Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1691/2024 05.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X8 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Bakı şəhərində doğlumuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcrixdanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,843 qram təşkil edən narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 18 oktyabr 2023-cü il tarixdə saat 20:20-də ünvan 2 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən 20-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin cibindən 01 bükümdə təmiz çəkisi 2,843 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Əvvəllər narkotik vasitələr istifadə etdiyinə görə məhkum olunmuşdur. Tutulmamışdan əvvəl dükana getmək məqsədilə yaşadığı evdən çıxmışdır. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Həmin gün 18:00-19:00 radələrində yaşadığı evin qarşısında 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və onu bölməyə dəvət etmişlər. O, etiraz edərək getmək istəməmişdir. Buna görə də, polislər tərəfindən döyülərək avtomobilə əyləşdirilmiş və bölməyə aparılmışdır. Bölmədə olarkən də döyülmüşdür. Polis əməkdaşları tərəfindən edilən təzyiq nəticəsində narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən narkotk vasitələri təzyiq altında boynuna götürdüyünü bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xeyli müddətdir narkotik vasitələrdən istifadə edir. Belə ki, 18 oktyabr 2023-cü il tarixdə saat 20:20 radələrində ünvan 5 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra onlar onun hərəkətlərinin şübhəli olduğunu bildirərək Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Xidməti otaqda olarkən ondan üstündə, paltarında, ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O əynindəki gödəkçəsinin cibindən içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində el arasında “kakos” deyilən narkotik maddə olduğunu bildirmişdir. Daha sonra üzərindən aşkar edilən təqdim etdiyi həmin maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, bu məqsədlə xx.xx.2023-cü il tarixində, səhər saatlarında Nəsimi rayonu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini və bu məqsədlə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs öz ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, əvvəllər narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Narkotik vasitəni əldə etdiyi şəxsi tanımır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün isitntaq zamanı verdiyi ifadələr, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayında digər əməliyyatçı Şahid1 ilə ərazi üzrə xidməti vəzifələrini icra edərkən saat 20:00-21:00 radələrində N.Məlikov küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin 20-ci PŞ-ə aparmışlar. Samirə yaxınlaşan zaman sonuncu qaçmağa cəhd göstərmiş və yıxılaraq əzilmişdir. Axşam saatlarında təxminən 20:30 radələrində Polis Bölməsində şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Samir üzərində olan şəffaf sellofana bükülmüş kütləni təqdim etmişdir. Sonuncu həmin kütlənin içərisində heroin olduğunu bildirmişdir. Samirə qarşı fiziki təzyiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır. Təqsirləndirilən şəxs “Papanin” adlanan yerdə Namiq Məlikov küçəsindən saxlamışlar. Həmin ərazi digər əməliyyatçı Şahid2 ilə birlikdə xidmət apardıqları polis şöbəsinin inzibati ərazisinə daxildir. Həmin yer narkotik vasitə aludəçilərinin məskəni olduğuna görə orada daha çox əməliyyat tədbirləri keçirmişlər. Samir özünü şübhəli apardığı üçün ona yaxınlaşmış və polis şöbəsinə dəvət etmişlər. Samiri mülki avtomobillə bölməyə aparmışlar. Bu zaman Samir onlara tabe olmuş və heç bir müqavimət göstərməmişdir. Samirin qaçmağa çalışması barədə dəqiq heç nə xatırlamır. Çünki işin üstündən 5-6 ay keçib. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən şəffaf sellofana bükülmüş qəhvəyi rəngdə heroinə bənzər kütlə aşkar edilmişdir. Samirə qarşı fiziki təzyiq edilməmişdir. 18 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, 18 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olmasında şübhələndiyi üçün Nəsimi RPİ-nin 20-ci PB-ə aparılmışdır. (i.v. 8) 18 oktyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 21:20-da (faktiki tutulma 20:20-də) Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis mayoru Rasim Əliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1 i.v. 20-21) 20 oktyabr 2023-cü il tarixli Nəsimi rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətniə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, saxlanıldığı zaman üzərində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 40 manata aldığını, üzərində olan narkotik vasitənin çəkisinin az olduğunu, ekspert rəyinə əks olunmuş 2,843 qramla razı olmadığını bildirmişdir. (cild 1 i.v. 94-98) 18 oktyabr 2023-cü il tarixli şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,843 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı təsdiq olunur. (cild 1 i.v 46-49) Məhkəmə-kimyəvi ekspertizasının 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/5636 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,843 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1 i.v 54-58) Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 938 saylı rəyinindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, KANNABİNOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1 i.v. 117-118) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli klinik psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 2047 nömrəli məktubdan görünür ki, 22.11,1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmayıb. (cild 1 i.v. 112) 09 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra 2,743 qram qalığı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmişdir. (cild 1 i.v. 194-203) Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən onun adına açılmış tibbi müayinəyə dair tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən müayinə edilmiş və müayinə zamanı sol saidin arxa səthində sıyrılmış üzəri qərtməkli yara müşahidə edilmişdir. (cild 2 i.v. 29-34) Nəsimi RPİ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən və saxlanıldıqdan sonra hər hansı fiziki və psixi təzyiqlərə məruz qalmamış, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təzyiqə məruz qalması ilə bağlı müraciəti olmamış, MSY-ə təhvil verilərkən üzərində xəsarət olmamışdır. (cild 2 i.v. 32) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 738 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində olmuş xəsarətlərdən sol saidin arxa səthinin sıyrılmış yaraları küt yaranma mexanizminə malikdir. Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyi xx.xx.2023-cü il tarixdən təxminən 5-8 gün əvvəl yetirilməyə uyğun gəlir. Xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyəsinin küt əşyaya çırpılması və ya həmin nahiyəyə küt əşyanın dəyməsi nəticəsində yarana bilərdilər. (cild 2 i.v. 62-65) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v.102- 103) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 adlarında iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu əynində olan göy rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq heç bir fiziki təzyiqə məruz qalmadığını, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, 5 ildir narkotik vasitənin heroin növündən istifadə etdiyini, həmin heroini günorta saatlarında tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən an qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.18.2-90.18.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.18.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən heroini çıxararaq təqdim etmiş və ona məxsus olmasını göstərmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində polis əməkdaşları tərəfindən döyüldüyünü, narkotik vasitə istifadəçisi olsa da, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən edilən təzyiqlər nəticəsində 2 qramdan artıq çəkidə olan heroinin ona məxsus olmasını etiraf etdiyini bildirərək ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs istintaq zamanı, o cümlədən tutularkən, şəxsi axtarışa məruz qalarkən, dindirilərkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb-qalmamasını, daha sonra heroinin Təqsirləndirilən şəxs məxsus olubolmamasını araşdırmalıdır. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən üzərində xəsarətlər aşkar olunmuş, həmin xəsarətləri polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində almasını göstərmişdir. Göstərilən halın araşdırılması üçün məhkəmənin qərarı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, keçirilən ekspertiza ilə müəyyən edilmişdir ki, istintaq təcridxanasına daxil olarkən onda aşkar edilmiş xəsarətlərdən sol saidin arxa səthinin sıyrılmış yaraları küt yaranma mexanizminə malikdir. Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyi xx.xx.2023-cü il tarixdən təxminən 5-8 gün əvvəl yetirilməyə uyğun gəlir. Xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyəsinin küt əşyaya çırpılması və ya həmin nahiyəyə küt əşyanın dəyməsi nəticəsində yarana bilərdilər. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərlə bağlı keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyindən də göründüyü kimi xəsarətin onun tutulduğu tarixdən əvvələ uyğun gəlməsi də istisna edilmir. Həmçinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən də görünür ki, onlar Təqsirləndirilən şəxs tutarkən sonuncu qaçmağa cəhd göstərmiş və yıxılaraq əzilmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə vermiş ifadəsində üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olub-omaması, həmin narkotik vasitələrin sonuncunun üzərinə polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan heroini könüllü təqdim etmiş, onun təqdim etdiyi heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin zərfi imzalamış və zərf məhkəmə kimyəviekspertizasına göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 188 №-li dairəvi möhür əksi “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfi açdıqda, içərisində 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,843 qram olan qəhvəyi rəngli maddə aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin zərfə qoyulduqdan sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizaya göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa cəhd kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən heroin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolu, həbs qətimkan tədbiri seçilərkən verdiyi ifadəsi və digər sübutlarla da dəstəklənmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisəni ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması ilə bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını onun əməlində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni 18 oktyabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2018-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nəsimi RPİ-də saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2,743 qram heroin məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş ümumilikdə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə saxlanılan maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2,743 qram heroin məhv edilsin, 1 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş ümumilikdə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1691/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1691/2024
05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver