Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1690/2023 16.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz adlanan ərazidə külli miqdarda 61,548 qram çəkidə narkotik vasitə tiryək əldə edib, daşıyaraq, üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 04:32-də Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat küçəsi, Yasamal qəbirstanlığın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara-boz rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 61,548 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat küçəsində Hacı Cavad məscidi yerləşir. xx.xx.2023cü il tarixdə əhya gecesi olduğundan o da Hacı Cavad məscidində olmuşdur. Qeyd edilən məsciddən çıxanda gecə saat 3-ün yarısı polis əməkdaşları onu saxlamışlar, avtomobilə əyləşdirib onlarla Binəqədi RPİ-nin 43-cü PB-ə getməli olduğunu bildirmişlər. O, saxlanılmağının səbəbini soruşarkən belə bir tapşırıq aldıqlarından, dindar olduğundan tutulmalı olduğunu bildirmişlər. İş materiallarında 61 qram narkotik vasitənin çəkisini qiymətinin 50 manat olduğunu qeyd etmişlər. 61 qram narkotik vasitəni heç kim 50 manata satmaz. Onun narkotik vasitələr haqqında anlayışı yoxdur. Binəqədi rayon Polis İdarəsində ittiham aktını oxuyanda bilmişdir ki, guya əldə etdiyi narkotik vasitə tiryəkdir. Şəxsi axtarış və götürmənin əks olunduğu diskdəki videolardan görünür ki, o, narkotik vasitəni cibindən çıxardarkən əlini narkotik vasitəyə toxundurmamışdır, gödəkcənin cibindən çıxardanda əlinin izinin düşməməsi üçün tərsinə çevirmişdir. Həmin narkotik vasitənin üstündə əl izi yoxdur. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində deyil, Suraxanı rayonu, Neftçilər metrosu ərazisi tərəfdə olmuş, sonra oradan da çıxıb Yasamal rayonunda yerləşən Hacı Cavad məscidinə getmişdir. Həmin məsciddə dini qurumlar üzrə komitəyə aid kameralar var. Araşdırma aparılsa, həmin tarixdə məsciddə olduğu aydın olar. Əgər onun cibində 61 qram çəkidə narkotik vasitə olsaydı kameralara baxılarkən aydın görünə bilərdi, eyni zamanda onun məsciddə olan 300 nəfər şahidi var. xx.xx.2023-cü il tarixdə ittiham aktında qeyd olunduğu kimi tanımadığı adamla görüşməmişdir. Bakı şəhərində heç kim tanımadığı adamla ünsiyyət qurmur. Şəxsin tanımadığı adamla narkotik vasitə alışveriş etməsi mümkünsüzdür. Onun telefonunda olan kontaktlarda heç bir narkotik vasitə istifadəçisinə məxsus olan nömrə yoxdur. xx.xx.2023-cü il tarixdə o, guya kimsə ilə əlaqə saxlayıb narkotik vasitə almışdır, belə ki, həmin gün o, 3 nəfərə, valideyninə, dostuna və işlə əlaqədar şəxsə zəng etmişdir. Onda belə çıxır ki, narkotik vasitəni ona əlaqə saxladığı 3 nəfərdən biri satmışdır. Həmin adamların ona narkotik vasitənin satması mümkün deyil. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, o,ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir, Binəqədi RPİ-nin 43-cü PB-də mənəvi təzyiqlərə məruz qalmışdır, təzyiqin hansı formada olduğunu məhkəmə prosesində deyə bilmir, onu polis əməkdaşları evinə narkotik vasitə qoymaqla, valideynini tutmaqla hədələmişlər, xx.xx.2023-cü il tarixdə əhya gecəsi olub, o da məsciddə olmuşdur, o, narkotik vasitə istifadə etmir, ona elan olunan ittihamla razı deyil, polis əməkdaşlarının ona olan qərəzlərini səbəblərini bilmir. Hər iki polis əməkdaşı onu atasını tutmaqla hədələyirdi. Polis idarəsindən evinə zənglər getməmişdir. Məscidin qarşısında tutub onu 43-cü PB-yə gətirmişlər. Həmin zaman üzərində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Məscid ilə Yasamal qəbirstanlığı arasında 50-60 metr mesafə olar. Məscid Yasamal qəbirstanlığının yanında yerləşir. Heç vaxt spirtli içki, narkotik vasitə istifadə etməmiş, belə şeylərdən uzaq olmuşdur. O, Binəqədi RPİ-nin 43-cü PB-yə gətiriləndə əməliyyat müvəkkili Şahid1 xidməti otağına aparmışlar. Ondan sonra da Binəqədi Rayon Polis İdarəsinin MSY-də təmir işləri getdiyindən Yasamal Rayon Polis İdarəsinin MSY-nə aparmışlar. Üzərinə baxış Binəqədi RPİ-nin 43-cü PB-də aparmışlar. Binəqədi RPİ-nin 43-cü PB-də video çəkiliş zamanı müdafiəçisi olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni əməliyyat müvəkkili Şahid1 gətizdirmişdir. Narkotik vasitəni cibinə qoyanda dəfələrlə etiraz etmişdir. Ona bildirilmiş ki, məhkəmədə etiraz edərsə, onlar da gəlib məhkəmədə hadisənin nece baş verdiyini olduğu kimi deyecəklər. Video çəkilişi 3 dəfə çəkmişlər və çəkiliş zamanı müdafiəçi iştirak etməmişdir. Binəqədi RPİ-nin 43-cü PB-də heç bir fiziki təzyiqə məruzə qalmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 verdiyi ifadələr yanlışdır. Onu 3 nəfər polis əməkdaşı və bir nəfər polis əməkdaşının dostunun iştirakı ilə saxlamışlar. O, yaşadığı yerin ətrafında deyil, Yasamal qəbirstanlığının yanında saxlanılmışdır. O, tutulduğu gündən bu günə kimi ona elan olunmuş ittihamla razı olmamışdır. O, tutarlı səbəblərini müdafiəçisinə də, dövlət ittihamçısına və məhkəməyə təqdim etmişdir. Ona elan olunmuş CM-nin 234.4.1 və 234.4.3-cü maddələrlə bağlı heç bir istintaq aparılmayıb. İşini araşdıran müstəntiq onu müvəqqəti saxlam yerinə ancaq sənədlərə imza etmək üçün çağırırdı. Onu CM-nin 234.4.1-ci maddəsi ilə ittiham edirlər, amma əlbir olduğu adamlarla bağlı heç bir araşdırma aparılmayıb. İttihamda onun narkotik vasitəni Binəqədi rayonu, “Mərkəz” adlanan yerdən aldığını qeyd ediblər, həmin yer isə böyük ərazidir. Narkotik vasitənin Binəqədi rayonu, “Mərkəz” adlanan əarzinin dəqiq hansı yerindən əldə etməyi barədə heç bir araşdırma aparmayıblar. CM-nin 234.4.3-cü maddəsində narkotik vasitələrin satışı da var, onun üzərindən tərəzi də aşkar olunmayıb. Mobil telefonunda narkotik vasitələrin satışı ilə bağlı heç bir məlumat aşkar olunmayıb. Odur ki, cinayət işində saxlanılmağı ilə bağlı heç bir tutarlı əsaslar və dəlillər olmadığından barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın mahiyyəti və mənası aydındır, həmin ittihamda göstərilən cinayət əməlini (əməllərini) törətməkdə özünü təqsirli bilir, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Binəqədi rayonu, Mərkəz adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manat müqabilində narkotik vasitə tiryək almışdı. xx.xx.2023-cü il tarixdə, gecə saat 04:30 radələrində Yasamal rayonu, Mətbut prospekti, Yasamal Qəbirstanlığının yaxınlığında 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini ona təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişdilər. Ona üzərində narkotik vasitə gəzdirməyində şübhəli bilindiyini bildirib onlarla birlikdə polis bölməsinə getməyini təklif etmişdilər. O, polis əməkdaşlarının təklifinə etiraz etməyib onlarla birlikdə 43-cü polis bölməsinə gəlmişdir. Polis bölməsində hüquq və vəzifələri ona izah olunmuşdur. O, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl axtarış və götürmənin aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi ona təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara-boz rəngli gödəkcəsinin sağ yan cibində olan xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Binəqədi rayonu, Mərkəz adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manat müqabilində aldığı bir ədəd şəffaf sellofana bükülmüş bükümdə olan narkotik vasitə tiryəki və göy rəngli cins şalvarının sağ yan cibindən “Redmi note 9S” markalı mobil telefonunu təqdim etmişdir. Sorğu sual zamanı bildirmişdir ki, həmin bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddə narkotik vasitədir. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Binəqədi rayonu, Mərkəz adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, üzərimdən aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə zərfə qoyularaq qablaşdırıldı, möhürləndi. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, o, bir aydır ki, narkotik vasitə hesab edilən tiryək istifadə edir. O, narkotik vasitənin satışı ilə məşğul deyildir. O, həmin şəxsi tanımır, onun anket məlumatlarını bilmir, xarici əlamətlərini həyəcanlı olduğu üçün yadında saxlamamışdır. O, ***-***-**-** saylı mobil nömrəsindən istifadə edir. O, səhv etmirsə, telefonunu saxlanılarkən bölmənin əməkdaşına təqdim etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat müvəkkili Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində daxil olmuş məlumat nəticəsində narkotik vasitələrin saxlanılması, daşınması ilə məşğul olan Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu, Mətbuat prospekti, Yasamal qəbirstanlığı tərəfdə saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət olunmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş və bölməyə getməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə bölmədə baxış keçirilən zaman sonuncunun üzərində narkotik maddəyə bənzər maddə aşkar olunmuşdur. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması, satışı və daşıması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni Binəqədi rayonu, “Mərkəz” adlanan yerdə tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs öz dediyinə görə sonuncu şəxsi istifadəsi üçün narkotik vasitəni əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satışı ilə məşğul olması ilə bağlı heç bir fakt yoxdur, sadəcə məlumat elə daxil olmuşdur. Təqsirləndirilən şəxs telefonuna təhqiqatçı tərəfdən baxış keçirilməsi yadında deyil. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə tiryək aşkar olunmuşdur. Narkotik vasitənin çəkisi tam yadında deyil. Narkotik vasitə Təqsirləndirilən şəxs gödəkcəsinin sağ cibindən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs heç bir psixi, fiziki təsir olmamışdır. Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə, səhər saat 04:00 radələrində tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs məsciddə namaz qıldığını, məsciddən çıxdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, müdafiəçinin şəxsi axtarış zamanı iştirak edib-etməməsini dəqiq xatırlamır. Şəxsi axtarış zamanı çəkiliş 1 dəfə aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılmasi ilə bağlı qərar qəbul olunmuşdur. Onlarda Təqsirləndirilən şəxs narkotik maddələrin saxlanılması və daşınması ilə bağlı məlumat olmuşdur. Onlar məhkəmənin qərarı tələb olunan əməliyyat axtarış tədbirləri keçirtməmişlər. Təqsirləndirilən şəxs Yasamal qəbrstanlığının yanında saxlamışlar. Təqsirləndirilən şəxsin məsciddə olduğu zaman üzərində narkotik vasitənin nə üçün olduğunu o, izah edə bilməz. Bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlara Vüsal adlı şəxsin narkotik vasitələrin satışı və daşınması ilə bağlı məlumat daxil olmuşdur. 2023cü ilin qış aylarında həmin şəxsi saxlayaraq Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Bölmədə çəkiliş aparılan zaman üzərinə baxış keçirildikdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, xidmət apardıqları inzibati ərazidə narkotik vasitələrlə bağlı hadisələrin çox baş verdiyinə görə Təqsirləndirilən şəxs harada saxlanılması və nə vaxt saxlanılması tam yadında qalmamışdır. İbtidai istintaq zamanı ifadəsində baş verənləri bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən qalın geyimdə olduqlarından təxminən soyuq aylar olduğu yadına düşür. Şəxsin üzərindən metanfetamin adlı narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitənin çəkisi yadında qalmamışdır. Tədbir zamanı o və 43-cü PB-nin əməliyyat müvəkkili Şahid2 iştirak etmişdir. Vüsal adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərində hansı narkotik vasitənin olduğu tam yadında deyil. “Kənd Binəqədi” adlanan ərazidə Təqsirləndirilən şəxs yaşadığı yerin yaxınlığında saxlamışlar. Rəhbərliyə məruzə olunduqdan sonra şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra avtomaşına əyləşib 43-cü PB-nə getmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman küçədə sonuncunu üzərinə ilk öncə səthi baxış keçirmişlər, bölməyə gəldikdən sonra təhqiqatçının iştirakı ilə video çəkilişlə ciblərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı yerə Şahid2lə xidməti avtomobillə getmişlər. O, avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra 43-cü PB-yə gətirib raportla Növbətçi Hissəyə təhvil vermişlər. Raportu polis əməkdaşlardan biri yazır, qalanları imzalayır. Raportun mahiyyəti ondan ibarət idi ki, saxladıqları şəxs barəsində müvafiq tədbirlərin görülməsi ilə bağlı lazımı əməkdaşlara göstəriş verilsin. Təhqiqatçının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılan zaman çəkilişdə iştirak etmişlər. Çəkilişdən sonra heç bir istintaq hərəkətlərində iştirak etməmişlər. Təqsirləndirilən şəxs saxladıqları zaman 4 nəfər şəxsin iştirak etməsini xatırlamır, həmin vaxt 4 nəfər görməmişdir. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən uzun vaxt keçdiyinə görə ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə prosesində verdiyi ifadəsi arasında ziddiyat yaranmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə bağlı məlumat yəqin ki, təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs tanımadığı İran İslam Respublikasının vətandaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin hardan əldə etməsi və hara satması ilə bağlı tədbirlər görməmişlər. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələrin və psixotrop maddələrin gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 10 aprel 2023-cü il tarixli qərar qəbul edilməklə, 43-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəriman Bayramov tərəfindən 10 aprel 2023-cü il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 həmin qrupa daxil edilmişdi. Əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə 10 aprel 2023-cü il tarixdə, saat 04:32 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, Yasamal qəbiristanlığının yaxınlığında Təqsirləndirilən şəxs görüb bir qədər onu gizli müşahidə edib əlverişli şərait yarandığı üçün ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını bildirmişdilər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 43-cü polis bölməsinə gətirmişdilər. Bu barədə polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəriman Bayramovun adına raport tərtib edərək, bölmə rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİnin 43-cü PB-nin təhqiqatçısı, polis leytenantı Anar Aydəmirova təhvil vermişdilər. X3 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, öz istəyi ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdı. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdi. Təqsirləndirilən şəxs əynində olan qara-boz rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü və göy rəngli cins şalvarının sağ yan cibindən “Redmi note 9S” markalı telefonu çıxarıb təqdim etmişdi. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində ümumi axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdi. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olduğunu, həmin bükümü xx.xx.20223-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz adlanan ərazidə tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdi. Bundan sonra həmin büküm zərfə qoyulmuş, zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdı. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdı. O, suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş ilkin məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması bildirilmişdir. Sonradan keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumat əldə edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş X4 məhkəmə iclasında bildirmişdir ki, o, hazırda Nəsimi RPİ-nin müstəntiqi vəzifəsində çalışır. O, əvvəllər Binəqədi RPİ-nin 43-cü PB-də təhqiqatçı vəzifəsində işlədiyi vaxt Təqsirləndirilən şəxs saxlanılan gün PB-də çoxlu cinayət işi ilə bağlı sənədləşmə işləri aparmış və bu səbəbdən də cinayət işi materiallarında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə protokolunda sonuncunun təqdim etdiyi narkotik vasitənin “kakos olmasını qeyd etməsi” ilə bağlı olan hissə texniki səhvdir. Təqsirləndirilən şəxsin 43-cü PB-yə gətirildiyi gün və Təqsirləndirilən şəxs narkotik vasitəni gödəkcəsinin sağ cibindən təqdim etməsi tam yadındadır. Kakos adlı narkotik vasitənin Təqsirləndirilən şəxs barəsində olan cinayət işi materiallarına heç bir aidiyyatı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etmə, saxlama və daşınması bildirilmişdir. (İ cild, i.v. 3) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, əməliyyat axtarış tədbirlərini həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. (İ cild, i.v. 4) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 05:11-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 04.32-dən tutulmuş hesab edilmişdir. (İ cild,i.v. 20) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və xx.xx.2023-cü il tarixli “disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Redmi note 9S” markalı mobil telefonu, əynində olan qara boz rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxarılaraq masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 09 aprel 2023-cü il tarixdə, səhər saatlarında Binəqədi rayonu, Mərkəz adlanan ərazidə tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. (İ cild,i.v. 32-34, 92) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2082 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs (imza)…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 61,548 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (İ cild,i.v. 40-43) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild,i.v. 55-56) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-370/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild,i.v. 79-83) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(001)-913/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS-dən çıxarışların, nömrələrə aid ötürücü antanalar cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərin anket məlumatlarının və SMS-lərin açıqlanmış mətnlərin "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul olunmuşdur. (İ cild, i.v. 88-90) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild,i.v. 96) Azərbaycan Respublikası “Car Point Autoservice” Məhdud Məsuliyətli Cəmiyyətin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. (İ cild,i.v. 113) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X8 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 2893 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (İ cild,i.v. 117-118) xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videoçəkilişin yazıldığı 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 61,548 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 61,448 qram çəkidə olan narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmişdir. (İ cild,i.v. 119, 123-131) Bakı şəhəri Binəqədi rayon Prokurorluğundan məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hisssəsində şərh edilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Binəqədi RPİ-dən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 04.45-də növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə CM-in 234.4.1-ci, 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən əlavə mötəbər sübutların əldə edilməsi məqsədilə onun istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS-dən çıxarışların, nömrələrə aid ötürücü antenalar cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərin anket məlumatlarının və SMS-lərin açıqlanmış mətnlərin "xxxx" MMC-dən götürülməsi barədə vəsatətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə vəsatət təmin edilmiş, ibtidai istintaq orqanı tərəfindən həmin qərar icra üçün göndərilmişdir. İş materiallarından görünür ki, bu istiqamətdə aparılan araşdırma sona çatdırılmamış, müvafiq cavablar alınmamış, tədqiq edilməmişdir. Bu vəziyyətdə ibtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda “Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə göndərilmiş sorğu ilə əlaqədar əldə ediləcək məlumatların təhlil ediləcəyi və hüquqi qiymət veriləcəyi nəzərə alınsın” kimi mövqe ifadə edilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı müvafiq sorğuların nəticəsi bəlli olmadan, ehtimallara və fərziyyələrə əsaslanaraq əməlin törədilməsinin birbaşa təsdiqinə yönəlməyən sübutlara istinad edilməklə, heç bir mötəbər sübut əldə etmədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü maddələri ilə ittiham elan etmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş narkotik vasitənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, narkotik vasitə bir bağlamada aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz adlanan ərazidə külli miqdarda 61,548 qram çəkidə narkotik vasitə tiryək əldə edib, daşıyaraq, üzərində saxlamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə tiryəki əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə tiryəki öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Binəqədi RPİ-nin 43-cü PB-də mənəvi təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddə olan tiryəki əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs oğlunun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda narkotik maddə olan tiryəkin əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.1, 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.1, 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, iş yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.1-1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 04.32-də azadlığı faktiki məhdudlaşdırılmış, həmin tarixdə, saat 05.11-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-370/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM): 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 61,448 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 49 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 49 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 49 saat hüquqi yardıma görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 294 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 61,448 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 49 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 294 (iki yüz doxsan dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1690/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1690/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver