddə metamfetamini və ümumi çəkisi 710 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və idarə etdiyi “Daevo Nexsia” markalı ** PV *** dövlət nömrə nişanlı avtomaşınında gizlədərək saxlamaqla daşımışdır. 02 mart 2022-ci il tarixdə saat 21:00 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı Səlyan avtomagistralının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 14-cü km-də “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə keçirilmiş şəxsi axtarış zamanı əynində olan idman şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,680 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra onun idarə etdiyi “Daevo Nexsia” markalı ** PV *** dövlət nömrə nişanlı avtomaşınına baxış zamanı həmin avtomobilin arxa sol oturacağın alt hissəsində 1 ədəd sellofan torbada təmiz çəkisi 710 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazıralanmış narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd bükümdə təmiz çəkisi 505 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 ədəd bükümdə təmiz çəkisi 320 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, amma dünyaya gəlmiş uşaqları rəhmətə getdiyi üçün fikrini dağıtmaq məqsədilə ilk dəfə olaraq 4 kibrit qutusunda olan nəşə əldə etmişdir ki, istifadə etsin. O, tutulan günün axşamı istifadəsində olan «DAEWO NEXİA» markalı maşınla sifariş qəbul etdiyi üçün Lökbatan dairəsinə yanacaq doldurma məntəqəsinə gəlmiş, həmin vaxt ona telefon zəngi gəlmiş, zəng edən şəxsə 4.500 manat pul verməli idi. Həmin şəxs ondan pulunu istəmişdir. Məntəqədə maşina yanacaq vuran zaman yanında bir maşın dayanmış, maşından çıxan şəxslər onun qolunu burub döyə-döyə gəldikləri maşina mindirərək Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparmışlar. Onu maşında arxada otuzdurmuş, qollarını isə maşının qapısına bağlamışlar. Hətta yanacaqdoldurma məntəqəsinin içində də polislər onu döymüşlər, bu halı məntəqənin əməkdaşları da görmüş, lakin heç bir müdaxilə etməmişlər. Bir saatdan sonra isə həmin bölməyə onun maşınını gətirmişlər. Polislər demişlər nəyə gücün çatar, ondan buraxılmağı üçün 5.000 manat pul istəmişlər. Polislər bundan sonra ona demişlər ki, evə gedib anasını da bu işə qoşacaqlar, ya valideyn, ya da kameraya baxıb onların dediklərini danışmalıdır. O da razılaşaraq kamera altında danışmağa razılıq vermişdir. Onu 02 mart 2022-ci il tarixdə axşam saat 21 radələrində polis əməkdaşları tutmuşlar. O, təzyiqə məruz qalaraq heç nəyə baxmadan hər şeyə imza etmişdir. Təzyiqə məruz qalması ilə bağlı müxtəlif orqanlara, o cümlədən hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Onun üzərinə bölmədə videoçəkilişlə gecə saat 02 radələrində baxış keçirmişlər. Həmin vaxt orada bir nəfər kişi olmuş, onun vəkil olduğunu belə ona bildirməmişlər. Maşında aşkar olunan narkotikin ona aidiyyatı yoxdur, o, heroini ümumiyyətlə görməmişdir. xx.xx.2022-ci il tarixdə Qaradağ rayon məhkəməsinə sanksiyaya aparılmış, sanksiya verən hakimə döyülməyi ilə bağlı, eyni zamanda üzərindən kibrit qutusunda aşkar olunan 4 qram narkotik vasitəsi olan marixuananın ona məxsus olduğunu, lakin maşınından aşkar olunmuş narkotikdən xəbəri olmadığını, həmin narkotikin ona məxsus olmadığını bildirmiş və buna görə özünün təqsirli bildiyini demişdir. Lakin hakim ona gələn sənədləri göstərərək ona həmin işin sifarişli olduğunu demişdir. O, istintaq təcridxanasına yerləşdirilməmişdən əvvəl müstəntiq tərəfindən məhkəmə-tibbi ekspertizaya təqdim edilmişdir. Belə ki, müstəntiqə döyülməsini bildirmişdir. Lakin tibbi ekspert onun bədənində heç bir xəsarət aşkar etməmişdir. Bununla razı deyil, çünki növbəti gün istintaq təcridxanasına yerləşdirildikdə orada həkim onun bədənində xəsarətlər aşkar etmişdir, həkimə də bu xəsarətlərin saxlanılan zaman polis tərəfindən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklələ Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, küçə 1, ev 21A- da yaşayan və qeydiyyatda olan Ayaz adlı şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olur. Dərhal tədbirin keçirilməsinə dair qərar qəbul edilmiş, həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmiş və əmrlə əməliyyat qrupu yaradılmışdır. Qrupa o rəhbər kimi, həmkarları Şahid3 və Şahid2 isə qrupun üzvləri kimi təyin edilmişlər. Bundan sonra o, əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gələrək Təqsirləndirilən şəxs saxlanılması üçün müşahidələr etmişlər. Bir müddət sonra görmüşlər ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Nexsia” markalı ** PV *** dövlət nömrə nişanlı avtomaşını ilə Bakı Səlyan avtomagistralının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən yolun kənarında olan “Azpetrol” yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Onlar həmin əraziyə gələrək, Ayaza yaxınlaşmış və özlərini təqdim edib Ayazı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün onlarla polis bölməsinə getməyini təklif etmiş və onu, həmçinin Ayaza məxsus “Daewoo Nexsia” markalı ** PV *** dövlət nömrə nişanlı avtomaşın əməliyyatçılardan biri idarə etməklə Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onun maşınında olmuşdur. Bölmədə Ayazı təhqiqatçıya təqdim etmiş, sonuncu müdafiəçi dəvət edərək zəruri prosessual sənədləri tərtib etdikdən sonra müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan “Samsung” markalı mobil telefonu, 02 ədəd avtomobil açarı, 71 manat pulu və idman şalvarının sol yan cibindən 01 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan heroinə bənzər maddəni təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələri iranlı Şahin vasitəsi ilə Lökbatan qəsəbəsində yerləşən “50 qəpik” çay evinin yaxınlığında olan yerlərə qoymaq məqsədi ilə əldə etmiş, onunla bir neçə dəfə belə əməliyyatlar keçirmiş, ondan əvvəl isə İman adlı iranlıdan narkotik vasitələr əldə edib, iranlının bildirdiyi yerlərə “zaklatka” etmişdir, yəni sonuncunun müəyyən etdiyi yerlərə yerləşdirmişdir. Şahini əvvəllər cəza çəkdiyi müəssisədən tanımışdır, Şahin də həmin müəssisədə cəza çəkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, idarə etdiyi “Daewoo Nexsia” markalı ** PV *** dövlət nömrə nişanlı avtomaşında da narkotik vasitələr vardır və maşına baxış keçirilməsinə etiraz etmir. Bundan sonra 02 (iki) ədəd avtomobil açarı və 71 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra baxışın iştirakçıları bölmənin həyətində videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə avtomobilin salonuna və yük yerinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs avtomaşının salon hissəsinin sol arxa oturacağının altından 1 ədəd sellofan torba çıxardaraq təqdim etmişdir. Sellofan torbanın içərisindən 1 ədəd elektron tərəzi, 1 ədəd bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar ot kütləsi və 1 ədəd bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan torbada olan bağlamalarda olan narkotik vasitələri, psixotrop maddəni və 1 ədəd elektron tərəzini xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində İran İslam Respublikası vətəndaşı olan “Şahin” adlı şəxsin dediyi Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “50 Qəpik” çay evinin qarşısından götürərək Şahinin deyəcəyi yerə qoymaq üçün götürmüşdür. Qeyd etmək istəyir ki, 29-cu PB-də işləyən Polad adlı şəxsi tanıyır, lakin onun keçirdikləri əməliyyata heç bir aidiyyatı yoxdur. Belə ki, Təqsirləndirilən şəxs idarəyə mənfi mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmış və üzərinə və maşınına baxış keçirilmişdir. 10-cu PB-də Polad adlı şəxs ona və yaxud həmkarlarına zəng etməmiş, heç bir xahiş etməmiş, bu heç mümkündə deyil. Belə ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşıdır, zabitdir, Polad isə bölmənin əməkdaşı olmaqla heç zabitdə deyildir. Belə bir vəziyyət ağılabatan deyildir. Həmçinin Poladın qardaşı və yaxud başqa qohumu idarədə işləmir, keçirilən əməliyyatda iştirak etməmişdir. Ona Təqsirləndirilən şəxs tibbi kartındakı məlumatlar elan edildi. Həmin kartda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olduqda sol göz ətrafı nahiyyədə bənövşəyi qançır aşkar edilmişdir. Bildirir ki, xx.xx.2022-ci il tarixdə o və yaxud həmkarları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor edilməmişdir. xx.xx.2022-ci il tarixdən sonra o və həmkarları Təqsirləndirilən şəxs görməmişlər, çünki o artıq istintaqa təqdim edilmişdir. O gündən 5 gün sonra isə Ayazın göz ətrafında yaranan qançırın yaranma səbəbini bilmir, bu qançırın ona və həmkarlarına heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklələ Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə həmkarı Şahid1 Qaradağ rayon sakini olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Yaradılmış əməliyyat qrupuna üzvü kimi o və Şahid3 daxil edilmiş, Şahid1 isə qrupun rəhbəri təyin edilmişdir. Bundan sonra onlar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gələrək Təqsirləndirilən şəxs saxlanılması üçün müşahidələr etmişlər. Bir müddət sonra görmüşlər ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Nexsia” markalı ** PV *** dövlət nömrə nişanlı avtomaşını ilə Bakı Səlyan avtomagistralının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən yolun kənarında olan “Azpetrol” yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Onlar həmin əraziyə gələrək, Ayaza yaxınlaşmış və özlərini təqdim edib Ayazı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün onlarla polis bölməsinə getməyini təklif etmiş və onu, həmçinin Ayaza məxsus “Daewoo Nexsia” markalı ** PV *** dövlət nömrə nişanlı avtomaşın əməliyyatçılardan biri idarə etməklə Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs öz və yaxud onların maşınında PB-nə getməsini xatırlamır. Səhv etmirsə Ayaz özünə məxsus maşında olsa da, Ayazın maşınını isə həmkarlardan biri idarə etmişdir. Bölmədə Ayazı təhqiqatçıya təqdim etmiş, sonuncu müdafiəçi dəvət edərək zəruri prosessual sənədləri tərtib etdikdən sonra müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan “Samsung” markalı mobil telefonu, 02 ədəd avtomobil açarı, 71 manat pulu və idman şalvarının sol yan cibindən 01 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan heroinə bənzər maddəni təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələri iranlı Şahin vasitəsi ilə Lökbatan qəsəbəsində yerləşən “50 qəpik” çay evinin yaxınlığında olan yerlərə qoymaq məqsədi ilə əldə etmiş, onunla bir neçə dəfə belə əməliyyatlar keçirmiş, ondan əvvəl isə İman adlı iranlıdan narkotik vasitələr əldə edib, iranlının bildirdiyi yerlərə “zaklatka” etmişdir, yəni sonuncunun müəyyən etdiyi yerlərə yerləşdirmişdir. Şahini əvvəllər cəza çəkdiyi müəssisədən tanımışdır, Şahin də həmin müəssisədə cəza çəkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, idarə etdiyi “Daewoo Nexsia” markalı ** PV *** dövlət nömrə nişanlı avtomaşında da narkotik vasitələr vardır və maşına baxış keçirilməsinə etiraz etmir. Bundan sonra 02 (iki) ədəd avtomobil açarı və 71 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra baxışın iştirakçıları bölmənin həyətində videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə avtomobilin salonuna və yük yerinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs avtomaşının salon hissəsinin sol arxa oturacağının altından 1 ədəd sellofan torba çıxardaraq təqdim etmişdir. Sellofan torbanın içərisindən 1 ədəd elektron tərəzi, 1 ədəd bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar ot kütləsi və 1 ədəd bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan torbada olan bağlamalarda olan narkotik vasitələri, psixotrop maddəni və 1 ədəd elektron tərəzini xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində İran İslam Respublikası vətəndaşı olan “Şahin” adlı şəxsin dediyi Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “50 Qəpik” çay evinin qarşısından götürərək Şahinin deyəcəyi yerə qoymaq üçün götürmüşdür. Ona Təqsirləndirilən şəxs tibbi kartındakı məlumatlar elan edildi. Həmin kartda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olduqda sol göz ətrafı nahiyyədə bənövşəyi qançır aşkar edilmişdir. Onun və həmkarlarının Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zoru olmamışdır. Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etdikdən sonra onunla ünsiyyətdə olmamışlar. xx.xx.2022-ci il tarixdən 5 gün sonra Ayazın gözətrafı nahiyyəsində aşkar edilmiş qançırın onlara heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklələ Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1, o və həmkarı Şahid2 isə qrupun üzvləri olmuşlar. Onlar hadisə yerinə ona məxsus BMV markalı və CİP SEDAN markalı 2 maşınla getmişlər. xx.xx.2022-ci il tarixdə axşam saat 18 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Bakı-Salyan avtomagistralının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən yolun kənarında olan “Azpetrol” yanacaq doldurma məntəqəsində idarə etdiyi “Daewoo Nexsia” markalı avtomaşını ilə birlikdə olduğunu müəyyən edərək ona yaxınlaşaraq özlərini təqdim edərək Ayazı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün onlarla polis bölməsinə getməyini təklif etmiş və onu, həmçinin Ayaza məxsus “Daewoo Nexia” markalı avtomaşını o idarə etməklə Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. Bölmədə Ayazı təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı BMCMİ-nin təhqiqatçısı olmuş, o, bölməyə Baş İdarədən təxminən 30-40 dəqiqəyə gəlmiş və müdafiəçi dəvət edərək zəruri prosessual sənədləri tərtib etdikdən sonra müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmiş, təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs üzərində olan “Samsung” markalı mobil telefonu, 02 ədəd avtomobil açarı, 71 manat pulu və idman şalvarının sol yan cibindən 01 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan heroinə bənzər maddəni təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələri iranlı Şahin vasitəsi ilə pul müqabilində Lökbatan qəsəbəsində iranlının dediyi yerlərə qoyacaqdır. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, idarə etdiyi “Daewoo Nexsia” markalı avtomaşında da narkotik vasitələr vardır və maşına baxış keçirilməsinə etiraz etmir. Bundan sonra baxışın iştirakçıları bölmənin həyətində videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs razılığı ilə ona məxsus avtomobilin salonuna və yük yerinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs avtomaşının salon hissəsinin sol arxa oturacağının altından 1 ədəd sellofan torba çıxardaraq təqdim etmişdir. Sellofan torbanın içərisindən 1 ədəd elektron tərəzi, 1 ədəd bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar ot kütləsi və 1 ədəd bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan torbada olan bağlamalarda olan narkotik vasitələri, psixotrop maddəni və 1 ədəd elektron tərəzini xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində İran İslam Respublikası vətəndaşı olan “Şahin” adlı şəxsin dediyi Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “50 Qəpik” çay evinin qarşısından götürərək Şahinin deyəcəyi yerə qoymaq üçün götürmüşdür. Ona Təqsirləndirilən şəxs tibbi kartındakı məlumatlar elan edildi. Həmin kartda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olduqda sol göz ətrafı nahiyyədə bənövşəyi qançır aşkar edilmişdir. O və həmkarları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor tətbiq olunmamışdır. Onlar Təqsirləndirilən şəxs saxlayanda və təhqiqatçıya təhvil verəndə Ayazın gözətrafı nahiyyəsində heç bir xəsarət olmamışdır. Məhkəmədə tədqiq edilmiş protokollar, ekspertiza rəyləri və cinayət işində olan digər sənədlər: Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, idarənin baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs Bakı-Səlyan avtomagistralının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 14-cü km-də “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında DAEVO-NEXİA markalı, **-PV-*** nömrəli avtomaşının yanında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş, avtomobil isə PB-nin həyətinə yerləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 05 mart 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında” qərarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli və “DVD diskə baxış keçirlməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan müəyyən olnur ki, Təqsirləndirilən şəxs müdafiəçişi X13, təhqiqatçı polis kapitanı X4, polis əməkdaşları Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin İdarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə təhqiqatçının üzərində olan əşyaları təqdim etmək təklifindən sonra könüllü və sərbəst olaraq əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən həmin bükülü açılır və bükülüdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə aşkar olundu. Həmin maddə elektron tərəzidə çəkilir və məlum olur ki, həmin maddənin çəkisi 12 qramdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır və onun əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və iki ədəd avtomobil açarı və 71 manat pul aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi hər iki büküm zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanır. “Samsung” markalı mobil telefon izahat verildikdən sanra götürülür, 71 manat pul və iki ədəd avtomobil açarı Təqsirləndirilən şəxs özünə qaytarılır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Şahin” adlı şəxsdən xx.xx.2022-ci il tarixdə təxminən 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “50 qəpik” kafesinin yaxınlığından götürdüyü sellofan torbada olan 1 büküm narkotik vasitə heroin, 1 büküm narkotik vasitə qurudulmuş marixuana və 1 büküm psixotrop maddə metamfetamini avtomaşının salon hissəsində sol arxa oturacağın ayaqaltı hissəsinə qoymuşdur. Bundan əlavə idarə etdiyi Daevo Nexia markalı 90 PV-270 dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirdi. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs idarə etdiyi Daevo Nexia markalı 90 PV-270 dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsinə dair protokol və bu protokola əlavə olunmuş 01 ədəd diskə baxış protokolundan müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs müdafiəçişi X13, təhqiqatçı X4, polis əməkdaşları Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin İdarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasının həyətində Daevo Nexia markalı 90 PV-270 dövlət qeydiyyat nişanlı avtomaşına baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan avtomobil açarı ilə avtomaşının qapısını açaraq avtomaşının salon hissəsində arxa sol oturacağın alt hissəsindən içərisində 1 ədəd elektron tərəzi, 1 ədəd bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddə olan heroinə bənzər kütlə, 1 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixunaya bənzər ot kütləsi, 1 ədəd bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan torbanı təqdim etdi. Təhqiqatçı tərəfindən həmin maddələr elektron tərəzidə çəkildi, müəyyən olundu ki, heroinə bənzər kütlələr 327 qram, qurudulmuş marixuanaya bənzər ot kütləsi 717 qram, psixotrop maddə metamfetaminə bənzər kütlə qablaşdırılması ilə birlikdə 510 qram təşkil etdi. Bundan sonra həmin kütlələr sellofan torbaya qoyularaq qablaşdırıldı. Avtomaşından iş üzrə əhəmiyyət kəsb edən hər hansı digər əşya və ya predmet aşkar edilmədi. Aşkar edilmiş kütlələr götürülərək qablaşdırıldı və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən heç bir qeyd olunmadan imzalandı. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2022ci il tarixli, 6/1294 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs.....” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 9,680 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “.. Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi...” sözləri olan bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 505 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 320 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Kağız paketdəki və bağlamadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 329,68 qramdır. Metamfetaminin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahıİ) daxildir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahıİ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 03 mart 2022-ci il tarixli, 7/201 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi...” sözləri olan göy rəngli polieten bağlamadakı qara rəngli sellofan bağlamanın içərisində 01(bir) ədəd sellofan torbada təmiz çəkisi 710 qram olan bitki mənşəli kütlə təərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir ədəd bağlamada olduğu üçün müqayisəli tədqiqat aparmaq mümkün deyil. bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli müdafiəçisi Faiq Qarayevin iştirakı ilə təhqiqatçıya verdiyi izahatından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində Bakı-Salyan avtomagistralının 14-cü km-də yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında idarə etdiyi Daevo Nexia markalı 90 PV-270 dövlət qeydiyyat nişanlı avtomaşının yanında olarkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Ona müvafiq qərarı təqdim edib onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Avtomobili isə polis bölməsinin həyətinə yerləşdirmişlər. Ona müdafiəçi dəvət olunmuş, o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təhqiqatçının təklifindən sonra əynində olan idman şalvarının sol yan cibindən bir bükümdə narkotik vasitə olan heroin kütləsini masanın üzərinə qoymuşdur. Şalvarının sağ yan cibindən iki ədəd avtomobil açarı, 71 manat pul və bir ədəd Samsunq markalı mobil telefonu da masanın üzərinə qoymuşdur. Təqdim etdiyi heroin elektron tərəzidə çəkilərək çəkisinin 12 qram olması müəyyən edilmişdir. Həmin kütlə kağız zərfə qablaşdırılmış, möhürlənmiş, üzərinə o, müdafiəçi, təhqiqatçı imzalarını qoymuşlar. Həmçinin Samsunq markalı mobil telefon da ondan götürülmüşdür. Üzərindən aşkar olunmuş heroin özünə məxsus olmuş, həmin kütlənin İİR-sı vətəndaşı Şahin adlı şəxsin vasitəsilə bu gün, yəni xx.xx.2022-ci il tarixdə Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən “50 qəpik” çay evinin yaxınlığından deyilən ünvanlara qoymaq məqsədilə əldə etmiş, Şahinlə həbsxanada tanış olmuşdur. Həmçinin daha əvvəllər də İİR-sı vətəndaşı İman adlı şəxsdən deyilən ünvanlara qoymaq məqsədilə narkotik əldə etmişdir. İdarə etdiyi Daevo Nexia markalı 90 PV-270 dövlət qeydiyyat nişanlı avtomaşında narkotik maddə saxladığını bildirmiş və həmin maşına baxış zamanı öz açarı ilə qapıını açdığı avtomobilin arxa sol oturacağın alt hissəsindən içərisində bir ədəd elektron tərəzi, bir bağlamada heroin, bir bağlamada qurudulmuş marixuana, bir bağlamada metamfetamin olan sellofan torbanı təqdim etmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Onun üzərinə Qaradağ RPİ-nin 10-cu PB-nə gətirildiyi zaman yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində müstəntiq polis kapitanı X9 verdiyi ifadəsindən müəyyən olunur ki, o, 2012-ci ildə 12 saylı CÇM-də cəza çəkən zaman orada cəza çəkən “Şahin” adlı İİR-sı vətəndaşı ilə tanış olmuş və onunla münasibətləri normal olmuşdur. Cəzasının sonu ilə azad olunduqdan sonra 2022-ci ilin əvvəlindən cəza çəkdiyi müəssisədən tanıdığı “Vahid” adlı şəxsin yanında olan zaman Vahid Şahinlə danışmış, o da Şahinlə danışaraq öz nömrəsini Şahinə göndərmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrindən idarə etdiyi Daevo Nexia markalı 90 PV-270 dövlət qeydiyyat nişanlı avtomaşınla Lökbatan qəsəbəsində olan zaman Şahin onun telefonuna Wotsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq göndərdiyi şəkildə Lökbatan qəsəbəsində yerləşən “50 qəpik” restoranın qarşısındakı yerdə narkotik vasitələr olduğunu, onları götürməsini xahiş etmişdir. O da Şahinin göndərdiyi yerə gedərək orada sellofan torbada olan narkotik vasitələri götürüb Şahinə bu barədə bildirmişdir Şahin həmin torbanı Sahil qəsəbəsinə gedən yolda bildirdiyi yerə qoyulmasını ona bildirmiş, əvəzində isə ona pul söz vermişdir. Bundan sonra Sahil qəsəbəsi istiqamətinə gedən zaman maşına benzin vurmaq üçün Azpetrol yanacaqdoldurma məntəqəsinə getmiş, orada maşına benzin vuran zaman mülki geyimli şəxslər onu saxlayıb maşınla birlikdə Qaradağ RPİ_nin 10-cu PB-nə aparmışlar. Orada üzərindən və maşınından videoçəkiliş aparılmaqla qanunsuz olan əşyaları təqdim etmişdir. Orada onun üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl Anar adlı polis əməkdaşı bir büküm narkotik vasitə gətirib onun əynində olan idman şalvarının cibinə qoymuş, əli ilə sifət nahiyyəsindən vurmuşdur. O da təzyiqlərdən qorxaraq videoçəkiliş zamanı narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Bundan sonra avtomaşına vəkilin iştirakı ilə keçirilmiş baxış zamanı “50 qəpik” kafesinin yanından götürdüyü sellofan torbanı polis əməkdaşlarına təhvil vermiş, həmin torbanın içərisində bir büküm heroin, bir büküm qurudulmuş marixuana və bir büküm metamfetamin olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində sanksiyası ilə bağlı keçirilmiş məhkəmə iclasında törətdiyi əməli etiraf edərək, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022ci il tarixli, 2293 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əsab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixatriya Xəstəxanası” X15 4840 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələri Azərbaycan Respublikası DİN-nnin BNMİ-nin əməkdaşı tərəfindən döyülərək boynuna qoyulduğunu, bunu müstəntiqə söylədiyini, lakin müstəntiq tərəfindən onun sözlərinə əhəmiyyət verilmədiyini, müstəntiqin işə qərəzli baxdığına görə müstəntiqdən və polis əməkdaşlarından Qaradağ rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs şikayətləri ilə əlaqədar ibtidai araşdırma orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olub-olmamasını, olduğu halda dərəcəsini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12-Təcrübi və X8 rayon şöbəsinin məhkəmə-tibb eksperti X5 tərtib etdiyi xx.xx.2022-ci il tarixli 150 saylı ekspertiza rəyindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertiza müayinəsindən keçirilmişdir. Müayinə olunanın deməsinə görə o polis əməkdaşları tərəfindən saxlanılan zaman Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş, orada birinin adı Anar və adını bilmədiyi başqa bir polis əməkdaşı onu yumruq-təpiklə vurmuşlar. Şikayəti burun nahiyyəsində olan ağrıdandır. Zərərçəkmiş əvvəllər idmanla məşğul olduğunu bildirir və dəqiq tarixi xatırlamasa da bir neçə il əvvəl burun nahiyyəsindən zədə aldığını bildirir. Müayinə olunanın bədən səthində, eləcə də burun nahiyyəsində xəsarətin hər hansı obyektiv əlamətləri aşkar edilmədi. Hər iki burun dəliyində tənəffüs keçiriciliyi sərbəstdir. Məhkəməyə təqdim edilməklə tədqiq edilmiş Bakı şəhəri Qaradağ RPİ-nin müvəqqəti saxlama yerinin «tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı» kitabındakı qeydlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-yə daxil olmuş ilkin müayinə zamanı onda hər hansı bir xəsarətin aşkar olunmasına dair qeyd mövcud deyildir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən DVD-R disk cinayət işində olan zərfdən nümayiş etdirmək üçün çıxarıldıqda diskin ortadan 2 yerə bölündüyü, bununla da yararsız vəziyyətə düşməsi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə baxış keçirilməsini özündə əks etdirən DVD-R disk kompyuterin disk yerinə daxil edilməklə nümayiş etdirilmiş, diskdəki görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçişi X13, təhqiqatçı X4, polis əməkdaşları Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin İdarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasının həyətində Daevo Nexia markalı 90 PV-270 dövlət qeydiyyat nişanlı avtomaşına baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan avtomobil açarı ilə avtomaşının qapısını açaraq avtomaşının salon hissəsində arxa sol oturacağın alt hissəsindən içərisində 1 ədəd elektron tərəzi, 1 ədəd bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddə olan heroinə bənzər kütlə, 1 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixunaya bənzər ot kütləsi, 1 ədəd bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan torbanı təqdim etdi. Təhqiqatçı tərəfindən həmin maddələr elektron tərəzidə çəkildi, müəyyən olundu ki, heroinə bənzər kütlələr 327 qram, qurudulmuş marixuanaya bənzər ot kütləsi 717 qram, psixotrop maddə metamfetaminə bənzər kütlə qablaşdırılması ilə birlikdə 510 qram təşkil etdi. Bundan sonra həmin kütlələr sellofan torbaya qoyularaq qablaşdırıldı. Avtomaşından iş üzrə əhəmiyyət kəsb edən hər hansı digər əşya və ya predmet aşkar edilmədi. Aşkar edilmiş kütlələr götürülərək qablaşdırıldı və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən heç bir qeyd olunmadan imzalandı. Görüntüdən müəyyən olunur ki, baxışın bütün iştirakçılarını pandemiya ilə əlaqədar üz nahiyyələri qara maska ilə örtülüdür. Təqsirləndirilən şəxs üz nahiyyəsinin maska ilə örtülməyən hissəsində vizual olaraq hər hansı bir xəsarət izi görünmür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından müəyyən olunur ki, araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında şəxsi istifadəsi üçün marixuana əldə etmək məqsədilə instaqram sosial şəbəkəsindən xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamış, xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində idarə etdiyi Daevo Nexia markalı 90 PV-270 dövlət qeydiyyat nişanlı avtomaşını ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində olduğu zaman xatırlamadığı mobil nömrəsinin Watsapp proqramı ilə onunla əlaqə saxlayan şəxs harada olduğunu soruşmuş, o isə Lökbatan qəsəbəsində olduğunu bildirdikdən sonra əlaqə saxlayan şəxs ona şəkil göndərərək Lökbatan qəsəbsində yerləşən «50 qəpik» restoranının qarşısındakı yerdə narkotik vasitə olduğunu, ondan onu götürməsini istəmişdir. O, şəkildə olan yerə getmiş və orada sellofan torbada müxtəlif növ narkotik vasitələrin bağlı şəkildə olduğunu görüb həmin torbanı idarə etdiyi avtomobilə qoymuş, oradan yanacaq vurmaq üçün Bakı-Qazax yolunda olan Azpetrol YDM-nə getdi. Orada yanacaq dolduran zaman onun maşınının yanında 3 ədəd avtomobil dayanmış, maşınlardan təxminən 7-8 nəfər şəxs düşüb ona yaxınlaşaraq qollarından və köynəyindən tutaraq gəldikləri qara rəngli CİP markalı avtomobilə onu əyləşdirdilər və onlardan biri onun avtomobilinə əyləşərək maşını idarə etmişdir. Onu Qaradağ RPİ-nin 10cu PB-nə gətirərək özlərini DİN-nin BNMİ-nin əməkdaşları kimi təqdim edən Anar, «Zloy» və əvvəldən tanıdığı Polad adlı polis əməkdaşının qardaşı, qara dərili şəxs onu yumruq və təpiklə vuraraq ona aid olmayan külli miqdarda narkotik vasitələrin onun üzərindən çıxdığını və ona aid olmasını etiraf etməsini tələb etdilər. Ona verilən fiziki işgəncələrə tab gətirməyərək həmin əməkdaşlarla razılaşmış və həmin narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Daha sonra isə vəkilin iştirakı ilə üzərinə baxış keçirilən zaman bir daha narkotki vasitənin ona aid olduğunu bildirmişdir. O, polisə əməkdaşları tərəfindən tutulduqdan sonra Qaradağ rayon məhkəmə tibb eksperti tərəfindən müayinə olunmuşdur. Araşdırma zamanı izahatı alınmış Şahid1 izahatında Təqsirləndirilən şəxs dediklərinin yalan olduğunu, onu döymədiyini, onun cibindən aşkar olunmuş narkotik vasitə heroin Təqsirləndirilən şəxs özünün olduğunu və bunu vəkilin yanında etiraf etdiyini bildirmişdir. O, Polad adlı və «Zloy» ləqəbli polis əməkdaşlarını tanımır, Təqsirləndirilən şəxs tutulması zamanı keçirilmiş əməliyyat tədbirində onunla birlikdə DİN BNMİ-nin əməkdaşları Şahid2 və Şahid3 olmuşlar. Araşdırma materialına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12-Təcrübi və X8 rayon şöbəsinin məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 150 saylı ekspertiza rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır. Göstərilənlərə əsasən, CPM-nin 39.1.1, 85 və 212-ci maddələrinə əsasən Qaradağ rayon prokurorluğu material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Qaradağ rayon prokuroruna və məlumat üçün maraqlı tərəflərə göndərilmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə Təqsirləndirilən şəxs saxlanıldığı xx.xx.2022-ci il tarixdə hər hansı bir xəsarət alması inkar edilmişdir. Bu sübut növləri aşağıdakılardan ibarətdir: -Təqsirləndirilən şəxs üzərinə və nəqliyyat vasitəsinə müdafiəçinin iştirakı ilə eyni tarixli baxış protokolları , -onun xx.xx.2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə təhqiqatçıya ona qarşı heç bir fiziki zor və təzyiqlərin olmadığı barədə izahatı , -xx.xx.2022-ci i tarixdə müdafiəçinin iştirakı ilə müstəntiqə şübhəli şəxs qismində verdiyi ifadəsində polis əməkdaşı Şahid1 ona sifət nahiyyəsinə sillə vurması barədə ifadəsi ilə əlaqədar Təqsirləndirilən şəxs və Şahid1 arasında xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolu, -xx.xx.2022-ci il tarixdə barəsində keçirilmiş məhkəmə tibbi ekspertiza rəyi ilə bədənində hər hansı bir xəsarətin olmamasına dair rəyi, -Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-nə həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə tibbi müayinədən keçdikdə qeydiyyat kitabında hər hansı bir xəsarətin olması barədə qeydin olmaması , -istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə baxışı zamanı barəsində keçirilmiş əməliyyat tədbirində iştirak etmiş DİN BNMİ-nin əməkdaşları Şahid1, Şahid3 , Şahid2 ifadələri, -məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar «əməliyyat qrupunun yaradılması haqqında» əməliyyat qrupuna rəhbər olaraq Şahid1, qrupun üzvüləri isə Şahid2 və Şahid3 təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli Ə81-008-22 saylı əmr, - Təqsirləndirilən şəxs üzərinə və nəqliyyat vasitəsinə baxışda müdafiəçi və təhqiqatçıdan savayı, məhz qeyd olunan əməliyyatçıların iştirakına dair protokollar, -Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə baxışı əks etdirən kompakt diskə məhkəmə baxışı zamanı nümayiş etdirmə. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ RPİ-nin 069-17181-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitələr olan heroinin və qurudulmuş marixuana və psixotrop maddə metamfetamini aldığı “Şahin” adlı şəxsin şəxsiyyəti və olduğu yer, eləcə də narkotik vasitələrin və psixotrop maddə olan metafetaminin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr olan heroini və qurudulmuş marixuana, psixotrop maddə metamfetaminin əldə etmə mənbəyinin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış”baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş «Samsung» markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Cinayət işində olan qəbzdən müəyyən olunur ki, «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs anası Aybəniz Osmanovaya təhvil verilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 329,53 qram heroinin, 504,9 qram psixotrop maddə metamfetamin, 709,8 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi Qaradağ RPİ-də saxlanılması üçün təhvil verilmiş, 02 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhəkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə cəzasının sonu icə azad olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, o, məhkum olmayan şəxs hesab edilir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, ailəlidir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmənin tədqiq edilmiş sübutlar üzrə gəldiyi nəticə: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldığı zaman üzərində yalnız 4 kibrit qutuda marixuana olması barədə , digər qanunsuz əşyaların üzərində və maşınında olmaması barədə ifadələri onun məhkəməyədək icraat zamanı üzərinə və nəqliyyat vasitəsinə müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış protokolları ilə, baxış zamanı özünün təqdim etdiyi qanunsuz əşyaların ona məxsus olmaqla Şahin adlı şəxsdən əldə etdiyini göstərməsi ilə, həmin tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi izahatında baxış zamanı verdiyi izahatları təsdiq etməsi, növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə müstəntiq Azər Həsənova verdiyi ifadəsində Şahin adlı şəxsdən sellofan torbada olan qanunsuz əşyaları əldə etməklə idarə etdiyi maşina qoymasına dair ifadəsi ilə, idarə etdiyi avtomobildə aşkar edilmiş 329,680 qram heroinin, 505 qram psixotrop maddə metamfetamin, 710 qram qurudulmuş marixuanaya dair ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrlə yanaşı elektron tərəzinin aşkar olunması ona dəlalət edir ki, bu tərəzi qanunsuz əşyaların bükümlərə yerləşdirərək satışa yönəldilməsinə xidmət etmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Həmçinin həmin qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildə aşkar edilmiş 329,680 qram heroinin, 505 qram psixotrop maddə metamfetamin, 710 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarlarından dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma kimi cinayət əməli, araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Bununla belə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma kimi cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Belə ki, ilkin izahat və ifadələrində Təqsirləndirilən şəxs qanunsuz əşyaları 2012-ci ildə 12 saylı CÇM-də cəza çəkdiyi zaman tanış olduğu İİR-sı vətəndaşı Şahin adlı şəxsdən əldə etməsi barədə ifadələri öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 12 saylı CÇM-nin xx.xx.2023-cü il tarixli 3-16-17/27/2-1682-2023 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2011- 2012-ci illərdə həmin müəssisədə cəza çəkmiş, lakin həmin dövrdə İİR-sı vətəndaşı Şahin adlı şəxs həmin müəssisədə cəza çəkməmişdir. Həmçinin ibtidai araşdırma orqanının müvafiq əməliyyat tapşırığına əsasən Bakı şəhəri Qaradağ RPİ-nin rəisi 069-17181-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubla cavab verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitələr olan heroinin və qurudulmuş marixuana və psixotrop maddə metamfetamini aldığı “Şahin” adlı şəxsin şəxsiyyəti və olduğu yer, eləcə də narkotik vasitələrin və psixotrop maddə olan metafetaminin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş Samsung markalı telefona baxış protokolundan da müəyyən olunur ki, cinayt işi üzrə vacib olan hər hansı bir məlumat aşkar edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət qədər sübutlar mövcud deyil və Təqsirləndirilən şəxs ittihamından həmin maddə xaric edilməlidir. Məhkəmə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən DVD-R diskin yararsız hala düşməsini qiymətləndirərək nəzərə alır ki, həmin istintaq hərəkəti müvafiq protokolda öz əksini tapmış, həmin protokol baxışın bütün iştirakçıları tərəfindən imzalanmış, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrində üzərinə baxış keçirilməsini təsdiq etmiş, xx.xx.2022-ci il tarixdə həmin DVD-R diskinə müstəntiq Azər Həsənov tərəfindən baxış keçirməklə diskdə olan görüntülərə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, diskin zədələnməsi ilə əlaqədar Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokol sübut əhəmiyyətini və mötəbərliliyini itirməmişdir. Məhkəmə daha bir hala hüquqi qiymət verməyi zəruri bilir. Belə ki, məhkəməyə Bakı İT-dan təqdim edilmiş Təqsirləndirilən şəxs tibbi kartının surətindən müəyyən olunur ki, o, İT-na xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixdə isə tibbi müayinədən keçirilməklə sol göz ətrafı nahiyyəsində bənövşəyi qançır aşkar edilmiş, həmin xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Qaradağ rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış, xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi ekspertizası keçirilmiş, eyni tarixdə Osmanov X6 RPİ-nin MSY-nə yerləşdirildiyi zaman bir daha müayinədən keçirilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsində müdafiəçisinin iştirakı ilə barəsində qətimkan tədbiri həll edildikdə hakimə törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu bildirmiş və barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmiş, müdafiəçisi X13 da həmçinin hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və istintaq orqanından qaçıb gizlənməsinə ehtimallar olmadığını qeyd edərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Keçirilmiş bu araşdırma, məhkəmə tibbi ekspertiza, MSY-də keçirilmiş tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bununla belə məhkəmə xx.xx.2022-ci il tarixdə Bakı İT-da Təqsirləndirilən şəxs göz ətrafı nahiyyəsində aşkar olunmuş xəsarətlə bağlı Bakı şəhəri Qaradağ rayon prokurorluğuna araşdırılma aparılması üçün müracəit etmək qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Republikası CM-in 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 02 mart 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Qaradağ RPİ-nə təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 329,53 qram heroinin, 504,9 qram psixotrop maddə metamfetamin, 709,8 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 159 (yüz əlli doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X13 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X13 üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi)il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi Təqsirləndirilən şəxs ittihamından xaric edilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ RPİ-nə təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 329,53 qram heroinin, 504,9 qram psixotrop maddə metamfetamin, 709,8 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsi, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 159 (yüz əlli doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiçi X13 üçün 240 AZE (iki yüz qırx manat) pul «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar