Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-169/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X14 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əsgər oğlunun iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyası, Rostov-Na-Donu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 04 ədəd sellofan bağlamalarda ayrı ayrılıqda təmiz çəkiləri 802,8 qram, 794,3 qram, 374,3 qram, 173,8 qram olmaqla ümumi çəkisi 2150,6 qram bitki mənşəli kütlələr narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanının qarşısınadək daşımış, 14 oktyabr 2022-ci il tarixdə saat 00:30 radələrində BNMİ-nin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq BNMİ-nin İnzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan göy rəngli sellofan torbanın içərisində 04 ədəd sellofan bağlamalarda ayrı ayrılıqda təmiz çəkiləri 802,8 qram, 794,3 qram, 374,3 qram, 173,8 qram ümumi çəkisi 2150,6 qram bitki mənşəli kütlələr narkotik vasitə qurudulmuş marixuananı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, İran vətəndaşı ilə tanış olduqdan sonra sonuncu ona narkotik vasitəni götürəcəyi ünvanın məkanını göndərmiş, narkotik vasitəni almaq üçün ona pul vermiş və 200 qram narkotik vasitəni götürmək üçün həmin ünvana getmişdir. O, əvvəlcə 1000 manata razılaşmış, pulun 700 manat məbləğində hissəsini vermiş, 300 manatı isə narkotik vasitəni əldə etdikdən sonra verəcəyini bildirmişdir. Narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitəni Şəhriyardan almışdır. O, 2-ci dəfə narkotik vasitə götürmüş, narkotik vasitəni satmamış, şəxsi istifadəsi üçün əldə etmişdir. O, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməmiş, məcbur qalaraq ona deyilən sözləri öz ifadəsində bildirmişdir. O, bank kartına və mobil telefonuna baxşı keçiriləcəyi halda narkotik vasitə satmadığı, bunun müqabilində pul vəsaiti əldə etmədiyinin müəyyən ediləcəyini bildirmişdir. O, sürücü işləmiş, Zaqatala, Qəbələyə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuş və narkotik vasitəni evə qaydarkən istifadə etmişdir. Həftədə iki reys getmiş və hər reysə 100 manat, həftəyə 200 manat qazanmışdır. O, ifadəsində daha sonra qeyd etmişdir ki, polislər orada göy rəngli bağlamada 4-5 kiloqram narkotik vasitə təqdim edilmişdir. O, əldə edəcəyi narkotik vasitənin aptek bağlamasında olduğunu, həmin bağlamanın içərisində 1 kiloqram narkotik vasitənin yerləşə bilməyəcəyini bildirmişdir. Lakin ittiham aktında ona 3 kiloqram narkotik vasitə əldə etməsi yazıldığını bildirmişdir. Fərşad adlı şəxsi tanımamış, ondan narkotik vasitə istəmiş və Fərşad ona atmış, o da lazım olmadığını demişdir. Polis əməkdaşları tərəfindən döyülməsi halı olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki,14 oktyabr 2022-ci il tarixdə axşam saat 00:30 radələrində ünvan 5 ünvanın yaxınlığında əlindəki sellofan torba ilə birlikdə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, orada olan zaman hüquqlarının müdafiə edilməsi üçün vəkildən istifadə edə bilməsi ona izah edilmiş, maddi vəziyyətinin yaxşı olmadığını bildirdikdən sonra dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçinin və digər şahidlərin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağa olunmuş əşya və ya predmet olduğu təqdirdə onu təqdim etməsi bildirilmiş, həmin vaxt əlindəki göy rəngli sellofan torbanı təqdim etmiş və həmin torbanın içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, sellofan torba açıldıqda içərisində 04 ədəd bükümdə qurudulmuş marixuana olmuş, ona məxsus olan marixuananı üzərinə baxış zamanı Şəhriyar adlı şəxsdən “zakdladka” kimi bildiyi üsul ilə aldığını bildirmiş, bundan başqa üzərindən özünə məxsus 01 ədəd Samsung markalı mobil telefon, siqaret qutusu və 5 manat nağd pul aşkar edilmiş, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və mobil telefon izah edildikdən sonra götürülmüş, üzərindən aşkar edilmiş digər əşyalar isə baxış bitdikdən sonra geri qaytarılmış, üzərindən aşkar edilmiş qurudulmuş marixuananı İran vətəndaşı Şəhriyar adlı şəxslə İnstagram vasitəsi ilə danışıb əldə etmiş, 5-6 ay əvvəl İnstagram sosial şəbəkəsində onunla tanış olduqdan sonra özünə məxsus olan narkotik vasitə marixuananı müxtəlif yerlərə “atmağını” istəmiş, Şəhriyar özünə məxsus olan marixuananın hər 1 kiloqramını satdıqdan sonra kartına 700 manat pul göndərəcəyini bildirmiş, bu üsulla təxminən 4-5 dəfə Şəhriyarın instagramda göndərdiyi ünvanlara marixuana “atıb” bunun qarşılığında göndərdiyi karta 700 manat nağd pul göndərmiş, o, heç vaxt əlbəəl kiməsə narkotik vasitə və ya psixatrop maddə satmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında və telefona baxış keçirilməsinə dair protokollar, votsap yazışmaları, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında daxil olmuş məlumat əsasında Səbail rayonunun ərazisində Təqsirləndirilən şəxs əlində sellofan torba ilə birlikdə tərəflərindən saxlanılaraq Baş İdarəyə dəvət olunmuş, orada xidməti otaqlardan birində Nasur qərarla tanış edildikdən sonra sonuncuya narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinməsi bildirilmişdir. Nasurun üzərində baxış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotikdən başqa siqaret, telefon da çıxmışdır. Nasur üzərindən aşkar olunmuş narkotik vasitənin qurudulmuş marixuana olmasını, İran İslam Respublikasının vətəndaşı Şəhriyar adlı şəxslə telefon vasitəsi ilə danışıb sonuncudan götürməsini, həmin şəxsin dediyi yerə qoymuş, əvvələr də bu işi görmüş, bu işin müqabilində də pul almışdır. Nasur narkotik vasitənin kilosuna görə 700 manat almasını, əvvəllər də bu işə görə 1000-2000 manat pul almasını bildirmişdir. O daha sonra göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, Baş Nakotiklərlə Mübarizə İdarəsinə ünvan 2 yaşayan Təqsirləndirilən şəxs Bakı şəhər, Səbail rayonu ərazisində narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə edib, onların qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan Baş İdarə rəisinin 13 oktyabr 2022-ci il tarixli Ə34700822 nömrəli əmri ilə o və idarənin əməliyyat müvəkkili Şahid1 Tabriz oğlundan ibarət əmri əməliyyat qrupu yaradılmış və həmin qrupa rəhbərlik Şahid1 həvalə edildiyindən onlar tərəfindən əməliyyat-axtarış tədbirləri hayata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci ildə saat 00:30 radələrində ünvan 7 ünvanın yaxınlığında saxlanılaraq Baş Nakotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Vüsal Həsənquliyevin xidməti iş otağına gətirilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil X7 iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs gödəkçəsinin cibində olan mobil telefonu da çıxarıb masanın üzərinə qoyaraq həmin telefonun özünə məxsus olduğunu bildirmişdir. Sonra Nasurun üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı bir maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu zamanı sonuncu üzərindən aşkar edildiyi narkotik vasitə olan marixuananı adını "Şəhriyar" kimi tanıdığı İran İslam Respublikası vətəndaşı olan şəxsdən aldığını bildirmişdir. Nasurun üzərindən aşkar edilərək götürülmüş narktoik vasitə marixuana qablaşdırılaraq götürülmüşdür. Şahid1 tərəfindən yazılmış 13 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1987-ci ildə Rusiya Federasiyasının Rostov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (i.v 3) İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 01:30-da (faktiki saxlanma 00:30) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20) İş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli Səbail rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ.v. 66-69) İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X4 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 14 oktyabr 2022-ci il tarixdə saat 00:30 radələrində ünvan 8 ünvanında BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə aparılmış Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bundan sonra əlində olan göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirməklə, bundan başqa 01 ədəd “Samsung” markalı mobil telefonu, əynindəki boz rəngli şalvarının sol yan cibindən 5 manat pulu, sağ yan cibindən içərisində 15 ədəd siqaret olan 01 ədəd qara rəngli siqaret qutusunu təqdim edərək masa üzərinə qoyur. Selofan torbaya baxış keçirilərkən içərisində 4 ədəd bağlamada tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edildi. Həmin selefan bağlamalar elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2 kq 297 qram olması müəyyən edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı instagram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, adını “Şəhriyar” kimi bildiyi İran İslam Respublikası vətəndaşından aldığını, əvvəllər dəfələrlə bu üsulla, yəni müvafiq ünvanlara narkotik vasitəni atdığını və daha sonra “Şəhriyarın” dediyi ünvanlara həmin narkotik vasitələri “atdığını” bildirir. Bu üsulla Nasur satmış olduğu hər 1 kiloqram narkotik vasitəyə görə 700 manat pul aldığını, ümumilikdə isə təxminən 2 min manat miqdarında gəlir əldə etdiyini bildirir. (İ.v. 29-31) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd fayl var. Həmin fayl 14 dəqiqə 25 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan şəxs özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olmasını bildirir. Daha sonra həmin şəxs sağ əlində olan göy rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman ona məxsus mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən özünə izah edildikdən sonra götürülür. Göy rəngli sellofan torba açıldıqda həmin torbanın içərisində 4 ədəd şəffaf rəngli sellofan bükümlər olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin bükümlərin hər birinin içərisində “nəşə” kimi adını bildiyi narkotik vasitə qurudulmuş marixuana olmasını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilsə də, qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5 manat pul əskinazı və 01 ədəd içərisində 15 ədəd siqaret dənələri olan qara rəngli siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd şəffaf sellofan büküm yenidən göy rəngli sellofan torba ilə birlikdə qablaşdırılmaqla götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı instagram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, adını “Şəhriyar” kimi bildiyi İran İslam Respublikası vətəndaşından aldığını, əvvəllər dəfələrlə bu üsulla, yəni müvafiq ünvanlara narkotik vasitəni atdığını və daha sonra “Şəhriyarın” dediyi ünvanlara həmin narkotik vasitələri “atdığını” bildirir. Bu üsulla Nasur satmış olduğu hər 1 kiloqram narkotik vasitəyə görə 700 manat pul aldığını, ümumilikdə isə təxminən 2 min manat miqdarında gəlir əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Samsung» markalı, mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Samsung” markalı mobil telefonun üzərində qara rəngli dəri kabura vardır, mobil telefon qara rəngdədir, “Samsung” markalı mobil telefon açıldı və telefonun şifrəsi olan “14863” saylı simvollar daxıl edildikdən sonra telefona baxış keçirilməyə başlandı. “Samsung” markalı mobil telefonun qalereya bölməsində iş üçün əhəmiyyət kəsb edə biləcək 01 ədəd narkotik vasitə heroinə bənzər maddə kütləsi olan sellofan torbanın foto şəklinin olması müəyyən edilmişdir. Bundan sonra qeyd olunan mobil telefonun whatsaap ani mesajlaşma bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs adını “Farshad” kimi qeyd etdiyi +98 901 *** **** saylı mobil telefon nömrəsi ilə danışıqları və səs yazıları müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs adını Fərşad kimi qeyd etdiyi şəxsdən soruşaraq “cola”, “patı” və “gülün” qiymətlərinin neçəyə olmasını soruşur. Fərşad adlı şəxs isə “kolanı” 14 manata, “patını” 14 manata, torpağı 14 manata, “təbiəti” 7 manata, “qaranı 6 manata”, metadonu 6 manata, bir yerdə alsa 5 manata verəcəyini bildirir. Fərşad adlı şəxs daha sonra bir yerdə iş görüb görə bilməyəcəyini Nasurdan soruşur əks təqdirdə özü kimi “iş görən oğlanı” ona tapmasını istəyir. Fərşad adlı şəxs vaxtilə onlara çox əl tutduğunu hal-hazırda isə özünə köməklik etməsini istəyir. Nasur isə elə bir yaxın tanışı olduğunu, həmin şəxsi Fərşadla tanış edə biləcəyini bildirir. Fərşadla Nasurun digər səs yazılarında isə iş üçün əhəmiyyət kəsb edən hər hansısa bir mesaj qeyd edilmir. Təqsirləndirilən şəxs mobil telefonunda adını Ramal kimi qeyd etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə yazışma zamanı müəyyən edilmişdir ki, Ramal adlı şəxs Təqsirləndirilən şəxs “yarım baş kəkotunun” olubolmamasını soruşur, sonuncu Ramalı tanımadığını və “yoxumdur, olsa deyərəm” bildirir. Bundan başqa qeyd edilən mobil telefonun digər bölmələrinə də baxış keçirildi, lakin iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir məlumat aşkar edilmədi. (i.v: 104-106) İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 14 oktyabr 2022-ci il tarixli 7/1175 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...”sözləri yazılmış bağlamanı açdıqda içərisində 04 (dörd) ədəd skotçlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 802,8 qram, 794,3 qram, 374,3 qram, 173,8 qram ümumi çəkisi 2150,6 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (i.v 38-41) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli 7708 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 106-107) İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış ümumi çəkisi 2150,6 qram bitki mənşəli kütlələr narkotik vasitə qurudulmuş marixuananı, ekspertiza tədqiqatından sonrakı ümumi çəkisi 2150.2 qram aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün məhkəmə baxışınadək Səbail RPİ-nin saxlancına təhvil verilmişdir. (İ.v: 70-71) 05 yanvar 2023-cü il tarixli maddi sübut hesab etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut hesab edilmiş və Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v: 105) Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd CD disk 20 yanvar 2023-cü il tarixində maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İ.v. 121) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (i.v.83-84) İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 14 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (i.v: 100-102) Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X5 adlarında üç azyaşlı övladı vardır. (i.v: 112-114) Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində keçirilmiş müayinəyə dair tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl xəsarət almadığını bildirmişdir. Həmçinin üzərində köhnə çapıq toxuması aşkar edilmiş, başqa heç bir xəsarət aşkar olunmamışdır. (i.v: 181-184) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən təmiz halda 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. BNMİnin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərtib etdiyi raportdan göründüyü kimi etimad doğuran məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda markotk vasitələri və psixotrop maddələri satş məqsədi ilə əldə edərək, Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 14 oktyabr 2022-ci il tarixdə, saat 00:30 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələri və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmiş və axtarış zamanı üzərində saxladığı torbadan marixuana aşkar edilmişdir. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan marixuananı könüllü təqdim etməsini məhkəmə baxışı zamanı təsdiq etmişdir. Ancaq məhkəmə baxışı zamanı üzərində 200 qram marixuana olmasını göstərmişdir. Həmçinin məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadığını bildirmişdir. O, məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş marixuananı satış məqsədilə deyil, şəxsi istifadə üçün əldə edib, saxlayıb, daşıdığını bildirməklə ittihamın bu hissəsi ilə razı olmadığını göstərmişdir. Həmçinin üzərindən çıxan marixuananın çəkisini mübahisələndirərək ittihamda qeyd olunduğu kimi 2 kq deyil, 200 qram marixuana olmasını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs heç bir təzyiq olmadan sərbəst şəkildə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi şahidlərin ifadələri və digər sübutlarla dəstəkləndiyindən daha inandırıcı və mötəbər hesab edilməlidir. Narkotik vasitənin çəkisi ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi marixuana qablaşdırılmış, möhürlənmiş və məhkəmə-bioloji ekspertizasına göndərilmişdir. Məhkəmə-bioloji ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində «Azərbaycan Respublikası DİN-nin zərflər üçün 7 №-li” məzmunlu ştamp əksi ilə möhürlənmiş vəziyyətdə 1 ədəd skotçlanmış göy rəngli bağlama daxil olmuş və üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri yazılmış bağlama təqdim edilmişdir. Bağlama içərisində 04 ədəd sellofan bağlamalarda ayrı ayrılıqda təmiz çəkiləri 802,8 qram, 794,3 qram, 374,3 qram, 173,8 qram olmaqla yaşılımtıl rəngli, çətənə bitkisinə məxsus spesifik qoxuya malik xırdalanmış, qurudulmuş maddələr aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuana bağlamaya qoyulduqdan sonra heç bir tamlığı pozulmadan məhkəmə-bioloji ekspertizaya göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və təqsirləndirilən məhz satış məqsədi olmadığını mübahisələndirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs satış məqsədinin olmasının sübuta yetirilməsini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, sonuncu şəxsi axtarış zamanı Şəhriyar adlı şəxsin vasitəsilə 1 gün öncə Səbail rayonu ərazisində, gizlədilmiş yerdən götürdüyünü, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, həmin maddələri ona deyiləcək yerə qoymaqla narkotik vasitənin hər 1 kiloqramına 700 manat pul əldə etmək istədiyini, bundan öncə də 5 dəfə ona deyilən yerdən narkotik maddəni götürərək başqa yerə qoymaqla təxminən 2000 manat pul əldə etdiyini, özünün 5-6 ilə yaxındır ki, narkotik vasitə istifadəşisi olduğunu bildirmişdir. Həmin ifadəsini barəsində həbs qətimkan tədbiri seçilərkən Səbail rayon məhkəməsində də vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurdulmuş marixuananın ümumi çəkisinin 2150,6 qram olmasını onun həmin narkotik vasitələri satış məqsədilə əldə etməsi kimi qiymətləndirir. Bundan başqa, Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsinə dair protokoldan da aydın olur ki, daxil olan və çıxan yazışmalarda də aydın olur ki, o, maddi maraq müqabilində narkotik vasitə əldə edərək saxlamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs 3 azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildə on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 14 oktyabr 2022-ci il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış qurudulmuş marixunanın 2150,2 qramı məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş ümumilikdə 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əsgər oğlu müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 44 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi Əsgər oğlunun vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış onun üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2150,2 qram qurudulmuş marixuana məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-bioloji ekspertizalarına sərf edilmiş ümumilikdə 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ43CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi Əsgər oğlu üçün 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-169/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-169/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver