Məhkəmə qərarları › İş №1(101)-169/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-169/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-169/2025 27.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X25 və X22, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 13 avqust 2002-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-34/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 yanvar 2025-ci il tarixdə, saat 12:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 aprel 2022ci il tarixdə saat 06 radələrində Şahid1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən ünvansız evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, orada olan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 180 manat dəyərində «Saft Zf-690» modelli velosipedi gizli olaraq talayıb zərərçəkmiş şəxsə 180 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyun 2022-ci İl tarixdə saat 03:10-da Şahid5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 9-cu Mədən, yeni tikili, nömrəsiz evin həyətinə darvazanı açıb qanunsuz daxil olaraq, orada olan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 1250 manat dəyərində «Tufan M 50» markalı motosikleti gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə 1250 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,859 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 21 iyun 2022-cı il tarixdə saat 05:00-da ünvan 4 ünvanın qarşısında olan zaman Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edildiyindən Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 3,859 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 yanvar 2023-cü il tarixdə saat 20 radələrində ünvan 6 ünvanın həyətinə açıq vəziyyətdə olan giriş qapısından qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində yataq otağından X9 məxsus 01 ədəd 300 manat dəyərində “Sony” markalı 32BX300 modelli televizoru, evin birinci mərtəbədə yerləşən yataq otağından 01 ədəd 80 manat dəyərində markası bilinməyən saç fenini, 01 ədəd 200 manat dəyərində “Tefal” markalı ütünü, 01 ədəd 286 manat dəyərində yataq dəstini və 230 manat nağd pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1096 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 qızma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən nömrəsiz evin plastik pəncərəsini açaraq qanunsuz daxil olaraq oradan markası bilinməyən soyuducunun arxa hissəsində yerləşən 200 manat dəyərində əlvan metal olan mis borusunu, 01 ədəd 100 manat dəyərində markası bilinməyən sobanı, yataq otağından 01 ədəd 350 manat dəyərində 82 ekran “LG” markalı televizoru, 01 ədəd 45 manat dəyərində markası bilinməyən peyk qəbuledici aparatı, 01 ədəd 170 manat dəyərində markası bilinməyən şirə çəkən maşını, 01 ədəd 60 manat dəyərində markası bilinməyən ət çəkən maşını, 01 ədəd 130 manat dəyərində markası bilinməyən su qızdırıcı aparatını, 55 manat dəyərində markası bilinməyən su krant dəstini, evin həyətində işlək vəziyyətdə olmayan 01 ədəd 50 manat dəyərində markası bilinməyən su qızdırıcının ehtiyyat hissələrini, 01 ədəd 50 manat dəyərində markası bilinməyən su matorunu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1210 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 4 ünvanda yerləşən nömrəsiz evə qanunsuz daxil olaraq oradan 01 ədəd 40 manat dəyərində “Aksu Gusto” T 22EG modelli markalı tosteri, 01 ədəd 60 manat dəyərində “Prestige” markalı ət çəkən maşını, 01 ədəd 30 manat dəyərində “Prestige” markalı, PR-3394 modelli şirə çəkən maşını, 01 ədəd 50 manat dəyərində “Kumtel” markalı mikro dalğalı sobanı, hər bir ədədinin qiyməti 80 manat təşkil edən ümumilikdə 160 manat dəyərində 02 ədəd gümüşü rəngli samovarları, 01 ədəd 50 manat dəyərində “Kenwood” markalı LH923A modelli mikseri, 01 ədəd 25 manat dəyərində “Marqius” markalı, MKP60-1 modelli su motorunu və 01 ədəd 80 manat dəyərində markası bilinməyən su qızdırıcı aparatını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 495 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi 53C ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşıb həyətyanı sahəyə sonra isə evə qanunsuz daxil olmaqla oradan 1 ədəd 100 manat dəyərində laqondanı, 1 ədəd 100 manat dəyərində dreli və 1 ədəd 180 manat dəyərində perfaratoru gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 380 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi İlə xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs13 evinin həyətyanı sahəsinə hasardan aşaraq qanunsuz daxil olduqdan sonra evin zirzəmisinin qapısını aralayıb açmaqla içəri qanunsuz daxil olub oradan 1 ədəd 200 manat dəyərində velosipedi gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində yerləşən Zərərçəkmiş şəxs11 evinin həyətyanı sahəsinə qanunsuz daxil olub oradan 1 ədəd 500 manat dəyərində “Saft Squared” markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 8 ünvanında yerləşən evinə plastik pəncərəsini açma yolu ilə içəri qanunsuz daxil olub, oradan 20 manat nağd pulu, həmin dövrə olan məzənnə ilə 59,41 manat təşkil edən 90 Gürcüstan larisini və 1 ədəd 400 manat dəyərində “Fujitsu Core İ3” markalı AH532 modelli notbuku və 01 ədəd 150 manat dəyərində “İphone 6” markalı “A1586” modelli mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə 629 manat 41 qəpik dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsində yerləşən Zərərçəkmiş şəxs9 evinin həyətyanı sahəsinə, sonra isə evin həyətyanı sahəsində olan saxlanc yerinin açıq qapısından içəri qanunsuz daxil olub oradan ümumilikdə 300 manat dəyərində olan 50 metr uzunluqda elektrik naqilini və 01 ədəd samovarı gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan 9 ünvanında yerləşən evinə plastik pəncərəni açma yolu ilə qanunsuz daxil olub, oradan 50 manat dəyərində su mühərrikini, 100 manat dəyərində su qızdırıcısını, 50 manat dəyərində aspiratoru, 40 manat dəyərində qaz sobasını, evin yataq otağından 1 ədəd 20 manat dəyərində ev telefonunu, 45 manat dəyərində modern aparatını və 1 ədəd 50 manat dəyərində saç fenini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 355 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsində yerləşən Zərərçəkmiş şəxs10 təmirsiz fərdi yaşayış evinə nəfəslik pəncərəsinin boş olan yerindən qanunsuz daxil olub oradan ümumilikdə 270 manat dəyərində olan 1 ədəd direli, 1 ədəd laqondanı və hamam aksesuarlarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs14 məxsus ünvan 10 ünvanındakı evinə açıq vəziyyətdə olan plastik pəncərədən qanunsuz daxil olub, oradan 600 manat dəyərində “TOSHİBA” markalı televizoru, 1 ədəd 150 manat dəyərində dublyonkanı, ümumi dəyəri 240 manat olan 02 ədəd xalçaları, 01 ədəd 60 manat dəyərində ədyalı, dolabdakı pul qabından 280 manat pulu, 03 ədəd 150 manat dəyərində aliminnum qazanları, ümumi dəyəri 60 manat olan 2 ədəd qadın çantalarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1540 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ünvan 19ndə yerləşən Zərərçəkmiş şəxs12 məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşıb daxil olduqdan sonra evin açıq qapısından içəri qanunsuz daxil olub evin yataq otağında “termo”-nun (dolab) siyirməsindən 1000 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talamaq istədikdə evdə olan zərərçəkmiş şəxsin qızı X3 həmin otağa girməsi səbəbindən siyirmədəki həmin qızıl-zinət əşyalarını götürə bilmədən ifşa olunacağından qorxub qaçaraq öz iradəsindən asılı olmayan səbəbdən özgənin əmlakını gizli olaraq talanmasına yönəlmiş hərəkətlərini başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Bundan başqa, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 26,179 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 19 may 2023-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 4, nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, 12ci Polis Şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 15,007 qram və 11,172 qram olmaqla, ümumilikdə təmiz çəkisi 26,179 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisələrin üstündən uzun müddət keçdiyindən o, sərbəst formada ifadə verə bilmir, ifadəsini ona verilmiş suallara cavab şəklində vermək istəyir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ünvanından Zərərçəkmiş şəxs1 məxsus “Saft Zf-690” modelli velosipedi oğurladığını, lakin sonradan həmin velosipedi sahibinə qaytardığını, Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 9-cu Mədən ünvanından Zərərçəkmiş şəxs2 məxsus “Tufan M 50” markalı motosikleti oğurladığını, lakin həmin oğurluğu tək törətdiyini, həmin cinayətin törədilməsində Nazim adlı şəxsin iştirak etmədiyini, həmin motosikleti sonradan sahibinə qaytardığını, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsi ev 72B ünvanından X9 məxsus “Sony” markalı televizoru, saç fenini, “Tefal” markalı ütünü, yataq dəstini və 230 manat nağd pulu oğurladığını, lakin sonradan həmin əşya və predmetləri sahibinə qaytardığını, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən nömrəsiz fərdi evdən Zərərçəkmiş şəxs5 məxsus mis borunu, sobanı, peyk qəbuledici aparatı, “LG” markalı televizoru, şirə çəkən maşını, ətçəkən maşını, su qızdırıcı aparatını, krant dəstini, su qızdırıcısının ehtiyat hissələrini və su motorunu oğurlayaraq tanımadığı şəxsə satdığını, həmin əşyaları sahibinə qaytarmadığını, Bakı şəhəri, ünvan 13 ünvanından Zərərçəkmiş şəxs4 məxsus tosteri, ət çəkən maşını, şirə çəkən maşını, mikro dalğalı sobanı, 02 ədəd samovarı, mikseri, su motorunu və su qızdırıcı aparatını oğurladığını, lakin sonradan sahibinə qaytardığını, ünvan 14 ünvanından Zərərçəkmiş şəxs8 məxsus laqondanı, dreli və perforatoru oğurlamadığını, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində yerləşən evdən Zərərçəkmiş şəxs13 məxsus “Saft Squared” markalı velosipedi oğurladığını, lakin sonradan sahibinə qaytardığını, ünvan 15 ünvandan Zərərçəkmiş şəxs11 məxsus 01 ədəd velosipedi oğurladığını, lakin sonradan sahibinə qaytardığını, ünvan 16 ünvanından Zərərçəkmiş şəxs7 məxsus 20 manat pulu, 90 Gürcüstan larisini, “Fujitsu Core İ3” markalı AH532 modelli noutbuku və 01 ədəd “İphone 6” markalı mobil telefonu oğurladığını, lakin sonradan sahibinə qaytardığını, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsindən Zərərçəkmiş şəxs9 məxsus elektrik naqili və samovarı oğurlamadığını, ünvan 17 ünvanından Zərərçəkmiş şəxs6 Firvsi qızına məxsus su mühərrikini, su qızdırıcısını, aspiratoru, qaz sobasını, ev telefonunu, modem aparatını və saç fenini oğurlamadığını, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsindən Zərərçəkmiş şəxs10 məxsus direli, laqonda və hamam aksesuarlarını oğurlamadığını, ünvan 18 ünvanından Zərərçəkmiş şəxs14 məxsus “Toshiba” markalı televizorunu, dublyonkanı, 02 ədəd xalçanı, 01 ədəd ədyalı, 280 manat pulu, 03 ədəd alüminium qazanını və 02 ədəd qadın çantasını oğurlamadığını, ünvan 19 ünvanından Zərərçəkmiş şəxs12 məxsus 1000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamağa cəhd etdiyini, ittiham aktında göstərilən narkotik tərkibli maddələrin, yəni xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə aşkarlanmış müvafiq narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin heç birinin ona aid olmadığını, ittihamda qeyd edilmiş bəzi ünvanlardan oğurluq etmədiyini, hər iki dəfə saxlanıldıqda Şahid6 orada olmadığını, sonuncunu ilk dəfə 12-ci Polis Şöbəsində gördüyünü, polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən zorakılıq edildiyini, əl-ayağını bağlayıb onu vurduqlarını, Şahid4 onu döyən şəxslərdən biri olduğunu bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, təxminən 5 aydan bəri narkotik vasitədən istifadə edir və Sabunçu rayonu ərazisindən bir neçə dəfə oğurluq etmiş, heç bir yerdə işləmədiyinə görə maddi vəziyyəti yaxşı olmamış, həm də narkotik vasitə istifadə etməyə başladığından, pula ehtiyacı olduğu üçün oğurluq edərək dolanışığını təmin etməyə çalışmışdır. O, narkotik vasitə aludəçisi olan tanışı «Zaur» adlı şəxslə birlikdə oğurluq etmək qərarına gəlmiş, çünki tanışı Zaur ona təklif etmişdir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşadığı evin yaxınlığında yerləşən «İsmayıllı» kafesinin arxa tərəfində olan yaşayış olmayan hasarlanmış köhnə ayaqqabı və plastmas fabriki kimi tanınan müəssisənin ərazisinə daxil olub orada olan dəmir boruları, dəmir masaları oğurlayıb satmaqla pul əldə etsinlər. O da Zaur adlı tanışı ilə razılaşaraq ilk dəfə 13 aprel 2022-ci il tarixdə saat 17 radələrində Zaurla birlikdə piyada gəzərək həmin müəssisənin qarşısına gəlib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq həyətinə daxil olmuşlar. Zaurla birlikdə həmin fabrikin həyətində olan 5-6 ədəd təxminən 1-2 metr uzunluğunda, 40 mm diametrli dəmir boruları oradan çıxarıb yolun kənarına yığdıqdan sonra Zaur «Yaşar» adlı metal qəbulu ilə məşğul olan tanışına zəng edərək həmin yerə çağırmış, Yaşar da idarə etdiyi «Qazel» markalı yük maşını ilə gəlib oğurladıqları dəmir boruları onun avtomobilinə yükləmişlər. Yaşar bunun üçün onlara 14 manat pul vermiş, onlar da həmin pula Balaxanı qəsəbəsi ərazisində tanımadıqları şəxsdən bir büküm «patı» kimi tanıdığı psixotrop maddə alıb birlikdə istifadə etmişlər. Bu oğurluqdan təxminən üç gün sonra Zaurla bir yerdə olarkən yenidən həmin köhnə ayaqqabı və plastmas fabriki kimi tanınan müəssisənin həyətində olan digər dəmir boruları oğurlamaq qərarına gəlib bu məqsədlə yenidən Zaurla birlikdə həmin fabrikin qarşısına gəlmiş və hasardan içəri daxil olaraq oradakı 7-8 ədəd dəmir boruları götürüb darvazanın çöl tərəfinə yığmışlar. Bundan sonra yenidən Zaur tanışı Yaşara zəng edib həmin yerə çağırmış, Yaşar da idarə etdiyi «Qazel» markalı yük maşını ilə gəlmiş və onlar həmin boruları yük avtomobilinə yükləmişlər. Bundan sonra Zaurun evinə gedib orada həmin boruları çəkmişlər. Yaşar bu dəfə onlara 15 manat pul vermiş, bu dəfə də həmin pulla özlərinə narkotik vasitə alıb istifadə etmişlər. Bundan başqa bildirmişdir ki, 21 aprel 2022-ci il tarixdə o, yenidən Zaurla birlikdə həmin köhnə ayaqqabı və plastmas fabriki kimi tanınan müəssisədən dəmir metaldan hazırlanmış alətləri oğurlamaq məqsədilə fabrikin qarşısına gələrək hasardan içəri daxil olduqdan sonra həyətdə olan 01 ədəd dəmir masanı və təxminən 06 ədəd bir metrlik və 06 ədəd 0,5 metrlik dəmir boruları götürərək giriş qapısının qarşısına yığmışlar. Bundan sonra Zaur tanışı Yaşara zəng edərək oraya çağırmış və Yaşar yenə də özünə məxsus yük avtomobili ilə gəlmiş və onlar da oğurladıqları dəmir boruları və masaları həmin avtomobilin yük yerinə toplamışlar. Daha sonra Yaşarın avtomobili ilə onun yaşadığı evə getmiş və sonuncu evin həyətində həmin metalları çəkərək onlara 30 manat pul vermişdir. Onlar da həmin pula yenə tanımadığı şəxsdən iki büküm narkotik vasitə alıb birlikdə istifadə etmişlər. Bundan başqa, 22 aprel 2022-ci il tarixdə gecə saatlarında (təxminən saat 03-04:00da) pula ehtiyacı olduğundan velosiped oğurlamaq qərarına gəlmişdir. O, Sabunçu rayonu, Q.Vəzirov küçəsində “Şəhid Fəxri”-nin xatirə bulağından bir az irəlidəki evdə velosiped olduğunu bildiyindən, bu məqsədlə həmin ünvana yollanmışdır. Həmin küçədə kamera olduğunu bildiyinə görə kameranın altından keçərkən əynindəki gödəkçəni qaldırıb üzünə tutmuş, beləcə üzünün kamerada görsənməsinin qarşısını aldığını düşünmüşdür. Həmin evin hasarından aşıb, həyətdə saxlanılan qara-göy qarışıq rəngli, üzərində «Saft» yazısı olan velosipedi götürmüş, darvazanın qapısını açmış və velosipedi oradan oğurlayaraq aparmışdır. Qeyd etmişdir ki, həyətdə oğurladığı velosipeddən başqa daha iki dənə də velosiped olmuşdur. Daha sonra oğurladığı velosipedi sürərək öz yaşadığı məhəlləyə aparmış, səhər açılan kimi saat təxminən 10-11 radələrində oğurladığı velosipedi Nizami adlı tanışının vasitəsilə onun Balaxanı qəsəbəsində yaşayan İlqar adlı tanışına 15 manata satmış, həmin pulu özü üçün xərcləmişdir. Qeyd etmişdir ki, Yaşar adlı şəxslə dəmir oğurlayıb satmaq barədə hər hansı razılaşması olmamış, həmin dəmirləri oğurladıqlarını bilməmiş və İlqar adlı şəxsə satdığı velosipedin oğurluq olmasını bildirməmiş, özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını demişdir. O, tanışı Zaurun anket məlumatlarını bilmir, yalnız onun Sabunçu qəsəbəsi, 9-cu Mədən ərazisində yaşadığını bilmişdir. Tanışı Zaurla birlikdə "xxxx" MMC-nin ərazisindən qeyd etdiyi oğurluqdan başqa hər hansı oğurluq etməmişlər. Bundan başqa bildirmişdir ki, 13 iyun 2022-ci il tarixdə axşam saatlarında tanışı «Nazim» adlı şəxslə görüşüb söhbət edərkən, Nazim ona bildirmişdir ki, yaşadığı evin yaxınlığında motosiklet olmasını görmüş, daha sonra ona təklif etmişdir ki, birlikdə həmin motosikleti oğurlayaq satıb pul əldə etsin, əldə etdikləri gəliri isə tən yarı bölsünlər. O da Nazim adlı şəxsin təklifi ilə razılaşmış, çünki pula ehtiyacı olmuş, bundan iki gün sonra, yəni 15 iyun 2022-ci il tarixdə saat 03:10-da tanışı Nazimlə yaşadığı evin yaxınlığında görüşdükdən sonra sonradan adını bildiyi Elçin adlı şəxsin həyətinə darvazanı sakitcə açaraq daxil olmuş, həmin vaxt ətrafda sakitçilik olduğundan onları görən şəxs olmamışdır. Onlar həyətdə olan qara rəngli, «Tufan M 50» markalı motosikleti götürüb mühərrikini işə salmadan əlləri ilə sürərək sakitcə darvazadan çölə çıxartmış və Nazimin qonşuluğunda yaşayan əvvəllər tanımadığı «Rza» adlı şəxsin həyətinə aparıb qoymuşlar. Qeyd etmişdir ki, onlar «Tufan M 50» markalı motosikleti oğurlamamışdan əvvəl Nazim qonşusu Rzaya həmin motosikleti 200 manata satacağı barədə danışıb razılaşmışdır. Onlar motosikleti Rzanın həyətinə qoyaraq çıxıb evlərinə getmişlər. Rza bildirmişdir ki, pulu onlara səhər verəcəkdir. Səhəri gün isə Rza zəng vurub bildirmişdir ki, polislər oğurluqdan xəbər tutmuşlar və gəlib həyətindən motosikleti aparmışlar. O, tanışı Nazimlə birlikdə qeyd etdiyi oğurluqdan başqa hər hansı bir oğurluq etməmişdir. O, Rzanı tanımır, Rza Nazimin tanışıdır, «Tufan M 50» markalı motosikleti oğurlamanı tanışı Nazim təklif etmiş, o da razılaşmışdır. Rza ona 200 manata satacaqları motosikleti oğurlayıb gətirəcəklərini əvvəlcədən bilmişdir. Həmçinin ona xx.xx.2022-ci il tarixdə üzərindən narkotik vasitə heroinin aşkarlanması ilə bağlı ittiham da ona verilmiş, o, törətdiyi cinayət hadisələri ilə bağlı cinayət işi məhkəməyə göndərilmişdir. O, 2022-ci ilin dekabr ayında azadlığa buraxılmış, azadlığa çıxdıqdan sonra o, yenidən oğurluq etmək qərarına gəlmişdir. Bundan başqa o, 23 yanvar 2023-cü il tarixdə axşam saat 20 radələrində yaşadığı küçənin yaxınlığında yerləşən Y.Saratov küçəsində gəzərkən tanımadığı bir evin çöl qapısının bağlı olduğunu, evdə heç kimin olmadığını düşünmüşdür. O, həmin evin hasarından həyətə daxil olmuş, evin giriş qapısını yoxlayan zaman qapının açıq olduğunu görmüşdür. Evə daxil olarkən evdə heç kimin olmadığına əmin olduqdan sonra evin 2-ci mərtəbəsinə qalxmış, ikinci mərtəbədə yataq otağından 01 ədəd “Sony” markalı televizoru, evin birinci mərtəbəsində yataq otağında 01 ədəd “Tefal” markalı ütünü, markasını xatırlamadığı 01 ədəd feni, 01 ədəd yataq dəstini və qonaq otağında 230 manat nağd pulu götürərək uzaqlaşmışdır. Oğurladığı saç feni, ütünü və yataq dəstini xx.xx.2023-cü il tarixdə onunla eyni məhəllədə yaşayan üzdən tanıdığı Turanə adlı qadına ümumilikdə 30 manata satmış, 230 manatı isə şəxsi ehtiyaclarına xərcləmişdir. Televizoru isə yaşadığı evdə saxlamış, heç kimə satmamışdır. Bundan sonra o, yenidən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, onun yaşadığı evin yaxınlığında yəni, xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində piyada gəzərkən bir evin işıqlarının yanmadığını, evdə heç kimin olmadığını fikirləşərək hasardan həyətə daxil olarkən evdə heç kimin olmadığına əmin olub evin qonaq otağının plastik pəncərəsini əli ilə zərblə vuraraq açmışdır. Evə daxil olub soyuducunu yerə qoyaraq arxa hissəsini açmış və soyuducunun arxasında olan dəmir misi söküb çıxartmışdır. Dəmir misi çıxarıb həyətdə qoymuş, daha sonra evin içərisində olan 01 ədəd sobanı, 01 ədəd “LG” markalı televizoru, 01 ədəd “krosnu” aparatını, 01 ədəd şirə çəkən maşını, 01 ədəd ət çəkən maşını, hamam otağından 01 ədəd su qızdırıcı aparatını və su kran dəstini götürərək həyətə yığmışdır. Həyətdə işlək vəziyyətdə olmayan 01 ədəd su qızdırıcıda olduğunu görmüş, həmin su qızdırıcının içərisində olan ehtiyyat hissələri söküb çıxardaraq götürdüyü əşyaların yanına qoymuşdur. Bundan başqa həyətdə 01 ədəd su motorunu da söküb yerindən çıxartmışdır. Belə ki, əşyaların bir qismini tez bir zamanda yaxınlıqda yaşadığı evə aparıb qoymuş və yenidən qayıdaraq digər əşyaları götürərək oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sabunçu rayonu ərazisində yerləşən “Rus” bazarı deyilən ərazidə alver ilə məşğul olan “Kərbəlayi Əsgər” kimi tanınan şəxsə “LG” markalı televizoru 50 manata və qalan əşyaları isə adının Rəfail olduğunu bildiyi şəxsə ümumilikdə 40 manata satmışdır. Həmin əşyaları satarkən həmin şəxslə əşyaların özünə məxsus olduğunu bildirmişdir. O, “Kərbəlayi Əsgər” kimi tanınan şəxsə televizoru satan zaman sonuncu şəxsiyət vəsiqənin şəklini çəkmiş, o, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, yenidən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadığı ünvandan 300-400 metr aralıda olan Sabunçu rayonu, Q.Vəzirov küçəsində piyada hərəkət edən zaman qırmızı rəngdə darvazası olan bir mərtəbəli fərdi yaşayış evini görmüş və darvazanın kilidinin bağlı olduğunu müəyyən etmişdir. Bir qədər müşayiət edib evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan keçərək evin giriş qapısının kilidini sındıraraq içəri daxil olmuşdur. Mətbəx otağından 01 ədəd sobanı, 01 ədəd tosteri, 01 ədəd ət çəkən maşını, 01 ədəd mikseri, 01 ədəd meyvə şirəsi çəkən maşını götürərək yaşadığı ünvan yaxın olduğu üçün aparıb evə qoymuşdur. Daha sonra dərhal geri qayıdaraq həyətdə yerləşən hamam otağına daxil olmuş, hamam otağından 01 ədəd su qızdırıcı aparatını və 01 ədəd su mühərrikini sökmüşdür. Su qızdırıcı aparatı sökən zaman üzərinin dəmirini yararsız vəziyyətə salmışdır. Sökdüyü əşyaları götürərək həyətdə yerləşən rəfin içərisindən 02 ədəd samovarı götürüb oradan uzaqlaşaraq həmin əşyaları yaşadığı evə gətirmişdir. Su qızdırıcının üzərində olan dəmirini yararsız vəziyyətə düşdüyündən fikirləşmişdir ki, heç kim dəmiri almayacaq, bu səbəbdən zibil yerinə atmışdır. Daha sonra samovarın birini özü ilə götürərək Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarının yaxınlığına gəlmiş, bir qədər gözlədikdən sonra küçədən keçən tanımadığı şəxsə həmin samovarı 20 manata satmış, samovarı satarkən özünə məxsus olduğunu bildirmiş və həmin şəxs də çıxıb getmişdir. O, bir qədər də gözlədikdən sonra fikirləşmişdir ki, evdə olan əşyaları gətirib hissə-hissə həmin bazarda satsın. Bu vaxt orada olarkən polis əməkdaşları ona yaxınlaşıb ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Həmin vaxt o, polis əməkdaşlarından çəkindiyi üçün özünü şübhəli aparmağa başlamış və qaçmaq istəmişdir. Bu vaxt polis əməkdaşları onu saxlamışlar və Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində olarkən oğurluq cinayəti törətdiyini etiraf etmişdir. O, əşyaları satdığı şəxsləri tanımadığını, həmin şəxslərin anket məlumatları haqqında heç bir məlumatı olmadığını bildirmişdir. O, oğurladığı əşyaları “Turan” adlı qadın, “Kərbəlayi Əsgər” və “Rəfail” adlı şəxslərə satarkən həmin şəxslər əşyaların oğurluq olduğundan məlumatları olmamış, həmin əşyaların özünə məxsus olduğunu, 23 yanvar 2023-cü il tarixdə axşam saat 20 radələrində yaşadığı küçənin yaxınlığında yerləşən Y.Saratov küçəsində yerləşən evdən 01 ədəd “Sony” markalı televizoru, evin birinci mərtəbəsində yataq otağında 01 ədəd “Tefal” markalı ütünü, markasını xatırlamadığı 01 ədəd feni, 01 ədəd yataq dəstini və qonaq otağında 230 manat nağd pulu oğurlamışdır. 230 manat pulu xərclədiyinə görə geri qaytara bilmədiyindən həmin pulu oğurlamadığını demişdir. Bundan başqa o, evdən 01 ədəd yataq dəstini də oğurlamışdır. O, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadığı ünvandan 300-400 metr aralıda olan ünvan 21şən nömrəsiz evdən 02 ədəd samovar oğurlamışdır. Həmin samovarın birini “Rus” bazarı deyilən ərazidə küçədə tanımadığı şəxsə 20 manata satmışdır. Şübhəli şəxs qismində tutulan və təqsirləndirilən şəxs qismində cəlb edilən zaman həmin samovarı satdığından və təqdim etdiyi əşyaların içərisində olmadığından 1 ədəd samovar oğurlamadığını bildirmişdir. Bundan sonra, o, yenə pula ehtiyacı olduğundan oğurluq cinayətləri törətmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 02:55 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən soyuducu sexinin yanında olarkən 2 mərtəbədən ibarət olan bir həyətdə 2 ev görmüşdür. Evlərin birində yaşayış olduğunu görmüş, lakin gecə olduğundan evdə işıq yanmamışdır. O, hasardan tullanıb həyətin bağına daxil olaraq ağacların arasından keçmiş və 2 mərtəbədən ibarət olan ağ rəngli evin qapısına yaxınlaşmışdır. Evin qapısını açmaq istədikdə qapının divara bərk sıxılmadığını görüb qapıya təpiklə astaca vuraraq evin içərisinə daxil olmuşdur. Evin içərisində heç kəs olmamış, evin içi təmir olunmamışdır. O, taxtalardan atılmış döşəmənin üzərindən keçərək, evin sağ yan otağından içəri girmişdir. Otaqdan içəri girəndə otağın axırında 1 ədəd drel və 1 ədəd laqondanın olduğunu görmüş, cibində olan sellofanı çıxarıb həmin əşyaları oraya qoymuşdur. Otağın girişində isə bir ədəd perforator olmuşdur. O, qeyd etdiyi əşyaları paketə yığaraq evdən çıxmışdır. Götürdüyü əşyaları hasarın üzərindən atmış, özü də hasardan çölə tullanıb həmin əşyaları götürərək evə getmiş, səhər açıldıqda həmin əşyaları Sabunçu bazarında tanımadığı şəxsə 100 manata satmışdır. Onun oğurluq etməkdə məqsədi gəlir əldə etmək olmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı küçədə hərəkət edərkən hasarı alçaq olan qonşuluqda yaşayan evin həyətinə daxil olmuş, evin zirzəmisində olan velosipedi götürüb çöl qapını açaraq dərhal oradan uzaqlaşdıqdan sonra o, həmin velosipedi Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Saratov küçəsində yaşayan, əvvəllər tanıdığı Gündüz adlı şəxsə narkotik vasitə qarşılığında dəyişmiş, əlavə olaraq 5 manat pul da pul vermişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə təxminən gecə saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsi ilə hərəkət edən zaman qapısı açıq olan fərdi ev görüb bir qədər müşahidə etdikdən sonra ətrafda heç kimin olmadığından əmin olub içəri daxil olaraq evdə olan velosipedi götürüb dərhal oradan uzaqlaşmışdır. Daha sonra o, yaşadığı evə getmiş, sonradan saxlanılarkən həmin velosipedi 12-ci Polis Şöbəsinə təhvil vermişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə, səhərə yaxın yaşadığı Sabunçu qəsəbəsinə oğurluq etmək üçün çıxmış, həmin gün saat 09 radələrində qonşuluqda yerləşən evə girmiş, həmin evə plastik pəncərəni əli ilə itələyib açaraq daxil olmuşdur. Evi axtardıqda yataq otağında olan dolabda paltarların arasından 20 manat pul, 90 ədəd Gürcüstan larisi, otaqdakı masanın üstündən 1 ədəd kompüter, 1 ədəd mobil telefon və bank kartlarını oğurlayıb həmin yeri tərk etmişdir. 90 ədəd Gürcüstan larisini həmin gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində valyuta dəyişmə məntəqəsində 51 manata dəyişdirmişdir. “İphone 6 S” markalı mobil telefonu və kompüteri sonradan satmaq üçün evində qoymuş, tutulan zaman isə polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında Əmir Bağırov küçəsi ilə hərəkət edərkən hasarı alçaq olan həyət evi görüb bir qədər müşahidə etdikdən sonra evdə heç kimin olmadığından əmin olub hasardan aşaraq evin həyətinə daxil olmuş, evin altında olan əl damının kilidinin açıq olduğunu görüb ora daxil olmuşdur. İçəridə olan uzunluğunu xatırlamadığı elektrik naqilini və samovarı götürərək eyni qaydada həmin həyəti tərk edib çıxıb getmişdir və əldə etdiyi əşyaları aparıb xx.xx.2023-cü il tarixdə Sabunçu bazarında tanımadığı şəxsə ümumilikdə 100 manata satmışdır. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ünvan 17 ünvanında yerləşən Əfsanə adlı qadının evinə plastik pəncərəni açma yolu ilə daxil olub, oradan su mühərrikini, su qızdırıcısını, aspiratoru, qaz sobasını, evin yataq otağından ev telefonunu və modern aparatını oğurlayıb oranı tərk etmişdir. Əldə etdiyi əşyaları aparıb Sabunçu bazarında tanımadığı şəxsə ümumilikdə 120 manata satmışdır. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə təxminən gecə saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi ilə hərəkət edən zaman yaşayış olmayan işıqları sönülü fərdi ev görmüşdür. Bir qədər müşahidə etdikdən sonra ətrafda heç kimin olmadığından əmin olub evin yan hissəsində olan nəfəslik pəncərəsindən içəri daxil olmuşdur. İçəridə olan laqonda, direl və hamam aksesuarlarını götürüb dərhal oradan uzaqlaşmışdır. Daha sonra o yaşadığı evə getmişdir, xx.xx.2023-cü il tarixdə həmin laqonda, direl və hamam aksesuarını Sabunçu rayonunda yerləşən Sabunçu bazarında tanımadığı şəxsə 100 manata satmışdır. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsi ilə hərəkət edən zaman fərdi evin çöl qapısının açarla bağlı olduğunu görmüşdür. Bu zaman güman etmişdir ki, evdə heç kəs yoxdur. Bir az müşahidə etdikdən sonra ətrafda heç kimin olmadığından əmin olub evin hasarından həyətə tullanmışdır. Evin qapısını yoxlayan zaman qapının açıq olduğunu görərək içəri daxil olmuş, evin yataq otağına gedərək pul axtarmağa başlamış, təxminən 5 dəqiqə evin yataq otağında axtarış etdikdən sonra evə bir nəfər qız daxil olaraq qışqırmağa başlamışdır. Bu zaman o, qorxduğu üçün dərhal evdən çıxaraq qaçmışdır. O, həmin daxil olduğu evdən heç bir pul və ya əşya oğurlaya bilməmişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Kürdəxanı qəsəbəsinə getmiş və oradan tanıdığı Xalid adlı şəxsin gecə evdə olmadığını bildiyi üçün sonuncunun evində əvvəlcədən gördüyü televizoru oğurlamaq qərarına gəlmiş və saat 23 radələrində Xalidin ünvan 22 ünvanındakı evinə açıq pəncərədən daxil olduqdan sonra oradan 01 ədəd “Toshiba” markalı televizoru oğurlayaraq hadisə yerini tərk etmişdir. Sabunçu qəsəbəsində əlində televizoru aparan zaman Post-patrul xidmətinin patrul əməkdaşları onu gördükdə, o, televizoru yerə atıb qaçaraq uzaqlaşmışdır. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə etdiyi oğurluq hadisələri ilə əlaqədar olaraq 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən izahatlarında törətdiyi oğurluq əməllərini etiraf etsə də, onu adlarını bilmədiyi əməliyyat müvəkkilləri fiziki təzyiq edərək qərəzli olaraq onun üzərinə 2 ədəd bükümdə 21 qram civarında “şüşə” adlanan psixotrop maddə qoymuş və guya üzərindən aşkar edilməsi barədə sənədləşdirmə aparılmış, videoçəkiliş zamanı çıxarıb təqdim etmişdir. Lakin, o, tutularkən üzərində heç bir narkotik və sair qanunsuz maddə olmamış, təzyiqlərdən qorxduğu üçün həmin sənədləri imzalamışdır. Bundan əvvəl də əvvəlki oğurluq hadisələri ilə bağlı 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularkən ona fiziki və psixi zorakılıq edilməklə 21 iyun 2022-ci il tarixdə onun üzərinə 4 qram civarında narkotik vasitə heroin qoyulmuş və üzərindən aşkar edilmiş kimi sənədləşdirilmiş, həmin vaxt da onun üzərində heç bir narkotik vasitə olmamışdır. Bu səbəbdən o, istintaq zamanı ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmir. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur. ünvan 23 ünvanında yerləşən evində ustalar işlədiyindən, 29 aprel 2023-cü il tarixdə həmin evə getdikdə ustaların axşam işlədikdən sonra qoyub getdikləri 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd preforator və 20-30 metr uzunluğunda elektrik naqillərinin oğurlandığını aşkar etmiş, baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs8 hadisə vaxtı qeyd olunan ünvanda yaşadığını, həmin ünvanda həyətdə ikinci ev tikildiyini, oğurluğun tikilməkdə olan evdən edildiyini, oğurlanmış əşyaların indiyə kimi qaytarılmadığını, hər hansısa ödəniş olmadığını, ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur. Dəqiq xatırlamadığı tarixdə velosipedini yaşadığı evin həyəti olmadığından, qonşusunun həyətinə qoymuş, Təqsirləndirilən şəxs həmin həyətdən ona məxsus velosipedi oğurlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yalnız velosipedi oğurladığını, velodipedi geri qaytardığını, Təqsirləndirilən şəxs şikayətçi olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini, imzaların ona məxsus olduğunu, şikayətçi olmadığına dair ərizəni məhkəməyə təqdim etdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs13 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur. Yaşadığı evin həyətindən Təqsirləndirilən şəxs onun nəvəsinə məxsus velosipedi oğurlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs velosipedi geri qaytarmadığını, Təqsirləndirilən şəxs şikayətçi olmadığını, istintaqdakı ifadəsisni təsdiqlədiyini, imzaların ona məxsus olduğunu, şikayətçi olmadığına dair ərizəni məhkəməyə təqdim etdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur. O, ünvan 17 ünvanında yaşayır. 16 may 2023-cü il tarixdə, saat 10:00 radələrində yaşadığı evdən çıxıb universitetə getmiş, həmin tarixdə saat 18:00 radələrində yaşadığı evə qayıtdıqda evdən 01 ədəd su mühərrikin, 01 ədəd su qızdırıcısının, 01 ədəd aspiratorun, 01 ədəd qaz sobasının, 01 ədəd ev telefonunun, 01 ədəd internet modemin, 01 ədəd saç qurudan aparatın oğurlandığını gördükdən sonra bu barədə Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edərək məlumat vermişdir. Ona ümumilikdə 355 manat ziyan dəymişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs Əfsanə Əliyeva Təqsirləndirilən şəxs şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur. O, ünvan 16 ünvanında yaşayır. 14 may 2023-cü il tarixdə yaşadığı evdən çıxıb işə, həmin vaxt onunla birgə yaşayan ailə üzvləri isə qohumlarının yaşadığı ünvana getmişlər. O, evə qayıtdıqda görmüşdür ki, evdən 01 ədəd dəyəri 400 manat olan “Fujitsu Core İ3” markalı noutbuk, 01 ədəd dəyəri 150 manat olan “İphone 6” markalı mobil telefon, 20 Azərbaycan manatı və 90 ədəd Gürcüstan larisi oğurlanmışdır. O, dərhal bu barədə polisə məlumat vermiş, daha sonra 01 ədəd dəyəri 400 manat olan “Fujitsu Core İ3” markalı noutbuk, 01 ədəd dəyəri 150 manat olan “İphone 6” markalı mobil telefon Təqsirləndirilən şəxs tərəfindən ona qaytarılmışdır. Ona vurulmuş ziyandan qaytarılmayan hissəsi 20 Azərbaycan manatı və 90 Gürcüstan larisidir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur. O, ünvan 16 ünvanında yaşayır. 15 iyun 2022-ci il tarixdə 01 ədəd 2150 manat dəyərində “Tufan M-50” markalı motosikletin oğurlandığını görüb bu barədə Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edərək məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs motosikleti oğurlamış, sonuncu sonradan ona həmin motosikleti qaytarmışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və iddiası yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayəti olmadığını, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur. O, ünvan 24 ünvanında yaşayır. Həmin ünvandan 18 may 2023-cü il tarixdə 01 ədəd 90 manat dəyərində direl, 01 ədəd 100 manat dəyərində laqonda və 80 manat dəyərində hamam aksesuarları oğurlanmış və bu barədə o, “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur. O, ünvan 17 ünvanında yaşayır. 26 yanvar 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı evdən çıxıb yoldaşı ilə bir yerdə oğlunun yaşadığı ünvana getmişlər. Növbəti gün, yəni 27 yanvar 2023-cü il tarixdə axşam radələrində yaşadığı evə qayıtdıqda yerdə bıçaq, pəncərənin barmaqlığında dəmir parçası və mətbəxin qapısının qırıldığını görmüşdür. Artıq ona aydın olmuşdur ki, evə kimsə girib. O, əşyalarına baxanda tapa bilməmişdir. Belə ki, evdə olan su qızdırıcı, su mühərriki, samovar, ət çəkən maşın, meyvə şirəsi çəkən maşın, toster aparatı və mikser oğurlanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bütün əşyaların ona qaytarılmadığını, yalnızca toster və meyvə şirəsi çəkən aparatın ona geri qaytarıldığını, həmin əşyaların yararsız vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, sonuncudan maddi tələbinin olmadığını, lakin cəzasını çəkməsini istədiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs tanıyır, onun qonşusudur. O, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yaşayır. 23 və ya 24 dekabr 2023cü il idi, dəqiq tarixi xatırlamır, polis ona zəng etdiyindən evinə getdikdə evindəki əşyaların bir çoxunun olmadığını görmüş, bugünədək həmin əşyalar geri qaytarılmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs şikayətçi olduğunu, cəzasını çəkməsini, zərərin ödənilməsini, Təqsirləndirilən şəxs tutulmasını tələb etdiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, əşyalarının, yəni su mühərriki, ət çəkən maşın, meyvə şirəsi çəkən maşın, toster aparatının oğurlandığını bildirdi. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, ünvan 26 ünvanında anası X5, 13 yaşlı qardaşı X23 ilə birlikdə yaşayır. X13 əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2023-cü ilin yanvar ayının əvvəlində Bakı şəhəri, “Nefçilər” metrostansiyasının yaxınlığından 500 manata yeni “Saft” markalı velosiped almış, məqsədi özü sürüb çəki atmaq olmuşdur. O, həmin velosipedini yaşadığı evin eyvanına qoyduğundan, xx.xx.2023-cü il tarixdə də həmin velosipedi eyvana qoymuşdur. xx.xx.2023cü il tarixdə anası saat 01 radələrində eyvana çıxanda velosipedin yerində olmadığını və oğurlandığını aşkar edib ***-***-**-** saylı mobil nömrəsi ilə DİN-in “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edib məlumat vermişdir. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları baxış keçirmişlər. İlkin müraciəti anası Mehriban etdiyi üçün izahat və ərizəni də sonuncu yazmış, lakin o, həmin oğurlanan velosipedi özü pul yığıb almış və oğurluq hadisəsi nəticəsində ona 500 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsi nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Yaşadığı həmin fərdi yaşayış evinin altında əlavə zirzəmisi də vardır. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində o, işi ilə bağlı evdən çıxmış, o, əvvəlcədən evin həyətində olan bəzi təmir əşyalarını evin həyətində olan əl damına (zirzəmiyə) yığmışdır. Həmin gün saat 16 radələrində anası Aybəniz də evdən müvəqqəti çıxıb getmiş və saat 18 radələrində evə qayıtdıqda əl damında dağınıqlıq olmasını görüb ona zəng edərək bu barədə məlumat vermişdir. O da axşam gəlib zirzəmiyə baxış keçirdikdə müəyyən etmişdir ki, naməlum şəxs tərəfindən zirzəminin açıq qapısından girməklə içəridən təxminən 50 metr uzunluqda elektrik naqili və 01 ədəd kiçik elektrik samovarı oğurlanmışdır. O, baş vermiş hadisə barədə DİN-in “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edərək məlumat vermişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona 300 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan hadisə yerinə gətirildikdə ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Babək adlı şəxs törətmişdir, həmin şəxsi tanımır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, ünvan 19 nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. O, xx.xx.2023-cü il tarixdə işlədiyi “Araz” marketdən çıxıb anası xəstə olduğu üçün qardaşıgilin evinə getmiş, bir qədər sonra qızı Türkan Məsimova ona zəng vurub ağlayaraq bildirmişdir ki, evə oğru girib və o, tez qardaşının avtomobili ilə yaşadığı evə getmiş, evə girdikdə görmüşdür ki, evin yataq otağı dağınıq vəziyyətdədir və qızı Türkan bildirmişdir ki, evdə olan zaman təxminən saat 19 radələrində bir nəfər tanımadığı şəxsi (oğlanı) evə daxil olan zaman yataq otağında olmasını görmüş, bu zaman qışqırmış və həmin şəxs qorxub dərhal qaçaraq evdən çıxıb getmişdir. O, yataq otağına baxdıqda əşyaların, yorğan döşəyin dağınıq hala salınmasını və “termo”nun (dolabın) siyirmələrinin açıq olmasını görmüşdür. O, həmin vaxt “termo”nun (dolab) siyirməsindən qızıl-zinət əşyalarının yerində olmadığını zənn edərək DİN-in “102 Xidməti Zəng Mərkəzi”-nə əri Vüqar Məsimov zəng edib evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir. Hadisə yerinə Sabunçu RPİ-nin 12-ci PŞ-dən gələn polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirilmiş, o, ərizə və izahatını yazmışdır. Daha sonra evə baxdıqda 1000 manat dəyərində olan qızıl-zinət əşyalarının dağınıqlıqların arasında olmasını və oğurlanmadığını aşkar etmişdir. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o, ünvan 27 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində səhhəti ilə əlaqədar müalicə almaq üçün Kürdəxanı qəsəbəsində xəstəxanaya getmişdir. Həmin gün saat 20 radələrində yaşadığı mənzilinə gələn zaman evinin plastik pəncərəsinin açıq olduğunu görüb evdən naməlum şəxs tərəfindən oğurluq hadisəsinin törədilməsini anlamışdır. Bu səbəbdən DİNin “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edərək oğurluq barədə məlumat vermişdir. Hadisə yerinə gələn 14-cü PŞ-nin əməkdaşları ilə evə baxış aparıldıqda ona məlum olmuşdur ki, həmin hadisə zamanı 1 ədəd 800 manat dəyərində “Toshiba” markalı televizor, 2 ədəd hər biri 100 manat dəyərində olan xalçalar, 20 manat dəyərində pul qabı və onun içində olan 280 manat pulu, ümumilikdə 100 manat dəyərində 3 ədəd mis qazanlar, 02 ədəd hər birinin dəyəri 50 manat dəyərində olan qadın çantaları oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1500 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X14 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsi, ev 72B-də qeydiyyatda olmaqla yaşamış, hazırda təxminən 2 aydır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, nömrəsini bilmədiyi evdə yaşayır. O, yeni evinə köçsə də, bəzi ev əşyaları qeydiyyatda olduğu evdə qalmış və həmin evdə atası X11 tək yaşayır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində atası Sultan ona zəng vurub evə gələn zaman evin dağınıq vəziyyətdə olması, yaşadığı evdən oğurluq edilməsi barədə məlumat vermişdir. O, dərhal ünvan 28 ünvana gəlmiş, evə baxış keçirən zaman ona məxsus cehizlik üçün alaraq ikinci mərtəbədə saxladığı yataq otağından 300 manat dəyərində 01 ədəd “Sony” markalı televizorun, evin birinci mərtəbəsində yataq otağında 01 ədəd 200 manat dəyərində “Tefal” markalı ütünün, markasını xatırlamadığı 80 manat dəyərində fenin və 01 ədəd 286 manat dəyərində yataq dəstinin yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan başqa qonaq otağında ona məxsus 230 manat nağd pul da oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1096 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmədə Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Axtarışdan olan Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində saxlanılıb Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş, orada şəxsi axtarış və baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkarlanmış, lakin uzun müddət keçdiyindən bükümün sayını dəqiq xatırlamır. Bundan başqa, 19 may 2023-cü il tarixdə saat 22 radələrində şübhəli davranışlarına görə Təqsirləndirilən şəxs saxlanılıb 12-ci Polis Şöbəsinə gətirilmiş, orada şəxsi axtarış və baxış keçirilən zaman üzərində psixotrop maddə metamfetamin aşkarlanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 Təqsirləndirilən şəxs hər iki dəfə saxlanılarkən polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təxir göstərilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini könüllü şəkildə etiraf etdiyini, Təqsirləndirilən şəxs bir çox cinayət əməllərinə görə axtarıldığını, ilk dəfə o və Şahid2 ilə birgə, ikinci dəfə isə o və Şahid6 ilə birgə Təqsirləndirilən şəxs saxladığını, istintaqda verdiyi ifadələrini təsdiqlədiyini, həmin ifadələrdəki imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyini bildirib Şahid4 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyini bildirib Şahid4 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik yoxdur. Qonşusu Zərərçəkmiş şəxs2 evinin yaşadığı evdə həyət olmadığından, sonuncu motosikletini onun evinin həyətinə qoymuş, səhər yuxudan oyandıqda motosikletin həyətdə olmadığını, kiminsə həyətə daxil olub oğurladığını görmüşdür. Sonradan qonşusu Zərərçəkmiş şəxs2 onun evinin həyətinə qoymuşdur. Səhər yuxudan oyanan zaman görmüşdür ki, motosiklet həyətdə deyil, kimsə içəri girib onu oğurlamışdır. Sonradan qonşusu Zərərçəkmiş şəxs2 zəng edib motosikletin yola atıldığı deyilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 motosikletin qonşusu Zərərçəkmiş şəxs2 qaytarıldığını, ibtidai istintaqdakı ifadəsini təsdiqlədiyini, ifadədəki imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, maddi imkanı olmadığına görə özünə məxsus “Qazel” markalı **-FD-*** dövlət nömrə nişanlı yük avtomobili ilə səyyar qaydada ucuz qiymətə metal alıb, nisbətən baha qiymətə metal qəbulu zavoduna sataraq ailəsini dolandırmış, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamış, Sabunçu qəsəbəsində yaşayan Zaur adlı şəxsi təxminən 2-3 ildir tanımış, onun mərhum atası ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa o, göstərmişdir ki, 21 aprel 2022-ci il tarixdə günorta saatlarında Zaur adlı qonşusu zəng vuraraq, dəmir əşyası olmasını və “İsmayıllı” kafesinin qabağında olduğunu demiş, bundan sonra etibarnamə ilə idarə etdiyi, **-FD-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı yük maşını ilə tanışı Zaurun dediyi yerə getmiş, həmin vaxt orada Zaurun yanında əvvəllər tanımadığı sonradan adının Babək olduğunu bildiyi şəxs də olmuşdur. Daha sonra o, göstərmişdir ki, Zaur və Babək ümumi çəkisi 47 kiloqrama yaxın nazik list dəmir və setkaya bənzər dəmir verərək həmin metalın özlərinə məxsus olmasını və satmaq istəmələrini bildirmiş, metala baxaraq almağa razılaşmış və həmin dəmirlərin müqabilində onlara 14 manat pul vermiş, həmin dəmirin oğurluq olmasını bilməmiş, Zaur və Babək ona dəmirlərin öz qapılarından gətirdiklərini bildirmiş, həmin şəxslərdən yalnız bir dəfə metal almışdır. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid1 Xanlar qızı ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yaşamaqla, Zərərçəkmiş şəxs1 ilə evlərinin hasarları eyni olmuşdur. Qonşusu Zərərçəkmiş şəxs1 2021-ci ildə böyük oğluna «Saft» markalı velosiped almış, lakin yaşadığı ünvanın həyəti darısqal olduğundan Zərərçəkmiş şəxs1 həmin velosipedi gecələr onun həyətində saxlamış və səhər uşaq götürüb sürmüş, 21 aprel 2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 həmişə olduğu kimi velosipedi gətirib yaşadığı evin həyətinə qoymuş, 22 aprel 2022-ci il tarixdə saat 06 radələrində tezdən yuxudan durub həyətə düşdükdə uşaqlarının velosipedi həyətdə olsa da, Zərərçəkmiş şəxs1 məxsus velosipedin həyətdə olmadığını aşkar etmiş və darvazanın açıq vəziyyət olmasını görmüş, sonradan velosipedin gecə həyətindən oğurlanmasını başa düşmüş və bu barədə Zərərçəkmiş şəxs1 bildirmiş, sonuncu isə öz növbəsində hadisə barədə “102 Xidməti Zəng Mərkəzi”-nə zəng etmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, HK-1 N-2401 DİN-102N ********* nömrəli raportdan görünür ki, həmin tarixdə saat 18:48-də Zərərçəkmiş şəxs6 DİN-in “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edib Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən evindən oğurluq etməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən evinə baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 6-8) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat axtarış yolu ilə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 17) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 21) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə saat 14 radələrində X24 yaşadığı ünvan 16 ünvanında yerləşən evindən oğurluq hadisəsinin baş verdiyini aşkar etmişdir. (Cild 1, iş vərəqə 37) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə X12 ünvan 16 ünvanında yerləşən evinə baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 41-45) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 49; 55) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs8 ərizə ilə müraciət edərək həmin tarixdə ünvan 29 ünvanında yerləşən yaşadığı evdən 1 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd preforatorun oğurlandığını bildirmişdir. (Cild 1, iş vərəqə 78) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs8 ünvan 29 ünvanında yerləşən evinə baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 79-82) xx.xx.2023-cü il tarixli, HK-1 N-2231 DİN-102N ********* nömrəli raportdan görünür ki, həmin tarixdə saat 19:26-da Zərərçəkmiş şəxs13 DİN-in 102 xidmətinə zəng edib ünvan 30 ünvanında yerləşən evindən Babək adlı qonşusu tərəfindən 200 manat dəyərində velosipedin oğurluq etməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 95) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs13 ərizə ilə müraciət edərək həmin tarixdə ünvan 32 ünvanında yerləşən yaşadığı evin həyətindən velospied oğurlandığını bildirmişdir. (Cild 1, iş vərəqə 96) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs13 ünvan 32 ünvanında yerləşən evinə baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 97-99) xx.xx.2023-cü il tarixli, HK-1 N-2237 DİN-102N ********* nömrəli raportdan görünür ki, həmin tarixdə saat 01:04-də X5 DİN-in 102 xidmətinə zəng edib ünvan 33 ünvanında yerləşən evindən velosipedin oğurluq edilməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 113) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X5 ərizə ilə müraciət edərək həmin tarixdə ünvan 33 ünvanında yerləşən yaşadığı evin həyətindən velosipedin oğurlandığını bildirmişdir. (Cild 1, iş vərəqə 114) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə X4 ünvan 34 ünvanında yerləşən evinə baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 115-117) xx.xx.2023-cü il tarixli, HK-1 N-2374 DİN-102N ********* nömrəli raportdan görünür ki, həmin tarixdə saat 20:11-də Zərərçəkmiş şəxs9 DİN-in 102 xidmətinə zəng edib ünvan 35 ünvanında yerləşən evindən 50 metr uzunluğunda naqil və samovarın oğurlanması barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 132) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs9 ərizə ilə müraciət edərək həmin tarixdə ünvan 35 ünvanında yerləşən yaşadığı evdən oğurluq edilməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 133) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs9 ünvan 35 ünvanında yerləşən evinə baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 134-136) xx.xx.2023-cü il tarixli, HK-1 N-2440 DİN-102N ********* nömrəli raportdan görünür ki, həmin tarixdə saat 13:42-də Zərərçəkmiş şəxs10 DİN-in 102 xidmətinə zəng edib Bakı şəhəri, Sabunçu rayonu, 2 aprel küçəsində yerləşən evindən laqonda və direlin oğurlanması barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 152) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs10 ərizə ilə müraciət edərək həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel küçəsində yerləşən evindən oğurluq edilməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 153) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs10 Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel küçəsində yerləşən evinə baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 155-157) xx.xx.2023-cü il tarixli, HK-1 N-2448 DİN-102N ********* nömrəli raportdan görünür ki, həmin tarixdə saat 20:32-də X15 DİN-in “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edib Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən evindən zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 170) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs12 ərizə ilə müraciət edərək həmin tarixdə ünvan 19ndə yerləşən evindən oğurluq edilməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 171) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs12 ünvan 19ndə yerləşən evinə baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 175-177) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. (Cild 1, iş vərəqə 187-190) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci və 29,177.2.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 193-194) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 195-197) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-416/2023 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesab edilməklə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 216-222) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs7 ilkin araşdırma zamanı anası X24 polis şöbəsinə müraciət etsə də, oğurlanan əmlaklar ona məxsus olmaqla, ziyan ona dəymişdir. (Cild 1, iş vərəqə 225) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 226) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs11 ilkin araşdırma zamanı anası X5 polis şöbəsinə müraciət etsə də, oğurlanan əmlaklar ona məxsus olmaqla, ziyan ona dəymişdir. (Cild 1, iş vərəqə 234) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs11 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 235) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X14 ərizə ilə müraciət edərək həmin tarixdə ünvan 36 ünvanında yerləşən evindən oğurluq edilməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 255) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə X6 ünvan 36 ünvanında yerləşən evinə baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 256-258) xx.xx.2023-cü il tarixli “Baxış keçirmə və götürmə barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs X6 evindən oğurluq etməsini etiraf edib yaşadığı ünvan 16 saylı fərdi yaşayış evində 01 ədəd “Sony” markalı televizoru təqdim etmiş, həmin televizor götürülmüşdür. (Cild 1, iş vərəqə 268-269) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 2, iş vərəqə 10-11; 13) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə X14 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 24) xx.xx.2023-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə 01 ədəd “Sony” markalı televizor zərərçəkmiş şəxs Şövkət Musayevaya təqdim edilmişdir. (Cild 2, iş vərəqə 32) xx.xx.2023-cü il tarixli, HK-1 N-475 DİN-102N 23063113 nömrəli raportdan görünür ki, həmin tarixdə saat 20:06-da Zərərçəkmiş şəxs4 DİN-in 102 xidmətinə zəng edib Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən evindən məişət əşyalarının oğurlanması barədə məlumat vermişdir. (Cild 2, iş vərəqə 38) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən evinə baxış keçirilmişdir. (Cild 2, iş vərəqə 41-45) xx.xx.2023-cü il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 evindən oğurluq etməsini etiraf edib yaşadığı ünvan 16 saylı fərdi yaşayış evində 01 ədəd toster, 01 ədəd soba, 01 ədəd ət çəkən aparatı, 01 ədəd samovar, 01 ədəd mikser, 01 ədəd şirəçəkən aparat, 01 ədəd su mühərriki və su qızdırıcının hissələrini təqdim etmişdir. (Cild 2, iş vərəqə 50-51) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi ünvanında yerləşən evindən 01 ədəd şirə çəkən aparatın, soyuducunun hissələrinin, 01 ədəd mikrodalğalı sobanın, 01 ədəd “LG” markalı televizorun, 01 ədəd peyk yayımı qəbul edən aparatın, 01 ədəd su qızdırıcısının, su motorunun və hamam krantlarının oğurlanmasını aşkar etməsini bildirmişdir. (Cild 2, iş vərəqə 60) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən evinə baxış keçirilmişdir. (Cild 2, iş vərəqə 62-67) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə cinayət əməlinin tövsif edilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2-ci və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 2, iş vərəqə 75) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 77-79) xx.xx.2023-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs4 01 ədəd “Aksu Gusto” markalı toster, 01 ədəd “Prestige” markalı ətçəkən maşın, 01 ədəd “Prestige” markalı şirə çəkən maşın, 01 ədəd “Kumtel” markalı mikro dalğalı soba, 01 ədəd gümüşü rəngli samovar, 01 ədəd “Sony” markalı televizor, 01 ədəd “Kenwood” markalı mikser, 01 ədəd “Marquis” markalı su matoru və markası bilinməyən su qızdırıcısının ehtiyat hissələrini tanıyıb ona məxsus olduğunu bildirmişdir. (Cild 2, iş vərəqə 86) xx.xx.2023-cü il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Aksu Gusto” markalı toster, 01 ədəd “Prestige” markalı ət çəkən maşın, 01 ədəd “Prestige” markalı şirə çəkən maşın, 01 ədəd “Kumtel” markalı mikro dalğalı soba, 01 ədəd gümüşü rəngli samovar, 01 ədəd “Sony” markalı televizor, 01 ədəd “Kenwood” markalı mikser, 01 ədəd “Marquis” markalı su matoru və markası bilinməyən su qızdırıcısının ehtiyat hissələri maddi sübut kimi tanınmışdır. (Cild 2, iş vərəqə 87-88) xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanması barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. (Cild 2, iş vərəqə 92-94) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 96-97) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-72/2023 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə 117- 122) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 124-126) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 2, iş vərəqə 167; 168) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2022-ci il tarixli “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli maddə olan bükümü təqdim etdikdən sonra həmin maddənin narkotik vasitə “kakos” olduğunu, Sabunçu rayonu, Muxtarov qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 70 manat qarşılığında şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmiş, aşkar olunmuş narkotik tərkibli maddə zərfə qoyulub qablaşdırıldıqdan sonra “159” nömrəli möhürlə möhürlənmişdir. (Cild 2, iş vərəqə 171; 173-175; Cild 3, iş vərəqə 153) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3462 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 3,859 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 3,859 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 3,809 qram qalıq qalmışdır. (Cild 2, iş vərəqə 182-184) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 191-192) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-542/2022 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə 210- 212) xx.xx.2022-ci il tarixli, HK-1 N-3044 DİN-102N ********* nömrəli raportdan görünür ki, həmin tarixdə saat 07:22-də Zərərçəkmiş şəxs2 DİN-in “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edib Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 9-cu mədən ünvanında yerləşən evindən motosikletin oğurlanması barədə məlumat vermişdir. (Cild 2, iş vərəqə 220) xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 9cu mədən ünvanında yerləşən evinə baxış keçirilmişdir. (Cild 2, iş vərəqə 222-227) xx.xx.2022-ci il tarixli, HK-1 N-1961 DİN-102N ********* nömrəli raportdan görünür ki, həmin tarixdə saat 08:15-də Zərərçəkmiş şəxs1 DİN-in “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edib Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən ünvandan velosipedin oğurlanması barədə məlumat vermişdir. (Cild 3, iş vərəqə 33) xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən ünvana baxış keçirilmişdir. (Cild 3, iş vərəqə 37-41) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqə 53-54) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 3, iş vərəqə 64-65; 73-74) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 3, iş vərəqə 90-91) xx.xx.2022-ci il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal Müvəqqəti saxlama yerindən azad olunmuşdur. (Cild 3, iş vərəqə 104-106) xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqə 133-134) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5610 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd “Tufan M50” markalı mopedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 1250,0 manat müəyyən edilir. (Cild 3, iş vərəqə 192-194) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5519 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Saft” markalı “Zf-690” modelli velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti təxminən 180,0 manat müəyyən edilir. (Cild 3, iş vərəqə 196-198) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X30 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli, 3745 nörməli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 3, iş vərəqə 198-199) Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzdən görünür ki, “Tufan M50” markalı motosiklet Zərərçəkmiş şəxs2 tərəfindən təhvil alınmışdır. Zərərçəkmiş şəxs2 heç bir şikayət, tələb və iddiası yoxdur. (Cild 3, iş vərəqə 200) Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzdən görünür ki, “Saft” markalı velosiped Zərərçəkmiş şəxs1 tərəfindən təhvil alınmışdır. (Cild 3, iş vərəqə 201) xx.xx.2022-ci il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 234.4.3-cü maddələrindən həmin məcəllənin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-1ci maddələrinə tövsif edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan olunması qərara alınmış, hazırki cinayət işinin başqa cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,859 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,809 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuş, 01 ədəd “Saft Zf-690” markalı velosiped maddi sübut kimi tanınmaqla, məhkəmə baxışınadək saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmiş, 01 ədəd “Tufan M50” markalı motosiklet maddi sübut kimi tanınmaqla, məhkəmə baxışınadək saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmiş, təqsirləndirilən şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 3, iş vərəqə 203-223) xx.xx.2022-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, hazırki cinayət işindən Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 3, iş vərəqə 226- 230) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 3, iş vərəqə 239-241) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-879/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 15 gün müddətində uzadılmışdır. (Cild 4, iş vərəqə 30-32) xx.xx.2022-ci il tarixli, 1(101)-1922/2022 nömrəli Bakı Ağır Cinayətlər Məhkəməsinin “Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə” qərardan görünür ki, həmin tarixli qərarla cinayət işinin baxılmasına xitam verilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddətinə uzadılmışdır. (Cild 4, iş vərəqə 63-69) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-988/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair vəsatəti təmin edilməmişdir. (Cild 4, iş vərəqə 151-156) xx.xx.2022-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 4, iş vərəqə 157-159) xx.xx.2023-cü il tarixli “İş üzrə cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, iş üzrə cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3cü və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. (Cild 4, iş vərəqə 201-204) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1897 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 485,00 manat, təqdim edilməyən, qərarda göstərilən 7 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 410,00 manat müəyyən edilmişdir. Digər 6 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, tutumu, ölçüləri və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. (Cild 4, iş vərəqə 213-217) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 01 ədəd “Aksu Gusto” markalı tosteri, 01 ədəd “Prestige” markalı ət çəkən maşını, 01 ədəd “Kumtel” markalı mikro dalğalı sobanı, 01 ədəd gümüşü rəngli samovarı, 01 ədəd “Marquis” markalı su matorunu, 01 ədəd “Kenwood” markalı mikseri, 01 ədəd “Prestige” markalı şirə çəkən maşını və su qızdırıcısının ehtiyat hissələrini təhvil almışdır. (Cild 4, iş vərəqə 223) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X14 01 ədəd 82 ekran “Sony” markalı 32BX300 modelli televizoru təhvil almışdır. (Cild 4, iş vərəqə 227) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 4, iş vərəqə 238-240) xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 4, iş vərəqə 255-258) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixatriya Xəstəxanası” X30 xx.xx.2023-cü il tarixli, 6583 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 4, iş vərəqə 263) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X16 həmin tarixdə ünvan 39 ünvanında oğurluq hadisəsini aşkar etməsini bildirmişdir. (Cild 4, iş vərəqə 270) xx.xx.2023-cü il tarixli “Təqdim edilmiş maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs X7 evindən oğurladığı 1 ədəd “Toshiba” markalı televizoru özü ilə apararkən Post-patrul Xidməti əməkdaşlarını görüb yerə atıb oradan uzaqlaşmış, həmin televizor götürülmüşdür. (Cild 4, iş vərəqə 282-283) xx.xx.2023-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək ********* nömrəsi ilə cinayət işinin istintaqı davam etdirilmiş, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci və 29,177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. (Cild 5, iş vərəqə 1-3) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 5, iş vərəqə 14; 24) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar, protokol və “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd sellofana bükülmüş, içərisində ağ rəngli kristal formalı maddə olan bükümü təqdim etdikdən sonra həmin maddənin narkotik vasitə “patı” olduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində İlham adlı şəxsdən 200 manat qarşılığında şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmiş, aşkar olunmuş narkotik tərkibli maddə zərfə qoyulub qablaşdırıldıqdan sonra “159” nömrəli möhürlə möhürlənmişdir. (Cild 5, iş vərəqə 33; 35-36; 73-74) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/2924 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr...” sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 15,007 qram və 11,172 qram ümumi təmiz çəkisi 26,179 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 26,179 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 26,079 qram qalıq qalmışdır. (Cild 5, iş vərəqə 44-46) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 5, iş vərəqə 57-58) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (Cild 5, iş vərəqə 84-86) xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 5, iş vərəqə 87-89) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd qablaşdırılmış kağız paketin içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,007 qram və 11,172 qram olmaqla, ümumi təmiz çəkisi 26,179 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış 26,079 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (Cild 5, iş vərəqə 93) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 5, iş vərəqə 100) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs13 həmin tarixdə ərizə ilə müraciət edib ünvan 15 ünvanından ona məxsus velosipedin oğurlandığını bildirmişdir. (Cild 5, iş vərəqə 107) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs13 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 5, iş vərəqə 108) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 5, iş vərəqə 118) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-653/2023 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay müddətinə uzadılmışdır. (Cild 5, iş vərəqə 131-137) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 5, iş vərəqə 139) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 5, iş vərəqə 149-152) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-722/2023 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay müddətinə uzadılmışdır. (Cild 5, iş vərəqə 178-185) xx.xx.2023-cü il tarixli “Maddi sübut qismində götürülmüş əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq edərək əldə etdiyi 01 ədəd “Fujitsu Core İ3” markalı AH532 modelli noutbuk və 01 ədəd “İphone 6” markalı “A1586” modelli mobil telefon maddi sübut qismində götürülmüşdür. (Cild 5, iş vərəqə 203) xx.xx.2023-cü il tarixli “Maddi sübut qismində götürülmüş əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq edərək əldə etdiyi 01 ədəd “Saft Squared” markalı velosiped maddi sübut qismində götürülmüşdür. (Cild 5, iş vərəqə 204) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Fujitsi Core İ3” markalı AH532 modelli noutbuk, 01 ədəd “İphone 6” markalı “A1586” modelli mobil telefon və 01 ədəd “Saft Squared” markalı velosiped maddi sübut qismində tanınmaqla, saxlanılması üçün Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs11 verilmişdir. (Cild 5, iş vərəqə 205-206) Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş qəbzdən görünür ki, o, oğurlanmış 1 ədəd “Saft” markalı velosipedi təhvil almışdır. (Cild 5, iş vərəqə 208) xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş qəbzdən görünür ki, o, 01 ədəd “Fujitsi Core İ3” markalı AH532 modelli noutbuk və 01 ədəd “İphone 6” markalı “A1586” modelli mobil telefonu təhvil almışdır. (Cild 5, iş vərəqə 209) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-786/2023 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 01 ay müddətinə uzadılmışdır. (Cild 5, iş vərəqə 220-225) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs12 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 5, iş vərəqə 227) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs14 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 5, iş vərəqə 236) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X30 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 7100 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 5, iş vərəqə 245-246) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-850/2023 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 01 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 5, iş vərəqə 258-261) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1806 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 1,2,3,4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 5 daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1,2,3,4,5 saylı daktilolentlərin səthlərindəki papilyar naxış şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından qalmışdır. Təqdim edilmiş 2,3,4 saylı daktilolentlərin səthindəki əlbarmaq izləri, 5 daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs əl-barmaq ovuclarından qalmamışdır. (Cild 6, iş vərəqə 2-9) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8109 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların istifadədə olması və yuxarıda qeyd olunan xüsusatları (rəng qopuqları və cızıqlar) nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 550,00 manat müəyyən olunmuşdur. (Cild 6, iş vərəqə 19-21) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki,,Ş həmin tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci və 29,177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, hazırki cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan “Zaur” və “Nazim” adlı şəxslər barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ayrılmış cinayət işində şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı və “İlqar” adlı şəxslərin əməllərinə hüquqi qiymət verilməsi qərara alınmış, “Fujitsu Core İ3” markalı AH 532 modelli noutbuk, 01 ədəd “İphone 6” markalı “A1586” modelli mobil telefon və 01 ədəd “Saft Squared” markalı velosipedin maddi sübut kimi tanınmaqla müvafiq olaraq Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs11 saxlancına verilməsi, “Tohhiba” markalı televizorun maddi sübut kimi tanınmaqla Zərərçəkmiş şəxs14 saxlancına verilməsi, 01 ədəd “Saft ZF-690” modelli velosibedin maddi sübut kimi tanınmaqla Zərərçəkmiş şəxs1 saxlancına verilməsi, 01 ədəd “Tufan M50” markalı motosikletin maddi sübut kimi tanınmaqla Zərərçəkmiş şəxs2 saxlancına verilməsi, 01 ədəd “Aksu Gusto” markalı “T 22EG” modelli toster, 01 ədəd “Prestige” markalı ət çəkən maşın, 01 ədəd “Prestige” markalı “PR-3394” modelli şirə çəkən maşın, 01 ədəd “Kumtel” markalı mikro dalğalı soba, 01 ədəd gümüşü rəngli samovar, 01 ədəd “Kenwood” markalı “LH923A” modelli mikser, 01 ədəd “Marqius” markalı, “MKP60-1” modelli su motoru və su qızdırıcısının ehtiyat hissələrinin maddi sübut kimi tanınmaqla Zərərçəkmiş şəxs4 saxlancına verilməsi, 01 ədəd “Sony” markalı “32BX300” modelli televizorun maddi sübut kimi tanınmaqla zərərçəkmiş şəxs X1 verilməsi, xx.xx.2023-cü il tarixdə ünvan 40 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş və içində Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından qalmış əl izi olan 01 ədəd zərfdə olan əlbarmaq izlərinin maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilməsi, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi, maddi sübut kimi tanınmış 26,179 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 26,079 qram olan hissəsi və maddi sübut kimi tanınmış 3,859 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,809 olan hissəsinin Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. (Cild 6, iş vərəqə 32-68) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-34/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (Cild 6, iş vərəqə 22-26) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 6, iş vərəqə 70-73) xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs hər hansı maddi tələbinin olmadığını, həmin şəxsə ədalətli cəza verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs ilə barışdığını, şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona dəymiş ziyanı həmin gün geri qaytardığını, sonuncu ilə barışdığını, hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində polis əməkdaşlarının ona fiziki və psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid4, Şahid2 və Şahid6 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğuna, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına müraciət edilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Bakı İstintaq Təcrixanasında tərtib olunmuş 5401/2022 nömrəli tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs həbs edilən zaman xəsarət aldığını bildirmiş və xx.xx.2022-ci il tarixdə təcirdxanaya daxil olarkən tibbi müayinə zamanı sağ gicgah və sağ gözətrafı nahiyədə bənövşəyi qançır aşkarlanmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-7096/2024 nömrəli məktubuna əlavə edilmiş 5574/2023 nömrəli tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs həbs edilən zaman xəsarət aldığını bildirsə də, xx.xx.2023-cü il tarixdə tibbi müayinə zamanı onda yeni zədə izi aşkarlanmamışdır. Bundan başqa, 523/2023 nömrəli tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs həbs edilən zaman xəsarət aldığını bildirmiş və xx.xx.2023-cü il tarixdə təcirdxanaya daxil olarkən tibbi müayinə zamanı onda sol gözaltı nahiyəsində bənövşəyi qançır aşkarlanmışdır. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması faktı üzrə prokurorluqda aparılmış araşdırma zamanı cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 49/2-40320 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə barəsində istintaq olunan cinayət işləri üzrə tutularaq həmin polis idarəsinin Müvəqqəti saxlamaya yerinə təhvil verildiyi xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müvəqqəti saxlama yerində saxlama yerində həkim müayinəsindən keçirilmiş, onun bədənində hər hansı xəsarət aşkar edilmədiyindən bu barədə heç bir rəsmiləşdirmə aparılmamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X19” X30 xx.xx.2024-cü il tarixli, 569/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş sağ çiyin nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən təxminən 8-12 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur, boyun və sol diz oynağı nahiyələrin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasının Tibbi- Sanitar Hissəsində tibbi baxışdan keçirilərkən bədənində aşağıdakı xəsarətlər qeyd olunmuşdur: - xx.xx.2022-ci il tarixdə keçirilən tibbi baxış zamanı aşkar edilmiş “sağ gicgah və sağ gözətrafı nahiyədə bənövşəyi qançır”. Qeyd olunan xəsarətlər küt yaranma mexanizminə malikdirlər, onun Bakı İstintaq Təcridxanasında üzərinə baxış keçirildiyi xx.xx.2022-ci il tarixdən 3-5 gün əvvəl yetirilməyə uyğun gəlir, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. - xx.xx.2023-cü il tarixdə keçirilən tibbi baxış zamanı aşkar edilmiş “sol gözaltı nahiyədə bənövşəyi qançır”. Qeyd olunan xəsarət küt yaranma mexanizminə malikdir. Onun Bakı İstintaq Təcridxanasında üzərinə baxış keçirildiyi xx.xx.2023-cü il tarixdən 3-5 gün əvvəl yetirilməyə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində olan ekspertin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olmasını istisna etmir, lakin müvafiq ekspert rəyinə istinad edərək Təqsirləndirilən şəxs həmin xəsarətləri tutulduqdan əvvəl, yəni 19 iyun 2022-ci il tarixdə (24 iyun- 5 gün= 19 iyun) və 26 yanvar 2023-cü il tarixdə (31 yanvar- 5 gün= 26 yanvar) aldığı qənaətinə gəlir. Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadə hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini, narkotik tərkibli maddələrlə bağlı ittihamlarda müvafiq istintaq hərəkətləri zamanı polis əməkdaşlarının videoçəkilişdə nümayiş etdirməsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təqdim etdiklərini, ona qarşı irəli sürülmüş ittiham üzrə bəzi oğurluqların onun tərəfindən törədilmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin həqiqət olubolmadığını yoxlamaq üçün verilmiş suallara cavab olaraq məhkəmədə şahidlər Şahid4, Şahid2 və Şahid6 Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edib sonuncunun saxlanıldıqdan dərhal sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis İdarəsinə aparıldığını, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə müxtəlif tarixlərdə baş vermiş hər iki istintaq hərəkəti zamanı üzərində olan müvafiq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təqdim etdiyini bildirmişlər. Cinayət işinin materialları və məhkəmə araşdırması zamanı polis əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətlərindən əvvəl videoçəkilişdə nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs cibinə hər hansı narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qoyulması müəyyən edilməmişdir. Əksinə, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında”, xx.xx.2022-ci il tarixli “Videogörüntünün əks olunduğu CDyə baxış keçirilməsi haqqında” protokollardan, habelə məhkəmə istintaqı zamanı həmin protokollara əlavə edilmiş disklərə baxışdan müəyyən edilir ki, müvafiq istintaq hərəkəti Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngdə maddə olan bükümü təqdim etmiş, prosessual hərəkətlər edildikdən sonra müvafiq bağlamalar qablaşdırılıb “159” nömrəli möhürlə möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3462 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin 3,859 qram olması müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” protokollardan, habelə məhkəmə istintaqı zamanı həmin protokollara əlavə edilmiş disklərə baxışdan müəyyən edilir ki, müvafiq istintaq hərəkəti Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd sellofana bükülmüş, içərisində ağ rəngli kristal formalı maddə olan bükümü təqdim etmiş, prosessual hərəkətlər edildikdən sonra müvafiq bağlamalar qablaşdırılıb “159” nömrəli möhürlə möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/2924 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisinin 26,179 qram olması müəyyən edilmişdir. Məhkəmə bir halı da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan “Respublika Narkoloji Mərkəzi” X30 xx.xx.2022-ci il tarixli, 3745 nörməli və xx.xx.2023-cü il tarixli, 7100 nömrəli ekspert rəylərinə əsasən, onda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Bundan savayı, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə bəzi oğurluqları törətmədiyi ilə bağlı dediklərini cinayət işinin materialları, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinə əsasən, həqiqətə uyğun olmayan, özünümüdafiə xarakterli ifadə kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini və məhkəmə baxışı zamanı verdiyi ifadəsini ittihama uyğun hissədə əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, şahidlər Şahid1, Şahid3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X14, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs9 məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlər Şahid1, Şahid3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X14, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin şahidi və zərərçəkmiş şəxsi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər görmüş və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə ərizə ilə müraciət edib şahidlər Şahid1, Şahid3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X14, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs9 məhkəmə iclasına gəlməsinə zərurət olmadığını, həmin şəxslərin iştirakları olmadan məhkəmə iclasının davam etdirilməsini və gələcəkdə də gəlmələrini zəruri hesab etmədiyini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, şahidlər Şahid1, Şahid3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X14, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs9 məhkəmə iclasında dindirilməsindən imtina məhkəmə tərəfindən qəbul edilmişdir. Odur ki, məhkəmə şahid İ şahidlər Şahid1, Şahid3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X14, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdikləri ifadələrini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə baxışı zamanı ittihama uyğun hissədə verdiyi ifadələrini, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb yaşayış sahəsi və saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etməyə, yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluğa cəhd etməyə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlayaraq daşımaya görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin müvafiq bəndlərinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının müvafiq bəndlərindən görünür ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi bə ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayaraq, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”-inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdardan az olarsa, müvafiq olaraq əməllər Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad olunmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluğa cəhd kimi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə, xeyli miqdarda soyğunçuluğa cəhd kimi Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə və başa çatmış quldurluq kimi Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Cinayət Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən isə psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahının İ Siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Həmin Qanunun İİ siyahısının 118-ci bəndində psixotrop maddə metamfetaminin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 697, № 12, maddə 1085; 2010, № 5, maddə 382; 2016, № 6, maddə 996; 2017, № 2, maddə 163, № 5, maddə 731, № 11, maddə 1981; 2021, № 4, maddə 304) da narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin külli miqdar təşkil etmək üçün çəkisinin eyni, yəni 2 qramdan artıq olması qeyd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitə olan heroinin təmiz çəkisi 3,859 qram, xx.xx.2023-cü il tarixdə onun üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş iki bükümdə psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 26,179 qram təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə aşkarlanmış narkotik vasitə olan heroinin təmiz çəkisi xeyli miqdar üçün nəzərdə tutulduğundan 25,726 dəfə, külli miqdar üçün nəzərdə tutulduğundan isə 1,992 qram çoxdur. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə aşkarlanmış psixotrop maddə olan metamfetaminin təmiz çəkisi xeyli miqdar üçün nəzərdə tutulduğundan 174,52 dəfə, külli miqdar üçün nəzərdə tutulduğundan isə 13,08 qram çoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1ci, 177.2.2-ci, 177.2.3-ci, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin üzərində aşkarlanmaması, istifadə etməməsi ilə bağlı, habelə ittihamda göstərilən oğurluqla bağlı epizodların bir qismini törətmədiyini söyləməsi ilə bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, narkotik vasitə və psixotrop maddənin çəkisini, 2 fərqli növdə olmasını, ekspert rəylərini, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini və digər halları nəzərə alaraq onun əməlinin Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-ci, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələri ilə düzgün olaraq tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-ci, 29,177.2.2-ci, 29,177.2.3cü və 234.1-1-ci maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-ci, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-ci, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3ci, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-ci, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə vurulmuş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəmə icraatı zamanı davranışını, əməlini qismən etiraf etməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi təkrar cinayət törətməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-ci, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci və 29,177.2.3-cü maddələrində göstərilən cinayətlər az ağır, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli isə ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Cinayət Məcəlləsinin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin tələbləri baxımından təkrarlığa daxil olan cinayətlərdən biri məhkumluğun ödənilmədiyi dövrdə törədildikdə və bu zaman cinayətlərin residivi yaranmadıqda, digər cinayətlər isə məhkumluq ödənildikdən sonra törədildikdə, şəxsin əməlində cinayətlərin residivi müəyyən edilə bilməz. xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli (xx.xx.2021-ci il tarixli əlavə və dəyişikliklərlə) qərarının 15-ci bəndinə əsasən, şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza Cinayət Məcəlləsinin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Bu zaman CM-in 66.2-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun olaraq (cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə) təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə CM-in Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq, CM-in 66.3-cü maddəsinin müəyyən etdiyi qaydalara uyğun təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının müddəti isə iyirmi ildən çox ola bilməz. Başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-34/2023 nömrəli hökmünə əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmənin əvvəli həmin tarixdən xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 63.3-cü, 66.3-cü və 66.5-ci maddələrinin tələbləri nəzərə alınmalı, yəni onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-ci, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərarla müvafiq vəsatətdən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad olunmuşdur. xx.xx.2022-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)- 542/2022 nömrəli qərarına əsasən, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 04 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(008)-879/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün uzadılmış, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(008)-988/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatət təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-72/2023 nömrəli qərarına əsasən, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin qərarın təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri uzadılmadığından, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcrixanasından azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərarla müvafiq vəsatətdən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad olunmuş, xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-416/2023 nömrəli qərarına əsasən, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 4(008)-653/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay müddətinə, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 4(008)-722/2023 nömrəli qərarı ilə 01 ay müddətinə, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 4(008)-786/2023 nömrəli qərarı ilə 01 ay müddətinə, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 4(008)- 850/2023 nömrəli qərarı ilə 01 ay müddətinə, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 4(008)-917/2023 nömrəli qərarı ilə 20 gün müddətinə uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək tutulduğu 03 (üç) gün, 21 iyun 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay 15 (on beş) gün, 28 yanvar 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay, 19 may 2023-cü il tarixdən 21 may 2023-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət, bir günə bir gün hesabı ilə cəmi 08 (səkkiz) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzasına hesablanmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X30 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 3745 nömrəli və xx.xx.2023-cü il tarixli, 7100 nömrəli ekspert rəylərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra 3,809 qram qram narkotik vasitə heroin və 26,079 qram qram psixotrop maddə metamfetamin məhv edilməli, xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola və xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, “Fujitsu Core İ3” markalı AH 532 modelli noutbuk və 01 ədəd “İphone 6” markalı “A1586” modelli mobil telefonun Zərərçəkmiş şəxs7, 01 ədəd “Saft Squared” markalı velosipedin Zərərçəkmiş şəxs11, 01 “Toshiba” markalı televizorun Zərərçəkmiş şəxs14, 01 ədəd “Saft ZF-690” modelli velosipedin Zərərçəkmiş şəxs1, 01 ədəd “Tufan M50” markalı motosikletin zərərçəkmiş şəxs X8, 01 ədəd “Aksu Gusto” markalı “T 22EG” modelli toster, 01 ədəd “Prestige” markalı ət çəkən maşın, 01 ədəd “Prestige” markalı “PR-3394” modelli şirə çəkən maşın, 01 ədəd “Kumtel” markalı mikro dalğalı soba, 01 ədəd gümüşü rəngli samovar, 01 ədəd “Kenwood” markalı “LH923A” modelli mikser, 01 ədəd “Marqius” markalı, “MKP60-1” modelli su motoru və su qızdırıcısının ehtiyat hissələrinin Zərərçəkmiş şəxs4, 01 ədəd “Sony” markalı “32BX300” modelli televizorun zərərçəkmiş şəxs X2 verilməsi, xx.xx.2023-cü il tarixdə ünvan 40 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş və içərisində Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından qalmış əl izi olan 01 ədəd zərfdə olan əlbarmaq izlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 376,29 (üç yüz yetmiş altı manat iyirmi doqquz qəpik) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2014-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, 29,177.2.2-ci və 29,177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-34/2023 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla, ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək tutulduğu 03 (üç) gün, 21 iyun 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 05 (beş) ay 15 (on beş) gün, 28 yanvar 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay, 19 may 2023-cü il tarixdən 21 may 2023-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət, bir günə bir gün hesabı ilə cəmi 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrumetmə cəzası hesablansın və təyin edilmiş cəzadan çıxılaraq üzərində 04 (dörd) il 09 (doqquz) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 376,29 (üç yüz yetmiş altı manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra 3,809 qram qram narkotik vasitə heroin və 26,079 qram qram psixotrop maddə metamfetamin məhv edilsin. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola və xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. “Fujitsu Core İ3” markalı AH 532 modelli noutbuk və 01 ədəd “İphone 6” markalı “A1586” modelli mobil telefonun Zərərçəkmiş şəxs7, 01 ədəd “Saft Squared” markalı velosipedin Zərərçəkmiş şəxs11, 01 “Toshiba” markalı televizorun Zərərçəkmiş şəxs14, 01 ədəd “Saft ZF-690” modelli velosipedin Zərərçəkmiş şəxs1, 01 ədəd “Tufan M50” markalı motosikletin zərərçəkmiş şəxs X8, 01 ədəd “Aksu Gusto” markalı “T 22EG” modelli toster, 01 ədəd “Prestige” markalı ət çəkən maşın, 01 ədəd “Prestige” markalı “PR-3394” modelli şirə çəkən maşın, 01 ədəd “Kumtel” markalı mikro dalğalı soba, 01 ədəd gümüşü rəngli samovar, 01 ədəd “Kenwood” markalı “LH923A” modelli mikser, 01 ədəd “Marqius” markalı, “MKP60-1” modelli su motoru və su qızdırıcısının ehtiyat hissələrinin Zərərçəkmiş şəxs4, 01 ədəd “Sony” markalı “32BX300” modelli televizorun zərərçəkmiş şəxs X2 verilməsi, xx.xx.2023-cü il tarixdə ünvan 40 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş və içərisində Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından qalmış əl izi olan 01 ədəd zərfdə olan əlbarmaq izlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar