Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1692/2022 28.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08 oktyabr 2021-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 08 ay 20 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsi, ev 63A, mənzil 50-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, naməlum “Əli” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra, 06 may 2022-ci il tarixdə naməlum “Əli” adlı şəxsin göstərişi ilə, ünvan 1 ünvandan götürdüyü narkotik vasitə olan heroini üzərində saxlayıb daşıyaraq, 06 may 2022-ci il tarixdə saat 11:45-də ünvan 2 ünvanın yaxınlığında naməlum “Əli” adlı şəxs tərəfindən qabaqcadan təyin olunan ünvana çatdıran zaman Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, RPİ-nə gətirilib müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı qara rəngli torbanın içərisində olan 01 ədəd bağlamada təmiz çəkisi 2037 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə 2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2021-ci ildə həbsdən çıxdıqdan sonra Bakı şəhərində qeydiyyatda olsa da özü Biləsuvar rayonunda yaşamağa başlamışdır. O, Bakı şəhərinə atasıgilə gəlmişdir. Bakı şəhərində qeydiyyatda olsa da özü Biləsuvar rayonunda yaşayır. 06 may 2022-ci il tarixdə, günorta saatlarında o spirtli içkidən istifadə etmiş və Nərimanov rayonu, A.Neymətulla küçəsi 23 saylı ünvanın yaxınlığında olarkən ona polis əməkdaşları yaxınlaşmışlar. Ona bildirmişlər ki, Nərimanov rayonu ərazisində ölüm hadisəsi baş vermiş, həmin ölüm hadisəsi ilə bağlı o şübhəli olduğu üçün onlarla birlikdə getməlidir. Ona bildirmişlər ki, o ya ölüm hadisəsinin özü tərəfindən törədildiyini boynuna alsın və ya narkotik vasitələrin istifadəsi ilə məşğul olmasını boynuna alsın. Təbii ki, o onlardan ehtiyat edərək narkotik vasitələrin istifadəsi ilə məşğul olmasını boynuna götürəcəyini bildirmişdir. Bundan sonra onlar Nərimanov rayonu, A.Neymətulla küçəsi 23 saylı ünvanda yerləşən su çəninin altında olan bağlamanı götürməyini bildirmişlər. O da gedib həmin bağlamanı su çəninin altından götürmüşdür. Sonra polis əməkdaşları həmin bağlama ilə onu Polis İdarəsinə aparmışlar. O, məcbur olub həmin bağlamada olan narkotik vasİtənin ona məxsus olmasını bütün iştirakçıların yanında videoçəkiliş zamanı etiraf etmişdir. Əslində həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu saxlayanda o içkili imiş, ona görə onu saxlamışlar. Onu saxladıqdan sonra onu bir otelə aparmışlar. Polis İdarəsinə apardıqdan sonra da narkotik vasitəni ona vermişlər ki, videoçəkiliş zamanı ona məxsus olmasını desin. Çənin altına 2 kq bağlamanı polislər özləri qoymuşdur. Polislərin adlarını, soyadlarını, rütbələrini bilmir. O, hal hazırda onları görsə tanıya bilməz. O, ifadə verərkən onu heç kəs döyməmiş, təhqir etməmiş, ona heç bir zor tətbiq olunmamışdır. Polis İdarəsində üzərinə videoçəkilişlə baxış keçirilən zaman da ona bildirmişlər ki, əgər narkotik vasitəni boynuna almasa, Nərimanov rayonu ərazisində olan ölüm hadisəsi onun boynuna qoyulacaq, o qorxub, narkotiki öz boynuna götürmüşdür. Elan olunmuş cinayət işinin 27-28-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olnumuş imza onun imzasıdır. Ona bildirmişlər ki, narkotiki boynuna almasa onun üzərinə ölüm işi qoyulacaq, o da imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Əsgər oğlunun əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan edilmiş və izahat, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 39-40-cı vərəqələrində olan izahatında, 57-59, 81-83, 170- 172-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...05 may 2022-ci il tarixdə əvvəllər tanıdığım lakin sadəcə adının Əli olduğunu bildiyim şəxslə N.Nərimanov metrostansiyasının yaxınlığında görüşdüm. Söhbət zamanı Əli məndən 06 may 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən su çəninin yaxınlığında içərisində təxminən 2 kq narkotik vasitə olan heroin olan bağlamanı götürüb ona verməyim qarşılığında mənə 200 manat verə biləcəyini bildirdi. Bu səbəbdən mən 06 may 2022-ci il tarixdə saat 11:30-da qeyd edilən ünvana gedərək orada su çəninin yaxınlığında yerdə olan qara rəngli torbanın içərisində şəffaf rəngli skoçla bağlanmış bağlamada olan heroini götürdüm. Həmin gün, yəni 06 may 2022-ci il tarixdə saat 11:45 radələrində ünvan 2 ünvanda olan zaman 3 nəfər mülki geyimli şəxs mənə yaxınlaşıb özlərini təqdim etdilər. ... Sonra məndən üstümdə hər hansı bir qanunsuz olaraq əldə edilmiş əşyanın, narkotikin olub-olmamasını soruşuldu və əgər varsa təqdim etməm təklif edildi. Məndə sağ əlimdəki torbanın içərisində olan şəffaf skoçla bağlanmış bağlamanı masanın üstünə qoyaraq, içərisində heroin olduğunu dedim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatı və ifadələri təsdiq etmir. Ona təqdim olunmuş imzalar onun imzasıdır. O, üzərinə videoçəkilişlə baxış keçiriləndə narkotik vasitənin ona məxsus olmasını boynuna alandan sonra izahatı və ifadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 06 may 2022-ci il tarixdə, saat 11:45-də Nərimanov RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid3 ilə və Nərimanov RPİ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi 18 ünvanının qarşısında olarkən xarici görünüşü məlumatda qeyd edilən şəxsə bənzəyən bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmiş, lakin üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də narkotik vasitələrin istifadəçisi, alqı-satqısı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün Nərimanov RPİ-nə dəvət etmişlər və həmin şəxs etiraz etməmişdir. Həmin şəxsi Nərimanov RPİ-nə gətirdikdən sonra onun həqiqətəndə Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində və alqı-satqısında şübhəli olduğu üçün raportla müraciət edildikdən sonra, təhqiqatçı Rzazadə Nadir Zaur oğlu tərəfindən Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilməklə, üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürülmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin edilmişdir. Təhqiqatçının, onun, Şahid3, Vüsal Dünyamalıyev və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışdan əvvəl ona hüquqları izah edilmiş və şəxsi axtarış zamanı videoçəkiliş aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs videoçəkliş aparılmasına etirazının olmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edibetmədiyini və ya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmadığını soruşduqda, şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddələr və ya başqa əşya, mal varsa təqdim etməsini təklif etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirərək, sağ əlində saxladığı qara rəngli torbanın içərisində olan 01 ədəd şəffaf bağlamanı, əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir qutu “Rothmans” yazısı olan 08 ədəd siqareti çıxarıb masanın üzərinə qoyub təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bağlamada narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 06 may 2022- ci il tarixdə "Əli” adlı şəxsə çatdırıb 200 manat gəlir əldə etmək məqsədi ilə həmin gün saat 11:30 radələrində ünvan 4 ünvanda yerləşən su çəninin yanından götürdüyünü bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 01 ədəd bağlama açıldıqda qəhvəyi rəngli, spesifik qoxuya malik kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqda, iş üçün əhəmiyyət kəsb digər əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli kütlə olan həmin 01 ədəd bağlama zərfə qoyularaq, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmişdir.Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşadırılmış Şahid3 ifadələrindən görünür ki, sonuncular eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 06 may 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 may 2022-ci il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin rəisi, polis polkovniki Vaqif Müslümovun 06 may 2022-ci il tarixli, Ə165- 078-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 27-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 may 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl, sonuncuya üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli torbanın içində olan üzərində şəffaf skoçla bağlanmış bağlamanı çıxarıb təqdim etmiş, həmin bağlamaya baxış keçirtdikdə, içərisində tünd qəhvəyi rəngli sellofana bükülmüş spesifik qoxuya malik olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Əsgər Bəxtiyarovun üzərindən aşkar edilmiş siqaret qutusu və 8 manat pul özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroini 06 may 2022-ci ildə saat təxminən 11:30 radələrində Nərimanov rayonu, A.Neymətulla küçəsi 23 ünvanının yaxınlığında su çəninin yanından götürdüyünü, həmin torbada olan bağlamanı Əli adlı şəxsə verəcəyini və qarşılığında Əli adlı şəxsin ona 200 manat verəcəyini bildirmişdir. Aşkar edilmiş bağlama qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 42-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli, 6/2625 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №4” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2037 qram (2 kq 37 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısına daxildirlər. Cinayət işinin 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 may 2022-ci il tarixli təqdim edilən diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 06 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli torbanın içində olan üzərində şəffaf skoçla bağlanmış bağlamanı çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bağlamanın içərisinə baxış zamanı qəhvəyi rəngli maddə kütləsi olduğu müəyyən edilmişdir. Əsgər Bəxtiyarovun üzərindən aşkar edilmiş siqaret qutusu və 8 manat pul özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2022-ci ildə saat təxminən 11:30 radələrində Nərimanov rayonu, A.Neymətulla küçəsi 23 ünvanının yaxınlığında su çəninin yanından götürdüyünü, həmin bağlamanı Əli adla şəxsə verəcəyini və Əli adlı şəxsin buna görə ona 200 manat verəcəyini bildirmişdir. Aşkar edilmiş bağlama qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 136-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 iyun 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan sms və zəng məlumatlarına özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 237-248-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 26 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Əli adlı şəxsin müyyən edilməsi üçün ********* saylı cinayət işindən Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək, onda narkotik vasitə olmadığını, nə də narkotik vasitə satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 128-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji X5 şəxsindən daxil olmuş 24 may 2022-ci il tarixli, 2237 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinin 129-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 03 iyun 2022-ci il tarixli, 4946 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsindən daxil olmuş 11 iyun 2022-ci il tarixli, xx/xx-8448 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X4 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2022-ci il tarixli, 2572 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRDƏN və Alkoqoldan sui-istifadə edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 157-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Pisixiatrik Ekspertiza Mərkəzi” X4 20 may 2022-ci il tarixli, 1291 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, icitmai təhlükəsizliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz prosessual hüquqlarını şəxsən həyata keçirə bilər. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 02 iyun 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası MM-nin 12 may 1998-ci il tarixli amnistiya qərarının 4-cü maddəsinə əsasən cəzadan azad olunmuş, Tərtər Qarnizonu Hərbi Tribunalının 10 fevral 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Tərtər Qarnizonu Hərbi Tribunalının 07 iyun 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 39-cu maddəsi tətbiq edilməklə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 19 may 2000-ci il tarixli 339 saylı Əfv fərmanına əsasən cəzası ½ qədər azaldılmış, 19 mart 2003-cü ildə Bakı şəhəri Binəqədi Rayon Xalq Məhkəməsinin 28 fevral 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 01 il 06 ay vaxtından əvvəl şərti azad olunmuş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 fevral 2007-ci ildə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 oktyabr 2011-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 oktyabr 2011-ci il tarixli qərarı ilə 01 il 02 ay vaxtından əvvəl şərti azad olunmuş; cinayət işinin 120-127-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08 oktyabr 2021-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 08 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi yaranır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli residivini yaradır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzasından 08 ay 20 gün vaxtından əvvəl şərti azad olunduğu müddətdə, yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzasının 08 oktyabr 2021-ci ildə Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarı ilə 08 ay 20 gün vaxtından əvvəl şərti azad olunması hissəsində ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 20 (iyirmi) gün cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 06 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 15-16-cı vərəqələrində olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 93-95-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2022-ci il tarixli, 4(005)-537/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bağlamada -ekspertiza tədqiqatından sonra qalıq qalmış -2.036,8 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 (on il) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzasının 08 oktyabr 2021-ci ildə Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarı ilə 08 ay 20 gün vaxtından əvvəl şərti azad olunması hissəsində ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 20 (iyirmi) gün cəzası yeni təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bağlamada -ekspertiza tədqiqatından sonra qalıq qalmış -2.036,8 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1692/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1692/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver